26 Ocak 2010 Salı

Ərsan Ərel: "Bir Türk özünü anlayandan sonra daha İrançı deyil, Turançı olar."

Güney Azərbaycan Milli Azadlıq Hərakatının fəallarından olan, yazar-araşdırmaçı Ərsan Ərelin (Əkbər Zülfinin) GÜNAZ.TV Mətbuat Xidmətinə verdiyi müsahibəni sunuruq.

- Əkbər bəy, xoş gördük Sizi! Bu gün Güney Azərbaycan məsələsində ən çox dartışılan məsələlərdən biri də, bu məsələnin həlli ilə bağlı vahid konseptual fikrin olmamasıdır. Bu gün bu məsələdə vahid ideoloji xətt formalaşıbmı?
- Kəsinliklə onu deyək ki, Güney Azərbaycanın ulusal düşüncəsi umulduğu kimi olqun biçimdə biçimlənməmişdir. Biçimlənsəydi bu gün Güney Azərbaycan qonusu dünya kamoyu gündəmindən düşməzdi. Çün, orada bir azınlığın haqqı deyil, sömürü siyasətlərin qurbanı olan 30 milyondan çox insan haqqından söz gedir. Bir də içəridə səslənən düşüncələrlə dışarıda səslənən düşüncələr ayrıdır. İçəri gerçəkləri, dışarı isə xəyallarla qışqırtıları(provoksyonları) yansıdır. Daha doğrusu, içəri düşüncəsəl günün gərəksimlərini, dışarı isə geçmişdə uduzulmuş siyasal oyunların ahvaylarının yansıdıcısıdır. Bu açıda içəriylə dışarını bir birinə bağlayacaq ortaq düşüncələrin azlığından, birlikdə hərəkət etmələrini olanaqsız edir. İçəridə Məhkum olunmuş Türkü, Farsdan ayıracaq etgənlər(faktorlar) gündəmdəsə, dışarda o etgənlərə qarşı gənəldə qaşınmalar var. Örnəyin, Bozqurd işarəsi Güney Azərbaycanda Türkü Farsdan ayıran bir etgəndir. Bu etgən biriləri üçün sıradan görünə bilir. Ancaq bu mitoloji etgənin arxasında böyük bir tarixin olduğunu düşünərsək, topluma ulusallıq açısından nə kimi etgili olduğunu qavraya bilərik. Çox sıradan görünən Bozqurd işarəsi,tarix qururunu itirimiş bir ulusa var olma simgəsi durumundadır. Bu simgə " Sən Farsdan ayrısan” deyir. Quzey Azərbaycanda ulusallaşma dönəmində bu ayrıcalıqları aydınlar üzə çıxararaq, toplumda ulusal özgüvən yartıdılar. Bildiyiniz kimi əski Fars yazını(ədəbiyatı) Türk saraylarının Təpəgözüdür. M.Ə. Rəsulzadə "Klassik fars ədəbiyatına Türk sarayları dayəlik etdilər” dediyində haqlıdır. Bu Təpəgöz sonralar Türkü toplumsal ruhsallıq (Sosyal psikoloji) açısından bütünüylə yox etməyə qalxdı. Bunun üzündən Qəznəli Mahmuddan Qacarlara kimi, Türkcəylə onun ozanları saray qapılarının eşiyində qaldılar. Quzey Azərbaycanda 19.cu yüzilin sonu, 20.ci yüzilin başlanğıcından bu aşağılanmaya son qoymaq üçün düzənli biçimdə aydınlar toplumu aydınlatdılar. Örnəyin M.C. Məmmədquluzadə, M.Ə.Sabir,Ə. Haqverdiyev, Üzeyir hacıbəyli, ... Əski Fars yazınını " Şahit” yazını olaraq topluma tanıdır, onu aşağılırdılar. Məmmədquluzadə çeşitli filatonlarında əski fars yazınını aşağılarkən, bir filatonda isə açıqca o yazını uşaqbaz, nəşəxor yazını olaraq yazar. Hacibəyili bu yazını "O olmasın bu olsunda” Məşdibadın ağzından bir Farsca beytlə "şahit” yazını olaraq dəyərləndirər. Bunların bütün yüzillər boyu yalnış siyasətlərin sonucu, Türkcənin aşağlıq taxıntısından(kompleks) qurtarılması üçün yazılırdı. Bunun üçün Quzeydə Türkcə, Farsca qarşısında aşağılıq taxıntısından az da olsa qurtardı. Ancaq yazınçı (ədəbiyatçı) şeyx Nəsrullahların qazanc qaynağı olduğundan dolayı, yenə də əski fars yazınına qarşı vurğunluq duyanlar az deyildir. İran da son 20 ildə bundan olduqca öz siyasəti üçün yararlanır.
Güney Azərbaycanda yüzillər boyu topluma aşılanan aşağılıq duyğuları toxtadacaq etgənlər üzərinə yatırım qoyulmalıdır. Nə yazıq Güney Azərbaycanda ulusal toplumsal yazının yoxluğundan dolayı, hərə əsir olduğu siyasal düşüncələrin yükünü bu alana daşıyaraq, qarşı durmaların çoxalmasına nədən olur. Buna görə də Güney Azərbaycanın ulusal hərakatındə ortaq bir düşüncəyə varılmır. Bu açıdan da Güneylə bağlı hansısa siyasal, əkinsəl(kültürəl) toplumsal bir qurum yaradılan kimi parçalanmağa sürüklənir. Çün, bu qurumlara qatılan insanların dünya görüşləriylə, kiraladıqları düşüncələr,Güney Azərbaycanın ulusal çıxarlarıyla bağdaşmamaqdadır.
- Hər bir xalq azadlığını və bütövləşməsini əldə etmək üçün, ilk olaraq düşüncələrində onun fəlsəfi-ideoloji bazasını yaradır. Ondan sonra bu, sistemlə hərəkət edir. Biz bunu Alman xalqının birləşməsində də görürük. Ancaq, bizdə nədənsə,azadlığın əldə edilməsi üçün, "proseslərin yubadılmasını”, "mənasız dartışmaları” görürük. Siz, mənim səsləndirdiyim fikirlərlə razılaşırsınızmı?


- Bütünüylə doğrusunuz. Burada bir neçə etgili etgən vardır. Toplumun inancı, gələnəksəl düşüncələrin tutuculuğu, çağzsız əkinsəl anlayışların anlına ulusallıq damğası vuraraq yaşadılması, qonuyla bağlı ən önəmli etgənlərdir. Dini bizə uşaqların gələcəyi üçün gün ağlamaq yerinə, ölülərə ağlmaq kimi, Kültürü də yaşamın bir güncəl bəzəyi yerinə ölü dədələrin qalıtı( irsi) olaraq aşılamışlardır. Buna görə də biz güncəl qonuları deyil, ölülərin əski savaşlarını sürdürən bir ulus görümündəyik. M. ə. Sabir deyər,” Şəhri məlumunuzun vəzi qərari necədir? Həmdüllillah necə görmüşdüsə Nuh öyləcədir.” Bizə aşılanan kültür də bu din kimidir. Yüzillərin hərmsaraylarında tökülən göz yaşlarını, zalımların çeşitli cinayətlərini, nökərçılik, xanlıq, bəylik davranışlarını çağımızın gənclərinə aşılamanın sonucu, belə bir gerici toplum durumuna gəlmişik. Ancaq bizimkilər xan bəy görünmək üçün, bu gericiliyi gənciliyə aşılamaqla uğraşırlar. Çün, onların düşüncələrinin nisgil durağı Koroğlu belə deyil, xanların buyuruqlarıdır. Bu açıdan geçmiş ölülərin savaşları güncəl qonulardan bizi uzaq tutur. Bu gün Güney Azərbaycanın ulusal hərakatında bu əxlaqın yaşanmasından dolayı, sıraqulluq(hiyerarşı) takımerki(oliqarşı) istəklər qarşı durmaların başında gəlir. Biriləri başqalarına qarşı qoymaq üçün başına özündən çirkin neçə kişini toplamış, dediyiniz yersiz çağsız dartışmaları gündəmdə tuturlar. Bunların bütünü gericilikdən qaynaqlanır. Bunlardan qurtulmaq üçün, bizi yerə,çağa sınırlandıracaq bütün düşüncələrdən qurtulmamız gərəkir. Alman ulusu Luterin Vatikandan cəhənnəmin qəbzini alıb qaçışından sonra, bərbərlikdən, Germançılığa döndü. Almanlar onlara aşılanan bütün özgəçiliklərdən qurtulandan sonra, özgüvələ ulusal kimlik tapabildilər. Bizdə bu olmamışdır. Bizdə sıra dışı düşünənlər dinçilərə görə Kafir, hakimiyətlərə görə Vətən xainləri olmuşlardır. Bu anlayışlar olduğu sürəcə hansısa güncəl dartışmaların çözülməsini gözləmək çətin olar.
- İranı min illər boyu türk sülalələrini idarə etməsi bir tarixi gercəklikdir. Ancaq, cox təəssüflər olsun ki, iki yüz il ərzində türk sülalələri fars mənafeyinə xidmət edən siyasət yürütdülər. Nəticədə də, İran türkün nəzarətin çıxıb, farsın nəzarəti altında keçdi və türk toplumu İranın min illər boyu içtimai-siyasi və sosial- mədəni həyatında oynadığı aktiv rolu və passionarlığı sıradan çıxdı. Bu, Azərbaycanda bəzi tarixçilərin, araşdırmaçıların ortaya gətirdiyi fikirlərdəndir. Bir araşdırmaçı olaraq sizin yuxarıda səslənən fikirə münasibətinizi bilmək maraqlı olardı.
- Mən bu qonuları Quzey Azərbaycanın tarixçilərində gördüyüm üçün, 1993-ci ildə Cümhuriyyət qəzetində "Güneyin Quzeysiz ağrıları” başlıqlı çox sayda yazılar yazdım. Bir sıra müəyyən səbəblər və anlaşılmazlıqlardan dolayı yazıları dayandırdım. Bir həftə sonra prezidentin xüsusu idarəsindən yazıların dayandırılmasının nədənini sordular. Mən nədənlərimi dedikdən sonra , başqa bir yerdə onların sürdürülməsini istədilər. Ancaq mən məmur olmaqdan qorxduğum üçün ona razı olmadım. Hörmətli Azərbaycan Respublikasının eks-prezidenti mərhum Əbülfəz Elçibəy də sürdürülməsi üçün neçə kəz Kələkidən sifarşı yolladı.
Nə yazıq Azərbaycanda tarıxlər Avropa mərkəzçilik quramçılarının kopiyasıdır. Azərbaycanda tarıx bilimi olduqca gəlişməmişdir. Bunun da ən böyük nədəni egemən ulus olan Rusların qısıtlamalarıdır. Bu açıdan topluma olduğu kimi gerçəkləri yansıda bilməmişlərdir. Örnəyin B. Vahabzadə Gülistan dizgəsində(poemasında) "Ağalar kimidi hər ikisi də yad” deyir. Bildiyimiz kimi Türk sülaləsi qacarlar dönəmində Azərbaycan ikiyə bölünmüşdür. Bu yanlış tarıxlərin yazılmasından qaynaqlanır. İranda Türklər son min ildə deyil, oranın əski yerliləridir. Caməüttəvarixdə oranın bütün yer adlarının Oğuzxanın verdiyi yazılıdır. Öğuzxan mifinin ən azından miladdan öncə 3500-4000 il olduğu deyilir. Ancaq Farsların Afriqadan bu bölgəyə 3000 il öncə belə gəldiyi hardasa yazılmamışdır. Bu gün Farsların ən yaxın soydaşları olan Svahillilər (60milyondan çoxdular, Fars dili isə bu dilin bir ləhcəsidir.) Tanzaniyada, Uqandada, Konqoda, eləcə də Afrikanın doğu ölkələrində yaşamaqdadılar. Farslar yüzillər boyu Türklərlə burada qohumluq ilişgiləri qurduqdan sonra, azacıq Afrikalı soydaşlarından seçilirlər. Ancaq İranın Güneyində(bəndər abbasda) olduğu kimi Afriqalılıqlarını qoruyurlar. Bu açıdan bizdə tarix gerçəkləri deyil, Avropalıların mərkəzçı siyasətlərinin yansıdıçısıdır. Bunu son yüz ildə qacarların boynuna yıxmaq da doğru deyildir. Bunu Qəznəli Mahmuddan bu yana gəlmiş geçmiş bütün Türk hükümətlərində görmək gərəkir. Türk hükümətləri özlərində daha vasılı olanı qırağa qoyub, özgələrində olmuyana olanaq yaratdılar. Farslar islamdan 300 sonra qoşuqla(şeirlə) tanış olarkən. Türklərdə onun daha gəlişmişi olmuşdur. Divaniluğatda bunu açıqca görürük. Ancaq son iki yüz ildə Türklərin üç qitəyə egemənliyini (asiya, afriqa, avropa)içinə sindirənmiyən sömürücü güclər, uydurma tarixlərlə yanaşı, Türklərə qarşı geniş alanda savaş açdı. Qacar mirzəsi olan Cəlalutdövlənin, M.F. Axundovun, Z. Marağalının, Tərbizli Talıbovun, sonralar Kəsrəvinin, İranşəhrin, Şəfəqin... Farsçılıq hərəkətinə qatılmaları bilimsəl deyil, siyasaldır. Bunların arxalarında sömürü izləncəsi (proqramı) bilimsəl olaraq görünürdü. Bu açıdan Qacarları suçlamaq doğru deyildir. Qacarlar dönəmində, Türk dili fars diliylə yanaşı devlət diliydi. Nasirətdin şah ikinci avropa gəzisindən sonra(1875), Rusiyada olan qazaq əskri düzənini %75 üst düzey əsgərlərin Türk olması qoşuluyla yaratdı. Möşirütdövlə Əski İran tarixi yapıtında, Qacar devlətinə yalmanmaq üçün,onların Sülaləsini əski bir Türk sülaləsi olan Əşqanlılara bağladı. Demək istədiyim, Qacarlarda Türk olmağı aşağı görmək kimi bir olay söz qonusu deyildi.Ancaq yüzillər boyu din çadırı altında Farslar saraylarda etgili olmuşlardır. Qacarlarda isə bu etgi son hədə çatmışdır. Buna görə də Avropanın yardımıyla bir məhtərin(rıza şahın) devlət çevirilişiylə o boyda devlətə son qoyuldu. Çün, saray öz kökü üstündə durmamış, özgə köklərə boyun əymişdir. Son min ildə Türk xaqanları yalnız siyasal egemənliyə üstünlük vermişlərdir. Bu açıdan başqa alanları özgələrə qaptıraraq, onlara olanaq yaratmışlardır. Bundan dolayı, Türk orxan, yenisey yazıtlarında olduğu kimi daha özünü göylərə qaldırmırdı. Bu gün Quzey Azərbaycanda da devlətlə bilginlərin yanlışından dolayı, toplumda dil, tarıx güvəni olduqca azdır. Yazılmış tarixlər çəlişgili (ziddiyətli) dil isə ikinci əl bazarına(bit bazarına) dönüşmüşdür. Elə Qacarlar dönəmində də bu durum vardı. Bu gün Azərbaycan dilinin durumuna baxsanız bunu görərsiniz. Hər kim hansısa bir yabancı dilin ölüsünü düşüncəsinə uyğun bilirsə,bu dilə daşıyıb, dilə yük edir. Mən bu qonulara sizə yolladığım " Dündən bu günə Güney Azərbaycan” başlıqlı yazılarda deyinmişəm.
- Hazırki, və gələcək vaxtlarda İranın türkləşməsi ideyasına neçə baxırsınız?
- Mən özlüyümdə bir az sıradan vətən anlayışından uzaq düşünənəm. Güneydə ikinci, üçüncü sinifdən firdovsinin o zallə yapıtı bizlərə oxudulur. Bir Türk özünü anlayandan sonra daha İrançı deyil, Turançı olar. Bunun üçün mən özümü anlayandan sonra o addan bütünüylə soyunmuşam. Mənim vətənimi sınırları, danışdığım dilin sınırları boydadır.Ancaq bu vətən özünü yeniləmirsə, varsallaşmırsa, qohum qonşularını da itirə bilər, özünü də. Bu gün bağımsız devlət olan Quzey Azərbaycan da belə dilin yaşaması quşqu altındadır. Nədənini isə dilin yüzdə doxsanının qocalığında axtarmaq olar. Güney Azərbaycanda da Toplumdan alınmış dil, tarix güvəni qaytarılmayana kimi bunlar xəyallardır. Nə yazıq bizim bu qonulara siyasal, toplumsal, əkinsəl yatırımımız olduqca azdır.
- Maraqlıdır ki, dünyanın təbii-resurslarla zəngin dövləti olan İran İslam Respublikası geopolitik proseslərdə özünü bir güc dövləti kimi göstərə bilmir. Bunun səbəblərini nə ilə bağlayırdınız?
- Qacarlardan sonra, o ölkə sömürü güclərin egemənliyindədir. Oranı yönəldənlər isə bütünüylə, onların oyuncaqlarıdılar. Bağımsız olmayan yönətimlərin ,bağımsız bir güc olma olanaqları olmaz. Çağın gərəksimi olan bilimlərin qısıtlandığı bir yerdə, gücə çevrilmədən söz etmək olmaz. Bu açıdan yalnız oradan deyil, ideolojiların sınırladığı bütün devlətlərdən, uzun sürəli güc olmanı ummaq yersizdir.
- İranın gələcək dövlət modelini necə görürüsünüz?
- Görmək istəmədiyim bir yerdə, modeldən danışamam. Ancaq Azərbaycan Türkü orada Dilini gəlişdirib, varsallaşdırarsa, çox çəkmədən bizim diləklərimiz çin ola bilər.
-Sonda, Sizə öz təşəkkürümü bildirirəm suallarımızı cavablandırdığını görə.
Siz də sağ olun. Umaram sorularınızı doğru anlayıb, doğru yanıtlaya bildim.
Söhbətləşdi: Elnur Eltürk

23 Ocak 2010 Cumartesi

Hilal, Amstérdam Toplantısından bir İzlenim

Bayraqçılıqdan bayraqsızlığa!*
Amstérdam Toplantısından bir İzlenim

12 Aralıq (Désambér): Saat 520 Köln’den qatar ile yola çıxıb, Mönşéngladbax şeheri üzerinden axtarmalı (qatarı deyişdirerek) Amstérdama gédirem. Mönşéngladbaxa bir duraq qalmış “demir yolları üstünde insanların dolaşdığınadan qatarımız buradan ileri gétmeyib, burası son duraq olaraq Kölne géri döneceyik. Mönşéngladbaxa géden yolcularımızdan otorposları(otobusları) qullanmaları istenilir” duyurunu (anonsu) éşidince bağlantı qatarı qaçırıb bir saat yubanmağım kesinleşir. Saat 10 sularında Amstérdama varıb, zaman öldürmeden taksıya atlayıb birbaşa toplantı yérine gédirem, 20 deqiqeden sonra yérin deyişdiyini giriş qapının üstündeki yazıdan öyrenib, yéni yére yollanıram. Taksıcı adrési tapmaqda baya zorlansa da ora-bura téléfon édenden sonra meni toplanağa (toplantı yérine) çatdırır. Salona girib, çoxunluğu orta yaşı aşmış qır saçlı beylerden oluşan uzaqdan-yaxından tanıdıqlarımın uzun zamandan sonra géne bir arada eyleşdiklerini görüb sévinirem! Amfitéatrın géniş sekisinde (sehnesinde) bir danışmacı kürsüsü önünde 12.12.1945-12.12.1946 arası Günéy Azerbaycanda qurulan Démokrat Firqesi Hökümetinin başçısı S. C. Pişeverinin orta boy aq-qara bir şekili asılmış, onun bi iki métir sağında Divan adlandırdıqları çoxunluğu yéni éle de eski fédéralçılardan oluşan 7 kişilik Yönetici Qurulu üyeleri yér alıblar. İlk baxışda “ağırbaşlı” görünen qızqın danışıqlara baxmayaraq qırmızı-turuncu prede-asqıların boyasına bürünen salon şenlik havasını çağrışdırmağa daha üstünlük vérir.
Qatılımcıların (iştirakçıların) bir bölümü éle de aparıcılar bir gün erken gelerek önceki axşam öz aralarında “toplantının yol xeritesi” adı vérilen bir gündem tutanağı(protokolu) hazırlayıb, indiki danışıqlar da el qovzamaqla vaxt alınaraq 3-5 deqiqelik onun üzerinde gétmelidir. Anlaşılan, tutanaq anlaşıldığı kimi yazılmayıb, bir néçe söz, o sıradan İstiqlal sözü bilinmeyerek yazqandan (qelemden) düşübdür. Öyrendiyime göre Yönetici Qurulu séçimi olmayıb, üyelerin kimler olmağı da éle dünen yada önceden bellirlenibdir.
Toplantıya qatılanların çoxunluğu Almanyadan, İsvéçden olmaqla géçmişdeki toplantılardan bir-birlerin tanıyanlar, ancaq ilk kez bélençi toplantıya qatılanlar da yox sayılmazlar. Génellikle qatılımcılar dörd istiqlalçı, bir fédéralçı örgütden, bir néçe dernek üyeleri ile çox sayıda bireylerden(ferdlerden) oluşur. Qatılımcıların ezici çoxunluğu istiqlalçılardan oluşursa da “yéni” éle de “eski” fédéralçıların başatlığı étmeleri gözden qaçmır.
Gündem Tutanağı açıqca iran adlandırılan yérin yönetim qarşıtlarının (muxaliflerinin) yazınını (edebiyatını) yansıdır. Danışıqlar “uzlaşmacı”(kompomis yönlü) özellik daşıyırsa da anlaşılmazlıqların ört-bas édilmesi gizlenmir. Aqsaqqalların birinden “gelün biz minimumların üstünde anlaşax taki maksimum işler görax” önerisi, ilk baxışda qulaq oxşayıcı bir söz olsa da içinde böyük anlaşmazlığın yatdığı da bilene aydın olur. Démek, ay Qurtuluşçu bayrağından, toprağından, amacından el çek, gel bizimle bir yolda –minimalist- ol! Söz sırası, danışıq-davranışından bélençi toplantıya ilk qatılması olduğu belli olan bir ağbaş yurddaşımızın fars toplantılarında olan uslubla yumuruqlanmış elinin gösteri(şehadet, işaret) barmağını qılınc kimi havada sağa-sola fırladaraq gür sesle qarışıq bir dilde hedeleyici sözleri toplantıya damğasın açıqca vurur. O, fédéralçılığın tek çıxış yolu olduğunu éle de Pişeverinin qoyduğu örnekden başqa séçeneyin olmadığını, kürdler ile işbirliyini seslendirerek “and” içdirmeye çalışır. Dinleyicilerin uzun süren çaşqın baxışlarını görünce déyesen gürültülü davranışı, sözleri öz qulağını da azarlayıb, danışığının sonunda sesi gétdikce yumuşalmaya doğru géderek batır. Sonra, bu davranışa yorum olaraq tanımadığım bir qatılımcıdan qulaq ardı bu sözü éşidirem: İstiqlalçı birisi béle éleseydi, déyerdiler indiden asıb-kesirler!
Söz sırası mendedir, buarada “toplantının yol xeritesi”ni de oxumuşam. Sözüme menden önceki uzun-uzadı danışan yurddaşımızın hedeleyici davranışına tepki olaraq “umarım men de duyqusallığa qapanmayam” ile başlayıb déyirem: Günéy davası bir düşünsel(idélojik) dava déyil onun temeldaşı da irançılığa qarşıdır. Bu Yol Xeritesi iran adlandırılan yérin qarşıtlarının -Yaşılların- xettini yansıdır. 3-5 deqiqe vaxtım var, ancaq sözümü aparıcı xanım burda kesib déyir: vaxtımız azdır déyilmiş sözleri bir de tekrar élemiyek. 1 deqiqelik sözümü sürdürüb déyirem: Bugünkü davamız géçmişdeki Meşrute, Pişeveri hereketleri ile qarşılanmaz, bu modérn milli bir hereket, felsefesi de Türkçülükdür, bu yazıda (yol xeritesinde) Türkçülükden héç söz yoxdur . Modérn bir hereketi 60 il bundan qabaqkı yöntemler ile qabağa aparmaq olmaz; bir de bizlerin çoxu azından 20-25 ildir içeriden çıxmışıq içeride olub-qalanları anlamaqda zorluq çekirik, bizim hereket bağımsız qurtuluş hereketidir, “Yaşıla” bağlanmaz, bu hereket ondan eskidir, kimse kimseye qatılmalı olsa da onlar bize qatılmalıdırlar, biz onlara yox.
Danışıqlar sürüb, saat iki sularında ara vérilerek “workshop” adı vérilen qruplarda danışıqlar başlayır. 20-30 kişiden (neferden) oluşan 7 deyişik otaqda yérleşen qruplara birer Yönetici Qurulu üyesi başçılığı ile 3 kişi aparıcılıq édir. Qruplar-a,-ı qatılmaq, deyişmek serbestdir. Ancaq, görünen kimse qatıldığı qrupdan başqasına deyişdirmir. Bizim qrupda danışıqlar güncel qonular olmaqla génelde istiqlal, fédéral üzredir. Burada géden danışıqlardan elde édilen sonuclar tutanaq olaraq toplantının sonuc bildirisine yansımalıdır. Qrupda olan Türkmen soydaşlarımızdan biri déyir: Fédéralçılıqdan danışmaq vaxt itirmek, özümüzü aldatmaqdır. O Sovét Birliyini örnek vérib déyir: Bildiyiniz kimi Sovétlerde, bütün institutları ile özlerine bağlı 15 cumhuriyet var idi, ancaq urusların isteyi olmadan bu cumhuriyetlerde héç ne olmazdı, Qırqızıstanda, Qazaqıstanda, Türkmenistanda yérli xalq eritilib bütünlükle uruslaşdırılmaqdaydır, yérli oxullar artıq yox sayılmaqdaydır. Bélençi cumhuriyetlerde béle, xalqımız öz kimliyin qoruya bilmediyi yérde néce fédéralçılıqdan danışmaq olar, farslar hankı haqları gerçekden fédéral bölgelere vérerler? Yuquslavı’da yürümeyen fédélalçılıq kesinlikle iran adlandırılan yérde yürümez!...
Danışıqların uzlayışcı yataqda gétmesine çaba gösterilir, men de söz alıb déyirem: Birliyimiz olmursa da iş-birliyimiz olabiler, bu da bağımsızlıq (istiqlal) isteyi üzerinde gerçekleşe biler, bağımsızlıqda dil isteyene dil, fédéral isteyene fédéralçılıq, özgürlük(azadlıq) isteyene özgürlük, bayraq isteyene bayraq, bütövlük isteyene de bütövlük vardır.
Vaxt sona çatır, ancaq bir-iki qrup danışıqların sürdürürler, vaxtı qullanıb otaqların birine girirem. Oradakı danışıqlar da her zamankı sonu olmayan çéşitli qonulardan başqa déyil, burda da yénileri duyqusal danışıqlarından éle de qonulara yanaşmalarından hasadcasına tanımaq olur.
Salonda eylenceli bölüm başlayıb, buarada isteyen de yémek yéyebiler. Yémek qonusuna bundan artıq da toxunmağa deymez! Eylenceli bölüm çéşitlidir, oyun havalarından muğama dek uzanır, ancaq en coşqulu bölüm Günéyin özgürlük harayçısı, öz déyişi ile xalqımızın “deli” ozanı Araz Élses’in çıxışıdı. O sazı-sözü ile dile gelmeyen duyquları qanadlandırıb, alqışlar içinde, qabarıq ulusal menliye bürünen yumuruqları qurtarıcı qurd simgesine dönüşdüren “haray haray men Türkem” sözleri salonu yérinden oynadır. Bir sıra qatılımcıların ses-sese vérdikleri Qurd Ulayışlarını ilk kez éşiden bir sıra “démokrat aydın”ların qabarıq oturuqları oturduqları otruqaclarda (sendelilerde) gétdikce kiçilib aşağı batması da gözden qaçmır. Danışıqlar sırasında, Araz salonda olmasa da déyesen olub-bitenleri sézib, xeberi vardır! Oxuduqlarının hamısı bağımsızlıq, bayraq ile ilgili fırıldaqçılığa kesgin tepkidir. Bunun üzre, programdan sonra qonaqévinde öz aramızdakı danışıqda “Divan”da oturanların biri, yarı zarafat, yarı ciddi Araza üz tutub “bütün gün toxuduqlarımızı sen zay étdin” démesi de burda vurqulanmalıdır!
Toplantıya çağrışda, bu toplantının düzenlenmesi héç belli bir qrupa bağlı olmadığı bildirilmişse de eylenceli bölümün aralarında İstiqlal Partisi üyeleri déye sekiye çağırılan kişilere, toplantının düzenlemesinde vérdikleri emekden dolayı sağol déyilmesi alqışlansa da bir sıra qatılımcıların bir-birine himli baxışları da gizlenmir.
Qonaqévinde, kimi çoxdan görmediyi dost-tanışları ile kimi de yéni tanışdıqları ile kiçik qruplarda gécenin géc saatlarınadek içden, gönülden danışıqlar aparırlar.
Bazar günü toplantı bildirilen çağdan bi iki saat géc başqa bir salonda başlayır. Yüz kişiyi(nefri) ancaq içine sığdıran salona, qonaqévine yavıq olduğundan yaya(piyade) gédilir. İlk başda toplantıdan çıxacaq Açıqlama yada yazılan déyişle “Beyaniye” qatılımcılara paylanıb, onun üzerinde danışıqlar olur. Açıqlama içdenlik baxımdan dünenki “yol xeritesi”nden ayrılmazdır. Yalnız girişde bir az eklemeler, isteklere de biri artaraq 12 olubdur. Dünenki yol xeritesinde bilmeyerek İstiqlal sözü düşmüşdü, bügün ise bilinerek yazılmayıbdır! Toplantının önceden hazırlanmış “yol xeritesi”nin éle de “açıqlama”sının giriş sözlerine baxalım: Amstérdam diyaloq toplantısı İran İslam Cumhuriyetinin siyasi, iqtisadi ve ictimai böhranlar içinde çabaladığı günlerde kéçirilmekdedir. Siyasi hakimiyet ciddi sarsıntılar içindedir. İranda yaşayan toplumlar (sonra deyişib milletler) daha eveller olduğu kimi, bu réjimin basqısı altında yaşamaq istemediyi üçün öz étirazlarını bildirmekdedirler. Dini déspotizmin heyatinin sonu geldiyi bu günlerde Azerbaycan-Türk milletinin milli, mübarizesine daha sıx şekilde şahid olmaqdayıq.... Üstdeki bu kiçik alıntıdan bu toplantının hankı yolda aparılması açıqcasına ortadadır. Bu yazının yazı dili hankı düzéydedir, bir yana qalsın, onda géden düşüncenin ana çizgisi iran adlandırılan fars devletin “réformcı” adlanan qarşıtlarının yazınından başqa déyil, burda yalnız réjim daha doğrusu erk (iqtidar) davası gédir, dizge(sistém) davası yox! Açıqlamada fars sözü kesinlikle yoxdur, onun yérine –Günéy Afrıqa Élliyi (Cumhuriyeti) qıraq- héç bir siyasal yüklem daşımayan “apartayd” sözcüyü qullanılıbdır.
Açıqlamanın üzerinde danışıqlar başlayıb, géçmiş iranlı örgütlerde her zaman tutanaq gereyi olduğu qadın, uşaq, işçi haqları gibi bir sıra basmaqalıb(kilişeli) toplumsal qonular da ortaya atılır. Men de söz almaq isteyirem, aparıcı bey mene vaxtın az olduğunu gerekce göstererek déyir: Ne olar Siz danışmayın da! Bunun üzere ön sırada oturanlardan “niye qoymusuz danışa” sesleri gelince kiçik bir qarqaşa yaşanır. Ne ise mene söz vérilir. Déyirem: Biz kilişeli qonulara girmek zorunda déyilik, ancaq bu Açıqlamanın héç bir yérinde fars sözü işlenmeyib, bizim davamız şovenist fars réjimi, hakimiyeti ile dir, bir de 4. istek açıqcasına fédéralçılığı ortaya qoyur.
Gereksiz görülende(!) söz vaxtı çox qısıtlanır. Örnek üçün, danışmaq isteyenin birisine aparıcı xanım 30 saniye vaxt vérir, ancaq bu 30 saniye vaxtın az olması üzerinde néçe deqiqe tartışma gédir! Başqa qonulara géçmek zorunda olduğundan, Açıqlama üzerinde düşünce-önerileri yazılı olaraq Yönetici Quruluna vérilmesi istenilir, ancaq Açıqlamanın son çıxışından belli olduğu kimi bu yazılı öneriler géçersiz olub, fars sözü ise bir kez yérin alıbdır.
Qadın haqları üzre yazılmış iki bildiri oxunur. Bir Cemiyetin verinden yazılan, 3-4. sınıf uşağın inşasına daha çox benzeyeni, oxuyan uzun-uzadı oxumaqda baya zorluq çekir. Obirisini de Yönetici Quruluna başçılıq éden xanım yazıb, oxuyurken “burası féministlerin yığıncağı déyil, bizim başqa sorunlarımız var” tepkisi ile qarşılanınca géne qısa süreli bir qarqaşa yaşanır. Bu qonu ara-sıra daha dartışmalı durumları da yaradır. Örneyin; danışmacının birisi qadın haqlarının qorunmasını daha qabarıq biçimde savunanlara, qadınların toplantıdakı sayısının azlığından yaxınanlara üz tutub “be siz özüz niye qadınlarızı yanıza alıb getirmediz?” démesi.
Dünen “gelün biz minimumların üstünde anlaşax taki...” déyen aqsaqqalımız söz alıb, “qadın” sözünün yérine “xanım” işledilmesini çox vurqu ile qanıtlamağa çalışır. Belli olan, o, qadın ile xanım sözlerinin ikisinin de dişi insanlara déyilmesini bilir, ancaq bunların ayrı-ayrı anlamları olduğunu bilmir. Déyir: “Günéyde biz xanım diyerux Şumalda qadın diyeller, biz bunu Güneylilere göre yazırux, gerek xanım işledex”. Bu arada başqa öneriler de seslenir. Birisi uşaq haqları ile ilgili bir bildirinin yayınlanması, birisi de Qarabağ-Xocalı ile ilgili bir Açıqlama yayınlanmasını isteyir, ancaq, Qarabağ qonusu indilik burda gündemimiz déyil sözü ile qarşılanır. Ara vérilib, çay ile bağlava ağızları şirinledir.
Bélençi yérlerde kitab, qezét kimi yazılı gereçlerin (matéryalların) sunulması gözlenir, ancaq béle déyil. Iki kitabdan başqa héç ne yoxdur, birisi dil bilgisi üzre, obirsi de şe’r kitabıdır. Bunları, yazarlar özleri getirib, maraqlılara armağan olaraq da vérirler! Men de “Günéy Azerbaycan’ın Ulusal Bayrağı” adlı yazımı çoxaldıb, toplantının ilk günü paylamışdım. Burda görünen görüntü (menzere) yazılı yoxsunluğumuzun açıq örneyi olaraq durumumuzum néce acınacaqlı olduğunu sergileyib, derinden düşünmeyimize gerekce olur.
Ulusal Dévinimin sıralarından olan dusdaqlılarla ilgili bir açıqlama oxunur, bir-iki öneri ile sonuclanır. Oxuyucu, özünü 41 ilden beri Azerbaycan sorunu ile siyasal temelde uğraşan, 26 ilden beri de bütün azerbaycanlı qrupların arasında bağlaşdırıcı, uzlaşdırıcı birisi olduğunu bildirerek qatılımcılara tanıtdırır!
Qaşqaylı bir soydaşımız söz alıb, toplantını qutlayaraq Qaşqay Élinin gözü Azerbaycanlıların yolunda olduğunu démesi, derin duyqusalığa yol açıb, dayanışma (hemreylik) qarşılığı böyük alqışlarla desdeklenir.
İçeriden Avrupaya yéni gelmiş bir genc, özünü içerideki örencilerin sözcüsü olaraq tanıtdırıb, söz aparır. O, toplantının Açıqlamasında(Beyanesinde) géden bir sıra qonulara toxunub, déyir: Niye Milli Hereketin 1374-de (1995-de) olan fealiyetlerinden, Örenci Hereketinden söz gédmeyib, yalnız 1384-85 (2005-2006) olaylarından söze başlanır. Sonunda da éşikde olanları içeriye yol göstermeye qalxışmaqdan uzaq durmağa yalnız desdek olmağa çağırıb, “Yaşıl Dalqa”ya qatılmamağı vurquluyurken böyük alqışlarla qarşılanır.
Sonuncu qonuşmacı çoxlu dartışmadan sonra 7 deqiqelik vaxt isteyinden 4 yénib, Ulusal Dévinimin aparıcı ölü-diri kişiliklerinden (şexsiyetlerinden) ad apararaq onların bu yolda vérdikleri emeklerini anımsadıb, bir çéşit qahramanlaşdırır. Bu qahramanların başında da öz uşaqları ile özge bir dilde danışan, bir-iki il önce obir dünyaya köçen, susqun alım qocalarımızdan birisini, siyasal düşünce yaxınlığından dolayı yérleşdirir. Sayılan adların içinde yurddışında olan, ayaqlarına daş deymesin illerden beri düz yérde yürüyen, bir tümce(cümle) béle öz dillerinde yaza bilmeyenlerin adı da çekilende yanımda oturanların birisi obir yanındakına déyir: Bu niye béle yaltaqlıq éliyir? Yanıt: Yaltaqlıq déme, yaxçı déyil, bu yağ çekir! Çörek borc vérir sabah da alacaq. Bu danışığı éşidenden sonra men de öz-özüme déyirem: Néce oldu, o Élçibeyler, Amanlılar, Çéhréqanlılar, Abbas Lésanlılar, Ezimi Qedimler, Ekber Azadlar éle de onlarca bu yolda canlarından mallarından géçenler qahraman olmurlar da yél esintisi ile bu yana gelenler bir atışla qahraman olurlar. Démek qahramanlar doğulmazlar, yaradılarlar sözü doğrudur!
Gelecek toplantını hazırlamaq üçün orda olan-olmayan 50 kişilik bir hazırlıq komitesi oluşdurulub, sıradakı toplantının harada, néce géçirileceyi de onun qararına bağlanır.

Sonuc:
Çoxunluğu illerden beri bir-birini tanıyan, kimin kim olduğu artıq belli olanların uzun süren durqunluqdan sonra géne bir araya gelmeleri çox sévindiricidir. Hamının bu işde istekli, xoşgörülü, bir yéni başlanğıca umudlu, bu üzden de gereksiz çaxnaşmadan qaçınır olmaları bir gerçek olaraq üzlerinden oxunurdu. Bu toplantının da başqa toplantılar gibi quruculuğunda (organizasiyonunda) olumlu yanı, olumsuz yanının olması héç önem daşımır. Önemli olan ondan elde édilen sonucdur.
Bir sürü insan dünyanın dörd bir bucağından ora toplanıb, bunların bir çoxu işinden el çekib, üstelik hamı belli bir parasal hezine de qullanıbdır. Gelenlerin ortalama 300 Avro géderleri olmuş olsa, 200 kişi barmaq ucu salıb-çıxmaqla 60 000 Avro artı salon éle de başqa géderler ile 70 000 Avro, başqa déyişle azından 100 000 $ üzerinde bir parasal arac qullanılıbdır. Bu da önemli déyil! Önemli olan, ora gelenlerin yanqıların söndürmek, xeyal qırıqlığına uğratmamaq, içlerindeki dürtünü (motivasiyonu) illeriye doğru güclendirmek, umudlarını yoxa çıxarmamaq, yéni başlanğıcın doğrudan da yéni olmasını göstererek gelecekdeki işlerimizin sağlam bir temele oturtulmasıdır.
Toplantıda “workshop” adı vérilen yöntem bu alanda deyişik ilk dénetim, ancaq vaxt öldürmeden başqa bir vérimi olmadığı üçün başarısız idi. Eylenceli bölüm qısa olsaydı, danışıqlara qoyulan qısıtlamalar azalabilerdi.
Birinci gün toplantıya qatılanların sayı iki qat, ancaq ikinci gün yarıya yénmesi düşündürücüdür. Yoxsa, bu toplantıdan da bir şéy çıxmayacağını alqılayıb, uzaqlaşdılar?
Yönetici Qurulunun önceden bellirlenmesi, kimlerin hankı yétki ile bu işe qalxışdıqlarının sorusun ortaya çıxarmaqla “yol xeritesi”nin de birilerinin verinden önceden hazırlanıb, quraşlı (planlı) olaraq toplantı gécesi yalnız o çerçivede bir sıra hazırlıqsız qatılımcılarla onaylayıcı danışıqların aparılması, onların qısıtlı önerileri béle bu Yol Xeritesine yansımaması toplantının saydamlığına (şefaflığına) ağır kölge salır. Qadınlar, dusdaqlılarla ilgili yazılan açıqlamaların ikisinin de belli bir örgütün üyelerinin yazmaları, kimlerin arasınad iş bölüşüyünün gétmesini açıqca gösterir. Bu toplantıdan amac, yalnız bir sıra önceden bellirlenmiş istekleri onaylandırmaqımışsa bu qeder xerce gerek olmadığı gibi bu qeder insanı da bir araya getirmek doğru yöntem sayılmaz. Ora gelenlerin, yéni bir başlanğıc üçün geldikleri göz adrı édilenmez!
Sorunlarımız olduqca böyük, ancaq ne yazıq sorunlarımızı çöze bileceyimiz ölçüye yétişmemişik, uzaq görenliyimiz olmadığı gibi dünyada baş véren siyasal qonuları yéterince anlamağa, gereken xırdalamağa (analiz étmeye) yéteneyimiz çatmır. Her zaman bir addım illeri iki addım dalı gétmekdeyik. İlkesizlikle(prensipsizlikle) durmadan bi taktik deyişdirib, bu üzden de amacımızıdan çaşırıq. Her bir toplumsal, siyasal dévinimde ilerileşme, gelişme, yetişme olar, ancaq nedense bizde gérileşme, yozlaşma olur! Biz bütövlükçülükden irançılığa, bayraqçılıqdan bayraqsızlığa, bağımsızlıq-qurtuluşçuluqdan da fédéralçılığa –oxu fırıldaqçılığa- bilmezliyin sürüklenirik. Haçan özümüze geleceyik!
Amstérdam söyleşim (diyalog) toplantısı düşünce olaraq çox başarılı, yöntem olaraq sulandırıcı üzücüdür. Doğruluq-düzlük olmayanda “yalan ayaq tutar, ancaq yériye bilmez” déyimi géçerli olar.
Amstérdam toplantısı “daynasorlar” ile “Yavru Qurdlar”ın boy gösterme ortamı olmadı! Yavrular bilincli olaraq méydanı “daynasorlar”a bıraxdılar. Onlar “daynasorlar”ın neslinin tükenmekde olduğunu yaqşı bilirler.

Hilal
Almanya, Köln şeheri

Babək Azəri hüquqçu, Yunis bəy Şamlı fikirdə təməl yanlışlığına davam edir


Bir müddət bundan öncə Yunis bəy Şamlı Günaz Tv - də çıxış etmişdir. Mən onun çıxışı ilə bağlı tənqidi fikirlərimi yazılı formada yaymışdım. Bu gün, yəni 2010 - cu il 22 yanvarda Şamlı bəydən mənə bir yazı gəlib çatdı və mən onu azadtribun sitəsində yerləşdirmişəm. Bu yazımın aşağısında həmin yazının linki var, buyurub oxuya bilərsiniz. O, çalışır öz yazısında mənim tənqidi fikrilərimə cavab verə. Əlbəttə, mən onun cavab yazısında yeni bir fikir görmədim, elə bu səbəbdən də ikiürəkli idim ona cavab verim, ya yox. Hər halda bəzi dostların məsləhətinə baş əyib, onun yazısı ilə bağlı bəzi mətləblərə aydınlıq gətirmək istəyirəm. O, öz yazısında qeyd edir:" Məncə, nə yalnız fars qüvvəsi və nə yalnız türk siyasi qüvvəsi İran rejimini dala oturdub və ya yıxa bilməz. Buna görə başqa millətlərlə işbirliyi bu şüar altında meydana çıxmalıdır: Müstəqil, milli səflər müəyyən demokratik platform və başqa millətlərin siyasi qüvvələri ilə işbirliyi əsasında meydanı istibdadın əlindən almaq lazımdır. Amma təəssüflə, Azərbaycan hərəkatı öz qüvvəsin indiyə qədər göstərə bilməmişdir. Və bu göstərişin olmaması üçün fars siyasi rəhbərləri arasında indiyə qədər Azərbaycan hərəkatına pay açılmamışdır." Burda qeyd etməliyəm ki, bir neçə gün bundan öncə Tehranın Azadlıq futbol meydanına on minlərlə azərbaycanlı yığışıb, yazılı formada böyük parça üstündə bu şüarları qaldırıblar: "Türk dilində mədrəsə", "Türk dili gərək rəsmi olsun!", hətta Azərbaycanın Milli Azadlıq Hərəkatının varlığını göz önünə gətirmək məqsədi ilə "Azərbaycan Milli Hərəkatı" kəlmələri yazılmış plakat da qaldırılmışdır. Və orada çoxsayda milli ruhlu şüarlar verilib. O cümlədən, "türk dilində mədrəsə, olmalıdır hər kəsə!", "Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun!" Bütün bu misalları saymaqda məqsədim bundan ibarətdir ki, istəyirəm Yunis bəyə bu sualı verim: Nə üçün Güney Azərbaycan Mİlli Azadlıq Hərəkatı naminə bir belə kütləvi etiraz aksiyasın görmür və bu barədə bir kəlmə də olsun, yazısında yazmır? Əksinə, yanlış məlumat yaymaqla belə bir gülünc iddianı ortaya qoyur:" Amma təəssüflə, Azərbaycan hərəkatı öz qüvvəsin indiyə qədər göstərməmişdir və bu göstərişin olmaması üçün fars siyasi rəhbərləri arasında indiyə qədər Azərbaycan hərəkatına pay açılmamışdır." Yenə də burda Yunis bəydən sual etməliyik: Ay qardaş, dəfələrlə sən öz çıxışında, yazında qeyd edirsən ki, Azərbaycanlılar öz müstəqil səfi ilə meydana çıxmalıdırlar. Amma heç izah verilmir ki, o, "müstəqil səf" deyəndə konkret olaraq nəyi nəzərdə tutur? Bizim xalq düzlükdən söhbət açanda, deyər ki, gəlin əyri oturaq, düz danışaq. Amma mən istəyirəm, elə düz oturaq, düz də danışaq. Yəni, nə oturuş tərzimizlə, nə də danışığımızla kimsəni çaşdırmayaq. Çünki müasir dünyada hadisələr o qədrə sürətlə cəryan edir ki, bizim oyun oynamağa vaxtımız yoxdur. Belə olarsa, hadisələrin arxasınca düşməli olarıq! Üstə qeyd etdiyim kimi, Yunis bəy öz yazısında qeyd edir:" ... nə yalnız fars qüvvəsi və nə yalnız türk siyasi qüvvəsi İran rejimini dalıya oturdub və yıxa bilməz. Buna görə, başqa millətlərlə işbirliyi bu şüar altında meydana çıxmalıdır: müstəqil milli səflər, müəyyən demokratik platform və başqa millətlərin siyasi qüvvələrinin işbirliyi əsasında meydanı istibdadın əlindən almalıd. " Bu fikrə diqqət edəndə, görmək olur ki, ziddiyyətli, parodoksal hal var. Burda bir tərəfdən meydana çıxmağa demokratik platform və millətlərin siyasi qüvvələri əsas götürülür, amma digər tərəfdən, o, unudur ki, hal - hazırda millətlərin siyasi qüvvələrinin işbirliyi üçün müəyyən bir demokratik platforma ortada yoxdur. Bu cür olan halda Azərbaycanın Milli Azadlıq Hərəkatı necə meydana çıxıb farsların fars zonalarında cəryan edən etiraz aksiyalarına müttəfiq kimi qoşula bilər? Çox təəssüf, Yunis bəyin öz dediyinə də inamı yoxdur, ya da öz dediyini tez də unudur. Çünki yazısının davamında belə bir gülünc iddia edir ki, Azərbaycan gərək öz qüvvəsin göstərə və bu göstəriş nəticəsində farsların siyasi rəhbərləri pay ayıra. Diqqət etsəniz, görərsiniz ki, onun birinci halda önə çəkdiyi platforma istəyi ilə, ikinci halda dilə gətirdiyi farslardan pay umma anlayışları siyasi mövqeydən bir - birinə ziddir.



Meydanda olmaq, ya olmamaq!

Mənim fikrimcə, təşkilatlanma xaosa qarşıdır və ondan əsas məqsəd xaosu aradan qaldırıb, onun yerinə siyasi hərəkatda ahəng və nizam yaratmaqdır. Və bu məqsədə çatmaq üçün müəyyən siyasi, mədəni və iqtisadi əsaslar lazımdır. İqtisadi baxımdan bir siyasi təşkilatda gərək bu imkan ola, o öz siyasi fəaliyyətin maliyyələşdirib, ölkə daxilində və xaricdə kadrlar yetişdirə. Mədəni baxımdan çox əhəmiyyət daşıyır ki, təşkilatlanmaq üçün lazım olan informasiya kütləyə çatdırıla. Siyasi baxımdan gərək fəaliyyət elə aparıla ki, təşkilatın varlığın təhlükəyə salmaya. Aydındır ki, meydanda olma və mübarizə aparma təşkitaın formalaşmasında əhəmiyyətli rol oynayır. Amma çox təəssüf, bu meydana çıxmaqla bağlı, o, öz firkin aydıncasına ortaya qoymur. Bizim əlimizdə çoxlu video lentləri və fotolar var. Bu nişan verir ki, millətimiz kütləvi formada mübarizə meydanındadır və İranın ölkə daxilində şəraitin məndən və Yunis bəydən də yaxşı tanıyırlar. Bu gün Traktor komandasını müdafiə etmək naminə ancaq Güney Azərbaycanda deyil, əslində İranın hər yerində milli istəklərimiz yayılır və azərbaycanlılar milli təfəkkür baxımından maariflənir. Yuxarıda qeyd etdiyim kimi, təşkilatlanma prosesində mədəni amil, yəni kütləni maarifləndirmə əsas səbəblərdən sayılır. Amma çox təəssüflə, bu cür bir tarixi hərəkatı Yunis bəy görmür və onu meydanda olmaq hesab etmir. O, öz yazısında qeyd edir: " Məncə, nə yalnız fars qüvvəsi və nə yalnız türk siyasi qüvvəsi İran rejimini dala oturdub və ya yixa bilməz." Mən burdan belə bir nəticə alıram, Yunis bəyin fikrinə görə, meydanda olmaq farsla birləşib və rejimi yıxmadı. İndiki bu cür bir şəraitdə ki, Milli Azadlıq Hərəkatının fəalları zərəli ən az metodla meydana çıxıb milli şüarı verirlər, əgər bu hərəkat radikallaşa, rejimə və dini rəhbərə qarşı şüarlar verələr və milli fəallarımız çox ağır can xəsarəti görələr, belə bir vəziyyətdə Yunis bəy özündən soruşmalıdır, hansı metod bizim milli mənfəətlərə uyğundur?



Yazımızda siyasi etikanı unutmayaq

Yunis bəy öz yazısında yazır: "Babək bəy İran rejimini, yaşıl hərəkatı və hətta fars xalqını bir tərəziyə qoyub, hamısını bizim xalqın düşməni kimi təqdim edir." Çox təəssüflə, Yunis bəy bu yazısında etika üsuluna riayət etmir. Mən heç yerdə iddia etməmişəm ki, fars xalqı bizim düşmənimizdir. Mən dəfələrlə yazılarımda və çıxışlarımda qeyd etmişəm ki, fars zonalarında xalqın etiraz hərəkatın gərək ki, mahiyyət baxımından araşdıraq. Bu məqsədə çatmaq üçün xalqın verdiyi şüarlar və onların siyasi təmsilçiləri siyasi mərkəzdə əsas rol oynayır. Mən farsların xalq etiraz hərəkatına aid xalq mücahidlərin, İranın milli cəhbəsi, şahçılar və s. görürəm və fars zonalarında irqçi fars şüarlarının səslənməsin də görüb, eşidirəm. Elə bu mənə yetərlidir ki, deyəm, fars zonalarında xalq adlı etiraz hərəkatı bizim Milli Azadlıq Hərəkatımızın müttəfiqi ola bilməz. Bu bir aydın faktdır, bunun heç bir sübuta ehtiyaci yoxdur.

İç savaş

Yunis bəy mənim yazımdan stat gətirir ki, mənim fikrimcə, İran vətəndaş müharibəsinə tərəf gedir və mən vətəndaş müharibəsin İranda yaşayan millətlərə faciə sayıram və onun qabağın almağı hər kəsə vəzifə bilirəm. O, düz deyir, mən həqiqətdə də belə bir fikridəyəm. O, yazısının davamında yenə də məndən stat gətirir: "Əgər bizim Milli Azadlıq Hərəkatının fəalalrı milli şüarlarla meydana çıxalar, belə bir təhlükə var adı çəkilən hər 3 qüvvə İranın parçalanmasından qorxub, onları bizə qarşı birləşdirə. Bütün bunları nəzərə alıb, zaman baxımından meydana çıxmaq düzgün sayılmır." Açığını deyim ki, Yunis bəy burda "kopleks" kəlməsi işlədir, mən də onun mənasını dərk edə bilmədim, amma təqribən belə anladım ki, o, mənim fikirlərimin bir - biri ilə üst - ustə düşməməsini irad tutur. O, mənə xitab yazır: "Bir tərəfdən vətəndaş müharibəsi Azərbaycana faciə sayılır, o biri tərəfdən Azərbaycan hərəkatının meydana çıxması vətəndaş müharibəsinə ciddi bir əngəl kimi göstərilir. Amma Babək bəy öz analizində bu əngəldən, o faciəni dayandırmağa istifadə eləmək istəmir. Başqa deyişcə, Babək bəy hər halda Azərbaycanın başına gələn faciə qarşı durmaq istəmir və faciə düşsün deyə, xalqımızın meydana çıxmamağın düzgün bir siyasət kimi təqdim edir." Burda da diqqətli olsanız görərsiniz ki, meydana çıxmaq hələ də bizim aramızda həll olmayıb.

Avropanın mərkəzində oturmuş mən və Yunis bəyin fikrindən asılı olmayaraq, Azərbaycan xalqı meydandadır və öz AZADLIQ mübarizəsin aparır! Mən "meydana çıxmamaqdan" söhbət edəndə, tarixi hafizəmə qayıdıram. 2006 - cı il Güney Azərbaycanda Milli Qiyam baş verəndə həm Yunis bəy və həm də mən şahid olduq ki, İranın hakimiyyətində mühafizəkarlar, islahatçılar və İran hakimiyyətinin xaricində fars müxalifəti ümumi halda, əgər bəzi istisnaları nəzərə almasaq, bizim Milli Qiyama qarşı çıxdılar. Elə bu tarixi fakta dayanıb bu günkü vəziyyətdə Milli Qiyamın təkrarı səbəb olmaz ki, farsların siyasi rəhbərləri bizə pay verələr. Əksinə, bu təhlükə real görünür ki, onlar öz aralarında olan təzadları unudub, bizə qarşı birləşələr. Bu mənim fikrimdir. Yaxşı olar ki, əgər Yunis bəy başqa cür fikir edir, onu konkret qeyd edə. Hansı fars siyasi rəhbərləri bizə pay verəcək və bu pay nədən ibarət olacaq? Elə bu səbəbə görə, farsların meydanda olan siyasi qüvvələrinə qarşı Güney Azərbaycanda mənfi balans siyasətin düzgün hesab edirəm. Bildiyiniz kimi, Güney Azərbaycanın daxilində tanınmış bir neçə milli fəalı bəyənat verib, farsların mücadilələrində iştirak etməməyi düzgün saymışdırlar. Qaldı daxili savaşla bağlı qeyd etmişəm ki, Dünya Bankının ekspertləri araşdırma aparıb, 6 bənddən ibarət vətəndaş müharibəsi ilə bağlı nəticələr qeyd edib və hər bənddə də daxili savaşa səbəb olan amilləri göstəriblər. Ümumi halda, İranda vətəndaş müharibəsi bizim meydana çıxıb - çıxmamamızdan asılı deyil. Yunis bəy öz yazısında iddia edir: " Babək bəy mənim dilimdən yanlışca yazır ki, İranda 10 - cu dövr prezident seçkisindən sonra İranın siyasət meydanında 3 qüvvə fəal formada əməl edir: İran hakimiyyəti, yaşıl adlı hərəkat, xalqın etiraz hərəkatı."

Əziz dostlar, mən daha bu barədə də izahat verib, detallara keçmirəm. Çünki onun Günaz Tv - dəki çıxışın səs formasında bütövlüklə azadtribun sitəsində və hətta onun çıxışının bəzi hissələrin film formasında youtubedə də yerləşdirmişəm. Bütün bu söhbətlər marağınızı cəlb edərsə, yaxşı olar Yunis bəyin fikirlərini də onun öz dilindən eşidəsiniz və kimin hadisələrə daha real baxmasını analiz edəsiniz.

http://www.azadtribun.net/-68.htm

14 Ocak 2010 Perşembe

Sayman Aruz: Azərbaycan ikiyə bölünmüş olsa da düşüncə, könül və ruh birliyimiz bölünməzdir


Yeni yaranmış Dünya Azərbaycanlı Yazarlar Qurumunun rəhbəri Sayman Aruzun "bizimyol" qəzetinə verdiyi müsahibəni olduğu kimi təqdim ediriq.

- Sayman Bəy, qurumun yaranma səbəbləri haqqında nə deyə bilərsiniz?- Mən Bakıda cərəyan edən ədəbi prosesi yaxından izləyərək və ən müxtəlif səviyyələrdə yazarlarla və şairlərlə çoxsaylı görüşlər nəticəsində, Güney ədəbi prosesini də yaxından bildiyimə görə belə bir ümumi Azərbaycan ədəbiyyat qurumunun yaranmasına çox böyük ehtiyac olduğunu özüm üçün yəqinləşdirdim. Sonrakı görüşlərdə bu ideya formalaşdı və gördüyünüz kimi, artıq konkret əməli tədbirlərə başlamışıq. Arazın o tayında, Güney Azərbaycanda son on ildə böyük ədəbiyyat dalğası yetişməkdədir. Quzey Azərbaycanda da yeni ədəbi qüvvələrin, talantlı yazarların və şairlərin yetişdiyini yalnız buraya gələndən sonra öyrənmişəm, onların son dərəcə iddialı əsərləriylə tanış olmuşam. Lakin, çox acınacaqlı bir durum var, eyni dildə yazan və yaradan bu yeni nəsil ədəbi güclər biri-birlərini yetərincə tanımırlar. O tayda yaranan əsərlər, əlifba problemindən dolayı və başqa səbəblərdən, bu tayda tanınmır, eyni zamanda burdakıları o tayda çox az tanıyırlar. Əlbəttə, Səid Muğanlının “Yaşmaq” və burada yayımlanan “Alatoran” dərgiləri bu sahədə xeyli işlər görüblər. Ancaq, çox maraqlıdır, bu günə qədər Güney Azərbaycanın öndə gələn yazarlarının və şairlərinin Bakıda heç bir kitabı yayınlanmayıb, bizim ortaq ədəbiyyat yarışmalarımız və ya konfranslarımız olmayıb. Məqsədimiz bütün dünyada yaşayan Azərbaycanlı yazarları ortaq ədəbi prosesdə birləşdirməkdən ibarətdir. Əgər böyük ədəbi əsərlər istəyiriksə daha çox sayda yazarın qatıldığı və ədəbi axınların birləşdiyi daha böyük ədəbiyyat prosesini yaratmalıyıq. Sevindirici haldır ki, həm Güneydə, həm də Quzeydə çox sayda birliklər, ədəbiyyat ocaqları və portalları var, ancaq onların vahid ədəbiyyat hərəkatı yoxdur. Hər iki Azərbaycanı əhatə edən, ədəbiyyat və yazarlıq işinin önəmini artıracaq proqramlar həyata keçirilməlidir. Bax, DAYAQ bu ehtiyaclardan doğulub.
- Bəs DAYAQ bu günə qədər mövcud olan ədəbiyyat qurumlarından və yazıçı birliklərindən nəylə fərqlənəcək?- DAYAQ, adından da göründüyü kimi, lokal bir təşkilat olmaq hədəfini güdmür. Təkcə Quzey və Güney Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycanlı yazarları birləşdirmək, milli ədəbiyyat ailəsini vahid olaraq görmək arzusundadır. Azərbaycan ikiyə bölünmüş olsa da düşüncə, könül və ruh birliyimiz bölünməzdir. Biz ədəbiyyatı və yazarlıq sənətini bu bölünməzliyin qarantı olaraq görmək istəyirik. Bu günə qədər mövcud olan ədəbiyyat qurumları və birlikləri dünyadakı bütün yazarları əhatə edə bilməyib və bu onların məqsədi də olmayıb. Artıq DAYAQ bu missiyanı yerinə yetirmək əzmindədir. DAYAQ daha çox yazarlarımız arasında bir körpü rolunu oynayacaq, Azərbaycan dilində əsər yaratmağın önəmini və yazarlıq işinin aktuallığını artırmağa çalışacaq, istedadlı gəncləri tapıb üzə çıxartmağı və tanıtmağı bir vəzifə olaraq görəcəkdir.
- Ümumiyyətlə, Siz Güney Azərbaycanda yetişən yeni nəsil yazıçılar haqqında nə düşünürsüz və nə üçün biz onları tanımırıq?
- Güney Azərbaycanda yeni ədəbi nəsil formalaşıb, özəlliklə son on ildə, internetin də yayğınlaşmağa başlamasından sonra, gənclər arasından ədəbi yaradıcılığa meyl göstərən və sözün əsl mənasında modern üslubda əsərlər yaradan çox sayda insanlar yetişib. Çox sayda ədəbiyyat portalları və bloqlar yayınlanmaqdadır. Avropada və Amerikada yaşayan və çox dəyərli əsərlər yaradan yazarlarımız vardır. Bu nəsil güldən-bülbüldən uzaqlaşıb, həsrət, ayrılıq, göz yaşı mövzularının vaxtının keçmiş olduğunu anlayıb, urbanistik mövzular, postmodern estetik təmayül onların əsərlərində aparıcı yer tutur. Güney Azərbaycanın siyasi və ictimai durumundan qaynaqlanan vətənsevərlik və üsyankarlıq temaları yeni gəncliyin əsərlərində üstünlük təşkil edir. Bu nəsilin düşüncəsində şamın və pərvanənin yerini etiraz eləmək, üsyan eləmək və milli kimliyi yaratmaq ideyaları tutub. Güneydəki yeni yazarlardan bir çoxlarının adlarını çəkmək olar. Səid Muğanlı, Nigar Xiyavi, Məlihə Əzizpur, Nasir Mənzuri, Kiyan Xiyavi, İsmayıl Ülkər, Nadir Əzhəri, Hümmət Şəhbazi, Baraz, Elyad Musəvi, başqa ölkələrdə yaşayan yazarlarımızdan Vali Gözeten, Güntay Gəncalp, Əziz Səlami, Hadi Qaraçay, Türkan Urmulu, Ziba Kərbasi və başqaları. Əlbəttə çox adlar var ki, onların hamısını bu müsahibədə yada salmaq çətindir. Çox təəssüf ki, Güneydə işlənən əlifba, siyasi basqılar və bir çox başqa nədənlər üzündən onların üzə çıxmasına mane olur. Güney Azərbaycanda əsərlərin əski əlifbanda yazılması bu yazarların burada tanınmasına əngəl olmuşdur. Bu əlifbanın da özünə məxsus qüsurları var və dünyada yaşayan azərbaycanlılar bu əlifbanı bilmədikləri üçün orada gedən ədəbi proseslərdən xəbərsiz qalmışlar. Bir ölkədə ki, ana dilində yazıb oxumaq yasaq olunsun, təbii ki, o yazıçının da üzə çıxmasında çətinliklər olacaqdır. DAYAQ bu problemi aradan qaldırmaq üçün çalışır, onların kitablarını latın əlifbasında nəşr edib, yayımlasına can yandırırıq. Deyə bilərəm ki, artıq bu işə başlamışıq.
- Sizcə dünyada yaşayan Azərbaycanlı yazarlar bu vaxta qədər nə üçün vahid ədəbi prosesdə birləşməyiblər?- Fikir ayrılığı, siyasi düşüncələrin ayrılığı, boş iddialar, insanları bütövlüyə yox, bəlkə belə bir ayrılığa gətirib çıxarır. Onsuz da bu millət parçalanıb və bu qaranlığı bizim beynimizdə formalaşdırıblar. Bu ayrılıqlar şüuraltı bir addımdır və mən inanıram ki, DAYAQ bu qaranlığı fikirlərimizdən pozub və birlik çırağını yanıdıracaqdır. Birləşmək bütövləşməkdir. Məncə ədəbiyyatda heç kəs heç kəsin yerini tuta bilməz. Hər kəsin öz dəsti xətti var. Mən qələm sahiblərimizin, bu oxumuş insanlarımızın birləşə biləcəklərinə çox inanıram.
- DAYAQ-ın yaxın planları nələrdir?-DAYAQ-ın hələ planları irəlidədir, görəcək işlərimiz çoxdur. İlkin olaraq Güney ədəbiyyatının sıra kitablarının nəşrinə başlamışıq və bu yöndə davam edirik. Haqırda qurumun aylıq dərgisinin yaranmasını və dünyadan dəyərli yazarlarımızı dəvət edərək konfrans keçirməyi planlaşıdırırıq. Ədəbi-bədii gecələr və müsabiqələr keçirmək nəzərdə tutulub, bir çox planlarımız da irəlidə açıqlanacaq.Natiq CAVADLI

13 Ocak 2010 Çarşamba

11 Ocak 2010 Pazartesi

Güntay Gençalp, Mehran Baharlının bir yazısı üzərinə düşüncələr

Çox dəyərli araşdırmaçı və bilim adamı sayın Mehran Bəy Baharlı uzun zamandır tarixi və bilimsəl dərinliyi olan yazıları ilə ulusal aydınlamamızda etkili olmaqdadır. Gerçək olan budur ki, Güney Azərbaycanda və İran genəlində ussal (əqli) və maddi dayanağı olan oyanışa ehtiyac var. Bu ehtiyaclar gedərilmədən siyasi savaşımın düşünsəl dərinliyi sağlana bilməz. Bu da kəndiliyindən ciddi axsaqlıqlar doğura bilər. Bu gərəksinimin (ehtiyacın) gedərilişi üçün bəzi şəxsiyətlərimiz yetişmişdir. Onlardan biri də Mehran Bəy Baharlıdır. Mehran Baharlının yazılarındakı görüşləri qəbul edib etməməkdən asılı olmayaraq bu yazılar oxucuların beynində soru yarada biləcək düzeydədir. Önəmli olan da oxurun ağlında soru yarada bilməkdir. Çünkü düşüncəni devindirən (hərəkətləndirən) sorulardır.

Heydər Şadi bəylə “Türk islamı, sınır islamı” başlıqlı yazılarını diqqətlə oxudum və gələcəyimizlə ilgili çox önəmli təsbitlərin bu yazıda barındığını gördüm. Mehran bəy, qaynaşdırıcı gücü çox yüksək olan inanc və din məsələsi üzərinə tarixi örnəklərdən yola aydınlıq gətirməyə çalışmışlar. Özəlliklə gələcəkdə İranda yaşayan türklərin məzhəbsəl gəlişmələrini çox ilginc və diqqətləri cəlb edər biçimdə ələ almış, bu yöndə tarixi, strateji və ulusal mədəniyət dərinliyi olan önərilərdə bulunmuşlar: “Bakı Mərkəz Tabeli cəfərilik, Ankara Mərkəz tabeli Ələvilik, Ankara MƏrkəz Tabeli sünnilik.”

Düşünürəm ki, Mehran bəyin bu yazısı Bakıda və Ankarada üzərində düşünülmələri gərəkən bir qonudur. Əgər Azərbaycan və Türkiyə dövlətləri gələcək ortaqlaşaraq bölgənin super gücü olmaq istəyirlərsə, kəsinliklə Baharlı bəyin bu önərmələrini ayrıntılı şəkildə özümsəmələri gərəkəkdir. Əslində bu formulun İsmayıl Qaspirallının “Dildə birlik, fikirdə birlik, işdə birlik” önərməsi qədər önəmli olduğunu düşünməliyik. Nədən? Çünkü inancda və məzhəblərdə olan qaynaşdırııclıq gücü başqa heç bir şeydə yoxdur. Elmdə, fəlsəfədə yoxdur. İnanc kütlənin böyük qatmanlarını öz arxasınca sürükləyə biləcək enerjiyə sahibdir. Elm, fəlsəfə və bilginin digər dalları isə, professional alanlardır. Hətta bu professional alanlarda bir yerlərə varmış adamlar da qaynaşdırıcı inancın dışında qala bilmirlər. Bu nədənlə də inanc sahəsini kimin yönləndirməsi çox önəmlidir. İnanc alanı kəndi əlində olmayan toplumlar daha sürətli bir şəkildə asimilə olmağa məhkumdurlar. Necə ki, bu gün İranda şiə türklərin asimilasion sürəti daha yüksəkdir. Çünkü bu sahə fars zehniyətinin təkəlindədir. Bir ulusun qurtuluş istəkləri inanc planında denəyim birikdirmədikcə, ideolojilərlə və toplumun gerçəkləri ilə ilə ilgisi, ilintisi olmayan teorilərlə bu, mümkün olmamışdır. Son 500 il içində bir çox Batı toplumlarının uluslaşmasında bunun örnəklərinə rast gəlməkdəyik. Almanlar, finlər və digər toplumlar kəndilərini inanc planında fərqləndirdikləri gündən etibarən, uluslaşmağa başlamışlar. Bu gün Türkiyə və Azərbaycan dövlətlərinin türk kimliyi mərkəzli sünnilik, cəfərilik, ələvilik oluşdurmağa imkanları vardır. Mehran bəyin işarə etdikləri kimi, əslində bunun tarixdə örnəkləri də olmuşdur. Qaraxanlı dövləti islamiyətin ən liberal məzhəbi olan Hənəfiliyi həm qəbul etmiş, həm də türkləşdirmişdilər. Səfəvi dövlətinin quruluşunda sırf türk-ələviləri və ya siyası adları ilə qızılbaşlar qatqıda bulunmuşlar. Nadir Şah öz zamanında məzhəblər arası dialoq bərqərar edərək və dini siyasət işlərindən kənarlaşdıraraq, sanki dönəmin şərtlərinə görə sekular bir dövlət qurmuşdu. İslam tarixinə baxıldığında yalnız türklərin qurduğu dövlətlər dini siyasətə alət etməmişlər. Bunun bir sürü örnəklərini vermək mümkündür. Səlcuq oğulları Bağdad xilafətinin siyasətə qarışmasını önlədi. Bağdad xilafəti, sadəcə zahiri mənəvi otoritə kimi bir statusa qovuşduruldu. Moğul-türk imperatorluğu isə, sırf qeyri-dini yasalarla yönətilən yönətim şəkli idi. Anadolu ələvilərinin qatqısı ilə qurulan Osmanlı dövləti də eyni şəkildə. Osmanlı dövləti də 1517-ci ildə Sultan Səlim Misiri fəth etdikdən sonra xilafətə dönüşmüş və dini açıdan ərəb milliyətçiliyi mərkəzli inanışa sürüklənmişdir. Əslində Osmanlıda bu sürəc daha öncədən başlamışdı və Səfəvi dövlətinin əsasən Anadolu türkləri tərəfindən quruluşu bu sürəcə qarşı bir təpki kimi ortaya çıxdı. Daha sonra Səfəvi dövləti fars məzhəb anlayışı tərəfindən işğal edilsə də, ancaq xalq yenə də öz türk kimliyi qaynaqlı məzhəbi inancından vaz keçməmişdir. Osmanlıda da eyni şəkildə olmuşdur. Xilafətləşən sünni sisteminə qarşı yörük sünnilər xilafətin islam anlayışını qəbul etməmişdilər. Qəbul etməmənin əsas səbəblərindən biri türklərin iqtisadi həyat şəkilləri olmuşdur. Yörük sünnilərdə namaz qılmaq bir o qədər də zorunlu deyil. Dini basqıcılıq türk ələviliyində, türk cəfəriliyində, türk sünniliyində ya olmamış, ya da az olmuşdur. Türk toplumunda yayqın olan bu sosial və tarixi psixologiya üzündən olsa gərək ki, türklərin qurduğu dövlətlərdə din qamusal və bireysəl alana sərt müdaxilə etməmişdir. Qurulan dövlətlər yayqın toplumsal psixologiyaya uyqun bir biçimdə qurulmuşdur.

Bunun önəmli başqa bir səbəbi də türk dili olmalıdır. İslam öncəsi türk dilinin yapsında barınan xatirələr var. Türk ulusunun kollektiv bilincaltında barınan tarixi anılar öz varlıqlarını bir şəkildə türkçədə davam etmişdir. Türklərin yer kürəsinin dəyişik yerlərində doğa ilə iç-içə yaşaması türkçəni dinlərin və məzhəblərin təkəlindən çıxarmışdır. Bu nədənlə də islam sonrası dilimizə girən və dini yük daşıyan sözlər türkçənin genəl və geniş yapısı içində bir çox fanatizm çağrışdıran yüklərindən arınmışlar. Türkçədəki ərəbçə sözlər ərəbcədəki anlamlarından tam olaraq fərqli anlam daşımasalar da onların dinsəl yükü türkçənin içində azalmışdır. Hər millətin dili onun əlində hazır bulunan bir sərmayədir. Dövlətlər də bu sərmayənin içində qurulur. Maddi—mənəvi sərmayəni öz varlığında barındıran türk dili dövlət qurucularının da içdürtülərini şəkilləndirmişdir. Gerçək olan budur ki, türk dili ilə şəriət dövləti qurmaq mümkün olmaz. Gərək bu dil öz yapsından ayrılsın da ondan sonra. Necə ki, xilafətə dönüşən Osmanlı dövləti saxta və soysuz bir dil gəlişdirdilər. Osmanlıcanın mərkəzində duran türkçə deyildir, ərəbcədir. Mərkəzində türkçə duran bir dillə xilafət dövləti qurmaq mümkün olmaz. Osmanlı imperatorluğunun içindən onlarca dövlət doğdu. Müsəlman toplumlu bu dövlətlərdən yalnız türkiyə sekular dövlət halına gəldi, gətirildi. Bunun da səbəbini türk ulusunun tarixi sosial doğasında axtarmaqda yarar var. Günümüz Türkiyəsində bu türkçə ilə heç bir zaman şəriət dövləti qurmaq olmaz. Şəriət dövləti üçün Osmanlıca lazımdır ki, onu da ehya etmək qeyri-mümkündür. İran genəlində bəlli tarixi sürəcdən dolayı türkçədə bir fars vurmuşluq meydana çıxmış. Bu fars vurmuşluq türklərin xətalı davranışlarına nədən olur. Ancaq bütün bu dildəki fars vurmuşluğa baxmayaraq, yenə də türk toplumunda daha fərqli məzhəbi davranışların meydana çıxmasına tanıq oluruq. Şəriətmədari bunun açıq örnəyi idi. Nədən? Çünkü kollektiv bilincaltı bir şəkildə fərdi bilincaltında yerləşib və orada əsrarəngiz biçimdə kəndi yazqısı ilə ilgili eyləmlərdə bulunar. Şəriətmədarinin bireysəl bilincaltında yerləşən türk kökənli tarixi kollektiv bilincaltı bəlli tarixi ortamda hərəkətə keçir. Bunu aydınca anlamamız üçün başqa bir örnək verəcəm. Şəhriyar ana dilində yazıb-oxumamışdı. Ancaq fərdi bilincaltında bir sürü kollektiv bilincaltının kodlarını daşıyırdı. Öz ana dilində yazıb oxumayan, genəldə fars ədəbi mühitində yetişmiş olan Şəhriyar birdən-birə dünyanın şah əsərini türk dilində yaradır. Bu əsərdə də insan mehvərlilik ana söyləmdir. Şəhriyar fars dilini daha sonra öyrənmiş. Fars dilindəki dini şeirləri ilə türkçə şeirlər tamam başqadır. Türkçə şeirləri milli-tarixi dürtülər (təhriklər) yazdırmışdır. Yəni şüuraltının dürtüləri. Farsca şeirlərini isə, onun şüuru yazmışdır. Farsca şüuru. Bilim adamları, şüuru şüuraltının içində bir adaya bənzədərlər. Yəni şüuraltı dənizi içində şüur bir ada kimi imiş. Şəhriyarın dar mühit oluşduran farsca şüurunun ürünü olan şeirlərində insan mehvərlilik daha az, ancaq türkçə şeirlərində ana söyləm insan mərkəzçilikdir (humanizm). Bu da şairin fərdi bilincaltında yerləşən və gələcək üçün planlar çizən kollektiv bilincaltının çabaları olsa gərək. Bu, bütün türklər üçün keçərlilik daşıya bilər. Şəhriyarın divan ədəbiyatında hakim olan ilahiyatçılıqdan türkçə şeirlərində əsər yoxdur. O, türkçə şeirlərində daha özgürdür. Bu özgürlüyün də qaynağı türk kimliyinə və türk dilinə dayanmaqdadır. Doğanın qoynunda yaşamış bir millətin tarixi xatirləridir. Sanki ikinci “Kitabi—Dədə Qorqud”. Şəhriyarla Şəriətmədari olayını qarşılaşdırarsaq, böylə bir sonuc çıxarmaq mümkün olabilər: Şəhriyarın bireysəl bilincaltında hərəkətə keçib böyük bir əsər yazdıran türk kollektiv bilincaltı Şəriətmədarinin fərdi bilincaltında siyasi planda təzahür etmişdir. Bir sözlə türk toplumunun tarixi xatirləri və türk dili türklərin inanc və islam alqılayışını ərəblərdən-farslardan ayrışdırmışdır.

**

Mehran Baharlının bu yazısında sadəcə ağlıma taxılannlar üzərində duracağam. Bütün yazını irdələmək niyyətim yox. Bu yazısında “sekularizm” və “laiklik” qavramları üzərinə də açıqlama gətirmişdir. Onları alışdığımızdan fərqli şəkildə yozumlamışdır. Əslində hər bir bilim adamının belə bir haqqı vardır. Yəni qavramları fərqli anlamda izah edə bilər. Ancaq bu qavramlarin daşıdığı tarixi dəyərləri var. Bəlkə bu qavramları islam ölkələrində fərqli anlamaq mümkün ola bilər, bu başqa məsələdir. Bu qavramlar üzərinə bilgimizin artışı üçün bəzi açıqlamalara ehtiyac var. “Sekularizm” və “laiklik” eyni anlam daşıyan sözlərdir. Sekularizm ingilizcə və laiklik fransızca. Aralarındakı fərq də burdan qaynaqlanmaqdadır. Yəni “sekularizm” anlayışının arxasında ingilis mədəniyəti və tarixi, “laiklik” anlayışının arxasında Fransız mədəniyəti və tarixi durmaqdadır. İngiltərədə aydınlanma və dinin siyasətdən ayrılması daha erkən çağlarda doğdu. Bu üzdən də İngiltərədə sekularizm evrimsəl bir sürəc yaşadı. Bu üzdən də sekularizm anlayışın içində “devrim” deyil, “evrim” var. Ancaq 1789-cu il Böyük Fransa İnqilabı dinə qarşı devrimci davrandı. Dinin siyasətdən ayrılışı Fransa da devrimlə gerçəkləşdiyi üçün “laiklik” mahiyəti etibarı ilə devrimci bir anlayışdır. Türkiyədə də sekularizmin yerinə “laiklik” sözünün qullanılmasının iki səbəb olmalı: 1. Tənzimatdan başlayan bir sürəclə Osmanlı aydınları Fransız mədəniyətinin etkisi altında idi. 2. Türkiyədə də əski zehniyəti devrimci bir şəkildə devirib yerinə modern bir dövlət qurmaq “sekularizm”in evrim anlayşından daha çox “laiklik”in “devrim” anlayışına yaxın idi. Amac etibarı ilə həm laiklik, həm də sekularizm özdeş olmuşlar. Fərq onların tarixiyətində və davranışlarında olmuşdur. Aydınlanma dönəmi İngiltərədə daha erkən başlamış, ancaq bütün dünyaya yayılması Fransa Devrimi ilə gerçəkləşmişdir. Sekular sürəc İngiltərədə 500 il Fransadan öncə başlamışdır. 1648-ci il İngiltərə devrimi ilə nisbətən sürətləndi. İngiltərədə qanunun heç bir yerində yönətimin sekular olduğu yazılmamışdır. Çünkü İngiltərədə sekularizm gəlişən burjuazi ilə yaşanan bir sürəc olmuşdur. Gələnəklərə qarışmıdır. Ancaq Fransa anayasasında açıqca yazılmışdır.

**

Türklərin dində xoşgörülü olmalarının bir səbəbi də islamı qəbul etikləri tarixlərə dəng gəlsə gərək. Sasani dövləti Hz. Məhəmmədin ən yaxın silahdaşları tərəfindən devrildi. Misir və Sasanilərdə islam qanlı şəkildə özünü qəbul etdirməmişdir. Ancaq Əməvilər və arxasınca Abbasilər üçün islam uğrunda cihad sırf qazanılan qənimətlər yolu ilə zənginləşmək olmuşdur. Sasaniləri devrirən ikinci xəlifə Ömərin “Bu qədər zənginliklər qarşısında müsəlmanların nəfsləri qabaracaq, islama zərər gələcək”- söylədiyi bilinməkdədir. Əslində o şəkildə də olur. Ərəb etnosunu cihad adı altında sıx şəkildə birləşdirən islam dini ərəblərin zənginləşməsi üçün bir arac olmuşdu. İmam Hüseyn ölmədən öncə “Siz bizi öldürdükdən sonra artıq kimsəyə rəhm etməyəcəksiniz.”— demiş. Öylə də olmuş. Türklərlə farsların islamı qəbul edişlərini müqayisə etmək gərəkir. Sasanilər zamanında atəşpərəstlik zülm atəşinə çevrilmişdi. Bu inancın bilginləri siyasətə müdaxilə edirdilər. Bu nədənlə də islamın ədalət çağrılarına əhali təslim olmuşdu. Ancaq türklərdə atəşpərəstlik kimi bir inanc olmamış və şamanlar da dövlət işlərinə müdaxilə etmirdilər. İslam öncəsi fars və türk tarixi psixolagiyasini və dövlətçilik anlayışlarını qiyaslarkən, türklərdə heç bir dinin dövlətin təməl işlərinə qarışmadıqlarına tanıq oluruq. Farslarda bunun tam tərsinə olmuşdur. Türklərin islamın qarşısında dirənişləri də genəldə bu üzdən olmuşdu. Ərəblərin çağrıları türklər üçün keçərli görünmürdü. Ancaq farslar atəşpərəstlik zülmündən qurtulmaq üçün islama dirənişsiz təslim olurlar. Əməvilər, Abbasilər islam adına bolluca insan qanı axıtmışlar. Türklər islamı qəbulı etdiyi dönəmlərdə ərəb şovinizmi ilə islam özdeşləşmişdi. İndiki İranda fars şovinizmi ilə şiənin özdeşləşdiyi kimi. Ərəb müsəlmanlar üçün türklər kölə bazarında satılmaq üçün daha uyqun idi. Türkləri əsir yaxalayıb kölə kimi satan ərəblər gündən günə zənginləşirdilər. Sonra bu kölələr islamı qəbul edib Misirdə Məmluklar dövlətini quracaqdılar. Bu nədənlə də türklər köləliyə qarşı mübarizə edərək islamı qəbul sürəcinə sövq olurdular. Həm islamın özünə, həm də basqıcı və yox edici ərəb milliyətçiliyinə qarşı bir dirəniş türklərdə şəkillənirdi. Ancaq islamı qəbul etmək bir də qərbləşmək üçün bir vasitə idi. Ilk çağlardan türklərdə Qərbə doğru uzanma və uyqun yeləşik yerlərdə yerləşmə meylləri var idi. Hunlardan günümüzə qədər davam etmişdir. Bu gün bu tarixi istək Türkiyənin rəsmi dövlət politikasıdır. Qərbləşmə yolunda islam bir əngəl idi. İslam qəbul edərək qərbə, yəni münbit torpaqlara doğru hərəkət etmə bir tək seçənək kimi ortada idi. Bir tərəfdən ərəblərə qarşı olan antipatiya, digər tərəfdən qərbləşmə meylləri türklərdə fərqli islam alqılayışı şəkilləndirirdi. Türklərin iqtisadi həyat tərzindən, coğrafiyalarından qaynaqlanan kültürəl dəyərlər də bu fərqli alqılayışı gücləndirirdi. Bu gün türk islam anlayışının fars və ərəbdən fərqli olmasının tarixi qaynaqlarını bu açılardan baxaraq da dəyərələndirmək mümkün. Türklər üçün islam hər zaman bir xəbər olmuşdur. Heç bir zaman bir inşa mahiyəti daşımamışdır. İndi də o şəkildədir. Çünkü islamın dilini anlaya bilmədikləri üçün öz əski inanclarından yola çıxaraq islam alqılayışı gəlişdirmişlər. Farslar bu sorunu çözüb və tərcümələrlə islamı anlamağa çalışmışlar. Bu gün də Bakıda, Təbrizdə, Ankarada təsəvvür edəlim ki, bir taksi şofiri arabasına bir Quran ayəsini plastikdə asmış. Ona sorsan ki, burda nə yazıb oxuyub anlada bilməz. Sadəcə Quran ayəsi olduğunu söylər. Ancaq eyni şofiri bir ərəb şəhərində təsəvvür etsək, orada nə yazıldığını rahatca bizə anladacaqdır. Bu nədənlə də islam daima xəbər olaraq türklər üçün mövcud olmuşdur. Bu xəbəri öz kimliklərindən yola çıxaraq eşidib qəbul edərəkən ələvilik, bəktaşilik və digər bu kimi cərəyanklar yaranmışdır. Modern dünyaya açıq olması mümkün olan bir din alqılayışı.

05.01.2010

7 Ocak 2010 Perşembe

Təbrizli Baybək, Dünyada yaşayan, dünya siyasətilə maraqlanmalıdır

Bizlər danışanda sankı dünyanın ən ağıllı öndə gedənlərdənik kimi, sankı hər bilimin sahibiyik kimi və sankı sorunları çözən tək adam olan kimi çıxış edərik. Ama, bəllidir ki bu saxta kimligin və ifadələrin arxasında heç nə dayanır və gərçək anlamda bir işə yaramır.

Bəzən dostlar elə çıxış edirlər ki qulağ asan gülməkdən az qala ürəgi dayansın. Bəzəndə şəxslər elə qonularda çarə göstərirlər ki o qonuyla bağlı heç bilgilər yoxdur. Qlobal məsələni qəbul edənlər isə hələ bölgəsəl siyasəti anlamaqda çətinlik çəkməkdədirlər. Görəsən nəyə belə olub?

Bizi dünya siyasətindən uzaqlaşdırıb, bölgəsəl çatışmalara sürükləmək çabası

Azərbaycan bir varlıqdır ki Türk dünyasının bir parçası olaraq çoxlu devlətin marağ çərçivəsində yer alıb. Bu nədəndən ötürdə bu ölkənin başına gəlməyən qalmamış. Üzntülü burasıdır ki Azərbaycanlı siyasətçilərdən biri, bu günə qədər dünya siyasətini silkələməmişdir. Geçici ad çıxarmalar və ya aldatıcı ləqəblərdən söz ütmirəm, gərçək ağırlıqdan danışıram.

Biz indi tanəq oluruq ki dünya siyasəti tüm hızı ilə ilərləiyr, dünyanı yönətən qılığına girənlər isə rəhm etmədən qıra qıra istismar etməkdədirlər. Dünyanı özlərininki bilənlər, çalışırlar ta Azərbaycanlılar kimi zəngin ama gücsüzləri balaca bir meydanda məşqul saxlasınlar.

Bu gün nələrə diqqət edilməlidir?

Bu gün baş verənlərə, yani bölgəyə dəxli olanlara qıssaca bir göz ataq

- İran adlanan ölkədən başlayaq, orda bir sıra muxalifət-hakimiyət savaşı gedir. Bu olaylarda daxili istəklər və etirazların olmasyıla birlikdə, xarici devlətlərin dəxalətini danmaq imkansızdır. Bu gün ən güclü olaraq yaşıl hərəkata dəstək verən medialardan biri BBC-dir. BBC isə Böyük Briyaniya-nın propaqnda və rejim dəiyşən maşınıdır və bu iddea dəfələrcə subuta yetişib. Mən BBC-nın Farsca bölümü yaranmadan öncə, hələ xəbərləri dillərdə olduğu zamanlar bir məqalədə bu qonuya toxunmuşdum və daha sonra Böyük Britaniyanın sömürgəçilik siyasətinə1 yol açan və davam verdirən olayların alt yapısını hazırlayan BBC-nın roluna işarə etmişdim2. Və yazmışdım ki Fars şovonismini yaradıb və Azərbaycana qarşı qullanan devlətlərdən biri olan Böyük Britaniya atası xeyrinə yeni bölüm açmaz. Əlbəttə hakimiyəti Türk Azərbaycanlılardan alıb və Farslara verən devlətlərin amacı məhz Azərbaycan yox, ki Türk Dünyasını dağıtmaq və qarət etməkdir. Buna üç ana nədən vardır, a) Türklərin çox və tarixi olduqları, b) türklərin müsəlman olduqları və c) türklərin dünyanın ən önəmli bölgələrinə sahib olmalarıdır. Deməli devlətləri maraxlarını yaşıl hərəkatdan alınacağını nəzərdən qaçırmayaraq, o hərəkatın içində olan gərçək mötərizləri danmaq imkansızdır. Buna görədə Fars işqalçı rejiminin başqa bir Fars rejimilə dğiyşdirilməsi imkanı vardır, ama, Fars rejiminin çöküşü və demokrat bir sistemin işə başlaması hala imkansızdır.

Orta Doğuya rəsmən plan hazırlayan və xəritələr çizən devlətləri, başda Amerika olaraq, nə göz ardına vurmaq olar və nədə savaşıb qaçırtmaq! Ancaq, onlara və istəklərinədə belə abtalcasına baş əymək məntiqə uyqun olmayacaqdır. Bu durumda, gərəkdir ki xarici devlətlərin maraxları üzərində monopoli olunsun və maraxlarına görə bölgəni savaşda saxlayanların qarşısında oyunlar başlansın. Təbiki dünya al-ver dünyasıdır və hər kəs çox ödəsə bəlli bir şeylərə sahib olacaqdır. Azərbaycan siyasiləri gərəkdir ki oyuncaq olmaq vərinə, çalışsınlar ta satılacaq olan şeyləri, və ya daha açıq desəm, satmasına məcbur olduğumuz şeyləri hər nəqədər olursa bahasına sataq.

- İraq işqalına gəlincə, o ölkəyə xarici devlətlərin saldırısını hər haldə xatırlayanlarımız var. Ancaq onu önəmsəməiybdə yanından keçənlər daha çoxdurlar. Hala o qonuyu anlamayanların anlamsız təpkilərini görmək olar. İraq nədir və Səddam Hüseyn kimdir məsələsini hələ bir yana buraxsaq bilə, İraq dünyanın önəmli şahdamarlarındandır deiylsə kimşə şaşmalıdır. Gərçəkdir ki İraq tarix boyu marax mərkəzi olmuşdur və özəlliklədə yəhudilərin arzularının balaca bir bölümünü təşkil etmişdir. Enerji məsələsi və imperiyalism qonusunu artırarsaq əgər, bu ölkənin şahdamar olduğunu daha qolay anlamaq olacaqdır. Iraqla birlikdə, Türkiyə və Azərbaycan-da Suriyə, Fələstin, Livan, Mısır və Səudi Ərəbiyə ölkələridə marax doğurmaqdadırlar, çünkü yəhudilərin oralardada arzuları vardır. Mən bir neçə məqaləmdə bu qonuya toxunaraq qonunun nəqədər önəmli olduğunu nəzərlərə çatdırmışdım3. İraqın işqalına Əfqanistan yola çıxıldı, ancaq, ora saldırının nədənidə sözdə Əl-Qaidə və Taliban, ondan öncədə Sovet Birligi olsaydı, 1999-2002 illər arası Taliban, Əl-qaidə v.s kimi terror hörgütlərini məhv etmək imkanına malik olan işqalçı devlətlər, göz önündə Bin Ladən-ın özünə bilə qaçmağ imkanı yaratdılar! Nədən? Çünkü əgər o illərdə terror hörgütləri dağıtılsaydı, o zaman Amerika başda olmaqla, NATO və başqa xiristiyan düvlətlərin Əfqanistanda qalmasına, ordanda İraq girmələrinə zəmin hazırlanmazdı!

Olsun, Quzey Azərbaycan və Türkiyə devlətlərinində Əfqanistan və İraq işqalında rolu olmuşdur, ama, bu rol, məhz onların avtoritar hakimiyətini qoruyan xarici devlətlərin əmri ilə baş tutmuşdur. Türkiyə nədən İraq işqalında Amerika güclərinin ölkədən keçməsinə yox dedi? Hər haldə üzdə belə dedilər ki güya İraq müsəlman bir ölkədir və Türkiyə islami bir ölkəyə saldırıda yardımcı ola bilməz! Ama, bu aldatmacanın arxasında, Türkiyəni Kərkükdən uzaq saxlamaq üçün yatan siyasətlər yer almaqdadırlar. Əgər Türkiyə devləti gərçəkdəndə müsəlman ölkəyə saldırıda yardımcı olmayacaqdır, o zaman NATO, Amerika və əslində İraq və Əfqanistanı işqal edən devlətlərin nədən hər tür istəkinə baş əiyr? Az qala Türkiyə vətəndaşlarının güydigi tumanın rəngini bilə batılılar seçsinlər! Ərdoğan Türk dünyasına Taiyp yox ki Aiyıb kimi yazılıb, ancaq, indiki hakimiyətdə Osmanlı varlıqlarını bir daha gərçəkləşdirmək istəyənlər az dəiyldirlər. Cənab Ərdoğanın islami inancından doğan hislər və Fələstinliləri himayə etməsi, Şimon Perezə deiynməsi və bu kimi işləri məhz Türd imperiyası olan Osmanlıların yenidən dirilməsi yöndü qullanılmaqdadır. Ama, mələsəf bu olaylara izin verilməyəcəkdir və Türk imperiyasını qurulmadan çökdürmək üçün Türkiyəni parçalamaq, və ən önəmlisi Azərbaycan sınırlarından uzaqlaşdırmaq planlarına illərdir ki start vurulmuşdur.

- Pakistan, Çin, Gürcüstan məsələlərinin baş tutması isə məhz Rusiyanın əllərini girdəkan qabığına qoymaq üçün ortaya çıxmışlar. Çünkü əgər Rusiya öz sorunlarından baş ayılda bilsə, o zaman əski Rus imperiyasını qurmağa açıq və güclü şəkildə cəhd edəcəkdir. Buna görədə gürcüstanda, Dağıstanda, Türkmənistanda və Qazaxıstanda bəlirli çatışmalar hayata keçirilməkdədir. Çin və Rusiyanı qarşı-qarşıya qoymaq, Quzey Korea və İran adlanan ölkənin məsələsini gündəmdə saxlamaq isə başqa bölgələrə girmək və işqal etmək siyasətlərini pərdə arxasına salmaq deməökdir. Bu durumda, İran adlanan ölkə, Türkiyə, Pakistan və İraq parçalanmaqdadırlar. Ama, necə və nə zaman parçalanacaqlar məsələsi zaman işidir. Buna görədir ki bizlər hazır olmalıyıq ta parçalanma prosesində bir daha ortadan kəsilməyək, vərinə, o biri parçalarımızı geri alaq.

- Yəmən məsələsi və Sumaliya dəniz quldurlarının abartılması! Bu iki qonu bir birinə dəxli olmayan kimi görünsələrdə, əslində geniş və təhlükəli bir planın iki ucudurlar. Dünya xəritəsinə baxdığımızda, görürük ki bu iki ölkə stratejik bir boğazın iki yanındalar. Və onları ələ keçirməklə, günümüzdə Hormoz Boğazı adlanan geçidin alternativi olaraq, Osmanlı İmperiyasının sahib olduğu Bab-əl Məndəb boğazına sahib olmaq olar.

Bilirik ki İran adlanan ölkə dünyaya axan yanacağın geçidinin önəmli bölümünə ətki göstərmək imkanına malikdir. O ölkədə hakim olanları qullanan və qoruyna ölkələrin öz aralarında savaş var və bu olaylara baxdığımızda, Rusiya və Çin bu savaşın başda gedən qalibləri kimi görünürlər. İran dalanan ölkənin hakimiyətisə gücünü numayış etdirmək üçün, “nef axımını bağlaram” hədəsini dəfələrcə və üst düzey yetkililərin ağzından dünyaya çatdırmışdır. Deməli bu həddədən faydalanaraq, yaranan qorxunu ağıllı və öz maraxlarına görə qullanan devlətlər, neft axımı üçün yeni məsir yaratmağa qalxışdılar. Bu qonuya ötənlərdə toxunmuşdum və hətta Azərbaycan torpaqlarından Ermənistan və Türkiyə vasitəçiligilə İsrail qazancına neft-qaz axımının gərçəkləşəcəginidə ilk olaraq önə sürmüşdüm. İndi görürük ki bu işlər gərçəkləşir, Türkiyə Ermənistanla barışır, Azərbaycan isə Ermənilərə güzəştə gedərək o ölkəylə rabitə qurmalı olur və İsrail isə hər üç ölkədə enerji sahəsində ağır ve geniş işlər görür. Artırım ki Bab-əl Məndəb geçidinə qomşu olanlar və Suez kanalına qədər uzanan ölkələrin hamısı ama hamısı batı devlətləri və İsrailin kontrolu altındalar. Demək istirəm ki neft-qaz axımı dürd önəmli məsirdən düynaya xamağa başlayacaq, biri Bab-əl Məndəb, biri Hormoz geçidi, biri isə Eqe və Meditranə dənizi yolundan Cəbəl-ul Tariq (Gibraltar) geçidindən. Bu geçidlərin üçü tam olaraq batı devlətlərinin başında gedən üç ölkənin əlində olacaqdır, yəni İsrail, Amerika və Böyük Britaniya. Hormoz geçidi isə dünya ictimaiyəti adı altında gizlənən, supergüclər vasitəsilə, ama məhdud bir şəkildə kontrol ediləcəkdir. Bu gün Amerika və Böyük Britaniyanın rəsmən Yəmənə qoşu yeridmələrinin nə anlama gəldigini artıq bilmək qolay olacaqdır. Habelə, İran adlanan ölkənin hakimiyətinin nef satışından pullanıb və özbaşınalıq etməsinə son qoymaq üçün, onun axan damarlarını kəsmək siyasətinin nə olduğunu bilmək olacaqdır. Və, ən önəmli olan olay bu olacaqdır ki Rusiya və Çin, Hindistan və yan ölkələrin enerji maraxları və istəkləri kontrol edilə biləcək, və, vəd edilmiş torpaqlardan daha çox alan əldə olunacaqdır. Vəd edilmiş torpaqlar nə dəməkdir sorusunu isə Yəhdilərin qutsal kitabında və İsrail devlətçiliginin siyasətində tapmaq olar.

Bu olaylara baxdığımızda, görürük ki İran adlanan ölkə necə Türk ölkəsi olan Türkmənistanla sıcaq ilişkilər qurur, həmən Türkmənistan isə Uyğur türklərinin torpağını işqal edən Çin devlətinə uğurla nef kəməri çəkməkdən fəxr edir! Bu arada, nə türk və nədə dünyası söz qonusu olur! Yəni, adları türk olsada, gərçək olan hakimiyətlərimizin heç biri türk dəiyldirlər. Və, mən inanıram ki əgər biz bu dedigimiz tür dünyasını qurmaq üçün özümüzü öldürsək, boşuna can vermiş olmuş olacayıq. Çünkü bizim birləşməmiz üçün heç nəiymiz və tutuna biləcəgimiz yoxdur. Bunları əldə etmək üçün, öncə milli bağımsızlıq və milli düvlətçiliklərimiz qurulmalıdır. Mələsəf bu gərəkənləri gərçəkləşdirmək üçün, hələlik nə inanımız və nədə gücümüz var.

Bu uzun müqəddimədən amacım budur ki əgər biz istirik Azərbaycan adında bir gərçəgin var olduğunu quruyaq, və bağımsızlıqdan söz edək, ilk öncə ətrafımızda nələr olur bitir gərək xəbərimiz olsun. Bizim başımızı öz içimizdə qatanlar çox yaxşı bilirlər ki əgər Azərbaycanlılar qlobal siyasətə ilgi göstərsələr, o zaman öz haqlarından mudafiyə etməgidə başaracaqlar.

Bu gün rəsmən görürük ki Quzeydə millətimizin başına elə oyunlar açıblar ki gün çörəginə möhtacdır, sözünü deməgə bilə gücü yoxdur. Gün bə gündə milli hislərini əldən verir. Quzeydə olan sözdə muxalifətsə tez tez dolur boşalır və xalqa yön göstərməkdən qaçınır. Son neçə ayda gene İsa Qəmbər başda olmaqla bir çox muxalifət liderinin səsi köyü batıb1 Nədən? Çünkü onları Avrupa və Amerikaya dəvət etdilər və bir işlər gördülər ta hakimiyəti qurdalamasınlar! Ama nə zamana qədər? Onuda elə Amerika və Avrupadakılar qərar verəcəklər. Bir gün əgər gördüz ki məsələn Azadlıq radiosu məsələn İsa Qəmbər kimi birinin burnunun qanamasına qlobal və milli yas törəni elan edir, bilin ki İlham Əliyev çağı bitmişdir!

Güneydəsə başımızı islam cumhurisinin Fars rasisminə məşqul edirlər və bizim adımıza toplantı keçirirlər ki güya bizim məhz bir tək düşmanımız var və o da islam cumhurisidir ki bü günkü Fars rasisminin təmsilçisidir! Ama soruşanda ki bu Fars rasismi nədir və kimlər onun arxasındadır, hamılıqca susurlar və tosbağa kimi başların qabıqlarına soxurlar!

Bu gün bizim dərdimiz dünyada gedən qlobal siyasətdir. İkiz külələri özləri partlatdılar, Əfqanistana saldırdılar. Yalan bilgilər düzəldərək İraqa saldırdılar, bu gün açıqcasına etiraf edirlər ki tüm bilgilər yalan və uydurmaidi və onsuzda İraqın işqal etməsinə illər öncədən qərar vermişlər*. Yəmən, Sumaliy və Etyopiya kimi ölkələrdə İslam ekstirimistləri adına hörgütlər yaradıb, dəniz quldurları törədib və bölgəsəl savaş düzəldirlər ta bölgəni işqal etsinlər.

Və, hala bizə deiyrlər ki siz başınızı salın və səsinizi çıxarmayın! BMT bilməm insan haqları məhkəməsi, nə bilim dinlər arası danışıq və barış kimi uydurmacalar isə hala qandırmaca işlərinə davam verirlər və geri saxlanılmış kütlələri aldatırlar. İnsan haqları nə zaman Vitnama uyqulandı və Amerika-nın yapdığı soyqırım və cinayətlər qınandı? Nə zaman Əlcəzirə-yə uyqulandı və Fransa-nın törətdigi soyqırım qınandı? Nə zaman Afriqa-nın tüm ölkələrinə uyqulandi? Nə zaman qadını adam saymayan Ərəb ölkələrinə uyqulandı? Nə zaman müsəlmanları illərcə öldürən Serblərə qarşı qullanıldı? (iş işdən keçdikdən sonra və batının insanları etiraz etdikdən sonra devlətlər ortaya girməli oldular ama hala cinayətkarlar sərbəst gəzirlər və kimsə olması gərəkən kimi muhakimə olunmur). Nə zaman Uyğurlara uyqulandı? Nə zaman Dağıstanda uyqulandı? Və, nə zaman Güney Azərbaycanda uyqulandi? Sizcə dünyanı ələ keçirən devlətlərin bu olaylardan xəbəri yoxmudur? Sizcə mənim ya sənin bir imza və bir məktubuyla insanların haqlarına sayqılı olacaqlar? Boş xayaldır, ama, başlanması gərəkən işlərimizə yardımcı ola bilər. Biz yalvarmaqla dəiyl, almaqla başlamalıyıq.

Dünyada qlobal istiləşmə var diyə ölkələrə təziyqlər başladılar, ama özləri bir balaca addım bilə atmadılar. Ölkələrə zəhirli xəstəliklərlə, spid və sonlarda donuz qripilə saldırdılar və qazandılar. Bunlarla insanlıqdan danışmaq boş işdir. Bizdə gərəkdir ki onların yolu ilə ilərləyək. Yoxsa onların çizdigi yola girsək, uçurumla qarşılaşacayıq.

Quzey Azərbaycan və Güney Azərbaycanda olanları dünya siyasətilə uyqunlaşdırmalıyıq və ona görədə önləmlər almalıyıq. Kürd bir tərəfdən və Erməni digər tərəfdən torpaqlarımızı alırlar və devlətçilik dedigimiz oyuncaqlar ona yardımcı olur. Dəfələrcə demişəm ki Türkiyədə AKP dözdü dözdü dözdü, ta ki Kürdlər Azərbaycan sınırlarına dayandılar və bələdiyyə seçkilərini qazandılar. Ondan sonra Kürd-Erməni açılımı elan edildi ta bu iki düşmanın birləşməsinə zəmin hazırlansın. İndisə, DTP kimi Kürd türror yanlılarının siyasi partiya adına bağlanılması, əslində Kürdlərin dahada Türkiyədə və Azərbaycan sınırlarında yayılmasına və güclənməsinə yardımcı olmaq deməkdir. Demokratik Toplum Partiyası bağlandı, Kürdlər ayaqlandı və sabah ya birisi gün yeni partiya yaranacaq ki terrorçuların rəsmilərinidə içində alacaqdır. Hətta bir gün qatil Abdulla Öcalanı Türkiyı Böyük Məclis-ində depotat kimi görməkdən şaşırmayacağam. Naxçıvan və Laçın əldən getmə təhlükəsindələr, güc oyanırsaq, getmiş olacaqlar. Türkiyə Azərbaycandan ayrılır, Avrupaya girir ta ornın zibilliginə və qullanımlı marketinə çevrilsin. Türk dünyasına sayqısızlıq edən AKP ilə ömməti islam-çılıq və Türkçülük məsələsində barışmaq səhvdir.

Qələm sahibləri və siyalılar, partiya liderləri və ya sözçülər bir addım iləri qoyubda dünya siyasətindən danışa biləcəklər mi? Yoxsa genədə oturub oturub, bir daxili və ya şəxsi məsələyə qarşı uzun uzun danışacaqlar? Bu qədər qapalı olmaq və özümüzü balaca bir alanda həbs etməgin anlamı nədir?

Əgər siyasi partiyalarımızın birindən dünya siyasətinə yönəlik bir önəri, bildiri, incələmə və ya etiraz görsəniz, lütfən mənədə bildirin.

Hər kəs öz sazın çalır, biz nədən çalmaq yerinə oynayırıq?

Təbrizli Baybək
05/01/2010
Croydon

Babek Azeri, İranın üzü inqilabadır, yoxsa vətəndaş müharibəsinə?..



Babek Azəri: «İranda yaşayan bütün xalqlar həmişə rejimin dəhşətli iqtisadi, siyasi, mədəni ayrı- seçkiliklərinə məruz qalıblar»

Son günlər Iranda baş verən olaylara aydınlıq gətirmək üçün Isveçrədə yaşayan güneyli hüquqşünas Babək Azəriyə üz tutduq. O, Iran rejiminin təkcə türklərə deyil, bu ölkədə yaşayan digər xalqlara qarşı etdiyi haqsızlıqlardan danışdı.
- Iranda 10-cu dövr prezident seçkisindən sonra baş verən qanlı etiraz aksiyalarının səbəbləri nədir?
- Təqribən 12 il yarım bundan öncə Məhəmməd Xatəmi islahat şüarı ilə Iranda prezident seçilib. O zamandan bəri Iran hakimiyyəti öz içindən iki qüvvəyə ayrılıb, yəni, mühafizəkarlar və islahatçılar. 10-cu dövr prezident seçkisində iqtidarın mühafizəkar qanadı kobudcasına prezident seçkilərində saxtakarlıq edib və islahatçıların namizədi sayılan Mirhüseyn Musəvinin prezident seçilməsinə mane olub. Bu isə hakimiyyətin içində olan mühafizəkar və islahatçı qüvvələrin arasında mübarizəni daha da gücləndirdi ki, bu mübarizə sonda islahatçılara aid olan “Yaşıl” adlı bir hərəkatı formalaşdırdı. Bu hərəkatın başçısı Mirhüseyn Musəvi sayılır.
- Hakimiyyətin içində olan islahatçı və mühafizəkarların bir-birindən fərqi nədir?
- Iran hakimiyyətinə aid olan həm mühafizəkarlar, həm də islahatçılar Iranın Ana Yasasına istinad edirlər. Amma onların Iran Ana Yasasından çıxartdığı nəticə bir-birindən fərqlənir. Bunun da əsas səbəbi Iranın Ana Yasasında ziddiyyətli məqamların olmağı ilə bağlıdır. Misal üçün, Iranın Ana Yasasının 23-cü maddəsində qeyd olunur ki “Fikirlərdə təftiş aparmaq və insanları fikrinə görə cəzalandırmaq yasaqdır”. Amma 26-cı maddədə qeyd olunur ki: “Partiya və cəmiyyətlər azaddır, bu şərtlə ki, islam üsulunu və Islam Cümhuriyyətinin əsasını tapdamayalar”. Siyasi fəaliyyətlə bağlı belə bir konkret şərti qoymaq hakimiyyətə imkan verir ki, çox dəhşətli formada müxalif fikirlərin yayılmasına əngəl törədə bilsin. Iranın Ana Yasasında bu cür ziddiyyətli məqamlar çoxdur, mən ancaq bir misal gətirdim. Bildiyiniz kimi, toplumda insanlar icma formasında yaşayırlar, onların siyasi, iqtisadi, mədəni rabitələri qanun əsasında həyata keçirilir. Əgər qanunda təzadlı məqamlar olsa, rabitədə böhran yaranar.
- Cavabınızdan belə çıxır ki, siz islahatçılarla mühafizəkarlar arasında çox ciddi fərq görmürsünüz?
- Bildiyiniz kimi, dünya səviyyəsində, hətta azad ölkələrdə siyasətçilər belə tanınıblar ki, onlar əxlaq baxımından kasıb olurlar. Bunun əsas səbəbi də ondan ibarətdir ki, siyasətçilər müxalifətdə olanda çox xoşagələn vədlər verirlər, amma iqtidara gələndən sonra verdikləri vədlərin çoxuna əməl etmirlər. Elə buna görə, biz siyasətçilərin əməli əsasında onlara qiymət veririk, onların verdiyi şüar əsasında yox. Misal üçün, hal-hazırda Iranda “Yaşıl” adlanan etiraz hərəkatının rəhbəri Mirhüseyn Musəvidir. O, indi müxalifətdədir. Amma unutmayaq ki, o, islam inqilabından sonra 8 il dövlət başqanı olub. Onun təklifi ilə Iranda Milli Təhlükəsizlik Nazirliyi təsis olub. Bu nazirlik tərəfindən də hakimiyyətə müxalif qüvvələr tutulub, onlara qarşı istintaq aparılıb və minlərlə insan edam olunub…
- Söhbət indidən gedir, Musəvinin siyasi fikrində ciddi dəyişiklik ola bilməzmi?
- Mən bir yerdə oxumuşam ki, bir amerikalı alim adamları dəyişmək haqda belə deyir: bəzi adamların fikrini dəyişmək ona oxşayar ki, sabunla kömürü yuyaq bu ümidlə ki, kömür ağaracaq. Mənim fikrimcə, Musəvi də bu növ adamlardan sayılır.
- Mirhüseyn Musəvi son bildirişində, Iranda siyasi böhranla bağlı beş maddəli bir çıxış yolu göstərdi. Üçüncü maddədə siyasi məhbusların azadlığını tələb edir. Dördüncü maddədə mətbuat və informasiya vasitələrinin azad olmasını istəyir. Beşinci maddədə Iran Ana Yasasına istinad edib və tələb edir ki, partiyaların yaranmasına və xalqın qanuni toplumlarına imkan yarana. Siz belə bir konkret təkliflərə müsbət qiymət vermirsiniz?
- Iran Islam hakimiyyətinə aid olan islahatçı və mühafizəkar qüvvələr daim bu ifadəni işlədirlər: özümüz və özgə! Bu ifadə Iran rejiminin bir əsas məfkurə təməli sayılır. Onlar “özümüz” deyəndə, Iran hakimiyyətinə aid olan qüvvələri nəzərdə tuturlar. Nə zaman ki, onlar siyasi məhbusların, mətbuatın və partiyaların azadlığından söhbət açırlar, bunda da daxili qüvvələr nəzərdə tutulur, daha geniş ictimaiyyət yox. Çünki hakimiyyət dairəsindən xaric olan qüvvələri zidd inqilab sayırlar və onları siyasi qüvvə kimi nəzərə almırlar. Çox diqqətli olmalıyıq ki, Musəvi siyasi məhbusların azadlığını tələb edəndə, onun məqsədi Səid Mətinpur kimi siyasi məhbusun azadlığı deyil. Çünki Musəvi Səid Mətinpuru heç siyasi məhbus da saymır. O, prezident seçkiləri ilə bağlı Təbrizin Başumalında mitinq keçirəndə bir neçə nəfər Güney Azərbaycanın Milli Azadlıq Hərəkatının fəalları tutulub, Iranın ETTELAAT məmurlarına təhvil verilib. Qeyd edim ki, onlar ana dilində təhsil tələb etdikləri üçün tutulmuşlar. Musəvi indiyə kimi bu barədə bir bildiriş belə verməyib, onların tutulmasını pisləməyib. Əksinə, Təbrizdə olanda vəd edib, əgər prezident seçilərsə, çalışacaq nizamlı formada pantürkistləri aradan götürsün. Bunlardan da əlavə, unutmayaq ki, “özümüz və özgələr” ifadəsi bir məfkurə təməli kimi birinci dəfə olaraq Musəvi tərəfindən deyilib. Mən belə təklif edirəm ki, gəlin, əlimizə sabun alıb, kömürü ağartmaq fikrindən vaz keçək.
- Iran hakimiyyətinin içində olan ixtilaflar məsələnin bir tərəfidir. O biri tərəfi də Iranda yaşayan xalqlardır. Yaxşı olmaz ki, hakimiyyətin içində olan ixtilaflardan Iranda yaşayan xalqlar faydalanıb meydana çıxalar? Elə bu gün də Iranın bəzi şəhərlərində meydana çıxan küçə-bazar adamlarıdı. Onlar çox radikal şüarlar verirlər. Məsələn, Iranda dini rəhbərə və siyasi hakimiyyətə qarşı.
- Iranda yaşayan müxtəlif xalqlar, xüsusən, qeyri-fars millətlər uzun zamandır Iran rejiminin dəhşətli iqtisadi, siyasi, mədəni ayrı-seçkiliklərinə məruz qalıblar. Iran hakimiyyətinin içində yaranan təzad və onun şiddətlənməsi Iranda yaşayan xalqlara bir tarixi fürsət yaradır ki, o fürsətdən faydalanıb, öz siyasi, iqtisadi və mədəni istəklərinə çatalar. Bu gün Iran rejiminə qarşı ancaq bir vahid, güclü müxalifət yoxdur. Iranda müxalifətdən danışanda fars, türk, kürd, ərəb, bəluç, türkmən müxalifətinin adını çəkmək olar. Iranda rejimə qarşı burda yaşayan millətlərin siyasi təmsilçiləri arasında bir müəyyən platforma və ya alternativ təsdiqlənməyib. Iran rejiminin fars müxalifəti qeyri-fars millətlərə aid olan siyasi müxalif qüvvələrlə əməkdaşlıqdan çəkinir, indiki fars hakimiyyətinin yerinə başqa fars hakimiyyətinin gəlməsi üçün birtərəfli çalışır. Belə olan bir vəziyyətdə biz tarixi təcrübələrimizdən dərs almalıyıq. Misal üçün, Şeyx Məhəmməd Xiyabani və Seyid Cəfər Pişəvərinin başda olduğu hərəkatlar kimi, Iran yerinə, Güney Azərbaycanın tarixi ərazisində milli demokratik hökumət quruluşu yaratmağa çalışmalıyıq.
- 10-cu dövr prezident seçkilərindən sonra Güney Azərbaycanın sükutunun səbəbini müxtəlif cür izah edənlər var. Siz də bu haqda öz məqalələrinizdə yeri gəldikcə izahlar vermisiniz. Maraqlıdır, konkret olaraq bu hadisəni bu gün siz nə ilə izah etmək istəyirsiniz? Bu haqda əvvəlki fikirlərinizə əlavələr və ya dəyişiklik etmək fikriniz varmı?
- Bir məşhur söz var, deyərlər, siyasətdə fikirsiz əməl məğlubiyyətlə nəticələnər. Güney Azərbaycanın Milli Azadlıq Hərəkatı bir belə tarixi təcrübə ilə reaksiya hərəkatı deyil. Əslində elmi üsula dayanan bir hərəkatdır. Üstəlik qeyd etdiyim kimi, hal-hazırda Iranda yaşayan millətlər arasında indiki hakimiyyətə qarşı müəyyən siyasi anlaşma yoxdur. Elə buna görə, bizimlə farsların birgə meydana çıxmağına qaneedici motiv yoxdur. Birinci, bizim məqsədimiz indiki fars hakimiyyətini dəyişib, yerinə başqa fars hakimiyyəti gətirmək deyil. Ikincisi, Iran hakimiyyətinin içində mühafizəkarla islahatçılar arasında və hakimiyyətdən xaric fars müxalifətləri arasında ciddi təzadlar var. Amma onların arasında antitürk və antiazərbaycan olma siyasəti onların müştərək nöqtəsi sayılır. Elə bu səbəbə görə, onların heç birinə biz siyasi müttəfiq kimi baxa bilmərik və bu qüvvələrin xeyrinə meydana çıxa bilmərik. Elə bu səbəbə görə, Güney Azərbaycanın Milli Azadlıq Hərəkatı farsların meydanda olan siyasi qüvvələrinə qarşı mənfi balans siyasəti aparır. Üçüncü, unutmayaq ki, Iran rejiminin əsas gəlirini neftin ixracı təşkil edir. Iran rejimi bu gəlirin vasitəsi ilə hökumət orqanlarını, xüsusən, hərbi qüvvələri maliyyələşdirir. O zaman rejimin çevrilməsi mümkün olar ki, Iranın neft şirkətində işçilər işi dayandıra və Iran rejimi neft gəlirindən məhrum ola. Hal-hazırda Iranda ixtişaşlar o dərəcəyə yetişməyib ki, hakimiyyəti iflic edə. Belə olan bir vəziyyətdə Güney Azərbaycanın Milli Azadlıq Hərəkatı öz gücünü meydana gətirməklə Iranda rejimi dəyişmək yerinə, çox ağır can xəsarəti görə bilər. Bunu da unutmayaq ki, bu gün fars zonalarında Iran rejimi nə qədər cinayət törədirsə, əgər Güney Azərbaycan qalxarsa, bu cinayətdən qatbaqat artığını Azərbaycanda törədəcək. Mənim fikrimcə, Güney Azərbaycanda o zaman kütləvi etirazlar keçirilməlidir ki, dövlətin əsas strukturları – ordu, polis, kütləvi informasiya vasitələri, hava meydanı millətin əlinə keçə və millət silahlanıb özünə qarşı olan zorakılığa cavab verə bilə.
- Iranda siyasi prosesler hansı istiqamətdə qabağa gedir?
- Mənim fikrimcə, Iran Islam Inqilabından öncə, şahın rejiminə qarşı Iranda yaşayan xalqlar bir vahid millət kimi etiraz aksiyalarında iştirak edirdilər. Amma yuxarıda qeyd etdiyim kimi, hal-hazırda Iran Islam hakimiyyətinə qarşı fars, türk, kürd, ərəb, bəluç müxalifətlərindən danışmaq olar. Bunların hər birisinin də özünə aid müəyyən istəkləri var. Bunlardan da əlavə, Iran rejimində islahatçı və mühafizəkar qanadların təzadları şiddətlə artmaqdadır və fars müxalifətinin içində də barışmaz təzadlar var. Misal üçün, Xalq mücahidləri, şahçılar, Iranın milli cəbhəsi və s. O biri tərəfdən də Güney Azərbaycana aid olan siyasi qüvvələrin həm Iranın fars hakimiyyəti və həm də fars müxalifəti ilə ciddi təzadları var, eyni halda kürdlərin siyasi qüvvələri ilə də müəyyən səbəblərə görə ciddi ixtilafları var. Bu gerçəklər nişan verir Iranda gedən proseslər siyasi qüvvələrin birləşməsi yox, əslində bunların arasında təzadların artması istiqamətində gedir. Belə olan bir vəziyyətdə əgər digər amilləri də bura artırsaq, nəticə ala bilərik ki, Iranda yaşayan xalqların birgə inqilabı yerinə, iç savaşa tərəf gedir.
Arzu Abdulla

Professor Rəhman Bədəlov: bizim Təbrizdə olan azərbaycanlılarla həmrəyliyimiz çox vacibdir

GÜNAZ.TV mətbuat mərkəzi Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə Sosiologiya və Hüquq İnstitutunun baş elmi işçisi filosof-professor Rəhman Bədəlovun "Amerikanın Səsi"-nə verdiyi müsahibəni olduğu kimi təqdim edir.

Cənab Bədəlov Azərbaycan respublikasındakı və İrandakı azərbaycanlılar arasında mədəni əlaqələr , tarixi xadisələrin bu əlaqələrə təsirləri və bu münasibətlərin bu günkü vəziyyəti barədə Harayın suallarına cavab verib

Sual: İranda yaşayan azərbaycanlıların mədəniyyətə baxışlarını siz necə qiymətləndirərdiniz? Fəlsəfi baxımdan necə qiymətləndirərdiniz?

Cavab: Onlar bizdən daha çox şərqlidirlər, yəni onların şərq ruhu, şərq fəlsəfəsi bizdən güclüdür. Onlar şərq irsi ilə daha köklü bağlıdırlar.
Sual: Azərbaycanda ümumiyyətlə mədəniyyətə arxaik baxış, keçmiş baxış necə idi, indi necədi azərbaycanlılar arasında. Məsələn İranda yaşayan azərbaycanlılarla, Azərbaycan Respublikasında yaşayan azərbaycanlıların mədəniyyətlərinə baxışı necədi?

Cavab: Onlar da biz də müəyyən bir imperiyada yaşamışıq. İran imperiya olmasa da onlar hazırda da imperiya şüurlu, imperiya quruluşlu bir dövlətdə yaşayırlar. İmperiyalarda bir çox hallarda mərkəzdə olan düşüncə sistemi hakim sistemdir. Ona görə, biz rus mədəniyyəti ilə daha çox yaxın idik, onlar isə fars mədəniyyəti ilə daha çox yaxın idi. Cənublular da elədir, bir tərəfdən onlar fars sisteminin, fars fəlsəfəsinin tərkib hissəsidir, o biri tərəfdən milli şüur oyandıqca bunlara müqavimət var. Onların dünyaya fəlsəfi baxışı bir çox hallarda fars mənbələrdən gələn filosoflara yaxın ola bilər və bəlkə də kiçik bir zümrə var ki, Qərbmeyilli olsun.

Sual: Azərbaycan artıq 1992-ci ildən başlayaraq öz Həmrəylik gününü qeyd edir. Azərbaycan Respublikasında yaşayan azərbaycanlılar və İranda yaşayan azərbaycanlılar arasında həmrəylik varmı bugün? Misal üçün Azərbaycan respublikasında İran azərbaycanlılarının mədəni hüquqlarının müdafiəsi nə dərəcədə gündəmdə olan bir məsələdir, onlar üçün bu nə dərəcədə maraq doğurur.

Cavab: Çox təəssüf ki, həmrəylik görmürəm. Əslində mən həmişə fikirləşirəm ki, bizim Təbrizdə olan azərbaycanlılarla həmrəyliyimiz çox vacibdir. Həyat elə gətirib ki, son illər hamımız Türkiyəyə gedirik, Türkiyə ilə daha da yaxınlaşırıq. Mən hiss edirəm ki, biz hansısa müstəvidə İrandakı azərbaycanlılarla daha yaxınıq. Türklərlə yaxınlığımızı inkar etmirəm, amma müəyyən doğmalıq var ki, məhz bu doğmalıqdı.
Sual: İki ölkədə də insan hüquqları, söz və mətbuat azadlığının müdafiəsi kimi sahələrdə həmrəylik mühitinin yarandılması üçün xalqlar, dövlətlər, cəmiyyətlər, insanlar nə etməlidir?

Cavab: Bizim şimalda olan azərbaycanlıların imkanları daha böyükdür. Mən istərdim ki, bu əlaqələr mütəmadı olsun. Məsələn bizim müxtəlif mədəni tədbirlər olur, İran kinoları və s. göstərirlər. Amma mən istərdim ki, heç olmasa ildə 1-2 dəfə İran azərbaycanlılarının mədəni həftəsi olsun. Yəni kitabları ilə, rəsm əsərləri varsa onlarla tanış olaq. Görürsüz mənim biliyim çatmır, yəni mən bilmirəm Təbrizin mədəni heyatı necədi. Çox güman ki, təbrizli də bilmir ki, Bakı mədəni heyatı necədi. Bu sistemi qurmaq lazımdır. Sistemi isə ilk növbədə cəmiyyət özü qurmalıdır. Məsələn müəyyən Qeyri Hökumət Təşkilatları – QHT-lər var. Hansısa QHT İran azərbaycanlıları mədəni mühitini öyrənək və müəyyən əlaqələr yarada bilər.

Sual: İranda yaşayan azərbaycanlılar və Azərbaycan Respublikasında yaşayan azərbaycanlılar arasında qədim qohumluq əlaqələri var. Sərhədlərin bağlanmasına görə bölünmüş parçalanmış ailələr var. Hələ də iki tərəfdə də insanlar itirdikləri ailə üzvlərini axtarırlar. Bu gün bu qohumluq əlaqələrinin bərpasına, ailələrarası münasibətlərə nə dərəcə də imkan verilir?

Cavab: İllərdir bir-birindən kənar qalan və hətta nə vaxtsa bir-biri ilə görüşməcəyinə inanmayan bir çox ailələr görüşdülər. Mənim də belə qohumlarım var. Bu elə bil məişət səviyyəsində qalır. Biz istiyərdik ki, buna siyasi don geyindirmədən, heç bir ölkəni sarsıtmadan insani, mədəni və qohumluq əlaqələri daha güclü olsun.

Millet vekili Aynur Quliyeva: "Azərbaycan İranda baş verənlərə münasibət bildirməlidir, çünki söhbət həmvətənlərimizin taleyindən gedir"


Millət vəkili Aynur Quliyeva Cənubi Azərbaycan türklərinə dəstək olmağı vacib sayır: "Təəssüfləndirici haldır ki, Azərbaycan türklərinin böyük bir hissəsi, yəni İranda yaşayan Cənubi Azərbaycan türkləri Yeni ili iğtişaşlar içərisində qarşıladı. Məlumatlara görə, qarşıdurmalarda onlarla həmvətənimiz, qan qardaşlarımız öldürülüb, yüzlərlə insan həbsə atılıb. Bilirsiniz ki, 50 milyonluq Azərbaycan türkünün 30 milyona yaxını İranda-Cənubi Azərbaycanda yaşayır.
Uzun illərdən bəri bütün insani haqları pozulan və bu haqlardan məhrum edilən insanlara dəstək olmağın zəruriliyini xüsusi vurğulamaq istəyirəm. Niyə insan haqlarını öz dəyərlər sistemində prioritet elan etmiş Qərb və Avropa dövlətləri bu insanları görmür, onların səsini eşitmir? Niyə bir ovuc erməninin separatçılıq əməllərinə, işğalçılıq və təcavüzkarlıq siyasətinə dəstək verən dünya birliyi Azərbaycan türklərinin bu durumunu görməzlikdən gəlir? Hesab edirəm ki, İrandakı bu qanlı toqquşmaları dayandırmaq üçün dünya dövlətləri və beynəlxalq təşkilatlar var gücü ilə çalışmalıdır. Biz də Azərbaycan Respublikası və vətəndaşları olaraq həmvətənlərimizin yadında olduğumuzu bəyan etməliyik. Bu məsələdə hakimiyyətin rəsmi strukturları ilə yanaşı, siyasi təşkilatlar və insan haqlarını müdafiə edən qeyri-hökumət təşkilatları xüsusilə fəal olmalıdırlar. Dövlətin deyə bilmədiklərini onlar deməlidirlər. Çünki söhbət həmvətənlərimizin insan hüquqlarından, taleyindən gedir".

www.gunaz.tv
Cuma axşamı, 7 Yanvar, 2010 - 22:11

6 Ocak 2010 Çarşamba

Ersan Erel, YAŞILMI? GÖYMÜ?

Son günlərdə iranda baş verən olaylar, dünya kamoyu gündəmində önəmli yer tutur. Orada sıxı yönətimin uyğuladığı basqılarla yasaqlar yalnış bilgiləndirmələrə də (dezinformasiyalara) nədən olur. Bu yanlış bilgiləndirmələrdə dünyanın egemən güclərinin də siyasal oyanlarının payı vardır. Bilindiyi kimi son bir ildə cumhurbaşqanlığı seçimlərindən sonra, iranda “ Yaşıl” adlı muxalifət hərəkəti baş qaldırdı. Bu hərəkət iranda çağdışı yönətimə qarşı olduğundan dolayı, dünyada özgür görüşlü ölkələrlə qurumların xoşgörüsüylə qarşılandı. Ancaq bu hərəkətin başında duranlar da illər boyu o dinerki (teokrasi) diktatorluğunun üst düzey yönəticilər olmuşlardı. Bu açıdan hərəkəti ilk öncə toplum umulduğu kimi olumlu qarşılamadı. Çün, toplum bu hərkəti öncə rejimin öz oyunu olduğunu düşündü. Sonralar dış güclərin qollamasıyla toplumda hərəkətə inam artdı. Toplum qorxunu yendukən sonra, hərəkət iarnın başaq şəhərlərinə də yayaıldı. Ancaq Azərbaycan şəhərləri bu hərəkətlə səsdaşlıq etmədi. Nədəni isə məşrutədən bu yana İran yönlü hərəkətlərdə Azərbaycanlıların sonucda ziyanlı çıxdıqlarından qaynaqlanırdı. Bilindiyi kimi İranda olan bütün siyasal, toplumsal hərəkətlərə Azərbaycanlılar öncüllük etmiş, onların uğurlu sonuclarından isə qıraqda tutulmuşlardı. Bu qıraqda tutulmalrın bir nədəni Farslardan qaynaqlanırsa, ikinci nədəni isə Türklərlə tarixsəl düşmənçilikləri olan sömürücü güclərdən qaynaqlanır. Buna görə doğru olaraq, Türklər artıq bağımsız hərəkət etmək istirlər. Bu onların son yüz ildə tarıxdən çıxardıqları dərslərdən qaynaqlanır. Bu örnəyi Xiyabanı , Pişəvəri hərəkətlərində “Öz əlimiz , Öz başımız” soloqanıyla tanıq olmuşuq. Ancaq o dönəmlərdə də dış güclərin yardımıyla, o hərəkətlərlər də mərkəzi hükümətin basqısına uğradı. Bunu qarşı ulus olan Farsların udqusu(qalibiyəti) kimi yorumlamaq yanlış olar. Bunun iki önəmli nədəni vardı. Birincisi, Türklər Tarixdə bütün irana egemən olduqları üçün, oranın bütününü özlərinki bilirdilər. Bu açıdan Türk siyasətçilərində, aydınlarında gənəl İran anlamı vətən qavramı kimi alqılanmışdı. Saraylarda yazmanlıq(katıblik) Fars dillilərdə olduğundan dolayı, 19.cü yüzildə dünyada yayqın olan ulusalçılıq axınına onlar ağırlıqlarını qoydular. Bu axına öncüllük edənlərin çoxunun Türk olması da, ağırlığı onlara yönətdi. Bu açıdan Məşrutə hərəkətindən başlayaraq, İrançılq anlamı Azərbaycan Türk aydınlarının düzənli olaraq siyasal, tplumsal düşüncələrinin ayrılmazı olmuşdur. Buna görə də Azərbaycanı bağımsız olaraq düşünməmişdilər. Bu nədənlə Azərbaycan Türkçülüyün siyasal toplumsal yazını olduqca yoxsul qalmışdır. İkinci isə, yabancı sömürücü güclərin bölgədə olan tarixsəl Türk egemənliyinə qarşı qırımçılığından qaynaqlanır. Bu güclər bölgədə Türk gücünü tarıx boyu öz sömürü siyasətlərinə qarşı görmüşlər. Bu nədənlə Güney Azərbaycanda Türkü ardan aparmaq üçün, Fars, Erməni, Kürd millətçiliyindən bir maşa kimi yararlanmışıar.
“Yaşıl hərəkti”(umumi İran hərəkəti) bu kəz Azərbaycanlıların ilgisizliyilə qarşılandı. Çün, bu hərəkətdən öncə neçə ildir ulusal istəkləri yolunda var gücüylə savaşan Azərbaycan Türklərinə qarşı onlar da (muxaliflər) cəbhə almışlardı. Ancaq yaşıl hərəkətin içərliyi quşqu doğurur. Bu hərəkətə öndərlik edənlər, illər boyu o sıxı yönətimin yönətici gücləri olmuşlardı. İranda baş verən insancıl cinayətlərdə onların bir başa əlləri vardı. 30 illik bu islam devlətinin tarixini incələsək, orada sürəkli iç hesablaşmalar olmuşdur. Bu hesablaşmaların başlanğıcından bu günə kimi Rəfsəncaniylə Xameneyi, düşmən bir rəqib kimi bir birləriylə savaşdalar. Ancaq onlar birlikdə öz rəqibləri olan Behiştini, Müteherini, Müfetihi, Bahüneri, Rəcayini...öldürdükləri üçün, bir birinə açıq diş batıra bilmirlər. Bilindiyi kimi Rəfsəncaniylə Xameneyi neçə kəz bir birlərini ortadan götürmək istədilərsə də başarılı olamadılar. Ona görə bu iki qoç başı bir qazanda zorunlu olaraq yerləşməyə razı oldular. Bu hərəkət də o iki qoçun iç hesablaşmasıdır. Bu arada tutucu dinçi görünən Xaməneyinin ən önəmli dayağı Din başçılarının mərkəzi şəhəri olan qumdur. O bu şəhərdə dinçilərlə iranı yönəltə bilir. Rəfsəncaninin gücü isə, əskidən bəri sömürücü güclərin əlində olan iranın dərin devlətidir. Bu devləti yönəldənlərin başında Həsən Həbibi, Mir Səlim kimi iranı Fars görmək istəyən adamlar dayanır. Burada M.H. Musəvi oyananmış bir kart olaraq ortaya atılmışdır. Onun ortaya atılmasının nədəni isə, uzun illər siyasətdən uzaq olmasıdır. Bu hərəkətlə iran devləti nüve silahına yönəlik dünya kamoyunu da güncəlləşmiş fikirləri də dağıtmaq istir. Buna görə onlar nə zaman nüvə silahı konusu gündəmə gəldiyində, içəridə gərginliyi bilikli olaraq artırırlar. Bununla dunya kamoyunu azdırmaq istirlər.
Yaşıl hərəkət kəsinliklə bir yenilikçi hərəkət deyildir. Bu hərəkət öncə yazdığım kimi Rəfsəncaniylə Xameneyinin əski hesablaşmasından qaynaqlanır. Burada Rəfsəncaninin yandaşlığını edən Fars millətçiliyi çox etgilidir. Bu açıdan bunlardan iranda ulusal haqlar ummaq çox yersizdir. Rəfsəncanı son neçə ildə özünün inamlı kadrlarını xarici ölkələrə muxalif güc kimi yerləşdirməyi başardı. Onlardan Əkbər gənci kimi aşırı Türk düşmənlərini bir demokrat olaraq dünya kamouna mənimsətdi. Bununla xameniyiyə xaricdən basqı qurma mekanizmasına yiyələndi.
Azərbaycan Türkünün “ Yaşıl hərkətdən” umacağı ulusal haq kəsinliklə yanlışdır. Çün, bu hərəkətini içərliyi rıza şahdan bu yana qoyulan Türk qırımçılığıdır. Azərbaycan hərəkətini bu hərəkətə yamamaq isə bir başa ulusal trajedidir. Hansi sa Azərbaycanlı siysal qurumla, şəxslər buna yönəlik adım atmaq istərlərsə, tarixin qara ləkəsini indidən üzlərində görməlidilər. Son yüzili siyasal tarixi, gənəl İran hərəkətlərinin bütününün Azərbaycanlıların əlehinə yönəlik olduğunu göstərir. Özət olaraq desək, qonu Molla nəsrətdinin yorqan qonusudur.
Azərbaycan Türkü İranda olan bütün hərəkətlərdən bağımsız hərəkət etməlidir. Azərbaycanlının, buna özdəksəl(maddı),tinsəl(mənəvi) gücü vardır. Nə yazıq indiyə kimi bizim bu güclərimiz özgələr üçün çalışmışdır. Bu arada iranda yaranan gərginliklərdən Azərbaycanlı olduqca yararlanmalıdır. Orada hesablaşmalarda iki tərəfdən də bacardıqca yün qoparmalıdır. Bilikli yaradılan bu gərginlikdən , Güney Azərbaycan Türkünü öz ulusal haqlarını istəməyə hazxırlatmalıdır. Orada olası bir dəyişikliyə anında qatılmalı, bağımsız olaraq öz haqlarını istəməlidir. Güney Azərbaycan Türkü yaranan bütün fürsətlərdən öz ulusal haqları üçün yararlanmalıdır. Bu gün orada gedən iç hesablaşmalarda Azərbaycanl da gərəkəni etməzsə, bir fürsəti də qaçırmış olar. Ən azından bu gün Azərbaycanlı Türkün Göy qübbəsindən alınan Göy boyalı bayraqla öz sözünü deyə bilər. Bu açıdan Azərbaycanlıya yaşıl deyil, onları gənəl İrandan ayıracaq, göy bayraqlar dalğalatmalıdır. Bu gün gənəl iran hərəkətini dünya kamoyunda özümsəyən “Yaşıl bayraqdan” daha yüksəkdələrdə Azərbaycan Adına “ Göy bayrağın” dalğalanması Türkün dünyaya özünü haqırması anlamında olar. Bu gün Dünya iranda olan hərəkəti bütün yönləriylə duyarlılıqla izləməkdədir. Bu nədənlə Azərbaycanlı bütün yönləriylə bağımsız olaraq o izlənimlərə damğa vurmalıdır. Güney Azərbaycnda olan susqunluq, “ Dəniz səssizliydisə”, çağına görə fırtınaları qoparmalıdır. Bu fırtınalar qopmazsa dəniz də öz sularında boğular.Güneyin bu gün Türk ulusu 90 il bundan öncə Xiyabanının dönəmində olduğu kimi “ Öz əlimiz, öz başımız...” deməlidir .