16 Mayıs 2010 Pazar

Eldar Qaradağlı, Günaz Tv 5. yıl değerlendirmesi

http://www.qurtulush.org/
Güney Azərbaycan Telekanalının 5-ci il dönümü və birlik iddialarımızın acınacaqlı durumu!
Eldar Qaradağlı
G-AQP sözçüsü
Ötən günlərdə, Güney Azərbaycan Televiziyosu 5 yaşını qutladı. Günaz, dar bir alanda qutlandı! Yalnız, Günazın öz içindən, çevrəsindən və bir də içəridən gələn bir-iki bildirişlə milli varlığa çevrilən bir önəmli orqan qutlandı. Bəzilər bilərəkdən, bəziləri isə, gec qalaraq bu qutlama alanında yer almadılar. Biz, Güney Azərbaycan Qurtuluş Partiyası isə, gec qalanlar sırasında yer aldıq.
Sözsüz ki, bir önəmli ulusal olay belə qutlanırsa, demək ortada soru işarətləri olmalıdır.
*Doğrudur ki, hələlik Günaztv bütün çabalarına rəğmən, geniş düşüncələrin və hədəf kütlənin meydanı olmaqdan aralıdır.
*Doğrudur ki, hələlik Azərbaycan Milli Hərəkatına bağlı olan bəlli kəsimlərin (özəliklə dışarı da) gözüylə Günaztv bir rəğib kimi görünməkdədir. Bunun anlamı isə, belə qurum və şəxslarin Günaztv və Əhməd Obalı,ya olan olumsuz tutumlarıdır.
Sözsüz ki, ortada olan bu inamsızlığın qəhrəmanı düşmən rejimdir. Farsçı rejim üçün Azərbaycanlıların içində olan didişmə psixolojisi ən böyük qazancdır. Maraqlı burasıdır ki, içimzdən olan bir çoxları üçün “öz ələşdiri” kimi qavramın anlamı yoxdur. Belələri, özünü bilgin məsum və məsum bilgin hesab edir. Onlar üçün, “içimizdə bir haqlı vardır. O da mənəm”! iddiası gələnəksəl olmuşdur artıq! Bu tiplər, ortada olan bu gərçəyin bir parçası olmağı qəbul etməyirlər. Bu isə, bizim ən fəlakətli üçüncü doğrumuzdur. Aşırı aqresivləşmək, eqoist yaşamaq, özünü hər kəsin üstü hesan etmək və bir anlamla desək, hər nəyin bahasına olusa-olsun gün qəhrəmanı olmaq farsçı rejimin ən çox işinə gələn xəstəliklərimizdir. İrqçı rejim, Azərbaycan türkləri içində inamsızlıq yaratmaq üçün bu xəstəliklərimizi görükləndirrir.r qurmaqdadır.
Demək, bu üçüncü gərçəyi unutmamalıyıq. Çünki, unudarsaq sankı böyük uyuşdurucu bəlasına tutulmuşuq. Işdə, düşmənin də istəyir budur. Düşmən, son anınadək bu siyasətini sürəcəkdir. Düşmənin bundan başqa çarəsi qalmamışdır. Biz, öz intiqralarımız və yaramaz xarekterlərimizlə düşmənin umudlərini yemləndirməməliyik. Çox sevindirici haldır ki, Güney Azərbaycanın düşmənə verdigi “Öz evimiz, öz başımız” mesaji, tam özəlligi ilə ortadadır. Buna baxmayaraq “Güney, güney” bağran bir kəsim vətəndaşın içindəki ehtiras səngimək bilməyir. Bu tiplərə görə, Günaztv,yə təbrik müraciəti göndərməyin anlamı, “İsanın Son Şamı”dır!
Nədən!?
Biraz üçüncü gərçəyi doğru-düzgün düşünüb, ulus yönündə birgəlik gərəyinə baş əyməyi bacararsaq kimsənin şahlığına ignə ücü qədər ziyan dəyməyəcəyinə də inanacayıq. Sadə bir sözlə desək, toplumun böyüməsinin ilk və son şərti birlikdə böyüməkdir. Sözsüz ki, Birinci və ikinci gərçəklərimizin də çözüm yolu düşmənin düzaqlarını tanımağımızdan keçir.
Biz, “Öz Evimizə” olan duyarlıq güçünü duyarsızlığımızla itirmiş oluruq. Biz, hər hansı bahana arxasında olmaqdansa yalnış olduğumuz kimi görünməyi bacarmalıyuq. Dışarıda fəaliyyət göstərən hər bir azərbaycanlı türkün başda gələn görəvi, varlığımız sayılan hər nəyimizi mənimsəməkdir. Bu, başda gələn görəvimizi yerinə yetirməyin qarşısını kəsən bütün əngəlləri aşmalıyıq. Öncə, gərəyimizin böyügünü bulmalı, sonra isə nəyin haqlı, nəyin haqsız olduğuna dair yozum yapmalıyıq. Tək anlamla desək Bizim sempatımız “Öz Evimiz” olmalıdır. “Evdə (isə) söz də olar, bez də olar” demiş atalar.
Evimiz çox böyükdür. Evimizin qafasını birləşdirmək otopiadırsa, çeşidli qafaların ortaqlığını axtarmaq bir çağdaşlıq və demokratiya ərdəmidir. Çağ dəyişir, Bizim də, çağdaşlıq metodlarımız dəyişir. Kimsənin ağılına sığmayan bir illik Güney olaylarının metodik dəyişiminə biraz uzaqdan baxarsaq çağdaşlığımızın dərinliyini daha da aydın görəcəyimizə inanıram. Dünyadan təcrid etdirilməyə məruz qalan Millətimizə baxalım! Millətimizin irqçı düşmənə qarşı dirənişinə baxalım! Rejim, bu ayaqlanmanın qarşısını almaq üçün, öz əlilə ton-ton uyuşdurucu maddə Azərbaycana axıdır. Ancaq, buna baxmayaraq Azərbaycanımız və Türk insanımız İran adlanan ölkənin ən təmiz və sağlam bölgəsidir.
Son 10-ayda şahid olduğumuz iki toplumsal olayın gözdən qaçıriması mümkünsüzdür. Bu iki olay, hər kəsin bildiyi İran Hakimiyyətinə qarşı farsçılıq açısından haqlı olan “Yaşıl Hərəkat” və Azərbaycan qurtuluşu uğrunda ortaya gələn türkçülük baxışından haqlı olan “Qırmızı Hərəkət” dir. (qırmızı hərəkət dediyimiz Azərbaycan Milli Hərəkatının futbol taktikasının Traktor formasıdır. Bu forma taktika sərgisi olduğu üçün, hər an dəyişə bilər. Yalnız dəyişməz olan Azərbaycan Milli Hərəkatının ulusal kimliyi, amacı və stratejik yöntəmidir.) Diqqət olunarsa, bugünkü “Vilayəte Fəqih” rejimi, sosial alanında olduğu kimi siyasət alanında da bu iki hərəkata qarşı düşmən tutumundadır. Demək, belə olan halda, Yaşıl və Qırmızı Hərəklərin bir ortaq düşməni vardır. Görünən məntiq isə, bu iki hərəkatın birləşməsini tələb edir. Amma, olası gərçəyə baxınca, Azərbaycan Milli Hərəkatı irançılıq baxışı olan Yaşıl Hərəkatının irəliləməsinə yaşıl çiraq göstərməyir. Çünki, Yaşıl Hərəkatın isbatlanmış bir çağdaşlıq və demokratik qafası yoxdur. Yaşıl Hərəkatın nəbzini tutan təməl düşüncə və ideolojik yöntəm, farsçılıq, irançılıq və Vilayəte Fəqihçilikdir. Bir anlamla desək Yaşıl boyanın var olan İslam rejimilə davası yorqan davasıdır. Bu üzdən, Azərbaycan Milli Hərəkatının yönüylə birləşə bilməyən mərkəzçi və fars yönlü Yaşıl Hərəkat, bütün dünya boyda sponsoruna rəğmən öz içində (Farsistanda) bulanaraq nəfəs tükədməkdədir. Demək, Azərbaycan Milli Hərəkatının etgisi danılmazdır. Və, bu hərəkata xor baxan hər kimsələr (şəxs və qurumlar) tez-gec öz payını alacaqdır.
Azərbaycan Milli Hərəkatı gün keçdikcə hər iki düşüncəsəl və gövdəsəl alanda danılmaz güc toplamaqdadır. Quşqusuz, bu gücün qaynağı Azərbaycanın güneyidir. Ortaya qoyduğu modern və çağdaş yöntəmli ardıcıl taktikalarla əski qafalı düşməni öz ardına çəkməyi bacaran Azərbaycan Milli Hərəkatından çox öyrənəcəklər vardır. Sözsüz ki, bu öyrəniləcəyin bir çox payı dışarıdaki aparıcıların üzərinə düşür. Dışarıda özünü lider sanan hərkəs utanmadan, dayanmadan “40-metir”dəki balalarımızdan öyrənməlidir. Yoxsa, özü də bilmədən içəridə sürən özveri və ulusal cəsarətin qarşısında əngələ çevrilir.Bu üzdən çox geç olmadan, “Öz Evimiz”,dəki davranışların yeniləşməsinə qalxmaq gərəkir.
Azərbaycanda Milli Hərəkat baş alıb gedir. Rejimin isə, ona qarşı hər hansı əngəlləmə siyasəti bu gedişatın daha da dərinləşməsini sağlayır. Ancaq baxalım, dışarıda da, ana mərkəzin taktikalarına uyğun hərəkət olunurmu?
Günaztv ortada olan bir sınaq meydanıdır. Günaztv, 4-illik böyük təcrübəni keçirən “Öz Evimiz”in danılmaz bir ürəsidir. 100% mı, 1% mı doğru yoldadır? Bunun hesabı “Öz Evimiz” içində sorular!. Günaz TV, bu millətin dünyaya açılan təkcə telekanalıdır. Kişisəl və fərdi görüşlərdən, ziddiliklərdən, ilişgilərdən, ehtiraslardan, ünvanlardan vb. asılı olmayaraq hərkəsin Günaztv-yə minnətdarlıq borcu var! “Öz Evimiz” içində sərgiliyəcək ən ilkin ərdəm budur. Günaz TV-i istədiyimiz qədər ələşdirə bilərik. Amma ona qeydsiz yanaşmağa kimsənin haqqı yoxdur. “Günaztv-nin yaxında gücü bitəcək! Əhməd Obalı yerlərdə sürünəcək. Biz, Günaztv-nin önünə çıxacayıq!” kimi xayın düşüncələrin Azərbaycan Milli Hərəkatında yeri yoxdur və olamaz da!
Biz, Güney Azərbaycan Qurtuluş Partiyası olaraq Günaztv-nin danılmaz varlığına hər turlu yanaşan, onu qutlayan uyumlu orqanlarımıza, sitələrimizə, şəxslərimizə sağol diyir, öz yanaşım tərzimizi aydınlaşdırmaq üçün bir örnək olacaq davranış arzusu ilə sözümüzü bitiririk: Kaş ki, DAK-lardan birinin Günaztv-yə ünvanlandığı təbrik müraciətinin eynisi də, ikinci DAK-dan gəlmiş olsaydı. Kaşki...
Güney Azərbaycan Qurtuluş Partiyasının sözçüsü
Eldar Qaradağlı
2010-05-05