28 Haziran 2010 Pazartesi

GÜNEY AZƏRBAYCANA QARŞI ARTAN BASQI

ÖZƏTÇƏ 2: GÜNEY AZƏRBAYCANA QARŞI ARTAN BASQI –
IRAN YETKİLİlƏRİN MƏFKURƏSİNDƏ NƏLƏR KÖRÜKLƏNİR?

Özətçə 2-ni hüzurlarınıza sunuruq ki, bu ilin Özətçə 1-inə son-durum olaraq (Say:527/2010 ; Tarix: 04-06-2010 ), İran yetkililərinin yürütdükləri asdı-kəsdi siyasətləri ilə ilgilidir.

Bu Özətçələr arasında olan ssenari çox da fərqli olmaya bilər və onların ortaq cəhətlərinə örnəklər bunlar ola bilər: İran yetkililəri Güney Azərbaycanlıları sərbəstlik haqqından öz-xoşuna yoxsun edir; onların ilkin insan haqlarını tapdayır; Güney Azərbaycanlı vicdan dustaqlarından olunmamış suçlar üçün işgəncə vasitəsi ilə etiraf almağa şirnikmişlər. Nə isə bu Özətçədə sizə gərəkən bəlgələr hazırlamışıq ki, İran yetkililərinin hürkməkdə olmalarını göstərir və eləcə də demokratik ölkələrin İran yetkililəri ilə tutumlarında səriştəsizliyini nəzər salır. Siyasi təhlil ilə vaxtınızı almak istəməyib və elə insan haqları müdafiəsinə yetinmək istərdik, lakin bu Özətçədə bunların arasında hüdud pıxtılaşır (yayalanır). Bu Özətçədə verilən bəlgələr bunlar:
Cədvəl 1: İran yetkililərin Güney Azərbaycanlı fəallarına qıyılan basqı nəticəsində tutuqlular üzrə son-durum
Cədvəl 2: bir güvəni əsaslanmamış vicdan dustağının məktubunun tərcüməsi
Planlaşmış İlətişmələr: Cənab Əkbər Azad və xanım Zəhra Fərəczadə uğurlarında hazırlanmakda olan ilətişmələr bir həftəyə dək hüzurlarnıza sunulacaq.

Bu günki ssenaridə bir əlahəddə incəlik var ki, önəmli qonular görünməyə bilər. Bunlarda olan boyutları belə açıqlamaq olar:
Güney Azərbaycan milli hərəkətinin səciyyəsi Azərbaycanda hamı toplumsal qüvvələrin pluralizmi əsasındadır və bu mədəniyyəti ölkə üzərində başqa etnik millətlərə də ilətmək (induksiya = təlqin) üçün maraq da var. Lakin İran-mərkəzli irqçilik edən konaz qruplar ilə faz fərqi də var. Bu hərəkətin səciyyələri bunlar: Mahatma Gandinin “zorakısızlıq” və Nelson Mandelanın irqçiliyə qarşı əzmli mübarizə (lakin silahlanmadan) səciyyələrini özündə ehtiva edir; (ii) bütün uyğun qanunlara hörmət edərək ölkə siyasətinə qarışmamaq niyyəti var; (iii) sivil hüququ və insan haqlarını alqışlayıb və mənimsəmək bu hərəkətdə aparıcı rol oynaır. Bu hərəkət Əvrənsəl İnsan Haqları Bildirgəsini və buna aid olan Anlaşmaların bütövlüyünü mənimsəməkdə unikaldır. Milli fəalların idrakının dərinliyi də elə buradan irəli gəlir və onlara qüvvət olur ki, İran-mərkəzli millətçiliyin və onun xulyasında yetişən Fars dili və irqi üstünlüyünün puçluğunu aşkara çıxarda bilir. İndi daha Güney Azərbaycanda Arya irqi qondarmasına bir damcı belə rəğbət qalmamış. Buna qarşı Güney Azərbaycanda vərhovlanan (yetişən) mədəniyyətdə Azərbaycan mənafei heç bir zada ikinci dərəcəli olmaması bir möhkəm prinsip olmuş. Davamlı tələbat budur ki, Azərbaycan Türk dilinin statusu yenidən dirçəldilməli və ölkənin rəsmi dili olmalı və keçmiş illər ərzində Iran irqçiliyi tərəfindən tənəzzülə qıyılmış Azərbaycan mədəniyyətinə gərəkən qurumlar əsaslanmalıdır.
Baxmayaraq ki, Azərbaycan-Türk mədəniyyəti ölkədə min illər hakim mövqedən çıxış etmiş, bu son illərdə haşiyələnməsi nəticəsində İran irqçilik məfkurəsi əsatirinə tapınmaq ilə iftizah dərəcəsinə gəlib çatmış. Bu məfkurə ilə modernizmə uyğunlaşmaq olmur və hətta bu əsatirin gerçək olmamalarını da belə qəbul edə bilmirlər. İranın abalı-əmmaməli yetkililəri irqçı məfkurəni pişik kimi kopyə edib və dini motivlər ilə bir yeni məcun ortaya çıxarmışlar ki, orta əsrlərə aiddir ki, bir basdı kəsdi qanırlar bir də yalan toxumaq və quyruqlu böhtan ilə tələ qurmaq. İran yetkililəri və bütün İran-mərkəzli siyasi quruluşlar hamısı can-i-dildən birləşib və nüvə qudrəti olma həvəsi ilə ağızlarını sulandırırlar. Axı onlar ölkədə etnik millətlər üzərində əgəmənliklərini saxlamaq üçün nüvə gücündən hərbə-zorba kimi istifadə etməklərini son fürsət bilirlər. Eləcə də bu güc vasitəsi ilə əzəmətli və ulu olma xəyalı ilə qanadlanırlar.
Avropadan iki dənə məcun ölkəyə idxal olundu: bir idealogiya kimi irqçilik xəstəliyi və 19-inci əsrin ibtidai sosiologiya tuxumu olan Arya irqçilik məfkurəsi. Avropa bu uydurmaların kötəyini yedi və indi irqi üstünlük xulyası ən etibarsız və zəhlə tökən bir anlayış kimi qorxunc mikrob tanınır. Baxmayaraq ki, modern Farslar irqi əlamətləri avropa tipinə heç də bənzəməyir, hələ də var ki, qərb siyası şəxsiyyətləri hərdən İran irqçiliyinin dəyirmanına su daşıyırlar. Misal üçün prezident Obama “böyük İran milləti” demək ilə ölkədə o biri etnik millətləri qapazladı. Prezident Obama iş üstünə gələndən qeyri-Fars etnik millətlərə mənəvi dəstək kəsilmiş. İranın burnunu bu kimi ibarətlər ilə yelləndirmək İran irqçiliyini körükləyir.
Qərb kütlə vasitələri İran-mərkəzli hadisələri səsləndirməkdə öz jurnalizm prinsiplərinə sadiq qalmırlar və qurşanma (saxta) informasiya həqiqət yerine xərclənir. Diqqətə layiqdir ki, Amnesty International Güney Azərbaycanın milli və insani haqlarını fəalca müdafiə etməkdə ad çıxartsaydı da, indi səsi batmış.
Ölkədə etnik millətlərin təfəkkürü cür-bəcürdür və görüntü üzərində terrorist kürdlər var, çarəsizlikdən silahlı mübarizə edən bir neçə etnik millətlər də var, və məhz sivil protestlər ilə özlərindən müdafiə məfkurəsinə yiyələnmiş və ona fəxr edən Azərbaycan varlığıdır. İran yetkililəri zorakılığa zorakılıq ilə yanaşmağın köhnə ustalarıdırlar, lakin Güney Azərbaycanın qeyri-zorakı və dinc yol ilə apardığı mübarizə qarşısında olduqca aciz qalmışlar. Buna görə İran yetkililəri Azərbaycanlılar içərisində qorxu ilətmək hiyləsinə girişmiş; milli hərəkəti zorakılığa sarı sürükləmək istəyir; və fəalları silahlı mübarizəyə sarı aldatmaq istəyirlər. Hərdən yalançı adlar ilə silahlı üsyan üçün quşqurducu məqalələr də yayımlanır; yaxud adları bilinməyən şəxslərdən vicdan dustağı diyə məktub da yayımlanır ki, İran yetkililərinin işgəncəsinə məruz qalmış. Görürsünüzmü, İran yetkililəri nə tək səs-vermədə səs ixtira etmək mahiridirlər, fikirlərdə özünə qarşı silah mübarizə toxumu əkməkdə də mahir deyillərmi?
Baxmayaraq ki, İranın nüvə təhlükəsi barədə biz sükut edərik, ki yoxsa İran yetkililəri bu bəhanə ilə basqılarını bətərlədə bilər, nüvə məfkurəsi Güney Azərbaycanda dolayısı ilə özünü göstərməkdədir. Bu hazırda gedən basqılar ya bundan irəli gəlir ki, İran elə indidən özünü nüvə qüdrəti kimi gördükdən əl atıb gələcəkdəki qəddarlığına məşq edir; yaxud İran yetkililəri öz çökmələrini (çökmə = nüzul) görməyə başlamış və bu oyunları da nüzülün qasırğanın son kuşultularıdır; yaxud İran yetkililəri Güney Azərbaycanı silahlı davranmağa şeytanca sövq edirlər, necə deyərlər suyu bulandırıb balıq tutmaq istəyirlər.

Özəlliklə diqqətinizi vicdan dustağı jurnalist Əkbər bəy Azadın dosyesinə yönəltmək istərdik. Bu iki ay müddətində ağır işgəncəyə məruz qalaraq sağlamlığnı itirib və ciddi problemlərlə üzləşmişdir. Bu vicdan dustağı Güney Azərbaycan milli hərəkətində bir qocaman fəaldır və dəfələr ilə İran yetkililəri tərəfindən basqılara məruz qalmış (bax Say 407/2006 , Tarxi: 01 Noyabr 2006; və Say: 423/2006, Tarix: 10 Dekabr 2006). Bu qocaman fəallara basqı etmək ilə hətta adamda belə hiss oyanır ki, İran yetkililəri kin və nifrətini gizlətmək də istəməyir və bəlki də intiqam almaq niyyətindədir. Məhz buna görə cənab Azad indi ağır durumda və onun uğrunda İltətişmə hazırlayana dək onun sağlamlığı təhlükədə olduğunu nəzərinizə çatdırmaq istəyirik.

İndi İran yetkililəri dörd başqa fərdi sorğuda dindirmək istəyir. Yayımlanmış güvənli xəbərlərə görə 23 İyun 2010-da Tehran inqlab məhkəməsinə çağırılmış fərdlər bunlardır: (i) Məhəndis Əlirza Sərrafi, (ii) Məhəndis Həsən Raşidi, (iii) şair, yazıcı və jurnalist Səid bəy Muğanlı və (iv) yazıcı Mehdi bəy Nəimi. Bunlar 29 İyun 2010-da daha Evin həbsxanasına müraciət etmələri istənilib. Bu şexslər hamıya bəlli bilgin və samballı dinc-məramlı yazıcıdırlar. Bunların insan haqlarını müdafiə etmək üçün qabaqlarda sizə ilətişmələr göndərmişik (cənab Sərraf üçün bax: Say: 508/2008 , Tarix: 19 Septambr 2008; cənab Raşidi üçün bax: Say: , Tarxi: 28 Dekabr 2006; cənab Muğanlı üçün bax: Say: 471/2007, Tarix: 09 Dekabr 2007 və Say: 472/2007, Tarix: 10 Dekabr 2010). Yenidən dindirilmək üçün oraya çağırıldıqlarını söyləsələr də, bu hədə qorxuların nə ilə sonuclanacağı aydın deyildir.

Bütün demokratik qüvvələrə müraciət edirik ki, necə dəyərlər Arya İranı uğrunda gedən barındırmağa (appeasement = barındırma = bir ölkənin xatalı tutumuna göz yummaq) tənqidi yanaşsınlar və desinlər daha bu qədər xata yetər. Bunlar özlərini aldatmamalıdırlar və İran irqçiliyini daha bundan çox xatalarına şirnikdirməməlidirlər. Özəlliklə Amnesty Internationala səslənirik ki, öz diqqət nəzərlərini səfərbər edib və İranda gedən etnik millətləri əzməyə tutumu və Güney Azərbaycanın Türklüyünə qarşı gedən qatlaşmazlığı ifşa etsinlər. BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığına gəldikdə, siz qalan tək bir qurumsunuz ki, hamını müdafiə etmək üçün üzərinizdə mandatı Güney Azərbaycanın Türk millətini də müdafiə edesiniz. İran yetkililərinin duyuqladıgımız (duyuqlama = to detect) tuğyanlı basqılarını diqqətinizə çatdırdıq və sizə müraciət edirik ki, Güney Azərbaycanı müdafiə etməyin vaxtı indidir.


Hörmətlə
Boyuk Resuloglu

Dünya Azerbaycanlıları nın Haqlarını Müdafiə Momitəsinin Sədri

Hiç yorum yok:

Yorum Gönder