23 Temmuz 2010 Cuma

Babək Azəri hüquqçu, Siyasi mücadilədə nəzəriyyənin əhəmiyyəti

Bizim bütün siaysi davranışlarımız nəzəriyyə əsasında həyata keçir. Bu hesabla demək olar, nəzəriyyə əsas, amma əməl nəzəriyyədən doğan nəticədir.
Elmi nəzəriyyə necə tərif olunur?
Biz gündəlik yaşayışımızda güman və ehtimal əsasında müxtəlif nəzəriyyələr, yəni, fikirlər yürüdüb, onun əsasında əməl edirik. Belə nəzəriyyələr elmi nəzəriyyələrdən köklü şəkildə fərqlənir. Elmi nəzəriyyə -- güman və ehtimal yerinə, müəyyən faktlara və sübutedici sənədlərə əsaslanaraq yaranır.
Bir elmi nəzəriyyənin doğru olduğuna necə şübhə etmək olar?
Bir elmi nəzəriyyənin doğru olmadığını sübut etmək üçün iki yol var:
1.Bir elmi nəzəriyyə iki əsas hissədən ibarət olur. Birinci hissə faktlardan və sübutedici sənədlərdən. İkinci hissə bu müəyyən faktlara və sübutedici sənədlərə dayanıb, məntiq üsulları ilə müəyyən nəticə almadır. Əgər biz müvəffəq olarıqsa bir elmi nəzəriyyədə alınan nəticələrin yanlış olduğunu sübut etməyə, o zaman bu elmi nəzəriyyə etibarın əldən verməlidir və onun yerinə verilən digər yeni nəzəriyyə etibarlı elmi nəzəriyyə sayılmalıdır. Və ya əksinə, digər müvafiq əməldə özünü doğrulda biləcəyinə inandığımız yeni bir elmi nəzəriyyə düşünüb ortaya qoymalıyıq. O zamana qədər ki, bir elmi nəzəriyyədə alınan nəticələrin yanlış olduğunun sübutuna qadir deyilik. O nəzəriyyəni bir elmi nəzəriyyə kimi qəbul etməliyik.
2. Əgər bir elmi nəzəriyyəni əməldə həyata keçirəriksə və əməldə nəticə nəzəriyyə ilə fərqli olsa, bu, o mənadadır ki, nəzəriyyədə alınan nəticələr düzgün deyil. Bu vasitə ilə nəzəriyyə etibarın əldən verəcək. Misal üçün, Albert Eynşteyn bir elmi nəzəriyyə əsasında iddia edirdi ki, zamanın hərəkəti yerə yaxın və yerdən uzaq olanda bir - birindən fərqlənir. Onun fikrincə, yerin yaxınlığında zaman yavaş hərəkət edir. Biz nə qədər yerdən uzaqlaşırıqsa, zamanın hərəkətinin sürəti artır. Bu nəzəriyyəni sınaqdan keçirmək üçün 1962 - ci ildə bir qüllənin altına və başına iki dəqiq işləyən xüsusi saat bağladılar. Sonra bu saatları bir - biri ilə müqayisə edəndə, gördülər ki, qüllənin aşağısına bağlanan saat zamanın yavaş getdiyini göstərib. Bu sınaq göstərdi ki, Eynşteynin elmi nəzəriyyəsi doğrudur. Əgər bu sınaqda alınan nəticənin nəzəriyyə ilə təzadı olsaydı, o zaman, o nəzəriyyə etibarın əldən verəcəkdi. Əlbəttə, bunun bir başqa cəhəti də var. Nə zaman ki, bir elmi nəzəriyyə sınaqdan keçirilir və əməlin nəticəsi nəzəriyyənin düzgün olduğunu sübut edir, o zaman elmi nəzəriyyə danılmaz fakta çevrilir.
Siyasi nəzəriyyənin özəllikləri
Siyasət sahəsində xalis siyasi nəzəriyyə yoxdur. Hər bir siyasi nəzəriyyənin dalında müəyyən mənfəət yatır. Bu mənfəət fərdi, qrup və ya milli mənfəət ola bilər. Hər bir siyasi fikir nə qədər milli mənfəəti nəzərə alarsa, onu fərdi və qrup mənfəətindən üstün tutarsa, o nəzəriyyə bir o qədər humanist və millətin xeyrinə olan nəzəriyyə sayılır. Əksinə, hər hansı nəzəriyyə fərdi və qrup mənfəətlərinə üstünlük verərsə, o, bir o qədər opportinist və qeyri - insani nəzəriyyə hesab olunar.
Siyasət sahəsində opportinizmi humanizmdən necə ayırmaq olar?
Bu işə nail olmaq üçün biz təcrübədən faydalanmalıyıq. Çünki nəzəriyyənin necə olduğu əməldə üzə çıxır. Biz siyasətdə nəzəriyyə ilə bağlı fikri yürüdəndə əsas məqsədimiz toplumun idarə sistemidir. Dünya səviyyəsində toplumun siyasi idarəsi ilə bağlı müxtəlif nəzəriyyələr verilib, ancaq qərb ölkələrində hakim olan idarə sistemi uğurlu olduğun isbata yetirib. Qərbdə hakim olan siyasi sistemlərin 4 əsas təməli var. O təməllər bizim milli azadlıq mücadiləmizin də siyasi nəzəriyyəsində əsas sayılmalıdır. Bu elementlər aşağıdakılardan ibarətdir:
1.Milli hakimiyyət
Tamam təcrübələr nişan verir, bir millət ki, öz milli müqəddəratına hakim olmayıb, o, daim faciəli durum yaşayır. İran təki yerdə azərbaycanlıların milli hakimiyyətinin olmaması, o mənadadır ki, azərbaycanlılar hakim millətin, yəni farsların müstəmləkəsi kimi yaşayacaq.
2.Mənfəət
Gərək hər hansı bir siyasi nəzəriyyədə millətin mənfəəti əsas götürülə. Elə bu günkü dünyada da şahid olduğumuz kimi, müxtəlif ölkələr əxlaq üsullarının əsasında yox, mənfəətləri nöqteyi - nəzərindən əməl edirlər. Misal üçün, İranda 10 - cu dövr prezident seçkilərindən sonra İran rejiminin silahlı qüvvələri, xüsusən, fars məntəqələrində vətəndaşlara qarşı ağlagəlməz vəhşiliklər törətmişdirlər. Ümumi halda fars təşkilatları və bizim bəzi milli fəallarımız farsların hərəkatına "qoşulma nəzəriyyəsini" müdafiə edirdilər. Onların bu nəzəriyyəsində əxlaq üsulu əsas amil sayılırdı və bu əxlaqi sualı ortaya çəkirdilər: Necə ola bilər ki, fars məntəqələrində günahsız insanları öldürürlər, amma azərbaycanlılar susublar? Amma onlar izahat vermirdilər, azərbaycanlıların yaşıl adlı fars hərəkatına qoşulması azərbaycanlılara milli müqəddəratı həll etmək baxımından hansı mənfəəti verəcək?
3.Demokratiya
Demokratiya ilə bağlı bütün təcrübələr nişan verir, bir toplumda ki idarə sistemi qeyri - demokratikdir, o toplum çox faciəli duruma məruz qalır. Onun bariz nümunəsi İranda hakim olan vilayəti - fəqih siyasi sistemidir ki, ancaq İranda yaşayan millətlərə yox, əslində dünya ictimaiyyətinə böyük başağrısı olub. Elə bu səbəbə görə, Güney Azərbaycanın Milli Azadlıq Hərəkatında demokratiya əsas amillərdən sayılır. Elə bu səbəbə görə, hər hansı bir nəzəriyyə nə qədər milli don geyinsə, əgər qeyri - demokratik olsa, onunla kəskin formada müxalif olmalıyıq. Misal üçün, bir neçə nəfər milli fəallardan heç bir demokratik qayda - qanunlara uyğun olmadan özləri yaratdığı müəyyən bir bayrağı Güney Azərbaycanın milli rəmzi kimi təqdim edirlər. Belə qeyri - demokratik nəzəriyyələrə Milli Azadlıq Hərəkatımızda yer verilməməlidir. Bu növ düşüncələr yerindəcə tənqid olunub, təcrid edilməlidir.
4.Elm
Bildiyiniz kimi, qərb ölkələrində iqtisadi artım və inkişaf elm və texnika vasitəsi ilə mümkün olub. Elə bu səbəbə görə, nəzəriyyədə elm amili əsas cəhət sayılır. Misal üçün, İranda yaşıl adlanan hərəkatın rəhbəri Mirhüseyn Musəvinin əsas məqsədi İranda vilayəti - fəqih sistemin qoruyub, bununla da Xomeyninin bir vaxt hakim olduğu parlaq dövrünə qayıtmaq istəyirdi. Vilayəti - fəqih məfkurəsində elm və təxəssüs yerinə, iman əsas götürülür və müəyyən ruhanilər hakim elita sayılırlar. Hər hansı bir nəzəriyyə ki, elmə qarşıdır, bu, o mənadadır ki, bizim Milli Azadlıq Hərəkatımıza qarşıdır. Elə bu səbəbə görə də, bizim Milli Azadlıq Hərəkatımızla farsların yaşıl adlı hərəkatı arasında bir qırmızı xətt var.
Millətin maariflənməsi deyəndə nə başa düşünürük?
Elmi araşdırmalar nişan verir ki, hər hansı bir ölkədə iqtisadi inkişaf və artım millətin maariflənməsinə səbəb olur və toplumun siyasi bilgisini artırır. İqtisadi artım, yəni, sənəti məhsulların istehsalının artması səbəb olur telefon, faks, bilgisayar, televizorun toplumda sayı artsın və informasiya geniş yayılsın.İqtisadi inkişafdan məqsəd toplumda elm və texnikanın səviyyəsini qaldırıb, savadlıların və ali təhsil alanların sayı artıb, adamların cismi və ruhi sağlığı yaxşılaşıb, yeni idarə üsulları toplumda hakim olub və s. Bu ad aparılan amillər iqtisadi inkişaf adlanır və toplumun maariflənməsində əsas rol oynayır. Bu hesabla Güney Azərbaycanda toplum həqiqi mənada o zaman maariflənər ki, milli hakimiyyət bərpa olunub iqtisadi inkişafa və artıma səbəb olar. Biz milli azadlıq mübarizəmizdə insanların maariflənməsindən söhbət edəndə, əsas məqsədimiz ondan ibarətdir ki, millətimizdə bu qədər şüur ola ki, millətçi elitanın rəhbərliyin qəbul edə. Millətçi elitanın da öz yerində belə bir vəzifəsi var ki, Güney Azərbaycanda siyasi narazılığın təmsilçisi olmaq üçün düzgün cəhdləri həyata keçirə.

18 Temmuz 2010 Pazar

Brüssel (Brüksel) Dialoq Toplantısından sonra yerdə qalan 5 sorğu! – Eldar Qaradağlı

1. Çox saylı Amsterdam toplantısından sonra az saylı Brüssel Toplantısına necə baxmaq olar?
2. Bu iki ardcıl toplantının bir-birindən fərqliyi nədədir?
3. Bu iki toplantının Azərbaycan Milli Hərəkatına qazancı oldumu?
4. Bu iki toplantıdaki düşüncə toqquşmasının özülündə taktiksalmı yoxsa stratejik görüşlər yatıbdır?
5. Amsterdam və Brüssel toplantılarında Azərbaycanın diaspora və lobbi proqnosları oldumu?

Çox səsli Amsterdam Toplantısının ardınca səssiz Brüssel toplantısı da Azərbaycanın milli-siyasi tarixinə qovuşdu. Ancaq ortada qalan bir çox sorğu oldu. Bu yazının amacı qıssa və konkret olaraq bu sorğuları yanıtlamaqdır.
1. Çox saylı Amsterdam toplantısından sonra az saylı Brüssel Toplantısına necə baxmaq olar?2. Bu iki ardcıl toplantının bir-birindən fərqliyi nədədir?3. Bu iki toplantının Azərbaycan Milli Hərəkatına qazancı oldumu?4. Bu iki toplantıdaki düşüncə toqquşmasının özülündə taktiksalmı yoxsa stratejik görüşlər yatıbdır?5. Amsterdam və Brüssel toplantılarında Azərbaycanın diaspora və lobbi proqnosları oldumu?
Sorğu 1:
Çox saylı Amsterdam toplantısından sonra az saylı Brüssel Toplantısına necə baxmaq olar?
Brüsseldəki havanın Amsterdama görə çox aydın və net olmasının altını cizirəm. Çünki, Brüssel tam anlamıyla dialoq toplantısı deyildir. Amsterdamda gün qonusu dialoq idi. Brüsseldə Amsterdamın əmirlərinin həyata keçirilməsi ilk və son söz idi. Başqa sözlə desək, Amsterdam daha çox geçə oduna gedənlərin toplantısı, Brüssel isə, səhər yola çıxanları qatarı idi. (Atalar sözü: Gecə oduna gedən çox olar, səhər bir açılsın görərik kim gedər, kim qalar!) Brüssel Toplantısının iradəsinə görə, Amsterdam toplantısının 12 madəlik sonuc bildirisinin bir daha danışıqlara verilməsi anlamsız idi. Bu üzdən Brüssel Toplantısının fonksiyonunun Amsterdam ardı olması da, yalnız mekaniksəl anlam daşıyırdı. Belə ki, Bir yeni quruluşun yaranması Brüsselin gündəmində dayanmışdır. Bəzi qurumlar və şəxslərin Büresselin dialoq toplantısı qalması arzusu bu üzdən boşa çıxmışdır. İnhisarçılıqla mübarizə(!?) adına, gəlməyənlər də var idi. Bu qurum və şəxslərə olan sayğımızı bir daha vurğulamaqla Büresseldə olmamaqlarını yalnış bir alğılama hesab edirəm. Bu dostların anti inhisarçı fiqorlarının arxasında ciddiyyəti olmayan məqamlara toxunmamaqdan keçmək olmaz. Yaxına gəlib işin bir tərəfindən yapışmaq yerinə uzaqda durub ələşdirmə tərzilə bir yerə varmaq olmaz! Çoxu millətçilərdən olan bu dostların öz qurumlarına aşırı həssas olmaqları heç belə doğru deyil. Amac partiyaçılıq, qurumçuluq deyil. Ortada əsarətdə olan bir millət varsa, qutsal olan yalnız amacdır. Bu böyüklükdə dərdi duyaraq birlik çabalarına dal çevirməyin mənasını anlamaq mümkün deyildir. Bu dostlarin Brüsseldə olmamasının təməlində gizli bir önyayğını da duymaq olar. Onlar belə düşünürlər ki, kimsələrin təsiri altında qalacaqlar vəya kimsələrin böyüməsi üçün arac olacaqlar. Burada bir sorğu ortaya gəlir. Belə ki, içimizdən olanların böyüməsini əngəlləməklə hansı qurtuluşdan söz açmaq olar? Əcəba, vaxtıyla Dr. Çehrəqanlını sıradan çıxarmağa çalışanların suyu kimin arxına axdı? Bugün Dr. Çehrəqanlı çəkilib evində oturubdur. Bu, yoxsunluğun xeyrini kim gördü? Yazıq o bağvana ki, qışın şaxtasından qurtulmaq üçün hər gün bağının bir ağacını baltalır.
Brüssel toplantısının kişisəl etginliklərdən qorunmasının yolu tanınmış qurum və şəxslərin orda olması idi. İnhisarçılığı bahana tutaraq Brüsselə gəlməyənlərin inhisarçı düşüncələrinə bir göz atalım: “Çün mən bir qurum kimi varam, başqa bir qurumun yaranması mənim iznimlə, mənim etginliyimlə olmalıdır. Yoxsa mən yoxam!” vəya “Güneyin bizdən nə istəyi bir yana qalsın, bizim Güneyə nə verəcəyimizi düşünməliyik!”Altı cizilmiş iki cümlənin mahiyyətinə diqqətlə baxarsaq. Düşüncədə olan bulanıqlığı aydınca görərik. Güneyin dışarıdakılardan birlik istəyinə kimsə qarşı çıxmayır. Ancaq, işə gəlincə qurum və birər səliqələrin üstünlüyü hər şeyi pozur. Nə yazıq ki, Güneyə ağıl verməkdə, məsləhət görməkdə hamı bir-birilə yarışa girmiş durumdadır. Brüssel Toplantısının qayəsi bu dağınaqlığa son qoymaq idi. Bu üzdən, hər hansı səbəbdən bu sonuca hazir olmayanların Brüsseldə yerləri boş göründü. Brüssel bundan daha qalaballıq vəya bundan daha da azsaylı ola bilərdir. Unutmamaq gərəkir ki, hədəf daşıyıcısı olan insanın dəyəri matimatik ölçülərə sığmazdır. Dünyanın ən nəhəng hərəkatının iradələrlə yaranmasını nəzərə alarsaq, Brüssel Toplantısında iradə sərgiləyənləri, milyonlar arzunun nümayəndəsi hesab etmək olar.
Sorğu 2:
Bu iki ardcıl toplantının bir-birindən fəqliyi nə old?
Amsterdam toplantısı qapalı siyasi taktikalar meydanıydı. Amsterdam toplantısının hədəfi yalnızca dialoq olduğu üçün, ortada var olan gizlilik açılmadı. Amsterdamdaki 12 maddəlik ortaq bildiri kağız üzərindən irəli getmədi. Bu üzdən, işdə və əməldə nə kimi ayrıntıların yaranması da qapalı qaldı. Həmin bildirinin Brüsseldəki görəvinin icraçı olmasıyla başlayan çeşidli yozumlar da aydınca görünməyə başladı. Belə ki, Amsterdamda olan ortaq maddələrin Brüsseldəki yozumu dəyişik formalar aldı. Sadə anlamla desək Amsterdamdaki qazanın Brüsseldə qapağı açıldı. Amsterdamda sakin və səssizcə toplantının ortağlığına üstünlük verən gənc düşünürlərin brüsseldəki ulusallıq həssasiyyətləri üzə çıxdı. Amsterdamda iki taktikanın bir arada olmasını düşünənlər, Brüsseldə bunların taktika deyil, stratejik yöntəmli olmasını dərk etdilər. Azərbaycan mərkəzli türkcü düşüncə və İran mərkəzli federal Azərbaycan görüşləri iki qaçırılmaz düşüncə kimi qarşı-qarşıya durdu. Bu sürəc tam toplantınin bir gününü aldı. Sonunda isə, mühafizəkar solçu azərbaycançılıq və çağdaş gənc türkçü azərbaycanlılıq arasında olan düşüncə ayrıntısı aydınca üzə çıxaraq mühafizəkar solçu azərbaycançılıq qurumun dözümsüzlüyü ilə sona çatdı. Brüsseldə bu iki çeşidli düşüncənin barış ortasını axtaranlar böyük əziyyətlərə qatlansalar da, nə yazıq ki, uğursuz qaldılar. Bu ara, Əhməd Obalı bəyin uzun sürəcli TV çabalarının ardından Brüsseldəki tər dökməsi də, mühafizəkar soydaşlar tərəfindən yanıtsız buraxıldı. Bu soydaşların aşırı istəklərindən yalnız kiçik bir bölümünə toxunuram: Bu soydaşların kiçik bir qurum olduqlarına baxmayaraq, hər işin başında olma səyləri, yeni yaranacaq quruma beyin olmaq istəkləri ilgi çəkən idi. Bu soydaşların idialarına zidd olan amatorca bir davranışa işarə etmək məqsədə uyğundur: Seçimlərə aday olma zəmanı, hərkəs özünü vəya adayını tanıtarkən, bu dostlar tərəfindən toplantıya qatılmayan iki soydaşın adaylığı irəli sürüldü. Demokratlığa hayqırı olan bu davranışa etiraz edən toplantı ortaqları adaylıq elan edən şəxs tərəfindən dəli-nəsihətə və qarşı etiraza məruz qaldılar. Toplantı bu totalitar tərzə yol verməyincə bu qurumun toplantını tərk etməsi anlaşıldı. Sözsüz ki, belə davranışlar nəticəsində, toplantıda ağır və olumsuz hava yaranmış oldu. Ancaq, toplantının yüksək iradəsini bu oyunlar poza bilmədi. Toplantı önünə qoyduğu amaca doğru irəlilədi.
Sorğu 3:
Bu iki toplantının Azərbaycan Milli Hərəkatına qazancı oldumu?
İlk başda deməliyəm ki, mən toplantınin iki-üç və hətta neçə aylar ertələnməsindən yanaydım. Səbəbim çox aydındır. Belə bir gərəkən qurumun yaranmasının geniş milli-siyasi kadır tələb etməsini görməməzlikdən gələrsək böyük yalnışlıqdayıq. Brüssel toplantısının daha dayanacaqlı və uzun ömürlü sonuc verməsi üçün təcrübəli və çevrəli milli-siyasi aktivlərin bir araya gəlməsi gərəkirdi. Brüssel buna nail olmadı. Bunun nədəni isə, anlamsız tələskənlik idi. Hal buki, biraz xoşgörü, biraz özveri və bu yolun ağır daşları olan milli-siyasilərin ortaqlaşmasını sağlamaqla bu amaca əl tapmaq çox asan olardı. Nə yazı ki, başda Əhməd Obalı bəy olmaqla bu önəmli işi irəli götürənlər diqqətsiz davrandılar. Nədən Obalı bəy? Burada kimsənin sevinməsinə yer yoxdur. Obalı bəyin son illərdəki aktivliyinin Azərbaycan Milli Hərəkatına olumlu etgisini kimsə dana bilməz! Bu qardaşımızın istər Günazda, istər gənəl alanda verdiyi milli mücadilə hər müddəi üçün bir örnək olmalıdır. Sözsüz ki, Obalı bəyin haqqını verməklə kimsənin haqqı əlindən alınmır. Ancaq, bir misal var ki: “Yalnız ölülər yalnış yapmazlar!”. Yaranmış qurumun /Güney Azərbaycan milli Azadlı Cəbhəsi/ yönətim qurulunun 11+2 əsli və əvəz edici tərkibinə bir tablo kimi baxarsaq işimizin nəqər zor olmasını görəcəyik. Burada kimsəni kiçitmək kimi niyyətimin olmadığını vurğulamaq zorundayam. Bu tablonun içində daha təcrübəli və milli yöntələrə tanış olan bir çoxlarının yeri boşdur. Bu isə, gəlməyənlərin suçudur. Gəlib, çırmalanıb iş görənlərə eşq olsun!.
Brüssel toplantısının ən böyük qələbəsini, onun hədəfə doğru irəliləməsi oldu. Umaram, Brüsseldən çıxan iradənin məhsulu uzun sürəcli olsun. Bu yolda GAMAC öndəliyinin üzərinə düşən çox işlər vardır. Görüşlər, ilişgilər və yeniliklərə yol açmaq bunlardan biridir. Amsterdam və Brüssel kimi dəyərli toplantıların dəvamı üçün sürəkli və ardı kəsilməz dostluq və soydaşlıq ruhu gərəkir. “Biz yarandıq, bir qurum olduq. Kim istərsə, bizə gələr, kim istəməzsə, bizdən deyil.” Kimi əski və yıxıcı zehniyyətlərin bir dəfəlik gömürməsi lazimdir. Belə xəstə zehniyyətlərin yox olması üçün, saxta olmayan plüralizmin gərəkir. Bu yolda, GAMAC-ın Yönətimində yerləşən gənc beyinlərin üzərinə ağır yük düşür. İnanıram ki, gənc beyin sahiblərinin bu yöndəki çabaları sonucsuz qalmayacaqdır.
Azərbaycan Milli Hərəkatının sınırlı ideyasının sınırsız olduğunu hərkəs bilir. Sadə deyimlə, Güneydə, Azərbaycanda, Türklükdə sınırlı olan bu hərəkatın amacını dünya üzərində axtarmaq gərəkir. Azərbaycan Milli Hərəkatının qaynağı və mərkəzi Güneydir. Amma bu hərəkatın fikir sınırı gündən-günə Güneydən çıxır və dünyalaşır. Bu isə, Güneyin və İran adlanan bölgənin talei üçün təkcə yoldur. Açığı, Azərbaycanın Güney sorunu İran içi sorun yox, kürəsəl sorun olmalıdır. Bu, bir bəşəriyyət savaşıdır. Keçmiş 30 ildə, dünyanın iradəsi Güney Afriqa Apartaydını diz çökdürdü. 20-il öncə, Rus sevit sistemi, ardıca federal Yoqoslav klonisi düyna gücü ilə, darmadağın oldu. Bu olaydan sonra, yeni-yeni özgürlüklər meydana gəldi. Ancaq, sona qalmış sümürülənlər arasında hələ də, Biz varıq. Biz, bir dünya varlığı olaraq vəhşilik boyunduruğunda qalan acı gərçəyik. Bizim də, insanlıq haqqımız bir dünya varlığıdır. 35 milyonluq bir toplumun bütün haqlarında uzaqda tutulmasının adını ölkə içi problem adlandırmaq olarmı? Biz, Azərbaycan Milli Hərəkatı,nın dışarı qolunu yaratmalı, onu dünyanın ən dərin siyasət qatmanlarına yendirməliyik. Bunun üçün DAK-lar var, Şuralar var, Partiyalar var, Dərnəklər var, İnsan və milli haqları qoruyan örgütlər var vb. Bunlar varkən, bunların gücünü bir ayara toplayan bir Cəbhənin oluşmasının bu millətə nə ziyanı ola bilərki! Amsterdam və Brüssel bu önəm üçün tariximizə damğasını vurdu. Bunu bacardımı, bacarmadı? Söz qonusu işin niyyətindən gedirsə, bacardı diyə bilərik. Yoxsa, söz qonus, olumsuz nöqtələrin böyütməsilə umudsuzluq yaratmaqsa, onda xəstəliyin dərmanını başqa yerdə aramaq lazimdir!
Amsterdam və Brüssel Azərbaycan Milli Hərəkatının kürəsələşməsi üçün atılan bir addımdır. Kaşki, bu addımlara uğur qatmaq yolunda, Panfaşizmin çəngəsindən uzaqlaşan tanınmış milli-siyasi çəxslər də sorunluluq qəbul etseydilər.
Sorğu 4:
Bu iki toplantıdaki düşüncə toqquşmasının özülündə taktiksalmı yoxsa stratejik görüşlər yatıbdır?
Sözsüz ki, çağdaş Azərbaycan Milli Hərəkatı gənc bir hərəkatdır. Azərbaycanın heç bir tarixsəl qalxışında bugünkü ana fikir axını görünməmişdir. Türk tanıtımı, Azərbaycan Türk Millətinin keçmiş siyasal-sosial ayaqlanmalarında unudulmuş yöntəm olmuş sa da, bugün onun ən sarsılmaz və dəyişməz incisi olmuşdur. Azərbaycanın tarixinin bir bütöv olduğunu gözdən atmamaqla yanaşı Türkmənçay Anlaşmasından sonra bütünlüyünü darbalara vermiş bu tarixin çeşidli – Güney, Quzey, Qarayazı-Borçalı, Dərbənd-Həştərxan, Qarabağ-İrəvan vb.- yöntəmlərini də unutmaq mümkünsüzdür. Özəlliklə, bu arada 200 ilə yaxlaşan bir Güney və Quzey tarix detalları ortadadır. Güney tarixində farsçılıq gələnəyinin böyük alanda yer alınmasını nəzərə almadan bilimsəl baxışa yiyələnmək mümkün deyildir. Bu, siyasal və kültürəl axının Çaldıran yenilgəsindən günümüzədək çəkilməsini gözə alarsaq millətimiz üzərində 500-illik bir basqının olmasını görürük. Çaldıran yenilgəsinin ən iki acısı olan – siyasi mərkəzin Azərbaycandan daşınması və iki qardaş dövlətin din üzündən milli varlıqlarını itirməsilə yanaşı qanlı düşmən durumuna düşməsi- hələ də irqçı düşmən tərəfindən propakanta hədəfi kimi qalmaqdadır. Son 20-ildən üzü bəri Dr. Zehtabi kimi millətçi qocamanların çalışması və gənc kəsimin böyük özveri göstərməsi görünməkdədir. Bu qıssa zaman içində, millətimizin bilimsəl görüşləri olduqca geniş alan almışdır. Artıq, Məşrutə, Xiyabani, Pişəvəri, 29-Bəhmən, Xalq müsəlman kimi kütlə ayaqlanmalarına duyğusal deyil, məntiqsəl araşdırmalar yapılmaqdadır. Həmin yeni baxışların sonucu olaraq May(Xordad) 2006 “Azərbaycan Ulusal Ayaqlanmasına” deyinmək olar. Türkçülük təməlləri üzərində millətimizin milli istiqlal və qurtuluş arzularının tərcümanı olan gənc Güney “Azərbaycan Milli Hərəkatı” yeni çağımızın ulusal inanc hərəkatı olmuşdur.
Ancaq, milli yöntəmdə nəqədər irəliləmə olsa da, üzülərək etiraf etməliyik ki, hələ də, bəzi mühafizəkar sol düşünürlərin bu dəyişikliği qəbul etmə səviyələri donuq olaraq qalmaqdadır. Bunlar üçün, milli-siyasi söyləm, keçmişdəki sol dialoq anlamı kimi alqılanır. Bu dostların dialoqdan anladıqları yalnız sinif və ictimai qatlar çərçivəsində qalmaqdadır. Onlar, 40-50 illik dərin sinif və siyasi təcrübələrinə dayanaraq, gənc milli düşünürlərin saf, təmiz duyğularından istifadə etmək hiləsi irəli sürürlər. Bu robotlaşmış siyasətin altında həm də dərin mənəmlik psikolojusu yatmaqdadır. Özlərini hərkəsdən savadlı, ağıllı, üstün və elit sanan bu cənabların ilginc iddialarından bir örnəyə baxalım: “Mən bir keyfiyyətəm, minlərcə kəmiyyətdən üstünəm. Mən kəmiyyətlərlə uğraşmaqla dəyərli zəmanımı boşa xərcləmərəm!!”. (eyn ifadələr!) Belə düşünürlərə görə, millət anlamıyla kütlə anlamı eyniləşir. Millət kütlə kimi alqılanır. Savadsız, əzgin və özünü tanımaz kütlənin seçim haqqı yoxdur. Yalnız elit düşünər və lider olar. Bu üzdən, düşünür millətdən üstün dayanan aristokratdır!
“Xordad/may” ayaqlanmasından sonra “Azərbaycan Milli Hərəkatı”nın təməl görüşünü oluşduran, Özgür, Bağımsız və Azərbaycan Mərkəzli Türkçü düşüncə özülü daha aydın görünməyə başladı. İrqçı fars dövlətin isə bu tavana qarşı grişimi qat-qat sərtləşdi. Rejim üçün ən qorxunc olay Azərbaycanda yayğınlaşmaqda olan türkçülük və türk yöntəmlikdir. Rejimin bu haqdaki tutumu olduqca doğaldır. Ən azından buna görə ki, var olan irqçı rejim Azərbaycan ayaqlanmasını özü üçün son fəlakət hesab edir və hesabında da yalnış etməyir. Demək, Rejimin Azərbaycana qarşı düşmənçiliyi bəllidir. Ancaq doğal olmayan üzücü bir görüş də ortada vardır. İrqçı dövlət sisteminin 10-cu seçgilərilə başlayan yeni bir rejim içi güc dava ilə yanaşı Güney Azərbaycanın da gündəmində milli-siyasi altirnativləşmə sürəci özünü göstərdi. Rejimin var olan iki rəqib qanadından daha pisinin seçilməsilə haqlı etirazlar baş qaldırdı. Təbriz başda olmaqla Azərbaycan bu mərkəzçi ayaqlanmağa qatılmadı. Başqa anlamla Azərbaycan türklüyü gec bulduğu öz yöntəmini əlindən buraxmaq istəmədi. Azərbaycan bir daha irançılıq yolunda həzinə verməyəcəyini bəlli etdi. Azərbaycan rejimin iç savaşına deyil, öz milli savaşına hazir olacağını göstərdi. Belə olan halda, özümüzdən olan keyfiyyətçi(!) mühafizəkar qələmlər, öz millətini qamçılakən, mərkəzçi Yaşıllar hərəkatına qatılmayan Aərbaycan Milli Hərəkatını geriçilikdə, təcrübəsizlikdə, bir iddə xəyalçı millətçilərin (istiqlalçıların) əlində əsir olmaqda ittiham etdilər. Bu ağalar yazdıqca Azərbaycan Milli Hərəkatı öz düzgün yolunu sürdürdü. Ancaq, bir ürək bolanma ortada qaldı. Atalar demişkən “Milçək murdar eləməz, ürək bulandırar!”
Amsterdamda fikir ixtilafları deyil, səliqə dəyişikliyidir ifadələrinin sıx-sıx qullanılmasına tanıq olduq. Brüssel bu qapalı diplomatik ifadələri üzə çıxardı. Brüssel toplantısı, Azərbaycan aktivistiləri arasında dərin təməl və stratejik düşüncə dəyişikliyinin qacırılmazlığını ortaya qoydu. Hətta daha ötəsi, Brüsseldə istiqlalçıların belə, arasında düşüncə fərqliyi aydınca göründü. Bu görüntü toplantı sonlarında daha netləşdi. Bu plüralizmdir yoxsa, millətaltı əski xəstəlik!? Buna gələn fürsətlərdə toxunacayıq.
Sorgu 5:
Amsterdam və Brüssel toplantılarında Azərbaycanın diaspora və lobbi proqnosları göründümü?
a) Diaspor
Diaspora daha çox kültürəl və sosial ağırlıqlı olan ölkə dışı vətəndaşlıq və soydaşlıq toplusudur. Gənəl kimlik anlamına sahib olan diaspora fəlsəfəsində siyasi yükümlülük təyin edici rol almamaqdadır. Siyasətin zatında var olan hücümçü ruhla diasporanı düşünmək doğru deyildir. Diasporanın doğrudan birləşdirici və toparlayıcı fəlsəfəsilə siyasətin dar qapsamını qarşılaşdırmaq olmaz. Diasporanın ideolojiklə də yaxından ilişgisi olamaz! İdeolojiya bəlli fikir dördgenində tərif olan anlamdır. Diasporanın daha çox bir milli fəlsəfə olduğunu nəzərə alarsaq, onu vahid bir millət-dövlətin öz sınırlarından kənardaki kütləsinin birləşdimə mekanizmi adlandırmaq olar. Bu üzdən, diaspora ümummilli alanda oluşan sınır dışı bir savunma çabasıdır. Buna görə, şiddətlə bütövçü və siyasətdən qaçan kültürəl və sosial meylə yönəlikdir. Diaspora təşkilatlanmasıyla bəlli dil, tarix, din, kültür, sosial birlikləri yaranar. Son illərdə Quzeydən və Güneydən gələn minlərcə ailənin məhz Azərbaycan adı altında bir araya gəlməsilə saysız dərnək, cəmiyyət və milli birliklər formalaşmışdır. Öz pərəm-parça vətənində birlikdən yoxsun qalan bir millətin çeşidli kültürlər basqısında fərqlənmiş psikolojisini yalnız Vətən sevgisi altında bir arada saxlamaq olar. Son illərdə, dar və cahil amaclar üzündən siyasi görüşlərin Azərbaycan Diasporasına girməsinin və alanın siyasiləşməsinin şahidi olmaqdayıq. Elə bu üzdən, Azərbaycanın ümummilli maraqlarının zədələnməsini, dərin çatlamasını görürük. Sadə bir sözlə, diaspor varlığı ilə lobbiçilik anlamını dəyişik tutanlarn üzündən formalaşmaqda doğal sorunlar yaşayan diyasporumuzun durumu irəli getməkdənsə, geri dönüş yaşamaqdadır. Belə davranan soydaşlar, bu dərk etməlidirlər ki, Azərbaycan diasporunun siyasi yöntəm alma gücü və mahiyyəti yoxdur. Çünki, Azərbaycanda istabilləşmiş hakimiyyət və müxalifət ilişgisinin olmamasıyla yanı-sıra, həm də siyasi durum baxımından Güney, Quzey fərqlikliyi vardır.
Çox sevindirici haldır ki, istər Amsterdam, istərsə Brüssel toplantılarında Azərbaycan diasporu qonusunda hər hansı ciddi düşüncə ortaya qoyulmadı. Çünki, bu toplantıların hədəfində Güneyin milli-siyasi hərəkatı var idi. Bu iki toplantının bütün yazılı və söyləm məntiğinin yönü Güney idi. Azərbaycan diasporunun güclü olduğunu fərz edərsək, yalnız onun bu kimi toplantılara səssiz dəstəyini düşünmək olar. Əks halda Amsterdam və Brüssel kimi tək yönlü toplantıların Azərbaycan diasporuna ziyan verici məqsəd dəyişməsini gözdən qaçırmaq olmaz.
b) Lobbi
Lobbiçilik diasporanın tərsinə bir siyasi yöntəmə malikdir. Bəzi labbi mərkəzlərinin siyasi hədəflər üzərinə örtük salmasnın məhz siyasi bir manovra olmasını da göz önünə almaq gərəkir. Lobbi bəlli bir siyasi hədəfin (İqtidar vəya müxalifət) dış qolunun propakanta gücüdür. Elə buna görə, davacıl, hücümçü və bəlli dövlət vəya millətə qarşı yönlənmiş siyasi amaclı qurumdur. Örnək olaraq dünyanın bütün siyasi alanlarında faktik güc kimi tanınan Yəhudi, Yunan, Ərməni və gedərək güclənməkdə olan Kürd lobbilərindən ad aparmaq olar. Bu qurumların daha çox diaspora mərkəzlərindən siyasi kadr güc toplamasını və onlara proffesiyonelcə yöntəm verməsini görmək olar. Diasporanın tərsinə Lobbiçiliyin ən əssas fəaliyyət dairəsi yerli siyasilərin içidir. Bu yolda üniversitetlər, elmi mərkəzlər, siyasi araşdırma məkanları, böyük ticarət alanları ən əlverişli çalışma yerlərdir. Mali sektorlarla yanaşı elmi mərkəzlərdə eyitimləşən siyasi kadrların yetişdirilməsi yerli dövlətlərin də maraq dairəsinə hizmət edir. Kürəsəl dünyanın siasal diplomatiyasında lobbi mərkəzlərinin geniş rolu vardır. Yenə örnək olaraq dünyanın ən nəhəng lobbi mərkəzi olan Yəhudi Lobbisinin Amerika siyasətində olan danılmaz roludur. Bu Lobbi təşkilatı oxtapus kimi dünyanın bütün mali və siyasi dalanlarına qol atmışdır. Amerikanın hər hansı siyasi hakimiyyətində İsrailin markası vurulmaqdadır. Bunun səbəbi isə, Yəhudi lobbisidir. Buna bədəl Amerikanın da ekonomik maraqları bu lobbilər tərəfindən qorunur. Bu haqda, həmin lobbilərə bağlı olan Yəhudi kəlan trastlara və kartellərə işarə etmək olar. Amerika üzdə İran adlanan dövlətə qarşı ambarqo uyqulayır. Həmin lobbinin himayəsində olan sınırlar ötəsi şirkətlər isə qaçaq yollarla ehtiyac olan materilları arxa qapıdan İran sınırlarına daşıyır. Bu iki başlı oyundan Amerika dövlətinin əldə etdiyi vergi və dəllalıq qazancı qat-qat artır, Lobbi isə özünə aid olan banklarını, mali qaynaqlarını sürəcli olaraq qorur. Son zamanlar İran adına iki Lobbinin ortaya gəlməsinə tanıq olmaqdadıq. Azərbaycana gəlincə, ortada hər hansı Lobbi adına bir girişim yoxdur desək yanımamışıq. Amsterdam və Brüssel toplantılarını yönətənlərin gizli zehniyyətində belə bir girişimin olmasını ümid edə bilərikmi, yoxsa…? Məncə, Brüssel toplantısının alt bilincində belə bir girişimin olması çox uğurlu istəkdir. Ancaq, Brüssel toplantısında illərini Azərbaycanın Güneyinə və bütövlüyünə verənlərin olmaması və olanlara da təmiz ürəklə yanaşılmaması üzündən milli-siyasi kadr boşluğunda olan Güney AMAC(GAMAC)-la lobbiçiliyə getmək olarmı, olmazmı? Bunu gələcək göstərəcək!
Sonuc:
Brüssel toplantısını ələşdirən bəzi sol soydaşlara görə, orada heç bir uğurlu hal yox idi. Sözsüz ki, bütün siyasi fəaliyyət və yaşam həssasiyyətlərini Azərbaycanın türkçü düşüncəsini məhv etmək yolunda qoyan bu soydaşların fikrincə Brüssel bir uğur olabilməz idi. Çünki, Brüssel bir çayxana məhvili deyil, bir iş mikanizminin yöntəmini açan toplantı idi. Bunu qazandımı qazanmadımı? Söz qonusu bu deyil. Söz qonusu Azərbaycan Türk Millətinin məhz öz inanclarına və əldə etdiyi simgə varlıqlarına dayanaraq özgür, bağımsız tam istiqlal yola addım atmasıdır. Təbiki, bu soydaşların belə yöntəmləri dərk etmə hazırlıqları yoxdur. Bu soydaşların vaxtıyla BAB, DAK, Milli Şüra, milli partilər və qurumların da yaranmasında VətənPərvər mövqeləli belə olmuşdur. Bugün də belə, sabahda belə olacaqdır. Millət öz yoluna, bu soydaşlar inkar yoluna! Bizim əlimizdə nə gələr ki!!
Bütün çalarlarıyla, Brüssel Toplantısı bir amac doğruntusunda atılan uğurlu addım oldu. Orada yaranan yeni qurumun, Azərbaycan Milli Hərəkatına nələr verəcəyini dözərək görəcəyik. Brüssel Toplantısının möhürü və damğası, Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi-dir. Bu damğanın gələcəkdə haralara vurulmasıyla Brüssel Toplantısının düzgün dəyəri ortaya çıxacaqdır. Umaram, hər hansı nədəndən Amsterdam və Brüssel toplantılarında olmayan milli qurum və şəxslərin də ürəkdən qatılımı ilə GAMAC yönətiminin çiyinindəki yük, hərkəs sarından bir milli borc kimi mənimsənsin!