İranda qanun baxımından mədəni formada etiraz aksiyası keçirməyə izin verilir. Amma əməldə hökumət orqanları tam tərsinə etiraz aksiyalarının keçirilməsinə izin vermirlər. İranda yaşayan millətlər, o cümlədən, Azərbaycanlılar məcbur olurlar yas, toy, Babəkin Ad Günü, idman mərasimlərindən və hətta futbol yarışından etraz aksiyası keçirib, öz sözlərini demək üçün faydalanalar.
İranda 10 - cu dövr prezident seçkisindən sonra yaşıl adında etiraz hərəkatı formalaşmışdı. Bu hərəkatın bəzi tanınmış simalarının və ideoloqlarının antitürk və panfarsist düşüncələri vardır. Bəzilərinin də antitürk - irqçi düşüncələri açıq - aydın göz çıxarır. Misal üçün, Sadiq Zibakəlam öz yazılarında keçmişdə İranın tərəqqi və inkişafdan geri qalmasının səbəbini İranda türklərin hakimiyyətdə olması ilə bağlayır. Və ya Məhəmməd Xatəmi, İranın keçmiş prezidenti və yaşıl hərəkatın başçılarından sayılan şəxs İranda fars dilini milli birliyin əsas amili sayır və türklərə qarşı təhqiredici lətifə söyləyir. Yaşıl hərəkatın digər liderlərindən olan Mirhüseyin Musəvi seçkilərdən öncə Təbrizin Bağşimalda milli fəallara qarşı vəd etmişdi, əgər prezident olsa, onları məhv edəcək. Bundan da əlavə, fasrlara aid olan bəzi təşkilatlar, o cümlədən şahçılar çalışırlar yaşıl hərəkata fars irqçiliyi hakim olsun. Belə ki, onlar başlarının üzərinə qaldırdığları ingilis dilində olan şüarlarda da İranın farslara məxsus olduğunu bildirir və "Bizim nəsil ariya irqidir!" şüarini verlər. "Ariya" irqi kəlməsi yaşıl hərəkata hakim olması, bu hərəkatı əsasdan yanlış yönə çəkib və biz bunu milli hərəkatımız üçün bir təhlükəli siqnal kimi dəyərləndirməliyik. Unutmayaq ki, 1979 - cu ildə İranda inqilab ərəfəsində millət istiqlal və azadlıq şüarı ilə meydana çıxmışdır. Amma Xumeyni başda olmaqla bir balaca ruhani qrup İslam cümhuriyyəti sözün xalqın azadlıq hərəkatına hakim edib, inqilabı mənimsəməyə müvəffəq olmuşdurlar. Elə bu gün də ariya irqi sözü fars xalqının hərəkatına hakim olması qara gələcəkdən nişan verir. Elə bu səbəbə görə, yaşıl hərəkata reaksiya olaraq Güney Azərbaycanda bir qırmızı hərəkat formalaşmışdı. Güney Azərbaycanda Traktor futbol komandası adı altında çox sayda gənc qırmızı köynək geyib, qırmızı bayraq qaldırıb, hətta bəziləri üzlərini qırmızı rəngləyib. Ən maraqlısı bundan ibarətdir ki, şüarları da tam qırmızı rəngdə yazırlar.
Ölkə daxilində İranın müxtəlif şəhərlərinin futbol komandalarının yarışmasında tamaşaçıların sayı 5 - 6 mindən artıq olmaz. Amma 2009 - cu il sentyabrın 14 - də İranın informasiya vasitələrinin verdiyi məlumata görə, Təbrizin Traktor komandası ilə Tehranın İstiqlal komandasının oyununda 85 min azərbaycan türkü tamaşaçı kimi iştirak etmişdir. Bu yarışma Təbrizdə keçirilmişdir. Amma milli fəalların verdiyi məlumata görə, futbol stadionunda bütün oturacaqlar tutulub, adamlar pillələrdə oturub və hətta meydançanın bayırı da adamla doluimiş. Ora yığılanların sayı 100 mindən artıq olmuşdur. Əlbəttə, unutmayaq ki, qadınlara icazə verilmir ki, futbol salonunda iştirak etsinlər. Əgər qadınlara icazə verilsəydi, ordakı adamların sayı göstərilən rəqəmdən qat - qat artıq olacaqdı. Futbol oyunu zamanı salonda olan cəmiyyət iki hissəyə bölünüb, 50 mini "Yaşasın", digər 50 min isə "Azərbaycan" demişdir.
Bəzi gənclər bir əli ilə bozqurd nişanı göstərib, o biri əli ilə qırmızı bayraq qaldırmışdırlar. Şahidlərin dediyi və əldə olan video film nişan verir ki, hətta bir nəfərin əlində yaşıl bayraq yoxdur. İçəridən verilən məlumata görə, yaşıl hərəkata və onun rəmzi olan yaşıl bayrağa qarşı Azərbaycan türkləri Babək Xürrəmddinin rəmzi olan qan rəngli bayraq qaldırıblar. Məlumat üçün qeyd edirəm ki, çox sayda insanın futbol stadionuna gəlməsi İranın hökumət dairəsin qorxuya salıb və onlar cəhd etmişdirlər futbol oyunu tamaşaçısız həyata keçsin. Amma onlar istədiklərinə nail olmamışdırlar. Çünki belə bir təhlükə var idi çox sayda insan meydançanın eşiyinə gələ, toplana və İran rejimi ilə kütlənin toqquşması baş verə. Elə bu səbəbə görə, məcbur olmuşdurlar millətin iradəsinin qarşısında dala çəkilələr. Hər dəfə Təbrizdə futbol yarışı qurtarandan sonra gənclər küçə - bazara çıxıb, "Türk dilində mədrəsə olmalıdır hər kəsə!", "Mənim dilim ölən deyil, fars dilinə dönən deyil!" və "Biz qəhrəman türklərik, farslara baş əymərik!" şüarları verirlər. Camaatın çox olmağı səbəb olub ki, məmurlara fərman verilsin ki, qətiyə məsləyə dəxalət edib, vəziyyəti gərginləşdirməyələr. Çünki İran rejimində belə bir qorxu var ki, milli hərəkat naminə başlanan bu qırmızı hərəkat çox sürətlə Güney Azərbaycanın şəhərlərində etiraz aksiyasına çevrilə.
30 Eylül 2009 Çarşamba
29 Eylül 2009 Salı
Eldar Qaradağlı, … DEMOKRATLARIN LAFINA LAF GƏLMƏZ! ...
Dəyərli soydaşımız, DAK-ın qurucu qrupundan olan Rza Şələhşur bəydən eşitdiyim bir anlamlı aniktod heç zaman xatirimdən silinməyir. Uzun və yorucu bir toplantını geridə buraxıb arxadaşlarla dincələrkən o şəhərdə yaşayan qədim kommünist, indi isə Demokrat bir dostunmuz görüşümüzə gəlmişdir. Demokrat dostmuzun liderliyi ilə Demokrası haqqında geniş danışıqlar gedirdi. Hər kəs çox ciddiliklə bu qonuda düşüncə sərgilirkən Rza bəy sakitcəsinə qarşısında olan çayı ilə oynayırdı. Söyləm tam 3-cü saatına ayaq basırdı. Yalnız başına 2/5 saat demokrasi dərsi geçirən bəlli dostmuz, Rza bəyə üz çevirərək çox dahicəsinə dedi: “Rza bəy, Siz də bir şey deyin qardaş daaaaaa!” Rza bəy, o dostmuzun üzünə gülümsəyərək yalnız bu çümləni söylədi:“Mən dünyanın ən demokrat adamıyam. Hər kim mənim demokratlığıma şübhə edərsə qarnını sökərəm!” Rza bəyin bu sözünün ardından ortam bütünlüklə dərişmişdir. Hamı gülür, Rza bəydən daha da gülməli sözlər eşitmək istəyirdilər. Sağolsun, o da, demokrası yorğunu dostları qırmayır gülməcələr söyləyirdi. Bu arada demokrat dostmuz böyük üzüntüylə biz həqirləri tərk etmişdir.
Dünən Baybak.com sitəsində gözümə tanış olan “...Domokrat...” kəlməsini də damğalayan İranbaycanlı bir ünvan taxıldı. Bildirişi oxumadan öncə Baybak-ın bir açıqlamasını oxudum. Açıqlamada Baybak sitəsinin demokratik şivəsi zorumluluğu ortaya qoyulmuşdur. Baybak, federalçı yolun tərəfdarı olmadığını, bu düşüncənin Azərbaycana xeyrili olmayacağını vurğularkən demokrası icabı olaraq bildirişin eynini sitəyə yerləşdirdiyini yazmışdır. Baybak, doğrudan-doğruya ən doğrusunu yapmışdır. Çünki, Baybak.com bir millətçi sitədir. Onun aparıcısı cəsur, sağlam, dördgen içində yerləşən bir geniş ürəkli ulusçu soydaşdır. Sözsüz ki, geniş ürəkli bir millətçinin qorxmaz, arxası qaçmaz, açıq sözlü olması da gərəkir. Baybak.com,ın heç bir vajə arxasında gizlənmə kimi zorunluluğu yoxdur. Çünki, o, bir millət somutunun soyutlaşmış ünsürüdür. O, millətinin içində olan bütün öz və özgə ideolojiləri sərgiməkdən qaçınamaz. Çünki, onun özgəlik kimi bir luksu yoxdur. Onun millət ürəyi vardır. Onun üçün milli siyasətin pərdə arxası yoxdur. Beyinlə-ürəyin birgə anlamıdır onun var oluşu. Baybak.com-u başqalarından fərqləndirən də budur. Baybak-da çətəçilik olamaz, ailəçilik olamaz, partiyaçılıq olamaz, mafiacikçilik olamaz, ideolojiçilik olamaz. Çünki onun başındakı yolbayı ulusu və onun var oluş fəlsəfəsi bütün köləliklərdən qurtuluşudur. Bunları dediyimdə Baybak.com-un qusursuz olması anlamına gəlməməlidir. Baybakında çatışmayan yönləri vardır. Ancaq, geniş qapsamın olarsa olumluluk olusuzluqları içində yoğurar. Baybakla Demokrat sitələrin ən ufaq fərqi budur ki, Baybak.com, demokrat.com-lardan ona gələn bütün yazıları ən kiçik sansora etmədən yayımlayır. Demokrat.comlar isə Baybak-dan onlara çatan yazıları ən qızıl inqilabçılıq hirsilə çopə atırlar! Çünki, Baybak.com onların gözündə bir faşist, pantürkist, İran uvası, Türkiye əli, anarşist sitə vb. dır.
İşdə, sözdə demokratla, yaşamda demokratlığın fərqi budur. Baybak, ulusun bağrından qopduğu üçün qoşulsuz demokrat olmalıdır. Belə, olmasa ulusdan qopar. Demokrat isə, sol, sağ,din ideolojisini boğcasında gizli saxladığı üçün ulusa qoşulsuz sevgi bəsləyə bilməz. Bu üzdən ulus içində olmadığına görə, özünə seçgin ulus sifariş verər.
Və son söz bu ki, Baybak boşuna tər dökməsin! “Atı at yanına bağlarsan bir boyalı olmasa da, bir xislətli olar!” demiş atalar. Bir də, tarixdən öyrənəsi çox şey vardır. Məgər, Lenin babası! Sosial-DEDOKRAT adı altında milyonlar anti demokrat cahili yer üzündən təmizlərkən özü demokrat nəsil yaratmadı ki, oğul yarada bilməsin?! Elə bu üzdəndir ki, Demokrat sitələrin qapıları hər cahilin üzünə açıq olmamalıdır!!! Çünki,“Mən dünyanın ən demokrat adamıyam. Hər kim mənim demokratlığıma şübhə edərsə qarnını sökərəm!”
Anladınız mi! DEMOKRATLARIN lafına laf gəlməz! Hələ FEDERAL olarsa lap gəlməz!
Eldar Qaradağlı 2009-09-23

Nəbi Soytürk: “Fars şovinizmi İrançılıq düşüncəsini bir fəzilət kimi millətimizə sırımışdı”
Güney Azərbaycan İstiqlal Partiyasının ideoloji məsələlər üzrə sorumlusu Nəbi Söytürkün müsahibəsi Nəbi bəy ideologiya diyəndə siz necə başa düşürsünüz? ümumiyətlə ideologiyanın insan hayatında nə rolu var? Bildiyiniz kimi belə mövzularda bir mənalı söz demək mümkün deyil. Bizdən öncə bu haqda bir çox böyük mütəfəkkirlər fikir söyləyiblər.Mənim zehin yapımı nəzərə alsanız yəqin ki, təxmin edərsiniz hansə tərifi məqbul hesab edirəm. Hər bir canlı varlıq hayatda qalmaq üçün qıdalanmaya, mühitlə uyqunlaşmaya, nəslini artırmaya, dincəlməyə, fəaliyyət etməyə və... ehtiyacı var. Ancaq insan faili muxtar olduğuna görə başqa canlılardan fərqlənir. Faili muxtar olmaq insana bir seçim şansı qazandırıb. Buda insanın ən əsas üstünlüyüdür. İnsanın bu şansı olduğuna görə qeyd etdiyim faktorların böyük bir hissəsi insanın iradəsinə və seçiminə bağlıdır. Bu o deməkdir ki harda qərizənin və fitrətin gücü və təsiri bitir o nöqtədən sonra ideologiyanin və başqa amillərin təsir imkanı başlayır. Düzdür ki, bütün bu amillər şüur altı olaraq insanın faili muxtar olduğu özəlliyini məhdudlaşdırırlar.yəni insan bilmədən onun fikir, qiymətləndirmə, qərar çıxarma, mövqe tutma mexanizmi kontrol altına düşür.ancaq bəşərin yarandığı gündən vəziyyəti belədir. İnsan səthi olduqca qeyd etdiyim faktorların təsir imkanı daha da artır. Onun fikir mexanizmi daha çox iradəsindən alınır şüur altından idarə olunmağa başlayır. İndi ki, vəziyyət belədir yəni özümüzü təslim etdiyimiz ideoloji (başqa amillərlə yanaşı) bu qədər insanın hayatına müdaxilə edə bilir və onda ən mühüm sual bundan ibarət olur ki “bəs biz özümüzü hansı ideoloji və hansı məntiqə təslim etmişik?”. birinci biz ideolojiyanı seçib və formalaşdırırıq sonra o bizi, biz bilmədən idarə edir. Təbi ki ideologiyanın insanlar üzərində qoyduğu təsirin miqdarı insanların təkamül səviyyəsinə və fəlsəfi inkişafına sıx bağlıdır. Biz həmişə cəmiyətdə belə bir fikirdə eşidirik ki, Güney və Quzey Azərbaycan insanın dünyagörüşülərində xeyli psixoloji fərqlər var. Bizim bir arada olmağımız çətinliklər yarada bilər. Birləşsək xeyli problemlər ortaya çıxacaq və s, fikir sözlər işlədilir. Təbii ki , bu absurd bir anlayışdir. Amma siz bir psixoloq olaraq bu , fikirlərə münasibətinizi bilmək istərdik və doğrudanmı belədir? Psixologiya aləmində belə bir söz var diyəllər ki, əgər iki insan eynidirsə onda onların birisi lazım deyil. Çünki orda bir təkrar var. Əgər iki insan bir birinə ziddirsə onda onların ikisidə lazim deyil. Çünki orda heç bir yaxşı nəticə ola bilməz. Əgər iki insan fərqlidirsə onda onların ikisidə lazimdir. Çünki onlar danışıb, düşünüb və inkişaf edəbilərlər.Mən diyərdim ki Güneylə Quzey iki əsrdir ki, ayrı düşüb müxtəlif ideologiyalar təsiri altında yaşadıqlarına görə, əgər fərq kimi anladığımız doğrudursa onda belə bir mənzərə var: “oxşar insanlar, oxşar vəziyyətlər, fərqli baxışlar”. Quzeydə və Güneydə yaşayan insanlarımız eyn soy-kökə malikdirlər, Azərbaycan parçalandığına görə hər iki tərəfdə eyn oxşar vəziyət ortalığa çıxıb. ancaq ola bilsin ki baxışlar bir az fərqlidir. Bu fərqlik isə ilk öncə qeyd etdiyim kimi inkişafın nüvəsi olabilər. Təbi ki diqqətli olmalıyıq çünki əks halda düşmənlər bu fərqliliyi ziddlik kimi göstərməyə çalışacaqlar. Hamımız bilirik ki , İran rejimi hansı üsullarla Güney Azərbaycanda insanlarımıza əzab əziyət verirlər. Bütün diktaturaların, despotizmin ayaqda durmasında qorxu psixologiyası mühüm rol oynayır və insanları bu qorxu ilə idarə edirlər. Bizi ən çox narahat edən faktorlardan biridə, bu gün Güney Azərbaycan türkləri qorxu psixoloqiyasını aşa bildilərmi? Mən başa düşürəm ki 35 milyon insanın hətta bir məktəbi olmaması, heç bir milli hüquqa sahib olmaması uzaqdan baxanlara orda bir qorxu psixologiyası var deyə təsir bağışlaya bilər. Ancaq məsələnin mahiyyəti tam başqadır. fars şovinizmi uzun müddətdir ki, müxtəlif vasitələrlə asimilasiyon siyasəti aparır. İnsanlarımıza öz hüquqlarını, onlara olan zülmü və haqsızlıqları görməsin deyə təhsil verilib. Təhsilin məqamı yüksəkdir ancaq təhsil və hətta ali təhsillər insanın fikrinə istiqamət verir. Bir çox insanlarımızın qəbul etdiyi informasiyanın nəticəsi olaraq deməzdim qorxu ancaq prossesləri görmə problemi var, daha doğrusu görüb məna çıxartma problemi var. Məsələn bir avropalıya diyəndə ki, 35 milyon insanın ana dilində heç bir məktəbi yoxdur avropalı dəhşətə gəlir hətta inana bilmir ancaq bizim öz insanlarımızın bir çoxuna o qədər də dəhşətli gəlmir. Bu o deməkdir ki, bizim aldığımız informasiya, başımıza gələn faciələrin kökünü görəməyə maneçilik yaradır. İkinci məqamda var. O, da bundan ibarətdir ki, fars şovinizmi irançılıq düşüncə tərzini bir fəzilət kimi millətimizə sırıya bilmişdi. Bir çox insanlar iranı öyməyi onu sevməyi mənəvi bir fəzilət hesab edirdilər. Psixoloji olaraq insan hər şəyi fəzilət səviyəsində qəbul edərsə onda onun mahiyətinə müdaxilə etməkdən çəkinər. İnsan vəs vəsə olmaz ki, fəzilət kimi, dəyər kimi qəbul etdiyi bir şeyi islah etsin, kontrol etsin, dəyişdirsin və ya hər hansı bir şəkildə ona müdaxilə etsin. Təbii ki, bu dediyimiz milli hərəkat başlandıqdan sonra gündən günə düzəlməkdədir. Bəs bunun qarşısını necə almaq olar? Sizcə nə etməliyik? Bu suala hazır cavabım var ancaq deməsinə çox cəsarət gərəkirən azı ona görə ki bu diyəcəyim fikirə sərt tənqidlərin olacağına indidən əminəm və tarixçi dostlarımıda itirmək istəmirəm. Ancaq mənim bu məsələdə çox ciddi mövqeyim var. Məncə maarifləndirmə “beyinləri doldurmaq demək deyil beyinlərin daha doğrusu zehinlərin üfüqlərini genişləndirmək deməkdir”. Bunu bir çox tarixçilərimiz riayət etmir. Bir millət tarixini bilməlidir. Ancaq millət gücünü tarixdən və tarixçidən gözlərsə onun yaxşı nəticəsi olmaz. Biz bu asılılıqdan qurtulmalıyıq. Tarixi biliklə dost düşməni tanımaq olar ancaq tarixi bilməklə tanıdığın düşmənə qalib gəlmək mümkün deyil. Bu həddindən artıq mürəkkəb və mühüm mövzudur həmdə təəssüflə qəlibləşmiş məsələdir. Hansı toplumda hayatla zaman müxtəlif istiqamətlərdə hərəkət edib yaxşı nəticə verməyib. Dünya xəritəsinə baxaraq ölkələrinin bu gününü və dünənini gözdən keçirsəniz, dünyaya höküm sürənlərlə əzilənlərin tarixi keçmişinə və bu gününə baxsanız əminəm ki, mənimlə hardasa razılaşacaqsınız. Məsələnin başqa bir tərəfidə var. Xüsusi ilə Azərbaycan və hətta müəyyən mənada türk dünyası keçmiş yaxIn əsrlərdə məğlub ola ola gəliblər. Məğlubiyətlərdən impuls alarsaq “qaliblər qələbə əldə etmə istiqamətini, məğlublar isə məğlubiyətdən qaçma istiqamətini seçərlər” məntiqini riayət etmiş olmarıq. Mənim fikrimcə fars şovinizminin bizdə “prossesləri görəbilməmək kompleksi”nin oxşarını biz özümüz yaradabilərik. insanları tarixlə idarə etmək, tarixi biliklə qiymətləndirmək, tarixlə sevindirmək, tarixlə kədərləndirmək, tarixlə hərəkətə gətirmək və ümumiyətlə tarixlə düşündürmək heç məqbul deyil. Bunuda qeyd edim ki, bu mənzərə psixologiya və fəlsəfə elminin təməlinə tam ziddir. Təbii ki, bu mövzu ilə bağlı demək istədiyim bundan qat-qat çoxdur. Nəbi bəy başqa islam ölkələrinə nisbətən nə üçün İranda islam dini fanatikcəsinə formalaşdı və dünyanın sivil, azad qanunları inkişaf edə bilmədi? Elmi araşdırmalarda “eyniyyət” deyilən bir məfhum var. Eyniyyət məfhumu o zaman ortalığa çıxdı ki, bəşər cansız varlıqları mütaliə etməyə və araşdırmaya başladı. İnsan bir canlını və özəl olaraq dost və ya düşmən məqamInda olan bir canlı varlığı araşdıranda tərəfsiz qala bilmir. İçdən insanın fikrinə təsir edən bir hiss işə düşür. Bu halda “eyniyyət” məfhumu riayət olunmur.bunu ona görə açdım ki, fikrimcə bizim bu nöktədə çox problemimiz var. əgər məqsədimiz İranı məhkum etməklə bitəcəksə onda gəlin İranın məhkəmə sisteminin işlədiyi qanunları və edam sayısına görə Çindən sonra dünyada ikinci ölkə olduğunu nəzərə alıb və məhkum edək. bunu dünyada məhkum edir. Ancaq belə təhlillərin bizim aydınlaşmamıza çox xeyiri olmur. Gəlin insafı riayət edək. İran nə Pakistandan geridir nədəki Tunis, Əlcəzayir. Sudan və Ərəbistandan. Rejimdə radikallığı qəbul etmək şərti ilə ama İranda yaşayan insanlar bir o qədərdə dini doqmatizmə qapılmayıblar. Hətta qərb təhlilçiləri açıq aşkar iddia edirlər ki, islam dünyasında sekolar hakimiyət yalnız İranda oturuşa bilər. Bu o deməkdir ki İran əhalisi qərbə oxşar bir anlayiş içindədir. Təbii ki, bu dediyim İran hakimiyətinə aid deyil. Düşünürəm ki, sizin qeyd etdiyiniz məsələ hərəkətli və hərəkətsiz ideologiyaların fərqindən ibarətdir. Qeyd etmək lazımdır ki, Şiə məzhəbi inqilabi bir məzhəbdir. əgər məzhəbi bir ideologia kimi adlandırmaq doğru olursa onda bunun adını hərəkətli ideoloji qoymaq olar. Hərəkətsiz ideologiyalar isə bir neçə səbəbə görə ortalığa çıxırlar. Onların ya inqilabı hədəfi olmur yada ki, müəyyən məkanda və zamanda öz sözlərini dedikdən sonra artıq vaxtı bitir. Məsələn komunizm kimi. Hal hazırda bilirik ki, İranda Ayətüllah Xamneyi və Əhmədinəjad rejiminə qarşı ciddi müxalifət formalaşıb. Bu hadisələrin Güney Azərbaycana nə kimi təsiri olabilər? Orda əsas mühüm məsələlərdən birisi ondan ibarətdir ki, cəmiyyətin hədəfi İran rejiminin tamami ilə dəyişilməsidir, seçkilərin saxtalaşdırılması deyil. Müxalifət liderlərinin əsas hədəfi isə Xanneyinin tutduğu posta yenidən baxmaq əgər gücləri yetərsə o postu ləğv etməkdir. Ancaq onlar ona görə Əhmədinəjadın adını hallandırırlar ki, çünki əgər Xamneyinin adını dilə gətirsələr onların manevr imkanı çox aşağı düşəcək.Ikinci mühüm məsələ və bizim bilməyimiz gərəkən mövzu ondan ibarətdir ki, hələlik məsələ siyasi səviyyədə qoyulub və həm İranın içində və həm xaricində bir birlik var. Çünki demək olar ki, hamı İran hakimiyətinin daxili və xarici siyasətinə qarşıdır. Ancaq o zaman ki məsələ ideoloji müstəvisində qoyuldu onda şübhəniz olmasın ki, o birlik parça-parça olacaq. Dəhşətli çatlar əmələ gələcək. Buda çox yaxşı haldır. Birinci birlik olur qeyri-demokratik hakimiyət çökür sonra ideoloji baxışlar özünü göstərir. Mənim düşüncəmə görə biz Azərbaycanlıların əsas fəaliyəti birinci deyil ikinci mərhələdə başlayır. Biz enerjimizi təxirə etməliyik o zaman ki, mübarizə ideoloji müstəviyə çatdı onda bütün gücümüzlə meydana keçməliyik. Indi mübarizəyə qoşulmanın nə eybi var ki? Mübarizə yalnız savaşmaq deyil. Mənim məqsədim odur ki, enerjimizi indi xərcləmək yerinə o enerjini hazırlaşmağa sərf edək. Məsələni dərk etməyə və prosseslerin ideologiya müstəviyə qalxan üçün, plan qurmağa sərf edək. Burda daha bir mühüm məqam var. Biz millətimizi fikirdə demək olar müəyyən dərəcədə İrandan ayırmışıq. Yənı Azərbaycan bütöv İran tiksəsindən başqa bir parçaya çevrilib, Amma bu hələlik fikirdədir. Psixoloji olaraq şüur altı emosiyalarımız hələdə İran emosiyasıdır. Tehran xiyabanlarında deyilən şüarlar, diktaturanı əzən şüarlar təkcə farsın deyil eləcədə türkün hissidir. Yəni xiyabanlarda olub bitənlər hər bir İran vətəndaşının ortaq hissini bəyan edir. Mənim qorxum ondandır ki, baxmayaraq fikirdə milli düşünürük amma ortaq emosiyalar bir daha İranı bütövləşdirsin. Farslar fars millətçiliyində bizdən qat qat yetkindirlər. Yetkin olmayanla, yetkin farsı bir mübarizə meydanına sürükləsən təbii ki, yetkin o birisini aldada bilər. Ona görədə mənim fikrimcə biz nə qədər mümkündürsə ayaq saxlamalıyıq. 2006-cı il may hadisələrinin baş verməsi və bu hadisələrin kökündə nə dayanırdı. Bəli türklərin “İran” qəzetində təhqir olunması bu hadisələrə stimul Verdi. Ilk, dəfə olaraq milyonlarla Azərbaycan türkü meydana çıxıb, milli varlıqlarını sübut etdilər. Amma yəqin ki, hadisələrin nüvəsində hansısa güc dayanırdı? Təbii ki karikatura məsələsi sadəcə bir bəhanə idi. Ancaq mövzumuz psixoloqiya və ideologiya olduğuna görə, bu sual çox geniş cavab tələb edir. Ümumiyyətlə türk milləti tarix boyu ordu psixologiyası daşıyıb. 2006-ci ilin 22 may hadisələri farsların bizi soyuq savaşda udması və bizim onlara ordu psixologiyamızla qarşılıq verdiyimizi göstərir. Məncə bunu açmağa ehtiyac var. Soyuq savaş o zaman olur ki iki tərəfin qüdrətində bir balans olur. Türk milləti qədim dövrlərdə savaş gücü yüksək olduğuna görə başqa qonşu millətlərlə bir çox zaman balans olmayıb. Yəni türklər güclü olub. Bu səbəb olub ki türklər soyuq savaş qabiliyyətibi və bu xüsusiyyəti özlərində inkişaf etdirə bilməsinlər. Amma indi ki, zamanda zeiflik hesab olunan bu xüsusiyyətimiz fars millətçilərinə o imkanı verib ki, onlar istədiyi qərarı bizim üzərimizdə verə bilsinlər və bizim soydaşlarımızın bir çoxunda mütilik kompleksi yaratsınlar. Vətənimizin Quzey hissəsi istiqlal əldə etdikdən sonra mütilik kompleksinə ağır zərbə dəydi. Və insanlarımız xüsusi ilə gənclərimiz özlərini məğlub səviyyəsində hiss etdilər. Bu həddindən artıq önəmli məsələdir. Bir millət qalib gəlməsi üçün birinci gərək şüurunda mütilikdən məğlubluq səviyəsinə qalxına bilsin. Çünki müti insan mütiliyindən fəxr duyar ancaq məğlub insan məğlubiyətindən qıcıqlanar və qalibdən intiqam alma gününü gözlüyər. Özünü məğlub hesab edən ancaq iradəsi sınmayan millət birdən birə gözlənilmədən 22 may hadisələrini yaradar. May hadisələri yüz illik sıxılmış həyəcanın püskürməsiydi. və mən hər zaman may hadisəsini mütilik kompleksinin sonu kimi qiymətləndirmişəm. Təəssüf ki, bu da o fikirlərdəndir ki, tənqidsiz ötüşməyəcək. Amma bunuda nəzərə almalıyıq ki, psixologiya və fəlsəfədə işlənən terminlər siyasətdə işləndiyi kimi məna verməz. “məğlub” və “müti” kimi ifadələr o cümlədəndir.
Söhbətləşdi: Elnur Eltürk
Söhbətləşdi: Elnur Eltürk
Arif Keskin, Fars Merkezli Demokrasinin Yoxsulluqu (1): Tariximizi Yeniden Oxuyaq
1906-11 Meşrutiyet Inqılabı, 1920 Xiyabani Hereketi ve 1945 Pişeveri hereketinde istqilal meselesi Güney Azerbaycan milli hereketi terefinden açıq şekilde metreh olmamıştır. İstiqlal mefkuresinin açıq aşkar metreh olmamasının sebebi “demokratik İran ideali” axtarışı olmuştur. Demokratik İran mefkuresi Azerbaycan meselesinin de İran içinde hell olunması umudunu yaratmıştı. Amma Güney Azerbaycanlıların bu umudu çox qıssa bir zaman sürmüştü.. Çünkü Meşrutiyet tecrübesi böyük tecrübe idi Azerbaycanlılar üçün.
Meşrutiyet hereketinde Güney Azerbaycan Milli Hereketi ,Azerbaycanın milli saadetini demokratik bir İran içinde görmüş ve İranın demokratikleşmesi yolunda elinden geleni elemişti, ancaq istediğini elde ede bilmemişti . Xiyabani ve Pişeveri “demokratik bir İran arzusunda “ olsalar da Meşrutiyet tecrübesine sahib olduqları üçün Azerbaycan’ın siyasi enerjisini Iranın demokratikleşmesi yolunda istifade etmek istemediler. Hem Xiyabani hem Piişeveri feqet Güney Azerbaycanın gurtuluşunu hedef bir yol seçtiler ve İranın diğer bölgelerine heç qarışmaq istemediler. Xiyabanı, Azadistan Dövletini ve Pişeveri Azerbaycan Milli Hükümeti qurduqlarında Azerbaycan merkezli bir baxışa sahib olma noqtesini geldiklerini inkar edebilmerik. Meşrute tecrübesinin şikesti(yenilgisi) Azerbaycanlı aydın ve siyasetçileri değişdirmişti.
Xiyabani ve Pişeveri demokratik İran arzusunda olsalar da İrandaki demokratikleşme cereyanına qarışmamalarının sebebi bizim bugünkü mübahisemizin esasini teşkil edir. Hem Xiyabani hem Pişeveri Tehran siyasetçilerine etimad elemirdiler. Çünkü Tehran siyasetçileri ile Azerbaycan siyasetçiler arasında ciddi ve köklü fikir ferqliliyi var idi. Tehran politikaçıları Fars milliyetçiliyi mefkuresi esasında İrandaki siyasi hadiselere baxırdılar. "Tehranın demokratik İran projesi "ile " Tebrizin demokratik projesi" bir biri ile ferqli idi. Bu ferq günümze qeder devam etmektedir. Xiyabani ve Pişveri bu hqiqeti çox yaxşi bilirdiler.
Fars merkezli siyasi hereketlerin demokratik projesi ile Güney Azerbayacn Milli hereketin demokratik projesi bir biri ile ferqlidir. Bu ferqi sadece bugün de deyil yaxın tariximizde de açıq şekilde görürük . Güney Azerbaycan milli hereketinin demokratik projesi ile Fars milliyetçilerin demokrtaik projesi ile ferqliliyi Meşrutiyet ,Xiyabani ve pişeveri hereketin de açıq ve aşikar şekilde görsenmişdir. Fars milliyetçileri demokratik projelerini etnik kimlikleri inkar esasında qurmuşlar. Fars milliyetçileri merkeziyetçi (Fars Merkezli- Tehran merkezli) bir mefkure esasında demokratik projelerini şekillendirmişler. Güney Azerbaycan milli hereketin demokratik projesi ise her tur merkeziyetçiliye qarşı olaraq şekillenmiştir. Fars milliyetçi demokratların merkeziyetçi olmaları ve Güney Azerbaycan Milli hereketin merkeziyetçiliye qarşı olması iki ferqli ve bir birine zidd olan demokratik projenin ortaya çıxmasına sebeb olmuştur. Fars Merkezli demokratik anlayış tarix boyu dar ve mehdut bir merkeziyetçi anlayış esasında formalaşmıştır. İrandaki Demokratik güçler ile Güney Azerbaycan milli hereketin demokratik projeleri tarix boyu ferqli olduğunu gördük. Bu iki ferqli demokratik proje bunları işbirliği yerine bir birlerine qarşı olma neticesini yaratmıştır..İşbirlik etmeleri de mümkün olmamıştır. Çünkü çox ferqli ve mütezzad iki demokratik proje var orta da.
1905 Meşrutiyetten günümüze qeder baxıldığında Tehran ve Tebriz arasında ferq olmuştur. Bu ferqin esasi ferqli demokratik proje sahib olmaq teşkil etmişdir. Tehranın demokratik projesi ile Tebrizin demokratik projesi ferqli olmuştur. Meşrutiyet inqılabında Tebrizin demokratik projesinin esasını Encumene-e Eyaleyti ve Velayeti meselesi teşkil etmişdir ve bu qanun Tebriz milletvekilleri terefinden Meşrutiyet ana yasasına yerleşdirilmişdir. Tehran milletvekilleri Azerbaycanın bu telebini qebul etmeye mecbur qalmıştılar. Tebrizde qurulan Encumen oz adini Encumen-e Milli qoyması Tehran milletvekillerini naraht elemiş ve Tehranin basqisi (fişar) ile Ancumen-e millinin adı deyişdirilmişdi.
Tebriz ve tehran arasındaki bu baxış ferqliliyi feqet sözde qalmamış, Azerbaycan demokrat güçlerin ölümü Tehrandaki demokrta güçlerin eli olmuştur. Settar Xan ve destesi Tehran demokratik gücleri terefinden devet edilmiş ve Etabek Baqında gullelenmişdi.
1920’de Azadistan devleti meselesinde de yene Tehran siyasileri Tebrizden ferqli yol secmişdiler. Tehran siyasileri Tebrizin özüne müsteqil bir yol seçmesini istemirdiler. Neceki axırda da Xiyabani ve Azadistan Devleti “Tehran demokartaları” terefinden serkub(bastirmaq) edildi. Xiyabani ve Azadisatn Devletini serkub eden Muxeberulseltene zamanında “ demokrat adam” olaraq tanınırdı. 1945-46’da qurulan Milli Hukumette Teharn politikaçıları ve ziyaliları terefinden himaye edilmedi. Qevamulseltene Tehranda demokratik qüvve olarq bilinen siyasi güclere dayanaraq Milli Hükümeti serkub (bastirmaq)etmeyi başardı.
1979’dan sonra Tebrizin yolu Tehran ile eyni değildi. Tebriz merhum Şeretmedari’nin arxasında idi. Bugünkü İrandaki İslahatçıların eslinde o günkü Azerbaycanın ortaya qoyduğu fikirleri müdafie eleyırler. Şerietmedarı’nin Velayet-e feqih qurumuna qarşı çıxmasının ne qeder doğru olduğu indi anlaşılır. Şerietmedari hereketini serkub eslinde merkeziyetçi ideolojilerin arxasında geden gençler oldu. İndiki Yaşıl hereketin liderleri ve destekliyenleri ve qerb ile İranın münasebetini sonuna qeder himaye edenler Şeritmedari’nin qerbin amili kimin gösterirdiler.
Azerbaycan demokratik güçler her zaman İrandaki demokratikleşme prosesini himaye edibler. Ancaq özleri sonunda merkeziyetçi demokrat güçler terefinden öldürübler. Fars Merkezli Demokrtaik hereket tarix boyu oz mahiyetini açıq ve aşkar ortaya qoymuştur. Güney azerbaycan milli hereketi bu tarixi heqiqeti Meşrutiyet, Xiyabani ve pişeveri ve inqilabdan sonra Şerietmedari tecrübesi ile yaşayıbdır.
Özlerini hamıdan alim olaraq gören ancak kiçik tarixi bilgiye sahib olmayan dostlarımıza “tarixmizin yeniden oxuyun” demekten başqa heç bir söz daha demek istemirem. Ancaq fars merkezi demokrasının fikri yoxsuluqu ve demokrası altında totaliter bir zehniyete sahip olduğunu tehili etmeye devam edeceğem.

18 Eylül 2009 Cuma
Güney Azerbaycan Gençlerinin Ana Dili mücadelesi yükseliyor
Güney Azerbaycan Gençleri, Ana Dilleri için mücadele ediyor
"Turk`un Dili Resmi Olsun!"
12 Eylül 2009 Cumartesi
Güntay Gencalp, Nədən Güney Azerbaycanda ərəb əlifbasında yazmalıyıq?
- Gündəmdəki mövzulardan biri də əlifba məsələsidir. Güney Azərbaycanda və İran genəlində hansı əlifba daha uyğundur? -
- Ulusal yazqı ilə bağlı olan hadisələrdə fərdi ehtiyaca görə deyil, kollektiv ehtiyaca və duruma görə davranmaq lazımdır. Belə olmazsa, yəni kollektiv ehtiyaca görə bir davranış sərgilənməzsə macəraçılıq ortaya çıxar. Macəralar millətə xeyir verməz, zərər verər. Bu gün Güney Azərbaycanda və İranda özünü milli tanıdan macəraçılar vardır. Özəlliklə Xalq Cəbhəsi bu macəranı güney Azərbaycana soxdu. Xatırlayıram ki, hələ özləri latın hərfinə keçmədən xalq cəbhəsinin ”ideoloq”ları boğazlarını yırtırdılar ki, Güney Azərbaycan latın əlifbasına keçməlidir. Bu əlifba məsələsi Göytürklərdən sonra daima sorun olmuşdur. Heç bir zaman çözülməmiş və hələ də çözülməmiş olaraq durmaqdadır. Yüz illər boyunca ərəb əlifbasında yazdıq…
- Yüz illər boyunca ərəb əlifbasında yazdığımız üçün davammı etməliyik?
- Baxır Türk yurdlarının hansı məkanında yaşamağımıza. Örnəyin Doğu Türkistanda ərəb əlifbası ilə yazırlar. Onların Latın hərfinə keçmə imkanları yoxdur, Çin şövinizmi əngəl olmaqdadır. Doğu Türkistanın durumu bizdən daha yaxşıdır, onların ana dilində məktəbləri var və bu üzdən də Uyğurca düşünə bilirlər. Bizdə isə ana dilində heç bir şey yoxdur, bizim ana dilimizdə düşünməmiz çətin olmuş. Belə bir durumda toplumu latın əlifbasında yazmağa zorlamaq macəradan başqa bir şey deyildir. Həm də bizə təsadüfən də olsa xeyir verməyəcək türdən olan macəradır. Millətin bilgilənməsi ilə fərdin bilgilənməsi ayrı-ayrı qonulardır. Milli hərəkət millətin bütün təbəqələrini içinə alan bir anlayışdır. Millətin əksəriyətinin də intellektual fəaliyəti alışdığı, adət etdiyi əlifba ilə gerçəkləşər. Yaza bildiyi əlifba ilə gerçəkləşər. Bizim millət ərəb əlifbasında yazıb-oxumağa alışmışdır. Bəlkə millətin içində 2-3 nəfər latın əlifbasında da yazıb oxuya bilər. Ancaq millət 2-3 nəfərdən ibarət deyildir. Hələ bu 2-3 nəfər macəraçılar da gerçəkdən yazıb-oxuya bilsələr.
- Latın əlifbasında yazıb-oxuyanımız yoxdurmu?
- Oxuyanımız ola bilər, ancaq yaza bilənimizə mən rast gəlmədim. İşin çox ilginc yanı budur ki, ”latın əlifbasında” yazmalıyıq şüarını bağıranların heç biri bu əlifbada yaza bilmirlər. Mən latın əlifbasında yazılmış hətta kiçik bir şeiri də oxumaram. Yəni Güneylilərin yazdığını deyirəm. Sınamaq üçün bu əlifbada yazanların ”yazı”larını oxudum və gördüm ki, yaza bilmirlər. Adamlar hələ bilmirlər ki, latın əlifbasında ”da” və ”də” şəkilçiləri nə zaman bitişik və nə zaman ayrı yazılar. Ayrıca yüzlərcə imla səhvi var. Adamın zövqü pozulur. Sanki adamı məcbur etmişlər latın hərfi ilə yazmağa. Bildikləri hərflərlə niyə yazmırlar? Ən önəmlisi də budur ki, biz kimə yazırıq? Bakı və Ankara üçün yazırıq, yoxsa Təbriz üçün? Bunların milli hərəkətlə filan heç bir əlaqəsi yoxdur. Saxta yollarla özlərini intellektual göstərən adamlardılar. Heç bir zaman unutmaram ki, bir dəfə Bakıda Güneylə bağlı latın əlifbasında bir dərgi çıxarmışdılar. Mərhum Zehtabı bu dərgini görcək əlinin arxası ilə itələyib özündən uzaqlaşdırdı və ”bunlar təxribatdır, latın əlifbasını bizim millət oxuya bilmir.”- dedi.
- Ərəb əlifbasında yazmalıyıq deyirsiniz və bu əlifbada yazmaq bir zərurətmiş?
- Ortaq sosial ehtiyacı nəzərə almalıyıq. Beş il ibtidai sinifi insan hansı əlifbada yazıb-oxusa onun sürətli oxuyub düşünməsi də o əlifba ilə gerçəkləşər. Bizim milli hərəkətə qatılan on minlərcə insanımız var ki, VIII sinifdən yuxarı oxuya bilməmişlər və latın əlifbasında heç bir təcrübələri yoxdur. Ancaq gerçəkdən oxumaq və bilgilənmək istəyirlər. Nə etməliyik? Onların ehtiyaclarını heçə mi saymalıyıq? Hətta universitet bitirənlərin də latın əlifbasında yazıb-oxuma təcrübələri yoxdur. Yaşadıqları mühit də ərəb əlifbası ilə donatılmış. Məslən biz Qərbdə yaşadığımız üçün küçədə, dükanda və hər yerdə gözlərimizə toxunan latın hərfləridir. Bununla belə yenə də latın hərfi ilə gərəkən sürətdə oxuya bilmirik. Məsələn mən özüm əgər 4 dəqiqədə bir səhifə oxuyuramsa, latın hərfi ilə yazılmış bir səhifəni 10 dəqiqədə oxuyuram. Gözlərim də uşaqlıqdan alışmadığı üçün latın əlifbasında yazılan yazılar mütaliə zövqümü tez yorur. Əgər durum bu şəkildə isə, nədən küçə-bazarı, kitabı və beyni ərəb əlifbası ilə donatılmış bir mühitin insanlarından latın əlifbasında oxumağı gözləməliyik? Bilirsiniz ki, son zamanlar köçürgən adında bir proqram hazırladılar Güneydə? Nədən bunu hazırladılar? Demək ki, bir ictimai ehtiyac var o üzdən bu proqram hazırlanmış. Bu proqramı hazırlayanlar gerçəkdən böyük inqilab etmişlər. Onlara öz minnətdarlığımı bildirirəm. Yalnız arzu edərdim ki, bu proqramın türkiyə türkçəsindən çevirən variantını da hazırlasınlar.
- Ərəb əlifbası bu şəkildə davammı etməlidir?
- Keçən əsrin əvvəllərində bütün türk dünyasının bir tək əlifbası var idi. Ərəb əlifbasında yazırdılar. Ona görə də məsələn Tiflisdə çıxan ”Molla Nəsrəddin” dərgisi Qacariyədə, Osmanlıda, Türkistanda, Əfqanistanda, İraqda və Suriyədə oxunurdu. Eləcə də Bağçasarayda İsmayıl Bəy Qaspirallının çıxardığı ”Tərcüman” dərgisi və digərləri. Ərəb əlifbasından qopuş və ortaq latın əlifbası hazırlaya bilməmə türk dünyasını hissən və zehnən parçaladı.
- Ərəb əlifbasındamı qalmalıydılar?
- Ərəb əlifbasında qalmamalıydılar. Ancaq ortaq əlifba hazırlanmadı. Latın əlifbasına keçişləri yaxşı idi, ancaq yaxşı metodla keçiş olmadı. Doğrudur Stalinizmin fərqli əlifbalar hazırlanmasında rolu oldu, ancaq səbəb nə olursa olsun, nəticə göz qabağındadır. Fərqli ağızlarda qonuşmaq olar, ancaq əlifba bir olmalı idi. Bir örnək söyləyəcəyəm sizə. Londondan yayınlanan BBC radiosunun fars dilində bir tək sitəsi var. Bu sitədə həm İran, həm Əfqanistan, həm də tacikistan haqqında xəbərlər və şərhlər verilir. Bu çox önəmlidir. Çünkü dəricə və farscanın əlifbaları eynidir, taciklər də o əlifbaya keçdilər. Ancaq BBC-nin türkçələrin hər birinə xas sitəsi var. Dəricə, tacikçə və farsca bu şəkildə vəhdət halında olurlar.
- Bu örnəklər bizim ”ərəb əlifbasında yazmalıyıq” önərməmizi təsdiqləmir, rədd edir.
- Doğrudur. Zahirən rədd edir. Ancaq elə deyil. İranda, Tacikistanda və Əfqanistanda milli dillərində yazıb oxuyurlar. Biz bu nemətdən bərxurdar deyilik. Biz bu yolda mübarizə aparırıq. Bir dil öz əlifbasını dəyişərkən arxasında dövlət iradəsi durmadıqca millət alışdığı əlifbada yazmalıdır. Hətta Böyük Atatürk də heç bir zaman bizim ”latın əlifbasında yazmalıyıq” söyləyən insanlarımız kimi macəraçı davranmadı. Öncə dövləti qurdu, dövləti qurarkən də millətin alışdığı ərəb əlifbasında işləri yürütdü. Daha sonra tam 10 ildən sonra latın əlifbasına keçiş əmri çıxardı. Yəni latın əlifbasına keçiş əmrini verdiyi zaman bu əmrin arxasında milli dövlətin iradəsi və budcəsi dayanmaqda idi. Hər bir iş zamanında edildiyində həm estetik olur, həm də keçərli. Biz qurtuluşumuz üçün örnək alacağımız bir tək lider var, o da Atatürkdür. Əlifba məsələsində də onu örnək almalıyıq. Yəni siyasi statusumuzu dünyaya duyurduğumuz zaman əlifba dəyişiminə bir fərmanla keçmək olar.
- Ancaq indi Atatürk zamanı deyil, internet zamanıdır.
- İnternet zamanı olduğu doğrudur. Ancaq haqqında danışdığımız Güney Azərbaycan və İran türklərinin mütləq əksəriyəti internet zamanında yaşamır. Biz yazılarımızı ortalıqda tanıdığımız və zıqqana-zıqqana latın əlifbasında oxuyan 70-80 adam üçün yazırıq, yoxsa millət üçün? Bu suala cavab verməliyik öncə.
- Latın əlifbasını savunanlar Mirzə Cəlildən örnək gətirirlər ki, ərəb əlifbası dilimizə yatqın deyilmiş.
- Onlar özünü aydın göstərmək üçün Mirzə Cəlilin bu söyləminə arxalanırlar. O zaman adama sormazlarmı ki, niyə Mirzə Cəlil özü ərəb əlifbasında çıxarırdı ”Molla Nəsrəddin”i? Mirzə Cəlil haqlıdır, ancaq bu haqlılığın arxasında başqa şeylər də var. Mirzə Cəlil deyirdi ki, uzun vədədə oxullarda latın əlifbası ilə dərsliklər hazırlanmalıdır. Keçən əsrin əvvəllərində ”Molla Nəsrəddin” dərgisini latın əlifbasında çıxarsaydılar, xalq o qədər aydınlanardımı? Bu gün də eyni problemdir. Keçən əsrin əvvəllərində ”Molla Nəsrəddin”i latın əlifbasında çıxarmaq nə qədər xətalı olardısa, bu gündə Güney Azərbaycanda və İran genəlində latın əlifbasında yazmağı önərmək bir o qədər xətalıdır. Ən qısa zaman dilimi içində millətin əlində olan imkanlarla onu aydınlatmağa çalışmaq lazımdır. Yoxsa əlifbaya keçmək siyasi bir statusa qovuşduqdan sonra çətin məsələ deyildir. Bizim problemimiz Güney Azərbaycanda və İrandadır. Başqa yerdə deyildir. Başqa yerlər təfərrüatdır. Əgər biri xülya atından enmək istmirsə, o başqa məsələdir. Ancaq millətini sevən, vətəni ilə bağlı bir tarixi görəvin bilincində olan insan realist olmalıdır. Güney Azərbaycanın və İranın gerçəkləri bağlamında aydınlanma sürəci və planı ortaya qoyulmalıdır. Diqqət etsəniz Güneydə və Qaşqaylarda, Xorasanda çıxan sitələrin hamısı ərəb əlifbasındadır. Doğru da edirlər. Bu gənclər başardıqları əlifba ilə uluslarına milli gerçəkləri anlatmaq istəyirlər. Təkrar söyləyirəm. Latın əlifbasını savunanlar bu əlifbada yaza bilmirlər. Bizim latın əlifbasına keçişimiz milli-siyasi iradəmizin nəticəsi şəklində gələcəkdə meydana çıxacaq. Yanlış davranışlar o hədəfə çatmamıza da mane ola bilər. Fars şovinizmi əlindən gələni etməkdədir ki, Türklər milli yöndə aydınlanmasınlar. Bizə düşən görəv budur ki, ən qısa yolla sürətli şəkildə və əldə olan imkanlar və alışqanlıqlarla milləti milli hədəflər doğrultusunda aydınladalım.
8.1.2009
Ikinci bölüm
- Ərəb əlifbası ilə bağlı söyləşi təpkilərə və etkilərə yol açdı. Bu etki və təpkilər üzərinə nə deyəcəksiniz?
- Hər bir iş öz zamanına və məkanına görə dəyərləndirilməlidir. Bu haqda Axundov ilk dəfə təşəbbüsdə bulunmuşdur. Daha sonra da çox zəif şəkildə Mollanəsrəddinçilər əlifba üzərinə dayanmışdılar ki, bu əlifbada əksiklik var. Bu gün ərəb əlifbasının dilimizə və bilgisayar sisteminə uyğunsuzluğu haqqında hər tək-təkimiz Axundov və Mirzə Cəlildən də güclü dəlillər ortaya qoya bilərik. Ancaq Axundov və Mirzə Cəlil bu əlifbanı tənqid edərək eyni əlifbada yazırlar. Nədən? Çünkü aydınlatmaq istədikləri toplum yalnız o əlifbanı başarırdı. Yəni bu gün Güney Azərbaycan və İranda olduğu kimi. Bu gün Qaşqay gəncləri onlarca sitə yayınlayır və Qaşqay türk kimliyinin yüksəlişi yolunda çalışırlar. İndi onları latın əlifbasını bilmədikləri üçün bəzilərinin etdikləri kimi aşağılamalıyıqmı? Latın əlifbasında İran mühitində bu günə qədər bir tək dəyərli yazı ortaya çıxmışmı? Xatəminin zamanında xatırlayırsınız bir sürü dərgi çıxırdı universitələrdə. Bunların hamısı ərəb əlifbasında deyilmi idi? Nədən məsələn Bakıda yayılmış bir şeir kitabını İran mühitində ərəb əlifbasına çevirib nşər edirlər. Ya da dilçilik haqqında yazılmış məsələn Nizami Xudiyevin kitabını və digərlərini.
- Ərəb və latın əlifbası yalnız dilçilik mövzusudur, yoxsa digər tərəfi də var?
- Yalnız dilçilik yönü yoxdur, fəlsəfi və siyasi tərəfi də var. Siyasi yönü nədir? İran mühitində Latın əlifbasında yazmaq kəndiliyindən Ankara və ya Bakı təmayülünü göstərdiyi üçün bir növ yabancı ölkəyə bağlılıq kimi görünür və elə başlanqıcdan bir gənc adam üçün suç bəlgəsi kimi ortaya çıxır. Biz bəsit olaylarla bağlı olaraq gənc adamların həbs edilməsini istəmirik. Əlifba yolunda bizim mübarizə aparacaq həvəsimiz yoxdur. Mərhum Zehtabi demişkən bunlar anarşistdirlər. Bunlar hərəkətin içində deyillər. Bizim bu günkü hədəfimiz ən qısa yolla və millətin başardığı və alışdığı imkanlarla aydınlanma sürəcini sürətləndirməkdir. Əgər bu gün Güney Azərbaycan gəncliyi ərəb əlifbasında yazır, sitələr düzənləyirsə, bir əlifba məsələsinə görə onların etdiklərini aşağılamamaq gərəkir. Bir latın əlifbasına görə onlarda aşağılıq kompleksi oluşdurulmamalıdır. Onlar böyük fədakarlıq edirlər və cəmiyətin mövcud imkanlarına görə aydınlanma prosesini sürdürürlər. Bizim görəvimiz sadəcə onları təqdir etməkdir. Fəlsəfi tərəfi də ondan ibarətdir ki, əlifba dəyişimi ilə dünyaya baxış açısı dəyişəcəkdir. Fəlsəfi düşüncə dərin olduğu üçün yavaş-yavaş irəlilər, ancaq siyasət cəmiyətin əksəriyətini qapsaya bilər. Siyasi davranışın inqilabı, fəlsəfi davranışın intibahi yönü var. Bizim cəmiyətin dini yapısı var. Dindarlar da bu hərkətə qatılırlar ki, onların bilgi birikimləri ərəb əlifbasında gerçəkləşmişdir.
- Əlifba məsələsi ilə bağlı ölkənin içində hansı görüş var bu dartışma ilə ilgili?
- Hər kəsin bir şəkildə daxillə irtibatı var. Yəni internet sınırları ortadan qaldırmışdır. Mən yazmaq işi ilə daha çox məşğul olduğum üçün daha çox irtibatım var içəri ilə. Nədən? Çünkü yazılarımı oxuyan yüzlərcə, özəlliklə gənc adam mənimlə sanal ilişkidə bulunurlar. Hətta bir çox tutuqlananların evlərindən mənim yazılarımı da ittilaat məmurları tapmışlar. Bunlar məni sevindirir və daha da ciddi şəkildə yazmağa və oxumağa məcbur edir. Yazılarımın daxildə bu qədər geniş miqyaslı oxunmasının səbəbi ərəb əlifbasında olmasıdır. Ancaq eyni zamanda mənim yazılarım Bakıda da yayılır. Bakıdakı qəzetlərdə və sitələrdə. Yəni yurdumuzun hər iki tərəfində mövcud imkanlara görə davranmalıyıq. Mənim ərəb əlifbasında da yazmağım bu əlifbanı savunmaq deyil. Cəmiyyətimizin alışqanlığından yararlanıb aydınlanma prosesini sürətləndirməkdir. Təsəvvür ediniz ki, 30 ildir Dr. Cavad Heyət “Varlıq” dərgisini ərəb əlifbasında çıxarır. Həm rejimin əlifba üzndən buna əngəl olması önlənir, həm də kütlə sürətlə oxuyub bilgilənir. Bu dərgi latın əlifbasında çıxsaydı öz həyatına davam edə bilməzdi və 5 ədəd də satışa getməzdi. Bizim davamız bu gün düşüncə məsələsidir, əlifba məsələsi deyildir. Əlifba sorununun çözümü bu gün mümkün deyil, öz milli aqibətimizi bəlli etdikdən sonra bu məsələ kəndiliyindən çözüləcəkdir.
- Latın əlifbasından ərəb əlifbasına köçürən köçürgənin İran rejimi tərəfindən hazırlandığını söyləyənlər var!
- Bunlar nə danışdıqlarını bilmirlər. Əgər köçürgəni rejim hazırlamışsa o zaman rejim bizim üçün çalışır. Bunlar ölkəmizin içində fəaliyət göstərən şərif insanlara da şər atırlar. Belə şeyləri ciddiyə almaq lazım deyil.Bunları buraxmaq lazımdır çirkin işlərinə davam etsinlər. Bizlər öz işimizi görməliyik.
Başgün 13.01.09

10 Eylül 2009 Perşembe
Səid Mətinpur, TÜRK MİLLƏTÇİLIYİ: BİR İTTİFAQ ARASINDA YOL
Səid Mətinpur Güney Azərbaycan Milli Azadlıq Hərəkatının fəalı
Doqquz il bundan qabaq Tehranda oxuyarkən, dostlarımdan biri məni iranşünaslıq fondlarından birinə aparmışdı. Orada diqqəti çəkən şeylər çox idi: fond sədrinin «salam» sözünə allergiyasından və ona müraciət edənlərin hamısından «dorud be» («salam» mənasındadır, əsil fars sözü sayılır – M.M.) sözünü gözləməsindən tutmuş həmin fondda ermənilərin ciddi fəaliyyətinə, Mədəniyyət naziri Ətaullah Mühaciraninin, prezident Xatəminin və xaricdə, məsələn, Avstraliyada yaşayan iranlıların ona yardımlarına qədər. Amma mənim diqqətimi hər şeydən artıq özünə çəkən və bu gün də zehnimi məşğul edən şey o oldu ki, bu fondun o qədər də zəngin olmayan kitabxanası üç hissədən – farsşünaslıq, ermənişünaslıq və kürdşünaslıq bölmələrindən ibarət idi. Həmin kitabxanada ölkədə yaşayan digər xalqlar, məsələn, türklər, ərəblər, türkmənlər, bəluclar, yaxud İrandakı dini və məzhəbi azlıqlar – sünnilər, əhli-həqq, dərvişlər, yəhudilər, xristianlar və b. haqqında bir kitab belə tapılmırdı.
Bu fondun binası Tehran universitetinin yaxınlığında idi. Bir az o tərəfdə isə ermənilərin müqəddəs Sərkis kilsəsi yerləşirdi. Mən təqribən hər gün bu məsafəni qət edirdim. Mənzilim kilsənin yaxınlığında idi və hər gün kilsənin ətrafındakı divarları görürdüm. Divarlar Türkiyə dövləti, osmanlı türkləri əleyhinə şüarlarla, 1914-cü ildə Osmanlı dövlətinin bir milyondan artıq ermənini qətlə yetirdiyini iddia edən köhnə və yeni plakatlarla dolu idi. Hər il aprelin 24-də ermənilər kilsənin qarşısına toplaşıb o hadisənin qurbanlarını yad edirdilər. Ola bilər ki, bu hadisə həqiqətən baş verib; ola da bilər ki, kimlərinsə uydurmasıdır. Amma sonradan mənə aydınlaşan həqiqət bu oldu ki, əvvəla, bu miqyasda kütləvi qırğının baş verdiyini sübut edəcək etibarlı bir sənəd yoxdur. İkincisi, bu hadisə Osmanlı dövlətinə aid edilir, halbuki bu gün belə bir dövlət mövcud deyil. Osmanlı dövləti əslində islam xilafəti tipli bir imperiya idi və orada türk, ərəb, kürd kimi müsəlman millətlər, bəzi xristian xalqlar və yəhudilər yaşayırdılar. Osmanlı dövləti və ordusunda hətta ermənilər də mənsəb sahibi idilər, o da qalsın ərəblər və kürdlər ola. Hazırkı Türkiyə Respublikası həmin imperiyanın kiçik bir hissəsidir ki, böyük zəhmətlər və çoxlu şəhidlər vermək bahasına o dövrün super gücləri, xüsusən İngiltərə qarşısında öz varlığını qoruyub saxlaya bilmişdir.Hər il aprelin 24-də türk tələbələr də kilsənin qarşısına gəlir və sözügedən məsələ barəsində ora toplaşanlarla (sonradan onlara BMT nümayəndəliyi qarşısında da mitinq keçirmək icazəsi verildi) mübahisə edirdilər, onlara soydaşlarının Arazın o tayında törətdiyi cinayətləri, Xocalı qırğını kimi hadisələri xatırladır, buradan ora edilən köməklərdən söz açırdılar. Onlar da bir neçə dəfə tələbələri döymüş, iki il əvvəl isə gənc şairlərdən birini yaralayıb xəstəxanaya düşməsinə səbəb olmuşdular.

...
Yazının devamı:
Pərviz Elay "Unutmaq lazım deyil ki, Güney Hərəkatına düşmən mövqedə təkcə fars şovinistləri durmurlar"
Hələ, VIII əsrdə Ərəb xəlifəsi Müaviyyə Əməvi müşaviri Übeyd İbn Şariyyədən Azərbaycan haqqında soruşduqda o, xəlifəyə belə bir cavab vermişdi ki, “Azərbaycan qədimdən türklərin məskunlaşdığı türk diyarıdı” . Azərbaycan hər zaman türkçülük ideyalarının mərkəzlərindən biri olub. Bunun əsaslarını yaşadan və gələcək nəsillərə çatdıran böyük ideoloqlarımız mövcud olub, düşmənlərimiz bu ideyanın nə qədər məhv etməyə çalışsalar da, onun nüvəsini dağıda bilməyiblər. Cəmiyyətimizi düşündürən milli ideologiya ilə bağlı məsələlərə dair və Güney Azərbaycan Milli Hərəkatı ilə bağlı suallarımızın cavabını almaq üçün “Oğuzun gizli döyüşləri” əsərinin müəllifi, “Millətçilik” qəzetinin baş redaktoru, tarixçi-araşdırmaçı Pərviz Elayın Dünya Azərbaycanlıları Konqresi Strateji Araşdırmalar Mərkəzinə müsahibəsini təqdim edirik.
-Pərviz bəy, xöş gördük! Siz kifayət qədər milli ideologiyanın təbliği ilə məşğul olan ziyalısınız. İstəyərdik bilək, milli ideologiya özündə nəyi ehtiva edir və bizim milli ideologiya indiyə qədər hansı mərhələlərdən keçib?
- Sualınız olduqca dərin bir mövzunu əhatə edir. Əvvəlcə onu bilməliyik ki, mili ideologiya müəyyən milli məqsədin həyata keçirilməsi ehtiyacından doğur. Məqsəd isə, dövrün tələbinə uyğun meydana çıxır. Məqsəd və onun gerçəkləşməsi üçün ideologiya isə, öz dərin kökündə müəyyən millətin özünü müdafiə, qorunma və yaşamaq üçün transformasiyası kimi təbii qanunlara dayaqlanır. Biz öz ideoloji tariximizə nəzər salsaq aydın görərik ki, bizim milli ideologiya olduqca cavandır. Milli ideologiya bünövrəmizin ilk kərpicləri XIX əsrin ikinci yarısından qoyulmağa başlayıb. Çünki, rus işğalına qədər bizim milli toplum İslam Şərqi sivilizasiyası tərkibində idi. Ruslar və ya ermənilər bu məsələdə şanslı idilər. Çünki, onların millətçiliyinin kökündə dini bünövrə - öz dillərində dini təriqət dururdu. Milli dini təriqət, öz dillərində dini ayinləri icra edən kilisə onların milli ideyasının, yalan-doğru tarix və dövlətçilik, milli maliyyə kapitalının mərkəzi idi. Bizdə bu cür inkişaf türkdilli Alban kilsəsi dövründə formalaşırdı. Lakin ərəb işğalları ilə biz tam fərqli etnik proseslərə cəlb edildik. Bildiyiniz kimi, islam fəlsəfəsində millətçilik, milli özünüdərk yox dərəcəsində idi və “hümmət”, “müsəlmanlıq”, hər hansı bir islam təriqətinə mənsubiyyət özünüdərki üstünlük təşkil edirdi. İslam sivilizasiyasında millətçilik təzahürləri yalnız saray intriqaları, hakimiyyət uğrunda mübarizədə özünü büruzə verirdi, dini əsasdan məhrum idi, praqmatik, ardıcıl deyildi və fraqmentar təzahür edirdi. Əlbəttə, milli özünüdərki bu cür zəif inkişaf etmiş toplum tənəzzülə meyilli, milli dövlətçilik ideyasından məhrum. assimilyasiyaya az müqavimətli olacaqdı. Lakin rus işğalı ilə əlaqədar Azərbaycan Türklüyü, xüsusilə, onun şimal hissəsi milli ideologiyası inkişaf etmiş millətlərin dünyasına daxil oldu. Assimilyasiyanı əsas tutan fars və rus şovinizmi, ayrı millətlərə qarşı soyqırımı əlində əsas siyasət edən erməni ksenofobluğu qarşısında bu cür toplum tab gətirə bilməzdi. Biz indi bunun ağır nəticəsini görürük; Qara dənizin şərq sahillərindən Xəzər dənizinə qədər, Dərbənddən Kəngər körfəzinə qədər minilliklər boyu hegemon soy olan azərbaycanlıların yalnız Şimali Azərbaycan Respublikası var ki, onun da 20 faizi rus-erməni işğalı altındadır.
XIX əsrdə formalaşmağa başlamış milli ideologiyamız, “milli özünüdərk”, “millət kimi özünü dərk etmə” məqsədinə rəğmən yaranmışdı. Milli ideologiyamızın ikinci dövrü XX əsrin əvvəllərindən başladı. Bunun da əsasında yeni məqsəd – milli özünü idarəetməyə nail olmaq idi ki, bu da son nəticədə Şimali Azərbaycanda milli dövlətin yaranması ilə nəticələndi. Azərbaycan dövlətçiliyi, azərbaycançılıq ideyasının əsas istiqamətləri 1918-ci ildən formalaşıb. Doğrudur, 1918-ci ilədək formalaşan milli ideyamızla, yəni azərbaycançılıqla, 1920 – 1988 – ci illər arası mövcud olan “sovet azərbaycançılığı” arasında köklü fərq var. Çünki, “sovet azərbaycançılığı” öz təzahürü etibarilə süni idi, Kremldə yazılmışdı və anti-türk mahiyyətə malik idi.
...
- Sizin Güney Azərbaycan Milli Hərəkatı ilə bağlı fikirləriniz cəmiyyət tərəfindən ciddi qarşılanıb və hal hazırda Güney Azərbaycan Milli Hərəkatı ilə bağlı düşüncələrinizi bilmək istərdik. Neçə düşünürsünüz bu gün milli hərəkatın fəlsəfi-ideoloji və siyasi-beynəlxalq istiqaməti hərəkatın uğurla nəticələnməsinə şərait yarada biləcəkmi?
- Ola bilsin ki, mənim cavabım bir qədər Sizə qəribə görünsün. Mən burada siyasi etikaya riayət etmək istərdim. Ona görə də ümumi sözlərlə danişacam. İranda şah rejimi zamanı yürüdülən fars şovinizmi elə ağır nəticələr verib ki, Güney Azərbaycan Türklüyü hələ uzun müddət milli özünüdərk prosesindən keçməlidir. Bəli, müstəqil Azərbaycan dövlətinin yaranması bu prosesin sürətlənməsində katalizator rolunu oynadı. Amma Sizi inandırım ki, durumu qiymətləndirmək və çıxış yolunu aramaq üçün uzun zaman lazım olacaq. Bu Hərəkatda “sualtı daşlar” olduqca çoxdur. Hərəkat birtərəfli yanaşma ilə seçilir. Digəl ki, bu məsələdə universallıq tələb olunur. Unutmaq lazım deyil ki, Güney Hərəkatına düşmən mövqedə təkcə fars şovinistləri durmurlar. Bu mövqedə ermənilər də, PKK-çılar da, fars demokratları da var. İranı dağıtmaq istəyən beynəlxalq qüvvələri də Hərəkatdan yalnız istifadə yolları düşündürür. Xatırlayaq ki, Stalinə Güney Azərbaycan Hərəkatı yalnız müəyyən həddə qədər lazım idi. Sonra isə, o dövrkü milli mücahidlərimiz fars anti-türkçülərinin ixtiyarına buraxıldılar. Hərəkatın uğurla nəticələnməsi üçün bütün bu faktorlar nəzərə alınmalıdır. Hərəkat yeri gələndə özü digər qüvvələrdən istifadə etməlidir. Necə ki, 1924-cü ildə fars şovinistləri Tehrandakı türk xanədanlığını ələ keçirmək üçün ingilislərdən, necə ki, Qərbi Azərbaycanda “ermənistan” adlı qondarma bir dövlət yaratmaq üçün ermənilər ruslardan istifadə etdilər. Hər halda mən inanıram ki, Hərəkat müdriklik və universallıq nümayiş etdirsə, bir çox məqsədlərə nail ola bilər.
...
yazının tamamı:
http://baksam.com/news/prviz_elay_unutmaq_lazim_deyil_ki_guney_hrkatina_dusmn_movqed_tkc_fars_sovinistlri_durmurlar/2009-09-10-87

8 Eylül 2009 Salı
Böyük Rəsuloğlu, Nurizadenin etiraflari
Əlirza Nurizadənin etirafları !
Azərbaycan milli hərəkatının dəyərli fəallarından, ona, dostum diyəcək qədər yaxın hiss etdiyim sayın Yunis bəy Şameli- nin, yuxarıda adını çəkdiyim Nurizadənin, Londonda çıxan Keyhan qazetinin 1270 sayılı nümrəsindəki aldatıcı yazısına göstərdiyi münasibəti görəndə sakit qalmağı milli hislərimlə barışdıramadım. Bu əziz dostumuzun illər boyu çəkdiyi zəhmətlər və aydınlatıcı fikirlərinə böyük dəyər verərək, bu vəsilə ilə minnətdarlığımı bildirib, tutduğu bu haq və ədalət yolunda başarılar arzulayıyram.
Əzizimiz Yunis bəyin bu məqaləyə tənqidi yanaşaraq, irqçı təfəkkürlülərin qeyri səmimi fikir, söz və davranışına yetərli cavab verdiyinə görə, yorgun barmaqlarımın arasında sızıldıyan qələmlə, məsələyə başqa yöndən də toxunmaq istərdim. Nurizadənin, VOA, Əlcəzayir, Əlarabiyə və Rojhelat Tv-dəki çıxışları, fars və ərəb qazetlərindəki yazıları və siyasi fəaliyətləri, ikili standart qullanaraq, bir yandan İran adı altında farsçılığı təbliq edərkən, digər yandan da, yeni deyişikliklərə boylu olan o ölkədə, Türk və Ərəb xalqlarını aldatmağa çalışdığı anlaşılmaqdadır. Bu şəxsin, işarə edilən o yazısında da, Tehranda baş verən yaşıllar hərəkatında, Azərbaycan Türkləri (onun dilincə Azərilər) haqqındakı etirafları, millətimizi tovlamaq üçün yazılan cızma qaradan başqa bir şey deyildir. Nurizadənin, dünya, bölgə və İranda aparılan siysi, ictimai və hətta iqtisadi gedişat haqqında geniş bilgisinin olduğunu inkar etmək isnsafsızlıq olardi. Ancaq, bir yandan bu bilgilər sayəsində rasizmin xidmətində olan ölçülü çıxışlar, ötə yandan da şovinist quvvələrin yaratdığı imkanlardan istifadə edərək yuxarılara sıçıraması, Azərbaycan Milli Hərəkatına gələcəkdə böyük probləmlər yarada biləcəyinin bir işarəsidir. Başqa sözlə, bu etiraflara dayanaraq, gələcək hadisələrdə millətimizi düz yoldan azdırıb, bizə faydası olmuyan qısır aksiyonlara qoşulma təhlükəsinin qarşısını indidən almaq programımız olmalıdır. Yəni, Nurizadə və ona bənzər Nasir Kərəmi kimilərinin oyunlarına gəlməmək üçün millətimizin içindəki fikir çeşitliyini daraldıp, ancaq Azərbaycanın nəcatını təbliq etməklə, qarşılıq verməliyik. Fars irqçı nümyəndələrinin bizə yönələn təhlilləri, hansi nəzəriyədən qaynaqlanığından asılı olmuyaraq, bizi diskindirməməli, qorxudmamalı, təhqiramiz sözləri utandırmamalıdı r. Son zamanlar, rasizmin qınından çıxmiş həmin fərdin də, yazı slubu, hücum taktiki, geçmişdə tarixi və dialektik matiryalizmə inanalarımızın milli hərəkatımıza olan bugünkü münasibətini ustalıqla qınayaraq, onları utandırma cəhdləri, millətimizi və milli qəhrəmanlarımızı kiçildərək, bizdə aşağılıq kompleksi yaratmağa çalışması, özlərini itirdiklərindən xəbər verməkdədir. Onun üçündür ki, bu oyunbazların dəyirmanına su tökən bütün fikirlərdən, İran ölkəsinin dağılmasından nigarançılığımızı göstərən bütün siyasətlərdən, o cümlədən federal nüsxəsindən uzaqlaşaraq, beyinlərimizi Türklük düşüncəsi və Azərbaycançılıq məfkürəsilə doldurmalıyıq. Mən, Azərbaycanın nəcatını bütövlükdə görməklə birlikdə, milli haqlarımızın tanınıb, alınmasında atılan heç bir addımla müxalif deyiləm, çünki, dəvədən bir tükü də qənimət sayıram. Özəlliklə çoxunu tanıdığım, səmimiyətinə inandığım, bəzi federalistlərə hörməti vacib sayıram. Ancaq, düzgün siyasi davranışdan çox danışıb, xoş niyətlərinə baxmıyaraq millətin mənafeni badə verənləri, özlərini kamil siyasətçi sanaraq, düşmənə yersiz və zamansız əl uzadanları da unudmamışam. Aydındır ki, qanı su ilə yuvarlar, aydındır ki, bütün müharibələrin sonu müzakirə ilə bitmişdir, aydındır ki, siyasətdə də damara baxıb qan alarlar, aydındır ki, siyasi düyünləri hissiyatla deyil, ağla dayanan məntiqlə çözərlər. Ancaq, kökünü qurutmaq üçün suyu kəsilmiş tarla, müzakirə üçün dili kəsilmiş millət, qanı sorularaq damarı qurumuş kölə, ağlı varsa da beyni yıxanaraq fikri olmuyan bir topluma biçilən ölçü fərqlidir. Doğru olmuyan metodlarla belə bir millətin probləmlərinin həllində, ağız sulandıran turş alça misalı yanaşarsan, sonra dişlərin qamaşar.
Bu məsələnin əhəmiyətini və millətimizin nəcatındakı gələcək probləmlərin qarşısının alınmasındaki fikirlərimi bir az daha geniş şəkildə anlatmağa çalışacağam. Bəlkə sözlərimiz qəbul edilər və özəlliklə, biliyurdların açılması ilə birlikdə, tələbələrimizin müstəqil olaraq fəaliyətə başlamasında təsiri olar.
Fikrimcə, artıq özümüzü aldatmağın zamanı çoxdan sovuşmuşdur. Səttarxan hərəkatında, İstanbulla yaxın əlaqələri olan Azərbaycan aydınları, o dövürdə, Osmanlı dövlətindəTürklük şurunun yüksəlişində iştirak edərək, bu dirçəlişi Azərbaycana gətirmiş olsaydılar, tarixin gedişatı belə mi olardı. Qəhrəmanlıqlarına inandığımız və güvəndiyimiz Səttar xanın beyninə, həmin aydınlar yanlış fikirlər yerinə Türklük şuurunu aşılamış olsaydılar, qaynıyan daş qazan o tezlikkdə sönərmiydi. 7 dövlətin bayrağını Fars bayrağı altında görməyi arzulayan bu milli qəhrəmanımız, həmin bayraq sahiblərinin gülləsi ilə ölərmiydi. Yoxsa bugün Güney Azərbaycanda adına, universitələr, akademilər, kitabxanalar və yüzlərcə milli səmbolumuz dikələrdi.
1920- də Tehran qoşunları Təbrizə hücüm edən ərəfədə, Şeyx Məhəmməd Xiyabanının ölümcül canını küçələrdə sürütlüyərək, tikə parça edənlər kimləriydi. Fars şovinizminin səpmiş olduğu toxumların yeni gövərən dallarının narın qollarının öz içimizdəki aldanmışlarından başqa kimi unvan etmək olar. Millətimiz bugün bu sorunu soruşmağa haqlıdır” Azadistan yerinə Azərbaycan, farsca çıxış və düşüncə yerinə türklük və türkçülük, bütün İran yerinə Şimali Azərbaycanda yaranmış demokratik cumhuriyətə yaxınlaşaraq bütöv Azərbaycan məfkürəsi olsaydı, biz bugün bu gündəydik?” Lütfən, Profosor Şovkət xanimin araşdırmalarına diqqət yetirib nəticə çıxaralım.
1946-da Tehran qoşunları hələ Zəncir dərvazasından şəhərə girməmiş, Təbriz və Azərbaycanın başqa şəhərlərində fədailəri qıranlar kimlər idi. Diyəcəksiniz düşmənin beşinci sütunu. Doğrudur, Tehran qoşunundan, 3-4 əfsərin seçilərək qoşundan öncə Təbrizə göndərildiyini, xalqi ayaqlanmaya çağırdığını hamımız bilirik. Azərbaycanlı olan həmin şəxslərin adlarınında bəzi sənədlərdə çəkildiyi aydındır. Ancaq, İran adı altında fars rasizminin xidmətinə girənlər, doğru usullarla oyandırılmış olsaydı vəya milli hökümət öz təbliqatında Türk kimiliyimizi başqa məfkürələrdən üstün tutmuş olsaydı, o əfsərlər milləti aldatmağa gələrmiydi, gəlsəydi belə, millət aldanar miydi. Diyəcəksiniz, o zamanın şərtlərinə görə, İstalinin Türklük təbliqatına mənfi baxışı vəya entirnasyonalizmin qalib ülgüsü belə bir imkan verməzdi. Demokrat firqəsinin, Azərbaycanın tarixi topraqlarına yayılmasına hansı maniələr ola bilərdi. Bu ərazilərdə Türk milləti olaraq təşkilatlansaydı q, çürümüş fars qoşunları qarşımızda tab gətirəbilərmiydi, o bəlalər başımıza gələrmiydi, hətta əgər Rus ordusu, bağışlayın üzdən iraq azadlıq ordusu, Seyid Cəfər Pişəvərinin arxasını boşaltmış olsaydı. Özlərini böyük siyasətçi bilənlər, bu fikirləri dünya siyasətindən uzaqda görənlər, hələdə baxış açılarını düz zaviyəyə uygunlaşdırıb, Azərbaycana daha geniş və gərçəkçi gözlə baxmağı bacarmıyanlar, zaman və məkan şərtlərindən danışaraq bu fikirlərə tərs baxacaqlar. Ancaq, bugün bütün bu təcrüübələri görən, fəlakət tufanlarının qaynağını bilən, millətimizin cavanları bundan sonra xəta etmiyəcəklər.
Müsəlman xalq partiyasının Azərbaycanda qeyidli üzvünün 3 milyon olduğu sənədlərdə mövcutdur. Bunun arxasında 10 milyon insanın dayandığı, Güney Azərbaycandakı demonstrasyonlarda və millətin müxtəlif aksiyonlarında sübut edilmişdir. Hətta, Tehrandakı məscidlərin yarısının Türklərin əlində olduğu o günləri xatırlıyanların xatirindədir. O boyda gücdən düzgün istifadə olsaydı, bəzi mülahizələr yerinə, Azərbaycançılıq məfkurəsindəTürklük şuuruna söykənilsəydi, şəxsi mənafelər yerinə ayağa qalxmış millətin mənafei güdülsəydi, demokrasi adına demokratik istəkləri əzənlərin qarşısında mərdanə durulsaydı, gedişat belə mi olardı. Rəhbərliyin xətası, əba altında gizlənən şovinizmin vədələrinə inanaraq aldanmışların günahi nə boydadırsa, millətimizin milli ruhunu yüksəltməyə gücü çatmıyan aydınlarımızın da günahı eyni ölçüdədir. Həmin xətali fikir, anti milli yönətim və qeyri siyasi davrananların bugün Berlində “federalizm” bəhanəsi ilə geçirdiklıəri sempozyomda ortaya atdıqları fikirlər, Nurizadənin aldatmacaları nın gələcəkdə yaradacağı ziyanlardan az deyil. Hələ, açıqca farsçılığın xidmətində olan bu cərəyanları, dəstəkliyənlər, onları siyasətçi kimi millətə sırıyanların niyəti xoş olsa da anti-milli olduğunu vurqulamaq gərəkir, ayıq-sayıq olmalıyıq.
Bütün bunları göz ünündə alaraq, millətimizi Türlük mehvəri ətrafında firlanan Azərbaycançılıq məfkürəsi ətrafənda bir yumuruq halinə gətirməkdən başqa yolumuz, yaxında baş verəcək rejim deyişikliyində, qurtulmağa çalışmaqdan başqa körpümüz yoxdur. Çünki bu, son savaşımızdır.
Bu yazıdan aşağıdakı nəticəni çıxarmaq niyətindəyəm. Nurizadə və ona tayların, millətimizi aldatma, milli hərəkatımızı sapdırma və qurtuluş ortamı hazırlandığı zaman, bizi bizimlə məhv etmə siyasətini önləmək üçün dəyərli Yunis bəyin elmi və məntiqi ifşası birinci addım olaraq alqışlanmalıdır. Ikinci addım isə, ona paralel olaraq milli hissiyatımızın zirvəyə qaldırılması və milli kimliyimiz ətrafında sıxlaşıb bir yumuruğa döndürülməsidir. Bu siyasəti uygularkən, milli fəallarımız, özəlliklə aydınlarımız, milli ruhumuzu zədəliyəcək, düşürəcək vəya sual altına aparacaq söz, yazı, siyasi ülgü və davranışdan qətiyən uzaq durmalıdır. Tərs fikirlilərimizi vəya manqurtlarımızı böyüdüb, millətin çiyninə oturtmaq da böyük təhlükələr yarada bilər. Fars şovinizmi bu dar boğazdan geçərkən, bilərək vəya bilmiyərək bir daha aldanıb farsçılıq siyasətinə quyruq olarsaq, gələcək nəsillərimiz bizi əsla bağışlamıyacaqdır.
Böyük Rəsuloğlu 02.09.2009

Kaydol:
Kayıtlar (Atom)