Əlirza Nurizadənin etirafları !
Azərbaycan milli hərəkatının dəyərli fəallarından, ona, dostum diyəcək qədər yaxın hiss etdiyim sayın Yunis bəy Şameli- nin, yuxarıda adını çəkdiyim Nurizadənin, Londonda çıxan Keyhan qazetinin 1270 sayılı nümrəsindəki aldatıcı yazısına göstərdiyi münasibəti görəndə sakit qalmağı milli hislərimlə barışdıramadım. Bu əziz dostumuzun illər boyu çəkdiyi zəhmətlər və aydınlatıcı fikirlərinə böyük dəyər verərək, bu vəsilə ilə minnətdarlığımı bildirib, tutduğu bu haq və ədalət yolunda başarılar arzulayıyram.
Əzizimiz Yunis bəyin bu məqaləyə tənqidi yanaşaraq, irqçı təfəkkürlülərin qeyri səmimi fikir, söz və davranışına yetərli cavab verdiyinə görə, yorgun barmaqlarımın arasında sızıldıyan qələmlə, məsələyə başqa yöndən də toxunmaq istərdim. Nurizadənin, VOA, Əlcəzayir, Əlarabiyə və Rojhelat Tv-dəki çıxışları, fars və ərəb qazetlərindəki yazıları və siyasi fəaliyətləri, ikili standart qullanaraq, bir yandan İran adı altında farsçılığı təbliq edərkən, digər yandan da, yeni deyişikliklərə boylu olan o ölkədə, Türk və Ərəb xalqlarını aldatmağa çalışdığı anlaşılmaqdadır. Bu şəxsin, işarə edilən o yazısında da, Tehranda baş verən yaşıllar hərəkatında, Azərbaycan Türkləri (onun dilincə Azərilər) haqqındakı etirafları, millətimizi tovlamaq üçün yazılan cızma qaradan başqa bir şey deyildir. Nurizadənin, dünya, bölgə və İranda aparılan siysi, ictimai və hətta iqtisadi gedişat haqqında geniş bilgisinin olduğunu inkar etmək isnsafsızlıq olardi. Ancaq, bir yandan bu bilgilər sayəsində rasizmin xidmətində olan ölçülü çıxışlar, ötə yandan da şovinist quvvələrin yaratdığı imkanlardan istifadə edərək yuxarılara sıçıraması, Azərbaycan Milli Hərəkatına gələcəkdə böyük probləmlər yarada biləcəyinin bir işarəsidir. Başqa sözlə, bu etiraflara dayanaraq, gələcək hadisələrdə millətimizi düz yoldan azdırıb, bizə faydası olmuyan qısır aksiyonlara qoşulma təhlükəsinin qarşısını indidən almaq programımız olmalıdır. Yəni, Nurizadə və ona bənzər Nasir Kərəmi kimilərinin oyunlarına gəlməmək üçün millətimizin içindəki fikir çeşitliyini daraldıp, ancaq Azərbaycanın nəcatını təbliq etməklə, qarşılıq verməliyik. Fars irqçı nümyəndələrinin bizə yönələn təhlilləri, hansi nəzəriyədən qaynaqlanığından asılı olmuyaraq, bizi diskindirməməli, qorxudmamalı, təhqiramiz sözləri utandırmamalıdı r. Son zamanlar, rasizmin qınından çıxmiş həmin fərdin də, yazı slubu, hücum taktiki, geçmişdə tarixi və dialektik matiryalizmə inanalarımızın milli hərəkatımıza olan bugünkü münasibətini ustalıqla qınayaraq, onları utandırma cəhdləri, millətimizi və milli qəhrəmanlarımızı kiçildərək, bizdə aşağılıq kompleksi yaratmağa çalışması, özlərini itirdiklərindən xəbər verməkdədir. Onun üçündür ki, bu oyunbazların dəyirmanına su tökən bütün fikirlərdən, İran ölkəsinin dağılmasından nigarançılığımızı göstərən bütün siyasətlərdən, o cümlədən federal nüsxəsindən uzaqlaşaraq, beyinlərimizi Türklük düşüncəsi və Azərbaycançılıq məfkürəsilə doldurmalıyıq. Mən, Azərbaycanın nəcatını bütövlükdə görməklə birlikdə, milli haqlarımızın tanınıb, alınmasında atılan heç bir addımla müxalif deyiləm, çünki, dəvədən bir tükü də qənimət sayıram. Özəlliklə çoxunu tanıdığım, səmimiyətinə inandığım, bəzi federalistlərə hörməti vacib sayıram. Ancaq, düzgün siyasi davranışdan çox danışıb, xoş niyətlərinə baxmıyaraq millətin mənafeni badə verənləri, özlərini kamil siyasətçi sanaraq, düşmənə yersiz və zamansız əl uzadanları da unudmamışam. Aydındır ki, qanı su ilə yuvarlar, aydındır ki, bütün müharibələrin sonu müzakirə ilə bitmişdir, aydındır ki, siyasətdə də damara baxıb qan alarlar, aydındır ki, siyasi düyünləri hissiyatla deyil, ağla dayanan məntiqlə çözərlər. Ancaq, kökünü qurutmaq üçün suyu kəsilmiş tarla, müzakirə üçün dili kəsilmiş millət, qanı sorularaq damarı qurumuş kölə, ağlı varsa da beyni yıxanaraq fikri olmuyan bir topluma biçilən ölçü fərqlidir. Doğru olmuyan metodlarla belə bir millətin probləmlərinin həllində, ağız sulandıran turş alça misalı yanaşarsan, sonra dişlərin qamaşar.
Bu məsələnin əhəmiyətini və millətimizin nəcatındakı gələcək probləmlərin qarşısının alınmasındaki fikirlərimi bir az daha geniş şəkildə anlatmağa çalışacağam. Bəlkə sözlərimiz qəbul edilər və özəlliklə, biliyurdların açılması ilə birlikdə, tələbələrimizin müstəqil olaraq fəaliyətə başlamasında təsiri olar.
Fikrimcə, artıq özümüzü aldatmağın zamanı çoxdan sovuşmuşdur. Səttarxan hərəkatında, İstanbulla yaxın əlaqələri olan Azərbaycan aydınları, o dövürdə, Osmanlı dövlətindəTürklük şurunun yüksəlişində iştirak edərək, bu dirçəlişi Azərbaycana gətirmiş olsaydılar, tarixin gedişatı belə mi olardı. Qəhrəmanlıqlarına inandığımız və güvəndiyimiz Səttar xanın beyninə, həmin aydınlar yanlış fikirlər yerinə Türklük şuurunu aşılamış olsaydılar, qaynıyan daş qazan o tezlikkdə sönərmiydi. 7 dövlətin bayrağını Fars bayrağı altında görməyi arzulayan bu milli qəhrəmanımız, həmin bayraq sahiblərinin gülləsi ilə ölərmiydi. Yoxsa bugün Güney Azərbaycanda adına, universitələr, akademilər, kitabxanalar və yüzlərcə milli səmbolumuz dikələrdi.
1920- də Tehran qoşunları Təbrizə hücüm edən ərəfədə, Şeyx Məhəmməd Xiyabanının ölümcül canını küçələrdə sürütlüyərək, tikə parça edənlər kimləriydi. Fars şovinizminin səpmiş olduğu toxumların yeni gövərən dallarının narın qollarının öz içimizdəki aldanmışlarından başqa kimi unvan etmək olar. Millətimiz bugün bu sorunu soruşmağa haqlıdır” Azadistan yerinə Azərbaycan, farsca çıxış və düşüncə yerinə türklük və türkçülük, bütün İran yerinə Şimali Azərbaycanda yaranmış demokratik cumhuriyətə yaxınlaşaraq bütöv Azərbaycan məfkürəsi olsaydı, biz bugün bu gündəydik?” Lütfən, Profosor Şovkət xanimin araşdırmalarına diqqət yetirib nəticə çıxaralım.
1946-da Tehran qoşunları hələ Zəncir dərvazasından şəhərə girməmiş, Təbriz və Azərbaycanın başqa şəhərlərində fədailəri qıranlar kimlər idi. Diyəcəksiniz düşmənin beşinci sütunu. Doğrudur, Tehran qoşunundan, 3-4 əfsərin seçilərək qoşundan öncə Təbrizə göndərildiyini, xalqi ayaqlanmaya çağırdığını hamımız bilirik. Azərbaycanlı olan həmin şəxslərin adlarınında bəzi sənədlərdə çəkildiyi aydındır. Ancaq, İran adı altında fars rasizminin xidmətinə girənlər, doğru usullarla oyandırılmış olsaydı vəya milli hökümət öz təbliqatında Türk kimiliyimizi başqa məfkürələrdən üstün tutmuş olsaydı, o əfsərlər milləti aldatmağa gələrmiydi, gəlsəydi belə, millət aldanar miydi. Diyəcəksiniz, o zamanın şərtlərinə görə, İstalinin Türklük təbliqatına mənfi baxışı vəya entirnasyonalizmin qalib ülgüsü belə bir imkan verməzdi. Demokrat firqəsinin, Azərbaycanın tarixi topraqlarına yayılmasına hansı maniələr ola bilərdi. Bu ərazilərdə Türk milləti olaraq təşkilatlansaydı q, çürümüş fars qoşunları qarşımızda tab gətirəbilərmiydi, o bəlalər başımıza gələrmiydi, hətta əgər Rus ordusu, bağışlayın üzdən iraq azadlıq ordusu, Seyid Cəfər Pişəvərinin arxasını boşaltmış olsaydı. Özlərini böyük siyasətçi bilənlər, bu fikirləri dünya siyasətindən uzaqda görənlər, hələdə baxış açılarını düz zaviyəyə uygunlaşdırıb, Azərbaycana daha geniş və gərçəkçi gözlə baxmağı bacarmıyanlar, zaman və məkan şərtlərindən danışaraq bu fikirlərə tərs baxacaqlar. Ancaq, bugün bütün bu təcrüübələri görən, fəlakət tufanlarının qaynağını bilən, millətimizin cavanları bundan sonra xəta etmiyəcəklər.
Müsəlman xalq partiyasının Azərbaycanda qeyidli üzvünün 3 milyon olduğu sənədlərdə mövcutdur. Bunun arxasında 10 milyon insanın dayandığı, Güney Azərbaycandakı demonstrasyonlarda və millətin müxtəlif aksiyonlarında sübut edilmişdir. Hətta, Tehrandakı məscidlərin yarısının Türklərin əlində olduğu o günləri xatırlıyanların xatirindədir. O boyda gücdən düzgün istifadə olsaydı, bəzi mülahizələr yerinə, Azərbaycançılıq məfkurəsindəTürklük şuuruna söykənilsəydi, şəxsi mənafelər yerinə ayağa qalxmış millətin mənafei güdülsəydi, demokrasi adına demokratik istəkləri əzənlərin qarşısında mərdanə durulsaydı, gedişat belə mi olardı. Rəhbərliyin xətası, əba altında gizlənən şovinizmin vədələrinə inanaraq aldanmışların günahi nə boydadırsa, millətimizin milli ruhunu yüksəltməyə gücü çatmıyan aydınlarımızın da günahı eyni ölçüdədir. Həmin xətali fikir, anti milli yönətim və qeyri siyasi davrananların bugün Berlində “federalizm” bəhanəsi ilə geçirdiklıəri sempozyomda ortaya atdıqları fikirlər, Nurizadənin aldatmacaları nın gələcəkdə yaradacağı ziyanlardan az deyil. Hələ, açıqca farsçılığın xidmətində olan bu cərəyanları, dəstəkliyənlər, onları siyasətçi kimi millətə sırıyanların niyəti xoş olsa da anti-milli olduğunu vurqulamaq gərəkir, ayıq-sayıq olmalıyıq.
Bütün bunları göz ünündə alaraq, millətimizi Türlük mehvəri ətrafında firlanan Azərbaycançılıq məfkürəsi ətrafənda bir yumuruq halinə gətirməkdən başqa yolumuz, yaxında baş verəcək rejim deyişikliyində, qurtulmağa çalışmaqdan başqa körpümüz yoxdur. Çünki bu, son savaşımızdır.
Bu yazıdan aşağıdakı nəticəni çıxarmaq niyətindəyəm. Nurizadə və ona tayların, millətimizi aldatma, milli hərəkatımızı sapdırma və qurtuluş ortamı hazırlandığı zaman, bizi bizimlə məhv etmə siyasətini önləmək üçün dəyərli Yunis bəyin elmi və məntiqi ifşası birinci addım olaraq alqışlanmalıdır. Ikinci addım isə, ona paralel olaraq milli hissiyatımızın zirvəyə qaldırılması və milli kimliyimiz ətrafında sıxlaşıb bir yumuruğa döndürülməsidir. Bu siyasəti uygularkən, milli fəallarımız, özəlliklə aydınlarımız, milli ruhumuzu zədəliyəcək, düşürəcək vəya sual altına aparacaq söz, yazı, siyasi ülgü və davranışdan qətiyən uzaq durmalıdır. Tərs fikirlilərimizi vəya manqurtlarımızı böyüdüb, millətin çiyninə oturtmaq da böyük təhlükələr yarada bilər. Fars şovinizmi bu dar boğazdan geçərkən, bilərək vəya bilmiyərək bir daha aldanıb farsçılıq siyasətinə quyruq olarsaq, gələcək nəsillərimiz bizi əsla bağışlamıyacaqdır.
Böyük Rəsuloğlu 02.09.2009
Hiç yorum yok:
Yorum Gönder