10 Eylül 2009 Perşembe

Pərviz Elay "Unutmaq lazım deyil ki, Güney Hərəkatına düşmən mövqedə təkcə fars şovinistləri durmurlar"

Hələ, VIII əsrdə Ərəb xəlifəsi Müaviyyə Əməvi müşaviri Übeyd İbn Şariyyədən Azərbaycan haqqında soruşduqda o, xəlifəyə belə bir cavab vermişdi ki, “Azərbaycan qədimdən türklərin məskunlaşdığı türk diyarıdı” . Azərbaycan hər zaman türkçülük ideyalarının mərkəzlərindən biri olub. Bunun əsaslarını yaşadan və gələcək nəsillərə çatdıran böyük ideoloqlarımız mövcud olub, düşmənlərimiz bu ideyanın nə qədər məhv etməyə çalışsalar da, onun nüvəsini dağıda bilməyiblər. Cəmiyyətimizi düşündürən milli ideologiya ilə bağlı məsələlərə dair və Güney Azərbaycan Milli Hərəkatı ilə bağlı suallarımızın cavabını almaq üçün “Oğuzun gizli döyüşləri” əsərinin müəllifi, “Millətçilik” qəzetinin baş redaktoru, tarixçi-araşdırmaçı Pərviz Elayın Dünya Azərbaycanlıları Konqresi Strateji Araşdırmalar Mərkəzinə müsahibəsini təqdim edirik.

-Pərviz bəy, xöş gördük! Siz kifayət qədər milli ideologiyanın təbliği ilə məşğul olan ziyalısınız. İstəyərdik bilək, milli ideologiya özündə nəyi ehtiva edir və bizim milli ideologiya indiyə qədər hansı mərhələlərdən keçib?

- Sualınız olduqca dərin bir mövzunu əhatə edir. Əvvəlcə onu bilməliyik ki, mili ideologiya müəyyən milli məqsədin həyata keçirilməsi ehtiyacından doğur. Məqsəd isə, dövrün tələbinə uyğun meydana çıxır. Məqsəd və onun gerçəkləşməsi üçün ideologiya isə, öz dərin kökündə müəyyən millətin özünü müdafiə, qorunma və yaşamaq üçün transformasiyası kimi təbii qanunlara dayaqlanır. Biz öz ideoloji tariximizə nəzər salsaq aydın görərik ki, bizim milli ideologiya olduqca cavandır. Milli ideologiya bünövrəmizin ilk kərpicləri XIX əsrin ikinci yarısından qoyulmağa başlayıb. Çünki, rus işğalına qədər bizim milli toplum İslam Şərqi sivilizasiyası tərkibində idi. Ruslar və ya ermənilər bu məsələdə şanslı idilər. Çünki, onların millətçiliyinin kökündə dini bünövrə - öz dillərində dini təriqət dururdu. Milli dini təriqət, öz dillərində dini ayinləri icra edən kilisə onların milli ideyasının, yalan-doğru tarix və dövlətçilik, milli maliyyə kapitalının mərkəzi idi. Bizdə bu cür inkişaf türkdilli Alban kilsəsi dövründə formalaşırdı. Lakin ərəb işğalları ilə biz tam fərqli etnik proseslərə cəlb edildik. Bildiyiniz kimi, islam fəlsəfəsində millətçilik, milli özünüdərk yox dərəcəsində idi və “hümmət”, “müsəlmanlıq”, hər hansı bir islam təriqətinə mənsubiyyət özünüdərki üstünlük təşkil edirdi. İslam sivilizasiyasında millətçilik təzahürləri yalnız saray intriqaları, hakimiyyət uğrunda mübarizədə özünü büruzə verirdi, dini əsasdan məhrum idi, praqmatik, ardıcıl deyildi və fraqmentar təzahür edirdi. Əlbəttə, milli özünüdərki bu cür zəif inkişaf etmiş toplum tənəzzülə meyilli, milli dövlətçilik ideyasından məhrum. assimilyasiyaya az müqavimətli olacaqdı. Lakin rus işğalı ilə əlaqədar Azərbaycan Türklüyü, xüsusilə, onun şimal hissəsi milli ideologiyası inkişaf etmiş millətlərin dünyasına daxil oldu. Assimilyasiyanı əsas tutan fars və rus şovinizmi, ayrı millətlərə qarşı soyqırımı əlində əsas siyasət edən erməni ksenofobluğu qarşısında bu cür toplum tab gətirə bilməzdi. Biz indi bunun ağır nəticəsini görürük; Qara dənizin şərq sahillərindən Xəzər dənizinə qədər, Dərbənddən Kəngər körfəzinə qədər minilliklər boyu hegemon soy olan azərbaycanlıların yalnız Şimali Azərbaycan Respublikası var ki, onun da 20 faizi rus-erməni işğalı altındadır.
XIX əsrdə formalaşmağa başlamış milli ideologiyamız, “milli özünüdərk”, “millət kimi özünü dərk etmə” məqsədinə rəğmən yaranmışdı. Milli ideologiyamızın ikinci dövrü XX əsrin əvvəllərindən başladı. Bunun da əsasında yeni məqsəd – milli özünü idarəetməyə nail olmaq idi ki, bu da son nəticədə Şimali Azərbaycanda milli dövlətin yaranması ilə nəticələndi. Azərbaycan dövlətçiliyi, azərbaycançılıq ideyasının əsas istiqamətləri 1918-ci ildən formalaşıb. Doğrudur, 1918-ci ilədək formalaşan milli ideyamızla, yəni azərbaycançılıqla, 1920 – 1988 – ci illər arası mövcud olan “sovet azərbaycançılığı” arasında köklü fərq var. Çünki, “sovet azərbaycançılığı” öz təzahürü etibarilə süni idi, Kremldə yazılmışdı və anti-türk mahiyyətə malik idi.
...
- Sizin Güney Azərbaycan Milli Hərəkatı ilə bağlı fikirləriniz cəmiyyət tərəfindən ciddi qarşılanıb və hal hazırda Güney Azərbaycan Milli Hərəkatı ilə bağlı düşüncələrinizi bilmək istərdik. Neçə düşünürsünüz bu gün milli hərəkatın fəlsəfi-ideoloji və siyasi-beynəlxalq istiqaməti hərəkatın uğurla nəticələnməsinə şərait yarada biləcəkmi?

- Ola bilsin ki, mənim cavabım bir qədər Sizə qəribə görünsün. Mən burada siyasi etikaya riayət etmək istərdim. Ona görə də ümumi sözlərlə danişacam. İranda şah rejimi zamanı yürüdülən fars şovinizmi elə ağır nəticələr verib ki, Güney Azərbaycan Türklüyü hələ uzun müddət milli özünüdərk prosesindən keçməlidir. Bəli, müstəqil Azərbaycan dövlətinin yaranması bu prosesin sürətlənməsində katalizator rolunu oynadı. Amma Sizi inandırım ki, durumu qiymətləndirmək və çıxış yolunu aramaq üçün uzun zaman lazım olacaq. Bu Hərəkatda “sualtı daşlar” olduqca çoxdur. Hərəkat birtərəfli yanaşma ilə seçilir. Digəl ki, bu məsələdə universallıq tələb olunur. Unutmaq lazım deyil ki, Güney Hərəkatına düşmən mövqedə təkcə fars şovinistləri durmurlar. Bu mövqedə ermənilər də, PKK-çılar da, fars demokratları da var. İranı dağıtmaq istəyən beynəlxalq qüvvələri də Hərəkatdan yalnız istifadə yolları düşündürür. Xatırlayaq ki, Stalinə Güney Azərbaycan Hərəkatı yalnız müəyyən həddə qədər lazım idi. Sonra isə, o dövrkü milli mücahidlərimiz fars anti-türkçülərinin ixtiyarına buraxıldılar. Hərəkatın uğurla nəticələnməsi üçün bütün bu faktorlar nəzərə alınmalıdır. Hərəkat yeri gələndə özü digər qüvvələrdən istifadə etməlidir. Necə ki, 1924-cü ildə fars şovinistləri Tehrandakı türk xanədanlığını ələ keçirmək üçün ingilislərdən, necə ki, Qərbi Azərbaycanda “ermənistan” adlı qondarma bir dövlət yaratmaq üçün ermənilər ruslardan istifadə etdilər. Hər halda mən inanıram ki, Hərəkat müdriklik və universallıq nümayiş etdirsə, bir çox məqsədlərə nail ola bilər.
...

yazının tamamı:


http://baksam.com/news/prviz_elay_unutmaq_lazim_deyil_ki_guney_hrkatina_dusmn_movqed_tkc_fars_sovinistlri_durmurlar/2009-09-10-87

Hiç yorum yok:

Yorum Gönder