Güney Azərbaycan İstiqlal Partiyasının ideoloji məsələlər üzrə sorumlusu Nəbi Söytürkün müsahibəsi Nəbi bəy ideologiya diyəndə siz necə başa düşürsünüz? ümumiyətlə ideologiyanın insan hayatında nə rolu var? Bildiyiniz kimi belə mövzularda bir mənalı söz demək mümkün deyil. Bizdən öncə bu haqda bir çox böyük mütəfəkkirlər fikir söyləyiblər.Mənim zehin yapımı nəzərə alsanız yəqin ki, təxmin edərsiniz hansə tərifi məqbul hesab edirəm. Hər bir canlı varlıq hayatda qalmaq üçün qıdalanmaya, mühitlə uyqunlaşmaya, nəslini artırmaya, dincəlməyə, fəaliyyət etməyə və... ehtiyacı var. Ancaq insan faili muxtar olduğuna görə başqa canlılardan fərqlənir. Faili muxtar olmaq insana bir seçim şansı qazandırıb. Buda insanın ən əsas üstünlüyüdür. İnsanın bu şansı olduğuna görə qeyd etdiyim faktorların böyük bir hissəsi insanın iradəsinə və seçiminə bağlıdır. Bu o deməkdir ki harda qərizənin və fitrətin gücü və təsiri bitir o nöqtədən sonra ideologiyanin və başqa amillərin təsir imkanı başlayır. Düzdür ki, bütün bu amillər şüur altı olaraq insanın faili muxtar olduğu özəlliyini məhdudlaşdırırlar.yəni insan bilmədən onun fikir, qiymətləndirmə, qərar çıxarma, mövqe tutma mexanizmi kontrol altına düşür.ancaq bəşərin yarandığı gündən vəziyyəti belədir. İnsan səthi olduqca qeyd etdiyim faktorların təsir imkanı daha da artır. Onun fikir mexanizmi daha çox iradəsindən alınır şüur altından idarə olunmağa başlayır. İndi ki, vəziyyət belədir yəni özümüzü təslim etdiyimiz ideoloji (başqa amillərlə yanaşı) bu qədər insanın hayatına müdaxilə edə bilir və onda ən mühüm sual bundan ibarət olur ki “bəs biz özümüzü hansı ideoloji və hansı məntiqə təslim etmişik?”. birinci biz ideolojiyanı seçib və formalaşdırırıq sonra o bizi, biz bilmədən idarə edir. Təbi ki ideologiyanın insanlar üzərində qoyduğu təsirin miqdarı insanların təkamül səviyyəsinə və fəlsəfi inkişafına sıx bağlıdır. Biz həmişə cəmiyətdə belə bir fikirdə eşidirik ki, Güney və Quzey Azərbaycan insanın dünyagörüşülərində xeyli psixoloji fərqlər var. Bizim bir arada olmağımız çətinliklər yarada bilər. Birləşsək xeyli problemlər ortaya çıxacaq və s, fikir sözlər işlədilir. Təbii ki , bu absurd bir anlayışdir. Amma siz bir psixoloq olaraq bu , fikirlərə münasibətinizi bilmək istərdik və doğrudanmı belədir? Psixologiya aləmində belə bir söz var diyəllər ki, əgər iki insan eynidirsə onda onların birisi lazım deyil. Çünki orda bir təkrar var. Əgər iki insan bir birinə ziddirsə onda onların ikisidə lazim deyil. Çünki orda heç bir yaxşı nəticə ola bilməz. Əgər iki insan fərqlidirsə onda onların ikisidə lazimdir. Çünki onlar danışıb, düşünüb və inkişaf edəbilərlər.Mən diyərdim ki Güneylə Quzey iki əsrdir ki, ayrı düşüb müxtəlif ideologiyalar təsiri altında yaşadıqlarına görə, əgər fərq kimi anladığımız doğrudursa onda belə bir mənzərə var: “oxşar insanlar, oxşar vəziyyətlər, fərqli baxışlar”. Quzeydə və Güneydə yaşayan insanlarımız eyn soy-kökə malikdirlər, Azərbaycan parçalandığına görə hər iki tərəfdə eyn oxşar vəziyət ortalığa çıxıb. ancaq ola bilsin ki baxışlar bir az fərqlidir. Bu fərqlik isə ilk öncə qeyd etdiyim kimi inkişafın nüvəsi olabilər. Təbi ki diqqətli olmalıyıq çünki əks halda düşmənlər bu fərqliliyi ziddlik kimi göstərməyə çalışacaqlar. Hamımız bilirik ki , İran rejimi hansı üsullarla Güney Azərbaycanda insanlarımıza əzab əziyət verirlər. Bütün diktaturaların, despotizmin ayaqda durmasında qorxu psixologiyası mühüm rol oynayır və insanları bu qorxu ilə idarə edirlər. Bizi ən çox narahat edən faktorlardan biridə, bu gün Güney Azərbaycan türkləri qorxu psixoloqiyasını aşa bildilərmi? Mən başa düşürəm ki 35 milyon insanın hətta bir məktəbi olmaması, heç bir milli hüquqa sahib olmaması uzaqdan baxanlara orda bir qorxu psixologiyası var deyə təsir bağışlaya bilər. Ancaq məsələnin mahiyyəti tam başqadır. fars şovinizmi uzun müddətdir ki, müxtəlif vasitələrlə asimilasiyon siyasəti aparır. İnsanlarımıza öz hüquqlarını, onlara olan zülmü və haqsızlıqları görməsin deyə təhsil verilib. Təhsilin məqamı yüksəkdir ancaq təhsil və hətta ali təhsillər insanın fikrinə istiqamət verir. Bir çox insanlarımızın qəbul etdiyi informasiyanın nəticəsi olaraq deməzdim qorxu ancaq prossesləri görmə problemi var, daha doğrusu görüb məna çıxartma problemi var. Məsələn bir avropalıya diyəndə ki, 35 milyon insanın ana dilində heç bir məktəbi yoxdur avropalı dəhşətə gəlir hətta inana bilmir ancaq bizim öz insanlarımızın bir çoxuna o qədər də dəhşətli gəlmir. Bu o deməkdir ki, bizim aldığımız informasiya, başımıza gələn faciələrin kökünü görəməyə maneçilik yaradır. İkinci məqamda var. O, da bundan ibarətdir ki, fars şovinizmi irançılıq düşüncə tərzini bir fəzilət kimi millətimizə sırıya bilmişdi. Bir çox insanlar iranı öyməyi onu sevməyi mənəvi bir fəzilət hesab edirdilər. Psixoloji olaraq insan hər şəyi fəzilət səviyəsində qəbul edərsə onda onun mahiyətinə müdaxilə etməkdən çəkinər. İnsan vəs vəsə olmaz ki, fəzilət kimi, dəyər kimi qəbul etdiyi bir şeyi islah etsin, kontrol etsin, dəyişdirsin və ya hər hansı bir şəkildə ona müdaxilə etsin. Təbii ki, bu dediyimiz milli hərəkat başlandıqdan sonra gündən günə düzəlməkdədir. Bəs bunun qarşısını necə almaq olar? Sizcə nə etməliyik? Bu suala hazır cavabım var ancaq deməsinə çox cəsarət gərəkirən azı ona görə ki bu diyəcəyim fikirə sərt tənqidlərin olacağına indidən əminəm və tarixçi dostlarımıda itirmək istəmirəm. Ancaq mənim bu məsələdə çox ciddi mövqeyim var. Məncə maarifləndirmə “beyinləri doldurmaq demək deyil beyinlərin daha doğrusu zehinlərin üfüqlərini genişləndirmək deməkdir”. Bunu bir çox tarixçilərimiz riayət etmir. Bir millət tarixini bilməlidir. Ancaq millət gücünü tarixdən və tarixçidən gözlərsə onun yaxşı nəticəsi olmaz. Biz bu asılılıqdan qurtulmalıyıq. Tarixi biliklə dost düşməni tanımaq olar ancaq tarixi bilməklə tanıdığın düşmənə qalib gəlmək mümkün deyil. Bu həddindən artıq mürəkkəb və mühüm mövzudur həmdə təəssüflə qəlibləşmiş məsələdir. Hansı toplumda hayatla zaman müxtəlif istiqamətlərdə hərəkət edib yaxşı nəticə verməyib. Dünya xəritəsinə baxaraq ölkələrinin bu gününü və dünənini gözdən keçirsəniz, dünyaya höküm sürənlərlə əzilənlərin tarixi keçmişinə və bu gününə baxsanız əminəm ki, mənimlə hardasa razılaşacaqsınız. Məsələnin başqa bir tərəfidə var. Xüsusi ilə Azərbaycan və hətta müəyyən mənada türk dünyası keçmiş yaxIn əsrlərdə məğlub ola ola gəliblər. Məğlubiyətlərdən impuls alarsaq “qaliblər qələbə əldə etmə istiqamətini, məğlublar isə məğlubiyətdən qaçma istiqamətini seçərlər” məntiqini riayət etmiş olmarıq. Mənim fikrimcə fars şovinizminin bizdə “prossesləri görəbilməmək kompleksi”nin oxşarını biz özümüz yaradabilərik. insanları tarixlə idarə etmək, tarixi biliklə qiymətləndirmək, tarixlə sevindirmək, tarixlə kədərləndirmək, tarixlə hərəkətə gətirmək və ümumiyətlə tarixlə düşündürmək heç məqbul deyil. Bunuda qeyd edim ki, bu mənzərə psixologiya və fəlsəfə elminin təməlinə tam ziddir. Təbii ki, bu mövzu ilə bağlı demək istədiyim bundan qat-qat çoxdur. Nəbi bəy başqa islam ölkələrinə nisbətən nə üçün İranda islam dini fanatikcəsinə formalaşdı və dünyanın sivil, azad qanunları inkişaf edə bilmədi? Elmi araşdırmalarda “eyniyyət” deyilən bir məfhum var. Eyniyyət məfhumu o zaman ortalığa çıxdı ki, bəşər cansız varlıqları mütaliə etməyə və araşdırmaya başladı. İnsan bir canlını və özəl olaraq dost və ya düşmən məqamInda olan bir canlı varlığı araşdıranda tərəfsiz qala bilmir. İçdən insanın fikrinə təsir edən bir hiss işə düşür. Bu halda “eyniyyət” məfhumu riayət olunmur.bunu ona görə açdım ki, fikrimcə bizim bu nöktədə çox problemimiz var. əgər məqsədimiz İranı məhkum etməklə bitəcəksə onda gəlin İranın məhkəmə sisteminin işlədiyi qanunları və edam sayısına görə Çindən sonra dünyada ikinci ölkə olduğunu nəzərə alıb və məhkum edək. bunu dünyada məhkum edir. Ancaq belə təhlillərin bizim aydınlaşmamıza çox xeyiri olmur. Gəlin insafı riayət edək. İran nə Pakistandan geridir nədəki Tunis, Əlcəzayir. Sudan və Ərəbistandan. Rejimdə radikallığı qəbul etmək şərti ilə ama İranda yaşayan insanlar bir o qədərdə dini doqmatizmə qapılmayıblar. Hətta qərb təhlilçiləri açıq aşkar iddia edirlər ki, islam dünyasında sekolar hakimiyət yalnız İranda oturuşa bilər. Bu o deməkdir ki İran əhalisi qərbə oxşar bir anlayiş içindədir. Təbii ki, bu dediyim İran hakimiyətinə aid deyil. Düşünürəm ki, sizin qeyd etdiyiniz məsələ hərəkətli və hərəkətsiz ideologiyaların fərqindən ibarətdir. Qeyd etmək lazımdır ki, Şiə məzhəbi inqilabi bir məzhəbdir. əgər məzhəbi bir ideologia kimi adlandırmaq doğru olursa onda bunun adını hərəkətli ideoloji qoymaq olar. Hərəkətsiz ideologiyalar isə bir neçə səbəbə görə ortalığa çıxırlar. Onların ya inqilabı hədəfi olmur yada ki, müəyyən məkanda və zamanda öz sözlərini dedikdən sonra artıq vaxtı bitir. Məsələn komunizm kimi. Hal hazırda bilirik ki, İranda Ayətüllah Xamneyi və Əhmədinəjad rejiminə qarşı ciddi müxalifət formalaşıb. Bu hadisələrin Güney Azərbaycana nə kimi təsiri olabilər? Orda əsas mühüm məsələlərdən birisi ondan ibarətdir ki, cəmiyyətin hədəfi İran rejiminin tamami ilə dəyişilməsidir, seçkilərin saxtalaşdırılması deyil. Müxalifət liderlərinin əsas hədəfi isə Xanneyinin tutduğu posta yenidən baxmaq əgər gücləri yetərsə o postu ləğv etməkdir. Ancaq onlar ona görə Əhmədinəjadın adını hallandırırlar ki, çünki əgər Xamneyinin adını dilə gətirsələr onların manevr imkanı çox aşağı düşəcək.Ikinci mühüm məsələ və bizim bilməyimiz gərəkən mövzu ondan ibarətdir ki, hələlik məsələ siyasi səviyyədə qoyulub və həm İranın içində və həm xaricində bir birlik var. Çünki demək olar ki, hamı İran hakimiyətinin daxili və xarici siyasətinə qarşıdır. Ancaq o zaman ki məsələ ideoloji müstəvisində qoyuldu onda şübhəniz olmasın ki, o birlik parça-parça olacaq. Dəhşətli çatlar əmələ gələcək. Buda çox yaxşı haldır. Birinci birlik olur qeyri-demokratik hakimiyət çökür sonra ideoloji baxışlar özünü göstərir. Mənim düşüncəmə görə biz Azərbaycanlıların əsas fəaliyəti birinci deyil ikinci mərhələdə başlayır. Biz enerjimizi təxirə etməliyik o zaman ki, mübarizə ideoloji müstəviyə çatdı onda bütün gücümüzlə meydana keçməliyik. Indi mübarizəyə qoşulmanın nə eybi var ki? Mübarizə yalnız savaşmaq deyil. Mənim məqsədim odur ki, enerjimizi indi xərcləmək yerinə o enerjini hazırlaşmağa sərf edək. Məsələni dərk etməyə və prosseslerin ideologiya müstəviyə qalxan üçün, plan qurmağa sərf edək. Burda daha bir mühüm məqam var. Biz millətimizi fikirdə demək olar müəyyən dərəcədə İrandan ayırmışıq. Yənı Azərbaycan bütöv İran tiksəsindən başqa bir parçaya çevrilib, Amma bu hələlik fikirdədir. Psixoloji olaraq şüur altı emosiyalarımız hələdə İran emosiyasıdır. Tehran xiyabanlarında deyilən şüarlar, diktaturanı əzən şüarlar təkcə farsın deyil eləcədə türkün hissidir. Yəni xiyabanlarda olub bitənlər hər bir İran vətəndaşının ortaq hissini bəyan edir. Mənim qorxum ondandır ki, baxmayaraq fikirdə milli düşünürük amma ortaq emosiyalar bir daha İranı bütövləşdirsin. Farslar fars millətçiliyində bizdən qat qat yetkindirlər. Yetkin olmayanla, yetkin farsı bir mübarizə meydanına sürükləsən təbii ki, yetkin o birisini aldada bilər. Ona görədə mənim fikrimcə biz nə qədər mümkündürsə ayaq saxlamalıyıq. 2006-cı il may hadisələrinin baş verməsi və bu hadisələrin kökündə nə dayanırdı. Bəli türklərin “İran” qəzetində təhqir olunması bu hadisələrə stimul Verdi. Ilk, dəfə olaraq milyonlarla Azərbaycan türkü meydana çıxıb, milli varlıqlarını sübut etdilər. Amma yəqin ki, hadisələrin nüvəsində hansısa güc dayanırdı? Təbii ki karikatura məsələsi sadəcə bir bəhanə idi. Ancaq mövzumuz psixoloqiya və ideologiya olduğuna görə, bu sual çox geniş cavab tələb edir. Ümumiyyətlə türk milləti tarix boyu ordu psixologiyası daşıyıb. 2006-ci ilin 22 may hadisələri farsların bizi soyuq savaşda udması və bizim onlara ordu psixologiyamızla qarşılıq verdiyimizi göstərir. Məncə bunu açmağa ehtiyac var. Soyuq savaş o zaman olur ki iki tərəfin qüdrətində bir balans olur. Türk milləti qədim dövrlərdə savaş gücü yüksək olduğuna görə başqa qonşu millətlərlə bir çox zaman balans olmayıb. Yəni türklər güclü olub. Bu səbəb olub ki türklər soyuq savaş qabiliyyətibi və bu xüsusiyyəti özlərində inkişaf etdirə bilməsinlər. Amma indi ki, zamanda zeiflik hesab olunan bu xüsusiyyətimiz fars millətçilərinə o imkanı verib ki, onlar istədiyi qərarı bizim üzərimizdə verə bilsinlər və bizim soydaşlarımızın bir çoxunda mütilik kompleksi yaratsınlar. Vətənimizin Quzey hissəsi istiqlal əldə etdikdən sonra mütilik kompleksinə ağır zərbə dəydi. Və insanlarımız xüsusi ilə gənclərimiz özlərini məğlub səviyyəsində hiss etdilər. Bu həddindən artıq önəmli məsələdir. Bir millət qalib gəlməsi üçün birinci gərək şüurunda mütilikdən məğlubluq səviyəsinə qalxına bilsin. Çünki müti insan mütiliyindən fəxr duyar ancaq məğlub insan məğlubiyətindən qıcıqlanar və qalibdən intiqam alma gününü gözlüyər. Özünü məğlub hesab edən ancaq iradəsi sınmayan millət birdən birə gözlənilmədən 22 may hadisələrini yaradar. May hadisələri yüz illik sıxılmış həyəcanın püskürməsiydi. və mən hər zaman may hadisəsini mütilik kompleksinin sonu kimi qiymətləndirmişəm. Təəssüf ki, bu da o fikirlərdəndir ki, tənqidsiz ötüşməyəcək. Amma bunuda nəzərə almalıyıq ki, psixologiya və fəlsəfədə işlənən terminlər siyasətdə işləndiyi kimi məna verməz. “məğlub” və “müti” kimi ifadələr o cümlədəndir.
Söhbətləşdi: Elnur Eltürk
Hiç yorum yok:
Yorum Gönder