İranda qanun baxımından mədəni formada etiraz aksiyası keçirməyə izin verilir. Amma əməldə hökumət orqanları tam tərsinə etiraz aksiyalarının keçirilməsinə izin vermirlər. İranda yaşayan millətlər, o cümlədən, Azərbaycanlılar məcbur olurlar yas, toy, Babəkin Ad Günü, idman mərasimlərindən və hətta futbol yarışından etraz aksiyası keçirib, öz sözlərini demək üçün faydalanalar.
İranda 10 - cu dövr prezident seçkisindən sonra yaşıl adında etiraz hərəkatı formalaşmışdı. Bu hərəkatın bəzi tanınmış simalarının və ideoloqlarının antitürk və panfarsist düşüncələri vardır. Bəzilərinin də antitürk - irqçi düşüncələri açıq - aydın göz çıxarır. Misal üçün, Sadiq Zibakəlam öz yazılarında keçmişdə İranın tərəqqi və inkişafdan geri qalmasının səbəbini İranda türklərin hakimiyyətdə olması ilə bağlayır. Və ya Məhəmməd Xatəmi, İranın keçmiş prezidenti və yaşıl hərəkatın başçılarından sayılan şəxs İranda fars dilini milli birliyin əsas amili sayır və türklərə qarşı təhqiredici lətifə söyləyir. Yaşıl hərəkatın digər liderlərindən olan Mirhüseyin Musəvi seçkilərdən öncə Təbrizin Bağşimalda milli fəallara qarşı vəd etmişdi, əgər prezident olsa, onları məhv edəcək. Bundan da əlavə, fasrlara aid olan bəzi təşkilatlar, o cümlədən şahçılar çalışırlar yaşıl hərəkata fars irqçiliyi hakim olsun. Belə ki, onlar başlarının üzərinə qaldırdığları ingilis dilində olan şüarlarda da İranın farslara məxsus olduğunu bildirir və "Bizim nəsil ariya irqidir!" şüarini verlər. "Ariya" irqi kəlməsi yaşıl hərəkata hakim olması, bu hərəkatı əsasdan yanlış yönə çəkib və biz bunu milli hərəkatımız üçün bir təhlükəli siqnal kimi dəyərləndirməliyik. Unutmayaq ki, 1979 - cu ildə İranda inqilab ərəfəsində millət istiqlal və azadlıq şüarı ilə meydana çıxmışdır. Amma Xumeyni başda olmaqla bir balaca ruhani qrup İslam cümhuriyyəti sözün xalqın azadlıq hərəkatına hakim edib, inqilabı mənimsəməyə müvəffəq olmuşdurlar. Elə bu gün də ariya irqi sözü fars xalqının hərəkatına hakim olması qara gələcəkdən nişan verir. Elə bu səbəbə görə, yaşıl hərəkata reaksiya olaraq Güney Azərbaycanda bir qırmızı hərəkat formalaşmışdı. Güney Azərbaycanda Traktor futbol komandası adı altında çox sayda gənc qırmızı köynək geyib, qırmızı bayraq qaldırıb, hətta bəziləri üzlərini qırmızı rəngləyib. Ən maraqlısı bundan ibarətdir ki, şüarları da tam qırmızı rəngdə yazırlar.
Ölkə daxilində İranın müxtəlif şəhərlərinin futbol komandalarının yarışmasında tamaşaçıların sayı 5 - 6 mindən artıq olmaz. Amma 2009 - cu il sentyabrın 14 - də İranın informasiya vasitələrinin verdiyi məlumata görə, Təbrizin Traktor komandası ilə Tehranın İstiqlal komandasının oyununda 85 min azərbaycan türkü tamaşaçı kimi iştirak etmişdir. Bu yarışma Təbrizdə keçirilmişdir. Amma milli fəalların verdiyi məlumata görə, futbol stadionunda bütün oturacaqlar tutulub, adamlar pillələrdə oturub və hətta meydançanın bayırı da adamla doluimiş. Ora yığılanların sayı 100 mindən artıq olmuşdur. Əlbəttə, unutmayaq ki, qadınlara icazə verilmir ki, futbol salonunda iştirak etsinlər. Əgər qadınlara icazə verilsəydi, ordakı adamların sayı göstərilən rəqəmdən qat - qat artıq olacaqdı. Futbol oyunu zamanı salonda olan cəmiyyət iki hissəyə bölünüb, 50 mini "Yaşasın", digər 50 min isə "Azərbaycan" demişdir.
Bəzi gənclər bir əli ilə bozqurd nişanı göstərib, o biri əli ilə qırmızı bayraq qaldırmışdırlar. Şahidlərin dediyi və əldə olan video film nişan verir ki, hətta bir nəfərin əlində yaşıl bayraq yoxdur. İçəridən verilən məlumata görə, yaşıl hərəkata və onun rəmzi olan yaşıl bayrağa qarşı Azərbaycan türkləri Babək Xürrəmddinin rəmzi olan qan rəngli bayraq qaldırıblar. Məlumat üçün qeyd edirəm ki, çox sayda insanın futbol stadionuna gəlməsi İranın hökumət dairəsin qorxuya salıb və onlar cəhd etmişdirlər futbol oyunu tamaşaçısız həyata keçsin. Amma onlar istədiklərinə nail olmamışdırlar. Çünki belə bir təhlükə var idi çox sayda insan meydançanın eşiyinə gələ, toplana və İran rejimi ilə kütlənin toqquşması baş verə. Elə bu səbəbə görə, məcbur olmuşdurlar millətin iradəsinin qarşısında dala çəkilələr. Hər dəfə Təbrizdə futbol yarışı qurtarandan sonra gənclər küçə - bazara çıxıb, "Türk dilində mədrəsə olmalıdır hər kəsə!", "Mənim dilim ölən deyil, fars dilinə dönən deyil!" və "Biz qəhrəman türklərik, farslara baş əymərik!" şüarları verirlər. Camaatın çox olmağı səbəb olub ki, məmurlara fərman verilsin ki, qətiyə məsləyə dəxalət edib, vəziyyəti gərginləşdirməyələr. Çünki İran rejimində belə bir qorxu var ki, milli hərəkat naminə başlanan bu qırmızı hərəkat çox sürətlə Güney Azərbaycanın şəhərlərində etiraz aksiyasına çevrilə.
Hiç yorum yok:
Yorum Gönder