29 Eylül 2009 Salı

Eldar Qaradağlı, … DEMOKRATLARIN LAFINA LAF GƏLMƏZ! ...

Dəyərli soydaşımız, DAK-ın qurucu qrupundan olan Rza Şələhşur bəydən eşitdiyim bir anlamlı aniktod heç zaman xatirimdən silinməyir. Uzun və yorucu bir toplantını geridə buraxıb arxadaşlarla dincələrkən o şəhərdə yaşayan qədim kommünist, indi isə Demokrat bir dostunmuz görüşümüzə gəlmişdir. Demokrat dostmuzun liderliyi ilə Demokrası haqqında geniş danışıqlar gedirdi. Hər kəs çox ciddiliklə bu qonuda düşüncə sərgilirkən Rza bəy sakitcəsinə qarşısında olan çayı ilə oynayırdı. Söyləm tam 3-cü saatına ayaq basırdı. Yalnız başına 2/5 saat demokrasi dərsi geçirən bəlli dostmuz, Rza bəyə üz çevirərək çox dahicəsinə dedi: “Rza bəy, Siz də bir şey deyin qardaş daaaaaa!” Rza bəy, o dostmuzun üzünə gülümsəyərək yalnız bu çümləni söylədi:“Mən dünyanın ən demokrat adamıyam. Hər kim mənim demokratlığıma şübhə edərsə qarnını sökərəm!” Rza bəyin bu sözünün ardından ortam bütünlüklə dərişmişdir. Hamı gülür, Rza bəydən daha da gülməli sözlər eşitmək istəyirdilər. Sağolsun, o da, demokrası yorğunu dostları qırmayır gülməcələr söyləyirdi. Bu arada demokrat dostmuz böyük üzüntüylə biz həqirləri tərk etmişdir.

Dünən Baybak.com sitəsində gözümə tanış olan “...Domokrat...” kəlməsini də damğalayan İranbaycanlı bir ünvan taxıldı. Bildirişi oxumadan öncə Baybak-ın bir açıqlamasını oxudum. Açıqlamada Baybak sitəsinin demokratik şivəsi zorumluluğu ortaya qoyulmuşdur. Baybak, federalçı yolun tərəfdarı olmadığını, bu düşüncənin Azərbaycana xeyrili olmayacağını vurğularkən demokrası icabı olaraq bildirişin eynini sitəyə yerləşdirdiyini yazmışdır. Baybak, doğrudan-doğruya ən doğrusunu yapmışdır. Çünki, Baybak.com bir millətçi sitədir. Onun aparıcısı cəsur, sağlam, dördgen içində yerləşən bir geniş ürəkli ulusçu soydaşdır. Sözsüz ki, geniş ürəkli bir millətçinin qorxmaz, arxası qaçmaz, açıq sözlü olması da gərəkir. Baybak.com,ın heç bir vajə arxasında gizlənmə kimi zorunluluğu yoxdur. Çünki, o, bir millət somutunun soyutlaşmış ünsürüdür. O, millətinin içində olan bütün öz və özgə ideolojiləri sərgiməkdən qaçınamaz. Çünki, onun özgəlik kimi bir luksu yoxdur. Onun millət ürəyi vardır. Onun üçün milli siyasətin pərdə arxası yoxdur. Beyinlə-ürəyin birgə anlamıdır onun var oluşu. Baybak.com-u başqalarından fərqləndirən də budur. Baybak-da çətəçilik olamaz, ailəçilik olamaz, partiyaçılıq olamaz, mafiacikçilik olamaz, ideolojiçilik olamaz. Çünki onun başındakı yolbayı ulusu və onun var oluş fəlsəfəsi bütün köləliklərdən qurtuluşudur. Bunları dediyimdə Baybak.com-un qusursuz olması anlamına gəlməməlidir. Baybakında çatışmayan yönləri vardır. Ancaq, geniş qapsamın olarsa olumluluk olusuzluqları içində yoğurar. Baybakla Demokrat sitələrin ən ufaq fərqi budur ki, Baybak.com, demokrat.com-lardan ona gələn bütün yazıları ən kiçik sansora etmədən yayımlayır. Demokrat.comlar isə Baybak-dan onlara çatan yazıları ən qızıl inqilabçılıq hirsilə çopə atırlar! Çünki, Baybak.com onların gözündə bir faşist, pantürkist, İran uvası, Türkiye əli, anarşist sitə vb. dır.
İşdə, sözdə demokratla, yaşamda demokratlığın fərqi budur. Baybak, ulusun bağrından qopduğu üçün qoşulsuz demokrat olmalıdır. Belə, olmasa ulusdan qopar. Demokrat isə, sol, sağ,din ideolojisini boğcasında gizli saxladığı üçün ulusa qoşulsuz sevgi bəsləyə bilməz. Bu üzdən ulus içində olmadığına görə, özünə seçgin ulus sifariş verər.
Və son söz bu ki, Baybak boşuna tər dökməsin! “Atı at yanına bağlarsan bir boyalı olmasa da, bir xislətli olar!” demiş atalar. Bir də, tarixdən öyrənəsi çox şey vardır. Məgər, Lenin babası! Sosial-DEDOKRAT adı altında milyonlar anti demokrat cahili yer üzündən təmizlərkən özü demokrat nəsil yaratmadı ki, oğul yarada bilməsin?! Elə bu üzdəndir ki, Demokrat sitələrin qapıları hər cahilin üzünə açıq olmamalıdır!!! Çünki,“Mən dünyanın ən demokrat adamıyam. Hər kim mənim demokratlığıma şübhə edərsə qarnını sökərəm!”
Anladınız mi! DEMOKRATLARIN lafına laf gəlməz! Hələ FEDERAL olarsa lap gəlməz!
Eldar Qaradağlı 2009-09-23

Hiç yorum yok:

Yorum Gönder