7 Ocak 2010 Perşembe

Millet vekili Aynur Quliyeva: "Azərbaycan İranda baş verənlərə münasibət bildirməlidir, çünki söhbət həmvətənlərimizin taleyindən gedir"


Millət vəkili Aynur Quliyeva Cənubi Azərbaycan türklərinə dəstək olmağı vacib sayır: "Təəssüfləndirici haldır ki, Azərbaycan türklərinin böyük bir hissəsi, yəni İranda yaşayan Cənubi Azərbaycan türkləri Yeni ili iğtişaşlar içərisində qarşıladı. Məlumatlara görə, qarşıdurmalarda onlarla həmvətənimiz, qan qardaşlarımız öldürülüb, yüzlərlə insan həbsə atılıb. Bilirsiniz ki, 50 milyonluq Azərbaycan türkünün 30 milyona yaxını İranda-Cənubi Azərbaycanda yaşayır.
Uzun illərdən bəri bütün insani haqları pozulan və bu haqlardan məhrum edilən insanlara dəstək olmağın zəruriliyini xüsusi vurğulamaq istəyirəm. Niyə insan haqlarını öz dəyərlər sistemində prioritet elan etmiş Qərb və Avropa dövlətləri bu insanları görmür, onların səsini eşitmir? Niyə bir ovuc erməninin separatçılıq əməllərinə, işğalçılıq və təcavüzkarlıq siyasətinə dəstək verən dünya birliyi Azərbaycan türklərinin bu durumunu görməzlikdən gəlir? Hesab edirəm ki, İrandakı bu qanlı toqquşmaları dayandırmaq üçün dünya dövlətləri və beynəlxalq təşkilatlar var gücü ilə çalışmalıdır. Biz də Azərbaycan Respublikası və vətəndaşları olaraq həmvətənlərimizin yadında olduğumuzu bəyan etməliyik. Bu məsələdə hakimiyyətin rəsmi strukturları ilə yanaşı, siyasi təşkilatlar və insan haqlarını müdafiə edən qeyri-hökumət təşkilatları xüsusilə fəal olmalıdırlar. Dövlətin deyə bilmədiklərini onlar deməlidirlər. Çünki söhbət həmvətənlərimizin insan hüquqlarından, taleyindən gedir".

www.gunaz.tv
Cuma axşamı, 7 Yanvar, 2010 - 22:11

Hiç yorum yok:

Yorum Gönder