6 Ocak 2010 Çarşamba

Ersan Erel, YAŞILMI? GÖYMÜ?

Son günlərdə iranda baş verən olaylar, dünya kamoyu gündəmində önəmli yer tutur. Orada sıxı yönətimin uyğuladığı basqılarla yasaqlar yalnış bilgiləndirmələrə də (dezinformasiyalara) nədən olur. Bu yanlış bilgiləndirmələrdə dünyanın egemən güclərinin də siyasal oyanlarının payı vardır. Bilindiyi kimi son bir ildə cumhurbaşqanlığı seçimlərindən sonra, iranda “ Yaşıl” adlı muxalifət hərəkəti baş qaldırdı. Bu hərəkət iranda çağdışı yönətimə qarşı olduğundan dolayı, dünyada özgür görüşlü ölkələrlə qurumların xoşgörüsüylə qarşılandı. Ancaq bu hərəkətin başında duranlar da illər boyu o dinerki (teokrasi) diktatorluğunun üst düzey yönəticilər olmuşlardı. Bu açıdan hərəkəti ilk öncə toplum umulduğu kimi olumlu qarşılamadı. Çün, toplum bu hərkəti öncə rejimin öz oyunu olduğunu düşündü. Sonralar dış güclərin qollamasıyla toplumda hərəkətə inam artdı. Toplum qorxunu yendukən sonra, hərəkət iarnın başaq şəhərlərinə də yayaıldı. Ancaq Azərbaycan şəhərləri bu hərəkətlə səsdaşlıq etmədi. Nədəni isə məşrutədən bu yana İran yönlü hərəkətlərdə Azərbaycanlıların sonucda ziyanlı çıxdıqlarından qaynaqlanırdı. Bilindiyi kimi İranda olan bütün siyasal, toplumsal hərəkətlərə Azərbaycanlılar öncüllük etmiş, onların uğurlu sonuclarından isə qıraqda tutulmuşlardı. Bu qıraqda tutulmalrın bir nədəni Farslardan qaynaqlanırsa, ikinci nədəni isə Türklərlə tarixsəl düşmənçilikləri olan sömürücü güclərdən qaynaqlanır. Buna görə doğru olaraq, Türklər artıq bağımsız hərəkət etmək istirlər. Bu onların son yüz ildə tarıxdən çıxardıqları dərslərdən qaynaqlanır. Bu örnəyi Xiyabanı , Pişəvəri hərəkətlərində “Öz əlimiz , Öz başımız” soloqanıyla tanıq olmuşuq. Ancaq o dönəmlərdə də dış güclərin yardımıyla, o hərəkətlərlər də mərkəzi hükümətin basqısına uğradı. Bunu qarşı ulus olan Farsların udqusu(qalibiyəti) kimi yorumlamaq yanlış olar. Bunun iki önəmli nədəni vardı. Birincisi, Türklər Tarixdə bütün irana egemən olduqları üçün, oranın bütününü özlərinki bilirdilər. Bu açıdan Türk siyasətçilərində, aydınlarında gənəl İran anlamı vətən qavramı kimi alqılanmışdı. Saraylarda yazmanlıq(katıblik) Fars dillilərdə olduğundan dolayı, 19.cü yüzildə dünyada yayqın olan ulusalçılıq axınına onlar ağırlıqlarını qoydular. Bu axına öncüllük edənlərin çoxunun Türk olması da, ağırlığı onlara yönətdi. Bu açıdan Məşrutə hərəkətindən başlayaraq, İrançılq anlamı Azərbaycan Türk aydınlarının düzənli olaraq siyasal, tplumsal düşüncələrinin ayrılmazı olmuşdur. Buna görə də Azərbaycanı bağımsız olaraq düşünməmişdilər. Bu nədənlə Azərbaycan Türkçülüyün siyasal toplumsal yazını olduqca yoxsul qalmışdır. İkinci isə, yabancı sömürücü güclərin bölgədə olan tarixsəl Türk egemənliyinə qarşı qırımçılığından qaynaqlanır. Bu güclər bölgədə Türk gücünü tarıx boyu öz sömürü siyasətlərinə qarşı görmüşlər. Bu nədənlə Güney Azərbaycanda Türkü ardan aparmaq üçün, Fars, Erməni, Kürd millətçiliyindən bir maşa kimi yararlanmışıar.
“Yaşıl hərəkti”(umumi İran hərəkəti) bu kəz Azərbaycanlıların ilgisizliyilə qarşılandı. Çün, bu hərəkətdən öncə neçə ildir ulusal istəkləri yolunda var gücüylə savaşan Azərbaycan Türklərinə qarşı onlar da (muxaliflər) cəbhə almışlardı. Ancaq yaşıl hərəkətin içərliyi quşqu doğurur. Bu hərəkətə öndərlik edənlər, illər boyu o sıxı yönətimin yönətici gücləri olmuşlardı. İranda baş verən insancıl cinayətlərdə onların bir başa əlləri vardı. 30 illik bu islam devlətinin tarixini incələsək, orada sürəkli iç hesablaşmalar olmuşdur. Bu hesablaşmaların başlanğıcından bu günə kimi Rəfsəncaniylə Xameneyi, düşmən bir rəqib kimi bir birləriylə savaşdalar. Ancaq onlar birlikdə öz rəqibləri olan Behiştini, Müteherini, Müfetihi, Bahüneri, Rəcayini...öldürdükləri üçün, bir birinə açıq diş batıra bilmirlər. Bilindiyi kimi Rəfsəncaniylə Xameneyi neçə kəz bir birlərini ortadan götürmək istədilərsə də başarılı olamadılar. Ona görə bu iki qoç başı bir qazanda zorunlu olaraq yerləşməyə razı oldular. Bu hərəkət də o iki qoçun iç hesablaşmasıdır. Bu arada tutucu dinçi görünən Xaməneyinin ən önəmli dayağı Din başçılarının mərkəzi şəhəri olan qumdur. O bu şəhərdə dinçilərlə iranı yönəltə bilir. Rəfsəncaninin gücü isə, əskidən bəri sömürücü güclərin əlində olan iranın dərin devlətidir. Bu devləti yönəldənlərin başında Həsən Həbibi, Mir Səlim kimi iranı Fars görmək istəyən adamlar dayanır. Burada M.H. Musəvi oyananmış bir kart olaraq ortaya atılmışdır. Onun ortaya atılmasının nədəni isə, uzun illər siyasətdən uzaq olmasıdır. Bu hərəkətlə iran devləti nüve silahına yönəlik dünya kamoyunu da güncəlləşmiş fikirləri də dağıtmaq istir. Buna görə onlar nə zaman nüvə silahı konusu gündəmə gəldiyində, içəridə gərginliyi bilikli olaraq artırırlar. Bununla dunya kamoyunu azdırmaq istirlər.
Yaşıl hərəkət kəsinliklə bir yenilikçi hərəkət deyildir. Bu hərəkət öncə yazdığım kimi Rəfsəncaniylə Xameneyinin əski hesablaşmasından qaynaqlanır. Burada Rəfsəncaninin yandaşlığını edən Fars millətçiliyi çox etgilidir. Bu açıdan bunlardan iranda ulusal haqlar ummaq çox yersizdir. Rəfsəncanı son neçə ildə özünün inamlı kadrlarını xarici ölkələrə muxalif güc kimi yerləşdirməyi başardı. Onlardan Əkbər gənci kimi aşırı Türk düşmənlərini bir demokrat olaraq dünya kamouna mənimsətdi. Bununla xameniyiyə xaricdən basqı qurma mekanizmasına yiyələndi.
Azərbaycan Türkünün “ Yaşıl hərkətdən” umacağı ulusal haq kəsinliklə yanlışdır. Çün, bu hərəkətini içərliyi rıza şahdan bu yana qoyulan Türk qırımçılığıdır. Azərbaycan hərəkətini bu hərəkətə yamamaq isə bir başa ulusal trajedidir. Hansi sa Azərbaycanlı siysal qurumla, şəxslər buna yönəlik adım atmaq istərlərsə, tarixin qara ləkəsini indidən üzlərində görməlidilər. Son yüzili siyasal tarixi, gənəl İran hərəkətlərinin bütününün Azərbaycanlıların əlehinə yönəlik olduğunu göstərir. Özət olaraq desək, qonu Molla nəsrətdinin yorqan qonusudur.
Azərbaycan Türkü İranda olan bütün hərəkətlərdən bağımsız hərəkət etməlidir. Azərbaycanlının, buna özdəksəl(maddı),tinsəl(mənəvi) gücü vardır. Nə yazıq indiyə kimi bizim bu güclərimiz özgələr üçün çalışmışdır. Bu arada iranda yaranan gərginliklərdən Azərbaycanlı olduqca yararlanmalıdır. Orada hesablaşmalarda iki tərəfdən də bacardıqca yün qoparmalıdır. Bilikli yaradılan bu gərginlikdən , Güney Azərbaycan Türkünü öz ulusal haqlarını istəməyə hazxırlatmalıdır. Orada olası bir dəyişikliyə anında qatılmalı, bağımsız olaraq öz haqlarını istəməlidir. Güney Azərbaycan Türkü yaranan bütün fürsətlərdən öz ulusal haqları üçün yararlanmalıdır. Bu gün orada gedən iç hesablaşmalarda Azərbaycanl da gərəkəni etməzsə, bir fürsəti də qaçırmış olar. Ən azından bu gün Azərbaycanlı Türkün Göy qübbəsindən alınan Göy boyalı bayraqla öz sözünü deyə bilər. Bu açıdan Azərbaycanlıya yaşıl deyil, onları gənəl İrandan ayıracaq, göy bayraqlar dalğalatmalıdır. Bu gün gənəl iran hərəkətini dünya kamoyunda özümsəyən “Yaşıl bayraqdan” daha yüksəkdələrdə Azərbaycan Adına “ Göy bayrağın” dalğalanması Türkün dünyaya özünü haqırması anlamında olar. Bu gün Dünya iranda olan hərəkəti bütün yönləriylə duyarlılıqla izləməkdədir. Bu nədənlə Azərbaycanlı bütün yönləriylə bağımsız olaraq o izlənimlərə damğa vurmalıdır. Güney Azərbaycnda olan susqunluq, “ Dəniz səssizliydisə”, çağına görə fırtınaları qoparmalıdır. Bu fırtınalar qopmazsa dəniz də öz sularında boğular.Güneyin bu gün Türk ulusu 90 il bundan öncə Xiyabanının dönəmində olduğu kimi “ Öz əlimiz, öz başımız...” deməlidir .

Hiç yorum yok:

Yorum Gönder