7 Ocak 2010 Perşembe

Professor Rəhman Bədəlov: bizim Təbrizdə olan azərbaycanlılarla həmrəyliyimiz çox vacibdir

GÜNAZ.TV mətbuat mərkəzi Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə Sosiologiya və Hüquq İnstitutunun baş elmi işçisi filosof-professor Rəhman Bədəlovun "Amerikanın Səsi"-nə verdiyi müsahibəni olduğu kimi təqdim edir.

Cənab Bədəlov Azərbaycan respublikasındakı və İrandakı azərbaycanlılar arasında mədəni əlaqələr , tarixi xadisələrin bu əlaqələrə təsirləri və bu münasibətlərin bu günkü vəziyyəti barədə Harayın suallarına cavab verib

Sual: İranda yaşayan azərbaycanlıların mədəniyyətə baxışlarını siz necə qiymətləndirərdiniz? Fəlsəfi baxımdan necə qiymətləndirərdiniz?

Cavab: Onlar bizdən daha çox şərqlidirlər, yəni onların şərq ruhu, şərq fəlsəfəsi bizdən güclüdür. Onlar şərq irsi ilə daha köklü bağlıdırlar.
Sual: Azərbaycanda ümumiyyətlə mədəniyyətə arxaik baxış, keçmiş baxış necə idi, indi necədi azərbaycanlılar arasında. Məsələn İranda yaşayan azərbaycanlılarla, Azərbaycan Respublikasında yaşayan azərbaycanlıların mədəniyyətlərinə baxışı necədi?

Cavab: Onlar da biz də müəyyən bir imperiyada yaşamışıq. İran imperiya olmasa da onlar hazırda da imperiya şüurlu, imperiya quruluşlu bir dövlətdə yaşayırlar. İmperiyalarda bir çox hallarda mərkəzdə olan düşüncə sistemi hakim sistemdir. Ona görə, biz rus mədəniyyəti ilə daha çox yaxın idik, onlar isə fars mədəniyyəti ilə daha çox yaxın idi. Cənublular da elədir, bir tərəfdən onlar fars sisteminin, fars fəlsəfəsinin tərkib hissəsidir, o biri tərəfdən milli şüur oyandıqca bunlara müqavimət var. Onların dünyaya fəlsəfi baxışı bir çox hallarda fars mənbələrdən gələn filosoflara yaxın ola bilər və bəlkə də kiçik bir zümrə var ki, Qərbmeyilli olsun.

Sual: Azərbaycan artıq 1992-ci ildən başlayaraq öz Həmrəylik gününü qeyd edir. Azərbaycan Respublikasında yaşayan azərbaycanlılar və İranda yaşayan azərbaycanlılar arasında həmrəylik varmı bugün? Misal üçün Azərbaycan respublikasında İran azərbaycanlılarının mədəni hüquqlarının müdafiəsi nə dərəcədə gündəmdə olan bir məsələdir, onlar üçün bu nə dərəcədə maraq doğurur.

Cavab: Çox təəssüf ki, həmrəylik görmürəm. Əslində mən həmişə fikirləşirəm ki, bizim Təbrizdə olan azərbaycanlılarla həmrəyliyimiz çox vacibdir. Həyat elə gətirib ki, son illər hamımız Türkiyəyə gedirik, Türkiyə ilə daha da yaxınlaşırıq. Mən hiss edirəm ki, biz hansısa müstəvidə İrandakı azərbaycanlılarla daha yaxınıq. Türklərlə yaxınlığımızı inkar etmirəm, amma müəyyən doğmalıq var ki, məhz bu doğmalıqdı.
Sual: İki ölkədə də insan hüquqları, söz və mətbuat azadlığının müdafiəsi kimi sahələrdə həmrəylik mühitinin yarandılması üçün xalqlar, dövlətlər, cəmiyyətlər, insanlar nə etməlidir?

Cavab: Bizim şimalda olan azərbaycanlıların imkanları daha böyükdür. Mən istərdim ki, bu əlaqələr mütəmadı olsun. Məsələn bizim müxtəlif mədəni tədbirlər olur, İran kinoları və s. göstərirlər. Amma mən istərdim ki, heç olmasa ildə 1-2 dəfə İran azərbaycanlılarının mədəni həftəsi olsun. Yəni kitabları ilə, rəsm əsərləri varsa onlarla tanış olaq. Görürsüz mənim biliyim çatmır, yəni mən bilmirəm Təbrizin mədəni heyatı necədi. Çox güman ki, təbrizli də bilmir ki, Bakı mədəni heyatı necədi. Bu sistemi qurmaq lazımdır. Sistemi isə ilk növbədə cəmiyyət özü qurmalıdır. Məsələn müəyyən Qeyri Hökumət Təşkilatları – QHT-lər var. Hansısa QHT İran azərbaycanlıları mədəni mühitini öyrənək və müəyyən əlaqələr yarada bilər.

Sual: İranda yaşayan azərbaycanlılar və Azərbaycan Respublikasında yaşayan azərbaycanlılar arasında qədim qohumluq əlaqələri var. Sərhədlərin bağlanmasına görə bölünmüş parçalanmış ailələr var. Hələ də iki tərəfdə də insanlar itirdikləri ailə üzvlərini axtarırlar. Bu gün bu qohumluq əlaqələrinin bərpasına, ailələrarası münasibətlərə nə dərəcə də imkan verilir?

Cavab: İllərdir bir-birindən kənar qalan və hətta nə vaxtsa bir-biri ilə görüşməcəyinə inanmayan bir çox ailələr görüşdülər. Mənim də belə qohumlarım var. Bu elə bil məişət səviyyəsində qalır. Biz istiyərdik ki, buna siyasi don geyindirmədən, heç bir ölkəni sarsıtmadan insani, mədəni və qohumluq əlaqələri daha güclü olsun.

Hiç yorum yok:

Yorum Gönder