23 Ocak 2010 Cumartesi
Babək Azəri hüquqçu, Yunis bəy Şamlı fikirdə təməl yanlışlığına davam edir
Bir müddət bundan öncə Yunis bəy Şamlı Günaz Tv - də çıxış etmişdir. Mən onun çıxışı ilə bağlı tənqidi fikirlərimi yazılı formada yaymışdım. Bu gün, yəni 2010 - cu il 22 yanvarda Şamlı bəydən mənə bir yazı gəlib çatdı və mən onu azadtribun sitəsində yerləşdirmişəm. Bu yazımın aşağısında həmin yazının linki var, buyurub oxuya bilərsiniz. O, çalışır öz yazısında mənim tənqidi fikrilərimə cavab verə. Əlbəttə, mən onun cavab yazısında yeni bir fikir görmədim, elə bu səbəbdən də ikiürəkli idim ona cavab verim, ya yox. Hər halda bəzi dostların məsləhətinə baş əyib, onun yazısı ilə bağlı bəzi mətləblərə aydınlıq gətirmək istəyirəm. O, öz yazısında qeyd edir:" Məncə, nə yalnız fars qüvvəsi və nə yalnız türk siyasi qüvvəsi İran rejimini dala oturdub və ya yıxa bilməz. Buna görə başqa millətlərlə işbirliyi bu şüar altında meydana çıxmalıdır: Müstəqil, milli səflər müəyyən demokratik platform və başqa millətlərin siyasi qüvvələri ilə işbirliyi əsasında meydanı istibdadın əlindən almaq lazımdır. Amma təəssüflə, Azərbaycan hərəkatı öz qüvvəsin indiyə qədər göstərə bilməmişdir. Və bu göstərişin olmaması üçün fars siyasi rəhbərləri arasında indiyə qədər Azərbaycan hərəkatına pay açılmamışdır." Burda qeyd etməliyəm ki, bir neçə gün bundan öncə Tehranın Azadlıq futbol meydanına on minlərlə azərbaycanlı yığışıb, yazılı formada böyük parça üstündə bu şüarları qaldırıblar: "Türk dilində mədrəsə", "Türk dili gərək rəsmi olsun!", hətta Azərbaycanın Milli Azadlıq Hərəkatının varlığını göz önünə gətirmək məqsədi ilə "Azərbaycan Milli Hərəkatı" kəlmələri yazılmış plakat da qaldırılmışdır. Və orada çoxsayda milli ruhlu şüarlar verilib. O cümlədən, "türk dilində mədrəsə, olmalıdır hər kəsə!", "Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun!" Bütün bu misalları saymaqda məqsədim bundan ibarətdir ki, istəyirəm Yunis bəyə bu sualı verim: Nə üçün Güney Azərbaycan Mİlli Azadlıq Hərəkatı naminə bir belə kütləvi etiraz aksiyasın görmür və bu barədə bir kəlmə də olsun, yazısında yazmır? Əksinə, yanlış məlumat yaymaqla belə bir gülünc iddianı ortaya qoyur:" Amma təəssüflə, Azərbaycan hərəkatı öz qüvvəsin indiyə qədər göstərməmişdir və bu göstərişin olmaması üçün fars siyasi rəhbərləri arasında indiyə qədər Azərbaycan hərəkatına pay açılmamışdır." Yenə də burda Yunis bəydən sual etməliyik: Ay qardaş, dəfələrlə sən öz çıxışında, yazında qeyd edirsən ki, Azərbaycanlılar öz müstəqil səfi ilə meydana çıxmalıdırlar. Amma heç izah verilmir ki, o, "müstəqil səf" deyəndə konkret olaraq nəyi nəzərdə tutur? Bizim xalq düzlükdən söhbət açanda, deyər ki, gəlin əyri oturaq, düz danışaq. Amma mən istəyirəm, elə düz oturaq, düz də danışaq. Yəni, nə oturuş tərzimizlə, nə də danışığımızla kimsəni çaşdırmayaq. Çünki müasir dünyada hadisələr o qədrə sürətlə cəryan edir ki, bizim oyun oynamağa vaxtımız yoxdur. Belə olarsa, hadisələrin arxasınca düşməli olarıq! Üstə qeyd etdiyim kimi, Yunis bəy öz yazısında qeyd edir:" ... nə yalnız fars qüvvəsi və nə yalnız türk siyasi qüvvəsi İran rejimini dalıya oturdub və yıxa bilməz. Buna görə, başqa millətlərlə işbirliyi bu şüar altında meydana çıxmalıdır: müstəqil milli səflər, müəyyən demokratik platform və başqa millətlərin siyasi qüvvələrinin işbirliyi əsasında meydanı istibdadın əlindən almalıd. " Bu fikrə diqqət edəndə, görmək olur ki, ziddiyyətli, parodoksal hal var. Burda bir tərəfdən meydana çıxmağa demokratik platform və millətlərin siyasi qüvvələri əsas götürülür, amma digər tərəfdən, o, unudur ki, hal - hazırda millətlərin siyasi qüvvələrinin işbirliyi üçün müəyyən bir demokratik platforma ortada yoxdur. Bu cür olan halda Azərbaycanın Milli Azadlıq Hərəkatı necə meydana çıxıb farsların fars zonalarında cəryan edən etiraz aksiyalarına müttəfiq kimi qoşula bilər? Çox təəssüf, Yunis bəyin öz dediyinə də inamı yoxdur, ya da öz dediyini tez də unudur. Çünki yazısının davamında belə bir gülünc iddia edir ki, Azərbaycan gərək öz qüvvəsin göstərə və bu göstəriş nəticəsində farsların siyasi rəhbərləri pay ayıra. Diqqət etsəniz, görərsiniz ki, onun birinci halda önə çəkdiyi platforma istəyi ilə, ikinci halda dilə gətirdiyi farslardan pay umma anlayışları siyasi mövqeydən bir - birinə ziddir.
Meydanda olmaq, ya olmamaq!
Mənim fikrimcə, təşkilatlanma xaosa qarşıdır və ondan əsas məqsəd xaosu aradan qaldırıb, onun yerinə siyasi hərəkatda ahəng və nizam yaratmaqdır. Və bu məqsədə çatmaq üçün müəyyən siyasi, mədəni və iqtisadi əsaslar lazımdır. İqtisadi baxımdan bir siyasi təşkilatda gərək bu imkan ola, o öz siyasi fəaliyyətin maliyyələşdirib, ölkə daxilində və xaricdə kadrlar yetişdirə. Mədəni baxımdan çox əhəmiyyət daşıyır ki, təşkilatlanmaq üçün lazım olan informasiya kütləyə çatdırıla. Siyasi baxımdan gərək fəaliyyət elə aparıla ki, təşkilatın varlığın təhlükəyə salmaya. Aydındır ki, meydanda olma və mübarizə aparma təşkitaın formalaşmasında əhəmiyyətli rol oynayır. Amma çox təəssüf, bu meydana çıxmaqla bağlı, o, öz firkin aydıncasına ortaya qoymur. Bizim əlimizdə çoxlu video lentləri və fotolar var. Bu nişan verir ki, millətimiz kütləvi formada mübarizə meydanındadır və İranın ölkə daxilində şəraitin məndən və Yunis bəydən də yaxşı tanıyırlar. Bu gün Traktor komandasını müdafiə etmək naminə ancaq Güney Azərbaycanda deyil, əslində İranın hər yerində milli istəklərimiz yayılır və azərbaycanlılar milli təfəkkür baxımından maariflənir. Yuxarıda qeyd etdiyim kimi, təşkilatlanma prosesində mədəni amil, yəni kütləni maarifləndirmə əsas səbəblərdən sayılır. Amma çox təəssüflə, bu cür bir tarixi hərəkatı Yunis bəy görmür və onu meydanda olmaq hesab etmir. O, öz yazısında qeyd edir: " Məncə, nə yalnız fars qüvvəsi və nə yalnız türk siyasi qüvvəsi İran rejimini dala oturdub və ya yixa bilməz." Mən burdan belə bir nəticə alıram, Yunis bəyin fikrinə görə, meydanda olmaq farsla birləşib və rejimi yıxmadı. İndiki bu cür bir şəraitdə ki, Milli Azadlıq Hərəkatının fəalları zərəli ən az metodla meydana çıxıb milli şüarı verirlər, əgər bu hərəkat radikallaşa, rejimə və dini rəhbərə qarşı şüarlar verələr və milli fəallarımız çox ağır can xəsarəti görələr, belə bir vəziyyətdə Yunis bəy özündən soruşmalıdır, hansı metod bizim milli mənfəətlərə uyğundur?
Yazımızda siyasi etikanı unutmayaq
Yunis bəy öz yazısında yazır: "Babək bəy İran rejimini, yaşıl hərəkatı və hətta fars xalqını bir tərəziyə qoyub, hamısını bizim xalqın düşməni kimi təqdim edir." Çox təəssüflə, Yunis bəy bu yazısında etika üsuluna riayət etmir. Mən heç yerdə iddia etməmişəm ki, fars xalqı bizim düşmənimizdir. Mən dəfələrlə yazılarımda və çıxışlarımda qeyd etmişəm ki, fars zonalarında xalqın etiraz hərəkatın gərək ki, mahiyyət baxımından araşdıraq. Bu məqsədə çatmaq üçün xalqın verdiyi şüarlar və onların siyasi təmsilçiləri siyasi mərkəzdə əsas rol oynayır. Mən farsların xalq etiraz hərəkatına aid xalq mücahidlərin, İranın milli cəhbəsi, şahçılar və s. görürəm və fars zonalarında irqçi fars şüarlarının səslənməsin də görüb, eşidirəm. Elə bu mənə yetərlidir ki, deyəm, fars zonalarında xalq adlı etiraz hərəkatı bizim Milli Azadlıq Hərəkatımızın müttəfiqi ola bilməz. Bu bir aydın faktdır, bunun heç bir sübuta ehtiyaci yoxdur.
İç savaş
Yunis bəy mənim yazımdan stat gətirir ki, mənim fikrimcə, İran vətəndaş müharibəsinə tərəf gedir və mən vətəndaş müharibəsin İranda yaşayan millətlərə faciə sayıram və onun qabağın almağı hər kəsə vəzifə bilirəm. O, düz deyir, mən həqiqətdə də belə bir fikridəyəm. O, yazısının davamında yenə də məndən stat gətirir: "Əgər bizim Milli Azadlıq Hərəkatının fəalalrı milli şüarlarla meydana çıxalar, belə bir təhlükə var adı çəkilən hər 3 qüvvə İranın parçalanmasından qorxub, onları bizə qarşı birləşdirə. Bütün bunları nəzərə alıb, zaman baxımından meydana çıxmaq düzgün sayılmır." Açığını deyim ki, Yunis bəy burda "kopleks" kəlməsi işlədir, mən də onun mənasını dərk edə bilmədim, amma təqribən belə anladım ki, o, mənim fikirlərimin bir - biri ilə üst - ustə düşməməsini irad tutur. O, mənə xitab yazır: "Bir tərəfdən vətəndaş müharibəsi Azərbaycana faciə sayılır, o biri tərəfdən Azərbaycan hərəkatının meydana çıxması vətəndaş müharibəsinə ciddi bir əngəl kimi göstərilir. Amma Babək bəy öz analizində bu əngəldən, o faciəni dayandırmağa istifadə eləmək istəmir. Başqa deyişcə, Babək bəy hər halda Azərbaycanın başına gələn faciə qarşı durmaq istəmir və faciə düşsün deyə, xalqımızın meydana çıxmamağın düzgün bir siyasət kimi təqdim edir." Burda da diqqətli olsanız görərsiniz ki, meydana çıxmaq hələ də bizim aramızda həll olmayıb.
Avropanın mərkəzində oturmuş mən və Yunis bəyin fikrindən asılı olmayaraq, Azərbaycan xalqı meydandadır və öz AZADLIQ mübarizəsin aparır! Mən "meydana çıxmamaqdan" söhbət edəndə, tarixi hafizəmə qayıdıram. 2006 - cı il Güney Azərbaycanda Milli Qiyam baş verəndə həm Yunis bəy və həm də mən şahid olduq ki, İranın hakimiyyətində mühafizəkarlar, islahatçılar və İran hakimiyyətinin xaricində fars müxalifəti ümumi halda, əgər bəzi istisnaları nəzərə almasaq, bizim Milli Qiyama qarşı çıxdılar. Elə bu tarixi fakta dayanıb bu günkü vəziyyətdə Milli Qiyamın təkrarı səbəb olmaz ki, farsların siyasi rəhbərləri bizə pay verələr. Əksinə, bu təhlükə real görünür ki, onlar öz aralarında olan təzadları unudub, bizə qarşı birləşələr. Bu mənim fikrimdir. Yaxşı olar ki, əgər Yunis bəy başqa cür fikir edir, onu konkret qeyd edə. Hansı fars siyasi rəhbərləri bizə pay verəcək və bu pay nədən ibarət olacaq? Elə bu səbəbə görə, farsların meydanda olan siyasi qüvvələrinə qarşı Güney Azərbaycanda mənfi balans siyasətin düzgün hesab edirəm. Bildiyiniz kimi, Güney Azərbaycanın daxilində tanınmış bir neçə milli fəalı bəyənat verib, farsların mücadilələrində iştirak etməməyi düzgün saymışdırlar. Qaldı daxili savaşla bağlı qeyd etmişəm ki, Dünya Bankının ekspertləri araşdırma aparıb, 6 bənddən ibarət vətəndaş müharibəsi ilə bağlı nəticələr qeyd edib və hər bənddə də daxili savaşa səbəb olan amilləri göstəriblər. Ümumi halda, İranda vətəndaş müharibəsi bizim meydana çıxıb - çıxmamamızdan asılı deyil. Yunis bəy öz yazısında iddia edir: " Babək bəy mənim dilimdən yanlışca yazır ki, İranda 10 - cu dövr prezident seçkisindən sonra İranın siyasət meydanında 3 qüvvə fəal formada əməl edir: İran hakimiyyəti, yaşıl adlı hərəkat, xalqın etiraz hərəkatı."
Əziz dostlar, mən daha bu barədə də izahat verib, detallara keçmirəm. Çünki onun Günaz Tv - dəki çıxışın səs formasında bütövlüklə azadtribun sitəsində və hətta onun çıxışının bəzi hissələrin film formasında youtubedə də yerləşdirmişəm. Bütün bu söhbətlər marağınızı cəlb edərsə, yaxşı olar Yunis bəyin fikirlərini də onun öz dilindən eşidəsiniz və kimin hadisələrə daha real baxmasını analiz edəsiniz.
http://www.azadtribun.net/-68.htm
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder