29 Aralık 2009 Salı

Elnur Eltürk, “İranda Azərbaycan türklərinin iştirakı olmadan, baş verəcək siyasi dəyişiklər fiaskoya uğrayacaqdır.”


Hazırda, İran İslam Respublikasında durum gərginləşib. İran İslam Respublikasının nüfuzli din xadimlərindən olan Ayətullah Müntəzirinin vəfat etməsi, vəziyyəti bir qədərdə gərginləşdirib. Dünən böyük toqquşmalar baş verib. Rəsmi məlumatlara görə ölənlərin sayı 15 çatıb. Bu gün İranda nələr baş verir? Hadislərin kökündə hansı amillər durur? Bakı Strateji Araşdırmalar Mərkəzinin başqanı Elnur Eltürk tia.az saytına verdiyi eksklüziv müsahibəsində yuxarıda səslənən fikirləri aydınlıq gətirib.

İlk öncə, onu qeyd deyək ki, İranda baş verən hadisələr gözlənilən idi. İran mahiyyət etibarı ilə qatı-teokratik ideoloji sistem üzərində qurulan dövlət olduğuna görə, burayada despot idarə üsulunu əlavə etsək, baş verən hadisələrin kökündə hansı səbəblərin durduğu ortaya çıxır. Bu gün İran hakimiyyəti ciddi şəkildə addımlar atmasa, gələcəkdə belə hadisələrin silsiləli olacağı şübhəsizdir. Dünya tarixi praktikasında təsdiq olunub ki, heç bir sərt üsullu dövlət axıra kimi davam etməyib. İndi ki, zamanda da cüzi kosmetik islahatlarla insanları aldadmaq mümkün deyil. Hazırda, İranda yetişmək olan gənc nəsil, ölkənin ziyalı təbəqəsi, rejim qayda-qanunları ilə yaşamaq istəmirlər. Hər gün eyni şeyi təkrarlamaq və bir nəfər ali rəhbərin təlimatları ilə ölkəni yönəltmək mümkün deyil. İslam inqilabından sonra tətbiq edilən siyasi-iqtisadi və sosial-mədəni platofma iflasa uğramaqdadır. XX əsrin məhşur siyasi xadimlərindən olan Unistin Çörçilin sözləri desək “Dünyada ola bilər ki, bəzi dövlət xadimlərinin demokratiyadan xoşu gəlməyə bilər. Ancaq bəşəriyyət bundan yaxşı idarəçilik sistemi tapa bilməyəcəkdir” İran cəmiyyətinin əsasını ideoloji sistem təşkil etdiyinə görə, və yalanlar üzərində qurulan gələcəklə dövləti idarə edə bilməyəcəklər. İslam İnqilabından sonra verilən vədlərin heç biri həyata keçmədi. Bir sözlə cəmiyyət ideoloji dönəmdən, praqmatik dönəmə keçmək istəyir. Hələ, İranın milli hüquqlarla bağlı siyasəti sıfıra bərabərdir. Ölkənin əsas gücü olan və inqilabın detenator rolunu oynayan Azərbaycan türklərinin haqq-hüquqları qorunmur. İran konstitusiyasında dillə bağlı müddəalara əməl olunmur. 15-19 maddələrin reallaşması neçə illərdir ki, öz həllini gözləyir. Ancaq, rejim nə edir, öz ana dilini tələb edən toplumun öndə gələn insanlarını həbsə alır. Müxtəlif yollarla onları sıradan çıxartmağa çalışır.

Axı, İranda siyasi gərginliyə Azərbaycan türkləri qoşulmurlar?

Elnur Eltürkün cavabı: Azərbaycan Milli Hərakatı əvvəlki illərə baxdıqda, təcrübəlidir. Bu gün onlar ölkənin güc mərkəzinə çevrilirlər. Bilirsiniz ki, ortada aldadılmış tarixi gercəklik var. İstər Pəhləvilərin zamanında, istərsədə, İran İslam İnqilabından sonra ən böyük təzyiqlərə, məruz qalan toplum Azərbaycan türkləri olub. İndi isə, İranda siyasi hakimiyyət uğrunda gedən savaşa, milli hərakat seyrçi mövqeyindən yanaşır. Burada bir məntiqdə var ki, İranda baş verəcək siyasi dəyişiklər şübhəsiz ki, Azərbaycan Milli Hərakatına təsir etməyə bilməz. Ölkədə hansısa dəyişiklər baş versin, 35 milyon toplumun kənarda qalması absurd bir şeyi olar. Bunun üçün soydaşlarımız daha da güclü toparlanmalı və milli hərakatı hədəfə doğru istiqamətləndirməlidir.

Amerikanın-qərbin analitik mərkəzləridə bilirlər ki, İranda Azərbaycan türklərinin iştirakı olmadan, baş verəcək siyasi dəyişiklər fiaskoya uğrayacaqdır. İran dövlətinin başcısı Əhməd Nejatın Təbriz şəhərinə səfər etməsinin arxasında hiyləgər fars siyasətinin bir üzü dururdusa, digər üzündə isə qorxu faktoru dayanırdı. Bununla yanaşı xaricdə, Güney Azərbaycan milli hərakatı ilə məşğul olan qurumlarımız aktivləşməlidir. Beynelxalq qurumlar qarşısında askiyalar keçirilməli və məsələlərin mahiyyəti haqqında məlumatlar çatdırmalıdırlar. Bir neçə gün bundan öncə, Hollandiyanın Amsderdam şəhərində “21 Azər” günü ilə bağlı böyük bir konfransın keçirilməsi, milli hərakatın beynelxalq müstəvidə tanıdılmasında böyük təsir göstərə bilər. Belə tədbirlər müntəzəm olaraq keçirilməli, İran siyasi sisteminin Azərbaycan türklərini yüz ildən çoxdur ki, neçə əzdiyini göstərməlidirlər. Xarici- daxil gücümüz təmərgüzləşməlidir. Tarixi şans yarandıqda, indidən situasiyaya hazır olmalıyıq.

Rüfət Əhmədzadə

Güney Azərbaycan Qurtuluş Partiyasının Amsterdam Dialoq Toplantısı ilə bağlı Raporu!

Ulu Azərbaycan Türk Milləti,
Əziz Güneyli Soydaşlar!
Bildiyiniz kimi, Amsterdamda keçirilən “Güney Azərbaycan Dialoq Toplantısı” öz işini uğurla başa çatdırdı. Vətəndaşlıq və soydaşlıq duyğusu toplantıya kölgə salabiləcək siyasi gözləntiləri öz etgisi altına çəkdi. Önyarğı ilə toplantıya qatılan hər kəsin hesabatı tərs çıxdı. Çeşidli düşüncə sahiblərinin bir çatı altında toplanması bəzi tədirginliklərin yaranmasına nədən olmuşdursa da, hər saat keçdikcə yerini ümidvarlığa verdi. Toplantıda olan bəzi anlaşılmazlıqlara baxmayaraq bütüvlük ruhu hər şeyi gözəlləşdirdi. Çeşidli qurum-quruluş və milli şəxslərdən ibarət 300-ə yaxın vətəndaşın qatıldığı Amsterdam Toplantısı, öz mesajını belə ruhla Güneyə ilətə bildi:
“Əziz Millətimiz, bizdən yana arxayın olun. Dilçimiz də, Federalçımız da, İstiqlalçımız da bir araya toplanmağı bacardı”.
Rapor: Toplantıya bir çox ölkədən qatılanlar olmuşdur. Toplantı tədarükat komitəsinin səlamlama proqramilə Saat 10-da başladı. Toplantının başında öncədən atanmış divan öz yerini aldı. Divanın verdiyi bilgidən bəlli oldu ki, toplantıya sunulacaq bir “Yol Xəritəsi” vardır. Yol xəritəsinin müzakirəsi başlarkən düzəlişlər önərildi. Toplantının irəliləməsiylə “Yol Xəritəsi” vəya “Platform” sözlərinin alınması və yalnız Milli Hakimiyyətin yaydığı 12 maddəlik bəyaniyyənin xatirəsinə 12 maddəlik Amsterdam Bəyaniyyəsi qəbul olundu. Bildiri son redaktə üçün seçilmiş 5-nəfərlik heyətə tapşırıldı. Azərbaycan türkləri üçün bəlkə ilk təcrübə olaraq “Dialoq Qrupları” təşkil olundu. 6 qrupdan oluşan dialoq toplantıları ayrı-ayrı salonlarda öz işini sürdürdü. İlk günün ikinci yarısında 21-azərlə bağlı konfrans dəvam etdi. Toplantının bu bölümündə yeni və daha geniş Divan heyəti işə rəhbərlik etdi. Hər qurumun sözçüsü qıssaca öz quruluşunun təbrik müraciətini toplantıya sundu. Tədarükat Komitəsinin hazırladığı şənlik proqramları günün axırını oluşdurdu. Öncə Azərbaycan Rəqs qrupu səhnə aldı. Xalq mahnıları və təsniflərin icrasından sonra milli ozan Araz Elsəs səhnə alaraq soydaşlarımızı coşdurdu. Araz bəyin konsertindən sonra azad görüşlər gec vaxta dək sürdü. Toplantının ikinci günü birinci salondan fərqli olaraq başqa bir soluna daşındı. Toplantını idarə edən Divan, üzərində işlənmiş bildirişi bir daha müzakirəyə buraxdı. Toplantının başqa gündəlikləri də dialoq soyləmi oldu. Qadınların qatılımının düşük olamsının səbəbləri axtarıldı. Bir toplumun yarısının belə taleyüklü sorunda olmaması dərin acılarla qarşılandı. Toplantının başqanı, Sayın Siddiqə Ədaləti xanım, xanımların aktiv olmamasını haqlı olaraq milli faciə kimi dəyərləndirdi və bütün xanımların bu haqda fəal olmalarını dilərkən onları dolayı yollarla milli görəvlərindən uzaqlaşdıran bəyləri şiddətlə qınamaqdan da qalmadı. Toplantı 12-maddəlik bildirişin qəbulundan sonra qadınlar və Qarabağ haqlarında iki bildirişin də yayımlanmasını onayladı. İki günlük Amsterdam Toplantısı başladığı kimi Milli Hakimiyyətin Marşı və “Haray-haray mən türkəm”, “Yaşasın Azərbaycan” sloğanlarıyla başa çatdı.
Artılar:
*Güney Azərbaycan Qurtuluş Partiyasının sözçüsü Eldar Qaradağlı bəylə birlikdə seçilmiş bir heyət Partiyamızı Amsterdamda təmsil etmişdir.
*Toplantının bütün məsrəfləri iştirakçılar tərəfindən qarşılandı. Hoteldən tutmuş yeməyə qədər bütün ödəmələr iştirakçıların özlərinə aid idi.
*Toplantıda heç bir ölkənin, uluslararası orqanın vəya təşkilatın etgisi gözə dəyməyirdi. Tanınmamış heç bir yabancı (istər jornalist, istər nümayəndə) salonda gözə dəyməyirdi.
*Günaztv-nin toplantı sürəcində fəaliyyəti gözə çarpırdı. 2-gün boyunca toplantının bütün gedişatı lentə alındı və istənilən şəxslərlə danışıqlar aparıldı. Günaztv-nin bu xidməti təqdirə layiq idi.
*Yeri gəlmişkən Amsterdam toplantısını oluşduran tədarükat komitəsinə dərin təşəkkür etmək gərəkir. Bu dəyərli çalışqan bacı-qardaşlar, böyük əmək verərək hər şeyin mükəmməl olmasına çalışdılar.
Güney Azərbaycan Qurtuluş Partiyası
2009-12-20
www.qurtulush.se
qurtulush.partiyasi@gmail.com

27 Aralık 2009 Pazar

Sadiq İsabəyli, Azərbaycan milli hərəkatının sistemli inkişafı milli mənafelərimiz uğrunda birgə fəaliyyətdən keçir

Artıq 85 ildir ki, ayrı-ayrı millətlərin yaşadıqları ərazilər hesabına yaradılmış iran adlanan siyasi coğrafi ərazidə «vahid dil», «vahid milli kimlik» siyasəti bu gün də davam etdirilir və «vahid iran milləti» şüarı adı altında rasisti siyasət aparılır .
Bu siyasətin nəticəsidir ki, öz tarixi torpaqlarında yaşayan Azərbaycan türklərinin milli kimliyi inkar edilir, hüqüqları pozulur, millətimizin iradəsi ilə hesablaşmadan torpaqları parçalanmaya məruz qalır. Azərbaycanın milli mücadilə tarixində özünəməxsus yeri olan 22 may 2006-cı il hadisələri və ondan sonrakı mərhələlərdə kütləvi etirazlarda səslənən şüarlar və irəli sürülən tələblər millətin milli və siyasi iradəsini ortaya qoydu, onun hüquqlarını rəsmi olaraq gündəmə gətirdi və Güney Azərbaycan milli hərəkatının gerçək mahiyyətindən qaynaqlanan milli mübarizəni kütləviləşdirdi. Bu gün daxildə və xaricdə milli ruhlu tədbirlərin keçirilməsi ilə müşahidə olunan kütləviləşmə prosesi və milli təşkilatların bu istiqamətdəki aktiv fəaliyyətləri Azərbaycan milli hərəkatının uğurlu inkişafının göstəricisidir. Bütün bunlar onu göstərir ki, Azərbaycan milli hərəkatının uğurlu inkişaf mərhələsinə yüksəlişi milli, tarixi, siyasi və mədəni dəyərlər üzərində qurulmuş bir prosesdir. Bu proses gerçək tarix, milli kimlik, milli-siyasi və milli–mədəni dəyərlərə əsaslandığından, mahiyyət etibarilə azərbaycan mehvərli milli məfkurəni formalaşdırıb.
Indiki aşamada Güney Azərbaycan türkü milli, siyasi və mədəni haqlarını əldə etmək uğrunda daha mütəşəkkil fəaliyyət göstərməli, qurtuluş mərhələsinə keçidini sürətləndirməlidir. İrqi ayrıseçkiliyə son qoymağın və milli azadlığa nail olmağın yeganə yolu milli qüvvələrin birgə fəaliyyətindən keçir ki, bu da öz növbəsində basqıları durdurmaq, diktaturanın təməlini dağıtmaq, milli, mədəni, siyasi, iqtisadi hüquqların bərpası və s. problemlərin həlli deməkdir. Bu səbəbdəndir ki, daxildə və xaricdə təşkilatlararası iş birliyinin zəruriliyi bütün milli qüvvələrin gündəmində olmalıdır. Bütün bunlar milli hərəkat daxilində daha sistemli fəaliyyətə imkan verir və milli təşkilatlar özlərinin fəaliyyət proqramlarında bu gerçəklikləri görməli, təşkilati fəaliyyətlərində milli hərəkatın güclənməsinə yönəlik şəffaf mövqelərini sərgiləməlidirlər. Bu gercəklikləri görməyən, şəffaf mövqe sərgiləməyən, milli məfkurənin təməl prinsiplərinə əsaslanmayan qüvvələr isə özlərini təcrid vəziyyətə salmış olurlar.
Doğru tutumlar üzərində aparılan mübarizə milli hərəkatın bütün qüvvələrinin təşkilatlanma prosesinə qatılmasına, hərəkatın daha da sistemləşməsi və beynəlxalq aləmdə söz sahibinə çevrilməsinə xidmət etmiş olacaq. Əgər Vətənimiz Azərbaycanı işğaldan azad etmək istəyiriksə o, zaman strateji düşünmə bacarığımızı inkişaf etdirməliyik.
Qəbul etmək lazımdır ki, siyasətdə təşkilatlar arasında anlaşılmamazlıq qaçılmazdır. Ancaq kompromisə yol açan danışıqlar, dialoqlar , barışçı metodlardan istifadə bu yanlış anlaşılmazlıqları həll etməklə yanaşı, həm də daha geniş alanda fəaliyyət üsullarının meydana çıxmasını mümkün edir. Nəzərə alsaq ki, təşkilatlarımızın və milli fəallarımızın əksəriyyəti molla rejiminin psixoloji, ictimai, iqtisadi, siyasi, həmçinin milli zəmində zorakılığına qarşı mübarizə aparır və Güney Azərbaycanın qurtuluşuna çalışırlar, deməli kompromis metodlardan istifadə edərək təşkilatlararası yanlış anlaşılmazlıqlara son qoya və milli hərəkatın ümumi məqsədlərini düzgün dəyərləndirməklə, daha sistemli plan əsasında birgə iş birliyinin aparılmasına nail ola bilərik. Əgər Güney Azərbaycanın milli fəalları və təşkilatları kiçik məsələlər ətrafında qeyri-sağlam rəqabət təşəbbüslərindən vaz keçərək, qarşılıqlı hörmət əsasında hərəkət etsələr, o zaman milli hərəkat daha böyük məqsədlərə varmış olacaq. Bu məqsədlə bütün milli təşkilat və qüvvələr potensial imkanlarını maksimum səfərbər etməli, müxtəlif komissiyalar adı altında fəaliyyət programları hazırlanmalı və bu komissiyalar tərəfindən həyata keçirilməsi vacib olan vəzifələr müəyyən edilməli, strateji plan əsasında fəaliyyət göstərməlidirlər. Təbii ki, burada tarixçilərin, psixoloqların, sosioloqların, ictimai və siyasi nəzəriyyəçilərin, politoloqların, strateqlərin və başqa milli quvvələrin xidmətlərinə böyük ehtiyac var. Hər bir azərbaycan türkü Güney Azərbaycan milli azadlıq hərəkatında yeni mərhələnin başladılması üçün birgə fəaliyyət təşəbbüsünə dəstək verməli, Azərbaycan milli hərəkatının uzunmüddətli strateji fəaliyyət planının gerçəkləşməsinə milli məsuliyyətlə yanaşmalıdır. Ümid edirik ki, 21 azər (12 dekabr) - Milli hökümətimizin 64-cü ildönümü günündə Hollandiyanın Amsterdam şəhərində keçiriləcək dialoq toplantısı milli mənafelərimizdən irəli gələn məsələlərin müzakirə olunması və onların həlli yollarının tapılması istiqamətində uğurlu bir başlanğıc olacaq, milli qüvvələr arasında birgə fəaliyyətin aparılmasına zəmin hazırlanacaq.
Güney Azərbaycan İstiqlal Partiyasının

Avropa üzrə sorumlusu Sadiq İsabəyli

Azərbaycan Milli Azadlıq Təşkilatı, Güneyin səsinə qulaq verək!

2009-cu il iyun ayında keçirilən ”İran” prezident seçkiləri, onun sonucları və bu seçkilərin sonuclarına etiraz olaraq formalaşan ”yaşıl hərəkat” birbaşa bizi ilgiləndirməsə də, seçkilərə və seçkilərdən sonraki hadisələrə münasibətin formalaşdırılması Çağdaş Azərbaycan Milli Hərəkatı üçün bu coğrafi məkanda var olan ən ciddi siyasi gerçəklik kimi qaçınılmazdı. Bu münasibətin formalaşmasında, şübhısiz ki, heç də haqsız sayılmayan Azərbaycan türk millətinin nəfrət və ya qisas duyğuları deyil, Azərbaycan milli hərəkatının mahiyyəti və fikri təməllərinə uyğunluq, eləcə də keçmiş hərəkatlarımızın zəngin təcrübələri əsas alınmışdır.
Azərbaycan türk milləti çağdaş Azərbaycan milli hərəkatının İranda rejim dəyişikliyi uğrunda deyil, qəsb edilmiş haqlarımızın əldə edilməsi uğrunda bir hərəkat olduğu gerçəyindən çıxış edərək mövcud hakimiyyetin cinahları arasındaki ziddiyyətlərin sonucu olan ”yaşıl hərəkat”a qoşulmamaqla hərəkatımızın nə dərəcədə olğun bir siyasi gercəklik olduğunu dosta və düşmənə açiqca göstərdi.
Bütün basqılara baxmayaraq, Azərbaycan milli hərəkatı fəallarının öz doğru tutumunda göstərdiyi qərarlılıq, bir tərəfdən ”İran” sorununun çözümündə İranmərkəzçi alternativlərin təkbaşına yetərli olmadığını və başda Azərbaycan türk milləti olmaqla bu məkanda yaşayan millətlərin istək və iradəsini əks etdirən alternativlərə yönəlməsi gərəkdiyini gün işığına çıxarmış, digər tərəfdən isə, İran hakimiyyəti və oppozisionu içərisində bəzi kəsimləri artıq inkar yolu ilə bir yere varıla bilməyəcəyinə iqna etmişdir. Son zamanlarda həmin kəsimlər tərəfindən bir sıra ibtidai haqlarımızın tələffüz edilməyə başlanması heç də təsadüfi deyildir.
”Yaşıl hərəkat” və gələcəkdə baş verə biləcək bənzər olaylara münasibət Azərbaycanın güneyində birmənalı olsa da, təəssüflə qeyd etməliyik ki, Azərbaycan hüdudlarından kənarda bəzi qrupların ümumi qənaətdən fərqli qənaətlərinə də şahid olduq. Əlbəttə bu qrupların hamısının niyyət və hədəflərinin eyni olmadığına, ayrı-ayrı hədəf və niyyətlərinin olduğuna dair düşüncələrimiz olsa da, bununla bağlı düşüncələrimizi paylaşmağı daha sonraki fürsətlərə buraxırıq.
Son günlərdə Azərbaycan milli hərəkatının tanınmış şəxsiyyətlərindən bir qrupun Azərbaycan milləti və onun düşüncəli fəallarına müraciəti bir zərurətin nəticəsi olmaqla yanaşi, Azərbaycan milli hərəkatını öz fikri axarindan ayırıb başqa bir məcraya soxmağa çalışan anti-azərbaycan odaqlara və onların yandaşlarına da yerində bir xəbərdarlıqdır. Hərəkatin sıralarında, millətin yanında olmağın yolu bu səsə qulaq verməkdən keçər. Gəlin öz millətimizin yanında yer alaq.
Sayqılarımla
Çingiz Göytürk
Azərbaycan Milli Azadlıq Təşkilatının sözçüsü
20 dekabr 2009

Dr.Zümrüd Yağmur, Güney Azərbaycan istiqlal mübarizəsində qadınların yeri…

Son zamanlar İranda hakim siyasi elitanın daxilində baş verən ziddiyətlər dini rejimin əsaslarını laxlatmış, bu günədək mövcud olan qadağaların ictimai təsir gücünü zəiflədərək cəmiyyətdə ehkam kimi qəbul edilən bir çox dəyərlərin lazımlılığını toplum da dartışılar hala gətirmişdir.İslam rejiminin hakim dəyərlərinin öz məşruiyyətini itirərək yalnız hakimiyyətin inzibati gücündən asılı vəziyyətə düşməsi hakimiyyətlə xalq arasında onsuz da gərgin olan münasibəti günbəgün artırmaqda və ictimai münasibətlərin ənənəvi üsullarla tənzimlənməsi imkanlarını məhdudlaşdırmaqda və cəmiyyətdə yeni gözləntilərə yol açmaqdadır.
İranda ənənəvi dəyərlərin öz məşruiyyətini itirməsi və demokratik sürəcin cəmiyyətin bütün təbəqələrindən dəstək alaraq toplumun hakim rejimə qarşı dirənc, müqavimət mübarizəsinə çevrilməsi özlüyündə demokratik və milli haqları gündəmə gətirməkdədir. Demokratik və milli haqlarla bağlı məsələlərin cəmiyyətdə böyük rəğbət görməsi İran hakimiyyətini ictimai etirazları hansısa qrupun, partiyanın xəyanəti və ya qiyamı kimi təqdim etməsinə mane olaraq onu öz xalqı ilə üz- üzə qoymuş və bu da zorakı üsullarla öz ömrünü uzatmağa çalışan hakim dairələrin işini getdikcə çətinləşdirməkdədir.
Təsadüfü deyil ki İrandakı seçki etirazlarını əvvəlcə ABŞ başda olmaqla xarici güclərin təhrik etdiyini bəyan edən Molla iqtidarı sonradan Ali dini rəhbər Xomeneyinin dili ilə baş verən kütləvi etiraz hərəkatlarında xarici dövlətlərin əli olmadığnı bəyan etməyə məcbur oldu.Belə bir zamanda İranda hakim dini rejimin basqıları qarşısında gündəmə gələn milli və demokratik haqlar uğrunda mübarizənin uğuru həm də İranda yaşayan qadınların bu prosesdə necə iştirak etməsindən asılıdır. İranda president seçkilərindən sonra keçrilmiş kütləvi etiraz hərəkatları nə qədər təəccüblü görünsədə qadınlar bu prosesdə fəal iştirak etməklə bütün gözlənilənlərin əksinə olaraq uzun illərin basqı və qadağalarına rəğmən çox böyük mübarizə və etiraz gücü oluşturduğunu ortaya qoydu. Bu olay oqədər şaşırtıcı oldu ki, etiraz nümayişlərinin foto və video görüntülərini seyr edən əcnəbilər qadınların kişilərlə bərabər küçə və meydanlara çıxmasını rejimin sarsılmasının əsas əlaməti kimi qəbul etdilər. Əslində bu cür fikirləşənlərə haqq verməmək də mümkün deyil. Çünki uzun illər ictimai həyatdan təcrid olunaraq qara örtüyə bürünmüş şəkildə həm ənənələrin, həm də dini rejimin basqısı altında tutulan qadınların birdən-birə cəmiyyətin fəal qüvvəsi kimi siyasi mübarizənin ön cərgəsində yer alması o deməkdir ki, qadınlar artıq onlara qoyulmuş qadağa və məhdudiyyətlərlə barışmaq istəmirlər və çox amansız olan molla rejiminin üzərinə yürümək qədər cəsarət və iradəyə sahibdirlər. Bu hakim dini rejimin gələcəyi baxımından çox böyük təhlükə daşıyır və ənənəvi sosial yapının parçalanaraq bərpa edilə bilməyəcək şəkildə pozulduğunu göstərir.
Güney Azərbaycan milli azadlıq hərəkatı və qadınlar
Bütün bu proseslər fonunda Güney Azərbaycanda gedən milli azadlığ mübarizəsində iştirak edən türk qadınlarının bu günədək İran hakimiyyətinin hər cür təzyiq və vəhşiliyi qarşısında göstərdiyi böyük iradə və əzm xüsusi önəm daşıyır.İranda qadınların ictimai proseslərə qatılması ,hətta çox böyük təhlükələr qarşısında siyasi mübarizədə də fəal iştirak etməsinin ən önəmli nümunələri və başlanğıcı Güney Azərbaycan milli Azadlığ hərəkatında iştirak edən qadınlarla bağlıdır. 10 illər boyu bu gün Tehranda ictimai etirazçılara qarşı əl atılan zorakılıqdan daha qəddar və vəhşi üsullarla Güney Azərbaycanda milli azadlıq mübarizəsində iştirak edən türklər acımazıscasına cəzalandırılmışlar.Fars milli zülmünə qarşı mübarizədə Güney Azərbaycanın mübariz qadınları da insanlığa sığmayan dəhşətli cəzaların qurbanı olmuşlar və kişilərlə bərabər həbsxanalardan, edamlardan keçmişlər. Bu gün İranın daxilində əvvəlki dönəmlərlə müqayisədə fərqli bir situassiyanın yaranması, dünyanın diqqətinin bu ölkədə baş verənlərə yönəlməsi, hakim Molla rejimi daxilində parçalanma və qarşıdurmaların yaranması, rejimin məşruiyyətinin itirilməsi, nüvə enerjisi ilə bağlı beynəlxalq təzyiqlərin artması və bu səbəbdən də hakim rejimin təcrid olunması, cəmiyyətdə demokratik tələblərin yüksəlməsi Güney Azərbaycan milli azadlıq hərəkatında qadınların iştirakı üçün yeni imkanlar açır. Bu yeni dövürdə Güneydəki qadınlarımızın qarşısında duran ən önəmli məsələ milli haqlar uğrunda mübarizədə iştirak etməklə yanaşı həm də qadın təşkilatlarının yaranmasına nail olmaqdır. Hazırkı dönəmdə qadın haqları ilə bağlı təşkilat və hərakatların yaranması qadınlar arasında milli azadlıq ideyalarının yayılması və demokratik marifləndirmə işlərinin görülməsi baxımından olduqca vacibdir.Bu cür qadın təşkilatlarının meydana çıxması ilk növbədə qadınların fəallığını artıraraq, molla rejiminin qadınlar üzərindəki ənənəvi basqı siyasətini tənəzzülə uğradaraq onun legitimliyini aşındırmağa yardım edə bilər. Digər bir tərəfdən qadınların milli məsələ ilə yanaşı həm də ayrıca olaraq cinsi ayrı seçkiliyə görə ictimai həyatdan sıxışdırılması və haqlarının məhdudlaşdırılmasına görə fəal narazı təbəqə oluşturduğu və bu səbəbdən də molla rejimi əleyihinə mübarizəyə cəlb olunma imkanlarının geniş olduğu unudulmamalıdır. Bu baxımdan qadın haqları ilə bağlı məsələlərin gündəmə gətirilməsi, qadınların məruz qaldığı cinsi ayrı seçkiliyə qarşı mübarizəyə çağrılması, toplumda ictimai fəallığı genişləndirərək ənənəvi dəyərlər sistemini və sosial qaydaları tənəzzülə uğrada bilər.
Qadınların gənc nəslin tərbiyəsində əsas rolu oynaması və ailə daxili münasibətlərə təsiri də nəzərə alındıqda, Güney Azərbaycan milli azadlıq hərəkatında qadınların iştirakının və ayrıca təşkilatlanmasının nə qədər böyük əhəmiyyət daşıdığını görmək olar.
Burada diqqətə alınası ən vacib məsələlərdəmn biri də beynəlxalq birliklər, ölkə xarici ilə Güney Azərbaycan milli Azadlıq hərəkatı arasında əlaqələrin qurulması məsələsidir. Hazırkı çağdaş dövrümüzdə bütün alanları əhatə edən kürəsəlləşmə sürəci hakimdir və böyük siyasi hədəflər qarşısına qoymuş düşüncə və hərəkatların kürəsəl şərtləri nəzərə alması və sürəcin sunduğu imkanlardan faydalanmağa çalışması vaz keçilməz bir zərurətə çevrilib. Bu baxımdan unutmaq olmaz ki bu günkü dünyamızda beynəlxalq aləmdə qadın haqları məsələsinə dünya ictimai rəyində xüsusi həssaslıq mövcuddur. Hətta dünyada bir çox feminist hərəkatlar, qadın hüquqlarını qoruyan insan hüquqlarını müdafiə təşkilatları dünya ictimai fikrinin formalaşdırılmasına və yönləndirilməsinə mühüm təsir göstərir.
Bu gerçəkliyi nəzərə alaraq Güney Azərbaycan milli azadlıq hərəkatının tələblərini dünya ictimai rəyinə çatdırmaq, dünyanın diqqətini Güney Azərbaycanda baş verən olaylara, Fars hakimiyyətinin milli zülmünə yönəltmək üçün qadın təşkilatlarının və hüquq müdafiə çilərinin formalaşdırılmasına böyük ehtiyac hiss olunmaqdadır. Bu cür qadın təşkilatları və hüquq müdafiəçiləri vasitəsi ilə beynəlxalq qadın təşkilatları və hüquq müdafiəçiləri ilə əlaqələrin qurulması və əməkdaşlığın həyata keçrilməsi, Güney Azərbaycan milli azadlıq hərəkatının dünya miqyasında daha fəal dəstək qazanmasına və Fars hakimiyyətinin vəhşiliklərinə qarşı müdafiə olunmaqda beynəlxalq dəstək alınmasına yardım edə bilər. Burada diqqəti cəlb edən ən önəmli məsəslələrdən biri də Güney Azərbaycandan olan və dünyanın müxtəlif ölkələrində yaşayan və fars rejiminin təzyiqlərindən uzaqda olan Azərbaycan türk qadınlarının da eyni düşüncə və hədəflərlə bağlı təşkilatlanaraq İran ərazisində görülməsi çətin olan fəaliyyətlərin həyata keçrilməsində fəal iştirak etməsidir. Xaricdəki Güneyli qadınlarla İran daxilində yaşayanlar arasında bu sahədə əməkdaşlığın qurulması və ən azı internetdə qadınların fəaliyyətini və haqlarının qorunmasını işıqlandıran saytların yaradılması, qadınlar arasında xəbərləşmə şəbəkəsinin qurulması qadınların milli azadlıq hərəkatında fəal və aydınlanmış bir qüvvə kimi iştirakına böyük təsir göstərə bilər.
Güney Azərbaycan qadın hərəkatatının inkişafında Şimali Azərbaycandan olan qadın təşkilatlarının təcrübəsindən faydalanılması mühüm rol oynaya bilər.
Hələ 1988-cu ildə Şimali Azərbaycanda Sovet imperiyasına qarşı milli azadlıq mübarizəsi başlayanda,o zaman istər xalq hərəkatının sıralarında, istərsə də hərakatın rəhbərliyində qadınlar fəal rol oynayırdılar. Sonralar xalq hərakatında iştirak etmiş qadınların öncüllüyündə Azərbaycanda 10-larla qadın təşkilatları meydana gəldi. Bu gün Azərbaycanda çox sayda qadın təşkilatları qadın haqlarını müdafiə etməklə və qadınların ictimai həyatda fəal iştirak etməsi istiqamətində fəal iş aparırlar.Bu qadın təşkilatları beynəlxalq səviyyədə də geniş əlaqələr quraraq, beynəlxalq donor təşkilatlarının dəstəyi ilə Azərbaycanda qadınlara dair çox istiqamətli layihələr həyata keçirirlər. Güney Azərbaycanda qadın fəalların Şimali Azərbaycan qadın təşkilatları ilə sıx əlaqələr quraraq, onların təcrübə və imkanlarından faydalanması, Fars hakimiyyətinin qadınlara qarşı işlətdiyi zorakılıqların dünya ictimaiyyətinə çatdırılmasında birgə çalışmaları yaxın gələcəkdə Güney Azərbaycan qadınlarının səslərinin beynəlxalq səviyyədə eşidilməsinə kömək edə bilər. Qüzey Azərbaycanda Güney Azərbaycanın problemləri, qadın haqlarının müdafiəsi ilə bağlı Bakıda dəfələrfə kecirilmiş yığıncaq, konferanslarda bu məsələ qaldırılsa da hələ ki bu istiqamətdə tutarlı bir iş görülməmişdir. Halbuki 90-cı illərin ortalarında Güney Azərbaycandan Bakıya daha cox axın vardı və gələnlərin icərisində önəmli yer tutan Güneydən olan qadınların burada ədəbi yığıncaq və toplantılarda iştirakı ayrı düşmüş millətimizin bir-birinə daha da yaxınlaşması, bütövlük və istiqlal düşüncəsinin düşüncələrdə daha möhkəm kök salmasına yardım edirdi. Bu hallar bir missiya kimi qarşıya qoyulmalı və ardıcıl olaraq da həyata kecirilməlidir. Unutmaq olmaz ki, bir mübarizənin uğurlu sonucu hər kəsin bu mübarizədə iştirakından asılıdır.

Nəsib Nəsibli: “Azərbaycan türklüyü öz təhlükəsizliyi və bütövlüyünün təminatı istiqamətində çox böyük amil əldə edər”

İRAN VİRAN OLSA...
Nəsib Nəsibli: “Azərbaycan türklüyü öz təhlükəsizliyi və bütövlüyünün təminatı istiqamətində çox böyük amil əldə edər”
Natiq Miri: “İran rejimini Cənubi Azərbaycan türklərinin iştirakı olmadan devirməyin müşkül olacağını ABŞ bilməmiş deyil”Tanınmış ruhani, İran hakimiyyətinə qarşı müxalifətdə olan Hüseyn Əli Müntəzirinin vəfatından sonra bu ölkədə yeni siyasi çaxnaşmalar baş qaldırıb. İran kəşfiyyatının rəhbəri Heydər Mösləhi isə bəyan edib ki, ABŞ İslam Respublikasında xaos yaratmaq üçün onlarla xarici təşkilatı səfərbər edib.Mösləhinin sözlərinə görə, ölkədəki son iğtişaşları da ABŞ kəşfiyyatı maliyyələşdirir: “Bizim apardığımız araşdırmalar nəticəsində İranda təxribat fəaliyyətləri ilə məşğul olan 80 xarici təşkilat aşkarlanıb, onlar ölkədə nümayişlərin təşkil olunmasında və polislə toqquşmaların təşkilində fəal rol oynayır. Bu təşkilatlar durmadan belə informasiya yayır ki, son prezident seçkiləri saxtalaşdırılıb. Məqsəd İranda xaos və vətəndaş itaətsizliyi yaratmaqdır. Əldə etdiyimiz məlumatlara görə, ABŞ həmin təşkilatlara 1.7 milyard dollar vəsait ayırıb”.Bir sıra ekspertlərə görə, ABŞ-ın İranda siyasi rejimin dəyişməsində maraqlı olduğu şübhəsizdir. Qərb İraq və Əfqanıstandan fərqli olaraq, İranı hərbi yolla ram etmək fikrində deyil. İrandakı sistemi daxildən siyasi yolla dəyişmək və ya parçalamaq xəttinin həyata keçiriləcəyi ehtimalı böyükdür.Azərbaycanın İranda sabiq səfiri, deputat Nəsib Nəsibli hesab edir ki, da siyasi quruluşun dağılması və İran parçalanması baş verərsə, bu, Azərbaycan türklüyü üçün böyük hadisə olar: “Azərbaycan türklüyü bundan öz təhlükəsizliyi və gələcəyinin, bütövlüyünün təmin olunması istiqamətində çox böyük amil əldə edər. Güney Azərbaycanın müstəqilləşməsi və Quzey Azərbaycanla bütövləşməsi problemi yoxdur. Problem bu işin konkret nə vaxt həyata keçməsidir. Gec-tez bu baş verəcək. Yuxarıda qeyd edilən məsələlərin reallaşması bu problemin qısa zamanda həllinə səbəb olar”.N.Nəsiblinin fikrincə, ABŞ-ın İranda antidemokratik sistemin dəyişilməsində maraqlı olmasında qeyri-adi nəsə yoxdur: “Ancaq bu qədər böyük vəsait ayrılması haqda deyilən fikrə inanmıram. 1,7 milyard dollar çox böyük məbləğdir. Həmin vəsaitin harasa ayrılmasını mütləq ABŞ Konqresi təsdiqləməlidir. 1,7 milyardı gizli şəkildə ayırmaq mümkün deyil. Mürtəce rejimlərin hamısı ölkələrinin daxilindəki problemləri, siyasi qarşıdurmaları adətən xarici dövlətlərin, beynəlxalq təşkilatların üstünə yıxırlar. Öz ölkələrinin zəifliklərini xarici amillə izah eləməyə meyllidirlər. İran hakimiyyəti də bu xətti tutur. İranı parçalayan bu ölkədə milli ayrı-seçkilik siyasəti yürüdən şovinist qüvvələrdir. Onlar mürtəce siyasətləri ilə əslində İranın bütövlüyü əleyhinə işləyirlər. Ona görə də başqalarını ittiham eləməyə haqları yoxdur”.Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miri hesab edir ki, İranda yaranan qarışıqlıq prezident seçkilərində edilən saxtakarlığa yönəlik etiraz dalğasının davamı kimi dəyərləndirilməlidir. Bu, liberal dəyişikliklər istəyən cəmiyyətin böyük kəsiminin mövcud reyimə qarşı üsyanıdır: “Saxta prezident seçkilərinin ən əhəmiyyətli təsiri İran cəmiyyətində sosial-psixoloji yöndə ciddi dəyişikliklər və izlərin buraxılması oldu. Bundan sonra istənilən inzibati yollarla bu etirazların qarşısını almaq mümkün olmayacaq. Zaman-zaman etirazlarda yüksəliş, yaxud eniş müşahidə oluna bilər, ancaq bütövlükdə liberal dəyişikliklər istəyən cəmiyyəti susdurmaq mümkün olmayacaq. ABŞ-ın bu prosesi müxtəlif formalarda dəstəkləməsi mümkündür. Ancaq mövcud vəziyyətdə mühafizəkar hakimiyyətin ABŞ-ın İran rejimini devirmək üçün 1.7 milyard dollar vəsait ayırması iddiası əsaslı görünmür və daha çox daxili auditoriyanın "antiAmerika" əhval-ruhiyyəsinə hesablanıb".N.Mirinin sözlərinə görə, belə bir plan mövcud olsa belə, İran rejimini ən böyük etnos olan Cənubi Azərbaycan türklərinin iştirakı olmadan devirməyin müşkül olacağını ABŞ bilməməiş deyil. Bu baxımdan azərbaycanlıların gələcəkdə bu plandan yararlanması ehtimalının olduğunu söyləmək mümkündür: “Lakin hazırda Azərbaycan türklərinin səfərbər olunması ilə bağlı heç bir işartı belə mövcud deyil. Belə bir vəziyyət olsa belə, bu, türk etnosunun regionda güclənməsinə gətirərdi. Lakin hələ ki, ABŞ indiki rejimin mövcudluğu şəraitində təhlükəsiz və sözəbaxan bir İranın varlığında maraqlıdır. Çünki İrandakı rejim regionda Türkiyənin daha da güclənməsinin qarşısında duran balanslaşdırıcı güc rolunda çıxış edir. Bu da ABŞ-ın "Avroatlantik güc mərkəzinə alternativ koalisiyaların olmaması" strategiyasına uyğundur".
musavat.
Etibar SEYİDAĞA

Güney Azərbaycan Milli Birlik Şurası İstiqlal federal söyləmilə bağlı Azərbaycan Milli Hərəkatında Durum Dəyərləndirilməsi

Azərbaycan Milli Hərəkatının həqiqi qurtluş yolundan sapma vəya sapdırılma təhlükəsinin boyutları, ölçəkləri itirilmiş cıdır meydanına çevrilmişdir. İş oraya çatmışdır ki, daxildəki bəzi fəallarımızın öz adları ilə çıxış edərək bəyaniyələr verib, milli hərəkatımızın gələcəyinin doğru yolda sürdürüləcəyini tənzimləmək istəmişlər. son zamanlar artan nisbətlərdə artan çeşitli fikirlərin meydan sulaması, millətimizin böyük əksəriyətini dərindən düşünməyə vadar etmişdir. Bu durum qarşısında, özəlliklə yeşillər hərəkatı ilə bağlı qoşulub-qoşulmama mübahisələrində, istər istəməz istiqlal-federal anlayışının çözülməsi zərurəti də ortaya çıxmışdır. Federal məfkurəsinin kökündə İrançılıq, İrançılıq məfkurəsinində kökündə farsçılıq durduğuna görə qarşı tərəfin nigarançılığı inkar edilməzdir. İran çərçivəsində aparılan rejim davasının içinə girməklə, milli hərəkatımızın təhlilə getməsi fikri, qaranlıq gələcəyin tutsağında qıfıllı qapılar arxasına girməyin başlangıcı kimi dəyərləndirilir. Milli düşüncəli insanlarımızın çabaları nəticəsində, federlaçılarçıların bir bölümü bu istəklərindən geri otursalar da çeşitli ədəbiyatla, bəzən aldatmacalarla, yollarına dəvam etmələri, insanların beynini daha da qıcıqlandırmaqdadı r. Sözdə Türk kimliyinə dayanaraq, platformalarda “ milli müqəddəratın ayrılma sərhəddinə qədər” deyilməsinə baxmıyaraq, əməldə tərs yöndə çalmaları tədirginlikləri zirvəyə çıxarmışdır. Buda eşitməli, bəlkədə gülməlidir ki, bu insanların bəzisi, hətta BMT-nin bu barədə qəbul etdiyi bəyannaməyə tərs çıxaraq”milli muqəddəratı təyin fəlsəfəsini” ancaq federalizm çərçivəsində gördüklərini bəyan etmələridir. Böyük zəhmətlərə qatlanaraq, milli hərəkatımızın bugünə çatmasında mal və canlarından əsirgəmiyənlərin fikrini, federalçı davranışların arxasında vəya beyin yarıqlarının şuur altı bölməsində yerləşən qorxunc gumanlar incitməkdədır. Bu kəsimin bir qısmı, özünü, aldığı farsçı təlim və tərbiyədən, qondarma tarix bilgisindən qurtaramadığı kimi adət etdiyi öz varlığına biganəlik batlağında quylanıb, Azərbaycanı fars siyasətinə qurban vermək təcrübəsini dənəmək aşamasında olduğu vurqulanmaqdadı r. Bəzən, məqam düşgünlüyünə düçar olaraq, Azərbaycan milli hərəkatını İranın daxili siyasətinə sürütləyib, rejim deyişikliyindən sonra yüksək məqamlara yiyələnmə düşüncəsidə fikirləşilməkdədirlər. Bu fikiri güdənlərin, İran siaysətində yer aldıqdan sonra, Azərbaycanın milli haqlarının alınmasında daha böyük imkan sahibi olacaqlarını söyliyənlərin tarixi xəta içində olduqlarıda milli fəallar tərəfindən irəli sürülməkdədir. Buda aydındır ki, İranda fars mərkəzli düşüncə sistəminə qoşulan azərbaycanlı qüvvələrin, İran alternativləri tərəfindən güclənəcəkləri inkar edilməzdir. 1 Ancaq , İranda rejim deyişikliyi, Müstəqil Azərbaycan milli hərəkatının yetəri qədər güclənməmiş durumunda bizə nə vereceyi də sual altındadır. Bütün bunların yanında, İran mərkəzli düşüncə sistəminə daxil olan azərbaycanlı qüvvələrin böyük əksəriyətinin, geçmişində, saxta Rus kominizmi təfəkkürü durduğuna görə, bugünkü gəncliyimizin onlara inamı aşağı səviyədə qalmaqdadır. Şübhə yoxdur ki, biz heç bir Azərbaycan milli fəalını vəya qurumunu qaralamaq və ya ona nadan demək fikrində deyilik. Ancaq siyasi xətaların ağır nəticələri, bəzi səmimi tanınmış federalçı şəxsiyətlərində ağzından eşidilmişdir. İstiqlal, hər bir milli düşünürün beynində olan xoşbaxtlıq rəmzi kimi qəbul edilməkdədir. Ancaq, zaman və məkan şərtlərini nəzərdə alaraq bu istəyin yerinə yetirilməsində gediləcək yol xəritəsinin mühtəvası haqlı olaraq bəzi soydaşlarımız tərəfindən sual altına girməkdədir. Federlaizmə inanaların, istər İran mərkəzli farsçı bölməsinin, istərsə də, nisbi olaraq Azərbaycan mərkəzli düşüncə sistəminə daxil olanlarının əlinə böyük bəhanə verən bu zaman və məkan fəlsəfəsinin düzgün dəyəlrəndirilməsi vacib məsələlərdəndir. Başqa ifadə ilə, bu məsələni qaldıraraq, istiqlalçıları ağılsız, savadsız, siyasətdən anlamıyan ifadələrlə təxribi, məntiq dayrəsinə sığmasa da, milli hərəkatımızın mahiyətindən xəbərsiz, siyası görüş, davranış vəv sözlərdən çox anlamıyan soydaşlarımıza mənfi təsir göstərməkdədir. Bugünkü şərtlər altında, istiqlal vəya bütövlük əleyhinə yazan, danışan, çalışan və təhrif məqsədi güdənlərin bəzi iradlarının doğruluğunda şübhə edilməsə də, hərəkatımızın motorunu söndürmə vəya heç olmasa zəyiflətmə doğrultusunda olduğu da inkar edilməzdir. Başqa sözlə milli hərəkatımızın modern, demokratik, beynalxalq qaydalara söykənərək dəvam etməsini bəyənən bütün hərəkətçilərimiz tərəfindən, ifadə edilən istiqlal yolunun buna tərs düşdüyü vurqulanmaqdadı r. Bütün bu çatışmamazlıqları göz önündə alanda, istiqlalçı- federalçı savaşının həmişəlik qarşısını almaq, daxil və xaricdə şəraitə uygun çabaların aparılması üçün “Güney Azərbaycan Milli Birlik Şurasi” əsas hədəfin “ Milli Müqəddəratın Təyini” olduğunu əsasnaməsinin birinci cümləsində və birinci bəndində elam etmişdir. Çünki legetim olan bu bəyannaməyə görə, bir millətin, müstəqil, federal vəya başqa dövlətlə birləşmə haqqı mövcutdur. Oraya çatınca, milli fəallarımızın borcu, millətimizin siyası düşüncəsi, tarix bilgisi, dil və mədəniyətimizin təlim və təqdimi, milli haqlarımızın tanıtdırılması bəyan edimişdir. Çünki millət özünə qayıdaraq oyanırsa, bütün probləmlərinin necə həll edəcəyini hamıdan yaxşı başa düşər. Bu oyanışdan sonra, millətimizin verəcəyi səsə hamının boyun əyməsi vacibliyi inkar ediləməzdir. Ancaq, bütün fikir sahiblərinin və təşkilatların da çatışmadan öz hədəflərinə çatması üçün uygun fəaliyət göstərməsi danılmaz bir demokratik haqdır. Hətta refrandom sonrası şəraitdə də bu haqqın demokratlığına şübhə yoxdur. Bu sistemin yaranması və onun fəaliyət məkanızması, Milli Şura – nı yaratmağa çalışanların təqdim etdiyi sənədlər, yol xəritəsi və təşkilati modeli, əsasnaməməzdə millətimizin huzurlarına təqdim edilmişdir.Biz poloralizmə söykənərək Azərbaycan Milli Hərəkatının modern 2 düşüncə meydanında demokratik qaydalarla irəliləməsinə dərindən inanırıq. Bunuda anlayırıq ki, tikələrə bölünmüş bir ölkənin xoşbaxtlığı, Azərbaycan Türk millətinin geçən 200 ildə çəkdiyi əzablardan qurtuluşunun ən doğru istqaməti bütövlükdür. Onun üçün də milli hərəkatımızın geniş meydanında ana dilimizi tələb edəndən- mədəni haqlara, milli müxtariyətdən-federalçısına, istiqlalçısından- bütöv Azərbaycana inanalarına qədər olan fikirlərə eyni gözlə baxmasaqda haq veririk. Yetərki, Azərbaycan Mərkəzli Düşüncə sistəmindən caymıyaraq, milli hərəkatımızı təhrifə yönəltməsinlər. Şübhə yoxdur ki, daxildə fəaliyət göstərənlərlə hərəkatımızın xaric qolunun, sözü, davranışı, şuarı, istəyi və görəvi eyni ölçəklə dartıla biməz. Daxildəkilərin, dil, mədəniyət, federal kimi düşüncələri yeritmələri, özəlliklə beynalxalq hüquq normalarına daha çox önəm vermələri daha çox qaçınılmazdır. Bütün bunlara baxmıyaraq “Güney Azərbaycan Milli Birlik Şurası” bugünkü durumda, istiqlal- federal davasını millətimizin xeyrinə görməməkdədir. Ona görə əsas hədəfimizin BMT-nin 1966-da 1541 sayılı “millətlərin öz müqəddəratını təyin etmə” bəyannaməsi çərçivəsində, refrandom üçün fəaliyət təşkil etməkdədir. Bu siyasət, platforma, məramnamə və nizamnaməmizdə, geniş surətdə təşrih olduğuna görə burada zaman almaq niyətində deyilik. Ancaq, refrandoma hazırlıq mərhələsində: 1- Azərbaycanın tarixi topraqlarında ana dilimizin rəsmi olması, 2- Azərbaycanın tarixi topraqlarında anadilimizdə azad və demokratik mətbuat, radyo və televizyon olması, 3- Azərbaycanın tarixi topraqlarında, iqtisadi inkişafın bərpası, 4- Azərbaycanın tarixi topraqlarında, BMT insan haqları bəynnaməsi gərəyi, qadın, uşaq, işçi haqlarının qorunması və bağımsız sendikaların qurulması, 5- Azərbaycanın tarixi topraqlarının xaricində yaşayan Türklər, ana yasanın 15-ci maddəsinin tətbiqi ilə anadillərinin öğrənilməsi, BMT paktları əsasında beynalxalq hüquq normları daxilindədir və yerinə yetirilməılidir. Refrandom öncəsi bu istəklərə çatmaq uğrunda milli şura platforması çərçivəsində birlikdə addımlamaq arzu ediləndir. Aydındır ki, hazırlıq mərhələsində hər kəs vəya qurumun öz təfəkkür dayrəsində fəaliyəti demokratik haq sayılmaqdadır.
Güney Azərbaycan Milli birlik Şurası Təbliqat komitəsi

Tarix: 23.12.2009

24 Aralık 2009 Perşembe

Qənirə Paşayeva, Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın, azərbaycanlıların problemləri hamımızı narahat edən məqamlardan biridir.

GÜNAZ.TV mətbuat mərkəzi,
Azərbaycanın millət vəkili Qənirə Paşayevanın "Haray" proqramına verdiyi müsahibəni olduğu kimi təqdim edir.Harayin bugünkü qonağı Azərbaycanın millət vəkili Qənirə Paşayevadır. Milli Məclisdə bir çox ölkə ilə dostluq qrupunun üzvü olan xanın Paşayeva həm də Azərbaycanın Avropa Şurası Parlament Asambleyasındakı nümayəndə heyətinin üzvüdür. Onun sözlərinə görə, İrandakı azərbaycanlıların durumu məsələsi təkcə Avropa Şurasının deyil, bütün dünyanın gündəminə çıraxılmalıdır. Pənirə Paşayeva ilə müsahibəni sizə təqdim edirik.

Sual: Avropa Şurasında İranda yaşayan azərbaycanlıların hüquqları ilə bağlı məsələ qaldırılırmı, onların hüquqlarının indiki vəziyyətinə sizin baxışınız necədir?
Cavab: İranda, Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın, azərbaycanlıların problemləri hamımızı narahat edən məqamlardan biridir. Baxmayaraq ki, 30 milyon azərbaycanlı bu gün İranda, əsasən cənubi Azərbaycanda və İranın digər bölgələrində yaşayırlar, amma çox təəssüf ki, onların ana dilində məktəbləri yoxdur. Bu, ümumiyyətlə dünyada absurt bir hadisədir ki, 30 milyona yaxın insanın oxuması üçün məktəbi, universiteti olmasın, mətbuatı olmasın. Bu bir millətə qarşı edilən ən böyük haqsızlıqlardan biridir. Hamımız bilirik ki, bu assimilyasiya siyasətinin bir tərkib hissəsidir. O baxımdan da bunu çeşitli platformalarda qaldırırıq. Söhbət təkcə Avropa Şurasından getmir. Hesab edirəm ki, bu problemi ümumiyyətlə dünyanın gündəminə çıxartmaq lazımdır.

Sual: Təbii ki, başa düşüləndir ki, dövlətləri təmsil edən deputatlar İranda yaşayan insanların hüquqları ilə bağlı məsələ qaldıranda bu onların dövlətlərinə qarşı İran tərəfindən müəyyən təhdidlərə səbəb olur. Amma Avropa Şurası Parlament Assambleyasında müxtəlif deputat qrupları var. Siz də bir deputat qrupunun üzvüsünüz. Bu deputat qrupları səviyyəsində İranda yaşayan azərbaycanlıların hüquqları ilə bağlı – mədəni hüquqları ilə bağlı məsələlərin qaldırılması mümkündürmü?
Cavab: Biz öz çıxışlarımızda bu məsələni qaldırmışıq. Amma İran Avropa Şurasının üzvü olmadığına görə, çox təəssüf ki, Avropa Şurası öz məkanından kənarda baş verən hadisələrlə bağlı o qədər da yaxından fəaliyyət göstərmək istəmir. Ona görə də, bu məsələ davamlı gündəmdə olmalıdır, beynəlxalq təşkilatlarla işin səviyyəsi də artmalıdır. Həm BMT, həm İslam Konfransı təşkilatı olsun, bütün beynəlxalq təşkilatlara müraciət etmək lazımdır ki, İranda bu qədər azərbaycanlı öz hüquqlarını əldə edə bilmir.

Sual: Hazırda İranda çoxsaylı insan öz mədəni hüquqları uğrunda mübarizə apardığına görə həbsdədir. Azərbaycan deputat qrupu onların azadlığa çıxması ilə bağlı Avropa Şurasına müraciət etmək fikrindədirmi?
Cavab: Təbii ki, bu məsələnin həm Avropa Şurasına daxil olan deputatların diqqətinə çatdırılması, komitələrdə diqqətə çatdırılması məsələsi – biz bunu demək olar ki edirik. İrandakı azərbaycanlılarla bağlı məsələləri daim gündəmdə tuturuq. Xüsusilə də həmkarlarımızla söhbətlərdə onlara geniş məlumatlar verməyə çalışırıq. Bu məsələ daha effektli onda olardı ki, bizim İranda yaşayan mədəni hüquqları taptalanan soydaşlarımızın hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatlar, onların özləri birbaşa Avropa Şurasının millət vəkillərinə, komitələrinə, rəhbərliyinə müraciət etsinlər

23 Aralık 2009 Çarşamba

21 Azer-12 Aralık 2009 Güney Azerbaycan milli faallerinin Amsterdam Dialoq Toplantısı

Güney Azərbaycanda 1945-46-ci il Milli hökümətin 64-ci il dönümü munasibətilə Güney Azərbaycan milli hərəkatının xaricdə olan təşkilat və fəalları işbirliyi və dialoq amacı ilə Hollondiyanın Amesterdam şəhərində bir araya gəldilər. Dünyanın dörd bir guşəsindən gələn, 263 nəfərin iştirakı ilə keçirilən Konfrans 12 Dekabr 2009-ci il tarixində Amesterdam Kollecinin binasinda saat 10.00-da öz işinə başladı.(Ünvan: Junior Gollege West. Schipluidenlaan 12. 1062 HE Amsterdam , Nederland)Günün birinci yarısında toplantı iştirakçıları Güney Azərbaycan Milli hərəkatında aktiv olan təşkilat və quvvələri necə, hansı platforma əsasında iş birliyinə cəlb etməyə nail ola bilmələri mövzusunda təkliflər irəli sürüldü.Günün ikinci hissəsində iştirakçılar birliyə mane olan məsələ və problemləri dialoq yolu ilə həll etməyi qərara aldılar.Daha sonra qarşıya qoyulan məsəllərin həlli məqsədi ilə 20 nəfərdən ibarət Divan üzvü və Koordinasiya Şurası seçildi. Təşkilat nümayəndələri, iştirakçılar və o cümlədən prof. G. Səbri Təbrizi, Maşallah Rəzmi, Əhməd Obalı, Mahmud Bilgin, Məhəmməd Azadgər , Siddiqə Ədaləti, Hidayət Sultanzadə, və digər soydaşlarımız 21 Azər hərəkatı və günümüzdəki milli hərəkatın durumu haqda öz fikirlərini iştirakçılarla birlikdə müzakirə etdilər.Sonunda Hollandiya Icra heyyəti tərəfindən hazırlanmış gözəl musiqi konserti keçirildi. Xatirladaq ki, son musiqi ifası Güney Azərbaycanın taninmış ozanı Araz Elsəs tərəfindən səsləndirildi və tədbir iştirakçılarının böyük marağına səbəb oldu. Amsterdam Konfrasının davamı 13-14 dekabr 2009-ci il tarixində də davam etmişdir.Konfransda aşağıdakı 12 maddədən ibarət fəaliyyət proqramı qəbul edilmişdir.21 Azər, Güney Azərbaycan milli hərəkatının lideri Seyid Cəfər Pişəvərinin öz millətinə güvənərək, tarix yaratdığı doğma milli bir günüdür. Bu tarixi gün münasibəti ilə vətənimizin qurtuluşu ilə bağlı qərara gəlmək, milli birlik nümunəsi göstərmək heç də təsadüfi deyildir.Milli hərəkatın geniş miqyaslı olduğunu qəbul edən 21 Azər Amsterdam Dialoq Konfransı bütün fərqli görüşləri nəzərə alaraq, aşağıdakı maddələri ortaq prinsiplər olaraq qəbul edir:1. Toplantı, Güney Azərbaycan türk millətinin milli azadlığı yolunda mübarizədə bu günkü fars rasizmini təmsil edən İran İslam Cümhuriyətini əsas maneə kimi görür. Çünkü bu rejim hər növ demokratik dəyişikliyə qarşıdır.2. Azərbaycan Milli Azadlıq Hərəkatının amalı Güney Azərbaycanda milli – demokratik dövlət qurmaqdır. Ayrıca, Güney Azərbayanın hüdudları xaricində yaşayan digər türk xalqlarının milli haqlarını da qorumaq lazımdır. Azərbaycan Milli Hərəkatı öz müqəddəratını təyin etməkdə son söz sahibi olmalıdır.3. Azərbaycan Milli Hərəkatı sekular dövlət qurulmasının tərəfdarıdır və bu yolda mübarizə aparır.4. Türk dili (Azərbaycan türkçəsi) rəsmi dövlət dili olmalıdır. Bütün ölkədə yaşayan türklər üçün türk dilli media şəbəkələri qurulmalıdır. Azərbaycanın elmi, texniki və iqtisadi inkişafı təmin edilməlı, millətimizin yaşayış səviyəsi dünyanın inkişaf etmiş millətləri səviyəsinə yüksəlməlidir.5. Azərbaycan Milli Hərəkatı bütün sahələrdə qadın- kişi hüquq bərabər yolunda mübarizə aparır.6. Din, məzhəb, məslək, inanc, söz, mətbuat, sendikalar, siyasi partiyalar, geyim və yaşam tərzi kimi, bütün mədəni azadlıqlar qeydsiz-şərtsiz təmin edilməlidir.7. Azərbaycan Milli Hərəkatı edama və hər növ işgəncəyə qəti şəkildə qarşıdır.8. Milli Hərəkat Aria rasizm sisteminin təmsilçisi olan İran İslam Cümhuriyətinənin Azərbaycanda demoqrafik yapını dəyişdirmə siyasətinə qarşı çıxır və bu rejimə qarşı milli zülm altında yaşayan digər millətlərlə işbirliyi aparmalıdır.9. Yuxarıda qeyd edilən hədəflərə çatmaq üçün xaricdə fəaliyət göstərən azərbaycanlı qüvvələr, daxildə gedən milli mübarizəni diqqətlə təqib etməli və ona uluslar arası insan haqları mərkəzlərindən dəstək qazanmalı, Azərbaycana qarşı informasiya blokadasını qırmalı və bütün dünyada Azərbaycanın milli mənafeyi üçün lobbiçilik fəaliyətlərini təşkilatlandırmalıdır.10. Güney Azərbaycan Milli Hərəkəti müstəqil, demokratik və moderndir.11. Güney Azərbayan Milli Hərəkatı Dünya İnsan Haqları Bəyannaməsinin və ona bağlı konvensiyaların Azərbaycanda həyata keçirilməsi üçün mübarizə aparır.12. Amsterdam Dialoq Konfransı yuxarıdakı prinsiplərə dayanaraq Güney Azərbaycan Milli Hərəkatında fəaliyyət göstərən bütün təşkilatlar və şəxsləri davamlı işbirliyinin qurulmasına çağırır.Yaşasın AzərbaycanYaşasın Milli BirliyimizAmsterdam 21 Azər (12 Dekabr 2009)

Amesterdam Dialoq Toplantısının Qadınlar haqqında bildirişi

1945-ci ildə Güney Azərbaycan Milli Hüküməti qurulanda, birinci dəfə olaraq qadınlarımız kişilərlə bərabər huquqa sahib olmuşlar və böyük məqamlara əl çatıb, siyasi mübarizədə öz təşkilatları ilə iştirak etmishlər. Təəssüf ki xarici ölkələrin yardımı və fars faşizminin hücumilə Azərbaycan Milli Hüküməti bir ildən artıq dəvam gətirmədi və əldə edilən bütün milli nailiyyətlər aradan qaldırıldı. Pəhləvi rejiminin hakimiyyət illərində Azərbaycan Türk qadını daha da öz sosial yerini itirdi.Faşist İslam rejiminin qurulmasilə qadın haqqları daha artıq aradan aparıldı. Bir sıra orta əsrin irticai qanunları qadınların yaşamına kölgə saldı. Ancaq , buna baxmayaraq Güney Azərbaycan türk qadını ayaqdan düşməyib, həbsdən və ölümdən qorxmayır və bugünki özgürlük mübarizəsində şirket edir.Mərkəzi pan-iranist rejimin tərəfindən milli zülmə məruz qalan qadınların aynı zamanda patrialkal zülmlərdən de qurtulmaları gərəkir.Gənəl olaraq İran İslam cümhuriyyətinin anayasasında açıqcasına cinsi apartayda rəsmiyyət və qanuniyyət verilir. Cinsi apartayd və qadınların təhqir edilməsi İran İslam cumhuriyyetinin dünya görüşünün təməlidir. Bununla birlikdə Türk qadınları milli kimliklərinə görə iki qat daha artıq zülmə və şiddətə məruz qalıb və toplumda 4-cü derece vətəndaş hesab olurlar.
Amesterdam Dialog Toplantısı Aşağıdakı Prənsiplərə Dayanmaqdadır:
- Qadınların əleyhinə olan bütün yazılı və şəfahi qanunların qaldırılması gərəkir. Bu qanunlar toplumun bütün sahələrində öz əkslərini tapmalılar.- Qadın-kişi bərabərliyi toplumun bütün sahələrində qanuniləşməlidir.- Azərbaycan türk qadınları öz müsteqil təşkilatlarını qurmaq haqqına malik olmalılar.-Azerbaycan türk qadınlarının toplumun bütün sahələrində aktiv və qərar verici bir şəkildə qatılmaları dəstəklənməlidir.- Azərbaycan türk qadınlarının öz milli kimliklərini qoruyaraq yurd içi və yurd dışı təşkilatlarla iş birliyi etmələri dəstəklənməlidir.- Yurd içində və uluslararası sahədə Azərbaycanlı türk ictimai-siyasi fəal, sənətçi, yazar vb.qadınlar tanıtılmalı, məruz qaldıqları eşitsizliklər ifşa olunmalıdır.
Yaşasın Azərabaycan!Yaşasın Azərbaycan türk qadınları.
Amsterdam21 Azər 1388/12 dekabr 2009/

Babək Azəri hüquqçu, Milli Azadlıq Hərəkatımızda düşüncə tərzi əsasdır, yaş yox!

Doktor Ziya Sədr-ül-Əşrafinin Günaz Tv - dəki son çıxışı ilə bağlı bəzi mülahizələr

Biz diqqət etsək görərik ki, hər bir xalqın mədəni normalarında ümumi halda yaşlı adamlara xüsusi sayğı var. Alimlərin nəzərinə görə, yaşlı adamların həyat təcrübəsinin artıq olması səbəb olur toplumda məlumat baxımdan üstün sayılalar. Elə buna görə, ağsaqqallarla məşvərət etmə və onların məsləhətinə əhəmiyyət vermə yaxşı bir hal sayılır. Amma bildiyiniz kimi, hal - hazırda əlaqə texnikası çox tərəqqi tapıb və bir fərd az yaşda da çox məlumata malik ola bilir. Ümumi halda bir ziyalı üçün 3 əsas xüsusiyyət vacibdir:
1.Təxəssüs
Məlumatın çox olmağı tələb edir ki, insan bir müəyyən zəmində təxəssüs tapsın.
2.Qlobal səviyyədə iş birliyi.
Hal - hazırda Qərb ölkələrində müxtəlif mövzularla bağlı, xüsusən, iqtisadiyyat, siayasət və təlim - tərbiyə ilə əlaqədar müəyyən araşdırma mərkəzləri var. Və bu araşdırma mərkəzləri qlobal səviyyədə bir - birləri ilə əməkdaşlıq aparıb, müəyyən layihələri həyata keçirmək üçün müştərək fəaliyyət göstərirlər.
3.Bir neçə dil bilmə
Hal - hazırda üstə qeyd etdiyim kimi, iqtisadi, siayasi və elmi araşdırmalar qlobal səviyyədə həyata keçir, elə buna görə də, müasir mənada ziyalı olmaq tələb edir bir ziyalı bir neçə dili bilsin.
Amma yaşlı adamlarla bağlı bir insani cəhətdə var. Onlar yaşadığı toplumda ömrüboyu zəhmət çəkib və qocalıq səbəb olub cismi baxımdan zəifləsinlər. Bu bir gerçək haldı ki, hamını gözləyir. Elə buna görə, yaşlı adamların çəkdiyi zəhmətə dəyər verib və onların rahatlığına üstünlük verməliyik. Amma çox diqqətli olmalıyıq ki, bu insani cəhət səbəb olmaya ki, yaşlı adamların hər sözün onların yaşlı olduqları üçün mütləq həqiqət sayıb və ona əməl etməyi özümüzə əxlaqi borc bilək. Məsələyə bu cür yanaşmaq feodal baxışdır və öz yerində milli hərəkatımıza çoxlu ciddi zərbələr vura bilər. Məsələyə digər bir yöndən də yanaşmaq istəyirəm. Bizim cəmiyyətə böyüyə, yaşlıya, ağsaqqala hörmət, ehtiram atalar sözlərimizdə də özünə yer tapıb və elə atalarımızın sözü ilə bizi tərbiyə edib, beynimizə yeridiblər ki:"Böyük danışanda kiçik ağzına su alar!" Yəni, böyük danışan yerdə, kiçik susar. Bu, o baxımdan işlənir ki, böyüklər bütün həqiqətləri bilirlər və heç zaman onlar çaşmırlar. Belə olan bir halda balacaya da ehtiyac olmur ki, böyüyün sözünün qabağında söz desin və ya, o, danışandan sonra onun səhvini düzəltsin. Bu fikir bizdə özünə o qədər yer tapıb ki, böyüklər olan yerdə az qala düşünməyi özümüzə əziyyət bilmişik. Elə isə mən sual edirəm: Əgər böyüklər hər şeyi bilirsə, bəs onda niyə bu qədər səhvlərimiz olur? Bu sualımla heç də elə çıxmasın ki, cəmiyyətdə yaşlılara ehtiramın əksinə gedirəm. Mən heç zaman belə bir fikirdə olmamışam. Amma söhbət siyasətdən gedəndə və əsasən də Milli Hərəkatımızla bağlı olanda, gərək hər bir kəsimiz, böyüyümüz də, balacamız da düşünə və öz düşüncəsini ortalığa qoymaqdan çəkinməyə. Həm də sözümə əlavə edirəm ki, heç nəyə dini ehkam şəklində yanaşmaq olmaz. Bütün bu izahımdan sonra keçirəm sözümün canına. Əgər hörmətli ağsaqqalımız Ziya Sədr-ül-Əşrafi
Günaz Tv - də 2009 - cu il 17 dekabrdakı çıxışına diqqət etsəniz, görərsiniz ki, o, Amısterdamdakı Dialoq Konfransına belə münasibət bildirir: "Bu toplumdan bizim əsas məqsədimiz bir təşkilat yaratmaq və o, təşkilatın təmsilçisi kimi müxtəlif yerlərə müraciət etməkdir. Bu təşəkkül də İran azərbaycanlılarının təşəkkülüdür. Burda gərək hər bir xətdən ola, yəni fərqli fikirlər ola. İranın vəliyi - fəqih rejimini əsas düşmən sayır və onu aradan qaldırmaq üçün demokrat farslar, kürdlər və s. gərək birləşək. Necə ki, bu işi məşrutə inqilabında əl - ələ verib, istibdadı həmişəlik soxduq gora. " ( Onun fikrinin məzmununu yazdım, yaxşı olar siz özünüz də ona diqqətlə qulaq asasınız. )
Bu yerdə özümə borc bilirəm, hörmətli ağsaqqalımızın çıxışı ilə bağlı bəzi mülahizələrimi sizə çatdırım.
1. Bu çox yanlış bir fikirdir ki, biz təsəvvür edək, məşrutə inqilabında kürd və fars demokratları ilə birləşib, istibdadı həmişəlik gora tapşırmışıq. Tarix ona görə əhəmiyyətlidir ki, biz ondan dərs alıb və mübarizəmizdə ondan faydalanırıq. Elə bu səbəbə görə, çox əhəmiyyəti var tarixlə bağlı yanlış məlumat verməyək. Məşrutə inqilabının nəticəsi türk sülaləsinin İranda yıxılması və 80 ildən artıq irqçi farsların İrana hakim olmağı ilə nəticələndi. Mənə çox gülünc gəlir ki, nə əsasla hörmətli ağsaqqal deyir ki, biz fars və kürd demokratları ilə birləşdik, istibdadı həmişəlik gora tapşırdıq. Mənim fikrimcə, doktor Ziya Sədr-ül-Əşrafi
bu sözlərlə istəyir azərbaycanlıları qane edə ki, qeydi - şərtsiz İranda olan yaşıl hərəkatın quyruğu olalar. O, İranda 10 - cu dövr prezident seçkilərindən sonra İranda baş verən etiraz aksiyalarında azərbaycanlıların aktiv surətdə iştirak etmələrin tələb edirdi. Hətta iş o yerə yetmişdi ki, bu etiraz aksiyalarında iştirak etməyənləri təhqiredici formada Şaban bimox ( Şaban bimox -- yəni, ağılsız Şaban deməkdir, o pəhləvi rejiminin tərəfdarı olub və çoxlu cinayətlər törətmişdi) adlandırırdı.
Mən hörmətli ağsaqqalımıza deməliyəm, necə ki, məşrutə inqilabında istibdadın yerinə, türk hakimiyyəti gora getdi, əgər indi də milli mənfəətlərimizi tanımasaq, onun - bunun quyruğu olsaq, vəliyi - fəqih rejimin yerinə, Milli Azadlıq Hərəkatımızın məğlubiyyətinə səbəb olarıq. Bizim əsas problemimiz İranda irqçi fars dövlətçiliyidir. Bizə Rza Pəhləvi, Mirhüseyn Musəvi, Əhməhnejad, Haşimiyi Rəfsəncani və Əliyi Xameneinin elə ciddi fərqləri yoxdur, hamısı da hakimiyyətdə və ya müxalifətdə fars iqrçiliyin siyasi təmsilçiləri kimi tanınırlar.
2. Doktor Ziya təkid edir azərbaycanlıların toplumunda hər bir xəttə, yəni gərək fərqli fikirlərə yer verilə. Adama gülünc gələn budur ki, bu fikirdən sonra, o, özü konkret, müəyyən xətlər qoyur. Misal üçün, təkid edir ki, bu təşəkkul gərək İran Azərbaycanlılarının adın daşıya. Əlbəttə, burda xatırlamalıyam ki, Milli Azadlıq Hərəkatının fəalları "Güney Azərbaycan" kəlməsin işlətməklə onun bir geniş coğrafi ərazi olduğun və bu coğrafiyada Azərbaycan millətinin yaşadığın dünyaya göstərmək istəyirlər. Amma "İranda yaşayan azərbaycanlılar" kəlməsi istər - istəməz bizi kiçildir və bizi İranda olan ermənilər kimi balaca bir qrup şəklində təqdim edir.
3. Çox təəssüf, doktor Ziya Günaz Tv - dəki son çıxışında da kəlmə seçimində diqqətli olmamışıdr və bəzi yurddaşlarımızla bağlı təhqiredici ifadələr işlətmişdir. Onun fikrinə görə, bəzi yurddaşlarımız gəlib, hay - küy salıb, cələsəni yanlış istiqamətə yönəltməklə vaxtı tələf ediblər. Elə bu səbəbə görə, o, təkilf verir, azərbaycanlıların hər hansı qlobal səviyyədə tədbiri keçirliməmişdən əvvəl, bir heyət yarana və hamı yazılı şəkildə fikrini o heyətə göndərə. Mənim fikrimə görə, bu o mənadadır ki,doktor Ziya fikir edir, bu vasitə ilə çıxışlara nəzarət oluna, vaxtın tələf olması, hay - küy salma və yanlış cəhətə getməyin qabağı alına. Bunun mənası odur ki, deyilən sözlər əvvəlcədən filtirdən keçirilə. Əsas sual bundan ibarətdir, o heyəti kim təyin edəcək, o heyətə kim səlahiyyət verir ki, azərbaycanlılarla bağlı qəyyum rolun oynaya. Bu nə deməkdir? Bu bir növ İranın Mədəniyyət və İslami İrşad Nazirliyinə oxşayan orqanı Milli Azadlıq Hərəkatımızda yaratmaq deyil? Ən gülüncü budur ki, o, öz çıxışında toplumların demokrat olmaları üstündə də təkid edir. Bu poradoksal hal ancaq bizim Milli Hərəkatımıza zərər yetirər.
4. Doktor Ziya Sədr-ül-Əşrafi fars və kürdlərin demokratlarına və İran kəlməsinə nə qədər öz təmayülün göstərsə də, bir o qədər Şimali Azərbaycana antipatiyasın nişan verir. O, öz çıxışında Qarabağ problemin Güney Azərbaycan mövzusuna aid olmadığını söyləyir. Onun fikrinə görə, Güney Azərbaycanlılar Amısterdamda toplanıb Güney Azərbaycanla bağlı təşkilat yaratmaq istəyirlər. Elə buna görə, Qarabağ probleminin bu mövzu ilə əlaqəsi yoxdur. Əlbəttə, bildiyiniz kimi, Amısterdam toplantısında Qarabağla bağlı bəyənat verilib. Əgər diqqət eləsəniz, görərsiniz ki, əksəriyyətin rəyi ilə təsdiq olunmuş bəyənata doktor Ziyanın sayğısı yoxdur. Mən bu hörmətli ağsaqqalımıza xatırlatmalıyam, bu sizin şəxsi fikrinizdir. Mənim fikrimcə, Güney Azərbaycan təşkilatlarının ən əsas problemlərindən biri Qarabağ sayılır.
5.Mən üstə qeyd etdiyim kimi, hal - hazırda ziyalıların arasında qlobal səviyyədə iş birliyi keçir. Elə buna görə, bir ziyalının bir neçə dil bilməsi çox əhəmiyyət daşıyır. Bu faktı nəzərə alaraq, mən başa düşmürəm, doktor Ziya nə üçün bəzi kəlmələrə dəhşətli dərəcədə antipatiya göstərir. Misal üçün, o toplantıda qadınlarla bağlı işlənən "qadın" kəlməsinin dilə gətirilməməsini tapşırıb, bunu böyük xəta sayır. Onun yerinə "xanım" kəlməsini işlətməyi məsləhət bilir. Xatirlatmaq istəyirəm ki, bütün dillərdə olduğu kimi, bizim dilimizin də özünəməxsus incəliyi var. Dilimizə hörmət edən insanlar kimi borcluyuq sözlərin incəliyin öyrənib, onu öz yerində işlədək. Söhbət "qadın" kəlməsindən gedirsə, bilməliyik ki, "qadın" cinsiyyət bildirir, "xanım" sözü isə müraciət formasıdır. Necə ki, başqa dillərdə olan müraciət forması kimi, "miss","madam", "bəyan", "fru və s. Bundan əlavə, kiçik bir məsələni böyüdüb problemə çevirmək lazım deyil. Yazıda hər hansı bir kəlmə yerinə düşməzsə və ya fikir dolaşıqlığı yaradarsa, sözün mənası oxucuya çatmazsa, bu zaman yazının altında balaca bir izahat yetər ki, məsələyə aydınlıq gəlsin. Şifahi çıxışda isə "yəni" kəlməsi deyib, yarım cümlə ilə dinləyiciyə çatmayan sözün qarışığın səsləndirmək olar.
İstəkli yuddaşlar, Ziya Sədr-ül-Əşrafinin Günaz Tv - də 10 dəqiqəlik çıxışı ilə bağlı çoxlu yanlış məqamlar var. Mən onların hamısına toxunsam, bir kitablıq söhbət olar. Mənim fikrimcə, bir neçə yanlış məqama işarə yetər ki, onun Milli Azadlıq Hərəkatımızda harada olduğunu və bu hərəkatın təməlini nə dərəcədə dərk etdiyini müəyyən edək. Bizim Milli Azadlıq Hərəkatımızda əsas olan düşüncə tərzi və fərdi qabiliyyətlərdir, nəinki yaşın çoxluğu.
Unutmayaq ki, insan danışdığı sözdə və etdiyi əməldə öz boyun nişan verir. Kimi isə o boydan yüksəyə qaldırmaq, sonrakı hadisələrdə peşmançılığa səbəb ola bilər və bizi məcbur edər, onu yenidən öz yerinə yendirək. Bu iş bir növ ifrat - təfrit sayılır və bizim enerjimizi boş yerə hədərə verib, bununla da Milli Azadlıq Hərəkatımıza ciddi zərbələr vura bilər. Bunlardan əlavə, bu iş nə insani baxımdan, nə də məntiq üsullarına uyğundur. Hər bir yaşlı insana kimliyindən asılı olmayaraq, sayğımız olmalıdır və bu sayğını da qoruyub saxlamalıyıq. Eyni zamanda qarşımızdakı böyük də öz yerinə sayğı göstərməlidir.
Stokholm, 21 dekabr, 2009 - cu il.

9 Aralık 2009 Çarşamba

Əjdər Tağızadə, "Güneydə istiqlal olmayınca milləti sümürəcəklər"

"Ayətullah Xamneyi ilə Mirhüseyn Musəvi ikisi də Xamnə kəndindəndi və ikisi də Azərbaycan türküdür. Amma bunlar hər şeyi düşünür, təkcə türkü və Azərbaycanı düşünmürlər"
“Xamneyi prezident olanda Mirhüseyn Musəvi baş nazir idi. Və eyni zamanda həmin illərdə 1980-ci illərin başlanğıcında ikisi də əl-ələ verib 10 minlərlə insanı qırğına veriblər...”
Güneyli soydaşlarımızın istiqlal mücadiləsi tarixin bütün dövrlərində müşahidə edilib. Bu mücadilənin bəzən qalibiyyət, bəzən məğlubiyyətlə nəticələnməsinə baxmayaraq, onun Azərbaycan türkünün şüurunda dərin izlər buraxdığı şəksizdir. Amma təəssüfləndirici hallar var. Dünya Azərbaycanlıları Konqresi (DAK) Daimi Şurasının sədri Əjdər Tağızadə bizimlə müsahibəsində Avropa ölkələrində yaşayan soydaşlarımızın bəzən öz milli kimliklərindən uzaqlaşdıqlarını və Azərbaycanın bütövləşməsi ideyasını sanki unutduqlarını təəssüflə qeyd etdi. Eyni zamanda DAK-ın fəaliyyətinə də toxundu.
- DAK siyasi təşkilat deyil. Burada çeşidli fikirlərə malik şəxslər də var. Dünyanın dörd bir yanında fəaliyyət göstərirlər. İstər mədəni, istər ictimai fəaliyyət. Yeri gəldikcə Qarabağ məsələsini beynəlxalq ictimaiyyətdə qaldırmaq bizim əsas işlərimizdən biridir. Şəxsən mənim fikrimcə, Güney məsələsi türk dünyasının ən əsas məsələsidir. Zaman-zaman söylənilib ki, Azərbaycan türk dünyasının altun körpüsüdür. Burada körpünün ancaq bir tərəfindən söhbət getmir, Bütöv Azərbaycandan söhbət gedir. Doğrudur, Azərbaycanın quzeyində cümhuriyyət yaranıb, ancaq 35 milyondan artıq azərbaycanlı Güneydə, İran adlanan dövlətdə yaşayır. Və heç bir hüquqa da malik deyil. Hətta Tehran rejimi də iddia edə bilməz ki, Azərbaycanın güneyində insanlar ictimai-mədəni və siyasi hüquqlara malikdirlər. İran adlanan dövlətdə başqa xalqlar da hüquqlara malik deyillər. Əgər malik olsaydılar, Bəlucistanda rejim hər ayda, hər həftədə bəlucları tutub asır, bir ay əvvəl 12 nəfər bir gündə asıldı. Ötən həftə bir partlayış törətdilər, 60 nəfər həlak oldu və Tehran rejiminin yüksəkçinli generallarını da öldürdülər. Yaxud Xuzistanda - İran Ərəbistanında görürsünüz ki, silahlı mücadilə gedir. Amma kənardan Tehran rejimi özünü elə göstərir, guya hər şey qaydasındadır. Əgər qaydasındaydısa, baş prokuror çıxıb deməzdi ki, "təkcə Tehranda 600 min qız-qadın özünü satışa çıxarıb". Əgər özünü islam dininin mərkəzi elan etmiş bir ölkədə, bir şəhərdə 600 min insan özünü satışa qoyursa, bu, rejimin çürüklüyüdü. İranda 24 faiz işsizlikdi. Ac-yalavaclıqdır. Amma danışanda deyirlər, İranda aclıq yoxdu. Bu, televiziyalarda belə deyilir və ona söykənirlər ki, informasiya qıtlığı var, baş verənlərdən onsuz da heç kəs xəbər tutmayacaq. Son aylarda bilirsiniz ki, İranda prezident seçkiləri keçirildi və bununla da qovğalar başladı. Tehran rejiminin daxilində gedən çəkişmələr əlavə, Azərbaycana qarşı da davamlı siyasət aparılır. Güneydə 3 il bundan qabaq may hərəkatında həbs edilənlər və zaminə buraxılanların hələ də məhkəmələri gedir. Ərdəbildən, Urmiyədən, Təbrizdən soydaşlarımız hələ də zindanlardadır. Görürsən ki, hakimiyyət uğrunda dava aparıb biri-birini yeyənlər evlərinin xəlvət guşəsində Azərbaycan davasını da aparırlar. İşgəncə də davam edir, hüquqlar da pozulur. İranın daxildəki və xaricdəki müxalifət qüvvələri də indi birləşməyə başlayıb. Bu günlərdə Kölndə bir toplantı keçirilib. O toplantıdakı çıxışlara baxanda görürsən ki, xarici ölkələrdə yaşayan müxalifət nümayəndələri daxildəki müxalifət qüvvələri ilə birgə hərəkət edirlər. Bunun mahiyyəti, baxanda, bütün səyləri ona yönəlib ki, İran adlanan dövlətin bütövlüyü qorunsun. Yəni əstəğfürullah, bu, sanki Quran ayəsidir, İran bölünə bilməz. O boyda Yuqoslaviya bölündü, nə oldu?! O insanlar, o xalqlar bədbəxt oldular? Yox, hamısı bu gün xoşbəxt yaşayır. İllik gəliri 300-400 dollar olanların indi illik gəliri 15-20 min dollardı. Azad yaşayırlar və dünyaya inteqrasiya olunublar. Amma istər daxildəkilər, istərsə də xaricdəkilər hər nəyin bahasına olursa-olsun İranın bütövlüyünü saxlamağa çalışır. Bu, bir xülyadır, uşaqlıqda onlara belə deyiblər, belə öyrədiblər, başlarında belə qalıb ki, xalqlar əzilsələr də qoy əzilsinlər, insanların hüquqları pozulsun, ancaq hamısı İrana bağlı olsun, İran da hər hansı adla - ya islam, ya şahlıq adıyla. Nə olur-olsun, İranın bütövlüyünü saxlasınlar. Son 90 ilin içində, istər Pəhləvi sülaləsindən olan iki padşah, istər Xomeyni, istərsə də ondan sonrakı Xamneyi rejimi bütün xalqları hər zaman basqı altında saxlayıblar və başını qaldıranı məhv ediblər. Dilini kəsiblər, kitablarını əllərindən alıblar, bütün hüquqlarını da əllərindən alıblar. İran adlanan yerdə olan məşrutə hərəkatı sayəsindəki Konstitusiyada hüquqlar var idi, həm Pəhləvi sülaləsi onu tam pozdu, həm də hazırkı rejim onu ümmət halına gətirdi. Yəni bir nəfər oturacaq başda, o hər nə desə, odur. Deməli, dünyanın bugünkü günündə baş molla nə deyirsə, o cür də olmalıdır. Ayətullah Xamneyi ilə Mirhüseyn Musəvi ikisi də Xamnə kəndindəndi və ikisi də Azərbaycan türküdür. Amma bunlar hər şeyi düşünür, təkcə türkü və Azərbaycanı düşünmürlər. Gör nə qədər bunlar özlərindən və mənliklərindən uzaqlaşıblar?! Stalinlə bunların nə fərqi var?...

DAK 21 Azer ile ilgili komfirans kecirdi “İran adlanan yer daglir”

Əlyar Səfərli: “Pişəvəri yeni partizan müharibəsi başlamaq üçün Gəncə və Şəkidəki fədailərlə görüşmək niyyətindəydi. Ona görə də onu avtomobil qəzasına salıb öldürdülər”
Qüdrət Həsənquliyev: “Bu gün Avropa və Amerika ictimaiyyətinə Güney Azərbaycan problemini çatdırmağa çalışmalıyıq”
Baba Tağıyev: “Azərbaycan türklərinin böyük əksəriyyəti öz azadlığını, istiqlalını istəyir”
Fazil Qəzənfəroğlu: “21 Azər tarixi müstəqillik günü kimi Azərbaycan Konstitusiyasında təsbit olunmalıdır”

Yazının devamı:

Güney Azərbaycan Milli Birlik Şurasının, 21 Azər il dönümü ilə bağlı münasibəti

1324-ün Azər ayının 21-də (1945) Güney Azərbaycanda formalaşan milli hökümətimizin yüksəlişini alqışla qarşılarkən, düz bir il sonra həmin gün Pəhləvi rejiminin fars ırqçılığına dayanan siayətləri nəticəsində vəhşicəsinə qanına boğulmasını kədərlə anmaqdayıq.

Bir illik milli hökümətimizin bütün çətinliklərə baxmıyaraq böyük başarıları bütün əzilən xalqlara nəcat yolunu göstərdiyi kimi azərbaycanlılarında tarixində önəmli rol oynamışdır. 30 min şəhid, 100 min didərgin, bir o qədərdə sürgünlə nəticələnən Tehran rasistlərinin atalarımıza etdiyi o zülmlər və yurdumuza qıydıqları fəlakətləri unutmaöın mümkün olmadığı kimi yenidən dirçəlib, bütün milli haqlarımızı almaq üçün mübrizəmizində dəvam etməsi danılmaz bir həqiqətdir.

Bugün, çağdaş “ Azərbaycan Milli Hərəkatı” o təcrübələrdən böyük dərs alaraq Türk mehvərli Azərbaycançılıq məfkürəsi ətrafında birələşərək, fars hakimiyətinin canına vəlvələ saldığı bütün dünyaya aydındır. Bu durumda, İstər azərbaycanlıların qatili Əhəmədinəjadın Təbrizdəki “ Azərbaycanın Şiəçiliyin mərkəzi aldatmacaları” istərsə də fars ırqçəlarının başqa qanatlarının çeşitli siyası ədəbiyatla, sözdə “ İranda demokrasi” şuarları altında gizlənən şovinist düşüncəlilərinin “yeşillərə qoşulma çağırışı” nın təsirsiz olduğu, bu iddeanın əyani sübutudur.

Artıq milli hərəkatımız öz müstəqilliyini qoruyaraq, heç bir xarici quvvəyə söykənmədən, heç bir başabaş təşkilata qoşulmadan tarixi topraqlarında apardığı düzgün fəaliyəti ilə öz müqəddəratını təyin edəcəyinə dərindən inanmışdır. Şübhə yoxdur ki, Azərbaycan Türk milləti, gücləndikcə, çox cəbhələrdən ona əllər uzanacaqdır. Millətimizin, özəliklə milli təfəkkürlü aydınlarının son zamanlarda apardığı düzgün siyasət göstərmişdir ki, milli hərəkatımıza uzanan əllər, o zaman sıxılacaqdır ki, bu quvvələr bizim tarixi topraqlarımızda bütün milli haqlarımızı tanısın.
Tarixi təcrübələrdən bəhrələnərək, heç bir aldatmacaya böyün əymiyəcək milli aydınlarımızı, siyası quvvələrimizi, igid gənclərimizi təbrik edirik.
Güney Azərbaycan Milli Birlik Şurası
Təbliqat komitəsi Taraix: 7/12/2009

8 Aralık 2009 Salı

GAİP Sadiq İsabəyli, Azərbaycan milli hərəkatının sistemli inkişafı milli mənafelərimiz uğrunda birgə fəaliyyətdən keçir

Artıq 85 ildir ki, ayrı-ayrı millətlərin yaşadıqları ərazilər hesabına yaradılmış iran adlanan siyasi coğrafi ərazidə «vahid dil», «vahid milli kimlik» siyasəti bu gün də davam etdirilir və «vahid iran milləti» şüarı adı altında rasisti siyasət aparılır .
Bu siyasətin nəticəsidir ki, öz tarixi torpaqlarında yaşayan Azərbaycan türklərinin milli kimliyi inkar edilir, hüqüqları pozulur, millətimizin iradəsi ilə hesablaşmadan torpaqları parçalanmaya məruz qalır. Azərbaycanın milli mücadilə tarixində özünəməxsus yeri olan 22 may 2006-cı il hadisələri və ondan sonrakı mərhələlərdə kütləvi etirazlarda səslənən şüarlar və irəli sürülən tələblər millətin milli və siyasi iradəsini ortaya qoydu, onun hüquqlarını rəsmi olaraq gündəmə gətirdi və Güney Azərbaycan milli hərəkatının gerçək mahiyyətindən qaynaqlanan milli mübarizəni kütləviləşdirdi. Bu gün daxildə və xaricdə milli ruhlu tədbirlərin keçirilməsi ilə müşahidə olunan kütləviləşmə prosesi və milli təşkilatların bu istiqamətdəki aktiv fəaliyyətləri Azərbaycan milli hərəkatının uğurlu inkişafının göstəricisidir. Bütün bunlar onu göstərir ki, Azərbaycan milli hərəkatının uğurlu inkişaf mərhələsinə yüksəlişi milli, tarixi, siyasi və mədəni dəyərlər üzərində qurulmuş bir prosesdir. Bu proses gerçək tarix, milli kimlik, milli-siyasi və milli–mədəni dəyərlərə əsaslandığından, mahiyyət etibarilə azərbaycan mehvərli milli məfkurəni formalaşdırıb.
Indiki aşamada Güney Azərbaycan türkü milli, siyasi və mədəni haqlarını əldə etmək uğrunda daha mütəşəkkil fəaliyyət göstərməli, qurtuluş mərhələsinə keçidini sürətləndirməlidir. İrqi ayrıseçkiliyə son qoymağın və milli azadlığa nail olmağın yeganə yolu milli qüvvələrin birgə fəaliyyətindən keçir ki, bu da öz növbəsində basqıları durdurmaq, diktaturanın təməlini dağıtmaq, milli, mədəni, siyasi, iqtisadi hüquqların bərpası və s. problemlərin həlli deməkdir. Bu səbəbdəndir ki, daxildə və xaricdə təşkilatlararası iş birliyinin zəruriliyi bütün milli qüvvələrin gündəmində olmalıdır. Bütün bunlar milli hərəkat daxilində daha sistemli fəaliyyətə imkan verir və milli təşkilatlar özlərinin fəaliyyət proqramlarında bu gerçəklikləri görməli, təşkilati fəaliyyətlərində milli hərəkatın güclənməsinə yönəlik şəffaf mövqelərini sərgiləməlidirlər. Bu gercəklikləri görməyən, şəffaf mövqe sərgiləməyən, milli məfkurənin təməl prinsiplərinə əsaslanmayan qüvvələr isə özlərini təcrid vəziyyətə salmış olurlar.
Doğru tutumlar üzərində aparılan mübarizə milli hərəkatın bütün qüvvələrinin təşkilatlanma prosesinə qatılmasına, hərəkatın daha da sistemləşməsi və beynəlxalq aləmdə söz sahibinə çevrilməsinə xidmət etmiş olacaq. Əgər Vətənimiz Azərbaycanı işğaldan azad etmək istəyiriksə o, zaman strateji düşünmə bacarığımızı inkişaf etdirməliyik.
Qəbul etmək lazımdır ki, siyasətdə təşkilatlar arasında anlaşılmamazlıq qaçılmazdır. Ancaq kompromisə yol açan danışıqlar, dialoqlar , barışçı metodlardan istifadə bu yanlış anlaşılmazlıqları həll etməklə yanaşı, həm də daha geniş alanda fəaliyyət üsullarının meydana çıxmasını mümkün edir. Nəzərə alsaq ki, təşkilatlarımızın və milli fəallarımızın əksəriyyəti molla rejiminin psixoloji, ictimai, iqtisadi, siyasi, həmçinin milli zəmində zorakılığına qarşı mübarizə aparır və Güney Azərbaycanın qurtuluşuna çalışırlar, deməli kompromis metodlardan istifadə edərək təşkilatlararası yanlış anlaşılmazlıqlara son qoya və milli hərəkatın ümumi məqsədlərini düzgün dəyərləndirməklə, daha sistemli plan əsasında birgə iş birliyinin aparılmasına nail ola bilərik. Əgər Güney Azərbaycanın milli fəalları və təşkilatları kiçik məsələlər ətrafında qeyri-sağlam rəqabət təşəbbüslərindən vaz keçərək, qarşılıqlı hörmət əsasında hərəkət etsələr, o zaman milli hərəkat daha böyük məqsədlərə varmış olacaq. Bu məqsədlə bütün milli təşkilat və qüvvələr potensial imkanlarını maksimum səfərbər etməli, müxtəlif komissiyalar adı altında fəaliyyət programları hazırlanmalı və bu komissiyalar tərəfindən həyata keçirilməsi vacib olan vəzifələr müəyyən edilməli, strateji plan əsasında fəaliyyət göstərməlidirlər. Təbii ki, burada tarixçilərin, psixoloqların, sosioloqların, ictimai və siyasi nəzəriyyəçilərin, politoloqların, strateqlərin və başqa milli quvvələrin xidmətlərinə böyük ehtiyac var. Hər bir azərbaycan türkü Güney Azərbaycan milli azadlıq hərəkatında yeni mərhələnin başladılması üçün birgə fəaliyyət təşəbbüsünə dəstək verməli, Azərbaycan milli hərəkatının uzunmüddətli strateji fəaliyyət planının gerçəkləşməsinə milli məsuliyyətlə yanaşmalıdır. Ümid edirik ki, 21 azər (12 dekabr) - Milli hökümətimizin 64-cü ildönümü günündə Hollandiyanın Amsterdam şəhərində keçiriləcək dialoq toplantısı milli mənafelərimizdən irəli gələn məsələlərin müzakirə olunması və onların həlli yollarının tapılması istiqamətində uğurlu bir başlanğıc olacaq, milli qüvvələr arasında birgə fəaliyyətin aparılmasına zəmin hazırlanacaq.Güney Azərbaycan İstiqlal PartiyasınınAvropa üzrə sorumlusu Sadiq İsabəyli

Azәrbaycan Milli Dirәniş Tәşkilatı Mәrkәzi Şurası’nın Amsterdam Toplantısı ilә Bağlı Savı

Güney Azәrbaycan Türk Millәti’nin Öz Müqqәddәratını Tәyin Etmә Haqqı uğrunda apardığı mücadilәnin elә bir hәssas günlәri içindәyik ki bu günlәr dünya vә bölgә diplomasisinin İran әleyhinә döndüyü bir zamana vә ölkә daxilindә İran’ın geriçi-şovenist hakimiyәtini yıxılma aşamasına gәtirәn siyasi, toplumsal vә ekonomik dәrin dәyişimlәrә rastlamaqdadı r. Heç şübhәsiz bu durumda Azәrbaycan’ın yurd içi vә dışındaki şәxsiyәt vә quruluşlarının hәr çeşid yaxınlaşma vә bir araya gәlmәsi vә Azәrbaycan’ın әn tәsirli siyasi qüvvәsi olan Azәrbaycan Milli Hәrәkәti’nin siyasi-milli çıxarları üzәrindә odaqlanmaları Azәrbaycan Milli Hәrәkәti’nin başarı vә zәfәr rәmzi sayılacaqdır.
Azәrbaycan’ımızın vәtәndәn uzaq qalmaya mәcbur buraxılan övladlarının 21 Azer 1324 (11 Dekabr 1945- milli dövlәtçilik vә Türk dilinin Güney Azәrbaycan’da rәsmi olduğu gün) kimi qutlu bir gündә Amsterdam şәhәrindә bir araya toplanaraq fikir alışverişi vә milli hәrәkәtin sorunlarına çıxış yollarlı axtarmaqla birlikdә vәtәndә әsarәtdә olan bacı qardaşları vә Güney Azәrbaycan’da dәvam edәn milli mücadilә ilә birgәliklәrini vә dәstәklәrini bildirmәklәrini görmәk vә eşidmәk son dәrәcә sevindirici bir haldır.
Ardi :
http://diranish. org/turkce/ index.php? option=com_ content&task=view&id=301&Itemid=2

Güney Azərbaycan Birlik Komitəsi (BİRKOM)’un Amsterdam Diyloq Toplantısı Haqqında Bildirisi

Bu həssas siyasi çalxantılarla dolu dönəmdə 2008 ilində Türkiyə’də Güney Azərbaycan Milli Hərəkəti’nə bağlı bütün siyasi görüş təmsilçiləri və dəyişik siyasi örgütlərə mənsub ya da bağımsız soydaşların oluşdurduğu Güney Azərbaycan Birlik Кomitəsi (İstanbul) olaraq 12 Aralıq 2009 günü Amsterdam’da qurulması planlanan “Diyaloq Toplantısı” təşəbbüsünə uğurlar diləyərək bununla bağlı birneçə önəmli nüktəyə diqqət çəkmək istərdik:
1. Hərəkətimizin gedərək kütləsəlləşmənin doruğuna çatdığı və bölgəmizin də ciddi siyasi dəyişimlərə gəbə olduğu bir sırada ulusal, siyasi və sivil birləşmənin günümüzdə həyati bir zərurət olduğu daha da bəlirginləşmişdir. Komitəmiz də bu gərəklik üzərinə qurulmuşdur və bu uğurda hər hansı xoş niyətli və yararlı girişimi dəstəkləməkdədir.
2. Yaxın siyasi tariximizə baxıldığında Azərbaycan’ın həmişə bölgədə gerçək demokrasinin önçüsü olduğuna və mərkəzi dəyişdirməyə çalışmasına baxmayaraq mərkəzçi irticanın bu sürəcə əngəl olması və gərgin keçiş dönəmlərində İran deyilən yeni qurğunun qurtulmasıyla Azəraycan Türk varlığına daha da güclü saldırmları və yerli demokratik düzənimizi də nütfədə boğması təcrübəsi və Qəvâmuddövlə sayağı saxta demokratlıq sloqanlarıyla hərəkətimizi caydırması bizi diqqətli olmağa çağırır. Sosyal səfərbərlik açısından güclü olduğumuz sırada güc mərkəzinin sözlərinə və ‘baş’ olma iddialarına uymaqla həmişə uduzmuş olmamız və bütün devrimlər ve sosyal hərəkətlərdəki qatılımımıza rəğmən haqqetdiyimiz payı alabilməməmiz dolayısıyla bizdə eyni məğduriyətə uğramamaq üçün nə millətin taqəti nə də hərəkətin öndə gələnlər mərkəziyətçi yaxlaşım içinde olmanın zərurət olmadığı sonucuna varmışdırlar.
3. Belənçi bir diyaloq toplantısında siyasi yelpâzədə yer alan dəyişik kəsim, çevrə və axımların gərəyincə təmsil olunması və daha geniş qatılımlarının sağlanması üçün projələr gəlişdirilməlidir.
4. Federalçı ve İstiqlalçıların ikisinin də varlığı Milli Hərəkət’də önəmli, gərəkli və fonksiyoneldir. Azərbaycan məsələsinin bu və bənzəri siyasi axımlarının bir-birinə qarşı güc tükətmək yerinə tək yöndə istiqamətlənməsi və eyni çatı altında mümkün olmasa da istişarə və söz ve iş birliyi aparmalarına zəmin oluşdurulmalıdır. BİRKOM olaraq bu siyasi əyilimlərin fərqli stratejilərə sahib olsalar da minimum milli çıxarlarda ortaq çalışmalar yeridəbilmələrini olumlu dəyərləndirir, sürəkli diyaloq içində olmaları gərəkliyini vurğulayırıq.
5. Haziran 2009 seçkilərindən sonra İran’da ortaya çıxan Yaşıl Hərəkət’ə qarşı Azərbaycan Türk milləti və Azərbaycan Milli Hərəkəti öz tavrını net olaraq ortaya qoymuş, bundan öncə də 2006’da tutumunu bəlirləmişdir; dolayısıyla bu qonuda Güney Azərbaycan mehvərində içəridəki milli mücadələ yaxlaşımı göz önündə tutularaq dəyərləndirmə aparılmalıdır. Yaşıl Hərəkət’in gəldiyi son nöqtə və İrançı-İrqçi söyləmə yönəlməsi, Güney Azərbaycan Türk ulusunun bu haqdakı haqlılığını və nə qədər doğru bir çizgidə olduğunu isbatlamış, İrançılıq söyləmiylə ortaya çıxan qara-yaşıl, taclı-tacsız hərhansi sözdə qapsayıcı axımın gerçəkdən ploral və demokrasi yanlı olmayacağını bir daha sərgiləmişdir.
Hərəkətimizin kiçik ölçüdə də olsa çoxluqda birlik ilkəsini mənimsəyən Güney Azərbaycan Birlik Кomitəsi bu toplantının girişimini olumlu dəyərləndirərək yuxarıda bəlirtdiyimz içəriyi daşıdığı təqdirdə, təqdirlə qarşılayır. Bununla birlikdə gerçək və qalıcı çoxulçu (ploral) bir birliyin yaradılması adına bəzi əskik nöqtələrə də toxunmaqda yarar vardır:
Diyaloq Toplantısı’nın içəriyi və qapsamı Azərbaycan fəallarına tam yansıdılmamış, net bir çalışma platformu oluşdurabilmək üçün sanki yetərli bir orqanizasyon yapılmamışdır. Düzənləme şəkli və icra yöndəmi baxımından da birtaxım axsaqlıqlar sezilməkdədir. Anlaşıldığı üzərə ya etkinliyin bütünündə bir bəlirsizlik var, ya da bu qonuda yetərincə bilgiləndirmə yoluna gedilməmişdir. Bu qədər əmək veriləcəyinə görə daha verimli, daha hazırlıqlı və geniş qatılımlı bir yığıncağın oluşumu üçün ən azından ana başlıqların bəlirlənməsi və çalışma alanının bəlirginləşməsi yerində olardı deyə düşünürük.
Dolayısıyla bu və bənzəri olası axsaqlıqların qaldırılması üçün önərimiz: Bütün siyasi çevrələrin və fəaliyət göstərən təşkilatların qatılımı və təmsilinin sağlanmadığı durumunda bağlayıcı umummilli qərarların alınmaması; Güney Azərbaycan’da hər yönlü məsələlərin qaydasınca çalışılması üçün girişim qruplarının oluşdıurulması ilə gələcəkdə daha qapsamlı platformlarla qəraralma mexanizminin oluşmasına önayaq olunması; geniş səviyəli qatılım planlandığı və nə üzərinə danışılacağı bilinmədiyi üçün düşmən qüvvələrcə içimizə sızdırılabiləcək təhlikəli qrup və şəxslərə və təhriklərə qarşı oyaq davranılması.
İndiki durumda gərəkliyi hər zamandan daha çox anlaşılan tam zamanında və hətta gec qalındığı düşünülən bir təşəbbüs olaraq birliyimiz uğrunda yararlı bir addım olmasını umduğumuz bu etkinliyi təqdir edir və yenə xatırlatmaq istərdik ki, Azərbaycan Milli Hərəkəti Güney Azərbaycan’ın içində cərəyan etməkdədir və dolayısıyla eşikdə olan fəaliyətlər içəridəki hərəkəti dəstəkləyir mahiyətdə olmalıdr. Bu və örnək oluşduracaq hər hansı bir toplantıda içəriyə yönəlik bağlayıcı qərarlar almağa çalışılmasından qabaq buna zəmin hazırlamağa çalışılması uyğun görünməkdədir. Gerçək sonuca çatması üçün bu və bənzəri girişimlərdə minimum istəklər üzərində Azərbaycan Milli Hərəkətin’də qatqısı olan tüm kəsimlərin ortaqlığı və çoxulçu anlayışla təmsili olmazsa olmaz bir gərəklikdir.
Doğal olaraq bu toplantı nə ilkdir nə də bəzi iddiaların əksinə son girişim olacaqdır. BİRKOM olaraq bu etkinliyin irəliyə doğru, doğru bir addım olmasını diləyir, ən yaxşı biçimdə keçirilməsi, uğurlu sonuclar əldə edilməsi, sürdüləbilir qâbiliyətə sahiblənməsi və Güney Azərbaycan Milli Hərəkəti’nin dinamizminin artmasına yardımçı olmasını umarıq.

Güney Azərbaycan Birlik Кomitəsi (BİRKOM)
İstanbul
06 Aralıq 2009

Azərbaycan Mıllı Hərəkət Birliyi, Amesterdam konfransına dəstək bıldırışı

İranda seçgi ‏lərdən yaranan çaxnaşmalarla hakimıyyətın içə ‏risində ‏ki gərginlik və kütlə ‏lərin qarşı durması, növə programında çatışmazlığın yaranmasına və daxili və beyn‏alxalq səviyə‏də etəgi buraxmasına səbəb oldu. Bu durum hakmıtı iç və dış polıtıkalarda cıddı çalışa çəkib naməlum gəlhəcəklə uz – uzə qoyubdur. Bu probelem‏lər istər- istəməz Azərbaycanın siyasi gəl‏əcəyini də etəgi‏ləyə‏cəkdir.

Buna görə Azərbaycan mıllı hərkəti həmin həssas tarixi dönəm‏də kökü tarixdən su içən mıllı və demokratık istəklərinə çatmaq üçün ayiqlıqla bəlli programlar əsasında özunu göstərmə‏lidir. Mıllı hərəkətin fəalları bugun keçəmişə incəliklə baxmaqla onu gəl‏əcəyin işıq tutan çırağı edib tam ölçüb bıçməklə, dəqiq və bılım‏səl istrategı və taktık üzrə yola çıxmazsa, heç bir zaman öz istəklərinə çata bılməyə‏cəkdir. Azərbaycan yeni mıllı hərkəti son 20 il içındə öz ulusal yerini tutub və bütün kütlə‏ləri özü ilə birgə qabağa aparmağı bacara bilmişdir. 1385-ci ildə 25 şəhərdə xəsüsilə böyük şəhərlərdə mılyonluq kütlə hərkatı, bunun aydın göstərgə‏sidir. Lakın bu gün Azərbaycanın mıllı mənafı uzərə içə‏ridə və ölkə xarıcındə olan quruluşların hamısının birləşəmə‏ləri ən önmlı və lazımlı sayilir. Bu boğunaq duruma baxmayaraq içə‏ridə‏ki mıllı çalışqanlar əldə ediln hər kıçık imkan və fərsətdən mıllı qazanclar uğründa faydalanıb və hərəkətin gəlişəməhsində özlərindən bacarıq göstərirlər. Bunun bir hisəhsi isə ölkə‏nin xarıcındə‏kı millətçilərə ayid dır. Ölkə‏ və bölgə‏də ‏ki eəl‏cə də millət‏lər arası durumu göz önundə tutarsaq, ölkə xarıcındə yaşayan fəallar yaşadıqları yerlərin azad atomosferın dən faydalanmaqla mıllı fəal guclərin formalaşdirmasina çalışıb və əməl birliyi ilə öz mıllı mənafeımızı və demokratık haqlarımızı hamiya eşitdirmək üçün benəlxalq səviyə‏də güclü lobbi (labı) yaratmalıdırlar. Belə‏liklə ben‏alxalq təşkilatlarda insan haqlarından mudafiə edən quruluşlara muraciət etməklə avropa parlomentları və dunyanın başqa azad ölkə‏ləri ilə ilişəgiyyə gırıb məhartlı səfirlər kimi əməl etməklə baykot sinirlarin pozub Azərbaycan xalqının haq səsini onların qulaqlarına çatdıra bılrlər.

21 Azər-ın 64-ci il dönümü munasibətilə Amesterdam şəhərində‏ki keçiriləcək anım mərasımı bu istəyiə çatmaq üçün bir başlanqıc nöqtə‏si olaraq Azərbaycan mıllı quruluşlarının birləşib, yaxınlaşmasında böyük rol oynamalıdır.

Elə belənçi bir gündə, Azərbaycan aydınlarından olan böyük öndər və mıllı qəhrəmanımız seyid Cəfər Pişəvəri də aydınları bir araya toplamaqla mıllı hökümətin əsaslarını qurur və Azərbaycan tarixinə əbədi parlaq bir damğa vurur. Əlbətə bir ildən sonra Tehranın rasızm hakmıyyətı beynəlxalq güclərlə danışığa gırıb və imzalanan anlaşmalara baxmayaraq Azərbaycan ərazısını nızamı işğal altına alıb azadlıq istəyən inslanları soyqirim edərək on mınlərcə insanı yurd-yuvasından didərgin salır. Fars rasızmı Azərbaycanın mıllı hökümətini aradan qaldırandan sonra 1325-ci ildə kulturəl gənosayd etədi.

Bu gün həmin tarixi gündən 63 il keçəmə‏sinə baxmayaraq xalqımız bütün əslamçı – aryaçı rasızmın iki qat zulmlərilə üz- üzə durub, sarsilmaz iradə ilə öz mıllı haqlarını ələ gətirmək üçün döyüşür.

Elə həmin mubarizə‏lərlə Azərbaycan mıllı hərkəti özünü bir siyasi hərkət kimi hakım nızam və farsçı opozisiyon qarşısında və uluslar arasında bir etgili siyasi güc olaraq göstərir. Muvcud həssas zamanda belənçi konfransların qurulması ən vacıb və alqışa layiq bir olaydir və bütün quruluşlar tərfindən dəstəkələnəmə‏lidir.

Bu əsasda ‹Azrbaycan Mıllı Hərəkət Bırlıgı› bu konfransı dəstəkəlhyib və bütün mıllı fəal və grüpların geniş iştirakını istə‏yir. Onlar türk xalqının mıllı mənafı Üzrə gerçəkçilik əsasında Olan fıkırlərini bəyan edib onunla bərabər fıkır azadlığını nəzərə alaraq, pan farsızm cəryanlara çəkilmə‏mədən hərkətin daha da geniş‏lənib güclənəmə‏si üçün tarixi rullarını ədaء etmə‏lidirlər.