29 Aralık 2009 Salı

Elnur Eltürk, “İranda Azərbaycan türklərinin iştirakı olmadan, baş verəcək siyasi dəyişiklər fiaskoya uğrayacaqdır.”


Hazırda, İran İslam Respublikasında durum gərginləşib. İran İslam Respublikasının nüfuzli din xadimlərindən olan Ayətullah Müntəzirinin vəfat etməsi, vəziyyəti bir qədərdə gərginləşdirib. Dünən böyük toqquşmalar baş verib. Rəsmi məlumatlara görə ölənlərin sayı 15 çatıb. Bu gün İranda nələr baş verir? Hadislərin kökündə hansı amillər durur? Bakı Strateji Araşdırmalar Mərkəzinin başqanı Elnur Eltürk tia.az saytına verdiyi eksklüziv müsahibəsində yuxarıda səslənən fikirləri aydınlıq gətirib.

İlk öncə, onu qeyd deyək ki, İranda baş verən hadisələr gözlənilən idi. İran mahiyyət etibarı ilə qatı-teokratik ideoloji sistem üzərində qurulan dövlət olduğuna görə, burayada despot idarə üsulunu əlavə etsək, baş verən hadisələrin kökündə hansı səbəblərin durduğu ortaya çıxır. Bu gün İran hakimiyyəti ciddi şəkildə addımlar atmasa, gələcəkdə belə hadisələrin silsiləli olacağı şübhəsizdir. Dünya tarixi praktikasında təsdiq olunub ki, heç bir sərt üsullu dövlət axıra kimi davam etməyib. İndi ki, zamanda da cüzi kosmetik islahatlarla insanları aldadmaq mümkün deyil. Hazırda, İranda yetişmək olan gənc nəsil, ölkənin ziyalı təbəqəsi, rejim qayda-qanunları ilə yaşamaq istəmirlər. Hər gün eyni şeyi təkrarlamaq və bir nəfər ali rəhbərin təlimatları ilə ölkəni yönəltmək mümkün deyil. İslam inqilabından sonra tətbiq edilən siyasi-iqtisadi və sosial-mədəni platofma iflasa uğramaqdadır. XX əsrin məhşur siyasi xadimlərindən olan Unistin Çörçilin sözləri desək “Dünyada ola bilər ki, bəzi dövlət xadimlərinin demokratiyadan xoşu gəlməyə bilər. Ancaq bəşəriyyət bundan yaxşı idarəçilik sistemi tapa bilməyəcəkdir” İran cəmiyyətinin əsasını ideoloji sistem təşkil etdiyinə görə, və yalanlar üzərində qurulan gələcəklə dövləti idarə edə bilməyəcəklər. İslam İnqilabından sonra verilən vədlərin heç biri həyata keçmədi. Bir sözlə cəmiyyət ideoloji dönəmdən, praqmatik dönəmə keçmək istəyir. Hələ, İranın milli hüquqlarla bağlı siyasəti sıfıra bərabərdir. Ölkənin əsas gücü olan və inqilabın detenator rolunu oynayan Azərbaycan türklərinin haqq-hüquqları qorunmur. İran konstitusiyasında dillə bağlı müddəalara əməl olunmur. 15-19 maddələrin reallaşması neçə illərdir ki, öz həllini gözləyir. Ancaq, rejim nə edir, öz ana dilini tələb edən toplumun öndə gələn insanlarını həbsə alır. Müxtəlif yollarla onları sıradan çıxartmağa çalışır.

Axı, İranda siyasi gərginliyə Azərbaycan türkləri qoşulmurlar?

Elnur Eltürkün cavabı: Azərbaycan Milli Hərakatı əvvəlki illərə baxdıqda, təcrübəlidir. Bu gün onlar ölkənin güc mərkəzinə çevrilirlər. Bilirsiniz ki, ortada aldadılmış tarixi gercəklik var. İstər Pəhləvilərin zamanında, istərsədə, İran İslam İnqilabından sonra ən böyük təzyiqlərə, məruz qalan toplum Azərbaycan türkləri olub. İndi isə, İranda siyasi hakimiyyət uğrunda gedən savaşa, milli hərakat seyrçi mövqeyindən yanaşır. Burada bir məntiqdə var ki, İranda baş verəcək siyasi dəyişiklər şübhəsiz ki, Azərbaycan Milli Hərakatına təsir etməyə bilməz. Ölkədə hansısa dəyişiklər baş versin, 35 milyon toplumun kənarda qalması absurd bir şeyi olar. Bunun üçün soydaşlarımız daha da güclü toparlanmalı və milli hərakatı hədəfə doğru istiqamətləndirməlidir.

Amerikanın-qərbin analitik mərkəzləridə bilirlər ki, İranda Azərbaycan türklərinin iştirakı olmadan, baş verəcək siyasi dəyişiklər fiaskoya uğrayacaqdır. İran dövlətinin başcısı Əhməd Nejatın Təbriz şəhərinə səfər etməsinin arxasında hiyləgər fars siyasətinin bir üzü dururdusa, digər üzündə isə qorxu faktoru dayanırdı. Bununla yanaşı xaricdə, Güney Azərbaycan milli hərakatı ilə məşğul olan qurumlarımız aktivləşməlidir. Beynelxalq qurumlar qarşısında askiyalar keçirilməli və məsələlərin mahiyyəti haqqında məlumatlar çatdırmalıdırlar. Bir neçə gün bundan öncə, Hollandiyanın Amsderdam şəhərində “21 Azər” günü ilə bağlı böyük bir konfransın keçirilməsi, milli hərakatın beynelxalq müstəvidə tanıdılmasında böyük təsir göstərə bilər. Belə tədbirlər müntəzəm olaraq keçirilməli, İran siyasi sisteminin Azərbaycan türklərini yüz ildən çoxdur ki, neçə əzdiyini göstərməlidirlər. Xarici- daxil gücümüz təmərgüzləşməlidir. Tarixi şans yarandıqda, indidən situasiyaya hazır olmalıyıq.

Rüfət Əhmədzadə

Hiç yorum yok:

Yorum Gönder