Ulu Azərbaycan Türk Milləti,
Əziz Güneyli Soydaşlar!
Bildiyiniz kimi, Amsterdamda keçirilən “Güney Azərbaycan Dialoq Toplantısı” öz işini uğurla başa çatdırdı. Vətəndaşlıq və soydaşlıq duyğusu toplantıya kölgə salabiləcək siyasi gözləntiləri öz etgisi altına çəkdi. Önyarğı ilə toplantıya qatılan hər kəsin hesabatı tərs çıxdı. Çeşidli düşüncə sahiblərinin bir çatı altında toplanması bəzi tədirginliklərin yaranmasına nədən olmuşdursa da, hər saat keçdikcə yerini ümidvarlığa verdi. Toplantıda olan bəzi anlaşılmazlıqlara baxmayaraq bütüvlük ruhu hər şeyi gözəlləşdirdi. Çeşidli qurum-quruluş və milli şəxslərdən ibarət 300-ə yaxın vətəndaşın qatıldığı Amsterdam Toplantısı, öz mesajını belə ruhla Güneyə ilətə bildi:
“Əziz Millətimiz, bizdən yana arxayın olun. Dilçimiz də, Federalçımız da, İstiqlalçımız da bir araya toplanmağı bacardı”.
Rapor: Toplantıya bir çox ölkədən qatılanlar olmuşdur. Toplantı tədarükat komitəsinin səlamlama proqramilə Saat 10-da başladı. Toplantının başında öncədən atanmış divan öz yerini aldı. Divanın verdiyi bilgidən bəlli oldu ki, toplantıya sunulacaq bir “Yol Xəritəsi” vardır. Yol xəritəsinin müzakirəsi başlarkən düzəlişlər önərildi. Toplantının irəliləməsiylə “Yol Xəritəsi” vəya “Platform” sözlərinin alınması və yalnız Milli Hakimiyyətin yaydığı 12 maddəlik bəyaniyyənin xatirəsinə 12 maddəlik Amsterdam Bəyaniyyəsi qəbul olundu. Bildiri son redaktə üçün seçilmiş 5-nəfərlik heyətə tapşırıldı. Azərbaycan türkləri üçün bəlkə ilk təcrübə olaraq “Dialoq Qrupları” təşkil olundu. 6 qrupdan oluşan dialoq toplantıları ayrı-ayrı salonlarda öz işini sürdürdü. İlk günün ikinci yarısında 21-azərlə bağlı konfrans dəvam etdi. Toplantının bu bölümündə yeni və daha geniş Divan heyəti işə rəhbərlik etdi. Hər qurumun sözçüsü qıssaca öz quruluşunun təbrik müraciətini toplantıya sundu. Tədarükat Komitəsinin hazırladığı şənlik proqramları günün axırını oluşdurdu. Öncə Azərbaycan Rəqs qrupu səhnə aldı. Xalq mahnıları və təsniflərin icrasından sonra milli ozan Araz Elsəs səhnə alaraq soydaşlarımızı coşdurdu. Araz bəyin konsertindən sonra azad görüşlər gec vaxta dək sürdü. Toplantının ikinci günü birinci salondan fərqli olaraq başqa bir soluna daşındı. Toplantını idarə edən Divan, üzərində işlənmiş bildirişi bir daha müzakirəyə buraxdı. Toplantının başqa gündəlikləri də dialoq soyləmi oldu. Qadınların qatılımının düşük olamsının səbəbləri axtarıldı. Bir toplumun yarısının belə taleyüklü sorunda olmaması dərin acılarla qarşılandı. Toplantının başqanı, Sayın Siddiqə Ədaləti xanım, xanımların aktiv olmamasını haqlı olaraq milli faciə kimi dəyərləndirdi və bütün xanımların bu haqda fəal olmalarını dilərkən onları dolayı yollarla milli görəvlərindən uzaqlaşdıran bəyləri şiddətlə qınamaqdan da qalmadı. Toplantı 12-maddəlik bildirişin qəbulundan sonra qadınlar və Qarabağ haqlarında iki bildirişin də yayımlanmasını onayladı. İki günlük Amsterdam Toplantısı başladığı kimi Milli Hakimiyyətin Marşı və “Haray-haray mən türkəm”, “Yaşasın Azərbaycan” sloğanlarıyla başa çatdı.
Artılar:
*Güney Azərbaycan Qurtuluş Partiyasının sözçüsü Eldar Qaradağlı bəylə birlikdə seçilmiş bir heyət Partiyamızı Amsterdamda təmsil etmişdir.
*Toplantının bütün məsrəfləri iştirakçılar tərəfindən qarşılandı. Hoteldən tutmuş yeməyə qədər bütün ödəmələr iştirakçıların özlərinə aid idi.
*Toplantıda heç bir ölkənin, uluslararası orqanın vəya təşkilatın etgisi gözə dəyməyirdi. Tanınmamış heç bir yabancı (istər jornalist, istər nümayəndə) salonda gözə dəyməyirdi.
*Günaztv-nin toplantı sürəcində fəaliyyəti gözə çarpırdı. 2-gün boyunca toplantının bütün gedişatı lentə alındı və istənilən şəxslərlə danışıqlar aparıldı. Günaztv-nin bu xidməti təqdirə layiq idi.
*Yeri gəlmişkən Amsterdam toplantısını oluşduran tədarükat komitəsinə dərin təşəkkür etmək gərəkir. Bu dəyərli çalışqan bacı-qardaşlar, böyük əmək verərək hər şeyin mükəmməl olmasına çalışdılar.
Güney Azərbaycan Qurtuluş Partiyası
2009-12-20
www.qurtulush.se
qurtulush.partiyasi@gmail.com
Hiç yorum yok:
Yorum Gönder