Bu həssas siyasi çalxantılarla dolu dönəmdə 2008 ilində Türkiyə’də Güney Azərbaycan Milli Hərəkəti’nə bağlı bütün siyasi görüş təmsilçiləri və dəyişik siyasi örgütlərə mənsub ya da bağımsız soydaşların oluşdurduğu Güney Azərbaycan Birlik Кomitəsi (İstanbul) olaraq 12 Aralıq 2009 günü Amsterdam’da qurulması planlanan “Diyaloq Toplantısı” təşəbbüsünə uğurlar diləyərək bununla bağlı birneçə önəmli nüktəyə diqqət çəkmək istərdik:
1. Hərəkətimizin gedərək kütləsəlləşmənin doruğuna çatdığı və bölgəmizin də ciddi siyasi dəyişimlərə gəbə olduğu bir sırada ulusal, siyasi və sivil birləşmənin günümüzdə həyati bir zərurət olduğu daha da bəlirginləşmişdir. Komitəmiz də bu gərəklik üzərinə qurulmuşdur və bu uğurda hər hansı xoş niyətli və yararlı girişimi dəstəkləməkdədir.
2. Yaxın siyasi tariximizə baxıldığında Azərbaycan’ın həmişə bölgədə gerçək demokrasinin önçüsü olduğuna və mərkəzi dəyişdirməyə çalışmasına baxmayaraq mərkəzçi irticanın bu sürəcə əngəl olması və gərgin keçiş dönəmlərində İran deyilən yeni qurğunun qurtulmasıyla Azəraycan Türk varlığına daha da güclü saldırmları və yerli demokratik düzənimizi də nütfədə boğması təcrübəsi və Qəvâmuddövlə sayağı saxta demokratlıq sloqanlarıyla hərəkətimizi caydırması bizi diqqətli olmağa çağırır. Sosyal səfərbərlik açısından güclü olduğumuz sırada güc mərkəzinin sözlərinə və ‘baş’ olma iddialarına uymaqla həmişə uduzmuş olmamız və bütün devrimlər ve sosyal hərəkətlərdəki qatılımımıza rəğmən haqqetdiyimiz payı alabilməməmiz dolayısıyla bizdə eyni məğduriyətə uğramamaq üçün nə millətin taqəti nə də hərəkətin öndə gələnlər mərkəziyətçi yaxlaşım içinde olmanın zərurət olmadığı sonucuna varmışdırlar.
3. Belənçi bir diyaloq toplantısında siyasi yelpâzədə yer alan dəyişik kəsim, çevrə və axımların gərəyincə təmsil olunması və daha geniş qatılımlarının sağlanması üçün projələr gəlişdirilməlidir.
4. Federalçı ve İstiqlalçıların ikisinin də varlığı Milli Hərəkət’də önəmli, gərəkli və fonksiyoneldir. Azərbaycan məsələsinin bu və bənzəri siyasi axımlarının bir-birinə qarşı güc tükətmək yerinə tək yöndə istiqamətlənməsi və eyni çatı altında mümkün olmasa da istişarə və söz ve iş birliyi aparmalarına zəmin oluşdurulmalıdır. BİRKOM olaraq bu siyasi əyilimlərin fərqli stratejilərə sahib olsalar da minimum milli çıxarlarda ortaq çalışmalar yeridəbilmələrini olumlu dəyərləndirir, sürəkli diyaloq içində olmaları gərəkliyini vurğulayırıq.
5. Haziran 2009 seçkilərindən sonra İran’da ortaya çıxan Yaşıl Hərəkət’ə qarşı Azərbaycan Türk milləti və Azərbaycan Milli Hərəkəti öz tavrını net olaraq ortaya qoymuş, bundan öncə də 2006’da tutumunu bəlirləmişdir; dolayısıyla bu qonuda Güney Azərbaycan mehvərində içəridəki milli mücadələ yaxlaşımı göz önündə tutularaq dəyərləndirmə aparılmalıdır. Yaşıl Hərəkət’in gəldiyi son nöqtə və İrançı-İrqçi söyləmə yönəlməsi, Güney Azərbaycan Türk ulusunun bu haqdakı haqlılığını və nə qədər doğru bir çizgidə olduğunu isbatlamış, İrançılıq söyləmiylə ortaya çıxan qara-yaşıl, taclı-tacsız hərhansi sözdə qapsayıcı axımın gerçəkdən ploral və demokrasi yanlı olmayacağını bir daha sərgiləmişdir.
Hərəkətimizin kiçik ölçüdə də olsa çoxluqda birlik ilkəsini mənimsəyən Güney Azərbaycan Birlik Кomitəsi bu toplantının girişimini olumlu dəyərləndirərək yuxarıda bəlirtdiyimz içəriyi daşıdığı təqdirdə, təqdirlə qarşılayır. Bununla birlikdə gerçək və qalıcı çoxulçu (ploral) bir birliyin yaradılması adına bəzi əskik nöqtələrə də toxunmaqda yarar vardır:
Diyaloq Toplantısı’nın içəriyi və qapsamı Azərbaycan fəallarına tam yansıdılmamış, net bir çalışma platformu oluşdurabilmək üçün sanki yetərli bir orqanizasyon yapılmamışdır. Düzənləme şəkli və icra yöndəmi baxımından da birtaxım axsaqlıqlar sezilməkdədir. Anlaşıldığı üzərə ya etkinliyin bütünündə bir bəlirsizlik var, ya da bu qonuda yetərincə bilgiləndirmə yoluna gedilməmişdir. Bu qədər əmək veriləcəyinə görə daha verimli, daha hazırlıqlı və geniş qatılımlı bir yığıncağın oluşumu üçün ən azından ana başlıqların bəlirlənməsi və çalışma alanının bəlirginləşməsi yerində olardı deyə düşünürük.
Dolayısıyla bu və bənzəri olası axsaqlıqların qaldırılması üçün önərimiz: Bütün siyasi çevrələrin və fəaliyət göstərən təşkilatların qatılımı və təmsilinin sağlanmadığı durumunda bağlayıcı umummilli qərarların alınmaması; Güney Azərbaycan’da hər yönlü məsələlərin qaydasınca çalışılması üçün girişim qruplarının oluşdıurulması ilə gələcəkdə daha qapsamlı platformlarla qəraralma mexanizminin oluşmasına önayaq olunması; geniş səviyəli qatılım planlandığı və nə üzərinə danışılacağı bilinmədiyi üçün düşmən qüvvələrcə içimizə sızdırılabiləcək təhlikəli qrup və şəxslərə və təhriklərə qarşı oyaq davranılması.
İndiki durumda gərəkliyi hər zamandan daha çox anlaşılan tam zamanında və hətta gec qalındığı düşünülən bir təşəbbüs olaraq birliyimiz uğrunda yararlı bir addım olmasını umduğumuz bu etkinliyi təqdir edir və yenə xatırlatmaq istərdik ki, Azərbaycan Milli Hərəkəti Güney Azərbaycan’ın içində cərəyan etməkdədir və dolayısıyla eşikdə olan fəaliyətlər içəridəki hərəkəti dəstəkləyir mahiyətdə olmalıdr. Bu və örnək oluşduracaq hər hansı bir toplantıda içəriyə yönəlik bağlayıcı qərarlar almağa çalışılmasından qabaq buna zəmin hazırlamağa çalışılması uyğun görünməkdədir. Gerçək sonuca çatması üçün bu və bənzəri girişimlərdə minimum istəklər üzərində Azərbaycan Milli Hərəkətin’də qatqısı olan tüm kəsimlərin ortaqlığı və çoxulçu anlayışla təmsili olmazsa olmaz bir gərəklikdir.
Doğal olaraq bu toplantı nə ilkdir nə də bəzi iddiaların əksinə son girişim olacaqdır. BİRKOM olaraq bu etkinliyin irəliyə doğru, doğru bir addım olmasını diləyir, ən yaxşı biçimdə keçirilməsi, uğurlu sonuclar əldə edilməsi, sürdüləbilir qâbiliyətə sahiblənməsi və Güney Azərbaycan Milli Hərəkəti’nin dinamizminin artmasına yardımçı olmasını umarıq.
Güney Azərbaycan Birlik Кomitəsi (BİRKOM)
İstanbul
06 Aralıq 2009
Hiç yorum yok:
Yorum Gönder