2009-cu il iyun ayında keçirilən ”İran” prezident seçkiləri, onun sonucları və bu seçkilərin sonuclarına etiraz olaraq formalaşan ”yaşıl hərəkat” birbaşa bizi ilgiləndirməsə də, seçkilərə və seçkilərdən sonraki hadisələrə münasibətin formalaşdırılması Çağdaş Azərbaycan Milli Hərəkatı üçün bu coğrafi məkanda var olan ən ciddi siyasi gerçəklik kimi qaçınılmazdı. Bu münasibətin formalaşmasında, şübhısiz ki, heç də haqsız sayılmayan Azərbaycan türk millətinin nəfrət və ya qisas duyğuları deyil, Azərbaycan milli hərəkatının mahiyyəti və fikri təməllərinə uyğunluq, eləcə də keçmiş hərəkatlarımızın zəngin təcrübələri əsas alınmışdır.
Azərbaycan türk milləti çağdaş Azərbaycan milli hərəkatının İranda rejim dəyişikliyi uğrunda deyil, qəsb edilmiş haqlarımızın əldə edilməsi uğrunda bir hərəkat olduğu gerçəyindən çıxış edərək mövcud hakimiyyetin cinahları arasındaki ziddiyyətlərin sonucu olan ”yaşıl hərəkat”a qoşulmamaqla hərəkatımızın nə dərəcədə olğun bir siyasi gercəklik olduğunu dosta və düşmənə açiqca göstərdi.
Bütün basqılara baxmayaraq, Azərbaycan milli hərəkatı fəallarının öz doğru tutumunda göstərdiyi qərarlılıq, bir tərəfdən ”İran” sorununun çözümündə İranmərkəzçi alternativlərin təkbaşına yetərli olmadığını və başda Azərbaycan türk milləti olmaqla bu məkanda yaşayan millətlərin istək və iradəsini əks etdirən alternativlərə yönəlməsi gərəkdiyini gün işığına çıxarmış, digər tərəfdən isə, İran hakimiyyəti və oppozisionu içərisində bəzi kəsimləri artıq inkar yolu ilə bir yere varıla bilməyəcəyinə iqna etmişdir. Son zamanlarda həmin kəsimlər tərəfindən bir sıra ibtidai haqlarımızın tələffüz edilməyə başlanması heç də təsadüfi deyildir.
”Yaşıl hərəkat” və gələcəkdə baş verə biləcək bənzər olaylara münasibət Azərbaycanın güneyində birmənalı olsa da, təəssüflə qeyd etməliyik ki, Azərbaycan hüdudlarından kənarda bəzi qrupların ümumi qənaətdən fərqli qənaətlərinə də şahid olduq. Əlbəttə bu qrupların hamısının niyyət və hədəflərinin eyni olmadığına, ayrı-ayrı hədəf və niyyətlərinin olduğuna dair düşüncələrimiz olsa da, bununla bağlı düşüncələrimizi paylaşmağı daha sonraki fürsətlərə buraxırıq.
Son günlərdə Azərbaycan milli hərəkatının tanınmış şəxsiyyətlərindən bir qrupun Azərbaycan milləti və onun düşüncəli fəallarına müraciəti bir zərurətin nəticəsi olmaqla yanaşi, Azərbaycan milli hərəkatını öz fikri axarindan ayırıb başqa bir məcraya soxmağa çalışan anti-azərbaycan odaqlara və onların yandaşlarına da yerində bir xəbərdarlıqdır. Hərəkatin sıralarında, millətin yanında olmağın yolu bu səsə qulaq verməkdən keçər. Gəlin öz millətimizin yanında yer alaq.
Sayqılarımla
Çingiz Göytürk
Azərbaycan Milli Azadlıq Təşkilatının sözçüsü
20 dekabr 2009
Hiç yorum yok:
Yorum Gönder