Azərbaycanın millət vəkili Qənirə Paşayevanın "Haray" proqramına verdiyi müsahibəni olduğu kimi təqdim edir.Harayin bugünkü qonağı Azərbaycanın millət vəkili Qənirə Paşayevadır. Milli Məclisdə bir çox ölkə ilə dostluq qrupunun üzvü olan xanın Paşayeva həm də Azərbaycanın Avropa Şurası Parlament Asambleyasındakı nümayəndə heyətinin üzvüdür. Onun sözlərinə görə, İrandakı azərbaycanlıların durumu məsələsi təkcə Avropa Şurasının deyil, bütün dünyanın gündəminə çıraxılmalıdır. Pənirə Paşayeva ilə müsahibəni sizə təqdim edirik.
Sual: Avropa Şurasında İranda yaşayan azərbaycanlıların hüquqları ilə bağlı məsələ qaldırılırmı, onların hüquqlarının indiki vəziyyətinə sizin baxışınız necədir?
Cavab: İranda, Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın, azərbaycanlıların problemləri hamımızı narahat edən məqamlardan biridir. Baxmayaraq ki, 30 milyon azərbaycanlı bu gün İranda, əsasən cənubi Azərbaycanda və İranın digər bölgələrində yaşayırlar, amma çox təəssüf ki, onların ana dilində məktəbləri yoxdur. Bu, ümumiyyətlə dünyada absurt bir hadisədir ki, 30 milyona yaxın insanın oxuması üçün məktəbi, universiteti olmasın, mətbuatı olmasın. Bu bir millətə qarşı edilən ən böyük haqsızlıqlardan biridir. Hamımız bilirik ki, bu assimilyasiya siyasətinin bir tərkib hissəsidir. O baxımdan da bunu çeşitli platformalarda qaldırırıq. Söhbət təkcə Avropa Şurasından getmir. Hesab edirəm ki, bu problemi ümumiyyətlə dünyanın gündəminə çıxartmaq lazımdır.
Sual: Təbii ki, başa düşüləndir ki, dövlətləri təmsil edən deputatlar İranda yaşayan insanların hüquqları ilə bağlı məsələ qaldıranda bu onların dövlətlərinə qarşı İran tərəfindən müəyyən təhdidlərə səbəb olur. Amma Avropa Şurası Parlament Assambleyasında müxtəlif deputat qrupları var. Siz də bir deputat qrupunun üzvüsünüz. Bu deputat qrupları səviyyəsində İranda yaşayan azərbaycanlıların hüquqları ilə bağlı – mədəni hüquqları ilə bağlı məsələlərin qaldırılması mümkündürmü?
Cavab: Biz öz çıxışlarımızda bu məsələni qaldırmışıq. Amma İran Avropa Şurasının üzvü olmadığına görə, çox təəssüf ki, Avropa Şurası öz məkanından kənarda baş verən hadisələrlə bağlı o qədər da yaxından fəaliyyət göstərmək istəmir. Ona görə də, bu məsələ davamlı gündəmdə olmalıdır, beynəlxalq təşkilatlarla işin səviyyəsi də artmalıdır. Həm BMT, həm İslam Konfransı təşkilatı olsun, bütün beynəlxalq təşkilatlara müraciət etmək lazımdır ki, İranda bu qədər azərbaycanlı öz hüquqlarını əldə edə bilmir.
Sual: Hazırda İranda çoxsaylı insan öz mədəni hüquqları uğrunda mübarizə apardığına görə həbsdədir. Azərbaycan deputat qrupu onların azadlığa çıxması ilə bağlı Avropa Şurasına müraciət etmək fikrindədirmi?
Cavab: Təbii ki, bu məsələnin həm Avropa Şurasına daxil olan deputatların diqqətinə çatdırılması, komitələrdə diqqətə çatdırılması məsələsi – biz bunu demək olar ki edirik. İrandakı azərbaycanlılarla bağlı məsələləri daim gündəmdə tuturuq. Xüsusilə də həmkarlarımızla söhbətlərdə onlara geniş məlumatlar verməyə çalışırıq. Bu məsələ daha effektli onda olardı ki, bizim İranda yaşayan mədəni hüquqları taptalanan soydaşlarımızın hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatlar, onların özləri birbaşa Avropa Şurasının millət vəkillərinə, komitələrinə, rəhbərliyinə müraciət etsinlər
Hiç yorum yok:
Yorum Gönder