2006 – cı ilin may ayında Güney Azərbaycanın bütün şəhərlərində və hətta bəzi kəndlərində millət ayağa qalxıb mərkəzi hökumətə qarşı eitaz aksiyaları keçirmişdir. Onalar açıq – aydın verdikləri şüar və qətnamələrdə hökumətdən tələb etmişdilər ki, Azərbaycanlılara qarşı ayrı – seçkiliyə son qoya.
Xüsusən, ana dilində təhsil alma haqqının həyata keçirilməsi onların əsas şüarı olmuşdu. Bu mədəni davranışa qarşı İran rejimi xalqın insani tələblərin həyata keçirmə yerinə, küçə - bazarda millətin üzərinə atəş açmışdı. Bu hadisələr zamanı onlarla Azərbaycan gənci şəhid olmuşdu. Buna baxmayaraq ki, rejim Güney Azərbaycanla bağlı xəbərlərin ölkədən kənara çıxmasının qarşısını alırdı və onun saxta fars müxalifləri də xəbərləri baykot etmişdilər. Amma bu vəziyyətlə də bəzi şəhidlərimizin kimliyi dünya ictimaiyyətinə bəlli olmuşdu. Misal üçün:
1.Behzad Səbuhinijat
2.Cəlil Abidi
3.Əsgər Qasimi
4.Eyvaz Səyyahi
5.Fərzad Əsədi
6.Hümmət İsmizadə
7.Hüseyin Fətipur
8.Məcid Xudayi
9.Rəsul Məhərrəmi
10.Rza Mirağapur Dərvişi
11.Tohid Azəryun
Şəhidlərimizin sayı bundan qat – qat artıq olsa da, lakin biz onlardan cəmi bir neçəsinin adını çəkdik. Şəhidlərimizdən də əlavə, yüzlərlə Azərbaycan gənci vəhşicəsinə küçə - bazarda döyülüb və ya həbs olan zaman işgəncə altında əlil olmuşdurlar. Onların ürəkağrıdıcı sözləri hər bir vicdanlı insanı kədərləndirir. Bu cür bir ağır durumda Azərbaycanlılar farsların müxalifət təşkilatlarından dəstək gözləyirdilər. Amma onlar da İranın irqçi rejiminə qoşulub Milli Hərəkatımıza qarşı zəhərli təbliğat yaymaqla məşğul olmuşdurlar. Misal üçün, İranın İşçi Kommunist Partiyası özlərinin peyk vasitəsi ilə yayılan televiziya proqramlarında bizim 22 May hərəkatımızı geri qalmış və irticayi hərəkat adlandırmışlar. Onlar utanmadan Azərbaycan millətinə müraciət edib demişdilər: ”Eşşək olub, bu hərəkata qoşulmayın!”
Başqa bir misalda İranın tanınmış sol təfəkkürlü ziyalısı Heşmət Rəisi ( elbəttə, ”ziyalı” dirnaq arasında) farsların müxtəlif radiolarında çıxış edib, Azərbaycanda baş verən hadisələri farslara qarşı bir hərəkat kimi dəyərləndirib, utanmadan və yalan danışaraq Azərbaycanda bölücü və pantürküst qüvvələrin farsları öldürmək iddiasında olduğunu elan edib. O, bir kəlmə olsun da, şəhid və əlil olan Azərbaycanlılar barəsində və Azərbaycanlıların insani haqları barəsində dilinə gətirməyib. Sözsüz ki, adam vicdanın üstündən atanda belə də olmalıdır!
Farsların bizim Milli Hərəkatımıza qarşı olan böhtan dolu çıxışlarından ancaq iki nümunə sizə təqdim etdik. Məlumat üçün qeyd edirik ki, Güney Azərbaycanda Milli Qiyamla bağlı İranın fars hakimiyyəti və fars müxalifləri birgə zəhərli təbliğatlarını kəsməyib, yaymaqda davam etmişdirlər. Onların təbliğatına görə, Güney Azərbaycanda baş verən hadisələr fars mədəniyyətinə hücum sayılır və bu hadisələrdə fars dilində olan kitablar yandırılıb, fars nömrəli maşınlara həmlə olub. Əgər bu hadisələrin qabağı alınmazsa, geniş formada pantürküstlər fars öldürmə siyasətin həyata keçirəcəklər.
Milli fəalların verdiyi məlumata görə, İran rejiminin fars müxalifəti milli fəalların tutulub, işgəncəyə məruz qalmasında İran rejimi ilə əməkdaşlıq etmişdilər.
İranda son prezident seçkiləri ilə bağlı baş verən hadisələrdə Azərbaycanlılar birmənalı sükut nümayiş etdirmişdilər. Ən maraqlısı bundan ibarətdir, İran rejiminin fars müxalifəti Güney Azərbaycanın milli fəalların suçlamışlar ki, insanlığa biganə olub, Tehranda, Şirazda, İsfahanda tökülən qanlara göz yummaq istəyirlər. Əlbəttə, bu iddialarda saxta və yalan iddiadır. Çünki Azərbaycanlı təşkilatlar, şəxsiyyətlər aydıncasına bu cinayətləri məhkum edib və cinayətin qurbanlarına ehtiram bəsləmişdilər. Amma burdan belə bir sual ortaya çıxır və bu suala biz yox, fars irqçiləri cavab verməlidirlər: ”Sizin şəhidlərin qanı qırmızıdır, bəs bizimkilərin qanı nə rəngdədir?” Əgər siz insanlığa biganə deyilsinizsə, nə üçün şifahi və yazılı çıxışlarınızda bir kəlmə də olsun bizim şəhidlər barəsində danışmamısınız? Çox təəssüf ki, fars ziyalıları öz əməllərin və sözlərin düzgün mənada araşdırmaq yerinə, İranda baş verən hadisələri bəhanə edib, Milli Hərəkatımıza qarşı zəhərli təbliğatlarını davam etdirirlər. Misal üçün, Nurizadə adlı irqçi fars, fars dilində yayılan Amerikanın səsi televiziyasında İranda baş verən hadisələrlə əlaqədar iddia edir ki, Güney Azərbaycanda, xüsusən Təbriz şəhərində milli fəallar İran rejimi ilə əməkdaşlıq aparıb, milləti hədələyirlər ki, Tehranda cərəyan edən etiraz aksiyalarına dəstək verməsinlər.
Əlbəttə, yenə də Heşmət Rəisi tamam gücü ilə meydana çıxıb və Azərbaycanlıları qorxaq və ya Əli Xameneinin tərəfdarı adlandırır. O, bu vasitə ilə çalışır Azərbaycanlıları təhrik edib, rejim içində olan ailə davasına görə küçələrə tökə.
Bu faktları nəzərə alaraq, deməyə sözüm çoxdur, amam mənim fikrimcə, hər şey aydındır. Azərbaycanlılar ancaq öz milli mənfəatlərin nəzərə alıb, onun əsasında dost və ya düşmənin tanımalıdır.
İranda baş verən hadisələrlə bağlı Güney Azərbaycanın mənalı sükutu!
http://www.azadtribun.net/x19796.htm
Hiç yorum yok:
Yorum Gönder