I
Bizim qurtuluşumuz söz konusu isə, bu, heç bir zaman və heç bir şəkildə Türkiyəsiz olmayacaqdır. Türkiyəsiz olmayacaqsa, o zaman Türkiyəni dərindən öyrənməmiz gərəkir. Türkiyə, özəlliklə Güney Azərbaycanda və İranda yaşayan türklər üçün qurtuluş şansıdır. Bu şansı qullanmanın tək yolu da Türkiyəni doğruca öyrənməkdir. Hansı Türkiyəni? Malazgird savaşından başlayıb Osmanlını içərən və modern Türkiyə cümhuriyətinə qədər davam edən Türkiyə. Biz Osmanlını da bilmək zorundayıq. Osmanlını bilmək hər bir türkçü üçün bir təklifdir. Olmazsa olmaz. Osmanlını öyrənmə sürəcində qəbul edib-etməyəcəyimiz bir sürü olqularla rastlana bilərik. Bu önəmli deyil, önəmli olan bu tarixi bilməkdir, öyrənməkdir. Çünkü bu tarixin içində biz İstanbulu türk yurdu yapdıq. Bir tək İstanbulun fəthi Osmanlını öyrənmək üçün yetərlidir. Osmanlını öyrənib və onu dialektik təfəkkürümüzün bir konusu yapmaq həm zövqlüdür, həm də tarix bilincimizin, bilgimizin dərinləşməsinə səbəb olur. Çünkü Osmanlını düşüncə bağlamında ələ aldığımızda istər-istəməz fərqli açılardan dəyərləndirəcəyik. Çəlişkilərin çılğın buldlar kimi bir-birinə girməsi beynimizdə ildırımlar kimi çaxacaq, bir çox zehni qaranlıqlarımız aydınlanacaqdır. Osmanlı 600 illik bir tarixdir. Kiçik bir hadisə deyildir. Bu qədər uzun bir tarix üzərinə bilimsəl və sosiolojik axtarış yapmaq bir ömrə yetməz. Çünkü Osmanlı tarixinin yanı sıra həm də Osmanlı imperatorluğunun ilişkidə olduğu dünya dövlətlərinin də mədəniyətini öyrənmək zorunda qalacayıq. Osmanlı tarixi üzərinə bir sürü kitab oxusam da, Will Durant´ın 11 cildlik “Mədəniyət tarixi” kitabının Osmanlı bölümü mənim üçün çox öyrətici oldu. Osmanlını inanışımızın yatağı kimi deyil, tarix bilgimizin qaynağı kimi öyrəndiyimizdə onun üzərinə türlü görüşləri də xoşgörü ilə qarşılayacağıq. Ancaq Osmanlını idealizə edən, ya da inkar edənlər heç bir zaman bu uzun tarix üzərinə bilimsəl bilgi etmək istəməzlər, hər iki tərəf bireysəl inanclarına dayanar. Biri kötülər, biri sevər. Osmanlı vaz keçilməz bir olqu olaraq daima zehnimizin, düşüncəmizin önündə duracaqdır. Bilgi artışı bəlli bir tarixi dərindən öyrənəməyə yardımçı olmaqdadır. Bu üzdən də istər Anadolu türklüyü olsun, istər Anadolu dışında yaşayan türklük açısından Osmanlı tarixi özgüvən və öyrənim açısından diqqətlərimizi çəkəcəkdir. İranda yaşadığım müddət ərzində tarix üzərinə yazılan və ya tərcümə edilən kitablarda Osmanlını həp kötülədilər. Osmanlıdan qorxunc, çirkin, adamyeyən surət təqdim edirlər oxuculara fars tarixçilər. Bu doğrultuda solçu və sağçı tarixçilər nəzər birliyi içindədirlər. İran Tudə Kommunist Partisinin ideoloqu olan Ehsan Təbərinin Osmanlı tarixi üzərinə yazdığı görüşlərlə islamçıların yazdıqları görüş örtüşməkdədir.
II
Türkləri aşağılamaq farslar üçün bir əyləncəyə dönüşmüşdür. Firdovsinin “Şahnamə”sindən başlayan bir sürəcdir bu. Şahnamədə fars qızının türklə evlənməsi yasaqlanır. Ana tərəfindən türk, ata tərəfindən Rüstəmin (farsın) oğlu olduğunu bilməyən Sohrabla savaşır Keykavus şahın qızı Qordafərid. Savaşda yenilir. Sohrab fars qızı Qordafəridə aşiq olur və ona evlənmək təklif edir. Qordafərid Sohrabın bu təklifinə gülüb “Türklə fars qızı evlənməz”* - deyir. Fars ədəbiyatında irqçiliyin təməlini qoyan Firdovsi başqa qövmlərlə evlənməyi fars kimliyinin və özgünlüyünün pozluşu kimi təqdim edir. Ərəblə, türklə evlənmələrin zərəri haqda yazır və “İranlı ilə evlənən türk və ərəbdən öylə bir nəsl ortaya çıxar ki, onların əməllərinə inanmaq olmaz.”**- yazır. Firdovsi bununla da yetinməyir və daha irəlilərə gedib türk soyunun tarixdən silinməsi üçün mübarizənin bir mission olduğunu savunur. “Türk soyundan konuşma, türkün tarixdə izi qalmamalıdır, soyu kəsilməlidir.”***- deyir. Bunun da səbəbini türkün ağlının olmamasında görür. “Türk” olaraq nitələnən ağılsız insana bənzər yaratıq zərərli olduğu üçün soyu kəsilməlidir və “Türk olan kimsədə bulunmaz zəka — Kəndi zəkasından bulsun bir səfa”****- deyir.
İştə bu şəkildə şeirlə estetizə edilmiş bir türk düşmənliyi farsların şüuruna və şüuraltına yerləşdirilmişdir. Onların tarix baxışları “Şahnamə” əksənli olduğu üçün türk ulusu ilə ilgili olaraq bir önyarqıları, önseziləri var. Şahnamə qaynaqlı önyarqı. Bu önyarqaılarına dayanaraq fars ziyalıları bir sürü roman yazmış və orada türkləri qorxunc yaratıq kimi göstərmişlər. Bu vəsilə ilə İranda yaşayan türklərdə tarix bilgisi boşluğu oluşdurmuş və sonra da bu boşluğa kəndı tarix ideolojiləri ilə doldurmuşlar. Farslar üçün tarix bilim deyildir, bir ideolojidir. Farsların türklərə qarşı savaş ideolojisidir. Bu işdə çox da başarılı olmuşlar. Çünkü avam toplum, kütlə gündəlik həyatla, gündəlik eyitim düzeyi ilə yetinər. İrandakı türk kütləsi dövlətin böyük imkanlarını və propaqanda olanaqlarını əlində tutan fars irqçilərinin təbliğatlarına yenik düşmüşlər. Seçkinlər farsların bu tutumlarına qarşı çıxsalar da əllərində heç bir kütlə ilətişim aracları yoxdur. Bu üzdən də İran mühitində türklər hızlı bir şəkildə milli kimlik açısından soysuzlaşmaqdadırlar. İşin ilginc yanı türk tarixi ilə ilgili orientalistlərin yazdıqları kitablar da yanlış tərcümə edilir. Yəni bu tarix kitablarındakı görüşlər dövlətin qavramsallaşdırdığı zehniyətin süzgəcindən keçir. Bu üzdən də İran mühitində yayınlanmış kitablar dolayısıyla türk tarixinin gerçəklərini anlamaq mümkün deyildir.
III
Fars millətçilərinin üzərində çənə yorduqları tarix sahəsindən biri də Osmanlı. Osmanlı-Türk dövləti dünya tarixinin çox önəmli oluntularından (fenomenlerindən) biridir. Osmanlı üzərinə minlərcə araşdırma tipli yapıtlar yazılmışdır. Bütün bu yapıtların fars dilinə tərcüməsində tərcümə qurallarına sadiq qalınmamışdır. Osmanlı tarixi, fars millətçilərinin qorxunc röyası. İstisnasız olaraq bütün fars millətçiləri romanlarının, şeirlərinin bir yerində Osmanlını sövmədən keçəməmişlər. Osmanlı düşmənliyi farslar üçün bir sindrom halına gəlmişdir. Osmanlı düşmənliyi etmək bir iftixar sayılır. “Osmanlı düşmənliyi” adı altında sanki intelektuel düzeylərini sərgiləmiş olurlar. Osmanlı düşmənliyini bir sindrom halına gətirən farslar əlbəttə ki, Səfəvi sevgisini övməlidirlər. Osmanlı Avropada adam əti yeyəndə Səfəvi əski Sasani və Hz. Əli ədalətini diriltmiş! Farslar Səfəvi dövlətinin quruluşunu “fətrət” olaraq nitələrlər. “Fətrət” iki zaman arasındakı boşluq deməkdir. Fars tarixçilərinə görə Səfəvi dövlətinin quruluşu ilə əski Sasani dövləti yenidən canlanmışdır. Sasanilərlə Səfəvi dövləti arasındakı 900 illik zaman boşluğunu fətrət adlandırırlar. Əslində bu baxışlarında tam olaraq haqlıdırlar. Çünkü Şah İsmayıl başına Təbrizdə şahlıq tacı qoyduğunda 14 yaşlı bir çocuq olmuşdur. Dövlətçilik təcrübəsi olmayan bir çocuq. Səfəvi dövləti farsların ideolojik və batılıların teknik dəstəyi ilə qurulmuşdur. “Çaldıran” savaşındakı Şah İsmayılın yenilgisini dərin bir içyanqısı ilə xatırlarlar. “Çaldıran” savaşı türklüyün yazqısı açısından çox önəmli bir savaş olmuşdur. Burada Sultan Səlimin qətiəti, sarsılmaz iradəsi türk ulusunun tarixdən silinməsini əngəlləmişdir. Çünkü Will Durantın da yazdığına görə “Çaldıran” savaşında Osmanlı yenilsə idi, Batı İstanbul geri almağı qafasına taxmışdı. İstanbulun bu gün və əbədiyən türk yurdu olaraq təsbit edilməsinin səbəbi Sultan Səlimin qətiəti olmuşdur. Sultan Səlimi iç politikasında Ələvilərlə ilgili eleştirənlər var. İç politikada xəta yapmış ola bilir. Ancaq “Çaldıran” savaşındakı zəfəri təqdirə şayandır. Çünkü tarixi olayların sonucu bəlli olduqdan sonra İbni-Xəldunun da yazdığına görə, onun üzərində bilimsəl dartışmalar başlatmaq mümkündür. Çünkü tarixdə səbəb-nəticə arasındakı ilşkilər incələnməlidir. Osmanlının nəticəsi Türkiyə Cümhuriyəti və Səfəvinin nəticəsi İrandır. Biri Türk dövləti, digəri fars.
Fars millətçilərinin Osmanlı-Türk dövlətini aşağılamasının ən önəmli səbəbi İranda yaşayan türkləri tarixdən silmək olmuşdur. Osmanlını türk olaraq sürəkli kötüləyən fars eyitim sistemi İrandakı türklərdə aşağılıq kompleksi oluşdurmaqdadır. Aşağılıq kompleksinə girmiş bir milləti tarixdən silmək çox kolaydır. “Çaldıran” savaşını haqlı olanla (Səfəvi) haqsız olan (Osmanlı) müharibəsi kimi təqdim edilir. 1400 il öncə Hz. Əlinin haqqını yeyən Əbubəkir, Ömər və Osmanın zehni varisləri Osmanlı imiş. Bu Osmanlılar ilk üç xəlifə kimi dünyada haqsızlığı hakim qılmışlar. Əli Soyundan olan Səfəvilər bu haqsızlığa baş qaldırmışlar. Haqsızlığa qarşı savaşında Kərbəlada şəhid olan Hz. Hüseyn də yenilmişdir, “Çaldıran” savaşında Şah İsmayıl da. Önəmli olan bu yenilgi deyilmiş, önəmli olan haqqın zehinlərdə cilvələnməsi imiş. Budur Fars irqçilərinin Osmanlı sindromu. Səfəvilərdən sonra qılıc gücünə qanlı bir şəkildə şiələşdirilən İranda yaşayan türklər də Osmanlı düşmənliyini qəbul etmə açısından inanc planında çox yatqın olmuşlar. Olayı şiə-sünni planına çəkməyi başaran farslar İran coğrafiyasında yaşayan türkləri inanc planında Osmanlı düşməni etməyi başarmışlar. Hətta İranın ateist millətçiləri də Osmanlı düşmənliyində şiə fanatikləri ilə eyni yöndə düşünürlər. Ayrıca, burada söz konusu Osmanlı düşmənliyini tarixdə olub-bitən olqu kimi düşünməmişlər. Osmanlının mənəvi və siyasi varisi modern Türkiyə Cümhuriyəti isə, o zaman Osmanlının torunlarını da kötüləmək gərəkir. Bu doğrultuda “Erməni soyqırımı”nın İranda tanıtımı üçün İran dövləti hər türlü imkan sağlamışdır. Sadəcə ermənilərin deyil, fars millətçilərinin də vəhşi türklərin savunmasız erməniləri qəddarcasına qətliam etməsi haqda yüzlərcə kitab və dərgi buraxmışlar. Bunlar farsların uzun zamandır Osmanlıya qarşı sistemli şəkildə düzənlədikləri propaqandadır.
* بحندید و با او بنرمی بگفت— که ترکان ز ایران نیابند جفت
** ز ایران و از ترک و از تازیان
نژادی پدید آید اندر میان
نه دهقان، نه ترک و نه تازی بود
سخن ها به کردار بازی بود
*** سخن بس کن از هرمز ترک زاد
که اندر زمانه مباد این نژاد
**** ز ترکان کسی را نباشد خرد
کز اندیشه خویش رامش برد
Hiç yorum yok:
Yorum Gönder