- Qulamrza bəy siz uzun təcrübəsi olan şəxs kimi, bir alim və tədqiqatçı olaraq bu gün Güney Azərbaycanda, eləcə də İranda yaşanan olayları necə qiymətləndirirsiniz. Ümumiyyətlə İranda nələr baş verir? Axı bir az əvvəl İranda prezident seçkilərilə bağlı ölkə daxilində, eləcə də bütün denyada bu proses çox ciddi şəkildə izlənildi.
- Əvvala onu qeyd etmək lazımdır ki, 31 il bundan öncə İranda qatı fars şovinist siyasəti aparan Pələvilər xanədanlığı milyonlarla insanları bir araya gətirən inqilab nəticəsində devrilib. Məhz bundan sonra regionda teokratik bir rejim qurulub. İslami rejim kimi dəyərlənridilən bu hakimiyyətin daxilində uzun müddətdir yaşanlılan bir sıra ciddi gərginliklər, konfliktlər və təzadlar mövcud idi. Belə ki, bütün problemlərin arxasında cümhuriyyət və islam rejimi tərəfdarları durublar. İslam rejiminin tərəfdarları dövlətin doqmatik və klerikal qanunlar çərçivəsində idarə olunmasını daha sərt şəkildə müdafiə edirlər. Cümhuriyyət tərəfdalarının əsas strategiyası isə hakimiyyətin doqmatik və klerikal rejim tərəfdalrarının vasitəsilə deyil, məhz respublikaçılıq perinsipləri ilə idarə olunmasına önəm verilməsidir. Bu sırada indiki haldda Haşımi Rəfsancani və Mirhüseyn Musəvinin tərəfdarları dururlar. Bu iki qüvvənin tərəfdarları uzun illərdir həm parlamentdə, həm də hökumətdə yetərincə təmsil olunublar.
Islami rejim tərəfdarları uzun illərdir ABŞ-ı hədələmək, onun əleyhində ölkə daxilində mənfi düşmən obrazı yaratmaqla daim öz mövqelərini möhkəmləndirmək və gücləndirmək siyasətini yürüdüblər. Bu siyasət sonuncu ABŞ prezidenti Corc Buşun zamanında özünün ən yüksək səviyyəsainə dalxmışdı. Uzun müddət teokratik rejimin müdafiəçiləri əhalinin savadsız kütləsini fanatikcəsinə öz tərəfdarlarına çevirməklə demək olar ki, cümhuriyyət tərəfdarlarına qarşı həm də ölkə daxilində çox böyük mənada güc olduqlarını isbatlamağa çalışıblar. Teokratik rejimin gücü olan bu qüvvə ölkə daxilindəki problemləri, ixtilafları ictimai fikirdən yayındırmaq üçün fanatiklərdən ibarət bir sıra silahlı təşkilatlar, cəmiyyətlər qurublar. Onlarn ölkədəki mövcud olan problemlərdən cəmiyyəti yayındırmaq üçün xarici düşmən obrazı kimi İsraili daim hədəfə alıblar. Guya bu fanatik qüvvələr istənilən zaman İsraili bir dövlət kimi məhv etmək gücündədirlər. Hətta bütün dünya müsəlmanlarının əsas düşməni kimi S. Buşu da bu sıraya əlavə etmişdilər.
-Axı, indi Barak Obama ABŞ-da hakimiyyət başındadır.
- Bəli, Barak Obama hakimiyyətə gələndən sonra ABŞ tarixində ilk prezident olaraq İran hakimiyyətinə əl uzatdı. Cənab Obama açıq şəkildə bəyan etdi ki, ABŞ bir dövlət olaraq İranla bütün sahələrdə dialoq qurmağın tərəfdarıdır. ABŞ İranla bütün sahələrdə birgə əməkdaşlığın olmasını istəyir. Məhz bu açıqlamadan sonra İrandakı klerikal hakimiyyət tərəfdarları dərhal bundan narahat olmağa başladılar. Hətta İran ayətüllahlarının dini lideri Seyid Əli Xameneyi və onun ətrafı bu dəfə də xalqı aldatmaq üçün açıq təbliğata keçərək bildirdilər ki: “ABŞ bizə yaxınlaşmaqla yeni xəyanət ssenarilərini həyata keçirmək istəyir. ABŞ İran kimi möhtəşəm islami dövlətin qüdrətini və gücünü anladığı üçün bizdən ehtiyat edir. Çünki, İran bu gün elə bir qücə çevrilib ki, istənilən an İsraili məhv edə bilər”.
Bütün bunları biz diqqətlə təhlil etdikdə görürük ki, Xameneyi və onun rəhbəri olduğu Vilayəti Fəqih tərəfdarları əslində ABŞ hökumətinin yeni siyasətindən, yəni dialoqların aparılmasından qorxur. Vilayəti Fəqih tərəfdarlarının belə bir qorxaq mövqeyini görən liberal siyasət, yəni cümhuriyyət tərəfdarları dərhal ilk dəfə açıq siyasi hücumları təşkil edərək bildirdilər ki: “Obama İran dövlətinə dostluq əli uzadır. Burada təhlükəli heç nə yoxdur”. Bütün bunları sadalamaqda məqsədim odur ki, bu rejimin yaradıcıları 1927-ci ildə İranda hakimiyyətə gəlmiş Rza Pəhləvidən başlayan fars şovinist siyasətinin tərəfdarları kimi antitürk, anti Azərbaycan siyasətini davam etdiriblər. 1927-ci ildən 1978-ci ilə kimi pəhləvilər sülaləsi, 1978-ci il İslam İnqilabından sonra isə indiki molla hakimiyyəti Güney Azərbaycanın iqtisadi, sosial, mədəni və digər sahələrdə inkişaf etməsinə qarşı olublar. 31 il hakimiyyətdə olan mollaların əsas siyasəti Güney Azərbaycan məsələsini tamam unutdurmaq olub. Halbuki 1978-1979-cu il inqilabında hakimiyyətdən devrilən M. Pəhləvi kimi qanlı diktatorun törətdiyi cinayətləri nəzərə alaraq həmin bu mollalar şah rejimi zülmü altında əzab çəkən bütün xalqların milli hüquqlarını tanıyacaqlarını elan etmişdilər.
Yazının devamı: http://dak.az/view.php?lang=az&menu=13&id=5761
Hiç yorum yok:
Yorum Gönder