2 Ağustos 2009 Pazar

Güntay Gəncalp, "Azərbaycançılıq” və “Azərbaycanlı” kimlik üzərinə


Azərbaycançılıq” və “Azərbaycanlı” kimlik İkinci Savaşdan sonra meydana çıxmış bir olqudur. Belə bir olqu tarixdə olmamışdır.
1918-ci ildə yeni bir ölkə olaraq doğan Azərbaycan isə yalnızca coğrafi-siyasi bir məkan kimi doğdu. Bu yeni ölkəni quran musavatçıların heç birinin yazılarında nə “Azərbaycanlçılıq” deyə bir anlayış var, nə də “Azərbaycanlı”.
Ulusların etnik kimlikləri ilə coğrafi kimlik uyğun olmaya bilər. Ancaq etnik kimlik coğrafiya adı ilə sınırlandığında qısır bir olqu ortaya çıxar. Dünyada bir çox ərəb ölkəsi var. Ancaq dillərindəki ləhcə fərqinə rəğmən etnik kimliklərini ərəb olaraq tanımlarlar. Azərbaycan cümhuriyətində bu bölgədəki türk tarixinin antitezi kimi meydana çıxan MÜSATÇILIQ türkçülük üzərinə vurğu yapmışdır. Çünkü Azərbaycan kiçik bir bölgənin adı idi və tarixdə də siyasi və mədəni bir keçmişi yox idi. Bütün tarix boyunca Azərbaycan türk tarixinin, türk kimliyinin içində anlam və kimlik qazanmışdır. 1936-ci ildən başlayan dildə türkçədən arınma politikası öz gəlişmə sürəcində “Azərbaycançılığı” doğurdu. Bu gəlişmə sürəcini o zamankı MÜSAVATÇILAR çox yaxşı təqib edirdilər. Azərbaycan sovet respublikasında azərbaycançılığın doğuşunu “kommunist” qəzeti təfərrüatı ilə izah edirdi. “Kommunist” qəzetini izləyən MÜSAVATÇIlar isə, başda Rəsulzadə olmaqla yayınladıqları “Qurtuluş” dərgisində bu hadisəyə münasibət bildirirdilər. “Azərbaycançılıq” ilk dəfə laraq 1936-ci ildə doğmağa başladı. O zaman Azərbaycan Yazıçılar İttifaqının sədri Şamilovdur. Moskovadan gələn bir əmr üzərinə Yazıçılar Birliyinin qurultayının keçməsi üçün hazırlıqlar gedir. Şamilov “Dildə sovetizm” adında bir məruzə ilə çıxış edir. Bu məqalə o zamana qədər Azərbaycanda yayqın olan “dildə türkizm” tezisinə qarşı idi. Dildə sovetizm, məzmunda sovetizm və biçimdə milliliyi savunurdu. “Dildə türkizm”dən yana olanlar isə həm məzmunda, həm də biçimdə millilikdən yanaydılar. Şamilovun bu məruzəsi müzakirə edilir. Bu məruzəyə qarşı çıxanların tamamı 1937-ci ildə güllələnirlər. Beləliklə “Azərbaycançılıq” Azərbaycandakı milli şəxsiyətlərin qətlləri üzərində quruldu. Azərbaycanda döllənnən bu zehniyət hər addımında rus mənafeyini üstün görən Pişəvəri tərəfindən İran Azərbaycanında qaldırılır. Pişəvərinin heç bir nitqində və yazılarında türk sözünə rast gəlmirik. Çünkü Pişəvəri hissən, ruhən və fikrən bir sovet adamı idi. Olaylara da sovet pəncərəsindən baxırdı. Bu şəkildə soysuz bir anlayış sovetlər tərəfindən şəkilləndi.
1991-ci ildə Azərbaycan müstəqil dövlət oldu. Elçibəyin iqtidarı zamanı “Azərbaycan dili” ibtal edilib yerinə “türk dili” oturduldu. Bu, Azərbaycançılıqdan vaz keçib və yenidən türklüyə dönüş idi. Elçibəyi Azərbaycan Xalq Cəbhəsi ilə özdeşləşdirmək olmaz. Cəbhənin içində bir sürü irticai fikirlər də var idi. Anayasada “türk dili”nin yerləşdirilməsinə ən çox cəbhənin içindəki bir çox qüvvələr qarşı çıxırdı. Əliyevin iqtidara gəlişi ilə Elçibəyin zamanında anayasaya yazılmış olan “türk dili” ibtal edildi və yerinə “Azərbaycan dili” yazıldı. Milliyət də “Azərbaycanlı!” olaraq təsbit edildi. Əliyev səhnələr də təşkil etdi bu iş üçün. Bir sürü sovet “dilçi”ləri çıxıb türk dilini məsxərə etdilər. “Haşa, biz türk deyilik, türk Türkiyədə yaşar”- məsajını verdilər. Əliyev isə təşkil etdiyi bu sevimsiz səhnədə baş rol oynayan şəxs kimi hər dəfə bir monoloq söyləyib “Azərbaycan” dilinin “türk” dilindən daha üstün olduğunu vurğulayırdı. O zaman Əliyevin təşkil etdiyi bu şou hesabına universitələrdə güclü “türkçə düşmənliyi” küləkləri əsdirildi. Stalinizmin uydurduğu “Azərbaycançılıq” yenidən bir sovet adamı tərəfindən iqtidara daşındı.
İran mühitində və İran Azərbaycanında yaşayan bir çox gənc türk Azərbaycan cümhuriyətindəki bu yanlış gəlişmələrin etkisi altında qaldı. Bakıdakı kimliklə ilgili meydana çıxmış olan sadəcə İranda yaşayan türklərin tarix bilincinə qarşı deyildi. Həm də Azərbaycan ölkəsinin qurucusu olan MÜSAVATÇI zehniyətə qarşı idi. Azərbaycan bayrağını tarixə çıxaranlar onun ilk rəngini “Azərbaycançılıq” olaraq deyil, “türkçülük” simgəsi olaraq şərh etmişlər. Heç bir zaman da bu yanaşmalarından vazkeçmədilər.< /p>
“Azərbaycançılıq” dərinliyi olmayan bir kimlikdir. “Azərbaycan Milli Hərəkəti” deyə bir şey yoxdur. Türk Milli Hərəkəti var. Ən uyğunu isə “Azərbaycan-Türk Milli Hərəkəti”dir. Hər bir önərmənin içində keçən bir sözcük onun dərinliyini anladar. Onun mahiyətini izah edər. “Azərbaycan Milli Hərəkəti” öz içində əksiklik daşıyan və kəndi-kəndisi ilə çəlişən bir önərmədir. Çünkü tarixi gerçəkliyi yoxdur. Tarixi dərinliyi yoxdur. Biz türkük. Bu qavramın önünə, arxasına bir şey artırmanın heç bir anlamı yoxdur. Artırıldığında türklüyün inteqrasionu üçün əngəl törədəckdir.

Hiç yorum yok:

Yorum Gönder