13 Ağustos 2009 Perşembe

Güntay Gəncalp,Təhlükə keçməmişdir

İrandakı olaylarda Təbrizin səsiz qalması bir çox dəngələri alt-üst elədi. Fars mehvərli düşünənlər Azərbaycanda milli bir gücün gerçəkdən ortada olduğunu TV-lərdə etiraf etdilər. Onlara görə Təbrizdə və digər türk şəhərlərində milli fəallar bəyaniyə paylamışlar gecələr. Bu savaşın bizim savaş olmdığı yazılmış gecələr evlərə dağıdılan bu bəyaniyələrdə. Demək ki, bir çox kadrlarımız toplumu milli mənafe istiqamətində yönləndirə biləcək imkandadırlar, onlara görə. Ancaq dışarıdan bir çox üzdən iraq milli fəallar Azərbaycanı bu anlamsız qanlı savaşa soxmağa çalışdılar. Başarmasalar da hələ təhlükə keçməmişdir.
Qarşımızdakı günlərdə universitetlər açılacaq. Təbrizə müxtəlif şəhərlərdən bolluca öyrənci gələcək. Bu öyrəncilər Təbrizdə iğtişaş törədə bilərlər. Ayrıca, Təbrizdə bu anlamsız hərəkətə qatılmaq istəyənlər yox deyildir, vardır. Onlar da bu macərapərəst öyrəncilərin iğtişaşına qatıla bilərlər. Beləliklə Təbrizi anlamsız bir savaşa soxarlar. Belə olarsa nələr ola bilər?
1. Bütün dünya bilir, rejim özü də bilir ki, Təbrizdəki hər hansı uğurlu bir hərəkət Tehrana moral verər və digər şəhərlərə də sıçrayar. Bu üzdən də Təbrizdəki hər hansı qıpırdanışı rejim vəhşicəsinə boğar. Təbrizdə 20 yanvardan da daha təhlükəli qırğın gerçəkləşər və heç bir nəticəsi də olmaz.
2. Bu hərəkətə öyrəncilər təkan verər. Öyrənci hərəkəti dünyanın heç bir yerində ciddi hərəkət sayılmaz. Çünkü öyrənci sinifi olmayan bir topluluqdur. İqtisadi bir təbəqəsi yoxdur. Gəliri ailəsinə bağlıdır. Ona görə də öyrənci hərəkətinin arxasında iqtisadi dayanaq olmaz.
3. Bu hərəkət Təbrizdə baş verərsə, rejim oradakı tanınmış milli fəalları vaxtı itirmədən hamısını yaxalar. Onlar hərəkətə qatılsalar da qatılmasalar da yaxalanarlar. Təbrizdəki hərəkətin səviyəsindən asılı olaraq onlarla rəftar edərlər. Hərəkət çox güclü olsa onların hamısını edam edə bilərlər.
4. Milli hərəkətə elə bir zərbə dəyər ki, özünü uzun vədədə də toparlaya bilməz. Beləliklə xaricdə adlarını milli qoymuş və rejimlə əski haq-hesablarını çürütmək istəyənlər öz arzularına çatarlar.
Hissən, fikrən, vicdanən bu hərəkətə bağlı olanlar çox diqqətli olmalı və ulusumuzu bu təhlükəli mərhələdən sağlıqlı keçməsinə yardımçı olmalıdırlar.
09.08.2009

Hiç yorum yok:

Yorum Gönder