
Milli bir insanın İranda universitet müəllimi olması çox önəmli bir fürsətdir. Çünkü bu vəsilə ilə irtibatda olduğu yüzlərcə, minlərcə gənc adamın beyninə milli düşüncəni əkə bilər. Belə bir fürsəti yaxalayıb və universitet müəllimi olan birinin gəlib bir izdihamın içində 3-4 gün ömrü olan qısa sürəli qəhrəmanlıq göstərib və “türk dilində mədrəsə” deməsi nə qədər doğrudur? Sonra bu adamı tutub salırlar zindana. 3-4 aydan sonra buraxırlar. İşini əlindən alırlar. Qalır işsiz və üz tutur Ankara B M T-nin siyasi mühacirlər ofisinə. Gəlir Avropaya. Avropada isə iqtisadi kriz və işsizlik. Nə yapacaq Avropada? Bu şəkildə bütünüylə mübarizənin dışına çıxır. Oysa bir milli insanın İranda universitet müəllimi olması böyük şansdır. Yaxşı maaş alır. Millətin ən gənc nəsli ilə irtibatdadır və fikirlərini onlara intiqal edə bilər. Universitetdə faydalı olma imkanını anlamsız bir şüarla, 3 günlük qəhrəmanlıqla itirir. Bu gün mübarizənin gerçək səngəri İrandakı universitetlərdir. Ancaq insanın nəfsi də var. İnsanın məşhur olma arzuları da olduğu üçün əqli dərinliyi olan yolu seçmək duyğusal türk insanı üçün bir az çətin olur. Tarix boyu ağlın qullanılması gərkən yerdə də qılınc qullanan türk üçün. Hamı siyasətlə məşğul olsa, o zaman milli hərəkətin düşüncəsini kimlər oluşduracaq. Nədən DR. Cavad Heyət örnəyinə diqqət edilmir, əcəba?
Hiç yorum yok:
Yorum Gönder