-İrana modrenləşmə olqusunu Azərbaycanlılar gətirib ancaq Modrenləşmənin ilk qurbanı Azərbaycanlılar olub.
-İrana komunizm və sol düşüncəyi Azərbaycanlılar aparıb ancaq sol düşüncənin ilk qurbanlarından Azərbayacn-Türk kimliyi olubdur.
-Şiyə məzhəbi səfəvilerin məhsuldur. Ancaq Şiyə məzhəbinin qurbanı Azərbaycan olubdur.
-Demokrasi ənənəsini (gələnəğini) və modren düşüncə ənənəsini İrana biz aparmışıq ancak demokrasi və modrenitə sözləri altında Azərbaycan-Türk kimliyinin məhv edilməsi hədəflənib..
Doğru və məntiqli bir gözlə baxdığımızda rahatliqla diyə bilərik ki:-Modrenləşmə olqusu özlüyündə Azərbaycanlı olmaqla heç bir ziddiyəti yoxdur.
-solculuq özlüyündə Azərbaycanlı olmaqla heç bir ziddiyəti yoxdur.
-Şiyə məzhəbi özlüyündə Azərbaycanlı olmaqla heç bir ziddiyəti yoxdur.
-Liberal olmaq özlüyündə Azərbaycanlı olmaqla heç bir ziddiyəti yoxdur.
Bəs problemin qaynağı nədir?. Problem bizim Azərbaycanlılığımızdadır. Tarix boyu heç bir zaman gərçək bir Azərbaycanlı olmamışıq. Hər zaman Azərbaycan-Türk kimliyini solculuğa, dinçiliyə, məzhəbçiliyə feda etmişik.
- Bizim şahlarimiz Fars mədəniyətinin qoruqçusu olublar. Enerjimiz Fars mədəniyəti yolunda hədər olubdur. Onlar tarix boyu böyüyüb və biz isə zəyifləmişik.
- Bizim solçular, solçuluğu Azerbaycan-Türk kimliyinə düşmənlikdə və onu inkar etməkdə görüblər..Sanki Solçuluğun mənasi Azərbaycan-Türk kimliyinə düşmanlıqdır.
- Bizim demokratlarımız demokrasini Azərbayacn-Türk kimliyini ört bastır eləməklə eş anlamlı görübler. Demokrasinin anlamı “ Erməni sənin torpaqlarnı işqal etsə də sən danışma” , “Kurt oz xəritəsində sənin torpaqlarina göz tikdiyini göstərsə də sən dinmə” olubdur. Xalqlar dostluğunun anlamı ana toprağını peşkeş çəkmekmi?. Demokrasi öz torpağından, milli kimliyindən, tarixindən və hər şeyindən qopmaqmı? Dünyada bu tip demokrasiyə örnək göstəriləbiləcək bir demokratik ölkə varmı?
Açıq şəkildə etiraf etməmiz lazımdir ki bizdə bir çox mətləb yanlış və xətalı öyrənilibdir. Bizim gücümüz bizə fayda verməyibdir. Bizim fikir fərqliliklərimiz ( bizim zənginliyimiz də sayılır) xeyrimizə olmayibdir. Bizim enerjimiz bizə xeyir verməyibdir. Çünkü biz hər zaman Azərbaycan-Türk kimliyimizi unutmuşuq. Tarix boyu enerjimizi və gücümüzü Azərbaycan yolunda faydalansaydıq indi nə idik?. Dünyanın böyuk güclərindən olmasaydıq da indiki Azərbaycandan çox fərqli bir Azərbaycanda yaşayırdıq mütləq.
Azərbaycanlılar tarix boyu Azərbaycan mərkəzli bir siyasi hədəf içində olmayiblar. Özünü mərkəz almayan millət ayaqda qalma şansı yoxdur. Azərbaycanın qurtuluşu, Azərbaycan mərkəzkli düşünməkdən, Azərbaycan mərkəzli hərəkət etməkdən keçməktədir. Azərbaycan bizim gücümüzün və enerijimizin istiqamqtini gostərir.
Azərbayacn Mərkəzli bir dünya görüşü bizim qurtuluşumuzun yoludur.
Ne Etmeliyik?(3)
Güney Azerbaycan Milli Hereketi özüne mexsus bir siyasi, sosial ve medeni hereketdir. Onun özelliklerini tanımlamaq çetindir. Milli Hereketin müeyyen bir merkeziyeti yoxdur. İrtibatlar, teşkilati ve hiyerararşık (alt-üst münasebet modeli) deyil. Başqa bir sözle, irtibatlar şaqli (emudi) deyil üfüqidir. Reis- merus ve Murad - mürid münasebeti yox. ifrati emele meydan verilmir. eqlani bir mikanizma içinde hereket edilir. zerer ve ziyan yaxşı düşünülür. İnsanlar çox zerer görmeden iş görmek isteyiller. Milli hereketde tekamüli(evrim) baxış hakimdir. İnqilabı emele çox müsbet baxılmır. İnsanlar atomize ve teşkilat / topluluqlarda da dostluq ve şexsi irtbatlar tein edicidir. Yuxarıdaki özellikler totaliter bir rejim içinde milli hereket üçün böyüme amilleri olmuşdur. Müşexxes bir rehber veya merkezi bir teşkilatı olmadığı üçün yox edilmesi de mümkün deyil. Milli hereket üstünde polisiye bir hakimiyyetin de qurulması da rahat deyil. Çünkü milli hereket içinde “ her faal bir teşkilat” ve her yer siyasi fealiyet sahesdir.
Milli hereket içindeki insanlar atomize olaslar da, ancaq onları birleştiren ve onlara hakim olan bir umumi –milli vicdanın (ortaq şuur, ortaq deyerler hesassiyeti, duyqudaşlıq) olduğu da aşıkardır.
umumi-milli vicdan, ferdlerin ve teşkilatlarin üzerinde ve onları hedayet eden bir olqudur. Milli vicdan, milli faallardan müsteqil ve onları üzerinde siyasi ve sosial bir gerçeklikdir. Milli hereketin motorunu ve esasi dinamizmini teşkil edir. Meyar ve ölçüm esasıdır. Birleştirici ve yol göstericidir. Sosial ve siyasi seferberliyin qaynağı ve sebebidir. Babek Qelesi, Xordad hadisesi ve Yaşıl hereketine yönelik ortaya çıxan mesafeli tutum, milli vicdanın göstericilerdir.
Milli herekete hakim olan milli vicdan tam anlamı ile aksiyoner deyil. Fail deyil edilgendir. Milli hereketin xaricindeki amiller esasında emel edir. Aksinorlik özelliyi zeyifdir. Milli vicdani aksinoer haline getirebilen onun faalları, liderleri ve teşkilatlarıdır. Bugün milli vicdanı aksiyoner haline getiren umumi-milli lider ve teşkilat yoxdur. Bu nedenle Azerbaycandaki ferdler, gruhlar ve partiler var olan milli vicdan qarşısında edilgen bir durumdadırlar. Milli vicdanı herekete keçirebilecek güc ve potansiyelleri yoxdur. Babek qalesi, Xordad(may) hadisesi ve traxturun son zamanlarada yarattığı “Azerbaycan tsunamisi” milli vicdanın aksiyonerleşmiş halidir. Bunları “men ettim” diyebilecek bir rehber ve teşkilatın yoxluğu, milli vicdan qarşısında edilgen bir mövqide olduğumuzun göstericisidir.
Milli vicdanın belli bir şexs veya partilerin hakimiyetinde olmaması, bütün siyasi ve sosial gerçeklikler olduğu kimin, hem musbet hem de menfi terefleri vardır. Milli hereket, belli şexs ve partilerin, her istediyini eleyebileceyi bir meydan olmaqdan çıxır. Bu da su- istifadelerin ve gizli bazarlıqların qabağını alır. Diktatör ruhlu insanları kenara vurur. Milli herekete demokrasi ve çoxluğu hakim qılır. Yuxarıda belirttiyimiz müsbet tereflerle yanaşı, çox sayıda menfi cehetleri de vardır. Milli vicdan pasif bir varlıqdır. Milli hereketin xaricindeki amillerin tesirine açıq ve hetta kontrolu altına girmesi ehtimal daxilndedir. Bu zaviyeden baxıldığında, milli vicdan sahesindeki qazanımlar, esasi ve tein edici olmasına baxmayaraq, qaranti (tezmin) altına alınmış qazanımlar deyil. Kiçik amillerin mudaxelesyle ile olmasa da, böyük siyasi ve sosial şokların vasitesiyle milli vicdanın yönü deyiştirilebiler. Milli vicdanın siyasi ve toplumsal şokların qarşısında qorumanın yolu qurumlaşma (nehadileşme) olqusudur. milli vicdanın qazanımlarını qarantı altına almaq, onu istenilmeyen şoklardan qorumaq ve onun gücünü milli menfeetler istiqametinde seferber edebilmenin önemli yolu siyasi, sosial, kültürel ve iktisadi teşkilatlanmaqdan keçmekdedir. Teşkilatlar, milli vicdanın cisimleşmiş halidir. Onu yaşadan, qoruyan, geliştiren ve ileriye aparan amildir.
Milli vicdan teşkilatlanaraq milli iradeni ortaya çıxarır. Milli irade, milli vicdanın aksionerleşmiş halidir. Bugün milli hereketde milli vicdan güclü ise de milli irade zeyifdir. Milli iradenin zeyifliyi siyasi ve sosil süreclerde tesir gücünün az olması demekdir. Gözlenilmeyen tsunami veya fırtınaya teslim olub ve onun apardığı yere getmek demekdir. Bu da, milli vicdan sehesindeki qazanımlarımızın gözlenilmeyen şoklarla suvrulma ehtimalının olması anlamına gelir.
Güney Azerbaycan milli hereketi insan sayısı, nufüz dairesi ve coğrafi genişlik açısından baxıldığında bügün İranda birinci yerdedir. Sayı, nufuz ve genişlik açısından bir nümreli olsa da güc ve tesir gösterme dercesi ise çox zeyifdir. Bu da milli vicdanın güclü olduğu ancaq milli iradenin ise zeyif olduğu olqusunun isbatı menasına gelmekdedir. Güney Azerbaycan milli hereketinde ortaya çıxmış bütün siyasi ve ictimai teşkilatlarımız, umumi-milli vicadanın ferqli tezahürleri ve milli iradenin ortaya çıxışı yolundaki faaliyetlerin mehsuludur. Teşkilatlarımız umumi-milli vicdanın aksinorlerşmiş halidir. Ancaq hamiya melum olduğu kimin, bu faaliyetler hele de istenilen neteceni vermemiş ve ancaq gelecekde vermeyeceyi mensına da gelmemekdedir. Milli hereket bugüne qeder qazandığı siyasi, sosial, kültürel ve iktisadi qurumlarını qorumakla yanaşı, milli vicana tam anlamı ile hakim olacaq bir milli iradenin ortaya çıxması istiqametinde getmelidir. Ortaya çıxması lazım olan güc, milli hereketin bütün enerjisini milli hedeflere doğru istiqametlendirebilmelidir.
Arif Keskin
Hiç yorum yok:
Yorum Gönder