19 Ekim 2009 Pazartesi

Bulut 15.10.2009 , Milli-Hərəkət Istiqlal yolunda!

Sovet-İtiffaqi dağılandan sonra Azərərbaycanın iki parçaya bölünən xalqı 1990-ci ildə, ilk dəfə əsrlər ayrılıqdan sonra sevindi və illər arzuladığı vətənin birləşməsinə ümid ilə inandi, lakin bu sevincin ömrü az oldu və düşmənin illər bu gün üçün çəkdiyi çirkin palnlar gündəmə gəlib,Quzey Azərbaycan Türk xalqıni təkcə müharibə ilə yox,bəlkə ağır iqtisadi təzyiqlərə məruz qoydular!
Abraham Maslov (1) Ehtiyac piramidində ictimai inkişafi belə deyir; ilk öncə insanın ibtidai (baziz) istəkləri təmin olumalıdir ki, sonra ictimai inkişafin mərtəbələrinə ucalib qalxa bilər!
Pizxaloq Maslovun sadə və dərin mənali olan bu elmi-bəyani öz həqiqətin Azərbaycanda göstərdi, nəhayət Quzey tərəftə gedən müharibə və hər iki tərəfdə olan iqtisadi-siyasi yoxsuzluq, illər birləşmə arzu və həsrətində olan Azərbaycan xalqın birlik yolundan azdırdı. Başlanan yeni bu ayrılıq dövran təkcə Azərbaycan Türk xalqının adi insani yox, bəlkə coxlu öndə gedən Azərbaycan siyasi ellitəsin qəfildən tutdu. Maskva hakimiyyətinin siyasi Repressionun (təzyiq) qoyduğu dərin iz, bəhrəsin göstərdi, elə ki , yeni meydana çixan siyasi qüvvələr müxtəlif daxili və xarici təzyiqlərə məruz qaldılar.Zəngin neft və qaz yataqların olmasi Azərbaycanda, yenə de azadlıqın əldə edən Azerbycan xalqının başına bəla oldu, nəticədə istiqlal bəyannamənin mürəkkəbi qurumadan, Azərbaycana yeni və tanınmamış istismarçi dövlətlərin nümayəndələrin axıni başladı.
Bu dəfə burunlara eşək dağlanmsi iyi yox,həqqqətən kabab iyi getmişdir!
Dağlıq Qarabağda gedən müharibə şəraiti və iqtisadi-siyasi çatışmamazlıq Quzey Azerbaycan xalqın katastrof ilə üzbəüz qoyur.
Çoxlari hələdə elə bilirlər ki, müharibəni yalnız Russlar və Ermənilər yaradıblar və başqa xarici keşfiyyat orqanlarının bu murdar işdə əli yoxdur?!niyə ki yox?Amma bəzilərə həqiqəti bilib və inanmaq ağır gəlir!
Məgər regionda güclü Azərbaycanın yaranmasın istiyən vardımı? Bəlkə İran, bəlkə Qardaş diyən Türkiyə, bəlkə Amerika və ya onun müttəfiqləri, yoxsa siyasət aləmində coxlu müəmmalı maraqlar əl-ələ verib və bu ədalətsiz savaşi senariyo olaraq heyata keçirildi?
Məqalədə Türkiyə Hakimiyyətindən əgər ad gedirsə, bu tənqidi baxışlar Türkiyədə yaşayan Türk və başqa etnik xalqlara aid olmur. Biz Azərbaycan və Türkiyəni qonşu olaraq, dost və qardaş müstəqil ölkələr kimi taniyib və bir birinin daxli işlərinə qarışmadan, daha çox güclü mədəni və ictimai -iqtisadi münasibətlərin güclənməsin alqışlayib dəstəklirik. Burda əsas Türkiyənin Azərbaycanda 1990-ci illərdən bəri apardıği səhv siyasətə işarə edib və qısa aydınlıq gətirirəm, əlbəttə bu araşdırmani necə qəbul etmək, hər oxucunun öz qəzavətinə qalib .
Amma əsas qalan mətləbə qayıdıb dəvam edək,.
Necə ki bilirik və hər kəsə aydındır,Quzey Azərbaycanda sovet-ittifaqi dağılana qədər Maskva sistemi nefti istismar edirdi, sovet-ittifaqi dağıldıqdan sonra bir tərəfdən Azərbaycanın yeralti sərvətlərinin istismarin gözləyən dövlətlər,digər tərəfdən ölkəmizin coğrafi baximdan isitratejik önəmli regionda olan şəraiti, Azərbaycanın başına bəla olub və siyasi-ictimai bütövlüyunə mane törədib,and içən düşmənləri torpaqlarimızin coğrafi baxımdan parçalamaqa qərara gətirdi!
Güclü və müstəqil Quzey Azərbaycan olmasi, təkcə Qərbi istismarçi dövlətlərəi rahatsız yox, bəlkədə iki yaxın qonşu dövlətlərə yuxunu həram edir. Elə təsadüfi deyil ki, Azərbaycanın adı dünya üzrə Quzey sözü olmadan BMT-nin listində müstəqil dövlət kimi qebul olunur(birləşmiş Millətlər İttifaqi). Egər Quzey Azərbaycan adı ilə tanılsaidı, avtomatik olaraq Güney Azərbaycan qısa zamanda istiqlal yolund çoxlu məsfəni çətinlik olmadan getmışdir, amma təəssüflər olsun ki, yənədə dünya siyasəti Azərbaycanın maraqların tapdalıyıb və danmaqa qərar verdi.
Bu mürəkkəb siyasət təkcə dünyanın super ölkələrinə yox, həmiçin Tükiyə və İran ölkələrinin marqları ilə üst-üstə düşüb uyğun gəldi.
Amma niyə Türkiyə və İran siyasi sabitliyə Quzey Azərbaycanda razılaşmadılar,axi biri zahiri dildə qardaş deyib,o birisi isə müsəlman qardaşi kimi özün tandir,bəs hansı müştərək nüqtələrdə bu iki qonşu ölkə arxada illərdir razılıq əldə ediblər?
Mürəkkəb suallara cavab vermek üçen, məcburam Quzey Azərbaycanda gedən gərgin siyasi-ictimai proseslərə aydınlıq gətirər.(istiqlaldan sonra)
İran Fars faşist və şovinizm dövləti cox aydındır ki, Quzey Azərbaycanın müstəqil şəraitindən vəhşətə gəlib və milli hərəkətin güclənib sürətləşməsindən güneydə qorxur və çox yaxşi bilir ki, qısa zamanda İranin ərazi bütövlüyin təhlükədədir.Beləliklə gənc Quzey Azərbaycanın müstəqil hökumətinə açıq və aydın taxribat törədib və manelər yaradir.
İranın parçalanmasi və Güney Azərbaycanın müstəqil olmasi yalız İrani yox, bəlkədə məntəqənin coğrafi quruluşuna sürətlə istər istəməz təsirin göstərir, ona görə zahirdə qardaş olan Türkiyə bu dəfə İran qeder görünməsədə Güney Azərbaycanın yaranmasına müxalifdir və hec zaman olubdur ki,Türk cümhüriyyəti qurulandan sonra bir dəfədə Güney Azərbaycanın Türk xalqının haqqındən müdəfiə edə? Yoxsa gün bu günə qədər Fars rejimilə six əməkdaşlıq etməyibdır? Hec özümüzdən soruşduqmu ki,bəs əgər Quzey Azərbaycan Güney tək İran tərkibində olub və 9 milyon tale bizim tək olsaidi,görən bizə yənədə qardaş deyirdimi?
Bundan əlvə Türkiyədə 80-inci illərdən bəri Kürdlər və PKK Kürd Qiriliya orqanizasiyasi silahli terror və mübrizə yolula bağımsız Kürdistan yaratmaq istəyir və əgər İran dağılırsa, İranda Kürdistan yaranıb və etnik Türkiyə ölkəsi İran kimi dağılmaqa məhküm olacaq.
Həmin əsasi illətdərə görə Türkiyə hakimiyyəti 1945-46-ci illərdə və bu gün İranda Güney Azərbaycanın yaranmasından bərk vəhşətdədir! Rıza Xan quldur və Ata Türkün daha çox dostluq əlaqələri varidi ta Məhəmməd-Əmin Rəsulzadə ilə və hətta Türkiyədə qalmağa belə razılıq vermədı! Yox dostlar bunlar yalan deyil və İstalindən qorxmasi bəhanədir,cünki İstalin Məmməd-Əmin Rəsulzadəni şəxsən İstalinin özü Bakidan Maskvaya gizli qaçıdır və nəhayət necə müddət yaninda saxlıyandan sonra gizli Finlandiyaya getməyə yardım edır!
Yox inamıram? Axi niyə?məgər həqiqətlərdən danişmaq o qədər çətindir?
Bunlari düzgün öyrənmək üçün Tarixə müraciət edin və ordan ıyrənin ki,1920-ci illərdə nələr olub və Tələt Paşa və Nuru Paşa və böyük Ənvər Paşa kimidirlər və onlarin münasibəti Ata Türk ilə necə olub və hansı dəhşətli şəraitdə yaşayıb və niyə Türkiyədə ölümə məhkum olmuşlar və nəhayət sürgündə daşnakların əlilə terror olunurlar və Ənvər Paşa Orta Asiyada şəhid olur?
Niyə bizlər bizə aid olmuyan şəxsləri pərəstış edirik? öyrənmişik,ya gərək Lenin,Marks.İstalinləri avtoriter edib pərəstiş edək,yada tariximizdə tarixi saxtalaşdıran Şəxslərdən ulu-öndər yaradib,xalqımıza öz əlimiz ilə Diktatorlar yaradaq! Bəs bu abirsiz işlər niyə bizim ölkələrdə olur? Bir az qiraq gətsəmdə məqalə uzanır və problemlər qarışır,yaxşı dir mövzuyə qayıdım.
Təəssüflər olsun ki, çoxlu Azərbaycanlılar ya Türkiyəni İran kimi bir etnik ölkə tanımirlar, yada həqiqəti danib, qorxurlar.
Türkiyədə Türk xalqının olmasın nəzərə alsaq,artıq bir əsrdir Müxtəlif etnik quruplarin şəxsləri dövlət başında olublar və Türkiyədə siyasi-ictimai reformlar müxtəlif sahələrdə dondarılmiş və bu çagdaş dünyada böyük problemlər Türkiyə dövlətinə yaradıb.Nümunə olaraq din məsələsi və xalqlarin mədəniyyət və ictimai-siyasi problemləri.
Baxmayaraq ki, Quzey Azərbaycanın 25 faiz torpaqi əldən gedib və ictimai-siyasi böhranda yaşasada, qardaş Türkiyə dövləti bu gərgin şəraitdən yaxşı iqtisadi istifadə aparır və mədəni əlaqədən çox iqtisadi maraqlarin güçləndirır.
Bəzi Türk siyasətçilərinin təxribati qaranlıq əllər ilə idarə olumuş və dünya üzrə görünməz siyasi zərərlər gənc Quzey Azərbaycan hakimiyyətinə birinci müstəqilik gündən bəri vurur.Maraqlı budur ki,öz ölkəsində seçkilərdə 5 faiz səs gətirmiyən Bozqurt partiyasi Quzey Azərbaycanda xarici kəşfiyyat əllər ilə göclənir və hətta İskəndər Həmidov 1992-ci ildə Daxili-İşlər naziri olarkən, Bozqurt şəklini başının üstünə vurub,Türk muxbirlərinin vasitəsilə müsahibə verır və bu mənfi təsirat bağışlayan interviyu dünyaya yayillar!
Habelə artiq öz ölkəsində illər qadağan olub və bakanlar əmrilə dünyada faşist adlandırıb və pis ad çığardan Boz qurt partiyasi Azərbaycanın sadəlövh və siyasətdə təcrübəsi olmuyan şəxslərəin başına bəla olub və Azərbaycan ictimaiyyətini dünyada faşist tanıtdır.Türk bakanlari özləri inamıyan Türk-Dünyası xəyal olaraq noxud kimi ortamıza dığırlayıb və bizim başımızı məşğul edib,yalız iqtisadi maraqların güdürlər!
Birinci Qarabğın müharibəsi ki, çiban kimi xarici əllər ilə yaranır, siyasi-ictimai içəri gərginlik neftin istismarina rahat izin verməyir və nehayət sakitlik şərait yaranmaq üçün Azərbaycanın seçilmiş prezidenti Abülfəzl Aliyev hakimiyyətdən uzaxlaşmaqa məcbur olur!
Təbii ki Türkiyə dövlətinin bu prosesdə əli olub və müəyyən qədər yaranan puçlarda payı var.
Amma Güneyin qorxusu hələ aradan getmıyib və bunun üçün Azərbaycanın müstəqilliyin istəmiyən Dövlətlər hazırlq görüllər və budəfə İnternasionalizm Kommunist və İslamist yox, xəyali Turanizm bayraqın yeni ayaq tutan Azərbaycanli gəncin əlinə verirlər ta həmişə oluğu kimi öz müqəddəratindan uzaqlaşa və cümlə Azərbaycanın müstəqil bir dövlət və millət olma prosesi , geriyə düşə cünki, bu en gözəl plandir ki,öz mənafeın təhlükədə görən dövlətləri razılaşdıra.
Burda çoxlu faktlar gətirmək olar,lakin bunlari nə qədər uzadırsan,rezin kimi uyanar!
Amma əsas nədən bəhs edirik?
İstiqlal Güney Azyərbaycanda kimin istəyidir və bu yolda bütün daxili və xarici təzyiqlərə baxmayaraq, hansı başarılar əldə etmək istəyir?
Qısa sözlə desəm,hər xalq öz mədəniyyət və adila tanımaq istəyir və hər xalq öz mənliyin qoruyub, yaradmaq və inkişaf etmək istəyir, bu tarixin prosesidir və dünyanın əksər xalqlari istiqlal prosesin sona vermışlər və ancaq istiqlaliyyəti əldə etdikdən sonra indiki modern dünyada qonşu xalqlar ilə sülhdə və bərabərlikdə yaşayıb,hətta qarşılıqlı dostluq prensiblərə dayanaraq, müxtəlif ittifaqlar yaradıb iqtisadi-siyasi problemləri birlikdə həl etməyə çalışıllar.
Güney Azərbaycanın istiqlalin yolunda fəaliyyət edənlər nə fanatikdirlər və nə bu yolda yorulub qaliblar,cünki özünə qaçan yorulmaz və istiqlalçilar öz millətinin müqəddəratina qulluq edirlər. Və Əks solçu və paniranizmlər ki, hətta iranda belə Maskva və Çin saatları ilə yatib oyanırdırlar və 1979-ci illərdən sonra indiki tək geridə qalmış İrana müxtəlif sosializm plani tökürdülər,ayıq istiqlalçilar bütün ictimai-iqtisadi və milli problemləri gözəl anlayib,səbir ilə xalqın yuxua qalan bəzi ziyalıların oyanmaqların yolunu gözləyirdirlər!
Ancaq bəzilərinə Sovet ittifaqinda yaşamaq və o quruluşu təcrübə etmək, dərs olmadi,və yenidən Qorbaçovun Prestorika və Qlaznost reformlari başlarkən, ictimai-siyasi xəstəliklərinə sanki dərman tapiblar,nəhayət Sovet-ittifaqi dağılana qədər, istər qurbətdə istər isə vətənin icində Qorbaçovdan və onun yeni reformlarından mübahisə edib,milli hərəkətdən xəbərsiz qalıb və xəyallarda yaşayıb, ölü Maskva siyasətinin yenidən yaşamasına ümid bağlırdılar.
Sovet-ittifaqi dağıldıqdan sonra illər bəzi bu ümidsiz siyasilar ruhi xəstəlik tutmaqa məruz qalıb və hətta bəzıləri özlərin öldürməyə belə qərar verdilər.Maraqlıdır ki, Sovet-İttifaqind yaşayan insanlar belə kimsə bu ruhi xəstəlikdən tutmadı!,məgər insan bu qədər fanatik olarmuş??!!!amma o zamanlar nə fanatik islamçılar varıdi və nə gözə gürünməz pantürklər!
2000-ci ilin əvvələrindən solçu və bəzi İrançi soydaşımız salana-salana milli hərəkətə qovuşsalarda,bunlarin içində bəziləri yalandan millətçi adıla təxribat və siyasi terror ilə məşğul olmuşlar!
Misal olaraq,yadima gəlir ki, Aciq- Söz saytinin məsullarindan bir İran Fars Şövinizm Dövlət ilə mübarizəni buraxıb, illər Milli-Hərəkət yolunda fealiyyət edib və zəhmət çəkən Dr.Qəravi bəyə səviyyəsiz latayır yazib və şəxsi CIA məmuru şayiəsin yazıb və bu cəfəngiyat ilə məşğul olur.Hətta bu cənab Atropat dərgısində belə yazir ki,gərək Quzey Azərbaycan İrana yapişa, cünki iranda yaşıyan Azərbaycanlıların sayısi coxdur!
Gülünc və səhv İran və Russ siyasətçilərindən mirasa qalan terror əmmlləri hətta bu yaxınlara qədər davam edir,ele ki, neçə ay bundan öncə öz həm düşüncəliə olan və illər sürgündə yaşıyan Sirus bəy Mədədiyə siyasi terror təziyiqi çoxaldir, və təəssüflə hətta Günaz TV vasitəsilə Sirus bəyi məhkəməyə cəkirlər ta sadəlövh dinləyicini aldadıb və özlərin Azərbaycan qayğıkeşi kimi tanıtdiralar! 1930-ci illərdə Maskvada gedən məhkəmə tamaşalarin yadıma salıram!
Maraqlıdır,neçə həftə bu siyasi məhkəmənin üstündən keçməmış,çal çağır kimi,artıq Demokratıyadan sui-istifadə edən cənablar Günaz TV-ni öz meydanlarına çevırıb,və demaqoq kimi bu dəfə xalqı aldadaraq,aylar gah Ələminı qəhrəman göstərib,və az sonra Mir-Hüsseyn Musavi cənablarin iranda seçılən prezident kimi və bir Azərbaycanlı kimi xalqa tanıdırib və nəhayət bu günə qədər Səbzlər hərəkatin dəstəkləməyə çağırıb, xalqi qandırmaqa çalışırlar!Bəlkə yənə bu qəhrəman Azərbaycan xalqı İrani azadlıq yolunda tək qoymuya!
Şərq ölkələrdə sarı rəng azadlıq səmbolidir və qərbi inkişaf tapmış ılkələrdə yaşıl rəng,amma İran yənə daliya qalmiş,axi yaşıllar Almanıya və Fransıyada 1980-ci illərdə reformlar əldə ediblər və artıq məçlısdə 5 faiydən cox səs gətiriblərçbəs İran niyə gecışmış? Eyb eləməz,Atom bombasındada gecışib!
Aman Allah,ya tanrim yardim et!!
Bulardan Sual etməlıyəm ki,ay əziz dost kimi aldadırsan?Necə olur sizinlə illər bir cəbhədə fəaliyyət edənə xəyanətkar adlandırıb və xalq-məhkəməsində cəzalandırmaq istəyirsiniz amma cinayətkar və xalqın gənclərin qətlə yetirən cənablardan Demokrat yaradıb xalqa rəhbər kimi tanıtdırmaq istəyirsiniz ?
Bəlkə buda Maskvadan öyrənən siyasi terroçu texnikidir ki,gah insanları susdurmaqa məruz etmək istəyirsiniz,gahən cinayətkarlar töbədən sonra ali məqamlara qoyursunuz?
Yox dəyərlı soydaşlar bu səhv hərəkətlərin bazari Aərbaycanda bankrotdu və bu terror hərəkətlər ancaq Fars və Russ Şövinizm siyasi bazarlarinda mümkendür!
Sizlər niyə əsas düşməni buraxib,Azərbaycan xalqınin övladların əzmək ilə məşğulsunuz?
Yox dostum bu metod səhvdır,çalışın bu səhv və siyasi-milli hərəkətlərə aid olmayan əməlləri tərgidin,bu mənim sizə söydaş olaraq dostluq təklifimdir.
Xaricdə və daxildə İstiqlalçilar hansı fəaliyyət ilə məşğuldurlar və bu yolda nə əldə ediblər?
Tələblərimiz həddi yoxdu, amma gördüyümüz işlər təəssüflə cox az və gözə görünməz,cünki hələ müstəqil bir ölkə və Dövlət olmamışıq.
Buna cavab verməyə bəlkə kitablar lazımdi yazıla, amma muxtəsər və qısa olsada, qələmə gətirmək məqsədə uyğundur.
Azərbaycanın Milli-Hərəkət ilə məşğul olan soydaşlarımız yaxşı bilirlər ki, hansı form və səviyyədə xaricdə istiqlalçilarin geniş fəaliyyətləri olub.Azda olsa Azərbaycanın xaricədə yaşiyan soydaşlarımızi öz Milli-Hərəkətlərinə maraq göstərməsində və aktivləşdirmədə nailiyyətlər azda olsa əldə edib.
Müxtəlif dərnək və ocaqlarin yaranmasi və Azərbaycan Fedrasiyanin birləşməsində,istiqlalçilarin səyi və calışmaları hər kəsə aydindır.Müxtəlif Beynəlxalq və siyasi-ictimai təşkilatdara müraciət deib,Azərbaycan Türk xalqının haqlarının tanıdıb və siyasi-ictimai sahədə Demokratik qüvvələrdən mədəni yardım istəmək.
Russ və İran Rejimlərinin cinayətkar olduğun aydınladıb və Demokratik ölkələrdə bu cinayətkar sistemləri tanıtdırmaq.
Xaricədə yerləşən İran adlanan yerin və habelə Russ və Erməni Dövlətlərnin elçiliklərinin önündə etraz mitinqləri keçirmək.
Xaricədə DAK və başqa Təşkilatlarin çoxi İstiqlalçilarin səyilə olub və hətta belə Günaz TV ki , bəzi millətçi donun giyənlərdə ordan çağırıb və bağırıllar,istiqlalçi və xalqını sevər şəxslərin səyi ilə yaranıb.
(burda DAK və Günaz TV nin mənfi və müsbət işlərindən ad aparmıram,amma təcrübə öyrənən bir TV və Diyaspora ücün işlərin alqışlayıb və daha keyfiyyətli proqramlar gözləyıb və fealiyyətlərin güclənməsin arzu edirik və yardimçi olmaq borcumuzdur).
Ehtıyac görmürəm cox misal gətirəm,cünki tələblərimiz çoxdur və etdiyimiz iş az,ancaq fakt budur ki,bu gün Güneydə gedən proseslərin coxun istiqlalçi düşünən və fəaliyyət edən soydaşlarımız istiqamətləndirib və bu cox sevindrici haldır,yoxsa bu yaşıllar hərəkatinda gənclərimiz güdaza getmışlər!
Azərbaycan Türk xalqı barışsevər və sülhpərvər mədəni bir xalqdır və ədalətı təkcə özünə yox,bəlkə bütün insanlara soyundan asılı olmuyaraq istəyir .Real düşünən istiqlalçilar fanatik deyillər və real düşünüb əməl deirlər və hec zaman yaşadıği xarici ölkələri Güney Azərbaycana misal gətirmirlər,cünki bu mədəni ölkələr 100 illərdi biz getdiyimiz tarixin prosesin dalda qoymuşlar və bizə başqa xalqların ölkələrində misali aid olmur. Maraqlı qərbin ictimai problemlərindən solçu soydaşlarimız gözəl başa düşürlər. gah Kommunizmdən və gahən yeni Qolobal sözün dilə gətirmək bizim nə toplumə və nə özümüzə yaraşmir. Biz Azərbaycanlılar ibtidai və sadə sözləri hələ başa düşmürük,biz öncə Xalq, Haq, Birlik,Patriot,Vətən,Bayraq,Dövlət, İstiqlal və çoxlu bunlara uyğun gələn sözlərin məfhumun öyrənməyinə çalışırıq ,sonra vaxt olursa, mürəkkəb sözlərəi öyrənnik.
Və Vətənimiz Güney və Quzey Azərbaycanda hansı ictimai-siyasi quruluş olmalıdir?
1.Quzey Azərbaycanın istiqlalının güclənməsi və işğal olunan yerlərin azadlıqın və yenidən ərazi bütövlüyün bərpasın.
2.Quzey Azərbaycanda Milli-Süurun daha güclənməsin,cünki Güneyin istiqlal yolunda hər sahədə ilk Quzey Azərbaycanın yardımına ehtiyacımız vardi.
3.Güneydə gedən Milli-Hərəkətin ziyalı və gənc(tələbə,işçi) əlilə ictimada gücləndırıb və kütləvi xalqımızi istiqlal yolunda səfərbər etmək.
4.Güney Azərbaycanda Demokratik və azad bir Dövlət yaratmaq və azad Demokratik ölkədə əksəriyyət Türk xalqının və azında olan başqa etnik quruplarin bərabər hüquqa malik olmasi Güney Azərbaycan Dövlətinin hüquq çərçivəsində.
5. Siyasi-İctimai reformlarin Demokratk istandardlara uyğunlaşdırmaq və onlari gərçəkləşdirmək.
6.Bütün qonşu və Demokratik Dövlətlər ilə mədəni sahələrdə dostluq münasibətin yaratmaq.( ictima-siyasi və iqtisadi əlaqələr)
7.Güney Azərbaycanın Partiya və siyasi-ictimai təşkilatlarına azad fealiyyətinə şərait yaratmaq.
8.Dini Azadlıq bütün etniklərə və dini siyasətdən ayırmaq.(layistik)
9.Təhsilin pulsuz olmasi və orta məktəbın məcburi öyrənməsi.
10. Azad iqtisadiyyat və içtmada müxtəlif sosial reformlarin heyata keçirilməsi.
Təbii ki, bütün bu sosial və ictimai problemleri aradan qaldırmaq və reformları gərçəkləşdirmək,ancaq savadlı və təcrübəli alimlərin əlilə araşdırıb olacaq.
Azərbaycan Türk xalqınə inanmıyan və xəyalda olan ümidsiz soydaşlara qısaca açığlamaq lazımdir bilələr ki,hansı Milli-Hərəkət də istiqlalçilar iştirak edib və xalqımizin gücü və iradəsilə gərçəkləşdirməy çalışırlar.

1.Abraham Maslov(1 April1908 ildə NEW YORK da anadan olmuş və 8 Yuni 1970 dä Californizada ölmüş)Dr.Pr Amerikali Pizixoloq və tanimiş sosialog
2.İskəndər Həmidov Azərbaycanin 1992 ildə Daxili işlər Naziri və Bozqurt Partiyanin başqani
3.Abülfəzl Aliyov.Azərbaycanın Xalq cəbhəsinin yaradani və ilk Prezident 1992-ci ildə sovet-İttifaqindan sonra

Hiç yorum yok:

Yorum Gönder