DAK güneyli ziyalılarla birlikdə Güney Azərbaycan mövzusunda dəyirmi masa keçirdi Müəllif: DAK www.d-a-k.org Sabir Rüstəmxanlı: “Biz Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, lobbiçilik işinin qurulmasında əməkdaşlığımızı gücləndirilməli və birgə hərəkət etməliyik” Rza Bərahani: "Mənim üçün Azərbaycan həyat deməkdir" Əjdər Tağızadə: “Biz müxtəlif düşüncədə olan insanlarla dialoqda maraqlıyıq” Oktyabrın 7-də "Ambassador" otelində DAK ABŞ, Kanada, Almaniya, İsveç və İngiltərə gələn qonaqlarla birlikdə Güney Azərbaycan mövzusunda dəyirmi masa keçirib. Tədbiri DAK həmsədri Sabir Rüstəmxanlı açaraq bildirdi ki, güneyli ziyalıların səfərində məqsəd onları Azərbaycanın müstəqillikdən sonrakı uğurlarıyla tanış etməkdir: "Bununla həm də müstəqilliyin verə bildiyi bütün dəyərli hissləri göstərmək istəyirdik. Digər məqsədimiz isə müxtəlif ölkələrdə yaşayan azərbaycanlı ziyalıları diasporumuzun təşkilatlanması işinə daha da səfərbər etməkdir. Biz də DAK olaraq, bu məsələnin beynəlxalq səviyyədə qaldırılmasına çalışırıq. Elə ABŞ, Belçika, İsveç, Avstraliya, Rusiya, Ukraynada keçirdiyimiz bütün tədbirlərdə və görüşlərdə Dağlıq Qarabağ münaqişəsilə yanaşı, Güney Azərbaycan problemini də qabartmışıq. Eyni qandan, millətdən olan insanlar müxtəlif düşüncədə, ideologiyada ola bilər, hədəflərimiz də ayrı ola bilər. Ancaq bütün bunlara baxmayaraq, biz Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, lobbiçilik işinin qurulmasında əməkdaşlığımızı gücləndirilməli və birgə hərəkət etməliyik. Zaman bizim bir yerdə olmağımızı tələb edir".
...
yazının devamı: http://www.d-a-k.org/index.php?option=com_content&task=view&id=2727&Itemid=1
Hiç yorum yok:
Yorum Gönder