Tamam təcrübələr nişan verir ki, çeşidli sahələrdə, yəni iqtisadi, siyasi, mədəni və s. sahələrdə tərəqqi və inkişaf o zaman mümkündür ki, informasiya üzərində monipol olmaya. Bir yerdə ki, azad şəraitdə informasiya yaranır onun üzərində polomika yürütmək mümkün olur. İnformasiya islah olur və nəhayət kamilləşir, tərəqqiyə səbəb olur. Elə bu səbəbə görə dialoq hansı sahəyə aid olmasından asılı olmayaraq, hədsiz böyük əhəmiyyət daşıyır. Sözümü siyasi dialoqun üzərində cəmləşdirib davam edirəm. Burada xatırlatmalıyam ki, siyasi dialoqu siyasi şantajla, şəxsiyyətpərəstlik, yaltaqlıq və s. bu qəbildən olan mənfi hallardan ayırmalıyıq. Siyasi dialoqun demokratik düşüncə sistemində böyük yer aldığını ilk əvvəl deməliyəm. Amma siyasi şantaj, şəxsiyyətpərəstlik, yaltaqlıq totalitar siyasi sistemin nəticələridir.
Əgər demokratik bir siyasi sistemdə siyasi dialoq, mübahisə, fikir alış - verişi ilə insan çalışır öyrənə və həm də öyrədə və ətrafdakıları qane etməklə dəstəklərini qazanıb özünü haqlı nişan verə. Bir demokratik siyasi sistemdə siyasi qüdrətə çatmağın əsil qaydası budur. Amma bir totalitar sistemdə şəxsiyyətpərəstlik, siyasi şantaj və yaltaqlıq istər ki, hər qiymətə rəqibləri meydandan çıxarmaq və bir fərd, yaxud bir dəstə öz məqsədinə çatmaq üçün.Hətta bəzi çətin şəraitdə öz rəqiblərin fiziki yoxluğa çıxarırlar.Mənim məqsədim bu yazıda siyasi dialoqu araşdırmaqdır. Bəri başdan qeyd etməliyəm ki, siyasi dialoqun ümumi və fərdi xüsusiyyəti var.
Birinci fərdi xüsusiyyətdən danışarkən, fərdin təhsilini, onun yaşını, yaşayış təcrübəsini və hamısından önəmli onun psixoloji sağlamlığının əhəmiyyətli rol oynadığını bildirməliyəm.
İkinci əsas hesab etdiyim siyasi dialoqun xüsusiyyəti üzvi olduğumuz ictimaiyyətin mahiyyətindən söz açamq olar. Bir ictimaiyyət hər əndazədə mədəni olur, o ictimaiyyətin üzviləri də mədəni olurlar. Onlar siyasətdə, siyasi davranışda siyasi dialoqu əhmiyyətli hesab edirlər və bu yerdə onu qiymətləndirirlər.
Amma bir ictimaiyyət ki, hər əndazədə geri qalmış olur, yəni feodal təfəkkürlü olur, o ictimaiyyətin üzviləri də siyasi dialoqu düz mənada aparıb öz problemlərin həll edə bilmirlər. Nəhayət, şəxsi məsələlər -- bir -birinə ittiham vurma, klan davası siyasi dialoqun yerini tutur.
Biz Güney Azərbaycanlılar uzun müddət ancaq totalitar sistemdə milli zülmə məruz qalmışıq və bu istər ...istəməz bizim siyasi davranışımızda özünü nişan verir. Və belə olan bir zamanda siyasi dialoqdan istifadə edərək öz problemimizi həll etmədə çətinliklər törədir. Amma unutmayaq ki, Şərqdə ilk demokratik respublika bizdə, yəni Azərbaycanda yaranmışdır və hələ bu gün öndə gedən avropanın demokratik ölkələrində qadınların seçki hüququ olmayanda bizdə bu hüquq onlara verilmişdir. Misallardan bu nəticəni almaq olar ki, əgər biz siyasi dialoqu düzgün formada apara bilmirik, əsli səbəb fərdi amildir. Bu səbəbdən də iradı özümüzdə axtarmalıyıq, nəinki üzvü olduğumuz ictimaiyyətdə yox.
Üçüncü qeyd edəcəyim məsələ ondan ibarətdir ki, dialoq çeşidli sahələr də fərqlidi. Tutaq ki, əgər ədəbiyyat, tibb zəminin də olsa, bir sağlam dialoq qoymaq çox rahatdır. Bu gün ancaq bir ölkənin çərçivəsində yox, beynəlxalq aləmdən bu sahənin mütəxəsisləri, alimləri bir ..biri ilə əlaqə saxlayıb dialoq aparırlar. Ən əsas məsələ kimi onu qeyd etməliyik ki, bu zaman heç kəs heç kəsin yerini dar eləmir. Amma siyasi dialoq fərq elədiyi üçün və həm də siyasətdə udub, uduzmaq faktoru var. Ona görə də siyasi dialoq aparanlar ancaq öyrənələr və öyrədələr meydanına çıxmırlar.Onlarda siyasi rəqibi meydandan çıxarmaq niyyəti də var. Elə buna görə də qəribə deyil ki, bəziləri siyasi dialoqlarda etikanın az olmasından şikayətlənirlər.Əlbəttə, etikanın az olması o mənada deyil ki, siyasi dialoqda şəxsiyyətpərəstliyə, yaltaqlığa gərək yer verilə. Biz ancaq nisbi baxmalıyıq, mütləq yox.
Millətin reaksiyası, yəni, siyasi şantaja siyasi dialoqa fərq qoyub, siyasi dialoqa dəstək verib və siyasi şantajı pisləməyi çox əhəmiyyətli rol oynayır siyasi davranışda. Məsələn, dünyanın azad ölkələrində siyasi şantaj ifrati qruplara aid olur və bu siyasəti aparanlar millət içində çox rahat təcrid olunurlar. Demək olar ki, siyasi şantaji aparanlar başqasını siyasi şantajın qurbanı eləməzdən əvvəl özü bu siyasətin qurbanına çevrilir. Amma çox təəssüf ki, biz Azərbaycanlılar içində bu şantaj siyasətinə qarşı güclü reaksiya görmür və Azərbaycanın siyasət bazarında siyasi şantajlara müştəri var.
Şantaj siyasətinə qarşı olmaq bir əxlaqi mövzu deyil və burada adamların yaxşı və ya pisliyindən söhbət getmir. Bi yerdə ki, siyasi dialoqun yerini siyasi şantaj tutur o informasiya ki, çeşidli sahələrdə lazımdır baş tapmaq qeyri mümkün olur.Və bu da öz yerinə bizim milli mənfətimizi təhlükəyə salır. Elə bu nöqteyi -nəzərdən avropa ölkələrinə baxaq, əgər burda siyasi şantaj həddindən artıq azdır. Bu onların yaxşı adam olduqlarına yox, bəlkə milli mənfətlərini tanıyıb onları qorumaqdır.
Dördüncü və sonuncu demək istədiyim məsələ siyasi dialoqda etikanın aldığı yeri unutmamaqdır.Çünki siyasi şantajda ancaq milli mənfətlər yerə düşmür, bəzən fərdlər də bu siyasətin qurbanı olur və bəzən onun ailəsi, əqrəbələri də bu siyasətdən maddi və mənəvi xəsarət görürlər. Bu səbəbə görə bu gün etika bir bilgidir ki, onu universitetlərdə xüsusi öyrənirlər. Və etikanın rabitəsi hər mövzu ilə araşdırılır. Məsələn, etika və ətraf mühüt, etika və internet, etika və siyasət və s.
Sözümü bitirərkən təkcə onu demək istəyirəm ki, siyasi dialoqla siyasi şantajı ayırmaq və milli hərəkatda siyasi şantaja yer verməmək. Ola bilər ki, o adamlar siyasi şantajı aparanlar düşmənin agentləri olalar. Çünki onların qorxusu bizim milli birlikdəndir və milli birliyə də ancaq siyasi dialoqla yetişə bilərik, nəinki siyasi şantajla.
Hiç yorum yok:
Yorum Gönder