- İranda bu dəfə keçirilən prezident seçkiləri bundan əvvəlki seşkilərdən hansı xüsusiyyətlərinə görə fərqlənir?
- O ölkədəki bu dəfəki seçgilər əvvəlkilərlə böyük ölçüdə üst-üstə düşsə də, aşağıdakı səbəblərə görə fərqlənmələr gözə çarpır.
1- Əhmədi Nəjadın daxili və xarici qələt siyasətləri nəticəsində narahatlıqların artması və rejimin içindən dağılma təhlükəsi. Rejimin çürüməsi ilə bağlı sayın Əkbər bəy Ələminin iki gün öncə Xamneiyə yazdığı məktubu xatırlatmaq istərdim. O məktubda, rejimin batlaqda olduğunu və getdikcə də daha dərinlərə batmaqda olduğunu və nəhayət köçəcəyini vurqulamışdır. Bu sözlər məni 31 il öncə Şah rejimində Təbrizdən millət vəkili Əhməd Bəniəhmədin sözlərini xatırladır. O da, o zaman rejimin dağılmalı olduğunu vurquluyaraq millət vekilliyindən belə istifa etdi.
2- Prezident Obamanın sülhə çağırışı və 30 illik Amerika düşmənliyinin mənfi nəticələri.
3- Ölkədə yaşıyan başqa millətlər, özəlliklə böyük potansiyeli olan Güney azərbaycanlıların haq istəkləri və bu demokratik mübarizədə misli görünməmiş dirəniş.
4- İnsan haqları, özəlliklə qadın haqlarının geniş şəkildə pozulması və dini-məzhəbi ayrı seçgiliklərin yaratdığı gərginlik.
Bu və buna bənzər düyünlər açılmadığına görə dövlət-millət arasında böyük üçürüm yaranmışdır. Bu yaranı bağlamaq üçün rejimin daxilində fikir ayrılıqları bu seçgilərin ən bariz fərqənməsi sayıla bilər. Şübhə yoxdur ki, buna şəxsi mənafe, idəolojik baxış və böyük potansiyeli olan islam inqilabından gözlənilən arzuların yerinə yetirilməməsini də artırmaq gərəkir.
- Öncəki seçkilər zamanı Milli Hərəkat bu kampaniyalara qoşulmayıb onu fars şovnizminin iç işi sayırdılar. Bu seçkidə isə Milli Hərəkatın azərbaycanlı namizədlərə - öncə Ələmiyə, onun namizədliyi qeydə alınmadıqda isə Musəviyə dolayısı ilə dəstək verdiyi sezilir. Sizcə, bu nədən qaynaqlanır?
- Azərbaycan Milli Hərəkatı gücləndikcə daha böyük və düzgün siyasətlərə meydan açır. İndiyəcən, İran siyasətinə qoşulmağın mənfi nəticəsi kimi, bizi aldadaraq hakimiyətin bərkiməsində və ya rejim deyişikliyində qullanmaq qorxusu var idi. Başqa sözlə İranda farsçılıq siyasətini aparan quvvələrin quyruğu olmaq hamını diskindirirdi. Ancaq millətin özünü tanıyan və milli varlığını qorumaq istəyən dairəsi genişləndikcə bu çəkingənlik ortadan qalxır. Zatən millətimiz, o ölkədə yaşadığına görə oarada baş verənlərdən təsir alır və təsir göstərməlidir. Onun üçündür ki “Azərbaycan Mərkəzli Düşüncə Sistımini “ qorumaq şərti ilə hadisələrdən istifadə etməyə çalışılır. Geçən prezident seçgilərində, çoxda tanınmamış azərbaycanlı “ Mehrəli Zadə” Azərbaycan milli hərəkatının istəklərini qəbul edib, yerinə yetirilməsinə söz verdiyinə görə Güney Azərbaycandanın birinci bölgəsindən 1,5 milyon səs gətirdi. İranda sonuncu, ancaq, Azərbaycanda birinci olan bu namzədin topladığı səs Tehranın yeni hesab açmasına səbəb oldu. Bu səfər isə Azərbaycan Milli Hərəkatının bir bölümü, Dr. Ələmi bəyi dəstəkləməkdən əsas neçə məqsəd güdürdü ki, məncə ona nisbi olaraq nail oldu.
1- Milli hərəkətin toparlanıb, millətin içinə girməsi və yaranmış ortamdan milli təbliqatın kütlə arasına aparılması.
2- Daxil və xaricdə milli hərəkatın gücünü göstərməsi.
3- “küsənin payını yiyərlər” atalar sözünü ülgü tutaraq siaysətdə aktivləşib, siyasi mübarizə meydanından təcrübələrin qazanılması.
Bu və buna bənzər hədəflərlə seçgilərdə fəaliyət göstərənlər nisbi olaraq öz istəklərinə çatmışlar. Ancaq, fikrimcə, Güneydə yaranmış” seçgilər uğrunda koordinasyon Şurasında” bütün dostlarımız iştirak etmiş olsaydı, daha böyük uğurlar əldə edilə bilərdi. Hətta diyə bilərm ki, o halda bəlkə cənab Ələminin səlahiyəti, cəbrən qəbul olardı. Qəribə burasındadır ki, cənab Musəvi, Ələmi namzədliyini qoyduqdan sonra tələsik öz adaylığını elan etdi. Məncə bu məsələyə diqqət yetirilməli və Tehran hakimiyətinin müxtəlif qanadlarının arasında, Azərbaycanla bağlı müzakirələrin aparaıldığını gözdən qaçırmamalıyıq. Sizində vurquladığız kimi, Musəviyə səs vərən azərbaycanlılar olacaqdır:
Birincisi, onun Türk olduğuna görə, siyasi təfəkkürdən uzaq soydaşlarımız. Təəssüflə milli hərəkatımızı xalqın içinə aparamadığımza görə millətimizin 80% hadisələrdən xəbərsizdir.
Ikincisi, Əhmədi Nəjad dan bıxaraq, İranda yeni bir dönəmin başlanmasına ümid bağlıyanlar.
Üçüncüsü, solçu islamçılar və həmçinin, onun hakimiyətindən istifadə güdənlər. Tehranda yaranmış “ azeriler cəmiyəti” və Təbrizdə onun təbliqatını ciddi şəkildə maliyələşdirənləri buna misal göstərmək olar.
- Hazırda Musəvinin vəkili olan İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani ANS-ə musahibəsində az qala hərəkatçı kimi danışırdı. Seçki kampaniyasında baş verən belə sürprizlər İrandakı türk məmuriyyətinin Milli Hərəkatla birləşə biləcəyi ümidini yaradırmı?
- Siyasətin dərinliklərindən anlayan Azərbaycan milli hərəkatının fəalları, ölkədə yaşayan və dövlətə çalışan insanların bir gün bizə qoşulacağını ciddi bir məsələ kimi görür. Təbiidir ki, hakimiyətin yuxarı məqamlarında olanların da içində bu gedişat gözlənilməkdədir. Ancaq təəssüflə bugünə qədər, istər geçmiş rejimdə istərsə də, indiki durumda bu insanların böyük çoxunluğu Azərbaycandan, İranda farsçılıq siyasətinin dəvamı üçün istifadə etmişdir. Bilinməlidir ki, artıq millətimiz yalançı şuarlarla milləti aldadanları, səmimi davrananlardan gözəlcə ayırd edir. Siz Əfşar Süleymanını məndən yaxşı tanırsız və onun geçmişdəki çıxışlarını unudmamış olmalısınız. İcazə verin Musəvi bəyin Təbrizdəki dəstəkçilərindən də mən sizə danışım.
Hoccətülislam “ Musəvi Təbrizi” 1979 inqlabından sonra azərbaycanlıların yaratdığı “Müsəlman xalq partitasının “ yox edilməsində ciddi iştirak edən şəxslərdən biridir. Bu adamın üzdən iraq yarqaçlığı ilə həmin günlərdə 11 nəfər Azərbaycan təəsübi çəkən iyidimiz, yarım saat müddətində həm mühakimə həmdə edam olundu.
Höccətülislam “ Ağazadə” , illər boyu Təbrizdə inqlab məhkəməsinin sədri olarkən, xalqın və milli hərəkətçilərimizin ağır hökümlərinə qol çəkmiş adam. Təbrizdə topraq quldurları dəstəsinin və Tehran hakimiyətinə yaltaqlanaraq millətin mənafeini öz şəxsi mənafilərinə qurban verərək ceblərini dolduran “ Cabbarzadə” kimilər.
Söz buraya gəlmişkən iki məsələni Şumallı soydaşlarımıza aydınlatmaq istərdim.
1- Bildiyiniz kimi Şumali Azərbaycanda da rus beyinlilər vardır. Ancaq, onlarla Güneydəki fars beyinlilər arasında böyük fərq var. Şumaldakı rus dilli əhalidən çoxunu tanıram ki, Azərbaycanın toprağına, millətinə və dövlətinə bizlər qədər bağlıdır. Güneydəki fars beyinlilərin böyük əksəriyəti isə özlərini və millətlərini ayaqlar altında əzdirərək ceblərinə vəya anti Türk ideolojilərinə xidmət edən olmuşlar.
2- Şumalda müstəqil bir dövlət qurulduğuna görə dəyərli aydın və ziyalılar, yazıçı və şairlər, sərmayə və imkan sahibləri öz ölkələrinin xidmətində olmuşlar. Güneyli maddi-mənəvi imkanlıların bir çoxu farsın qulluğunda olmuşlar və dəvam edirlər. Bugün fars təşkilatları, kütləvi informasyon vasitələri o cümlədən VOA ilə BBC Tv-lərini seir edərsəniz nə demək istədiyimi anlarsınız. Həmən artırmalıyam ki, bu arada milli fəallarımızın bəzilərinin mənfi davranışları, bəzəndə çirkinlikləri, millətimizlə aydınlarımız arasındakı bu yarqanı artırmışdır. Baxmıyaraq ki, yuxarıda adlarını çəkdiyim insanlara tayların hesabı ayrıdır.
Artırmalıyam ki, Güney hərəkatındakı, saf, təmiz, dürüst və yüksək səviyəli insanlar öz fəaliyətlərini daha da artıraraq, bəzi yaramzların yaratdığı bu mənfi imici ortadan qaldırmağa çalışmalıdırlar. Şumallı dostlarımızda bu barədə ayıq olmalı və bəzi kiçik mənafie görə böyük başarıları önləyici duruma düşməməlidirlər.
- İstərdik Musəvinin şəcərəsi haqda məlumat verəsiniz. Dədə-babaları kim olub?
– Yəqin ki siz də etiraf edərsiniz ki, seçki kampaniyasının gedişində Azərbaycanşılıq, milli şüarlar üstünlük təşkil edir. Səs almaq istəyən namizədlər İrandan yox, Azərbaycandan bəhs edirlər. Bu seşkiqabağı taktiki gedişdir, yoxsa Milli Hərəkatın uğuru? – Hesab etmirsiniz ki, Milli Hərəkat indiyədək İran seçimlərində aktiv iştirak etməməklə səhvə yol verib?
- Məhəndis Musəvi 1941- ci il Güney Azərbaycanın Xaminə şəhərində anadan olub və 10- 12 yaşlarında Tehrana köçüb orada çalışıb, eyni halda da ali təhsil alıb. Aşırı farsçı olan Zəhra Rəhnəvərd ilə evlənib, ikisidə sol meyilli islamçı görüşdə olduqlarına görə o zaman Şahın “ qara irtica” dediyi qrupların təsiri altında olublar. 1962- də Xumeyni ilə Şahın arasındakı toquşmalar ərəfəsində məhəndis Bazərqan, Ayətullah Talıqanı kimi düşünürlərin gənclərə təsiri və çeşitli qruplar o cümlədən xalqın mücahidlərinin yaranması hamıya aydındır. Ancaq, bu qrupların içində iqtisadiyatın tam dövlətləşməsini istəyənlərin yanında, islamı malikiyət sistemi və Liberal düşüncələrdə olmuşdu. Bu fikir sahibləri inqilabdan sonra çeşitli qurumlarda birləşərək çeşitli hadisələr yaratdılar. Musəvi sola ayxın Amerikan əlehdarlarına bağlı olmuşdur. İnqilabdan sonra, Bazərqan, Rəcai, Bahünər kimi adamlardan sonra İran- İraq müharibəsində baş nazir olmuşdur. O zaman prezident olan Xamineyi ilə dəvamlı probləm yaşamış, nəhayət (1981-89) 8 il başnazirlikdən sonra çəkilmiş və 20 il evdə oturmuşdur. İndi isə yuxarıda anlatdığım səbəblər üzündən ortaya çıxmışdır.
Qaldıkı, Azərbaycanın milli haqları ilə bağlı verilən şuarlar, sadəcə seçgi qabağı şuarlara bənzəyir. Xatırlatmalıyam ki, bu adamlar başqa bölgələrdə verdikləri şuarlar ve dedikləri sözlər təmamən fərqlidir. Hətta bəzi yerlərdə Kuruş- Daryuş- dan danışaraq aşırı fars milliyətçilərinin səsini qazanmaq istəyiblər. Sadəcə Mehdi Kərrubinin İranda yaşayan xalqların milli haqları haqqında verdiyi bəyaniyə nisbətən səmimi və əhatəli olduğuna görə bəzi milli hərəkətçilər ona daha çox inanır. Milli mübarizimiz, dəyərli din xadimi hüccətülislam Əzimi Qədimi iki həftə öncə zindandan çıxdıqdan sonra bir bəyaniyə verərək Kərrubini dəstəkləməsinində səbəbi elə budur. Bütün bunları nəzərdə alaraq, seçgilərdə fəaliyət göstərməyi faydalı sayan milli mübarizlərimiz, bu seçgilərlə bizim haq və hüquqlarımızın təmin olunmasına inanmasalar da, ondan faydalanmağı təklif etdilər.
- Seçkilərin nəticələrindən nə gözləyirsiniz? Musəvinin şansı varmı?
- Gələcək günlərdə hər hansı bir deyişiklik olmasa, fikrimcə, Kərrubi, Musəvi və Əhmədi Nəjad arasında gərgin yarış gedəcəkdir. Pozuntu olmasa, Musəvinin prezident olma şansını daha çox görürəm. Ancaq “ keşikçilər Şurası” nın bəzi namzədləri hədələyici dünənki davranışı Əhmədi Nəjadın dəstəklənməsinə bərabərdir. Gözlüyək görək.
Fikrimcə, Azərbaycanda bu səfər seçgidə iştirak edənlərin sayı %60 lara qədər artacaq. Yuxarıda adlarını çəkdiyim üç namzəd də təqribən eyni oranda bölüşəcəkdir. Siyasi fikirlərindən asılı olmuyaraq, sadəcə Əhmədi Nəjadın şansını azaltmaq üçün səslərin bölünməsini önləmə amacı ilə, Kərrubinin səslərinin Musəviyə qayma ehtimalı düşünülməkdıdir. Bu, bütün İranda olduğu kimi Azərbaycanda da da geçərli sayıla bilər.
- Sizcə Musəvi seçılməsə “Azərbaycan türklərinin haqlarını yedilər” deyə 22 may olayları təkraralana bilərmi?
- Musəvi seçilməsə, Azərbaycanda hər hansı bir hadisənin baş verməsinə inanmıram. Milli hərəkətçilərimiz “ koordinasyon şurasında” birləşseydilər, Dr. Ələminin səlahiyətinin rədd olması ilə bağlı dirənişlər böyüyə bilərdi. Bu təcrübə göstərdi ki, milli hərəkatımız birləşib, güc mərkəzinə çevrilirsə o ölkədə üçüncü quvvə kimi təzahür edəbilər. Buda demokratik mübarizəmizin başarısı ilə nəticələnə bilər.
- Bu günlərdə İranda etnik toplumların dilinin tədrisi ilə bağlı qəbul etdiyi qərarı necə dəyərləndirirsiniz? İcra olunacaqmı bu qərar, yoxsa elə seğki kampaniyası ilə itib-gedəcək?
- Bu məsələyə çeşitli zaviyələrdən baxmaq olar.
1- Millətin istəyi ana dilində iki vahid tədris deyil, ilk məktəbdən biliyurdlara qədər ana dilində icbari təhsildir. Bunun üçündə Güney Azərbaycanın tarixi topraqlarında ana dilimizin dövlət dili kimi qəbul edilməsi, olmasa olmaz prensibidir.
2- Ana dilini uşaqa ilk məktəbdən oğrətmək gərəkdiyi halda, vilayətlərdəki biliyurdlarda iki vahid ana dili seçmə haqqı tanımaq, uşaq aldatmaqdan başqa nə adlana bilər.
3 – Azərbaycanın uşaq baxcalarında körpə balalarımızla farsca danışmğı zorunlu edən hakimiyətin bu oyununa millətin aldanacağına inanmıram.
4 – Bu barədə, milli haqlar və ana dilində təhsil haqqında Mehdi Kərrubinin çox geniş, möhkəm və səmimi bəyaniyəsi, onun ardından Mir Hüseyin Musəvinin” xala xatirin qalmasın” biçimindəki bəyaniyəsinin qarşılığı olaraq Əhmədi Nəjadın ortaya atdığı iki vahid tədrisin iç mahiyəti sadəcə seçgi oyunudur. Bu haqda, anayasanın 15-ci maddəsindəki “ana dilində təhsil haqqı” və 19- cu maddəsi “ ölkədəki millətlərin biri birindən üstünlüyü yoxdur” qavramları 30 ildə qovluqdan çıxmamışdır. Blə bir durumda deyilən sözlərin dəyərini yarqılamaq, İranda hakim olan fars mərkəzli düşüncə sisteminin tərəzisində ölçülməlidir.
Bu məsələ ilə bağlı sözü uzaldıb, qızıl vaxtınızı almaq istəməzdim. Ama Şumali Azərbaycan müstəqilliyini bərpa etdikdən həmən sonra, Tehran çalxanalarkən, baş verən bir hadisəni anlatmaqla, bir yandan tarixi bir səsnəd kimi millətimizin zehnində qalması, bir yandan da, Azərbaycan probləmi ilə uğraşanların məlumatlandırılması üçün münasib görürəm.
1991- də , Şumali Azərbaycan yenidən müstəqilliyinə qovuşduqdan sonra , Tehran hakimiyəti əl ayağa düşərək, çeşitli planlar hzırladı. Şumali Azərbaycandakı nəft kontraktları, bütöv Azərbaycan söyləmi, cənubi Azərbaycan sevdası, bu planları qaçınılmaz edirdi. Güney Azərbaycanda çap olunan, milli duygulara oxşuyan yeni kitablar, o cümlədən “ Türkün qızıl kitabı” “ Qanlı sənələr” və “Almas Ildırımın seçilmiş şeirləri” fars hakimiyətini sancıladmışdı. Varlıq jurnalının hər sayınıda %20 –dən çoxu “ Qarabağ” probləminə həsr olunduğuna görə Tehranın bəzi addımlar atacağı hiss edilməkdəydi. Özəlliklə 1992-nin baharı, o zaman mətbuat naziri olan Sabir bəy Rüstəmxanlının başçılığı ilə Tehranda geçirilən kitab sərgisində baş verən bir hadisə Tehranı daha çox quşqulandırmışdı.
Kitab sərgisində iştirak edən, o zaman mədəniyət naziri olan Xatəmi, Sabir bəy və bir çox güneyli, oradakı böyük bir salona toplanaraq” aşıq Ədalətin” sazını dinlədik. Sabir bəy və xatəmi bəyin çıxışları zamanı, salonda səslənən Azərbaycan milli şuarları salonu titrədirdi. Xatəmi, utana-utana, qısıla-qısıla, qarın sancısından qıvrılan xəstə kimi azərbaycanlıların gönlünü almaq istəyirdi. Ancaq, yaşasın Azərbaycan səsinin cingildisi qulaqları kar edirdi, özüdə bir fars nazirin qarşısında. “Iki gün sonra şayiə yaydılar ki, Sabir Rüstəmxanlı Türk deyil. 1994-də Bakıya köçdükdən sonra Yardımlıya, oradan da Sabir bəyin kəndi olan hamara gedərək, onun rəhmətlik anası, qardaşları və kənd əhalısının dil, kültür və gələnəyində, ata kəndim olan Təbrizin 12 kilometirliyində Dizə kəndindəki anamın şəltə tumanı ilə oğuz türkcəsi və adət ənənələri ilə heç bir fərq görmədim”.
O zaman cumhur başqanı Haşimi Rəfsəncanınin birinci müavini Dr. Həbibi, İran televizyonunda bir program başlıyaraq , həftədə bir gün “ ana dilində təhsilin” vacibliyindən danışmağa başladı. Fikrimcə o programlardan məqsəd, aşırı fars milliyətçilərini 15-ci maddənin uygulanmasının güvən qaynağı olduğuna inandırmaq idi. Ancaq 7-8 ay sonra, kimlərin fərmani ilə o programlar kəsildi, 15-ci maddənin icrası yrine yeni basqılar artdı. Azərbaycan türkcəsində kitab çıxarmaq üçün dindirilmələr dərinləşdi, Təbriz radyosunda yarım saatlıq Türkcə program hazirliyan dostlarımız, o cümlədən rəhmətlik Prof. Zetabi hədələndi, Şumali Azərbaycanın əleyhinə qazetlərdə yazılar göbələk kimi gövərdi, Varlıq jurnaalına basqılar artdı VS. Bu, anti Azərbaycan siyasətlər haqqında kitablar yazmaq olar, ancaq, sözü burada qısaldaraq demək istəyirım ki, iki vahid tədrisdə bu oyunların hamısı kimi “ ayının minbir oyununa “ oxşar. Birləşib, güc mərkəzinə dönüşməkdən başqa çarəmiz yoxdur.
- Məlum olduğu kimi bu ay İsrail prezidentinin Azərbaycana gözlənilən səfəri ilə baglı İran Silahlı Qüvvələrinin komandanı etirazını bildirib. Bunu Azərbaycana təhdid hesab etmək olarmı?
- Yuxarıda da qeyd etdiyim kimi təəssüflə İrandakı fars hakimiyəti Azərbaycan və azərbaycanlıya təzyiq üçün bütün vasitələrdən istifadə edir. Bugün Güney Azərbaycanda xalq soruşur” İsrail ilə Ermənistan arasında hanki fərq varki, onu qarqış bunu alqışlayırsan. Oda işqalçıdır, buda, onlarda müsəlmandır, bunlarda, üstəlik bunlar həmidə Əli şiəsidir. Xalq ayıqdır və heç bir söz və siyasəti unudmur. 1998-də İran xarici işlər naziri olan Mühcirani, Ermənistanla əlaqələr ilişgisində , onlarında Aria ırqına mənsub olduğunu vurqulaması çox məsələyə aydınlıq gətirir.
Iran təyyarələrinin, Azərbaycan sərhədlərini pozduğu zaman, Bakı səmasında Türk ulduzlarını bir milyon Bakılının alqışladığı unudulmaz xatirədir. Bəlkə Türkiyədə bəziləri bilərək vəya bimiyərək Tehranın oyununa gələ bilər. Ama inamlı və imanlı Azərbaycan xalqı öz varlığını qorumaq üçün, məncə bugün hər zamankından daha güclüdür. Onun üçün mən bu təhdidlərdən qorxmuram, onlarda çox yaxşı bilirlərki, bu təhdidlər əməliyata çevrilirsə əsas ziyan görən özləri olacaqlar. Mənim qorxum, saf, təmiz və arınmış müsəlman olan xalqımızın bəzi sadəlovh çəvrələrindən suistifadə edərək, dini duyqularını istismar etmək çabalarındandır. Daxilimizdən vurmaq istədikləri xəncərlərin cəhətini deyişdirməyi bacarmalıyıq.
“Türküstan” qəzeti
Hiç yorum yok:
Yorum Gönder