Babək Azəri hüquqçu
Jan Jak Russonun məşhur bir sözü var,o söz belədi: " Ola bilər ki, adamın gerçəkdən xoşu gəlməyə, amma onu inkar edə bilməz". Hər hansı bir elmi araşdırma gərçəklərə əsaslanmayla mumkün olur. Hal -hazırda İranda qüdrət mafiyasının iki hissəsinin arasında seçkilərlə bağlı tazad yaranıb. Bu iki hissəni --Ahmadinijadla Mirhüseyn Musəvi bir - biri ilə üz - üzə durmaqla təmsil edirlər.Əlbəttə istibdad hakim olan ölkələrdə hakimiyyət içində qüdrət davası adi bir haldı. Amma Iranda çox sayda xalqın meydana çıxması bir istisna haldır. Bəziləri belə bir yanlış fikirdədirlər ki meydana çixan xalq Mirhüseyn Musəvini dəstəkləyib və onlar seçkidə olan saxtakarlığı məhkum edirlər. Etiraz aksiyalarında iştirak edənlərin hamısı, seçkilərdə iştirak edənlər deyirlər ki, əslinda çox sayda seçkini baykot edənlərdə bu eterazlarda iştirak edirlər. Misal üçün, Təbriz şəhərinin prokroru bildirmişdir ki Təbriz şəhərində 60 nəfər etiraz aksiyası ilə baglı tutulmuşdurlar. Amma onların heç birisi prezidentliyə namizədlərin tərəfdarları deyillər. Iranda seçkilərdə iştirak edənlərin pasportalarına möhür vurulur. Bəs bu hesabla əgər bir fərdin pasportunda seçkilərlə bağlı möhür vurulmayıbsa, bu, o, mənadadır ki, o fərd heç bir prezidentliyə namzədin tərəfdarı olmayıb. Burdan bu sual ortaya çıxır: bəs nə üçün o adamlar ki seçkilərdə iştirak etməyiblər, onlar necə seçkilərdə saxtakarlıqla bağlı aksiya keçirirlər? Bildiginiz kimi, Iranda əhali üzərində çox ağır polis nəzarəti var. Iran hakimiyyətinin içində yaranan tazadlar yaxşı zəmin yaradır ki, xalq meydana çıxıb, etiraz edənlər əlbəttə, bu ümidlə ki, etirazlar genişlənib davamlı formada Iranın hər tərəfini bürüyə və bu vasitə ilə rejimin polis nəzarətini ortadan qaldırıb və bu yolla rejimi dəyişməyə nail olalar.
Saxtakarlığa qarşı etiraz keçirənlərin siyasi mahiyyəti
Iranın əlaqələr və informasiya nazirliyinin verdiyi məlumata görə, Iranda əhalinin 34 faizi, yəni 23 milyon nəfər internetdən faydalanırlar. Keçən il “Fainənşal taimz” qəzetinin verdiyi məlumata görə, Iranda 800 min blog var və bu baxımdan İran Çindən sonra ikinci yeri tutur. Blog -- bir nov modern jurnalistika sahəsidir və ondan əsas məqsəd bir neçə internet səhifəsidir ki, bu səhifələrin baş redaktoru, yazıçı və məsul ancaq bir nəfərdir. Bunlardan da əlavə, çox sayda saitlər vasitəsi ilə Iranada televiziya proqramları yayılır. Bu hesabla yeni əlaqə texnikası ancaq sərvətlilərin ixtiyarında deyil, əslində çox adam, xüsusən gənclər ondan faydalanırlar. Bütün bu səbəblərə görə, Iranda xüsusən gənclər şəriət toplumunda yaşasalarda, onlarda modern düşüncələrə, demokratiyaya, insan haqqlarına meyil artır. Elə bu səbəbə görə, Iranda keçirilən etiraz aksiyanlarında ümumi halda mahiyyət baxımından müsair və demokratik bir hərəkatdır. Amma çox təəssüflə qeyd etməliyəm ki, bu hərəkata rəhbərlik edən yoxdur, yəni bir demokrat təşkilat onu təmsil etməyir, eyni halda Iran rejiminin islahtçı adlanan tərəfdarları -- şahçılar, tude partiyası və s. onu müsadirə etmək istəyirlər. O biri tərəfdən iyunun 19 da keçirilən cümə namazında Əli Xamenei etiraz aksiyası keçirənləri hədələyib və onlardan tələb edib ki, aksiyalara son qoyalar. O, sözünün sonunda ağlamsınaraq xarırladıb ki, islam yolunda candan keçməyə hazırdı. Siyasi araşdırmaçılar Xameneinin hədələrinə çox ciddi baxırlar. Onların nəzərinə görə, əgər aksiyalar davam edərsə, imkan var ganlı toqquşmalar baş verə. Iran rejiminin verdigi məlumata görə, Iranın böyük şəhərlərinin kənarında 7 milyon 500 min nəfər yaşayır. Əlbəttə digər qaynaqlar onu 10 milyondan artıq olduğunu iddia edirlər. Böyük şəhərlərin kənarında yaşayanlar çox çətin durumdadırlar, onların çoxu savadsız və ya az savadlıdırlar. Onlar hətta içməli sudan və elektrikdən məhrumdurlar. Bu yerlərdə cinayətlə bağlı çox yüksək statistikanın olduğunu söyləyirlər. Iran rejimi son 30 ilin ərzində bu yerlərdə yaşayan adamların pul gücünə yoxsuııuqlarından və islam adına din - inamınan sui - istifadə edib onları hizbullah adı ilə təşkilatlandırıblar.Onlara bu imkanı yaradıb soyuq silahlarla, məsələn, qəmə və zəcirlə mədəni formada etiraz aksiyası aparanlara hücum edir və göz qabağında çox dəhşətli cinayətlər törədirlər. Hal - hazırda da bu insani faciələrin təkrarlanmasının sayı artıb.
Milli hərəkat naminə nə etməliyik?
Üstə qeyd etyim kimi Iranda xüsusən Tehran şəhərində keçirilən etiraz aksiyaları mahiyyət baxımından demokratik də olsa, amma başsiz bir hərəkatdır və fars millətinə aid olan bəzi şovinist təşkilatlar, o cumlədən, şahçılar və Iran rejiminin islahatçi adlanan tərəfdarları bu hərəkata sahib cixmaq istəyirlər. Əgər biz fəal formada meydana çixaq, amma bizim fəaliyyətimiz adı çəkilən təşkilatların nəfinə qurtula. Bu, o mənadadır ki,ölü və ya yaralı verməklə öz düşmənlərimizin qulluğunda olmuşuq. Hər siyasi rabitənin gərək ki bir müəyyən hüquqi təməlləri və platforması olsun. Indiki vəziyyətdə bizim dəsdəyimiz ancaq passiv formada ola bilər.Əlbəttə, əgər bu hərəkat radikallaşar və özünə demokratik başçı seçər və qeyri fars millətlər konkret formada vədlər verər. Onda təbiidir ki, biz aktiv formada bu hərəkatı himayət etməliyik. Əlbəttə bu günki vəziyyətdə Güney Azərbaycanın şəhərlərində millətçi qüvvələrin başda olduqları kütləvi etiraz aksiyalarının hyata keçirilməsi Azərbaycanın nəfinədir. Əgər millətçi qüvvələr başqa qüvvələrlə, xüsusən fars millətinə aid olan qüvvələrlə birlikdə və Irandakı bu polis rejimi şəraitində etiraz aksiyaları keçirmə fikirləri varsa, gərək bu suala cavab versinlər ki, bu iş birliyi Güney Azərbaycana hər hansı bir müsbət nəticəni verəcək.Unutmayaq ki, əməl əmələ xatir deyil, əslində müəyyən nəticəyə xatirdir. Güney Azərbaycan cavanların hizbullahçılara və şahçılara qurban verməməlidir.
Hiç yorum yok:
Yorum Gönder