Əziz soydaşlar!
“Azərbaycan Milli Hərəkatının” seçgi öncəsi davranışı, nisbi olaraq müsbət nəticələrini versə də, seçgi sonrası hadisələrin mahiyətini düzgün dəyərləndirmədə çətinlik çəkilməkdədir.
Milli hərəkatımızın xaricdəki bəzi fəallar və qrupları, Tehranda baş verənləri, İranda demokrasiyə gedən çizgi kimi qəbul edərək, azərbaycanlıları bu olaylara ciddi surətdə qoşulmağa dəvət edirlər. Halbu ki, o ölkədə demokrasinin ən böyük düşməni olan fars şovinizmi varkən, demokrasidən danışmaq, tələsən, yorulan vəya hələ də İran adı altında farsçılıq siyasətini anlamıyanlardır. Şübhə yoxdur ki, bugün xaricdəki fərd və təşkilatların ən önəmli işi, bu gedişat haqqında müsahibə və bəyaniyə vermək sayılmaqdadır. Ancaq, cənab məhəndis Həsən Şəriətmədari vəya ona bənzər fikir sahiblərinin, azərbaycanlılara etdikləri müraciətlərinin, milli hərəkatımızla heç bir ilgisi olmadığına görə, millətimizə ziyandan başqa bir nəticəsi yoxdur. Siyasi olgunluq daşımıyan bu sözlərin qarşısında, milli quvvələrimiz dayanmasa, farsçı təbliqat orqanlarının geniş yayması ilə, anti Azərbaycan quvvələrin daha çox su-istifadəsinə məruz qalınacaqdır.
Biz, siyasi ədəbiyatından asılı olmayaraq, Azərbaycan türk millətini, fars mərkəzli düşüncə sistiminin arxasınca çəkmək istəyənlərin, siyasi xəta içində olduqlarını düşünməkdəyik. Özəlliklə, xaricdə və daxildə düzgün, etgin və yetgin bir təşkilat yaradamadığımıza görə, ümum İran siyasətlərinə qoşulmaqla, farsçılıq siyasəti içərisində əriyib, çürümə ehtimalı yüksəkdir, bunu tarixdə dəfələrlə dənəmişik. Göründüyü kimi, həmin səbəb üzündən, ölkədə baş verən gözlənilməyən hadisələrdən, milli mənafeimiz uğrunda faydalanmaqda da çətinlik çəkilməkdədir.
Onun üçünür ki, bugünkü durumdan istifadə edib, daxildəki şəraitə xas metodlarla örgütlənmə, bugün və gələcəkdə yardımçımız olacaqdır. Özəlliklə, daxildə bir mərkəzin yaranması və bu mərkəz tərəfindən milli hərəkatımızın bu kimi zamanlarda yönləndirilməsi arzu ediləndir.
Buda aydındır ki, o ölkədə baş verən hadisələr, orada yaşayan 30 milyon soydaşımızın durumuna təsir etməkdədir. Onun üçündür ki, hadisələrə qoşulub, itgi verməyin doğru olmadığını bir daha vurqulayaraq, izləyərək nəticə çıxarmağımızın düzgün ölçülü təfəkkürdür. Uzaqda qalmaq şərti ilə təsir edici müdaxilənin metodlarını araşdırıb, milli hərəkatımızın yumuşaq şuarları ilə xalqın içinə girmə yollarını tapmalıyıq. Yaratdıqları təzahüratda, az bir milli quvvə ilə nisbi olaraq xalqı milli istəklərimizə yönəltməyi dənəmək, faydalı olabilər. Azərbaycanımızın birinci bölgəsi sayılan Təbriz, Urmu, Ərdəbil və Zəncanla- ikinci bölgəsi syılan Qəzvin, Həmədan, qum, savə, Ərak və özəlliklə Tehranda, işlədəcəyimiz təsir siyasəti fərqlənməlidir. Bütün hallarda, siyasi zindanilərimizin ad, plakart və şəkilləri ilə birlikdə, onların azadlığının tələbi, dərdimizi bilmiyən insanları maraqlandıra bilər.
Bütün bunlara baxmıyaraq, daxildəki dostlarımız, oradakı şəraiti daha dərindən və eyni olaraq bildiklərinə görə bir mərkəz yaradaraq, xaricdəkiləri də bilgiləndirmələri təqdirə layiqdir. Bunun ağır iş, riskli bir hərəkət olduğu bilinsə də, bəzilərinin bu fədakarlığa meyillənmə zamanının yetişdiyi düşünülməkdədir. Üçüncü quvvə kimi təzahür etməyə çabalamasaq, bütün fürsətləri qaçıraraq, siyasət meydanında uduzacayıq.
Güney Azərbaycan Milli Birlik Şurasi
Siyasi komisyon 24.06.2009
Hiç yorum yok:
Yorum Gönder