Seçgi olayları və Güney Azərbaycan milli hərəkatı üzərində əsən fürsət və təhdid küləkləri
Eziz Millətimizin bilgisinə!
Hər kəsə bəlli olduğu kimi, İran adlanan dövlətin 10-cu cümhurbaşqanlığı seçgiləri danılmaz bir anti-demokratik ortamda öz işinə son verdi.
Daha çox sehirbazlığa bənzəyən bu seçgilərdə böyük kütlə səsi Əhmədinəjad xeyrinə sayılarkən elə ilk öncədən dünyada və ölkə içində böyük şaşqınlıqlara nədən oldu. Dünyanın gözü önündə bu saxtakarlığı edən hakim rejimin dini lideri Xameneyi tələm-tələsik Əhmədinəjadı təbrik edərkən səsləri tərs adress bulan kütlənin sərt etirazları qalxmağa başladı.
Bu etiraz göstərilərinin M.H. Musəvinin dirənişməsilə daha da genişləndi. Hazırda, İslam rejiminin iki qolunun gizli və xəfif ixtilafları ağır və dərin qarşı durmalara nədən olmaqdadır. Bu qarşı durmanın daha da dərinə varması gözlənilən halda rejimin təməllərinin sarsılmasının siqnalları verilməkdədir. Belə olan durumda Azərbaycan Milli Hərəkatının bu savaşa qurban getməməsi, milli-qurtuluş hərəkatımızın yolunun sapdırılmaması bizləri düşündürməyə bilməz! Bildiyimiz kimi Güney Azərbaycanda dirçəlməkdə olan milli mücadilənin doğal ilkəsi, insan haqlarına olan sayğınlığın çərdəgidir.
Bizə görə, Azərbaycan türklərinin milli varılığını inkar etmək yolunda onun ulusal kimliyinin dəyişməsini istəyən hər hansı İran mərkəzli farsçı düşüncəli hərəkətlə səsbir olmaq Vətənimizin aydın istəkləri qarşısında yapılan ən böyük xətadir. Seçim olaylarının bizə göstərmiş olduğu gərçəklərdən bəlli olur ki,:
- Geniş alanlı irəliləyişə baxmayaraq, Azərbaycan Milli Hərəkatı adı altında apırıcı rolu olan milli-siyasi örgüt və şəxsiyyətlərimizin etginlik çəkisi hələ tam bağımsız liderlik səviyəsinə çatmayıbdır. - AMH yaranacaq fürsətlərdən istənilən kimi faydalanma imkanına sahip deyildir.
- Hər olay qarşısında çeşidli mövqe tutmaların kökündə yalnız dünya görüşü deyil, həm də kişisəl yarışmanın rolunu unutmamaq gərəkir.
- Azərbaycan milli dəyərlərinin gündəmini analiz edəcək, bir ortaq tutuma gələcək işbirliyindən fasiləli olduğumuzu görmək mümkündür.
- Sözsüz ki, Güneyin tale yüklü sorumlarının bütünlüklə İrandan ayırmaq hələlik ikmansızdır. Ancaq, belə meydanlarda Azərbaycanın türk yöntəmli dəyərlərinin sərgiməsini unutmamaq gərəkir. Ələmi kampanisi sürəcində bu gərəkən göstəri görünsə də, ondan sonraki dönəmdə çox geri qalmış oldu.
- Vahid güc mərkəzinin olmaması vəya ən azından çox gücsüz olduğu bir daha özünü göstördi. İçəridə rejimin basqıları, dışarıda isə özlərini çox bəxtiyar və böyük öndər sanan inhisarçıların bu önəmin hələ də yerdə qalmasında böyük rolları vardır.
- AMH-nın aktivlərindən olan İran düşüncəli qurum və birəylərin etginliginin olumsuz cizgiləri Ələmidən sonrakı aşamada özünü göstərdi. Onların Ələmi olmasa biz də yoxuq şüarlarının bir gecə də Musəvinin xeyrinə dönməsi, bundan sonra da təkrar olacaqdır. Bu iki başlı oyunbazların önünün alınması AMH-nın əsil aparıcısı olan millətçi kəsimin vaz keçirilməz görəvidir. - Ekonomik və sosial sorunların bu ilk dəfə rekord səviyədə gərçəkləşən seçmənində təsiri böyük olmuşdur. Hər kəs bu durumdan qurtuluş axtararkən Musəvinin yardımına qoşmuşdur. Sözsüz ki, Azərbaycan Türk Milləti də bu istəklər doğrultusunda sandıqlara çəkilmişdir. AMH, bundan sonraki çabalarında kəsinliklə millətimizin ekonomik və sosial problemlərinin çözümü üçün də çarə yollarını düşünməli və bu düşüncəsini millətlə paylaşmalıdır.
Güney Azərbaycan Qurtuluş Partiyası olaraq son olayların AMH tərəfindən diqqətlə izlənilməsinə və oluşabiləcək bütün senariyolara hazırlı olacağına inanaraq öz üyə və səmpatiklərindən də bu doğruntuda çaba göstərməklərini istəyir. Biz inanırıq ki, bu çox təhlükəli aşamada, Azərbaycan Türk Milləti ən az enerji və həzinə verməklə bu olaylardan yararlanaraq öz milli tezlərini gündəmə daşımağı bacaracaqdır.
Ancaq bu bacarığa çatmaq üçün aşağıdaki şərtlər unudulmamalıdır:
1- İslam Rejimi dərin böhrana yuvarlanaraq iki rəsmi budağa parçalanıbdır. Azərbaycan Milli Hərəkatı, kəsinliklə hər hansı budağın yanında yer almamalıdır. AMH bu aşamanın sürəcini gözü açıq nazir kimi keçirməlidir. Yoxsa, Rejim içində olan yarışın ən uduzan tərəfi Azərbaycan olar.
2- İki budağın arasında olan savaşın dərinə varmasıyla yeni fürsətlər və təhdidlər ortaya çıxacaqdır. Anlaşılmazlığın, görüş ayrılığın və uçurumun dərinləşməsilə rejimin bütünlüyündə açıqlar və boşluqlar meydana gələcəkdir. Bu boşluqlar bizim üçün böyük fürsətlər sunabilər. Bu fürsətlərdən doğru yararlanarsaq Azərbaycanın qurtuluş yolunun üfuqlərini göstərmiş olarıq.
3- Başda da işarə olunduğu kimi, Azərbaycan Milli Hərəkatının Tehran davasında ərimə təhlükəsi heçdə az deyil. AMH-nin net və açıq olaraq Rejim davasında yer almasının milli hərəkatımız üçün böyük zərbələr və fəlakətlər gətirəcəyinə kimsənin şübhəsi olmasın.
4- Azərbaycan Milli Hərəkatının farsçı rejimin bir qanadının yanında yer almasının anlamı, Güneyin milli hərəkatının həman qanadın içində əriməsi deməkdir.
5- Sözsüz ki, bu savaşdan bütünlüklə geri çəkilmək və tam pasiv yanaşmaq da mümkün deyildir. AMH-nin ən doğru aktivliyi bağımsızlığını qoruyaraq Azərbaycan coğrafiyasının milli-siyasi yöntəmini əlində saxlamaqdır.
Bu ağır və çox həssas görəvin aparıcı gücü yalnız ulusçu gənclərimiz ola bilər. Yoxsa, ipin ucu başqa kimsələrin – Özəlliklə mərkəz meylili və mərkəz odağlı siyasi oyunbazların əlinə düşərsə, qorxduğumuz başımıza gələ bilər.
Güney Azərbaycan Qurtuluş Partiyası Yönətim Qurulu 2009-06-20
Hiç yorum yok:
Yorum Gönder