24 Haziran 2009 Çarşamba

Ərsan Ərel, HACI LEYLƏYİN DÖRDÜNCÜ BALASI (GÜNEY AZƏRBAYCANIN ULUSAL SAVAŞI)

Qış çıxan kimi ayaqlarını uzadıb günəşin qabağında günəşlənərsən. Bir anda görərsən Hacıleylək də pir deyə evin qabağında olan ağacın, dirəyin bışna qonub “ Bura da mənim” deyə tutdurar. Ordan burdan topladığı çırpılarla neçə günün içində özü üçün bir yuva düzəldər. Bir neçə gündən sonra görərsən hacı müəllimin yuvasında 4 balaca bala cıvıladaşmaqdadır. Neçə gün geçmədən baxarsan balaca balaların ən cansızı yerdə sürünür. Hacı da olaya aldırmadan yuxarda o birləri bəsləməkdədir. Öz özünə hacının olaydan xəbərsiz olduğunu düşünərsən. Bir yolla onu yuvaya qoyarsan. Aşağıya enmədən görərsən yenə o dördüncü bala səndən qabaq aşağıdadır. Bir kəz iki kəz bunu yoxlarsan, Sonra bu işin içərliyini anlamaq üçün, birini də çağırarasan. Bir kəz də qaldırıb yuvaya qoyarsan: “ Hacının özü atdı” səsi səni özünə gətirər.Sonra bu işdən əl üzüb düşünməyə başlıyarsan. “Ay hacı sənin yuvanda yer yoxudursa, nədən 3 deyil 4 yumurtladın?” Bütün sorular səfsətə kimi baş yormaqdan başaq bir sonuc verməz. Ən sonunda alın yazısına üz tutaraq deyərsən, “ Hacı leyləyin dördüncü balasının da anlına belə yazılmış.” Azərbaycanın ağız yazınında Hacıleyləklə ilgili nə qədər söz deyildiyini bilmirəm.Ancaq Iğdırda bu çox ünlü bir deyimdir Niyə hacıleyləyin dördüncü balasıyam).
Güney Azərbaycan ulusunun da alın yazısında özdəş bir yaklaşımı görürəm. Afriqanın Amazonun, sıx ormanlarında bütün özgürlükçü savaşların bir yandaşları vardır. Gəlişmiş toplumlarda heyvanların belə(Hacıleyləyin dördüncü balasından başqa) haqlarını savunacaq gruplar vardır. Ancaq bu yazığım güneylidən başqa.

Bir neçə ildir sağdan soldan yorqanlarını toplayıb ulusal savaşa qatılanların olmasına sevinirdik. İranda baş vermiş son olayalar bu admların çoxunun tumansızlıqdan, tumançaq olduğunu göstərdi.İndi görürük bunların çoxunun tutumları gənəl iran siyasətinə yönəlmiş, Azərbaycanın ulusal savaçını da bir əngəl olaraq görürlər. Demək ağla qara çətin gündə bəlli olarmış. Sən demə bu insanlar siyasal əxlaqdan bilgisiz, gerçəkləri görməzdən gələn söz oyunçularıdır. İllər boyu içlərində dustaqladıqları İrançılq(oxu farsçılıq) özləmi alovlanıbdır. “ Bu gün güney Azərbaycanın ulusal konusunu gündəmə gətirmək , gənəl iranda gedən savaşa ziyan verər. Orda olan gücləri parçalayır. Biz öncə bu molla diktatorluğuna son qoymalıyıq sonra...” Pah atunan papaq altında iş görəcək oğlanlar varmış, biz bilmirdik. Bunların siyasal izləncələrinin(platformlarının) içərlyindən kimsənin də xəbəri yoxdur. Onu xəyalcılıqda bir cənnətə gedəcəklər, bir də komonizmdə yaşıyanlar bilər. Demək bizə nə. Biz Güney Azərbaycan Türkləri Hacıleyləyin dördüncü balası, siyasal qurumların analiz mərkəzlərinin kiçik qurbanlarıyıq. Onda biriləri deyəcəklər “Hara getdi bu siyasal tanrıların əxlaqlar.” Boş verin əxlaqı, o ölçüsü olmayan sözcük, yerdə sürünən Hacıleyləyin dördüncü balasına yaşam haqqı tanımır. Çün onların siyasal yazınlarını yazanların yazqanlarının mürəkəbi qandanıdı. Yazığım sana Hacıleyləyin dördüncü balası. Sən yerdə sürünərək qardaşlarının, bacılarının , ananın, atanın başqa canlıların gözü önündə can verəceksən. Ancaq ümidini itirmə,yaşmda hər şey hər anda ola bilər. Qışın gedəcəyi, yazın gələcəyi bir doğa kuralıdır. “ Üzü qaralığın kömürə qlacağını” bilməmiz gərəkir. “Biz özgə çırağına yağ olmanın” sonunun olacağına inanırıq. Çiyinlərimiz üstündə gəzdirdiyimiz baş bizdən olandan sonra. Xoşca qaalın” Hacıleyləklərin dördüncü balaları.”

Hiç yorum yok:

Yorum Gönder