İran dövləti zənginləşdirilmiş uranium əldə etmişdir. Bu da uluslararası güclərin İranın iç işlərinə müdaxiləsini çətinləşdirmiş kimi görünür. Çünkü ölkə genəlində kontrol əldən çıxarsa atom silahlarının qullanımında keçərli olan bu maddələr teroristlərin əlinə keçə bilər, ya da İranın dərin dövlətində yer alan güclər ondan tərs istifadə edə bilərlər. Artıq ortalıq qarışarsa və uluslararası sorumluluqlar ibtal edilərsə, nədən də etməsinlər? Bu gün dış güclər əsasən bu səbəbdən İranda sərt qarşıdurmadan yana deyillər. Daha çox rejimin öz içindən yetişəcək antitez güclərin meydana çıxmasını səbir və təmkinlə gözləyirlər. Ölkə içindəki etirazları da bu nizamın çatası altında daha yavaş-yavaş etidala doğru meylli olan gücləri dəstəməklə yetinirlər. Ölkə miqyasındakı göstərilər etidal yanlılarına moral verdiyi üçün, onlara ictimai baza sağladığı üçün, açıqca bu göstərilərə dəstək verirlər. Bir tərəfdən boğulan, öldürülən insanların durumlarının tərcümi-halı olurlar, digər tərəfdən də ancaq rejimi devirib ölkədə, Orta Doğuda və dünyada böhran yaratmaq istəməyən etirazlar daha məqbul görünür. Böyük sərmayələrin, böyük dövlətlərin bu kimi etirazları uğurlu dəstəkləmələri qonusunda təcrübələri var. Bu təcrübələrə yaxın tarxdə şahid olmuşuq. Bu üzdən də İrandakı göstərilərə bizim də millətin ayağını çəkə bilərlər. Toplum psixologiyasını, sosial hərəkətləri yönləndirməni çox yaxşı bilən bu güclər üçün Təbrizi də bu qorxunc macəraya soxmaları çətin olmaz. Durum bu şəkildə olursa heç şübhəsiz ki, biz öz milli kimliyimizlə meydanda ola bilməyəcəyik. Çünkü milli kimliyimizlə meydanda ola bilməmiz üçün əlimizdə böyük sərmayəmiz yoxdur, ciddi təşkilatlarımız və liderimiz yoxdur. Uluslararasının da hesablaşacağı bir lider və kadro çevrəsi hələ ki, yoxdur. Belə bir boşluq içində İran miqyasında davam edən böyük etiraz dalğaları bizim milli istəklərimizin rəngini ortadan qaldıra bilər.
Gerçək olan budur ki, bu etiraz prosesinə Təbrizdə qatılsa olayların axışı dəyişə bilər. Çünkü Təbrizin qalxışı digər şəhərlərin də böyük etirazlarına təkan verər. Bölgənin tarixini yaxşı bilən güclər də Təbrizin nədən səssiz qaldığını dərin-dərin düşünürlər. Təbrizin qalxışı ilə dəngələr ciddi şəkildə dəyişə bilərsə o zaman Təbrizdə də qanlı etiraz dalğaları yaratmaq planlarının da olması gərəkir.
Şahın zamanında Qumdakı kiçik bir etirazda ölənlərin qırxında Təbrizdə böyük etiraz oldu. Pəhləvilərin devrilməsinin təməlini bu etiraz qoydu. Başda Rəfsəncanı çevrəsi olmaqla həm daxili güclər, həm də onların xarici müttəfiqləri Təbrizi ayağa qaldırmaq üçün gərəkən planları çizməkdədirlər. Bunun qarşısını almaq və yenicə birikmiş milli gücümüzün dağılmasını əngəllmək bu kimliyə mənsubiyət duyğusu daşıyan insanların tarixi və milli görəvidir. Millətimizi bu darkeçiddən sağlıqlı keçirməyi və milli gücümüzün İran-fars mehvərli hərəkətlərə dağılmasını əngəlləməliyik.
İranda inqilab olduqdan və İran-İraq savaşı başladıqdan sonra bir çox sosioloqlar belə hesab edirdilər ki, İranda fars milliyətçiliyi mərkəzli millətləşmə prosesi zirvəyə çatdı, artıq İranın gələcəkdə də parçalanma təhlükəsi ortadan qalxdı. Bunu da bu şəkildə izah edirdilər ki, keçən 100 ildə nə zaman ki mərkəz zəifləmiş, Azərbaycan öz milli yazqısı ilə bağlı bir hərəkətlərdə bulunmuşdur. Ancaq İslam inqilabından sonra başlayan İran-İraq savaşında on minlərlə ağlını itirmiş Azərbaycanlı könüllü olaraq bu savaşa qatılıb və İranın ərazi bütövlüyü yolunda öldülər. Bu dəfə mərkəz zəiflədiyində Azərbaycanla ilgili heç bir hərəkət olmadı. Bəziləri Şəriətmədari adında zehnində bir zərrə türklük şüuru olmayan bir cənazəni milli hərəkət adlandırırlar. Harasında idi onun milli hərəkət? Şəriətmədari Pəhləvilərin türkləri əzməsinə hər növ dəstəyi vermişdi. Hətta Şahın ordusu 21 Azərdə Təbrizə girib qətl törədəndə bu ordunun qarşısında qurbanlar kəsmişdi. Belə bir keçmişə sahib olan, öz millətinin qanının tökülməsində əli olan bir axund necə Azərbaycanın haqlarını savuna bilərdi. 1828-ci ildə də Mirfəttah adında bir baş axund Paskeviç komutanlığında Təbrizə girən rus ordusu qarşısında qurban kəsdirmiş, şəhərin qapılarını ruslara açımışdı. Çünkü Mirfəttah, Abbas Mirzənin modernləşdirmə planlarını islama qarşı bidət hesab edirdi.
İran-İraq savaşını bu üzdən də Xumeyni “bərəkət” adlandırırdı. Gerçəkdən bu savaş türklərin könüllü asimilassionuna mənəvi zəmin sağladı. Şah İsmayıldan günümüzə qədər ortaq məzhəb anlayışı içində türklər farsların böyük hədəfləri yolunda yem olurlar. Ancaq dünyada olayların dəyişməsi və soyuq savaşın bitişi ilə millətlərin oyanışı İranın içindəki məhrum millətlərə də təsir göstərdi. Soyuq Savaş sonrası qısa zaman dilimi içində nisbətən durum dəyişmiş və milli kimlikdən yana olan bir nəsl Azərbaycanda meydana gəlmişdir. Ancaq bu enerjinin dayanaqları çox dərin deyil, böyük mübarizə təcrübəsi yoxdur və uluslararasına öz varlığı ilə hələ girmiş deyildir. Yalnız sürəc bu yöndədir, yəni uluslar arası ilişkilərdə milli hərəkət tərəf müqabil kimi masa başında oturma ərəfəsindədir. Hər hansı yanlış bir hərəkət və birikmiş enerjimizi İran adı ilə dünyaya tanıtmaq bu fürsəti qaçıra bilər. Bu necə ola bilər?
1. Musəvini çox sıxışdırsalar, onun cəbhəsi Təbrizi nədən öz oğluna sahib çıxmır təbliğatı ilə bizim hissiyatımızla oynayıb Təbriz əhalisini anlamsız savaşa sürükləyib, qırğına verə bilərlər.
2. Tehranda ölənlərin qırxında Təbrizdə bir olay yaratmaq istərlər. Bir kərə Təbrizdə bir olay yaratsalar, artıq ipin ucunun farsların əlinə tam olaraq keçəcəyinə kimsə şübhə etməsin. Çünkü hələ bütün Azərbaycan şəhərlərində hörməti və ehtiramı olacaq, sözü keçəcək bir lider yoxdur. Ən böyük sorunumuz lidersizliyimizdir.
3. Ölkədə, bölgədə və dünyada gedən hadisələr üzərinə yanlış təfsirlər gətirən, strateji və tarixi dərinliyi olmayan açıqlamalarda bulunan milli çevrələr də istəmədən zərər verə bilərlər. Yəni onların “biz də türkçə şüarlarla bu hərəkətə qatılalım”- söyləmələri böyük zərər verə bilər. Çünkü bizim mübarizə artıq 3-4 şüarla meydana çıxıb gənc adamları ölümə vermə mərhələsini aşmışdır. Biz daha böyük planlarla hazırlıq aparmalıyıq. Rejimin devrilişi, vilayəti-fəqihin yıxılması bizim hədəfimiz olmamalıdır. Bunu tarix və iqtidar arasındakı güclərin toqquşması orta vədədə kəndiliyindən edəcəkdir. Siyasi- fikri örgütlənməyimiz, ordunun, sipahın, bəsicin içinə nüfuz edib bəlli zaman üçün güc qullanmağı başarmalıyıq. Siyasətdə “bəklə gör” variantı var. Biz də bəkləyib görəlim nə edə bilərik. Onlar ki, “biz qatılmasaq sabah bizə haq tanımazlar”- deyirlər. Bunların bu dediklərinin elə əhəmiyəti yoxdur. Bunlar daha çox bir kəndlinin sözüdür. Çünkü bu hərəkətə qatılmasan da sabah əlində bulunan güclə meydana çıxsan kim kəsəcək önünü? Gücün olsa səninlə sabah da hesablaşacaqlar. Gücün yoxdursa, gücünü bu gün boş ideallar yolunda itirib gücsüz qalmışsansa, sabah adam deyərlər: “Ortalıqdan dəf ol get, adamı belə aldadarlar, gücünü əlindən alıb və sonra gücsüz buraxıb çıx ortalıqdan deyərlər.” Biz içinə düşdüyümüz gərgin durumun psixologiyasına görə deyil, dərin bir zəka ilə uzun vədəli hədəflərimizə görə tutum sərgiləməliyik. Sevindirici haldır ki, bu günə qədər ortaq əqli-səlim millətimizi bu təhləkənin ortasına girməkdən qorumuşdur. Elə bu istiqamətdə davam edəlim. Millətimizi təhdid edən bu təhlükədən uzaqlaşdıralım.
Hiç yorum yok:
Yorum Gönder