Seçgilər və Güney Azərbaycan-2
Güney Azərbaycan Milli Birlik Şurasının seçgilər haqqında birinci bəyaniyəsinin ardından, indiki yeni durumun yaranmasından sonra münasib dəyərləndirmənin önəmi inkar edilməzdir.
Bu seçgilər və bundan sonra ortaya çıxacaq əlverişli şəraitdən düzgün faydalnamq, milli hərəkatımızın qazanc və ziyanını diqqətlə ölçüb qərara gəlmək, bütün düşünür və qurumlarımızın boynunda bir görəv sayılmaqdadır.
Məlum olduğu kimi, geçən mərhələdə sayın Dr. Əkbər bəy Ələminin adaylığından yararlanaraq, milli hərəkatımızın mənafei uğrunda fəaliyətlər, nisbi olaraq müsbət nəticə vermişdir. Ancaq bu soydaşımızın səlahiyətinin qəbul edilməməsi göstərmişdir ki, təəssüflə bugünkü Tehran hakimiyəti demokratik usullara dayanan məntiqi fikirlərə, antidemokratik zorakılıqla cavab verməkdədir. Aydındır ki, gücün qarşısında ancaq güc dayana bilər. Fikrimizcə, geçən mərhələdə bütün soydaşlarımız əl-ələ verərək öz gücünü göstərmiş olsaydı, milli hərəkatımız daha böyük uğur qazanaraq, Təbrizdən adaylığını qoyan və Azərbaycanı öz təşkilatı hesab edən sayın Əkbər bəy Ələminin yeni mərhələlərə yüksəlməsi ilə nəticələnəckdi. Buda, dinc yolla, azərbaycanlıların milli haqlarının qazanılmasında irəliyə doğru böyük addımlar atmağa yaraya bilərdi. Şübhə yoxdur ki, bundan sonra nə olursa olsun, koordinasyon şurasının və millətimizin bir bölümününü dəstəklədiyi sayın Əkbər bəy Ələminin hüquqlarını müdafiə, onun, bundan sonrakı davranışlarına bağlı olaraq bizlərin borcudur. Ancaq ondan daha vacibi, onun seçgi mərkəzlərində fəaliyət edənlər və koordinasyon şurasını himayət edənlərin daha ciddi, daha güclü müdafiəsi yer almasıdır.
Seçgi prosesində, yuxarıda qeyd edilən hadisənin yanında, başqa məsələlərdə ortaya çıxmışdır. Mehdi bəy Kərrubi və ardından, Mir Hüseyin bəy Musəvinin, ölkədə yaşayan millətlərin haq və hüquqlarının təmini barədə seçgi bəyaniyələri, üzdən iraq islahatçı Xatəminin, türklərə əhanətinin gecikmiş video yayımı, seçgilərin nəticəsini bəlirliyən gücün, Türklər olduğunu vurqulayan Tehrandan yayılan fikirlər, diqqət və analizə layiqdır.
Xatəminin səviyəsiz və ozünə layıq danışıq filminin seçgi qabağı yayılma səbəbini , bəzi
dostlarımız haqlı olaraq, Türklərin səslərinin Əhmədi Nəjada qaydırılma fikrini güdən bir oyun olduğunu bildirməkdədirlər. Xatəmi, o filmin saxta olduğunu vurqulayıb, təkzib etməsi vəya Azərbaycan və azərbaycanlı haqqında aldatmacalar söyləməsi, əslində heç bir şeyi deyişmir. Fars və farsçılığı, ölkədə yaşayan bütün millətlərdən üstün tutan rasistlərin sözü yox, əməli milakdır.Hamımız bilirik ki, şovinizmin bütün nümayəndələri, istisnasız olaraq həmin zehniyəti daşımaqda və anti-Türk siyasətlərin icrasında müsabiqə verməkdədirlər.
Millətlərin haq və hüququ barədə verilən bəyaniyələrdə, Kərrubi bəyin yanaşmasının dərinlkləri qarşısında Musəvi bəyin dayaz toxuntusu açıqca görünməkdə və onun kölgəsi altında qalmasıda anlaşılmaqdadır. Seçgi qabağı bütün bu oyunlara baxmıyaraq, özəlliklə namzədlərin ümumi çıxış və təbliqatları, İranda farsçılıq siyasəti üzərində qurulduğuna görə, millətimizin bu aldatmacalara inanacağı inanılmazdır. Bunun yanında, ölkədə fars mərkəzli düşüncə sistəminin qalib olduğu halda, bu insanlarında ona qol çəkdiyi bir durumda, bu yarım yapalaq, bəyaniyələr vəya qəsdən yayılmış video görüntüləri ayıq millətimizi aldatmağa gücü çatmamalıdır.
Bütün bunları göz önündə tutarq, Güneydəki çətinlikləri hiss edərək, oradakıların bir daha titrəyib özünə qayıdaraq “ KoordinasyonŞurasında” daha güclü və sistematik çalışaraq nəzər vermələrini doğru bir hərəkət hesab edirik.
Bununla belə və günün şəraitin nzərdə alaraq, namzədlərdən açıq və net olaraq milli haqlarımızın tanınıb, icrası barədə rəsmi, düzgün və aydın bəyanat vermələrini istəməkdə fayda görürük. Bu haqda, genə bəzi çətinlikləri nəzərdə alaraq, həmçinin, istər koordinasyon şurası, istərsə də geçən dönəmdə daxildən gələn başqa nəzəriyələri göz önündə tutaraq, aşağıdakı istəklərin, adayların bəyaniyələrində əksini tapmasını uygun görürük. Bu istəklər ana yasanın 19-cu maddəsindəki “ ölkədə yaşyan millətlərin bərabər hüquqlu və biri birindən üstün olmadığını” vurqulauyan cümlələrinin məfhumunu ortaya qoyduğuna görə qanuna uygun və Azərbaycan milli hərəkatının demokratik usullarla mübarizə sisteminə münasib görünməkdədir.
1- Güney Azərbaycanda ilk məktəbdən biliyurdlara qədər ana dilimizin ədəbi formasında icbari olaraq tehsil alınması.
2- Güney Azərbaycanda anadilimizin ədəbi formasında azad ve demokratik mətbuat və radio televizyonların fəaliyətlərinin təmin edilməsi.
3- Azərbaycanın iqtisadiyatının dağılması nəticəsində millətimizin böyük fəlakətdən qurtulması üçün, bütün potansiyelindən istifadə edərək iqtisadiyatın inkişafının təmin edilməsi.
4- İsrailə mənfi münasibət səbəb- nəticə fəsəfəsinə dayanırsa, Azərbaycan torpaqlarını işqal edən Ermənistan-a göstərilən müsbət münasibət, ancaq irqçılığın nəticəsi ola bilər.
Ölkədə yaşayan millətlərin hər birinin özünə görə özəl probləm və istəkləri olduğuna görə yuxarıdakı maddələrin ancaq, Azərbaycana aid olduğu vurqulanmaqdadır.
Əmin və arxayınıq ki, yüksək siyasi şuurunu tarix boyu sübut etmiş, ancaq, milli kimliyinə dərindən dayanmadığına görə başarılı olamamış millətimiz, apartaidın seçgi oyunlarına gəlmiyəcək. Nə, xatəminin çirkinliklərinə görə qatil Əhmədi Nəjada hə diyəcək, nədə Türklük şuuru olmuyan adaylara, ancaq Türk olduğuna görə səs verəcəkdir. Geçmiş hakimiyətlər dövründə,Cabbarzadə kimi talançıların millətə yemək paylaması və bahalı posterlər hazırlaması, maddi mənafe qazanmaq üçün məqam dalında olanların Tehranda “ Azəri cəmiyəti” yaradması, Azərbaycanda fürsətlərdən yararlanaraq “ torpaq quldurlarının” qeyri milli davranışları, millətimizi aldatmıyacaqdır.
Ölçü dəyərimiz, ancaq, Azərbaycanımızın mənafeini təmin edəcək, açıq və aydıncasına milli varlığımızı tanıyan və gərəyini yerinə gətirəməyə verilən yazılı söz olacaqdır.
Hörmətlə : Güney Azərbaycan Milli Birlik Şurası 29.05.2009
Hiç yorum yok:
Yorum Gönder