9 Kasım 2009 Pazartesi

Arif Keskin, ''İran Turkçülüyü''üzərinə notlar (1)

Güney Azərbaycan Milli Hərəkətində fikir mübahisələrin olması və bunun sağlıqlı və ədəb/nəzakət çərçivəsində dəvam etməsi olgunlaşmanın göstəricisidir. Milli hərəkətimiz içində çox çeşidli və fərqli görüşlər vardır. Milli hərəkət içində “ İran Türkləri” məfhumu əsas alan bir fikir axımın da olduğundan bəhs ediləbilər. İran Türklərini əsas alan hərəkət indiyə qədər daha çox kültür platformunda hərəkət etmiş siyasi sahədə öz varlığını hissettirəbilməmişdir.
Milli hərəkət içində olan bu axımı tanımlamaq və adlandırmaq çətindir. İran Türklərini əsas alan və hədəfini İran’daki bütün Türklərin taleyini müəyyənləşdirmək olaraq təyin edən bu hərəkəti, İran Türkçülüyü adlandırırsaq xəta olmaz. İran Türkçülüyü, “İran Türk Yurdudur” şəklində ifadə edəcəyimiz bir tarixi baxışın əsasında qurulmuşdur.
Türklər bu coğrafiyaya Farslardan qabaq yerləşiblər. Farslar “sonradan gəlmə” sayılırlar. İran’ın əsil sahibləri Türklərdir. İran, min illərcə Türklər tərəfindən idarə edilmişdir. İran’ın parçalanmasını istəmirlər. Azərbaycan’ı İran içində və onun bir parçası kimin görürlər. Azərbaycançılığa qarşıdırlar. Bu axımın ifrati tərəfdarları, Azərbaycanı köktən rədedirlər.
İran Türklüyü məfhumu ilk olaraq açıq şəkildə əli Təbrizli tərəfindən dilə gətirilmişdir. əli Təbrizli “Komünist düşmanı olan əski bir Komünist” idi . əli Təbrizli açıq şəkildə ifadə etməsə də Azərbaycan məfhumunu Sovyetlərin totiəsi (komplosu) olaraq görürdü. əli TəBRİZİ’yə görə İran Tarixi, Türk -Fars çatışması tarixi olsa da İran Türk yurdudur və İran’ın bütünü Türk yurdu olduğu səbəbi ilə Azərbaycançılıq bir komplodur. Əli Təbrizli’yə görə Sovyetlərin hədəfi İran’ı türksüzləşdirməkdir. Təbrizli’yə görə Azərbaycan məfhumu, İran Türklərini yalnız Azərbaycan adlı qəfəsdə dustaq etmək istəyənlərin hiləsinin” məhsuludur. Əli Təbrizli, İran Türkləri məfhumunun düştüyü tənaquz çuxurundan çıxmaq için İranlılıq məfhumunu da rədedər. Əli Təbrizli’yə görə İran kəliməsi müəyyən bir qovmi kəlimə deyildir, Coğrafi bir kəlimədir, Tarixdə İran kəliməsi yerinə Məmaliki Məhruse kəliməsi istifadə edilirdi.
İran Türkçüləri içində fikri fərqlilikləri sınıflandırmaq (təbəqə bəndi) çətindir. Çünkü siyasi çalışmaları azdır. Əlimizdə olan bu az çalışmlarada baxıldığında İran Türkçüləri üç fərqli fikri istiqamətdə hərəkət edirlər.
1-Türk Mərkəzli İranlılıq : Bu guruba görə İran bütünüylə Türk yurdudur. İran’daki bütün Türklər birləşib yenidən siyasi hakimiyəti ələ keçirmələri lazımdır.
2-Türk Kültür MilliyƏtçilƏri : Bu grubunun təməl hədəfi İran’da Türk kültürünü, milli kimliyini, və milli-mədəni haqlarını qoruma altına almaqdır.
3-İki Dilçilər vəya iki kimlikçilər :Bu fikiri mudafiə edənlərə görə İran’da Türklər və Farslar iki əsasi unsurdurlar. Türklər və Farslar İran’daki tərazlığın iki amillərdir. Bu nədənlə, İran iki dilli və iki kimlikli olmalıdır.
İran Türklüyü məfhumunun çeşidli qaynaqları vardır. Türkiyə tarixçiləri və Türk milliyətçilərində İran Türklüyü məfuhumu çox güclüdür. Ziya Gökalp kimi Türk milliyətçi düşünürlər, İran’ı Oğuz Türkləri ilə özdəşləşmiş halda təsvir etməktədirlər. Türkiyə tarixçiliyində, Osmanlı’dan gələn bir Azərbaycan həsassiyəti var və onların Azərbaycan təhlilləri İran məfhumu əsasında şəkillənmişdir. Türkiyə tarixçiliyi təsirində qalan Güneylilər, İran Türklüyü məfhumunu ortaya çıxartdılar.
İran Türkçülərindəki Azərbaycan qarşıtlığının ikinci qaynağı, Sovyet tarixçiliyinin Azərbaycan tanımıdır. Bu tarixçilikdə, Azərbaycan’ın Türk olmadığı iddia edilir. Sovyet tarixçiliyində Azərybaycan məfhumunun Türksüzləştirmə qayəsi vardır. Bu nədənlə Güney Azərbaycanlıları Solcular, Azərbaycan məfhumuna musbət baxarkən, Türk məfhumunu rədediblər. Solcular Azərbaycan’ı Türklükdən ayıraraq, Türklük və Azərbaycanlılığı bütünləşdirən Məmməd əmin Rəsulzadə’yə qarşı çıxardırlar. Solcuların Azərbaycan məfhumunu inhirafa çəkmə fəaliyəti, İran Türklüyünün ortaya çıxışının ən önəmli səbəblərindən sayılabiler.
İran Türkçülüynün ortaya çıxışının başqa səbəbləri də vardır. Bu düşüncə sahiblərinə görə, İran’daki Türklər fəqət Azərbaycan’da yaşamırlar. İran’ın hər yerində Türk var. Bu nədənlə siyasi fəaliyəti sadəcə Azərbaycana məhsur etmək və hədəfi fəqət Azərbaycan olaraq göstərmək xətalıdır. Türkçülük mübarəzəsi türkün olduğu hər yərdə olmalıdır. Mübarizə sahəsi bütün İran’a yayılmalıdır. Bu guruba görə Azərbaycan –Türk milliyətçiləri fəqət Azərbaycanı və sadəcə Azərbaycan-Türklərini düşünürlər. Azərbaycan’ın tarixi coğrafiyasi xaricində olan Türklərə yönəlik hər hansi bir bərnamə/laihəyə sahib deyillər.
İran Türkçülüyünün ortaya çıxışının digər səbəbini də “mərkəzdən qopma qorxusu” olaraq adlandırdığım olqu təşkil etməkdədir. Azərbaycanlıların çoxunda “mərkəzdən qopma qorxusu” vardır. Güney Azərbaycan’da “ İran’dan qoparsaq yox olaraıq” diyən çox insan vardır. Mərkəzdən qopma qorxusu, Güney azərbaycan’daki fedralçılıq və İran Türkçülüyünün ortaya çıxışının əsasi amillərindən biridir.
İran türkçülüyündə, Pəhləvilər öncəsi İran tarixinə geri dönüş arzusu vardır. İran Türkçüləri, Pəhləvi öncəsi tarixi “əsr-e Səadət” kimin təsvir edillər. Türk hakimiyti zamanında huquq, ədalət və mehribanlıq vardı. Türklər heç bir milleti yox etmədilər. Bütün millətlərlə nəhayət ehtiram və xoş görü ilə davrandılar. Qacarların yıxılışını da böyük faciə kimin görür və Azərbaycan’ı Qacarların yıxılışında yer aldığı səbəbi ilə də qınayırlar.
İran Türkçüləri Azərbaycançılığa qarşı olsalar da Azərbaycan Milli hərəkətinin dəvamıdırlar. İran Türkçülüyü , Azərbaycan milli Hüküməti (1945-46) yıxılışından sonra ortaya çıxmış, bugün onları rəddetsə də onların məntiqi dəvamıdır. İran Türkçülüyü, Güney Azərbaycan Milli Hərəkətinin bir parçası və onun təsiri altındadır.
Güney Azərbaycan milli hərəkəti tarixinə baxdığımızda, bu düşüncə hər hansı bir siyasi və sosiyal hərəkətlilik yaratmış deyil. Məşrutiyət İnqılabı, Şeyx Muhəmməd Xiyabani, Azərbaycan Milli hükümeti və Xəlq Müsəlman hərəkəti kimi tarixi hadisələrin dinamizmini azərbaycanlılıq məfhumu təşkil etmişdir. Bu hərəkətlərin ortaya çıxışında İran Türkçülüyünün her hansı bir rolu olmamışdır. Babək qalası və Xurdad hadisəsi (may olayları) da Azərbaycan-Türk Milliyətçiliyinin məhsuludur. İran türkçülüyünün siyasi-sosiyal səfərbərlik gücünün olmaması anlamlıdır.

Hiç yorum yok:

Yorum Gönder