10 Kasım 2009 Salı

Böyük Resuloğlu, Milli herekatimizin olgusu ne olmalidir

Atatürk, Türkiyə qurtuluş savaşı və biz !
Milli hərəkatımız, öz müstəqilliyini qoruyaraq, ülgü( örnək) götürəcəyi qurtuluş savaşlarının müqayisəvi analizləri nəticəsində ortaya çıxan durum dəyərləndirilməsi, günümüzün vacib məsələrindən sayılmaqdadır. Özəlliklə Atatürkün liderliyində Türkiyədə qurtuluş savaşının dərinliyinə təhlili, ondan alınması gərəkən dərslərin mahiyəti, başqa ideolojik qurtuluşçü savaşlarla müqyisədə bizimlə ilgidəki rolunun açıqlığa qovuşması vacibliyi inkar edilməzdir. Baxmıyaraq ki, bəlli dəstələr, şiddətli müqavimət göstərərək, tarixi, həqiqəti və milli hərəkatımızı təhrif etmək üçün əllərindən gələni esirgəmiyəcəklər.
Yuxarıda anlatmağa çalışdığım qurtuluş dayrəsinin mərkəzində ancaq güc mərkəzi durar fəlsəfəsinə təhlili bir baxış, milli hərəkatımızın gələcək çizgilərini tərsim etməkdə böyük rol oynamaqdadır. Özəlliklə güc mərkəzinə dönüşmə yolunda “birlikdən güc doğar” anlayışına qoşulmaqla birlikdə, yan təsirlərində analizi qaçınılmazdır.
Azərbaycan milli hərəkatına çeşitli qurtuluş savaşlarından örnək toxumağa çalışanlar, geçən yüz ildə, ümumi olaraq sol təfəkkürə dayanan “milli azadlıq mübarizələrinə” istinad etməklə yetənməkdədirlər. Hal buki, bizim apardığımız milli mübarizənin, o örgütlərin xətti ilə bağdaşmadığı açıq və aydındır. Məsələyə bu açıdan baxanda, savaşımızın təbəqati deyil, milli olduğunu düşünərkən, fərqliliklərlərin yanında, çox cəhətdənTürkiyədəki Mustafa kəmal paşa Atatürkün öndərliyində aparılan milli qurtuluş savaşına bənzərliyi inkar edilməzdir. Orada, dağılmış bir imperatorluğun əsasını təşkil edən, özünü və geçmişini itirmiş, əzilən bir Türk milləti var, burada, təbilqat bombardumanı altında özlüyündən çıxmış, əzilən bir Türk milləti.
Beyin yarıqlarımdakı fikir qaynaqlarını açıklamadan, bəzi məsələlərə aydınlıq gətirməyi uygun sayıram. Çünki, kominizm adı altında Rus əmpiryalizminin qəfısinə düşənlər, ideolojilərindən asılı olmuyaraq, fars şovinizminin yalançı tarix fəlsəfəsinə köklü inananlar, Türk və Türkiyə sözündən diskindikləri kimi, pantürkist damgası vurmaqda da ustadırlar. Qəribə burasındadır ki, yeri gələndə, Rus və Fars üstünlüyünü dilə gətirən bu çəvrə, bizə gələndə insanlıqdan və enternasyonalizmdən suistifadə etməkdədirlər. Bizim milli təfəkkürümüzdən axan bulağın qaynağı, təhacümi deyil, tədaföei olduğuna görə ancaq 200 ildir əzilən millətimizin insanlığa yaxışır biçimdə yaşamasını istədiyimizi vaxt aşırı vurqulasaq da, qulaqlqrını tıxıyaraq, yollarına dəvam etdiklərinin şahidiyik. Əslində bu metodla milli oyanışımızın qarşısında duraraq, özündən, özlüyündən, geçmişindən xəbərsiz saxladıqları soydaşlarımızın sömürülməsini bir az daha dəvam etdirmək məqsədi yatmaqdadır. Biz bütün millətlərə hörmətlə yanaşmaqla yanaşı, globallaşan dünyadə, modern siyasi-
1
iqtisadi və sosial təfəkkürdə, millətlərin bir biri ilə ilişgidə olma vacibliyini inkar etmədən, tarix boyu Türk-Rus, Türk-Fars, Türk-Çin və Türk-Rum rəqabətlərini unutmamışıq. Ancaq o əlaqələrin kölgəsində qalaraq, onların tərsinə, düşmənçilik davranışları ilə deyil, dostluq əli sıxışaraq bütün millətlərin azad yaşama haqqının tanınması üçün çabalamaqdayıq. Beynəlmiləlçilik düşüncəmizdə bütün millətlərin, dil, mədəniyət, kültür və musiqi varlığının gözelliklərini seçib, onlara sevgi bəsləməyi insani görəv hesab edirik. Ancaq, bunuda bilirik ki, nəcat yolumuz, milli Şuurun dirçəliş körpüsündən geçər.
Atatürkün öndərliyində Türkiyə qurtluş savaşından bəzi dəyərləndirmələrlə, Azərbaycan Milli Hərəkatınıa ışıq tutacaq ülgününü dayrəsini tərsim etməkdə fayda var. Zəyif, yoxsul və yorgun Anadolu Türkü, bu mücadilədə, gücünü çeşitli qollara paylamaq məcburiyətindədir.
A- Işqalçı quvvələrlə savaşır.
B- Demokratik olmağa çalışır.
C- Sekülar Cumhuriyət yaratmağa can atır.
D- Lozan müzakirələrini aparır.
E- Ölkənin inkişafına fikirləşir.
Bu , çətin mübarizədə, ağır qoşullar altında alınan tədbirlər ve seçilən metod bizim durumuza tam uygun olmasa da, örnək təşkil edəcək qədər yaxındır. Qurtuluş savaşındakı metodu, bir rəyazi formulu halinə sığışdırmaq mümkün olmasa da, qurtuluş savaşında alınmış aşağıdakı tədbirlərə diqqət etməyin faydalı olacağına inanıram.
1- Hədəf
Milli mübarizənin bəlli hədəfi, misaqi milli hüdudları çərçivəsində, Türk kimliynə dayanan, modern, demokratik olmaqla birlikdə inqilabçı, laik, eyni halda xalqçı bir cümhüriyətin qurulması olmuşdur. Bu hədəfə inanalar, dar təbliqat vasitələrinə baxmıyaraq, Anadolu insanının böyük əksəriyətinidə öz arxalarında çəkməyi başarmışdır. Bu inam nəticəsində Ərzurumda çarıqlarının bağını düyünlüyən köylü qurtuluşçunun, böyük taarruzda qalib gəldikdən sonra açması dillərə dəstan olmuşdur. Körpəsini arxasına çataraq mərmi dolduran qadınlar, səngərlərdə ərkəklərlə bir yrerdə mücadiləyə qoşulan dişi aslanlar, nişan üzüklərini millət yolunda təqdim edərək, hədiyə olan mis üzükləri taxmaqla iftixar edən gəlinlərin davranışı, hədəf uğrunda savaş inancının açıq göstərcəsidir. İkinci məclisin 29 ekim 1923-də rejim təyini üçün toplandığı gün, xalqın ətrafdan gələrək axşam saat 20:30 radələrinə
2
qədər məclisin önündə gözləməsi, cümhuriyət elan edildikdə coşqulu alqışlar alması, aqqılı hədəf seçiminin əhəmiyətindən xəbər verməkdədir.
Misaqi milli-dən danışarkən hər milli-siyasi mübarizənin coğrafi çərçivəsinin hüdudlarından söz açılır. Bunun üçündür ki, Güney Azərbaycandaki milli hərəkatımızın fəaliyət sınırlarını, yazının sonuna sancaqlanmış xəritənin göstərdiyi Azərbaycanın tarixi topraqlarını düşünənlər, gündən günə artmaqdadır.
2- Kimlik
Qurtuluş hədəfinin kökündə yatan Türk kimliyi, savaş meydanında başarı qaynağı, barış müzakirərində güvən bayrağı olmuşdur. Osmanlı impiratorluğunda 19-cu yüzilliyin ikinci yarısından başlıyan Türklük təfəkkürü, qurtuluş savaşında zirvəyə çatır, bütün çətinlikləri aşmaq üçün bir vasitəyə çevrilir. Bəzən elmi çərçivədən çıxaraq, rasizmə dönüşsə də , Atatürkün yerində ılımlı, icabında qırıcı söz və davranışları ilə milli mücadiləyə ışıq saçır. Bir yandan “ nə mütlü Türküm diyənə” “ mühtac olduğun güc damarlarında axan təmiz qandadır” ifadələri, bir yandan da yunan bayrağına hörmət əlaməti olaraq , onu ayaqlarının altından qadırma əmri verməsi, söz və davranışdakı tarazlığın inanılmaz nümunəsidir. Türk milliyətçiliyinin inkişafında, Qasparalı, Zərdabi, Toqay kimilərinin, Krim, Azərbaycan,orta Asia dan qoşulması ilə birlikdə, Anadoludan Rovşəni bəy, Dr. Riza Nur və Ziya Gökalp kimilərinin rolu aydındır. Ancaq Atatürkün “ Ziya Gökalp mənim məvəvi atamdır” deməsinin gətirdiyi ruh yükəskliyi bizim mübarizlərimizə bir örnəkdir. Milli hərəkatımızın Türklük və türkçülük şuarına qarşı çıxanlara böyük bir ibrət dərsidir. Azərbaycançılığımızı Türlük mehvərindən ayırmağa çalışanların aldatmalarına baxmıyaraq, zəmanəmizdə milli kimliyi məntiq dayrəsində mənimsəmək, beynalxalq hüquq çərçivəsində olduğu kimi, heç bir ölkənin cəza qanununda da suç sayılmaz. Onun üçündür ki, Təbriz küçələrində Türklük və Türkçülük şuarlarına qarşı çıxanlar xəta edirlər. Ötə yandan, əlimizdə geniş təbliqat vasitələrinin olmamasına görə, bu şuarlar xalqın içinə girmək üçün ən uygun vasitədir. Hətta, bir zaman, təbliqat vasitələrimizdə çoxalsa, elmi fəlsəfi təhlil gücümüz artsa, kütlənin anlıyacağı təbliqatın göy qurşağı ” haray haray mən Türkəm “ olmalıdır. Gücümüzü artırmaq, özəlliklə Azərbaycanın tarixi topraqlarında milli oyanışın inkişafında bu vasitədən düzgün istifadənin yararına diqqqət yetirilməlidir.
3- Birlik
Hədəf və ona gedən yol seçildikdən sonra, mübarizə gücünü artırmaq
3
üçün birlik teorisi ortaya çıxır. Şübhə yoxdur ki, hədəfdə ayrılıq vəya idelojidə geniş üçürüm varsa, birlik çərçivəsinin genişlənəcəyinə görə, dayrəni bağlamaq çətinləşəcək. Başqa ifadə ilə, bizim hərəkatımızda Türklük təfəkküründən uzaq vəya heç olmazsa “ milli müqəddəratı təyin” fəlsəfəsindən qıraq düşünənlərin birlik yaratması nə qədər ağla batandır.
Türkiyə qurtuluş savaşında, yuxarıdakı zikr edilən iki məqam ətrafında birləşmənin böyük güc ortaya çıxardığı inkar edilməzdir. Yuxarıda adını çəkdiyim milli məclisdə, Balşoviklər, dinçilər, Amerikan mandatçıları və böyük Osmanlı impiratorluğu xəyalatçıları kimi çeşitlilik olsa da, 158 millət vəkilinin iştirakı ilə geçirilən toplantıda səs birliyi ilə cumhuruiyət elan edilmişdir. Həmin səs birliyi ilə Atatürkün birnci cumhur başqanı seçilməsi də diqqətə dəyər bir hadisədir. Başqa sözlə, bəzi fikir ayrılıqları olsa da günün zərurəti olaraq, yumuruq kimi birləşməyin vacibliyi taşhis edilmişdir. Həmən artırmaq lazimdir ki, qurtuluş savaşının Türk milli mehvərli olmasında kimsənin deyişik fikri olmamışdır. Fikrimcə, buda bizə bir örnək təşkil etməkdədir.
4- Demokrasi çabaları
Qurtuluş savaşında zamanın şərtlərinə uygun olaraq, demokratik bir sistemlə fəaliyət çabaları təqdirə layiqdir. Doğrudur ki, bugünkü demokrasi məfhumu ilə müqayisə edilmə fikirindən uzaq olmaq gərəkir. Ama, millət məclisini ancaq xalq tərəfindən seçilənlərin təmsil etdiyi gərçəyi də tarixi bir həqiqətdir. Özəlliklə 1920-23 arası birinci qanunverici məclisin, bölgələrdən gələn dələgələrinin böyük işlər gördüyü vurqulanmalıdı r. Həmin millət məclisində müxalif və müvafiqin çəkinmədən fikir söyləməsi, demokratik təfəkkürün bir ürünüdür.
Burada, qurtuluş iradəsinin, iman və inam duygulıarının ruh yüksəkliyindən qaynaqlanan fədakarlıq dərəcəsinin əzəmətinə toxunmadan geçmək doğru olmazdı. Çünki, xəzinənin boş olduğu o illər, savaşla birgə dövlətçiliyində qurulmqsı ancaq millətin hədiyələri ilə yeridilirdi. Uzun müddət aylıq alamıyan millət vəkillərinin bir bölümü, milli məclisdə yatmağa və ya ağır şəraitdə yaşamaq məcburiyəndəydilər. 6 ay aradan sonra, aldıqları aylığın ¼ - nü yenidən dövlət xəzinəsinə qaytaran vəkillərin evladi əlbətdəki cumhuriyəti göz bəbəyi kimi qoruyacaqdır.
Azərbaycan milli hərəkatında, bəzilərinin təşkilatlara qoşularaq, proje dalınca gedib, sərvətlərini artırmaq istəyənlərə, bu bir ibrət dərsi olmalıdır.
4

5- Düzgün siyasət və diplomatik əlaqələr
İstər beynalxalq əlqələrdə aparılan olumlu diplomasi, siyasi öngörənlik, istərsə də daxildə aparılan quruçuluq siyasətinin böyük nəticələri göz qabaqındadır. Birinci dünya savaşı ərəfəsindəki hadisələr, özəlliklə, kazim Qarabəkir, Nuri paşa, Ənvər paşa kimi Osmanlı ordu başçılarının Qafqaz, Azərbaycan və Orta Asyadakı fəaliyətləri, qurtuluş savaşçılarının, özəlliklə, yüksək huş, dərin siyasət, incə milli ruh sahibi olan Atatürkün gözündən qaça bilməzdi. Ancaq balşoviklərlə, barışaraq, sosial demokrat bir təfəkkürlə Anadolunun nəcatının birinci addım olması vacibliyi tarixi bir gərçək kimi ortadadır. Bəlkə deməzdim, həqiqət budur ki, Türkiyə cumhuriyəti qurulmasaydı, bugün Türk dünyasının gəldiyi noqtə bir yana dursun, bəlkə bizdən heç bir əsər qalmazdı. Bu məsələ ilə bağlı Atatürkün 1933-də“onuncu il”nütqünə diqqət edilməlidir.
Yurtda sülh, dünyada sülh siloqnı ilə açılan benalxalq siaysət qapları, olgun diplomatik davranışın dayrəsini öyləsinə genişləndirdi ki, bütün təzyiqlərə baxmıyaraq İsmət Paşa Lozan müzakirələrində çoxda geri oturmadı. Ingilis siaysətinin hilələrinə tab gətirmiyən yorqun əhalisi ilə yoxsul Türkiyə, Musil, Kərkük və Ərbili misaqi milli sınırlarının xaricində buraxmaq məcburiyətində qalsa da bütün sahələrdə müzakirələrdən qalib çıxdı.
Daxili siyasətdə 4 böyük inqlabi devrimi başaran qurtuluşçular, ölkənin siyasi iqtisadi və ictimai durumunu inanılmaz dərəcədə qaldırdılar. Öyləki, Yunanistan topraqlarından qəbul edilən 500 min Türkün Anadoluya yerləşməsində, heç bir sıxıntı yaşanmadığı kimi, Atatürk içimizdən ayrılarkən geri buraxdığı Türkiyədə 400 kilometir dəmir yolu ilə, 220 dolarliq adam başına milli gəlir qoydu. O zaman Japonyada bu gəlir 250 dolar olduğu halda, Türkiyə bu baxımdan, Spanya, İtalya, Yunanistan kimi ölkələrdən daha irəlidə idi.
I. Milli hərəkatımızın fəallarından bəzilərinin hələdə xəyali Amerikan əmpiryalizmi ilə vuruşan zehniyətliləri, diplomatik davranmağa önəm verərək, dünyanın bütün dövlət və millətləri ilə dostluq münasibətlərinin quqrulmasına böyük özən göstərməlidirlər. Ancaq, bu barədə rəhmətlik Elçi bəyin bu sözlərinə diqqət yetirilməlidir. O dedi “ biz bütün dövlət və millətlərlə yaxın əlaqə və diplomatik münasibətlərin qurulmasına çalışmalıyıq. Onun iki şərti olmalıdır, birimcisi o ölkələrin demokrat olması, ikincisi, bərabər hüquqlu, qarşılıqlı hörmət və mənafein təmini”.
Qurtuluş savaçında və Atatürk dönəmində, bütün bu başarılar, yuxarıda qısaca anlatmağa çalışdığım, hədəfin təyini, milli ruhun tənzimi, demokratik birliyin təmini və yararlı diplomasının işləyişi nəticəsində əldə edilmişdir.
5
Bu durumda, milli hərəkətçilərimiz örnək seçərkən diqqətlə fikirləşib doğru qərar verirsə, düyünlərimizin yavaş yavaş açılacağına inanıram. Bizim üçün, Oktobr inqilabi, Çin çevrilişi, Viyetnam savaşı, Kastarika döyüşləri örnək olmalıdır, yoxsa Atatürkün yeridiyi yolun izi.
Zaman və məkan şərtlərini düzgün ölçərək, Türkiyədəki qurtuluş mübarizəsi modelində, bəzi düzəlişlər aparmaqla, silah yerinə düyünlənmış yumuruq, bəzi xəyalat yerinə beynalxalq təşkilatlar, o cümlədən BMT- nin tanıdığı demokratik haqlar çərçivəsində milli müqəddəratımızı təyin etmək hədəf ola bilərmi?

Böyük Rəsuloğlu 10.11.2009 Atanın ruhu şad, millətimizin başı sağ olsun.

Hiç yorum yok:

Yorum Gönder