21 Azər milli hökumətimizin 64-ci ildönümü
Qeyrətli Azərbaycan Türk Milləti:
Fars işqalçılarına qarşı qurtuluş savaşımızın parlaq nümunəsi 21 Azər 1324-cü il milli hökumətimizin qurulduğu günüdür. 64 il öncə şəhid Seyid Cəfər Pişəvərinin rəhbərliyi və millətimizin iradəsilə milli hökumətimiz quruldu. Bir il içində ölkəmiz Azərbaycan öz millətimizin əlilə idarə olundu və bu müddətdə Azərbaycanda Universitet, radio, xəstəxana, flarmoniya açıldı və bir çox fabrikalar tikilib, işsizliyə son qoyularaq hərtərəfli inkişaf etdirilməyə başladı.
İran adlanan ölkədə xarici dövlətlərin yardımı ilə hakimiyyəti ələ keçirən, millətlərə qarşı əritmə siyasəti aparan Pəhləvi rejiminin Azərbaycanda öz ana dilimizdə mədrəsələrə getmək və yazıb-oxumağa qoyduğu yasaqlar yalnız milli hökumətimiz qurulduqdan sonra aradan qaldırıldı və azərbaycan türkləri öz dilində açılmış məktəblərə getmək imkanı qazandılar. Artıq millətimiz ilk okuldan başlayaraq ali təhsilə qədər öz ana dilində təhsil ala bilirdi. Milli hökumətin çabası ilə şəhərlərimiz abadlaşdı və yeni yollar çəkilərək asfalt olundu. O, zamanlar iran adlanan ölkənin bir çox yerlərində asfalt yollar olmadığı halda Azərbaycanda bu işlər milli hökümətin ardıcıl fəaliyyətilə gerçəkləşdi. Bütün Azərbaycan ərazisində tayı görünməyən əmniyyət və rifah yaradıldı. Ancaq, fars şovinistləri azərbaycan türkünün bu uğurlarına dözməyərək bir ildən sonra bütün ordu və gücünü toplayıb ən modern silahlarla vətənimiz Azərbaycana qoşun çəkdi və millətimizə qarşı kütləvi qətliam həyata keçirildi. Bununla da müqəddəs toprağımız işğal edildi və milli dövlətçiliyimiz millətimizin əlindən alındı. Artıq 64 ildir ki, toprağımız fars işğalçı quvvələri tərəfindən işğal edilib, dilimiz yasaqlanıb və özgə dili “əcnəbi fars dilini” bizə zorla təhmil etdiriblər. 1 Xordad 1385- də (22 may 2006) millətimiz bir daha fars işğalçılarına etiraz edərək “Haray, haray, mən türkəm!” şüarları ilə fars işğalçı qüvvələrinə qarşı yeni qurtuluş savaşını başlatdı. Fars işğalçı hökuməti millətimizə atəş açıb, bir çox soydaşımızı şəhid etdi, yaraladı və minlərlə insanımızı ağır işgəncələr altında həbsxanalarda saxlamaqla faşist pəhləvi rejiminin davamçısı olduğunu bir daha sübut etdi. Heç şübhəsiz ki, fars faşizmi bu kimi basqı və həbslərlə qəhrəman millətimizi əsarətdə saxlaya bilməyəcəkdir. Əmin edirik ki, biz son nəfəsimizə qədər müstəqil Azərbaycan uğrunda savaşacağıq. Bu kutsal dövlətçilik günümüzdə şadlıq törənlərini hər ildə olduğu kimi rəngli balon və tərəqqələrlə davam etdirib, 21 Azər gecəsi saat 8 -dən başlayaraq bütün şəhərlərimizdə, evlərimizin damlarda bu şuarlari səsləndirəcəyik:
Yaşasın Azərbaycan!
Haray, haray, mən Türkəm !
Türk dilində mədrəsə, mədrəsə!
Biz qəhraman Türklərik, farslar baş əymərik!
Rədd olsun işqalçi fars!
Bu müqəddəs savaşda səsimizə səs verməklə yardımınızı arzu edirik.
Yaşasın azad və müstəqil Güney Azərbaycan!
Güney Azərbaycan İstiqlal Partiyası (GAİP)
05 Azər 1388 (26 noyabr 2009)
Yaxşı bir etibarlı kredit şirkətinin mənim üçün etdiyi işlər barədə ifadələrimi bölüşmək üçün buradayam. Adım Nikita Tanya, rus dilindəyəm və 3 uşağın sevimli bir anasıyam. Mənə və övladlarım üçün bu qədər çətin olan bir kredit almaq istəyində pulumu itirdim, kredit istəməyə onlayn müraciət etdim. Bu yaxınlarda çox dürüst bir adam cənab Benjamindən bir kredit götürən bu dostumla tanış olduğum günə qədər itirdim. 5 iş günü ərzində kredit almağımda kömək edən bu vicdanlı kredit mütəxəssisi cənab Benjaminlə tanış etdi. Yenidən ayağa qalxmağımda kömək etdiyim üçün cənab Benjaminə sonsuz minnətdaram. E-poçt vasitəsilə cənab Benjaminlə əlaqə saxlaya bilərsiniz: Lfdsloans@outlook.com onlar mənim bunu etdiyimi bilmirlər, ancaq bunu etmək məcburiyyətindəyəm, çünki kredit yardımına ehtiyacı olan çox sayda insan var. bu vicdanlı insana və siz də xilas ola bilərsiniz .WatsApp: (+ 1 989-394-3740)
YanıtlaSil