GÜNAZ.TV mətburan mərkəzi Milli-mədəni fəal Əlirza Fərşinin Amerikanın səsinə verdiyi müsahibəni tam mətni ilə təqdim edir.Culfa Beynəlxalq Universitetinin müəllimi Alirıza Fərşi və onun xanımı, Tehranda çıxan yaşmaq jurnalının keçmiş redaktoru Siyma Didar Təbrizin İnqilab məhkəməsinin hökmü ilə bir il həbsə məhkum olublar. Onlar ittihamları əsassız adlandırır. İnsafəli Hidayətin Əlirıza Fərşi ilə müsahibəsi
Sual: Siz və xanımınız Siyma Didara ‘İslam Respublikası əleyhinə təbliğat aparmaq’ ittihamı ilə bir il həbs cəzası verilib. Siz həmin ittiham və cəza haqqında nə demək istiyərdiniz. Deyildiyi kimi təbliğat aparıbsınızmı?
Cavab: Mənə qarşı qondarma ittihamla irəli sürülüb. Mənim tələbim Türk dilində mədrəsədir. On illik fəaliyyətim və yazılarım bunu sübut edir. Birdəki mənim əleyhimə heç bir sənəd, dəlil göstərilməyib.
Sual: Nəzarət altında olduğunuz, sorğu-sual edildiyiniz müddətdə sizə təqsirinizin nə olduğu deyilibmi?
Cavab: Məni axırda İttilaata apardılar və 45 gün orda saxladılar. Mənə dedilər ki, bir xanım sənin əleyhinə ifadə verib. Mənə bu ifadəni göstərmədilər. Bu xanımın kim olduğunu soruşduqda mənə dedilər ki, o İttilaatın adamıdır.
Sual: Həbsdə sizə qarşı zorakılıqdan istifadə olundumu?
Cavab: İttilaatda məni sorğu-sual edəndə cavablarımdan xoşları gəlmədiyənə görə on gün məni vurdular.
Sual: Siz bir neçə adama məktublar yazmısınız. Onlar arasında qazi və Ayətulla Xameneyi də var. Belə məktubları yazmaqda məqsədiniz nə idi?
Cavab: Məqsədlərimizdən biri millətə sözümüzü yetirmək idi. Çünki sözümüzü çatdırmaq üçün heç bir mediamız yoxdur. Məktublardan sui-istifadə olmasın deyə məktubları bir başa öz məsullarımıza yazırıq. Qoy həm onlar özləri məlumatlı olsun və daha sonra bu barədə məlumatları olduğunu inkar edilməsinlər. Biz bu məktublarla hamıya bildirmək istəyirik ki, biz günahsızıq və bizə qarşı əsassız ittihamlar irəli sürülüb. Bu günə kimi heç birimizi Azərbaycan milli hərakatında olmağımıza görə, ‘Türk dilində mədrəsə’ şüarını verdiyimizə görə mühakimə etməyiblər. Hərəyə qarşı bir ittiham irəli sürüblər: Birinə terrorçu, birinə vətən xaini, birinə kommunist deyiblər. Mənim haqqımda irəli sürülən ittihamlarda mənim əlimdə saxladığım plakartda nə yazıldığına işarə olunmur. Plakartda isə ‘Haray Haray mən türkəm’, ‘Türk dilində mədrəsə, olmalıdır hər kəsə’, ‘Yaşasın Azərbaycan’ kimi şüarlar yazılmışdı.
Sual: Bəs siz yazdığınız məktublarda yazmısınızmı ki, siz bölücü deyilsiniz və ya İranın birliyini istəyirsiniz, İran Azərbaycanın İrandan ayrılmasını istəmirsiniz.
Cavab: Mən yazılarımda da qeyd etmişəm ki, bizim üçün hökumətin başında kimin olması çox önəmli deyil. Biz istəyirik ki bizim tələb etdiyimiz haqlara riayət olunsun. Hər bir millətin öz dilində oxumağa haqqı var. Biz siyasi adam deyilik ki, bölücülüklə məşğul olaq. Abbas Lisanin gözəl bir sözü var, deyir ‘Bizlər millətin uğrunda mübarizə aparırıq’. Biz istəyirik ki, haqlarımız tanınsın. Az yaşıyaq amma insan kimi yaşayaq.
Sual: Bizdəki məlumatlara görə İran Azərbaycanında silahlı mübarizə olmayıb. Ancaq bəzən İttilaat məmurları və ya digər rəsmilər deyirlər ki, Azərbaycanda da silahlı mübarizə aparanlar var. Siz tanıdığınız fəallar və siyasi azərbaycanlılar arasında silahlı mübarizə istəyən varmı?
Cavab: Bu haqda danışmaq mümkün deyil. Azərbaycan millətinin durumu tamamilə fərqlidir. Azərbaycanlılar kürdlər, bəluclar kimi azlıqda olan millət deyil. Biz İranda çoxlu hökumətlər qurmuşuq. Tutulan adamlardan Fərdi Muratpurun evində 4 dənə fişəng tapıblar və adını qoyublar ki bu bombadır. Biz dinc yolla haqqımızı tələb edirik. Mən özüm də zorakılığın əleyhinəyəm, çünki özümüz də zorakılığa məruz qalırıq və bunun nə olduğunu bilirik. Bizim mübarizəmizin məqsədi bilgiyə, elmə əsaslanır.voa
Hiç yorum yok:
Yorum Gönder