5 Kasım 2009 Perşembe

Böyük Resuloğlu, Nə etməliyik !

Bu yazının başlığını seçərkən bəzi sual əlamətlərinin cavablandırması düşüncəsi yatmışdır. Açıq danışmalıyam ki, milli əritmə sacında qıvrıla qıvrıla yanıb kül olma əzabı, qurbət yorqunluğunun sürgünlük acıları və zaman ötüşündə tir tir əsən barmaqlarımın arasında süzülən qələm, zaman darlığından xəbər verməkdədir. Bu durumda, milli hərəkatımızın təhrifinə yönəlmiş, istər günümüzdəki aldatmacalar, istər geçmişdən gələn xətali təfəkkürlərin açıqlanmasında zaman itirməyin doğru olmadığını düşünməkdəyəm. Özəlliklə haqqı yazan gənclərimizin əleyhinə şantaj, şayiə və təxribatı nəzərdə alanda, bu davranışların təsirinin böyük etgisi olmuyacaq yaşlılarımızın fikir meydanının sulanmasında daha aktiv olma vacibliyi inkar edilməzdir. Bu baxış açısı ilə bu məqalədən məqsədim:
A- Geçən günlərdə yazdığım “yeşillərin mahiyəti” məqaləsində söz verdiyim kimi “biz nə etməliyik” sualına cavab vermək. Ancaq, həmən artırmalıyam ki, bu başlıq altında dəyərli dostum sayın Arif bəy Kəskin son günlərdə silsilə məqalələr yazaraq öz dəyərli fikirlərini ortaya qoyduğuna görə, bu barədə yazmağıma ehtiyac duyulmurdu. Çünki, bu bilgili araşdırmacımızın yazılarında dəyərli fikirlərə bir cümlənin artırılması uygun sayılmaz. Sadəcə zaman və məkan fəlsəfəsinə toxunaraq, başqa açıdan baxan gözlüyü taxmağın ziyanlı olmuyacağını düşündüm.
B- İranda baş verən çalxantıların bugünü durumu və nəticəsində ortaya çıxacaq yeni şəraitdə yolumuzun istiqamətindəki körpülərin salınmasında yeni projələrin ürətilməsi təfəkkürü. Başqa ifadə ilə “mübarizə mərhələlərinə uyum”.
Yuxarıda qeyd edilən zaviyələrinin qollarının ölçülməsi aşağıda dəyərləndirilmişdir. 1- Yeşillər hərəkatında bizim tutum Geçən yazımda bildirdiyim kimi İrandakı etirazlarının başlanmasında müxtəlif səbələr olsa da, onun Tehrandan çıxamamsının dəlilləridə öğrənilməlidir. Bütün çabalara baxmıyaraq, quds günü etirazlarının başqa bölgələrə yayılmaması, özəlliklə, yeşillər hərəkatının xaricdəki nümayəndələri oaln Nurizadə, Əkbər Gənci, Məxəlbaf kimilərin, Güney Azərbaycanı aldatmacalrını n təsirsizliyi diqqətə layiqdir. Bu sükutun milli hərəkatımıza qazandırdığı imtiyaz, qoşularaq itirəcəyi quvvələrlə müqayisədə, xalqımızın siyasi inkişafının bir nümunəsidir. Xalq gözəl başa düşümüşdür ki, yeşillər hərəkatına başçılıq edənlər, Azərbaycansız bu hərəkatın başarılı olacağının mümükünsüzlüyünü bilə-bilə, nədən heç olmasa, bizim haqlarımızın tanınacağına, dildə də bir söz vermirlər.
1
Çünki, onlarda daxil olmaqla İran siaysətlərini yeridənlər və yeritmək istəyənlər bizə bir haq tanımırlar.
Bu durumda Azərbaycan milli hərəkatının tutumu necə olmalıdır.
Yeşillər hərəkatının başlangıcında, Azərbaycan Milli Hərəkatının bəzi fəalları, aydınları və qurumları, tələsik fikir söyliyərək, hərəkatımızın bu etiraz aksiyonlarına qoşulmağını təbliq etməyə başladılar, müsahibələr verdilər, bəyaniyələr yaydılar. Bu durumun xətali olduğunu seçən düşünürlərimizin fəaliyəti nəticəsində və millətimizin ayıqlığı qarşısında geri oturan bu quvvələr, yanlış və xətali siyasətlərini dəvam etdirmək üçün son zamanlar, fikirlərində deyişiklik edərək Azərbaycan milli hərəkatının yeşillərlə paralel olaraq, ama öz milli şuarlarımızı önə sürməklə bu “ümum İran” etirazlarına qoşulmağa dəvət edirlər. Təkcə yeşillər deyil, yeri gələndə o ölkədə başqa çalxantıların ortaya çıxdığı zaman, genə, məsələlərə geniş zaviyədən baxamıyan bəzi milli hərəkətçilərimiz vəya Azərbaycan və azərbaycanlı olmaqlarından ancaq, İranda farsçı hakimiyətin quyruğu olan manqurtlarımızın suistifadəsinin qarşısını almaq da düşünürlərimizin borcudur. Hətta əgər, təmiz insan, həqiqi müsəlman və pak ürəkli Ayətulla Müntəziri kimi dini rəhbərlər, bu işə qoşularaq haqli bəyanat versələr də dərindən incələnməlidir.
Biz, milli hərəkətçi bu insan və quruluşlara heç bir ittiham vurmadan, onların Azərbaycan yolunda çəkdikləri zəhmətlərə yüksək dəyər verərək, bu xətali siyasətlərinin səbəbini dörd çatışmamazlıqda görürük.
1- İrqçı Fars şovinizminin mahiyətini anlamamaq.
1- Demokrasidən danışaraq, başqalarının fikir daiyrəsini daraltmaq üçün onlara çeşitli ittihamlar, o cümlədən, qeyri siyasi əngi, savadsız, irqçı kimi böhtanlarla özlərini böyük siyasətçi sayamaq.
1- Qeyret göstərsələr də, hələ də, aldıqları Farsçı və Rusçu təlim, tərbiyə və kültürdən xaric olamamaq.
1- Məsələləri kökdən araşdırıb, bütün olayları bir koordinasyon səhifəsində yerləşdirib, qızıl xətti tapmaq gücünün, beyin yarıqlarında yerləşdirəməmələri. Bu dostlarımız başa düşməlidirlər ki, Azərbaycan milli hərəkatı, yeşillərin içində və ya yanında bu etirazlara qoşularsa, iki yoldan birini seçmək məcburiyətindədir.
a- Öz milli şuarlarını verərək, etiraz aksiyaları geçirmək: Belə halda, hətta
2
əgər ən ibtidai istək olan, 15-ci maddədən də sohbət gedərsə, iki ziyani olacaqdır.
a-1- Bu şuarlar, yeşillərin böyük əksəriyətinin pan iranist şuarlarının əleyhinə olduğuna görə, Fars bölgələrindəki anti rejim mübarizələri yavaşlıyacaq.
a-2- Hakimiyət bunu bəhanə edərək, bir tərəfddən yeşilləri daha güclü əzəcək, o biri tərəfdən də milli hərəkatımıza daha sərt divan tutacaq.
b- Yeşillərin şuarlarını verərək, onları gücləndirmə hədəfinin də iki ziyanı olacaqdır.
b-1- yeşillərin içində əriyərək çürüyəcəyik. Çünki bu modellə yeşillərin Azərbaycanda güclənməsi durumunda, 5 gün sonra, hər hansı bir azərbaycanlı milli istəkləri dilə gətirərsə, məsələnin mahiyətindən xəbərsiz təzahürata qoşulan başqa azərbaycanlı, həmin təzahüratda ona diyəcək” qərdəş indi bu sözlərin zamani deyil”.
b-2- On gündən sonra, rejim deyişib, yerinə o biri rasist təfəkkür gəlincə, Azərbaycan milli hərəkatı öz haqqını istərsə, öncə zaman öldürəcəklər, sonra bizdən bir iki nəfəri nazir qoyacaqlar, qərb aləminin yardımı ilə öz təfəkkürlərindəki üzdən iraq demokrasını yerləşdirdikcə, kitablarımızı yandırmağa başlıyacaqlar.
Onda, Azərbaycan milli hərəkatının bugünkü vəzifəsi nə olmalıdır? Bu məsələyə toxunmadan, geçən günlərdən birində bir paltalk otağında, Güneydən qoşulan tanınmış bir fəalin fikilərini ilətmək faydalı ola bilər.
O öz çıxışında belə dedi” Azərbaycan milli hərəkatı yeşillər hərəkatına qoşulmadığına görə, hakimiyətin nəzəri bizə yumuşalmışdır, bundan istifadə etmək modelini tapmalıyıq”.
Bu fikirə çox qoşulmasaq da, bütün görüşlərin təhlilini faydali görürük.
Onun üçündür ki, Azərbaycan milli hərəkatı bugün aşağıdakı siaysətləri yürüdərək, özünü gələcəkdəki hadisələrə hazırlamalı və Fars irqçılarının ınqıldıya- ınqıldıya geçdiyi bu dar boğazda, tam zamanında, bütün haqlarını almağa çalışmalıdır.
1- İranda gedən hadisələri bütün boyutları ilə izləməli, dərinliyinə təhlil etməli və düzgün nəticə çıxarmalıdır. Təbliqat vasitələrimiz bir tərəfli yol siyasətini buraxmalı, bütün fikirlərə eyni fürsəti yaratmalıdırlar.
2- Milli hərəkətimizin xaricindəki heç bir olaydan etkilənmiyərək, geçən 20 ildə apardığı aydınlatma, oyanış, təbilqat və etiraz aksiyalarının modelinin çox
3
deyişmədən, mədəni formada və beynalxalq hüquq çərçivəsndə dəvam etdirməlidir. Əlimizə fürsət düşdükcə, öz müstəqilliyimizi qoruyaraq, fotbal müsabiqələrində olduğu kimi, dirənişimizə dəvam etməliyik.
3- Hərəkatçılarımız, Farsçılıq siyasəti güdən ırqçıların arasındakı bu yarqanı, aqıllı siyasərlərlə daha da dərinləşdirməlidir.
4- Öz gücümüzü toparlıyaraq, zaman və məkan şərtlərinə uygun olaraq, başqa siyasi güclər əl uzatdığı təqdirdə milli mənafeimizi qoruyacaq usulla müzakirələrə hazilaşmalıyıq.
5- Beynalxalq təşkilatlara, dünyanın aparıcı güclərinə özümüzü tanıtmağa dəvam edərək, demokratik ölkələrlə diplomatik əlaqərini yaratmağa qeyrət göstərilməlidir.
6- Modern ilətişim və ulatışım vasitələrindən düzgün faydalanaraq, sistem yaratmağa çalışıb, zamanında, duruma uygun sözü deməyə çalışmalılıyıq. Geçmişdəki xətalarımızı tikrar etməsək, bu və buna bənzər siyasətlərlə millətimizin qollarındaki əsarət zəncirlərinin açılmasına çox qalmadığına inanıram. Bütün bunları nəzərdə alaraq, öz müqəddəratımızı qansız-qadasız təyin etmək haqqını qazanmaq üçün nə etməliyik. Gücümüzü, millətimizin bütün boyutları ilə oyanmasına sərf edib, tarixi topraqlarımız və İranda yaşayan 30 milyon türükün böyük bölümünün ayaqa qalxmasını təmin edərsək, iki hal baş verər.
a- İranda kimin hakimiyətdə olmasından asılı olmuyaraq, bu güc ilə müzakirəyə oturub, haqlarımızın tanınıb verilməsi məcburiyətində qalmaları. Bu halda, hamımızın arzuladığı demokratik usullarla, qan tökülmədən Azərbaycan düyününün açılması mümkün olacaqdır.
b- Bu baş tutmazsa, rejimlərin deyişdiyi sürədə daha radikal mübarizə yolları seçiləcək, nisbətən az itgi ilə öz müqəddəratımızı təyin etməli olacayıq. Tərsinə, bugünkü zəyif durumumuz dəvam edərsə, İran çərçivəsində hərəkətlərə qoşulub, qurtuluş arzusunda olarsaq, yarımçılıq oyanış vəziyətində qalaraq ancaq qan itirəcəyik. Çünki, deyişiklik ərəfəsində gənc güclərimizin silahli mübarizəyə qalxacağı qətidir. Bu zəyif ordu, bir yandan hakimiyətə yeni gələn vəya gəlmək istəyən ırqçılarla savaşacaq, bir yandan öz içimizdəki yaltaqlarla çırpışacaq, bir yandan da satqınların basqısı altında inliyəcəkdir. Nəticədə heç bir başarı əldə etmədən məqlub olacaqdır.

4

2- Mübarizə mərhələrinə uyum! Təbiətin, toplumun və siyasi mübarizələrin ayrılmaz və danılmaz parçası olan təkamül fəlsəfəsindən qopup, pillələrin neçəsini birdən atlamaq düşüncəsi, yanlış olduğu kimi milli hərəkatımıza ziyanlı bir davranışdı. Onun üçündür ki, milli mübarizlər tələsmədən, zaman və məkan şəraitinə görə öz hərəkətlərini tənzimləyir. Bunun ən bariz nümunəsi olaraq fotbal müsabiqələrindəki hərəkətləri dəyərləndirmək olar. Şübhə yoxdur ki, siyasi mübarizədə daimi düşmən olmadığı kimi daimi dostda yoxdur. Bunda da şübhə yoxdur ki, siyasi mübarizədə çəşitli quvvələrlə iş birliyi vacibliyi qaçınılmazdır. Ancaq, sağlam aqıla sığmadığına görə, düşmənlə işbirliyi, tarixin heç bir mərhələsində görünməyib. Hər hansı bir səbəbə görə bəzilərinin tərəfindən belə bir addım atılmış olsa da, mübarizənin məğlubiyətinə yardımçı oluğuna görə qınqnıb. Buna görə Azərbaycan milli hərəkatı öz müstəqilliyini qoruyaraq, doğru yolda mübarizəsini dəvam etdirməlidir. Bu barədə və milli hərəkatımıza ülgü ( örnək) olabiləcək qurtuluş mübarizələrinin seçilməsində, gələn yazımda fikirlərimi söyləmək ümidi ilə.
Böyük Rəsuloğlu 05.11.2009

Hiç yorum yok:

Yorum Gönder