4 Kasım 2009 Çarşamba

Çağdaş Tariximiz ve Milli Herekatımızın Mübarize ve Meqsed Stratejisi

Çağdaş Tariximiz vəMilli Hərəkatımızın Mübarizə və Məqsəd stratejisi!

Giriş:1.
Indiki durum-mövcud şərait
Biz Güney Azərbaycan Türk Milləti olaraq dünyada tayı-bərabəri az görünmüş istemar aləti olmuş bir cəmiyyətik. yaradılmış Panfarsizm-Paniranizm məfkurəsini rəhbər tutan Qüvvənin siyasi,ictimai,iqtisadi,mədəni,milli və ümumiyyətlə hər tərəfli zülm,fəlakət,mənən məhv etmə-etnosid və ayrıseçkilik-apartayd siyasətinə məruz qalmış və qalmaqda davam edən bir millətik,yox millət zəlil olmaz biz hələ cəmiyyətik.
Ölkə iqtisadiyatı və sənayesi boyunduruqlu hakim rejimin və Lord sözünün təxminən lüğəvi qarşıtı olan sahib və ərbabların tam mənafeyinə uyğun şəkildə qurulduğundan güney Azərbaycan şəhərlərində əhalinin iş tələbatına cavab verəbiləcək işyerlərinin açılışına dair dövlət yatırımı əslən olmamışdır. digər yandan ölkənin ən zəngin yatırımcılarının-sərmayədarlarının birçoxunun türk olduğuna baxmayaraq həmin yatırımcıların-invisturların öz doğma yurdlarında yatırım yatırmalarına və kilasik formada olmuşsada işyerlərinin açılmasına əngəl və maniə törədərək sərmayələrini Fars əyalətlərində yatırmaqla razılaşmalı və ya əks təqdirdə ölkədəki, iqtisadi proseslərdən uzaqlaşdırılmağa məruz qalmışlar. hətta paniranist sistem maraqlı olan xarici yatırımcılarında Azərbaycan torpaqlarında yatırım yatırmaqlarınada maneəçilik törədib və törətməkdədir.bununlada bu müddətdə dövlət siyasətinin tamami ilə Güney Azərbaycanın ümumiyyətlə Türkün əleyhinə olduğundan Türk şəhərlərində Fabriklərın-İşyerlərinin olmaması, barmaq sayında vardısa da (Montaj) istehsaldan irəli getmədiyindən nə təkcə Türk Toplumunun aşağı təhsilli, orta ixtisaslı , hətta yüksək ixtisaslı gənclərində ən ilkin insan Hüquqlarından – yəni Ədalətli və əlverişli işə malik olmaq və işsizlikdən qorunmaq-müdafiə olunmaq kimi hüquqlarından məhrum edilmiş və işsizlik ölüm tozu kimi Millətimizin üzərinə çökmüş və 3-üç böyük ictimai fəlakətdən birinə çevrilmişdir.3-üç böyük ictimai fəlakət dedikdə , birinci Milli Məhkumiyyət-məhkum xalq olmaq, ikincisi İnsan Hüquq və Azadlıqlarının- yəni Demokrasinin var olmaması , üçüncüsü isə İqtisadi Məhrumiyyət nəzərdə tutulur.dövlət tərəfindən ictimai təminatın – yəni İşsizlik, Qocalıq, Sağlamlıq-Səhiyyə , Mənzil, Uşaq, Ödənişsiz gərəkli maddi yardımlı təhsil və bu qəbildən gərəkli maddi ictimai xidmətlərlə Ailə və Fərdlərin təmin olmaq hüququ tətbiq edilmədiyindən və ümumiyyətlə ölkədə bu hüququn var olmaması bu ictimai dərd və fəlakətə əlavə yüklənərək xalqımızı daha ağır və dözülməz duruma gətirib çıxartmışdır.
Güney Azərbaycanın ümumiyyətlə Türklərin say baxımından böyük bir hissəsinin oturduğu Kənd və Bölüklərdə-Qəsəbələrdə Kənd Təsərrüfatı İşləri-Əkinçilik,Bağdarlıq,Maldarlıq və başqa sahələr üzrə Bir sıra Rejimə bağlı Təkəlçi-inhisarçı kəsimdən başqa Kənd təsərrüfatı istihsalı həmin monopoliyaçı-təkəlçilərdən asılı olaraq sünnəti formada qalmaqdadır .dövlət tərəfindən kəndlinin xeyrinə uzun sürəli kredit-vam , gərəkli texniki yardım , kənd təsərrüfatı istihsalının gəlişdirilməsi , modernləşdirilməsi və mekanizələşdirilməsinə dair gərəkən əsaslı addımların atılmadığına görə kəndli Ailələri ən azından ayaqda dura bilmək üçün kənd təsərrüfatı işlərindən ya tamamı ilə yada qismən ayrılaraq kənd , Bölük və ya şəhərlərdə məskunlaşaraq yoxsulluq üzündən təhsildən məhrum olmuş 6-7 yaşlı məsum balaları ilə bərabər diz-dizə oturub, insanları Ruhən və Cismən tədrici halda sarsıdan , dırnaq arası hünərmənd?! deyilən xalça toxuculuğu işini seçmək zorunda qalırlar. Bu isə toxuculuqla məşğul olan 2 – 3 milyon cıvarında kı, insanımızı tədrici surətdə ruhi-psixoloji və əsəbi gərginliyinə səbəb olmuş və olmaqda davam edir.Kənd və Bölük mühitində çağdaş yaşam tərzinin, Təhsil sisteminin, Əyləncə , Sağlamlıq-Səhiyyə mərkəzlərinin və s. Çağdaşlaşmağa və yeni yaşayışa can atan Əhalinin istəklərinə cavab verə bilmədiyindən istər-istəməz Kənd və Bölüklərin verimli torpaqları buraxılaraq böyük bir işsiz kütlə axımı şəhərlərdəki ümumi işsizlər karvanına qoşularaq gün-gündən ictimai quruluşu patlayış mərhələsinə gətirib çıxartmaqdadır.digər tərəfdən Güney Azərabaycanın iri şəhərləri işsizlik fəlakəti ilə çoxdan bəri dərin və köklü surətdə üzləşdiyindən həmin bu şəhər , Qəsəbə və kənd işsizləri ən azından ayaqda dura bilmək üçün məcburən öz doğma və müqəddəs Yurdlarını-Azərbaycanı tərk edərək Fars mərkəzlərində təhqir və həqarətə məruz qalaraq ucuz İşçi Qüvvəsinə çevrilərək ac-yalavic qalmamaq naminə iş tapmaq uğrunda bir-biri ilə yarışa girirlər.bununlada Azərbaycan türklərinin böyük bir hissəsinin yoxsulluq , səfalət və didərgin həyat sürməklərinin şahidiyik. Bu isə Türk Millətinin Şərəf və Namusunun tapdaq altında qalmasına danılmaz bariz bir nümunədir.Bu gün güney azərbaycan , Qaşqay və Quzey Xorasan(güney türkmənistan) türklərinin təkcə ümumi dərdi Paniranist və Panfarsist gücün məqsədli olaraq yürütdüyü iqtisadi siyasətinin məhsulu olan kütləvi yoxsulluq,işsizlik və ictimai təminatsızlıqla xülasə edilə bilərmi? Cavab aydındir,əlbət də ki, yox . paniranist sistem İqtisadi məhrumiyyət və bu kimi digər taktiki vasitələrdən yararlanaraq nəhayi hədəfi olan məhkum xalqı mənən məhv etmək istəyini həyata keçirir. demək məhkum xalqın mənən məhv edilməsi Panfarsist rejim üçün əsas hədəfdirsə biz məhkum xalq üçündə əsas dərd Milli Məhkumiyyətdən qurtuluş yoludur. biz Türklər ən əsas milli və dərin köklərə malik dərdlərimizi içdən dərk etmək,başa düşmək və onu milli şüurumuza hək etmək üçün Paniranist və panfarsist gücün bizə qarşı yürütdüyü qeyri insani siyasətinin açıq və qapalı yönlərini iç etməyi bacarmalı və milli azadlıq savaşımızın yönünü bu hədəfin-yəni iranı mərkəz tutan Fars düşüncə sisteminə əsaslanan rejimin darmadağın edilməsinə yönəltməliyik.Düşmən sözünü işlətmək istəməzdim,lakin paniranistlər bizi düşmən olaraq nitələndirdikləri üçün istər-istəməz düşmən mövqeyindən çixiş etdiklərini sübut etmişdirlər və düşmənə düşmən kimi baxmaqda nə yazıq ki qaçınılmazdır. bu paniranizm-panfarsizm qulluqçuların biz güney Azərbaycan türk millətinə qarşı məqsədli olaraq sürəkli surətdə yürütdükləri dövlət əhəmiyyətli stratejisi nədir sualına cavab olaraq konkret şəkildə bildirilməlidir ki, mövcud rejim sələfi olan Pəhləvi sülaləsi rejimi kimi bir qayda olaraq biz türkləri bir hüquqlu millət olaraq tanımır , hətta tanımaq belə istəmir, bizi yerli xalq hesab etmir, köçəri , vəhşi və gəlmə parazit-müzahim kütlə hesab edir və hər tərəfli məhrumiyyətdə saxlanılmağımızı təbii qayda qəbul edir və bu çirkin siyasətin yürüdülməsində isə özünü tam hüquqlu va haqlı hesab edir. Mövcud rejim bizi mənən məhv etməkdə(etnosid) qərarlıdır, bunun üçün də bizi milli mədəniyyət əsası isə milli dilimizdən məhrum etməklə hövviyyətsizləşdirmək və manqurtlaşdırmaq istəyində tam qərarlı olduğunu bu qeyri-insani siyasəti dövlətin daxili dövlət stratejisinə çevirməsi ilə sübut etmişdir.və bu istiqamətdə bütün vasitələtdən o cümlədən iqtisadi məhrumiyyət kimi ictimai fəlakətləri taktik olaraq tətbiq edir.
...
yazının devamı:
http://rahimjavadbayli.blogspot.com/2009/11/cagdas-tariximiz-ve-milli-herekatmzn_03.html

Hiç yorum yok:

Yorum Gönder