30 Kasım 2009 Pazartesi
Ersan Erel, GÜNEY AZƏRBAYCANIN ULUSAL HƏRƏKƏTİNİN DURĞUNLUĞA NƏDƏN OLAN SORUNLARI
Bir hərəkət başlanırkən qurmlaşmaya gərksim duyar. Bu qurumlaşma hərəkət alanının sınırlarının bəlirlənməsiylə ilklələrini bəlirtər. İlkələr bəlirlənəndən sonra,öngörülən işlər yetgili insanların aracılığıyla aşama-aşama yürürlüyə qoyular. Nə yazıq Güney Azərbaycanda olan ulusal hərəkət indiyə kimi doğru düzgün ilkələrini bəlirtməmişdir. Bu ilkələr bəlli olmadığı üçün də, hərəkət umulduğu kimi irəliləməməkdədir. Əskidən də ulusal hərəkətlərin ayaqtakımı(Lümpən) qaynağı olduğu deyilmişdir. Nədəni siə bu hərəkətlərin saydam ilkələrinin olmamasından qaynaqlanır. İlkələr bəlli olmadığı sürəcə, qonularla ilgili yetgili insanların hərəkət edəcəyi alanlar da bəlli deyildir. Bu nədənlə qonularla ilgili uzman yetgililərin, ayaqtakımlarıyla işləmələri olanaqsızdır. Güney Azərbaycan hərkəti də illərdir özünün hərəkət alanının ilkələrini bəlirtməkdə çətinlik çəkməkdədir. Bunların bir neçə nədəni vardır. Birincisi; Geçmiş İran anlayışlı siyasal qurumlardan axınıb gələnlər. Solun çöküşüylə(SSSRinin dağılmasından sonra) illərini siyasət yolunda qoyanlar, bir anda özlərinə Güney Azərbaycanın ulusal hərəkətində yer edindilər. Bu kəsim insanlar geçmişdə ulusallığı gerici gördükləri üçün, ulusal hərəkətə içdənliklərini deyil, saiyasətlərini gətirdilər. Sol hərkətlərdə sıravı bir çalışqan olan bu insanlar, boşluqla dəneyimisizlikdən yararlanaraq, özlərini ön cərkədə gördülər. Ancaq onların siyasal dəneyimləriylə bilgiləri ulusal istəklərin dışında olduğundan, bu hərkətə doğru yön vermək yerinə yalnışlıqlara nədən oldu. İranda olan solun siyasal yazını(ədəbiyatı) bütünüylə Güney Azərbaycan Türklüyünün qarışsında olduğundan, onlar sömürgəci güclərin yardımıyla hörülən torların içindən çıxamadılar. İranda sol axını, bir yenilikçi axın görünümündə olduğu kimi, bir gerici, sömürücü axın durumuna gətirilmişdir. Nədəni isə bu axının yazını gənəldə iranın siyasal, toplumsal, ruhsal qoşullarını(şərtlərini) içərməməsindədir. Onlar dışdan biçimlənmiş biçimdə gələn , yersiz, çağsız quramları(teoriləri) topluma çənə yardımıyla aşılamağa çalışırdılar. Toplum bu yersiz quramları beyin yıxamaqdan başqa anlam verəmədiyi üçün, onları mənimsəməkdə çətinlik çəkirdi. Bu nədənlərlə də solun axınında Güney Azərbaycanlının ulusal istəkləri görünməzlikdən gəlinirdi. Bu gün belə bu hərəkətdən Güney Azərbaycanın ulusal hərəkətinə qatılanlar, bir söz danışanda öncə geçmiş yoldaşları olan Farslarla hesablaşmanı düşünərək adım atırlar. Onlar birincisi öncə farslarla(oxu irançılıq) sonra Azərbaycanlılarla düşüncə paylaşımındadılar. Onlar Azərbaycanın ulusal hərəkətində özlərini söz yiyəsi gördüklərində belə, Farsların siyasal qurumlarında özlərini bir sıravı məmur dürümünda görürlər. Çün, siyasal yazınlarında kiracı bir işçidilər. Onlar gənəldə Güney Azərbaycana uydurma yazılmış Farsçılıq tarixləriylə barışar, tərsinə orada əski Türk izlərini görməkdən ürkərlər. Bu nədənlə siyasal, tarixsəl qaynaqlarında Türkiyənin bilimsəl araşdırmalarını az da olsun önəmsəməzlər. İranda son neçə ayda baş verən olaylar, bunların nəyin özləmini çəkdiklərini aydınca göstərdi. Onlar illərdir bağımsız yürüdülən Azərbaycanın ulusal hərəkətini, İranın gənəl siyasal hərəkətinə bağlamaqadan belə çəkinmədilər. Uzun bir sürə içində bağımsız yürüdülən Güney Azərbaycanın ulusal hərəkətini, gənəl İrançılıq hərəkəti kimi adlandırmaq, ən azından çağdaş gerçəkləri görməməkdir. İranda yeni baş verən olaylar, bir anda yenə onları tutuquşu kimi üzdənçi(əzbərçi) yollarına götürdü. Onlar yenə üzdənçilik görəvlərini yerinə yetirmək üçün, çağaşımına uğramış düşüncələrini farscayla sapa düzməyə başladılar. Kimsə bunlara, “ Azərbacanın birinci sancısı dil sancısıdır”dedisə də, “ Elimin farsıca da dərdini söylər diliyəm mən”deyərək özlərini savanmağa qalxdılar. Bunların bir çoxu bu neçə ilin içində belə Türkcə yazıb öyrənməyi istəmədilər. Ancaq siyasal, toplumsal bilgiləri, üzdənçi biçimlənmiş Farsca olduğundan, “Mən də varam” demək üçün suları bulandırmağa çalışırlar. Yüz illər boyu Farscanın boynunu yoğunladan, sonra ona özləm duyan Türk bilgini, Türkcənin varoluşuna necə inana bilər? Siyasal,fəlsəfi,toplumsal... görüşləri qarşılamıyacaq bir dili, hansı məntiqlə gələcək quşaqlara qalıt(irs) olaraq qoymaq olar. Dili vətən olaraq görən bilginlər, onun gəlişməsi, yeniləşməsi üçün, onun çeşitlı alanlarda yazınının varsıl, çağa ayaq uydurmasını söyləmişdilər. Bir dili ölümə götürəcək nədənlərin başında söz yoxsulluğu durar. Birinin dilinə güvəni yoxsa, hansı nədənlərlə onu qorumaq məntiqlidir? Güney Azərbaycanda 85 ildir bir egəmən Fars dili, bir də məhkum Türkcə vardır. Egemən dilin arxasında devlətin geniş izləncələri sınırsız olanaqlarla vardır. Məhkum dilin isə heç bir dil izləncəsi yoxkən, devlətin ağır basqısını da arxasında görür. İndi belə ikili uyğulama qarşısında egəmən dildə yazmaq, o dilin ağacının kötüklənməsinə nədən olmurmu? Bu gün Türkcə çox yanlış, çox yalın(sadə) yazmaq, Farsca yazılan böyük yapıtlardan daha önəmlidir. Şəhriyarın, Saidinin, Bərahəninin yüksək Farscaları Türkə qarşı sapı özümüzdən olan qılınclarıdır. Ancaq H. Tərlanın, Qaflantının, Türkoğlunun, Alovun, B.Nüsrətin, Barizin, Şeydanın ... yalın Türkcələri, Türkü dil savaşında qoruyacaq bir qalxanıdır. İllərdir ,“Tütkcə bilimsəl dil deyildir” deyə iranda Türk toplumuna aşılanmışdır. Indi bu dilin bilimsəl olduğunu topluma aydınlatmaq , aydınların işi deyilmidir? Məncə hansı məntiqlə olursa olsun, Farsca bir Tümcə yazmaq, o dilin qoşununa güc qatmaqdır. Nə yazıq, soldan gələnlər bu yanlış işlərini çeşitli bəhanələrlə ağa yormaq istəyirlər. Ancaq Türkcəni qoruyacaq güc, Türkcə düşünüb, Türkcə yazmaqdadır. İkincisi; İlişgilərin ilkələrə(rabitələrin zabitələrə) üsütn tutulması. Güney Azərbaycanın ulusal hərəkətində bu qonu olduqca güncəldir. Hərəkətin ana ilkələri doğru bəlirtilmədiyindən dolayı, özəl ilişgilər ilkələrin bəlirtəcisi olmuşdur. Kimisi yaxınını, kimsi özünün düşüncə işçisini (oxu çirkinini ) yanına alaraq öz istəkləri doğrultusunda hərəkətdə yetgili etmişdir. Bu kiracı işçilərdən arasıra hərəkətdə yetgili olanlara qarşı yararlanmışdılar. Bununla da olanaqlı yetgili insanları hərkətdən dışlamışdılar. Bu çağdışı anlayışla hərəkəti təkəlləştirməyə çalışmışdılar. Bu gün Güney Azərbaycanın ulusal hərkətində, quruplaşmalarda ilkələrin yerinə ilişgilər oturduğundan,hərəkət olduqca durğundur. “Kim mənimlə deyil qırımdır(düşməndır)” kimi qavramalar, hərəkəti doğru yolundan azdırmaqdadır. Bu nədənlə olumlu ilkələrə dayalı bir qurum yaranan kimi, onu dağıtmağa yönəlik ilişgilərin çirkinləri ona bastırırlar. Son 10 ildə deyindiyim qonunun DAK kimi bir çox örnəkləri vardır. Bu qurumun ilkələrini özəl ilşgilər sarsdı. Qurumu özlləşdirmək üçün hər kəs öz çirkinini yanına alıb, oradan özəl çıxarları üçün yararlanmaq istədi. Ancaq qazanda çoxlu qoçun başı olduğundan, başqalarını vurmaq üçün ayaqtakımları yetgili duruma gəldılər. Çün, yetgili insanlar sayqınlıq çuxasına bürünərək oradan səsizcə çəkindilər. Ancaq çirkinlər “ Anam mənə kor deyib, hər gələni vur deyib” , məntiqini çomaq edərək, öncə yetgililəri qovdular, sonra da özlərinin düşüncə ağalarını kiraladılar. Bu şaşılacası durum DAKın ilkələrinin bəlli olmamasından qaynaqlanırdı. DAKın tüzüyündə Güney Azərbaycanın ulusal hərkətiylə bağlı hansısa bir yürürlüyə qoyulacaq taktiksəl anlayış vurğulanmamışdır . Vurğulansaydı bu taktiklərin başında özdəksəl (madi) tinsəl(mənəvi) olanaqları olan Azərbaycanlıların gücünə inanaraq, bir yayınevi, bir inistut yaradılardı. Bu yayın eviylə inistudun gideri (mesrəfi), ildə geçiilən qurultayların gedərlərinin yüzdə əllisi belə etməzdi. Görünür qurumda olan yetgililərin ağrılaı, Güney Azərbaycanın ulusal ağrıları deyilmişdir. Bir yayınevi yaradılsaydı, düzənli olaraq Güneylə bağlı dillə yazınla tarıxlə siyasətlə bağlı bitiklər basılar, topluma ulaşdırılardı. Bununla da Güneylə bağlı yazanlarda, araşdıranlarda bir istək doğardı. Nə yazıq, bu çox yalın iş belə görülməmişdir. Bu gün Güneylə bağlı neçə sitəylə bir TV dışında sürəkli olaraq toplumla ilişgi quracaq doğru düzgün bir arac yoxdur. Bu sitələrər də öz çevrələrinin dışında hansısa özgür düşüncələri içlərinə almaqda çətinlik çəkirlər. Çağdışı təkəlləşdirmə anlayışı Güney Azərbaycanın ulusal hərəkətində sürdüyü sürəcə, bu hərəkət duruğunluğunu qoruyacaqdır. Bu durğunluq sürdüyü sürəcdə İranda hansısa yeni bir güclü saiyasal hərəkət oldusa, onu öz axarından döndərəcəkdir. Çün, doğa yasaları doğrultusunda gücsüzlər güclülərə yem olar. Yazıqlar olsun Güneydə bu gün əkinsəl alanda da ilişgilər ilkələrin başında dururlar. Bu gün orada yazınsal alanda belə quruplaşmalar acınacaqlı durumdadılar. Üçüncüsü; Quzey Azərbaycanın Güneyə örnək alınması. Quzey Azərbaycanda 1875.ci ildən (əkinci dərgisindən sonra) Azərbaycan Türkçülüyü adına bir ulusal hərəkt başladılmışdır. Ondan sonra bütün Azərbaycan aydınları, Azərbaycançılıq üçün gərəkən içləri görməyə çalışmışdılar. Demək olar 1918.ci il mayın 28 ində millətçilik aşaması sona ermiş, devlətçilik aşaması başlamışdır. O dönəm qurulan devlətin yaşamı az olsa da, toplumda bağımsız devlət anlayışını biçimləndirmişdir. SSSR i dönəmində belə toplumda Azərbaycan devlətçilik anlayışı vardı. Artıq Azərbaycanlıda bir vətən, vətənin sınırlarını bəlirtəcək özəl bir dil vardı. Bu nədənlə biri mən Azərbaycanlıyam deyəndə, mənim vətənim, özəl dilim vardır, demək istirdi. Buna görə sürəkli olaraq özünü Azərbaycanlı bilən kimsələr, onun gəlişməsi üçün çalışırdılar. Bu nədənlə SSSR də sorun çıxan kimi özlərini bağımsız görmək istədilər. SSSR dönəmində nisgil yazını(həsrət ədəbiyatı) quzeyin ən bəlirgin qoluydu. Bu qolun etgisində bağımsızlqdan sonra, orada olan ulsçuları Güneyin gələcəyi düşndürürdü. Ancaq onlar egemən olan Ruslarla sorunların, Farslarla bir olduğunu düşünərək, Güneyə yönəlik izləncələri yürütmək istədilər. Nə yazıq, onlar yüz ildən çox Farslarla inanc, əkin(kültür) ilişgilərinin olmamsını unudaraq, Güneydə ulusal hərəkətə yön vermək istədilər. Güneyin köklü ağrılarını düşünmədən ora izləncələr uyğulamaq istəyən quzey yetgililəri, özlərinin yanlarında üzdənçiliyə özənən bir neçə insandan başqa kimsəni görmədilər. Bir sözlə, Güneyin sayrılığına tanı(tanı) qoyulmadan toxtammasını önərdilər. Bu nədənlə də işlər olumlu yolunda getmədi. Çün, quzeydə olan siyasal dəneyimsizlik, Güneydə olan ulusal düşüncə yoxsulluğunu olduğu kimi etgiliyəmədi. Bu gün Quzeylə Güney arasında ulusla alanda işbirliyi yalnız bireylər arsında azacıq sürdürülməkdədir. Türkiyə qonusunu da bu alana almaq olar. Türkiyənin devlət siyasətində yüzillərin yalnış uyğulamaları, Güneyi oranın toplumundan uzaq tutmuşdur. Türkiyədə çox az bəlli bir oxumuş kəsim dışında, Güneyin ulusal ağrıları tanınmaz. Orada Güneylini bir Türk toplumu olaraq görməzlər. Bu nədənlə Güneyli özünü Türkiyədə bir Avropalıdan daha çox qərib görər. Oranın ulusçuları belə, Güneydə olan çalışqanları Avrupada olan bir siyasətçidən daha çox özünə uzaq görər. Bu nədənlə Güneyin ulusal kəsiminin umacaqları bütünüylə yersiz görünər. Son 15 ildə ora gedən coşqulu Güney ulusçularının çoxu oradan boynu bükük dönmüşlərdir. Bunun çoxlu nədənləri çoxlarına bəlli olduğundan sözü uzadmağa gərəksim duymuram. Dördüncüsü; Uluslararası siyasətlərin uyduruqlarına uyulması. Güney Azərbaycanın ulusal hərəkəti onun coğrafiyası sınırları içində biçimlənmədən eləcə də toplumu aydınlanmadan, doğru sayasal qurumlaşmadan uluslararası masalara götürülməyə çalışılmışdır. Ancaq toplumun istəncini (iradəsini) doğru yansıtmadığından, olumlu yanıtlar alamamışdır. Bu nədənlə də arasıra uyduruq yabancı siyasətlər, Güney Azərbaycanın ulusal hərəkətini özlərinin siyasal çıxarları üçün bir arac görmüşlərdir. Öncə Güney Azərbaycanın ulusal hərəkəti uluslararası tanıtmanı ərəkləmiş olsaydı, bu gün uluslararası masalarda özünə yer edinmiş olardı. Ancaq ilətişim dönəmində özünü acuna(dünyada) tanıtmayan bir ulusal hərəkət, siyasal masalarda özünə yer edəməz. Çün, artıq çağımızda ölkələrin yönətimi öz toplumlarına hesab verməlidirlər. Nə yazıq Güney Azərbaycanın ulusal hərəkəti, özünü öz soydaşları olan Quzeylə Türkiyəyə belə mənimsədə bilməmişdir. Bu gün Güney Azərbaycanın ulusal hərəkətinin ana ilkələri, bilimsəl olaraq gündəmə gətirilmədiyindən, irəliləməkdə çətinlik çəkməkdədir. Yürürlüyə qoyulacaq taktiksəl ərəklər(hədəflər) öncə bəlirlənməlidir. Bu gün Güneylə bağlı sitələrin bütünü bitbazarını andırır. Onlarda olan dəyişik əlifbalar, dəyişik dil yazıları bunun kiçik örnəkləridirlər. Bir çoxları yazılarının Quzeydə , Türkiyədə oxunub ələşdirilməsindən qorxaraq, ərəb əlifbasında yazmağa dirənirlər. Bu Ərəb Əifbasında yazılan yazıları hansı soydaşı olan Quzeyliylə Türkiyəli oxuya bilər? Mən yaşlı tanıdıq bir qoşuqçunun ərəb əlifbasında yalnız ələşdirilməsin deyə yazdığını bilirəm. Özünü, öz dilində yazıb oxumayan Güneyliyə ayətullahla Papaz görən bu qoşuqçuların, siyasətçilərin çılpaqlıqlarını bir uşaq görərsə, bağırıb; “ Kıral çılpaqdır” dersə acunun sonumu gələcək? Məncə yox, çirkinliyini qardaş gözgüsündə (güzgü) görüb, özünə çəki düzən verəcəkdir. Mən burada Güney Azərbaycanın ulusal hərəkətinin ilkəsizlikdən qaynaqlanan önəmli qonularına özət olaraq deyindim. Ancaq bunların dışında da çoxlu yan sorunların olduğunu bildirməm gərəkir.
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder