DAK Daimi Şurasının sədri Əjdər Tağızadənin Almaniyadakı Azərbaycan və Türkiyə diasporunun birgə toplantısında Azərbaycanın Güneyilə bağlı çıxışı
Müəllif: DAK http://www.d-a-k.org/index.php?option=com_content&task=view&id=3014&Itemid=1
“Türkiyə və Azərbaycanın qloballaşan dünyaya inteqrasiyası Azərbaycanın Güneyi olmadan mümkün deyil”
“35 milyondan artıq türk insanı fars şovinizminin zülmü altında inildəyir və heç bir hüquqa malik deyil”
Bu gün “türk açılımı” olmalıdır.
Məlum olduğu kimi, noyabrın 21-22-də Almaniyanın Frankfurt şəhərindəki “İnterkontinental” otelində Avropa Azərbaycanlıları Konqresi və Azərbaycan–Türkiyə Diaspor Təşkilatları Koordinasiya Şurasının birgə toplantısı keçirilib.
http://www.d-a-k.org/ –a daxil olan məlumata görə, toplantıda DAK həmsədrləri Sabir Rüstəmxanlı və Firidun Pərviznia, DAK Daimi Şurasının sədri Əjdər Tağızadə və DAK həmsədrlərinin Türk Dünyası üzrə müşaviri Tənzilə Rüstəmxanlı da iştirak ediblər. Tədbirdə DAK həmsədri Sabir Rüstəmxanlı, DAK Daimi Şurasının sədri Əjdər Tağızadə və DAK həmsədrlərinin Türk Dünyası üzrə müşaviri Tənzilə Rüstəmxanlı çıxış ediblər. Sabir Rüstəmxanlı və Tənzilə Rüstəmxanlının çıxışlarını Diasporla İş üzrə Dövlət Komitəsinin göndərdiyi material çərçivəsində vermişik.
DAK Daimi Şurasının sədri Əjdər Tağızadə isə toplantının Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun aparıcısı olduğu “Azərbaycan və Türkiyənin qloballaşan dünyaya inteqrasiyası: reallıqlar, problemlər və perspektivlər” adlı II panelində Azərbaycanın Güneyilə bağlı maraqlı çıxış edib. Onun çıxışını diqqətinizə çatdırırıq:
Hörmətli xanımlar və bəylər! Türkiyə və Azərbaycanın qloballaşan dünyaya inteqrasiyası Azərbaycanın Güneyi olmadan mümkün deyil. Bir millətin kiçik parçası bu sürəcə qatılarkən 35 milyondan artıq türk insanı fars şovinizminin zülmü altında inildəyir və heç bir hüquqa malik deyil. Sizlər (Türkiyə iqtidarı nəzərdə tutulur) “erməni açılımı” və “kürd açılımı”ndan danışanda bəlkə də erməniləri və kürdləri kimə qarşı gücləndirdiyinizi bilmirsiniz. Azərbaycanın Güneyində kürdlər pul və silah gücüylə Azərbaycan torpaqlarını mənimsəyir və Azərbaycanın Quzeyində də özlərinə yer açıb dayaqlar əldə etməyə çalışırlar. Tehran rejimi də kürdlərin bu yaramaz işlərinə göz yumur. Bunlar Türkiyə və İraqda gücləndikdən sonra bütün güclərini Azərbaycanın Güneyinə qarşı səfərbər edəcəklər. Bu da Türk Dünyası üçün böyük bir faciə olacaq. Güc millətdədir. Ancaq millət deyərkən Azərbaycanın Güneyində yaşayan 35 milyondan artıq türkü yaddan çıxarmaq və görməzlikdən gəlmək türk millətinin varlığını sual altına qoyur. Azərbaycanın Güneyində güclü dirəniş və qurtuluş hərəkatı gedir. Millətimiz Tehranda gedən hakimiyyət davasının oyunlarına qatılmır, özü öz taleyini təyin etməyə qərar verib və istiqlalına nail olacaq. Türkiyə iqtidarıyla İran adlanan yerin prezidenti Mahmud Əhmədinejadın işbirliyi çox çəkməyəcək. Türkiyə Cümhuriyyəti bizim cümhuriyyətdir, onun dövləti bizim dövlətdir, biz Anadoluda yaşayan türklərlə qan qardaşıyıq. Mənim anam Şahsevəndir. Şahsevənlər isə vaxtilə Anadolunun doğusundan Azərbaycana gedənlərdir. Ancaq biz Çaldıran faciəsini başardı edib keçmişik. Bizim dünənimiz də, bu günümüz də, sabahımız da birdir. Populist siyasətlərlə türk millətinin taleyilə oynamaq olmaz. Vaxtilə Tehran rejiminin gəmiləri Bakıya yaxınlaşanda Azərbaycanın mərhum prezidenti Heydər Əliyev Soçiyə yola düşərkən hava limanında jurnalistlərə açıqlamasında söyləmişdi: Tehran rejimi belə etsə, mən güneyli qardaşlarımı köməyə çağıracam. Vaxtilə Türkiyənin baş naziri, mərhum Bülənt Ecevit də Tehran rejiminin şıltaqlıqlarını görərkən söyləmişdi: Biz də Güney Azərbaycandakı türklərin taleyilə maraqlanacağıq. Bu gün “türk açılımı” olmalıdır. “Türk açılımı” deyəndə təkcə Türkiyə Cümhuriyyətində yaşayan türklərdən söhbət getmir. Mən bütün Türk Dünyasını, xüsusilə Azərbaycanın Güneyində yaşayan türklərin açılımını nəzərdə tuturam. Türk millətinin taleyini hər kəsin əlinə əmanət etmək olmaz. XXI əsr türk millətinin əsridir. Azərbaycanın Quzeyində olan neft-qaz 20 ildən sonra tükənə bilər. Türkiyənin də Azərbaycanla qardaşlığı neft-qaz tükəndikdən sonra bitməməlidir. Başlanğıcda söylədim ki, biz türk millətiyik, qan qardaşıyıq. Əgər qloballaşma varsa və doğrudursa, bunu hamımız birlikdə dəyərləndirməliyik.
Diqqətinizə görə minnətdaram!
Hiç yorum yok:
Yorum Gönder