28 Haziran 2009 Pazar

Gülara Yenisey, "Iran'da Etnopolitik Hareketler (1922-2004)"

Gülara Yenisey, dostumuzun, doktora tezi olarak hazırladığı, "Iran'da Etnopolitik Hareketler (1922-2004)" adli eser Türkiyede Ötüken yayinları tarafından çap edildi.
Kitap, Güney Azerbaycan milli haraketeti üçhün ve Irandaki son yuzilde bash veren etnopolitik herekatlari oyrenib anlamamiz uchun gerekli bir eserdir.
Eser Gulara xanimin doktora tezidir.
Kitab haqqinda daha fazla melumat üçhün, myenisey@yahoo.com.tr ünvanına müracaat edin.

27 Haziran 2009 Cumartesi

Abdulla Amir Hashimi: "Xatemi ve Musavi, rejimin supap itminanidir!"

Abdulla Əmir Haşimi (Cavanşir):
"Şovinist və diktator hakimiyyət, zülm altında yaşayan xalqların energiyasını təxliyə etmək üçün zaman-zaman Xatəmi və Musəvidən supap itminan kimi istifadə edir." .... "Hakimiyyətdəki tezadlardan xalqımız istifadə edib, öz şüarı ilə meydanda olmalıdır!"


Azərbaycan Səsi Radiosunun 21 iyun tarixli müsahibləri, Abdulla Əmir Haşimi (Cavanşir), Bəhmən Nəbizadə, Çingiz bəy və Pərviz bəydir. Müsahibəni apardı - Məhəmməd Azər.

İki saatlıq müsahibə, keçiddə soydaşlarımıza təqdim olunur: Azərbaycan Səsi 21062009.mp3

http://www.guneyazerbaycankonqresi.com/

25 Haziran 2009 Perşembe

Saleh İldirim, "Bu, hakimiyyətdaxili nüfuz savaşıdır"

Saleh İldırım:
"Musəvi baş nazir olduğu zaman 36.000 adamın edamına imza atıb" İranda baş verənlər dünya ictimaiyyətinin diqqətindədir. Konstitusiyaya Nəzarət Şurasının iyunun 12-də bu ölkədə keçirilən prezident seçkilərinin nəticələrinin ləğvi barədə təklifi qəbul etməməsi gərginliyi daha da artırır. Seçkilərdə prezidentliyə namizəd olan və məğlubiyyəti ilə barışmayan müxalifətin lideri Mir Hüseyn Musəvini dəstəkləyən qüvvələr Mahmud Əhmədnejadın qələbəsini qəbul etmirlər. Elə buna görə də İran çalxalanmaqdadır, hökumət M.Əhmədnejadın qələbəsini "həzm" etməyən və seçkilərin nəticələrinin yenidən hesablanmasını tələb edənlərə qarşı sərt tədbirlər görməkdədir. Ölən və yaralılar haqqında isə dəqiq və rəsmi məlumatlar gizlədilir. Hətta İrandakı üsyanı yatırmaqdan ötrü HƏMAS-ın qüvvələrindən istifadə edildiyi də bildirilir. Musəviyə isə ya geri çəkilməsi, ya da ölkəni tərk etməsi təklifi verilib.
İranda prezident seçkilərindən sonra yaranmış məlum vəziyyətlə bağlı Güney Azərbaycan İstiqlal Partiyasının (GAİP) sözçüsü Saleh İldırım "Həftə içi"nin suallarını cavablandırıb. - Bilirsiniz ki, İranda bu illər ərzində bir çox daxili narazılıqlar olub və reyim etirazları yerindəcə boğmaq üçün dərhal elan edib ki, güya bu, xarici dövlətlərin, o cümlədən Amerika və İsrail dövlətinin əli ilə planlaşdırılıb. Ona görə də orada baş verən məlum hadisələrə münasibətdə bu köhnəlmiş ittiham dini rəhbərlik sistemini əlində saxlayan qüvvələr tərəfindən ortaya atılır. Ancaq bir məsələ aydındır ki, bu quvvələr baş verən hadisələrin əsl mahiyyətini pərdələmək və etirazları tez bir zamanda susdurmaq üçün belə ittihamdan geniş miqyasda yararlanmağa çalışır. Onu da deyim ki, bu gün İranın siyasi sistemində təmsil olunan qüvvələrin içində Qərbə baxış mövzusunda kəskin fərq yoxdur. Həm mühafizəkarlar, həm də özlərini islahatçı kimi tanıtdıran qüvvələr Qərb demokratiyasını rədd edirlər və buna alternativ olaraq islam demokratiyasından dəm vururlar. Ancaq bu günə kimi islam demokratiyasının əsaslarını müəyyən edə bilməyiblər. Fəqət baş verən olayların gedişatından asılı olaraq bu quvvələrin arasında Qərbə baxış dəyişə bilər. Bu dəyişmə də yalnız siyasi savaşın necə aparılmasından asılı olacaq. Hər iki tərəf öz durumlarından asılı olaraq belə bir gediş edə bilər. Çünki İranda siyasi nüfuz davası uğrunda gedən proseslər ciddi şəkildə hər iki quvvənin mövqeyini zəiflədir. Ancaq bu dəyişikliyin daha çox islahatçı adı ilə tanınan quvvələr tərəfindən edilə biləcəyini istisna etmirəm. Düşünürəm bu gün belə bir mövqeyin sərgilənməsi mümkün olmayacaq. Çünki hakimiyyətin əsas gücünü özündə saxlayan quvvələr bu ittihamı irəli sürməklə əslində bəhanə axtarırlar və əgər islahatçı adlanan qüvvələr Qərb dövlətlərinə hər hansı mesay verərlərsə, onlar daha tez məğlub olacaqlar.
- Rusiya mətbuatının Musəvini Qərbin agenti adlandırmasına münasibətiniz necədir?
- Mir Hüseyn Musəvi keçmiş dini rəhbər Ruhulla Xomeyninin əsl yolçularındandır. O, baş nazir olduğu zaman 36.000 adamın edamına imza atıb. İran dövlətinin cinayətkar üzvlərindən biri kimi Musəvi bu gün ali dini lider Seyidəli Xameneini açıq şəkildə qəbul etməsə də, İranın əsas qanunlarına həmişə hörmət etdiyini bildirib. Ola bilsin Musəvi indiki şəraitdə fərqli imicə sahib olan və demokrat bir şəxs kimi görünsün. Ancaq əgər gedən proseslərin pərdə arxasına baxsaq, bəlli olur ki, hakimiyyət uğrunda başladılmış güc savaşında hər hansı demokratikləşməkdən və ya Qərb dövlətləri ilə açıq münasibətə girməkdən söhbət getmir. Çünki bu qüvvələr reyimin əsas ideoloğiyasına sadiq qalan insanlardır və bu ideoloğiya Qərb baxışları ilə daban-dabana ziddir. Bir misal çəkim, məsələ aydınlaşsın. Bu gün bu savaşın aparıcı qüvvəsi olan Haşimi Rəfsəncani özü Xubrəqan Məclisinin başqanıdır. Bu məclis dini rəhbərliyi seçir və Rəfsəncani rəhbərlik sisteminin idarə olunmasının yalnız şura halında mümkünlüyünü qeyd edir. Elə İranda baş verən məlum hadisələrin kökündə duran məsələlərdən biri də budur ki, əgər Musəvi prezident olsaydı, Rəfsəncani bu istəyinə tez nail olacaqdı. Ona görə də Xamenei onlardan cəld davrandı və Əhmədineyadı qalib elan etdi. Rusiya mətbuatının belə bir açıqlamalarda bulunmaları əslində İranda baş verən hadisələrin tam mahiyyətindən xəbərsiz olmalarından irəli gəlir. Ancaq onların bir başqa maraqları da ola bilər və o da bundan ibarətdir ki, bu gün rəngli inqilabların arxasında Qərbin durmasını bir daha gündəmə gətirməklə onun nüfuzuna zərbə vura bilsin. Hər halda, nə qədər ki Əhmədineyad bu hakimiyyətin ideologiyasına bağlıdır, bir o qədər də Musəvi bağlıdır.
- Belə çıxır ki, Rəfsəncani ilə Xamenei arasında münaqişə mövcuddur.
- Bəli, münaqişə bu kəslər arasındadır. Musəvi Rəfsəncani tərəfindən himayə olunur.
- İranda aksiyalarıı yatırmaq ücün "Həmas" qüvvələrinin gətirildiyi də söylənilir...
- 22 may 2006-ci ildə Güney Azərbaycan milli hərəkatını boğmağa cəhd etdiyi zaman həm "Həmas", həm "Hizbullah", həmçinin ermənilərdən belə istifadə edildi. Güneydən bizə xəbər gəlirdi ki, insanlara atəş açanlar ərəb, erməni və fars dilində danışanlardır, Yadımdadır ki, o zaman Ermənistan Xarici İşlər Nazirliyi Güney Azərbaycan milli hərəkatını daha tez yatırtırmaq üçün əlavə qüvvələrin verilməsini də bəyan etmişdi. Ona görə də heç şübhə yoxdur ki, reyimin tərbiyə etdiyi terrorçu "Həmas" quvvələri bu olaylarda insanları öldürmək üçün iştirak edirlər.
- Necə proqnozlaşdırırsınız: xalq seckilərin bu nəticələri ilə razılaşmaq zorunda qalacaqmı?
- İlk olaraq deyim ki, seçkilərdə saxtakarlığın böyük miqyasda aparılması özü-özlüyündə ciddi bir hadisə olsa da, bu saxtakarlıq hər zaman İranın bütün seçkilərində baş verib və həmişə də hakimiyyətdə olan quvvələrin hamısı buna susub. Ancaq əgər bu gün bu məsələyə etiraz olunursa, deməli, məsələ ancaq seçki və saxtakarlıq məsələsi deyil. Bu məsələ hakimiyyətdaxili nüfuz savaşıdır. Onu da deyim ki, bu qüvvələrin hər ikisi eyni maraqlardan çıxış edir. Ancaq hakimiyyəti ələ keçirmək və hakimiyyəti idarə etmək üçün yeni proses başlayıb. Düşünürəm hər iki tərəf geri oturmadan müxtəlif gedişlərə əl atacaq. Çünki olaylar hər iki tərəfin gözlədiyindən daha da geniş bir miqyasda cərəyan etdi. Onlar düşünürdülər ki, bu savaşlar sakit, öz işlərində gedəcək. Ancaq bu belə olmadı, ona görə də hər iki qüvvənin geri çəkilməsi çətin olacaq.
- Bu məsələyə Güney Azərbaycandakı hərəkatların münasibəti necədir? - Güney Azərbaycan milli hərəkatında müxtəlif yanaşmalar var. Ancaq əsas düşüncə bundan ibarətdir ki, Azərbaycan bu şəraitdən düzgün faydalanmalı və ancaq öz milli istəklərini əldə etmək üçün çalışmalıdır. Təbii ki, Güney Azərbaycan milli hərəkatının müstəqil mövqe sərgiləməsi sox vacibdir və sevindirici haldır ki, hərəkatın tanınmış simaları yalnız milli hərəkatın güclənməsi istiqamətində fikir və təklif irəli sürürlər. Biz İran adlanan ölkədə yaranmış şəraitdə hər hansı bir tərəfin yanında durmadan yalnız milli hərəkatın hədəflərinə uyğun addım atacağıq. Hər iki tərəfin zəifləməsi milli hərəkatın daha da güclənməsi anlamına gəlir. Ona görə də onların daxilində baş verən hadisələr dərinləşdikcə hərəkat daha rahat şəkildə öz imkanlarını milli savaş üçün səfərbər edə biləcək. Bu gün Güney Azərbaycan milli azadlıq hərəkatı prosesləri bütün detalları ilə araşdırır və öz mövqeyini möhkəmləndirir.
- GAİP-in bu məsələ ilə bağlı bütün milli təşkilatlara müraciəti hansısa effekt verə biləcəkmi?
- Umid edirik müsbət effekt versin. Çünki bu gün Güney Azərbaycan milli hərəkatı üçün cox ciddi bir vəziyyət yaranıb. Əgər biz bu vəziyyətdən düzgün faydalansaq, milli hərəkatın qələbəsi üçün onəmli bir fürsət yarada bilərik. Ona görə də bu durumda bütün milli təşkilatların və milli fəalların bir mövqedən çıxış etməsi üçün belə bir cəbhənin qurulması vacibdir. Biz bu şəraitdə icazə verə bilmərik ki, İranda və bölgədə güc faktoru olan Güney Azərbaycan hansısa başqa bir hadisənin kölgəsində qalsın. Ona görə də hesab edirəm millətimizin maraqlarını hər bir şeydən üstün tutan milli şəxsiyyətlərimiz və təşkilatlarımız bu çağırışa müsbət yanaşacaqlar.

Yaqub Guneyli, Qorqmamaq

Salam eziz doslar,
Fikrinden kechen fikri baykot olmax qorxusundan miletimnen gizledsem hem özime xianet elemishem hemde milletime.
Mehv olson dali qalmish baykot herbesine mutewesil olan istidlalsiz mustebid tefekurata, gelecekde dikdator hakmitinin nutfeleri Azerbaycanda yerleri olmamalidi. Bir ulkenin siasi fikri yukun dashmax bo boroshox duniada ve Iranda qabagha gelen qarishix sheraitde chox fikri enrji Azerbaycan rehberlerinden birlikde teleb elir Tesmim totmax toplananmish xeberlerin ve inforamationlarin integralinin ve onlari hellaci ve analiz elemeklein muntecesinden hasil olar, yeni polotik duniasi benzemez kechmish kend savashlarina biz terf saxlamalix ya yoxox (agh qara etmek) modern dünyada polotik chox zerifdi ve suretle sherait deishilir, her bir gude yolgedenden sonra bir yeni yol bolimleri qabagha gelir ki gerek tez orientation(yönelim) elib qabagha gedesen navigation (gezinme) basharishighi olarax istekleri gerchekleshtirmek sari Dushmeni gerek tehlemek dogmatisit kor mutesib millechiller irandaki qan ichen dictator hakimietin qalmasina ve devamina bile bile ya bilmie bilmie yardim edirler. Qodertsiz shovonistlerin bizim ailmish hoviet seven milete hech xeter yarada bilnmezler, ne indi ve ne gelecekde (biz dishsiz ilandan qorqmamaliyiq) Yirtichi iranin jimhori islami hakmieti bir boik xeterdi bize ve insanligha Bu diktator rejimi mehv etmege bizim haqimiz var butun zid dikatorlarinan güclerimizi birlikde ishledek bu gun butun muxaliflerin tufengi rejimesari gulle atmalidilar. Iranin dictator hakmieti bir yeke dash kimin tushub bu herektin yolunon qabaghina, ve yolu baghliyib, hech kim qabagha gedebilmir shahchi, nehzetchi, mucahid, komonist ve miletchi, ve olabiler bu zid hakmiet grohlar hamisi bu yeke ve esai yolbaghlian dashi birlikde derie dighradib ve yoli achalar. Eger farslar 1385 de himaqet elediler ve azerbaycanin milioni qimin tek qoydular biz bir loyal millet olarax onlarin himaqetin tekrar etmiecik elbetde 8 milion Azerbaycanli bo gunki tehranda yashir ve sinesin gulle qabaghina verenin choxli turklerdi, biz onlara fikri yardimchi olmalix ve rehberligi Azerbaycanlilar ele almalidilar. Biz milletimize inarix eger milli haxlarin ala bilmiller ileti budiki gözin qan totan qan töken hakmietinen uz be uzuk, yeni hakmietin indiki kimin dictator olabilmez. Chun o vaxt bo rejim gederki onon cengisi mashin ve serkobger guci derbedaghon ola, ve yeni hakmiet gerek bashlia hele yeni hakimyet sistemi qöra, birde bilar hede serkob ebzari olabilmez yeni hakmiyet bir yeni yomortadan chixmish cucie benzer hal buki indiki hakmiyet bir cengi lari xoroz kimindi geleni dimdikliyir gedeni dimdikliyir Bizi bu günün lari xorozu çox tehdid eliyir ya gelecekde yumurtadan çixmiş cüce?
Azerbaycanlilar hereketin rehberligin ele alib ve dictator rasist hakimiyetin kökünen qazlib ve mehv olmasina chalishmalidilar. Gelen rejim hech vacht elie bilmez azerbaycanin milletchi kanditlernin parluman numaiendelerin hazf elesin biz gorduk 84 ilin erzinde bir nefer ekber elemi parlumanda ne tofan saldi, hal bu ki eger 50 nefer dr. zia sadr kimin adamlar olsa parlumani bashlarina alallar, biz eger oz milletimizin shuruna inanax ve ona ehtram qoiax ve yeni neslin yeni fikrine ehtram qoisax, hech nigeran olmax yeri yoxdi. Amerikada europada yashian fars rasistlerinin hesabi icheride yaşianlarinan airidi, onlar duz 30 il bunan qabaxki kimin fikir edirler onlar qar eshabe kehfiden chixmish ademlara benziller onlar gelecekde irana geden deirler getselede oqeder sosol nonrdilar ki hech bir qelet darta bilenmezler, tehranda indi kuche bazarda turkler turki danishirlar ve eksereitdiler ve indi farslar istir turki orgensin, Chegvara saiax kimin tefekurat he ya yox demek chox rahatdi her addim bashi baykot elemek chox rahat ishdi daha ehtich deir fikir eliesen ve yeni yollar axtarasan lap bele ibtidaii rahat yol her cure fikirden ozuvi xlas etmek, daianb fikir edib yeni yol axtarib tapmax bir siasi adamin beininen az qalar tusti qatsin, amma yox baykot birax bir oshax siasechilerin ishidi chegvara ve istalin formada tefekur Tesmim lehzesi chox ehemitlidi: Ishtibah tesmim eliebiler bir miletin iqbalin ve arzilarin dala sala ve ya yalan elie.Azerbaycan mileti pis yerde seher achip bir miletinen girip bir chetirin altina ki bir diktator hakmietin gabaghinda daianson qanuvi farsa tokibsen dali chekilsen azerbaycaninlilarin o loyal tarixi xisleti sual altina gedir cox chetindi bo gifilbend tushmush rabitie bo iki mietin arasinda bo sadelige qortolosh yoli tapmaxBed xim seretankimin bir rabite turk fars arasinda 84 erzinde goverib ki ne fedralistlerin asperinnen elac olar ne ekstremist istiqlalchilarin cerahi pichaginan aradan kesib aralamgh olar .Ikminci dunia maharibesinde rozvelt ve cherchil demokrasi duniasinin numaiendeleri fashist istalinen etilaf elediler ta oltra fashistit hitleri aradan aparsinlar Qondarma olke Iranda geir fars miletlerde elie biler bir qerarinan (dimme mene dimim sene qerarinan) fars milet herekatinen(silahsiz ve qudretsiz) etilaf edeler farslarin hakimietde olan diktatör paniranist shietism rejiminin (bashdan basha museleh ve qan tiken pasdar besicinen) Bu gun Azerbaycanli herekti yaradib ve bashqa miletleri oz dalican chekmelidi yoqsa bashqalari boishi bize gorecekler ve bizim milet gerek tushe onlarin dalina ve onlarin shuarlarin vere. Azerbaycanin tarixi loyal hesietin menteqede sual altina aparmaq hech duz ish deir Ayıxan milleti yoxlatmax olmaz 1385 xordad herekatinen sonra choxli adamlar oz hovietin qormagha inanirlar ve israr edirler, yumurtadan chixan cuceni hech kim ve hech guc zorinan tutub yumurtanin ichine soxa bilmez.
Yaqub Guneyli
Hollanda

Ekin Altunbay, Azerbaycan ulusu ve iran secgileri: Ne edmek gerek – En uyqun tutum iceriniki ! (1)

“Qizildan olsa qefesim azadliga, butovluge var hevesim”

Bugun Iran adlanan olkede son 30 yilde teokratik formasinda hokumet suren 86 yillik fars dovletinin isguzalarinin yonetim terizinde fakir ve selqe ferqi ve qrup cixarlari reqibligi nedenile, senelerdir iki-uc cinah bolumunde birge hokumet suren gucler gecen “secgi”lerde bir formada anlasa bilselerde, ozellilke bu son secgiler oncesi ve sonrasi olaylari neticesinde nehayet bolunmer daha netelesmis ve birge qudreti paylasmanin alt yapisi curudukce biri birin qebul ede bilmeyip qehri formada qarsi qarsiya durmaqdadilar. Bele bir durum,o olkeni minler yil idare edip ve quran ve yarsindan coxunu olsuduran Turk kokenliler ve ozellikle Azerbaycan (Ulusal)Milli Hareket mensublarin ister istemez derin dusundutup ve milli cixarlarimiza uyqun sandigi formada nezer ve emele celb elemisdir.

Bu secim oncesi ve tabi ki sonrasi ve esas qunu bu olmusdur ki: ne edmek gerek? Bu olaylardan ister istemez, direk(musteqim) etgilenen biz Turkler butun yaxin (gecen 150-200 yil) tarixi tecrubelerimizi ve uzun mudetli ulsal cixarlarimizi beyinlerimizi toplayip, gozumuz onune sergileyip ve ne bicim hareket edib ve yanasma mecburiyetindeydik ve mecburiyetindeyik. Mene bele gelir ki yenede bu esas qonuya yanasma ve emel terzin en uyqun tutumla “iceri” basardi ve basarmaqdadir! Bu yazida dusuncelerimi aziz ilgilenen ve basda Azerbaycan Ulusal(milli) Hareket yulculari veya yol-daslarimla paylasmag isterdim.

Genellikde (umumiyetde) insanin ve onun olsudurduklari toplumlarin esas tineti ve ehtiyacklri ve onlarin esasinda istekleri zamanin gecmesile ve gelismeleri ile coxda deyismir. Baxmiyaraq ki insan oglunun coxuna bele gelmisdir ve onlari heyran olma derecesinde etgilemis ve yayqin deyimle “yeni” dusunce terzilerine getirib ve aparir!
Qusqusuz gercek budur ki insana dogdugu qaynaq, cevre, ehtiyac ve diri qalib, yasayib yaratma istegi bir dogal ve cox az ve yavas deyisen bir tinet vermisdir.

Doga’da (tebiet’de) oldugu kimi insan toplumlarindada toplasma- toplumlasma ehtiyacina neden olmus (yayqin qavramla:etinos-qovm, ulus-millet) ve o toplumun biri biri ile olgun ilisgilenme araclari (ortaq dil – simge-yazi ), diri qalma ve irelileme araclari: mal-var, gelir –geder, alis-veris (economi), ozunu ve cixarlarini qoruma guc melzemeleri (guven gucleri-ordu) ve bunlarin hamisina anlam verme ozune ve ozgesine dozenli (kohirent) bir formada sunma cablari(din-inanc-felsefe) ve onlarin topdan ve ozene ozel yomusaq yonlerin sergileme terzi(uygarlik-medeniyyet) esasinda bolunub ve birlesmelere ve qrup-toplum-olke cixarlarinin formalasmisina getirip cixarmisdir.

Yuz yiller cox, belke minler yillerdir bele bu formalasmis insan toplumlari ve onlarin cixar ve istegleri nedenile bezen cekismeler, reqabetler, bezende isbirlikleri saglayar ve bu ilisgi veya cekismeleri zamaninda ona elverisli olan dusunce sistemleri ile bu esgi(qedim) qurqunu tiker…soker…qarisdirar…olusdurub yene tiker. Ama meselenin mahiyyeti, yeni donlarla ortaya cixsada, deyismez! Bunlar cesidli donemlerde deyismis ve yeni kimi cilvelener, yeniligi ise inanilar ve heraretle cagirilar ve boylesine, cagdas nesli, bu insan toplumlarinin esgi ve nece yonlu mucadilesi yeniden terpenmeye tesviq edip, maraqlandirip ve iteler. Belelikle yasam devam eder. Cixarlarin yaxsi bilip ve netelesdiren ve elecede zaman ve mekanina uyqun yerinde dozumlu - muhasibeli ve yeri gelmiskende caba gosterib ve mucadile vern toplumlar diri qalar, oz muqederatin ozu control eder, egemenligin saglar ve “yenilik” ve irelileme(progres) onada pay olar ve onunlada, ondada davam eder .

Indiki durumda, Azerbaycan Ulusal Hareketinin icerideki gucu ve onun her zaman doyunen qelbi: seherlerimizde - kendlerimizde qeyretli Turk milleti ve onun balalari emel ve tutumlari ile belli etdiler ve bir daha damga vurdular ki bizde boyuk insan toplumlarindan olan biri genellikle boyuk Turk toplumu ve ozeelikle Azerbaycan naminde birlesen Turk toplumu olarak, bu insan toplumlarinin biriyik, isteklerimiz, ihtiyaclarimiz ve cixarlarimiz bellenib netelesmis ve formalasmis bir insan toplumu suurundayik. Ozumuze gore yerimizi ve emel ortamimizi bilirik. Butun toplumsal suur ve cixari ve ona nisbet oygarliki olan insan toplumlari kimi bir insan toplumuyuq. Esgiklik, ustunluk meseleside yoxdu, gok acilib dusmemisik ki, onlrdan ferqili de deyirik ve ele o nedenle bu insan tolumlarinin biri olraq, yer yurdumuzu bilirik, istek, maraq ve cixarlarimiz bilirik ve bu kimi toplumsal deyerlere nisbet meselenin ve mucadilenin coxda deyismemis ve deyisemezde olan gercegin ve bilimin ferqindeyik.

Bolgede yeni bas veren olaylar erfesinde telesik ve muhasibesiz cagirislara ragman Azerbaycan Milli Hareketinin mensublari ve boyuk milletimizin metanetli tutumu, yanasimi ve emel terzi birdaha Azerbaycan Turklerinin ulusal(milli) mucadilesinin onemi, ozgoveni, bagimsizligi, gercek millete soykenisi ve derin tarixi koklere sahib oldugunu, istek ve cixarlarinin netelesmesi ve dogal bir cerciviye yiyelesmesini sergiledi. Bir daha milletimiz sabit edmisdir ki civarimizdaki ve gecen 86 yilde ozgelerin yardimi ile boynumuza minenlerinde ic cekismelerinin ve pay davalarinin mahiyetin ve hara sonmasinda anlama ve tesxis verme gucune ve bilimine yeniden sahiblenmisdir.

Demek bu milletin gozleri birdaha isiqlanmisdir ve aldatmaq istiyenlerin oxu dasa deymekden sonar basqa yolu qalmamisdir. Indi eminlikle demeg olar ki bir daha milletimizin Derbent’den Korfeze egemanlik haqidir, ve bu cografi qapsaminda coxunluqda olan turklerle yanasi basqa azinliqlarinda, fars azinligi biryana, haqlarini qurumaq ve onlarada edaleti ve insana layiq yasam ortami saglamaq bir daha onun leyaqetinde dir. Dogurundada alqislar olsun bizim milletin besiretine, metanetine ve uzaq gorulugune.

Ardi gelen bolumde…

Sayqilarimla
Ekin Altunbay
23.06.2009

* Sayin Elcibeyin dogum gunu munasibetile bu yazi o boyuk insana sunulur!

24 Haziran 2009 Çarşamba

Güntay Gəncalp, Azərbaycanı təhdid edən təhlükə davam edir

İran dövləti zənginləşdirilmiş uranium əldə etmişdir. Bu da uluslararası güclərin İranın iç işlərinə müdaxiləsini çətinləşdirmiş kimi görünür. Çünkü ölkə genəlində kontrol əldən çıxarsa atom silahlarının qullanımında keçərli olan bu maddələr teroristlərin əlinə keçə bilər, ya da İranın dərin dövlətində yer alan güclər ondan tərs istifadə edə bilərlər. Artıq ortalıq qarışarsa və uluslararası sorumluluqlar ibtal edilərsə, nədən də etməsinlər? Bu gün dış güclər əsasən bu səbəbdən İranda sərt qarşıdurmadan yana deyillər. Daha çox rejimin öz içindən yetişəcək antitez güclərin meydana çıxmasını səbir və təmkinlə gözləyirlər. Ölkə içindəki etirazları da bu nizamın çatası altında daha yavaş-yavaş etidala doğru meylli olan gücləri dəstəməklə yetinirlər. Ölkə miqyasındakı göstərilər etidal yanlılarına moral verdiyi üçün, onlara ictimai baza sağladığı üçün, açıqca bu göstərilərə dəstək verirlər. Bir tərəfdən boğulan, öldürülən insanların durumlarının tərcümi-halı olurlar, digər tərəfdən də ancaq rejimi devirib ölkədə, Orta Doğuda və dünyada böhran yaratmaq istəməyən etirazlar daha məqbul görünür. Böyük sərmayələrin, böyük dövlətlərin bu kimi etirazları uğurlu dəstəkləmələri qonusunda təcrübələri var. Bu təcrübələrə yaxın tarxdə şahid olmuşuq. Bu üzdən də İrandakı göstərilərə bizim də millətin ayağını çəkə bilərlər. Toplum psixologiyasını, sosial hərəkətləri yönləndirməni çox yaxşı bilən bu güclər üçün Təbrizi də bu qorxunc macəraya soxmaları çətin olmaz. Durum bu şəkildə olursa heç şübhəsiz ki, biz öz milli kimliyimizlə meydanda ola bilməyəcəyik. Çünkü milli kimliyimizlə meydanda ola bilməmiz üçün əlimizdə böyük sərmayəmiz yoxdur, ciddi təşkilatlarımız və liderimiz yoxdur. Uluslararasının da hesablaşacağı bir lider və kadro çevrəsi hələ ki, yoxdur. Belə bir boşluq içində İran miqyasında davam edən böyük etiraz dalğaları bizim milli istəklərimizin rəngini ortadan qaldıra bilər.
Gerçək olan budur ki, bu etiraz prosesinə Təbrizdə qatılsa olayların axışı dəyişə bilər. Çünkü Təbrizin qalxışı digər şəhərlərin də böyük etirazlarına təkan verər. Bölgənin tarixini yaxşı bilən güclər də Təbrizin nədən səssiz qaldığını dərin-dərin düşünürlər. Təbrizin qalxışı ilə dəngələr ciddi şəkildə dəyişə bilərsə o zaman Təbrizdə də qanlı etiraz dalğaları yaratmaq planlarının da olması gərəkir.
Şahın zamanında Qumdakı kiçik bir etirazda ölənlərin qırxında Təbrizdə böyük etiraz oldu. Pəhləvilərin devrilməsinin təməlini bu etiraz qoydu. Başda Rəfsəncanı çevrəsi olmaqla həm daxili güclər, həm də onların xarici müttəfiqləri Təbrizi ayağa qaldırmaq üçün gərəkən planları çizməkdədirlər. Bunun qarşısını almaq və yenicə birikmiş milli gücümüzün dağılmasını əngəllmək bu kimliyə mənsubiyət duyğusu daşıyan insanların tarixi və milli görəvidir. Millətimizi bu darkeçiddən sağlıqlı keçirməyi və milli gücümüzün İran-fars mehvərli hərəkətlərə dağılmasını əngəlləməliyik.
İranda inqilab olduqdan və İran-İraq savaşı başladıqdan sonra bir çox sosioloqlar belə hesab edirdilər ki, İranda fars milliyətçiliyi mərkəzli millətləşmə prosesi zirvəyə çatdı, artıq İranın gələcəkdə də parçalanma təhlükəsi ortadan qalxdı. Bunu da bu şəkildə izah edirdilər ki, keçən 100 ildə nə zaman ki mərkəz zəifləmiş, Azərbaycan öz milli yazqısı ilə bağlı bir hərəkətlərdə bulunmuşdur. Ancaq İslam inqilabından sonra başlayan İran-İraq savaşında on minlərlə ağlını itirmiş Azərbaycanlı könüllü olaraq bu savaşa qatılıb və İranın ərazi bütövlüyü yolunda öldülər. Bu dəfə mərkəz zəiflədiyində Azərbaycanla ilgili heç bir hərəkət olmadı. Bəziləri Şəriətmədari adında zehnində bir zərrə türklük şüuru olmayan bir cənazəni milli hərəkət adlandırırlar. Harasında idi onun milli hərəkət? Şəriətmədari Pəhləvilərin türkləri əzməsinə hər növ dəstəyi vermişdi. Hətta Şahın ordusu 21 Azərdə Təbrizə girib qətl törədəndə bu ordunun qarşısında qurbanlar kəsmişdi. Belə bir keçmişə sahib olan, öz millətinin qanının tökülməsində əli olan bir axund necə Azərbaycanın haqlarını savuna bilərdi. 1828-ci ildə də Mirfəttah adında bir baş axund Paskeviç komutanlığında Təbrizə girən rus ordusu qarşısında qurban kəsdirmiş, şəhərin qapılarını ruslara açımışdı. Çünkü Mirfəttah, Abbas Mirzənin modernləşdirmə planlarını islama qarşı bidət hesab edirdi.
İran-İraq savaşını bu üzdən də Xumeyni “bərəkət” adlandırırdı. Gerçəkdən bu savaş türklərin könüllü asimilassionuna mənəvi zəmin sağladı. Şah İsmayıldan günümüzə qədər ortaq məzhəb anlayışı içində türklər farsların böyük hədəfləri yolunda yem olurlar. Ancaq dünyada olayların dəyişməsi və soyuq savaşın bitişi ilə millətlərin oyanışı İranın içindəki məhrum millətlərə də təsir göstərdi. Soyuq Savaş sonrası qısa zaman dilimi içində nisbətən durum dəyişmiş və milli kimlikdən yana olan bir nəsl Azərbaycanda meydana gəlmişdir. Ancaq bu enerjinin dayanaqları çox dərin deyil, böyük mübarizə təcrübəsi yoxdur və uluslararasına öz varlığı ilə hələ girmiş deyildir. Yalnız sürəc bu yöndədir, yəni uluslar arası ilişkilərdə milli hərəkət tərəf müqabil kimi masa başında oturma ərəfəsindədir. Hər hansı yanlış bir hərəkət və birikmiş enerjimizi İran adı ilə dünyaya tanıtmaq bu fürsəti qaçıra bilər. Bu necə ola bilər?
1. Musəvini çox sıxışdırsalar, onun cəbhəsi Təbrizi nədən öz oğluna sahib çıxmır təbliğatı ilə bizim hissiyatımızla oynayıb Təbriz əhalisini anlamsız savaşa sürükləyib, qırğına verə bilərlər.
2. Tehranda ölənlərin qırxında Təbrizdə bir olay yaratmaq istərlər. Bir kərə Təbrizdə bir olay yaratsalar, artıq ipin ucunun farsların əlinə tam olaraq keçəcəyinə kimsə şübhə etməsin. Çünkü hələ bütün Azərbaycan şəhərlərində hörməti və ehtiramı olacaq, sözü keçəcək bir lider yoxdur. Ən böyük sorunumuz lidersizliyimizdir.
3. Ölkədə, bölgədə və dünyada gedən hadisələr üzərinə yanlış təfsirlər gətirən, strateji və tarixi dərinliyi olmayan açıqlamalarda bulunan milli çevrələr də istəmədən zərər verə bilərlər. Yəni onların “biz də türkçə şüarlarla bu hərəkətə qatılalım”- söyləmələri böyük zərər verə bilər. Çünkü bizim mübarizə artıq 3-4 şüarla meydana çıxıb gənc adamları ölümə vermə mərhələsini aşmışdır. Biz daha böyük planlarla hazırlıq aparmalıyıq. Rejimin devrilişi, vilayəti-fəqihin yıxılması bizim hədəfimiz olmamalıdır. Bunu tarix və iqtidar arasındakı güclərin toqquşması orta vədədə kəndiliyindən edəcəkdir. Siyasi- fikri örgütlənməyimiz, ordunun, sipahın, bəsicin içinə nüfuz edib bəlli zaman üçün güc qullanmağı başarmalıyıq. Siyasətdə “bəklə gör” variantı var. Biz də bəkləyib görəlim nə edə bilərik. Onlar ki, “biz qatılmasaq sabah bizə haq tanımazlar”- deyirlər. Bunların bu dediklərinin elə əhəmiyəti yoxdur. Bunlar daha çox bir kəndlinin sözüdür. Çünkü bu hərəkətə qatılmasan da sabah əlində bulunan güclə meydana çıxsan kim kəsəcək önünü? Gücün olsa səninlə sabah da hesablaşacaqlar. Gücün yoxdursa, gücünü bu gün boş ideallar yolunda itirib gücsüz qalmışsansa, sabah adam deyərlər: “Ortalıqdan dəf ol get, adamı belə aldadarlar, gücünü əlindən alıb və sonra gücsüz buraxıb çıx ortalıqdan deyərlər.” Biz içinə düşdüyümüz gərgin durumun psixologiyasına görə deyil, dərin bir zəka ilə uzun vədəli hədəflərimizə görə tutum sərgiləməliyik. Sevindirici haldır ki, bu günə qədər ortaq əqli-səlim millətimizi bu təhləkənin ortasına girməkdən qorumuşdur. Elə bu istiqamətdə davam edəlim. Millətimizi təhdid edən bu təhlükədən uzaqlaşdıralım.

Güney Azərbaycan Milli Birlik Şurasi, 10-cu prezident Seçgilərindən sonrakı hadisələrə münasibət

Əziz soydaşlar!
“Azərbaycan Milli Hərəkatının” seçgi öncəsi davranışı, nisbi olaraq müsbət nəticələrini versə də, seçgi sonrası hadisələrin mahiyətini düzgün dəyərləndirmədə çətinlik çəkilməkdədir.
Milli hərəkatımızın xaricdəki bəzi fəallar və qrupları, Tehranda baş verənləri, İranda demokrasiyə gedən çizgi kimi qəbul edərək, azərbaycanlıları bu olaylara ciddi surətdə qoşulmağa dəvət edirlər. Halbu ki, o ölkədə demokrasinin ən böyük düşməni olan fars şovinizmi varkən, demokrasidən danışmaq, tələsən, yorulan vəya hələ də İran adı altında farsçılıq siyasətini anlamıyanlardır. Şübhə yoxdur ki, bugün xaricdəki fərd və təşkilatların ən önəmli işi, bu gedişat haqqında müsahibə və bəyaniyə vermək sayılmaqdadır. Ancaq, cənab məhəndis Həsən Şəriətmədari vəya ona bənzər fikir sahiblərinin, azərbaycanlılara etdikləri müraciətlərinin, milli hərəkatımızla heç bir ilgisi olmadığına görə, millətimizə ziyandan başqa bir nəticəsi yoxdur. Siyasi olgunluq daşımıyan bu sözlərin qarşısında, milli quvvələrimiz dayanmasa, farsçı təbliqat orqanlarının geniş yayması ilə, anti Azərbaycan quvvələrin daha çox su-istifadəsinə məruz qalınacaqdır.
Biz, siyasi ədəbiyatından asılı olmayaraq, Azərbaycan türk millətini, fars mərkəzli düşüncə sistiminin arxasınca çəkmək istəyənlərin, siyasi xəta içində olduqlarını düşünməkdəyik. Özəlliklə, xaricdə və daxildə düzgün, etgin və yetgin bir təşkilat yaradamadığımıza görə, ümum İran siyasətlərinə qoşulmaqla, farsçılıq siyasəti içərisində əriyib, çürümə ehtimalı yüksəkdir, bunu tarixdə dəfələrlə dənəmişik. Göründüyü kimi, həmin səbəb üzündən, ölkədə baş verən gözlənilməyən hadisələrdən, milli mənafeimiz uğrunda faydalanmaqda da çətinlik çəkilməkdədir.
Onun üçünür ki, bugünkü durumdan istifadə edib, daxildəki şəraitə xas metodlarla örgütlənmə, bugün və gələcəkdə yardımçımız olacaqdır. Özəlliklə, daxildə bir mərkəzin yaranması və bu mərkəz tərəfindən milli hərəkatımızın bu kimi zamanlarda yönləndirilməsi arzu ediləndir.
Buda aydındır ki, o ölkədə baş verən hadisələr, orada yaşayan 30 milyon soydaşımızın durumuna təsir etməkdədir. Onun üçündür ki, hadisələrə qoşulub, itgi verməyin doğru olmadığını bir daha vurqulayaraq, izləyərək nəticə çıxarmağımızın düzgün ölçülü təfəkkürdür. Uzaqda qalmaq şərti ilə təsir edici müdaxilənin metodlarını araşdırıb, milli hərəkatımızın yumuşaq şuarları ilə xalqın içinə girmə yollarını tapmalıyıq. Yaratdıqları təzahüratda, az bir milli quvvə ilə nisbi olaraq xalqı milli istəklərimizə yönəltməyi dənəmək, faydalı olabilər. Azərbaycanımızın birinci bölgəsi sayılan Təbriz, Urmu, Ərdəbil və Zəncanla- ikinci bölgəsi syılan Qəzvin, Həmədan, qum, savə, Ərak və özəlliklə Tehranda, işlədəcəyimiz təsir siyasəti fərqlənməlidir. Bütün hallarda, siyasi zindanilərimizin ad, plakart və şəkilləri ilə birlikdə, onların azadlığının tələbi, dərdimizi bilmiyən insanları maraqlandıra bilər.
Bütün bunlara baxmıyaraq, daxildəki dostlarımız, oradakı şəraiti daha dərindən və eyni olaraq bildiklərinə görə bir mərkəz yaradaraq, xaricdəkiləri də bilgiləndirmələri təqdirə layiqdir. Bunun ağır iş, riskli bir hərəkət olduğu bilinsə də, bəzilərinin bu fədakarlığa meyillənmə zamanının yetişdiyi düşünülməkdədir. Üçüncü quvvə kimi təzahür etməyə çabalamasaq, bütün fürsətləri qaçıraraq, siyasət meydanında uduzacayıq.
Güney Azərbaycan Milli Birlik Şurasi
Siyasi komisyon 24.06.2009

Günaztv-ni irançı fürsətçilərdən uzaq saxlayın!

Sayın oxucu!
İlk kəz olaraq illər boyunca görəvini daşıdığım Güney Azərbaycan Qurtuluş Partiyası-nın sözsüzü kimi düşüncə ortaya qoyuram. Son zamanlarda İran adlanan dövlət qanadları arasında doğuya özəl olan siyasal tansiyonun yüksəlməsinə tanıqlıq edirik. Sözsüz ki, Güneyimizi də yaxından ilgiləndirən bu olayların gedişilə Günaz Tv də bu məsələ ilə dərəndən ilgilənəcəkdir. Bu çox doğal haldır və olması da lazımdır. Hətta bunun ötəsində, Günaz Tv-nin qurucusu olan Ahməd bəyin milli düşüncəsilə tanış olduğuma dayaranaq bu TV-nin öz sözü və stratejisi olduğunun böyük önəminə inanıram.
Biz, Qurtuluş Partiyası olaraq bu qonuda heç bir önəri vermək niyyətində deyilik. Çünki, Günaztevenin bizə qarşı olan sərt tutumuyla yaxınlıq duyumundan uzaqdayıq. Ancaq bizim açımızdan Günaz TV, başlı-başına bir milli varlıq olaraq bizim də maraq dayrəmizdədir. Bu marağımızın nə zaman, nə kimi gərəksinim qarşısında obyetkiv olacağına söz vermək bizdən asılı deyildir. 20-illik millətimizin içində milli-qurtuluş savaşına qalxan bir örgütün özünü neçə saxlamasını öyrənmiş olan Qurtuluş üçün dözümlü olmaq böyük sorum deyildir.
Bugünədək Qurtuluşa olan dargörüşlü hər nəyi yalnız və yalnız milli ülkülərimizə dayanaraq dözümlə seyr etmişik və etməyə də davam edəcəyik. Biz, öz yolumuzdayıq. Türk Ulusumuzun Birliyini, Güneyimizin tam bağımsızlığını, “İstiqlalçıyam, Qurtuluşçuyam, bütövçüyəm, Çünki Türkçüyəm” devizi altında qulaq sırğası edərək Təbrizdən Ərdəbilə, Ərdəbildən Urmuya, Urmudan Sulduza, Sulduzdan Bakıya və bütün şəhərlərimizə qoşduran amacımızın 20-illyi dəyişməz bir canlı bəlgə kimi ortadadır. Bu 20-illik çabamızda bir kərə olsun belə, ulusumuzun milli ideyasını gündəlik siyasətlərin ayağına salmamışıq. Güneyimizi farsçı düşmən əlindən qurtara bilməsəkdə, uğrunda canımızı belə, verməkdən çəkinməmişik. İlk günümüzdən bəri, yalnız kağız üzərində olan bir örgüt olmamışıq. Hər zaman milli ideyamızının təməl dəyərlərinin qorucusu olmağı hədəfləmişik. Bu üzdəndir ki, millətimizi, torpağımızı əvəzsiz və qarşılıqsız sevmişik. Və yenə bu üzdəndir ki, Günaztevenin qarşılıqsız mənimsəməyini özümüzün milli borcumuz sanaraq, onun aracılığıyla Azərbaycan Milli Hərəkatına toxunabiləcək hər hansı olumsuzluğu görüncə biganə yanaşa bilməyirik. Bizim üçün, Günaztevedə açıqlıq küləklərin əsməsi çox sevindiricidir. Bu, bizsiz də ola bilər. Bunun üçün heç də üzülməyəcəyik. Çünki, orada olan bir çox fikirdaşımız vardır. Əhməd bəy, Cavad bəy, Saleh bəylər kimilərə tənqidimiz olsa da, ortaq nöqtələrimizin yüzdə 90-larda bulunması bizim üçün qanıq vericidir. Lakin, qafaları özgəlikdə, duyğuları isə iki yol ayrıcında qalan Azərbaycanlıların Günaztevedə ulusumuza İrançılıq yönü göstərməsindən tədirgin olmamaq mümkün deyildir. Umarıq ki, bir kərə də olsun, bizim qardaşcasına mesajımızı xoşgörüylə alğılayıb, üzərində düşüncə yapılsın.
Əhməd bəy Obalıya! İllərdir ki, bütün çətinliklərə qarşın TV-ni qoruyursunuz. Bu haqda sizi alqışlamaq gərəkir. Kaşki, siçanıın peşində olan bişik misali gecə-gündüz milyardlar doları güdən (üzdəniraq) qəhrəman müddəilər də yüzdələrinin bir neçəsini Vətənin qurtuluşu yolunda qoyma və ikinci TV açmaq cəsarətinə varmış olsaydılar!! Nə yazıq ki, Manqortlaşmış malpərəstlərun damarında dolaşan Türk qanının ləkələnməsini görməkdəyik. Elə buna görə də, bugün yalnız bircə Günaztevemiz vardır. Bu üzdən, Günaztevenin nəsnəl haqqı bütünlüklə onu qurub saxlayan sizlərə aiddir. Buna kimsənin heç quşqusu yoxdur. Amma, sizin amacınızın qutsallığının özlügündə olan günəş kimi parlayan bir ülkünü unutmamalısınız. Sizin idarə etdiyiniz Günaztevenin ən böyük amacının “Azərbaycan Mərkəzki Türkçü Düşüncə Sistemi”nin yaradılmasının olduğu kimsəyə gizli deyildir. Və sözsüz ki, bu düşüncənin isə, ən mızı və gizli düşmənlərinin kimlər olduğu – günümüzün Əraniləri, Kəsrəviləri, Əfşarları- da aydın milliyətçilərimizə bəllidir. Lakin nədənsə, özlərininin içində ki, kimlik böhranına yanıt tapamayan və İrançılıq vurusu içində inləməkdə olan belə şəxslərin Günaztevedə düzənli və bəzəkli mesajları kəsilmək bilməyir. Nədənsə, hələ də gizli və kəsgin İrançı olan Tudəçilər, Liberallar, Fədailər Günaztevenin giriş kodunu əldə edərək ap-açıq fürsətdən yararlanaraq yenidən örgüdlənmə çabasına əl vururlar. Günaz TV, Türkçülük simvoludursa,“Elə farsca danışmalıyam ki, türk ləhcəm olmasın” İranbaycanlıların orada nə işi var ki!? Adam iki saat boyunca “Keşvəre xeyli mohomme İran,... Keşvəremaan İran, Mərdome İran vb.”(Çox önəmli İran ölkəsi,...Ölkəmiz İran, İran Milləti/xalqı vb.) diyə-diyə, bir kələmə belə Azərbaycan sözünü dilinə gətirməyir. Lakin, seçim olayları olmadan öncə həman adamın uzun danışığında Azərbaycan adı dilindən düşməyirdi. Demək ki, O günnün modeli Azərbaycan, bugünün modeli isə İrandır. Göz görə-görə, Günaztevedən Paniranizm Tudəçiliyinin reklam olunması böyük xətadır. Az qala Azərbaycan Milli Hərəkatının“Biz, bu şovinist-fondamentalist rejimin iç savaşına qan verməməliyik” sözünü düşmən sözü olaraq alqılandıran səxs, sanki bir İran kanalından danışırdı. Hər fürsətdə dilə gətirdiyimiz diləyimiz, Günaztevenin demokratikləşməsindən yana olsa da, dünyaya açılan Güney Türklüğünün odaqlarindan birinin İrançılara açılmasından üzgün olmamağımız mümkün deyildir. Güney Azərbaycan türklüyünün milli-qurtuluşu uğrunda tam istiqlalçı qurumların “Dildə, Fikirdə, İşdə birliginin və Günaztevenin “Azərbaycan Türk Millətinə” özəl olması diləyilə! Sayğımla,
Güney azərbaycan Qurtuluş Partiyasının Sözçüsü
Eldar Qaradağlı 2009-06-23

Böyük Resuloğlu, Seçgiler haqda

Bu həftə İranda keçiriləcək prezident seçkisi bu ölkədə indiyədək keçirilən seçkilərdən fərqlənir.Seçki kampaniyasının gedişi və gözlənilən nəticələrlə bağlı “Türküstan”ın (qəzeti) suallarını Böyük Rəsuloğlu cavablandırır.
- İranda bu dəfə keçirilən prezident seçkiləri bundan əvvəlki seşkilərdən hansı xüsusiyyətlərinə görə fərqlənir?
- O ölkədəki bu dəfəki seçgilər əvvəlkilərlə böyük ölçüdə üst-üstə düşsə də, aşağıdakı səbəblərə görə fərqlənmələr gözə çarpır.
1- Əhmədi Nəjadın daxili və xarici qələt siyasətləri nəticəsində narahatlıqların artması və rejimin içindən dağılma təhlükəsi. Rejimin çürüməsi ilə bağlı sayın Əkbər bəy Ələminin iki gün öncə Xamneiyə yazdığı məktubu xatırlatmaq istərdim. O məktubda, rejimin batlaqda olduğunu və getdikcə də daha dərinlərə batmaqda olduğunu və nəhayət köçəcəyini vurqulamışdır. Bu sözlər məni 31 il öncə Şah rejimində Təbrizdən millət vəkili Əhməd Bəniəhmədin sözlərini xatırladır. O da, o zaman rejimin dağılmalı olduğunu vurquluyaraq millət vekilliyindən belə istifa etdi.
2- Prezident Obamanın sülhə çağırışı və 30 illik Amerika düşmənliyinin mənfi nəticələri.
3- Ölkədə yaşıyan başqa millətlər, özəlliklə böyük potansiyeli olan Güney azərbaycanlıların haq istəkləri və bu demokratik mübarizədə misli görünməmiş dirəniş.
4- İnsan haqları, özəlliklə qadın haqlarının geniş şəkildə pozulması və dini-məzhəbi ayrı seçgiliklərin yaratdığı gərginlik.
Bu və buna bənzər düyünlər açılmadığına görə dövlət-millət arasında böyük üçürüm yaranmışdır. Bu yaranı bağlamaq üçün rejimin daxilində fikir ayrılıqları bu seçgilərin ən bariz fərqənməsi sayıla bilər. Şübhə yoxdur ki, buna şəxsi mənafe, idəolojik baxış və böyük potansiyeli olan islam inqilabından gözlənilən arzuların yerinə yetirilməməsini də artırmaq gərəkir.
- Öncəki seçkilər zamanı Milli Hərəkat bu kampaniyalara qoşulmayıb onu fars şovnizminin iç işi sayırdılar. Bu seçkidə isə Milli Hərəkatın azərbaycanlı namizədlərə - öncə Ələmiyə, onun namizədliyi qeydə alınmadıqda isə Musəviyə dolayısı ilə dəstək verdiyi sezilir. Sizcə, bu nədən qaynaqlanır?
- Azərbaycan Milli Hərəkatı gücləndikcə daha böyük və düzgün siyasətlərə meydan açır. İndiyəcən, İran siyasətinə qoşulmağın mənfi nəticəsi kimi, bizi aldadaraq hakimiyətin bərkiməsində və ya rejim deyişikliyində qullanmaq qorxusu var idi. Başqa sözlə İranda farsçılıq siyasətini aparan quvvələrin quyruğu olmaq hamını diskindirirdi. Ancaq millətin özünü tanıyan və milli varlığını qorumaq istəyən dairəsi genişləndikcə bu çəkingənlik ortadan qalxır. Zatən millətimiz, o ölkədə yaşadığına görə oarada baş verənlərdən təsir alır və təsir göstərməlidir. Onun üçündür ki “Azərbaycan Mərkəzli Düşüncə Sistımini “ qorumaq şərti ilə hadisələrdən istifadə etməyə çalışılır. Geçən prezident seçgilərində, çoxda tanınmamış azərbaycanlı “ Mehrəli Zadə” Azərbaycan milli hərəkatının istəklərini qəbul edib, yerinə yetirilməsinə söz verdiyinə görə Güney Azərbaycandanın birinci bölgəsindən 1,5 milyon səs gətirdi. İranda sonuncu, ancaq, Azərbaycanda birinci olan bu namzədin topladığı səs Tehranın yeni hesab açmasına səbəb oldu. Bu səfər isə Azərbaycan Milli Hərəkatının bir bölümü, Dr. Ələmi bəyi dəstəkləməkdən əsas neçə məqsəd güdürdü ki, məncə ona nisbi olaraq nail oldu.
1- Milli hərəkətin toparlanıb, millətin içinə girməsi və yaranmış ortamdan milli təbliqatın kütlə arasına aparılması.
2- Daxil və xaricdə milli hərəkatın gücünü göstərməsi.
3- “küsənin payını yiyərlər” atalar sözünü ülgü tutaraq siaysətdə aktivləşib, siyasi mübarizə meydanından təcrübələrin qazanılması.
Bu və buna bənzər hədəflərlə seçgilərdə fəaliyət göstərənlər nisbi olaraq öz istəklərinə çatmışlar. Ancaq, fikrimcə, Güneydə yaranmış” seçgilər uğrunda koordinasyon Şurasında” bütün dostlarımız iştirak etmiş olsaydı, daha böyük uğurlar əldə edilə bilərdi. Hətta diyə bilərm ki, o halda bəlkə cənab Ələminin səlahiyəti, cəbrən qəbul olardı. Qəribə burasındadır ki, cənab Musəvi, Ələmi namzədliyini qoyduqdan sonra tələsik öz adaylığını elan etdi. Məncə bu məsələyə diqqət yetirilməli və Tehran hakimiyətinin müxtəlif qanadlarının arasında, Azərbaycanla bağlı müzakirələrin aparaıldığını gözdən qaçırmamalıyıq. Sizində vurquladığız kimi, Musəviyə səs vərən azərbaycanlılar olacaqdır:
Birincisi, onun Türk olduğuna görə, siyasi təfəkkürdən uzaq soydaşlarımız. Təəssüflə milli hərəkatımızı xalqın içinə aparamadığımza görə millətimizin 80% hadisələrdən xəbərsizdir.
Ikincisi, Əhmədi Nəjad dan bıxaraq, İranda yeni bir dönəmin başlanmasına ümid bağlıyanlar.
Üçüncüsü, solçu islamçılar və həmçinin, onun hakimiyətindən istifadə güdənlər. Tehranda yaranmış “ azeriler cəmiyəti” və Təbrizdə onun təbliqatını ciddi şəkildə maliyələşdirənləri buna misal göstərmək olar.
- Hazırda Musəvinin vəkili olan İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani ANS-ə musahibəsində az qala hərəkatçı kimi danışırdı. Seçki kampaniyasında baş verən belə sürprizlər İrandakı türk məmuriyyətinin Milli Hərəkatla birləşə biləcəyi ümidini yaradırmı?
- Siyasətin dərinliklərindən anlayan Azərbaycan milli hərəkatının fəalları, ölkədə yaşayan və dövlətə çalışan insanların bir gün bizə qoşulacağını ciddi bir məsələ kimi görür. Təbiidir ki, hakimiyətin yuxarı məqamlarında olanların da içində bu gedişat gözlənilməkdədir. Ancaq təəssüflə bugünə qədər, istər geçmiş rejimdə istərsə də, indiki durumda bu insanların böyük çoxunluğu Azərbaycandan, İranda farsçılıq siyasətinin dəvamı üçün istifadə etmişdir. Bilinməlidir ki, artıq millətimiz yalançı şuarlarla milləti aldadanları, səmimi davrananlardan gözəlcə ayırd edir. Siz Əfşar Süleymanını məndən yaxşı tanırsız və onun geçmişdəki çıxışlarını unudmamış olmalısınız. İcazə verin Musəvi bəyin Təbrizdəki dəstəkçilərindən də mən sizə danışım.
Hoccətülislam “ Musəvi Təbrizi” 1979 inqlabından sonra azərbaycanlıların yaratdığı “Müsəlman xalq partitasının “ yox edilməsində ciddi iştirak edən şəxslərdən biridir. Bu adamın üzdən iraq yarqaçlığı ilə həmin günlərdə 11 nəfər Azərbaycan təəsübi çəkən iyidimiz, yarım saat müddətində həm mühakimə həmdə edam olundu.
Höccətülislam “ Ağazadə” , illər boyu Təbrizdə inqlab məhkəməsinin sədri olarkən, xalqın və milli hərəkətçilərimizin ağır hökümlərinə qol çəkmiş adam. Təbrizdə topraq quldurları dəstəsinin və Tehran hakimiyətinə yaltaqlanaraq millətin mənafeini öz şəxsi mənafilərinə qurban verərək ceblərini dolduran “ Cabbarzadə” kimilər.
Söz buraya gəlmişkən iki məsələni Şumallı soydaşlarımıza aydınlatmaq istərdim.
1- Bildiyiniz kimi Şumali Azərbaycanda da rus beyinlilər vardır. Ancaq, onlarla Güneydəki fars beyinlilər arasında böyük fərq var. Şumaldakı rus dilli əhalidən çoxunu tanıram ki, Azərbaycanın toprağına, millətinə və dövlətinə bizlər qədər bağlıdır. Güneydəki fars beyinlilərin böyük əksəriyəti isə özlərini və millətlərini ayaqlar altında əzdirərək ceblərinə vəya anti Türk ideolojilərinə xidmət edən olmuşlar.
2- Şumalda müstəqil bir dövlət qurulduğuna görə dəyərli aydın və ziyalılar, yazıçı və şairlər, sərmayə və imkan sahibləri öz ölkələrinin xidmətində olmuşlar. Güneyli maddi-mənəvi imkanlıların bir çoxu farsın qulluğunda olmuşlar və dəvam edirlər. Bugün fars təşkilatları, kütləvi informasyon vasitələri o cümlədən VOA ilə BBC Tv-lərini seir edərsəniz nə demək istədiyimi anlarsınız. Həmən artırmalıyam ki, bu arada milli fəallarımızın bəzilərinin mənfi davranışları, bəzəndə çirkinlikləri, millətimizlə aydınlarımız arasındakı bu yarqanı artırmışdır. Baxmıyaraq ki, yuxarıda adlarını çəkdiyim insanlara tayların hesabı ayrıdır.
Artırmalıyam ki, Güney hərəkatındakı, saf, təmiz, dürüst və yüksək səviyəli insanlar öz fəaliyətlərini daha da artıraraq, bəzi yaramzların yaratdığı bu mənfi imici ortadan qaldırmağa çalışmalıdırlar. Şumallı dostlarımızda bu barədə ayıq olmalı və bəzi kiçik mənafie görə böyük başarıları önləyici duruma düşməməlidirlər.
- İstərdik Musəvinin şəcərəsi haqda məlumat verəsiniz. Dədə-babaları kim olub?
– Yəqin ki siz də etiraf edərsiniz ki, seçki kampaniyasının gedişində Azərbaycanşılıq, milli şüarlar üstünlük təşkil edir. Səs almaq istəyən namizədlər İrandan yox, Azərbaycandan bəhs edirlər. Bu seşkiqabağı taktiki gedişdir, yoxsa Milli Hərəkatın uğuru? – Hesab etmirsiniz ki, Milli Hərəkat indiyədək İran seçimlərində aktiv iştirak etməməklə səhvə yol verib?
- Məhəndis Musəvi 1941- ci il Güney Azərbaycanın Xaminə şəhərində anadan olub və 10- 12 yaşlarında Tehrana köçüb orada çalışıb, eyni halda da ali təhsil alıb. Aşırı farsçı olan Zəhra Rəhnəvərd ilə evlənib, ikisidə sol meyilli islamçı görüşdə olduqlarına görə o zaman Şahın “ qara irtica” dediyi qrupların təsiri altında olublar. 1962- də Xumeyni ilə Şahın arasındakı toquşmalar ərəfəsində məhəndis Bazərqan, Ayətullah Talıqanı kimi düşünürlərin gənclərə təsiri və çeşitli qruplar o cümlədən xalqın mücahidlərinin yaranması hamıya aydındır. Ancaq, bu qrupların içində iqtisadiyatın tam dövlətləşməsini istəyənlərin yanında, islamı malikiyət sistemi və Liberal düşüncələrdə olmuşdu. Bu fikir sahibləri inqilabdan sonra çeşitli qurumlarda birləşərək çeşitli hadisələr yaratdılar. Musəvi sola ayxın Amerikan əlehdarlarına bağlı olmuşdur. İnqilabdan sonra, Bazərqan, Rəcai, Bahünər kimi adamlardan sonra İran- İraq müharibəsində baş nazir olmuşdur. O zaman prezident olan Xamineyi ilə dəvamlı probləm yaşamış, nəhayət (1981-89) 8 il başnazirlikdən sonra çəkilmiş və 20 il evdə oturmuşdur. İndi isə yuxarıda anlatdığım səbəblər üzündən ortaya çıxmışdır.
Qaldıkı, Azərbaycanın milli haqları ilə bağlı verilən şuarlar, sadəcə seçgi qabağı şuarlara bənzəyir. Xatırlatmalıyam ki, bu adamlar başqa bölgələrdə verdikləri şuarlar ve dedikləri sözlər təmamən fərqlidir. Hətta bəzi yerlərdə Kuruş- Daryuş- dan danışaraq aşırı fars milliyətçilərinin səsini qazanmaq istəyiblər. Sadəcə Mehdi Kərrubinin İranda yaşayan xalqların milli haqları haqqında verdiyi bəyaniyə nisbətən səmimi və əhatəli olduğuna görə bəzi milli hərəkətçilər ona daha çox inanır. Milli mübarizimiz, dəyərli din xadimi hüccətülislam Əzimi Qədimi iki həftə öncə zindandan çıxdıqdan sonra bir bəyaniyə verərək Kərrubini dəstəkləməsinində səbəbi elə budur. Bütün bunları nəzərdə alaraq, seçgilərdə fəaliyət göstərməyi faydalı sayan milli mübarizlərimiz, bu seçgilərlə bizim haq və hüquqlarımızın təmin olunmasına inanmasalar da, ondan faydalanmağı təklif etdilər.
- Seçkilərin nəticələrindən nə gözləyirsiniz? Musəvinin şansı varmı?
- Gələcək günlərdə hər hansı bir deyişiklik olmasa, fikrimcə, Kərrubi, Musəvi və Əhmədi Nəjad arasında gərgin yarış gedəcəkdir. Pozuntu olmasa, Musəvinin prezident olma şansını daha çox görürəm. Ancaq “ keşikçilər Şurası” nın bəzi namzədləri hədələyici dünənki davranışı Əhmədi Nəjadın dəstəklənməsinə bərabərdir. Gözlüyək görək.
Fikrimcə, Azərbaycanda bu səfər seçgidə iştirak edənlərin sayı %60 lara qədər artacaq. Yuxarıda adlarını çəkdiyim üç namzəd də təqribən eyni oranda bölüşəcəkdir. Siyasi fikirlərindən asılı olmuyaraq, sadəcə Əhmədi Nəjadın şansını azaltmaq üçün səslərin bölünməsini önləmə amacı ilə, Kərrubinin səslərinin Musəviyə qayma ehtimalı düşünülməkdıdir. Bu, bütün İranda olduğu kimi Azərbaycanda da da geçərli sayıla bilər.
- Sizcə Musəvi seçılməsə “Azərbaycan türklərinin haqlarını yedilər” deyə 22 may olayları təkraralana bilərmi?
- Musəvi seçilməsə, Azərbaycanda hər hansı bir hadisənin baş verməsinə inanmıram. Milli hərəkətçilərimiz “ koordinasyon şurasında” birləşseydilər, Dr. Ələminin səlahiyətinin rədd olması ilə bağlı dirənişlər böyüyə bilərdi. Bu təcrübə göstərdi ki, milli hərəkatımız birləşib, güc mərkəzinə çevrilirsə o ölkədə üçüncü quvvə kimi təzahür edəbilər. Buda demokratik mübarizəmizin başarısı ilə nəticələnə bilər.
- Bu günlərdə İranda etnik toplumların dilinin tədrisi ilə bağlı qəbul etdiyi qərarı necə dəyərləndirirsiniz? İcra olunacaqmı bu qərar, yoxsa elə seğki kampaniyası ilə itib-gedəcək?
- Bu məsələyə çeşitli zaviyələrdən baxmaq olar.
1- Millətin istəyi ana dilində iki vahid tədris deyil, ilk məktəbdən biliyurdlara qədər ana dilində icbari təhsildir. Bunun üçündə Güney Azərbaycanın tarixi topraqlarında ana dilimizin dövlət dili kimi qəbul edilməsi, olmasa olmaz prensibidir.
2- Ana dilini uşaqa ilk məktəbdən oğrətmək gərəkdiyi halda, vilayətlərdəki biliyurdlarda iki vahid ana dili seçmə haqqı tanımaq, uşaq aldatmaqdan başqa nə adlana bilər.
3 – Azərbaycanın uşaq baxcalarında körpə balalarımızla farsca danışmğı zorunlu edən hakimiyətin bu oyununa millətin aldanacağına inanmıram.
4 – Bu barədə, milli haqlar və ana dilində təhsil haqqında Mehdi Kərrubinin çox geniş, möhkəm və səmimi bəyaniyəsi, onun ardından Mir Hüseyin Musəvinin” xala xatirin qalmasın” biçimindəki bəyaniyəsinin qarşılığı olaraq Əhmədi Nəjadın ortaya atdığı iki vahid tədrisin iç mahiyəti sadəcə seçgi oyunudur. Bu haqda, anayasanın 15-ci maddəsindəki “ana dilində təhsil haqqı” və 19- cu maddəsi “ ölkədəki millətlərin biri birindən üstünlüyü yoxdur” qavramları 30 ildə qovluqdan çıxmamışdır. Blə bir durumda deyilən sözlərin dəyərini yarqılamaq, İranda hakim olan fars mərkəzli düşüncə sisteminin tərəzisində ölçülməlidir.
Bu məsələ ilə bağlı sözü uzaldıb, qızıl vaxtınızı almaq istəməzdim. Ama Şumali Azərbaycan müstəqilliyini bərpa etdikdən həmən sonra, Tehran çalxanalarkən, baş verən bir hadisəni anlatmaqla, bir yandan tarixi bir səsnəd kimi millətimizin zehnində qalması, bir yandan da, Azərbaycan probləmi ilə uğraşanların məlumatlandırılması üçün münasib görürəm.
1991- də , Şumali Azərbaycan yenidən müstəqilliyinə qovuşduqdan sonra , Tehran hakimiyəti əl ayağa düşərək, çeşitli planlar hzırladı. Şumali Azərbaycandakı nəft kontraktları, bütöv Azərbaycan söyləmi, cənubi Azərbaycan sevdası, bu planları qaçınılmaz edirdi. Güney Azərbaycanda çap olunan, milli duygulara oxşuyan yeni kitablar, o cümlədən “ Türkün qızıl kitabı” “ Qanlı sənələr” və “Almas Ildırımın seçilmiş şeirləri” fars hakimiyətini sancıladmışdı. Varlıq jurnalının hər sayınıda %20 –dən çoxu “ Qarabağ” probləminə həsr olunduğuna görə Tehranın bəzi addımlar atacağı hiss edilməkdəydi. Özəlliklə 1992-nin baharı, o zaman mətbuat naziri olan Sabir bəy Rüstəmxanlının başçılığı ilə Tehranda geçirilən kitab sərgisində baş verən bir hadisə Tehranı daha çox quşqulandırmışdı.
Kitab sərgisində iştirak edən, o zaman mədəniyət naziri olan Xatəmi, Sabir bəy və bir çox güneyli, oradakı böyük bir salona toplanaraq” aşıq Ədalətin” sazını dinlədik. Sabir bəy və xatəmi bəyin çıxışları zamanı, salonda səslənən Azərbaycan milli şuarları salonu titrədirdi. Xatəmi, utana-utana, qısıla-qısıla, qarın sancısından qıvrılan xəstə kimi azərbaycanlıların gönlünü almaq istəyirdi. Ancaq, yaşasın Azərbaycan səsinin cingildisi qulaqları kar edirdi, özüdə bir fars nazirin qarşısında. “Iki gün sonra şayiə yaydılar ki, Sabir Rüstəmxanlı Türk deyil. 1994-də Bakıya köçdükdən sonra Yardımlıya, oradan da Sabir bəyin kəndi olan hamara gedərək, onun rəhmətlik anası, qardaşları və kənd əhalısının dil, kültür və gələnəyində, ata kəndim olan Təbrizin 12 kilometirliyində Dizə kəndindəki anamın şəltə tumanı ilə oğuz türkcəsi və adət ənənələri ilə heç bir fərq görmədim”.
O zaman cumhur başqanı Haşimi Rəfsəncanınin birinci müavini Dr. Həbibi, İran televizyonunda bir program başlıyaraq , həftədə bir gün “ ana dilində təhsilin” vacibliyindən danışmağa başladı. Fikrimcə o programlardan məqsəd, aşırı fars milliyətçilərini 15-ci maddənin uygulanmasının güvən qaynağı olduğuna inandırmaq idi. Ancaq 7-8 ay sonra, kimlərin fərmani ilə o programlar kəsildi, 15-ci maddənin icrası yrine yeni basqılar artdı. Azərbaycan türkcəsində kitab çıxarmaq üçün dindirilmələr dərinləşdi, Təbriz radyosunda yarım saatlıq Türkcə program hazirliyan dostlarımız, o cümlədən rəhmətlik Prof. Zetabi hədələndi, Şumali Azərbaycanın əleyhinə qazetlərdə yazılar göbələk kimi gövərdi, Varlıq jurnaalına basqılar artdı VS. Bu, anti Azərbaycan siyasətlər haqqında kitablar yazmaq olar, ancaq, sözü burada qısaldaraq demək istəyirım ki, iki vahid tədrisdə bu oyunların hamısı kimi “ ayının minbir oyununa “ oxşar. Birləşib, güc mərkəzinə dönüşməkdən başqa çarəmiz yoxdur.
- Məlum olduğu kimi bu ay İsrail prezidentinin Azərbaycana gözlənilən səfəri ilə baglı İran Silahlı Qüvvələrinin komandanı etirazını bildirib. Bunu Azərbaycana təhdid hesab etmək olarmı?
- Yuxarıda da qeyd etdiyim kimi təəssüflə İrandakı fars hakimiyəti Azərbaycan və azərbaycanlıya təzyiq üçün bütün vasitələrdən istifadə edir. Bugün Güney Azərbaycanda xalq soruşur” İsrail ilə Ermənistan arasında hanki fərq varki, onu qarqış bunu alqışlayırsan. Oda işqalçıdır, buda, onlarda müsəlmandır, bunlarda, üstəlik bunlar həmidə Əli şiəsidir. Xalq ayıqdır və heç bir söz və siyasəti unudmur. 1998-də İran xarici işlər naziri olan Mühcirani, Ermənistanla əlaqələr ilişgisində , onlarında Aria ırqına mənsub olduğunu vurqulaması çox məsələyə aydınlıq gətirir.
Iran təyyarələrinin, Azərbaycan sərhədlərini pozduğu zaman, Bakı səmasında Türk ulduzlarını bir milyon Bakılının alqışladığı unudulmaz xatirədir. Bəlkə Türkiyədə bəziləri bilərək vəya bimiyərək Tehranın oyununa gələ bilər. Ama inamlı və imanlı Azərbaycan xalqı öz varlığını qorumaq üçün, məncə bugün hər zamankından daha güclüdür. Onun üçün mən bu təhdidlərdən qorxmuram, onlarda çox yaxşı bilirlərki, bu təhdidlər əməliyata çevrilirsə əsas ziyan görən özləri olacaqlar. Mənim qorxum, saf, təmiz və arınmış müsəlman olan xalqımızın bəzi sadəlovh çəvrələrindən suistifadə edərək, dini duyqularını istismar etmək çabalarındandır. Daxilimizdən vurmaq istədikləri xəncərlərin cəhətini deyişdirməyi bacarmalıyıq.

“Türküstan” qəzeti

Guney Azerbaycan Milli Birlik Shurasi, İranda bash veren hadiseler (beyaniye)

Seçgilər və Güney Azərbaycan-2
Güney Azərbaycan Milli Birlik Şurasının seçgilər haqqında birinci bəyaniyəsinin ardından, indiki yeni durumun yaranmasından sonra münasib dəyərləndirmənin önəmi inkar edilməzdir.
Bu seçgilər və bundan sonra ortaya çıxacaq əlverişli şəraitdən düzgün faydalnamq, milli hərəkatımızın qazanc və ziyanını diqqətlə ölçüb qərara gəlmək, bütün düşünür və qurumlarımızın boynunda bir görəv sayılmaqdadır.
Məlum olduğu kimi, geçən mərhələdə sayın Dr. Əkbər bəy Ələminin adaylığından yararlanaraq, milli hərəkatımızın mənafei uğrunda fəaliyətlər, nisbi olaraq müsbət nəticə vermişdir. Ancaq bu soydaşımızın səlahiyətinin qəbul edilməməsi göstərmişdir ki, təəssüflə bugünkü Tehran hakimiyəti demokratik usullara dayanan məntiqi fikirlərə, antidemokratik zorakılıqla cavab verməkdədir. Aydındır ki, gücün qarşısında ancaq güc dayana bilər. Fikrimizcə, geçən mərhələdə bütün soydaşlarımız əl-ələ verərək öz gücünü göstərmiş olsaydı, milli hərəkatımız daha böyük uğur qazanaraq, Təbrizdən adaylığını qoyan və Azərbaycanı öz təşkilatı hesab edən sayın Əkbər bəy Ələminin yeni mərhələlərə yüksəlməsi ilə nəticələnəckdi. Buda, dinc yolla, azərbaycanlıların milli haqlarının qazanılmasında irəliyə doğru böyük addımlar atmağa yaraya bilərdi. Şübhə yoxdur ki, bundan sonra nə olursa olsun, koordinasyon şurasının və millətimizin bir bölümününü dəstəklədiyi sayın Əkbər bəy Ələminin hüquqlarını müdafiə, onun, bundan sonrakı davranışlarına bağlı olaraq bizlərin borcudur. Ancaq ondan daha vacibi, onun seçgi mərkəzlərində fəaliyət edənlər və koordinasyon şurasını himayət edənlərin daha ciddi, daha güclü müdafiəsi yer almasıdır.
Seçgi prosesində, yuxarıda qeyd edilən hadisənin yanında, başqa məsələlərdə ortaya çıxmışdır. Mehdi bəy Kərrubi və ardından, Mir Hüseyin bəy Musəvinin, ölkədə yaşayan millətlərin haq və hüquqlarının təmini barədə seçgi bəyaniyələri, üzdən iraq islahatçı Xatəminin, türklərə əhanətinin gecikmiş video yayımı, seçgilərin nəticəsini bəlirliyən gücün, Türklər olduğunu vurqulayan Tehrandan yayılan fikirlər, diqqət və analizə layiqdır.
Xatəminin səviyəsiz və ozünə layıq danışıq filminin seçgi qabağı yayılma səbəbini , bəzi
dostlarımız haqlı olaraq, Türklərin səslərinin Əhmədi Nəjada qaydırılma fikrini güdən bir oyun olduğunu bildirməkdədirlər. Xatəmi, o filmin saxta olduğunu vurqulayıb, təkzib etməsi vəya Azərbaycan və azərbaycanlı haqqında aldatmacalar söyləməsi, əslində heç bir şeyi deyişmir. Fars və farsçılığı, ölkədə yaşayan bütün millətlərdən üstün tutan rasistlərin sözü yox, əməli milakdır.Hamımız bilirik ki, şovinizmin bütün nümayəndələri, istisnasız olaraq həmin zehniyəti daşımaqda və anti-Türk siyasətlərin icrasında müsabiqə verməkdədirlər.
Millətlərin haq və hüququ barədə verilən bəyaniyələrdə, Kərrubi bəyin yanaşmasının dərinlkləri qarşısında Musəvi bəyin dayaz toxuntusu açıqca görünməkdə və onun kölgəsi altında qalmasıda anlaşılmaqdadır. Seçgi qabağı bütün bu oyunlara baxmıyaraq, özəlliklə namzədlərin ümumi çıxış və təbliqatları, İranda farsçılıq siyasəti üzərində qurulduğuna görə, millətimizin bu aldatmacalara inanacağı inanılmazdır. Bunun yanında, ölkədə fars mərkəzli düşüncə sistəminin qalib olduğu halda, bu insanlarında ona qol çəkdiyi bir durumda, bu yarım yapalaq, bəyaniyələr vəya qəsdən yayılmış video görüntüləri ayıq millətimizi aldatmağa gücü çatmamalıdır.
Bütün bunları göz önündə tutarq, Güneydəki çətinlikləri hiss edərək, oradakıların bir daha titrəyib özünə qayıdaraq “ KoordinasyonŞurasında” daha güclü və sistematik çalışaraq nəzər vermələrini doğru bir hərəkət hesab edirik.
Bununla belə və günün şəraitin nzərdə alaraq, namzədlərdən açıq və net olaraq milli haqlarımızın tanınıb, icrası barədə rəsmi, düzgün və aydın bəyanat vermələrini istəməkdə fayda görürük. Bu haqda, genə bəzi çətinlikləri nəzərdə alaraq, həmçinin, istər koordinasyon şurası, istərsə də geçən dönəmdə daxildən gələn başqa nəzəriyələri göz önündə tutaraq, aşağıdakı istəklərin, adayların bəyaniyələrində əksini tapmasını uygun görürük. Bu istəklər ana yasanın 19-cu maddəsindəki “ ölkədə yaşyan millətlərin bərabər hüquqlu və biri birindən üstün olmadığını” vurqulauyan cümlələrinin məfhumunu ortaya qoyduğuna görə qanuna uygun və Azərbaycan milli hərəkatının demokratik usullarla mübarizə sisteminə münasib görünməkdədir.
1- Güney Azərbaycanda ilk məktəbdən biliyurdlara qədər ana dilimizin ədəbi formasında icbari olaraq tehsil alınması.
2- Güney Azərbaycanda anadilimizin ədəbi formasında azad ve demokratik mətbuat və radio televizyonların fəaliyətlərinin təmin edilməsi.
3- Azərbaycanın iqtisadiyatının dağılması nəticəsində millətimizin böyük fəlakətdən qurtulması üçün, bütün potansiyelindən istifadə edərək iqtisadiyatın inkişafının təmin edilməsi.
4- İsrailə mənfi münasibət səbəb- nəticə fəsəfəsinə dayanırsa, Azərbaycan torpaqlarını işqal edən Ermənistan-a göstərilən müsbət münasibət, ancaq irqçılığın nəticəsi ola bilər.
Ölkədə yaşayan millətlərin hər birinin özünə görə özəl probləm və istəkləri olduğuna görə yuxarıdakı maddələrin ancaq, Azərbaycana aid olduğu vurqulanmaqdadır.
Əmin və arxayınıq ki, yüksək siyasi şuurunu tarix boyu sübut etmiş, ancaq, milli kimliyinə dərindən dayanmadığına görə başarılı olamamış millətimiz, apartaidın seçgi oyunlarına gəlmiyəcək. Nə, xatəminin çirkinliklərinə görə qatil Əhmədi Nəjada hə diyəcək, nədə Türklük şuuru olmuyan adaylara, ancaq Türk olduğuna görə səs verəcəkdir. Geçmiş hakimiyətlər dövründə,Cabbarzadə kimi talançıların millətə yemək paylaması və bahalı posterlər hazırlaması, maddi mənafe qazanmaq üçün məqam dalında olanların Tehranda “ Azəri cəmiyəti” yaradması, Azərbaycanda fürsətlərdən yararlanaraq “ torpaq quldurlarının” qeyri milli davranışları, millətimizi aldatmıyacaqdır.
Ölçü dəyərimiz, ancaq, Azərbaycanımızın mənafeini təmin edəcək, açıq və aydıncasına milli varlığımızı tanıyan və gərəyini yerinə gətirəməyə verilən yazılı söz olacaqdır.
Hörmətlə : Güney Azərbaycan Milli Birlik Şurası 29.05.2009

Ərsan Ərel, HACI LEYLƏYİN DÖRDÜNCÜ BALASI (GÜNEY AZƏRBAYCANIN ULUSAL SAVAŞI)

Qış çıxan kimi ayaqlarını uzadıb günəşin qabağında günəşlənərsən. Bir anda görərsən Hacıleylək də pir deyə evin qabağında olan ağacın, dirəyin bışna qonub “ Bura da mənim” deyə tutdurar. Ordan burdan topladığı çırpılarla neçə günün içində özü üçün bir yuva düzəldər. Bir neçə gündən sonra görərsən hacı müəllimin yuvasında 4 balaca bala cıvıladaşmaqdadır. Neçə gün geçmədən baxarsan balaca balaların ən cansızı yerdə sürünür. Hacı da olaya aldırmadan yuxarda o birləri bəsləməkdədir. Öz özünə hacının olaydan xəbərsiz olduğunu düşünərsən. Bir yolla onu yuvaya qoyarsan. Aşağıya enmədən görərsən yenə o dördüncü bala səndən qabaq aşağıdadır. Bir kəz iki kəz bunu yoxlarsan, Sonra bu işin içərliyini anlamaq üçün, birini də çağırarasan. Bir kəz də qaldırıb yuvaya qoyarsan: “ Hacının özü atdı” səsi səni özünə gətirər.Sonra bu işdən əl üzüb düşünməyə başlıyarsan. “Ay hacı sənin yuvanda yer yoxudursa, nədən 3 deyil 4 yumurtladın?” Bütün sorular səfsətə kimi baş yormaqdan başaq bir sonuc verməz. Ən sonunda alın yazısına üz tutaraq deyərsən, “ Hacı leyləyin dördüncü balasının da anlına belə yazılmış.” Azərbaycanın ağız yazınında Hacıleyləklə ilgili nə qədər söz deyildiyini bilmirəm.Ancaq Iğdırda bu çox ünlü bir deyimdir Niyə hacıleyləyin dördüncü balasıyam).
Güney Azərbaycan ulusunun da alın yazısında özdəş bir yaklaşımı görürəm. Afriqanın Amazonun, sıx ormanlarında bütün özgürlükçü savaşların bir yandaşları vardır. Gəlişmiş toplumlarda heyvanların belə(Hacıleyləyin dördüncü balasından başqa) haqlarını savunacaq gruplar vardır. Ancaq bu yazığım güneylidən başqa.

Bir neçə ildir sağdan soldan yorqanlarını toplayıb ulusal savaşa qatılanların olmasına sevinirdik. İranda baş vermiş son olayalar bu admların çoxunun tumansızlıqdan, tumançaq olduğunu göstərdi.İndi görürük bunların çoxunun tutumları gənəl iran siyasətinə yönəlmiş, Azərbaycanın ulusal savaçını da bir əngəl olaraq görürlər. Demək ağla qara çətin gündə bəlli olarmış. Sən demə bu insanlar siyasal əxlaqdan bilgisiz, gerçəkləri görməzdən gələn söz oyunçularıdır. İllər boyu içlərində dustaqladıqları İrançılq(oxu farsçılıq) özləmi alovlanıbdır. “ Bu gün güney Azərbaycanın ulusal konusunu gündəmə gətirmək , gənəl iranda gedən savaşa ziyan verər. Orda olan gücləri parçalayır. Biz öncə bu molla diktatorluğuna son qoymalıyıq sonra...” Pah atunan papaq altında iş görəcək oğlanlar varmış, biz bilmirdik. Bunların siyasal izləncələrinin(platformlarının) içərlyindən kimsənin də xəbəri yoxdur. Onu xəyalcılıqda bir cənnətə gedəcəklər, bir də komonizmdə yaşıyanlar bilər. Demək bizə nə. Biz Güney Azərbaycan Türkləri Hacıleyləyin dördüncü balası, siyasal qurumların analiz mərkəzlərinin kiçik qurbanlarıyıq. Onda biriləri deyəcəklər “Hara getdi bu siyasal tanrıların əxlaqlar.” Boş verin əxlaqı, o ölçüsü olmayan sözcük, yerdə sürünən Hacıleyləyin dördüncü balasına yaşam haqqı tanımır. Çün onların siyasal yazınlarını yazanların yazqanlarının mürəkəbi qandanıdı. Yazığım sana Hacıleyləyin dördüncü balası. Sən yerdə sürünərək qardaşlarının, bacılarının , ananın, atanın başqa canlıların gözü önündə can verəceksən. Ancaq ümidini itirmə,yaşmda hər şey hər anda ola bilər. Qışın gedəcəyi, yazın gələcəyi bir doğa kuralıdır. “ Üzü qaralığın kömürə qlacağını” bilməmiz gərəkir. “Biz özgə çırağına yağ olmanın” sonunun olacağına inanırıq. Çiyinlərimiz üstündə gəzdirdiyimiz baş bizdən olandan sonra. Xoşca qaalın” Hacıleyləklərin dördüncü balaları.”

Dünya Azərbaycanlıları Konqeresinin İrandaki seçgi saxtakarlıqına qarşı bəyanatı

Bəyanat DAK-ın Ukrayna, Avropa, Rusiya, Amerika, Türkiyə və Azərbaycan nümayəndəliyi tərəfindən də yayımlanmışdır.

Bəyanatlarda bildirilir.
Təməli 1979-cu ildə qanla qurulan faşist molla hakimiyyəti 30 ildirki İran adlanan məmləkətdə hakimiyyətinin ilk günlərinidən bəri qeyri fars millətlərin tarixi ərazilərində bütün milli sərvətini talan edərək İranın daxilində və xaricində radikal terror quruplaşmalarını maddi və mənəvi cəhətdən təmin edir.
Panfarsist sistem radikal şiə olmayan insanlara qarşı hər bir cinayətə əl atmaqdadır. Fars olamyan millətlərin dilini, dinini, tarixini, milli mənsubiyyətini, mədəniyyətini, adət və ənənələrini, məhv etməklə yanaşı İran adlanan ölkənin qapılarını bütün sivil dünaya ölkələrinə bağlayaraq öz milli və insani haqlarını tələb edən insanları həbsə, işgəncəyə, edama, daşqalağa və sürgün cəzalarına məruz qoyur.
Bu yollarla qeyri insani hakimiyyətlərini davam etdirir. İranda işsizlərin, narkomanların, aclıq və səfalətdə yaşayanların sayı İran adlanan ölkənin əhalisinin 50%-ni təşkil edir.
Bu rejim bütün beynəlxalq konvensiyalara imza atmasına baxmayaraq ölkədə insan hüquq və azadlıqlarını kobud şəkildə pozaraq vətəndaşların söz, qələm və seçib- seçilmə huquqlarını əlindən alaraq 70 milyondan artıq bir toplumun taleini “Vilayəte Fəqih” adlı beş on nəfər savadsız və cinayətkar mollanın nəzarətinə verib. 30 il müddətində İranda heç zaman normal seçgi həyata keçirilməyib.
“Vilayəte Fəqih”-in təyin etdiyi şəxs və ya şəxslər istədikləri qədər İranda yüksək vəzifələrə hakim olaraq yalnız xalqın sərvətini talamaqla məşqul olublar. Bu ilin 12 iyun tarixində keçirilən Prezident seckilərində məhz bu rejimdən cana doymuş xalq kütlələri antidemokratik quruluşdan qurtuluş üçün 10-cu prezdent seçgisində aktiv iştirak edərək ümüdlərini doğrulda biləcək və güman etdikləri namizədə səs verdi.
Ancaq 30 il bundan əvvəl oldugu kimi 10-cu prezident seçgisində də məhz bu rejim bir daha öz dikdator və faşist mahiyyətini ortaya qoydu. Belə ki, İran adlanan ölkədə həyata keçirilən seçkilərdə əhalinin 60% səsini qazanan islahatçıların namizədi əslən türk olan Mir Hüseyn Musəvi rejimi ciddi qorxuya saldı.
Molla hakimiyyəti seçkilərdə saxtakarlıq edərək yenə Vilayəte Fəqihin təyin etdiyi Mahmud Əhmədinəjadı qalib elan etdi. İran xalqları özəlliklə İran əhalisinin 60%-ni təşkil edən Güney Azərbaycan türkləri hər zaman olduğu kimi rejimin saxtakarlığına etiraz olaraq Təbrizdə, Urmiyədə Tehranda və ölkənin başqa şəhərlərındə kütləvi etiraz aksiyaları keçirməyə başladı.
Milyonlarla insanın diktator rejimin əleyhinə dinc etiraz aksiyaları keçirməsinə baxmayaraq molla hakimiyyətinin polis və xususi təyinatlıları dinc əhaliyə qarşı silahlı hucum edərək çoxlu sayda insanın ölümünə, yaralanmasına və həbsi ilə nəticələnməsinə səbəb oldu. Nəticədə bütün bu hadisələrin mahiyyəti birdaha subut etdi ki, İran adlanan ölkənin tarixi şərait baxımından hakimiyyətdə olan rejimin dəyişməsinə ehtiyac duyulur. Eyni zamanda bu hadisələr bir daha sübut etdi ki, siyasi proseslərin dəyişməsində mütləq idealoji təmayüllər əsas vasitədir.
Bütün tarixi prosseslər sübut edib ki, diktator rejimlər demokratik dəyərlərlə mübarizədə məhvə məhkum olub. Nəhayət XXI əsrdə panfarsist sistem demokratik cərəyanların qarşısında məhv olmaqdadır. Artıq bu poroseslərin qarşısinı almaq tarixi şərait baxımından mümkünsüzdür.
Belə bir tarixi dönəmdə prossesləri yaxından izləyən Dünya Azərbaycanlıları Konqresi bəyan edir ki, İranda baş verən bütün hadisələr demokratiyanın qələbəsilə nəticələnəcək və İran adlanan ölkədə bütün millətlər öz milli azdalıqını təmin edəcək. O cümlədən tarixi torpaqlarında fars şovinizminin əsarəti altında yaşayan Güney Azərbaycan türkləri də öz müqəddəratını təyin edəcək.
Ancaq bütün bu hadisələrdə İran hakimiyyəti ölkənin daxilində baş verən irtica rejimə qarşı mubarizəni və milli azadlıq hərəkatını xarici quvvələrə bağlayaraq demokratik inqilabı hərəkatı boğmaga çalışır. Faşist molla hakimiyyəti bilməlidir ki, demokratiya idolojiyasının qarşısını almaq mümkün deyil, çünki demokratiyanın sərhədləri yoxdur.
Artıq İran adlanan məmləkətdə xalq dikdator rejimlərə yox deyir. Azdlıq uğrunda mubarizə qarşısı alınmaz bir prosesdir və paniranist molla rejimi məhvə məhkumdur.
Dünya Azərbaycanlıları Konqresi
Həmsədrləri: Prof. P. Qəlbinur və Dr. M. Xeşti

23 Haziran 2009 Salı

Sinan Ogan, İran’da Cumhurbaşkanlığı Seçimleri: Sistem İçi Mücadeleden, Sistemle Mücadeleye

İran’da 12 Haziran 2009 tarihinde yapılan seçimler başlangıçta bir sistem içi mücadele olarak başlamıştı. Anayasayı Korucular Konseyi’nin (Şuray-ı Nigâhban) onayından geçen dört aday sistemin bir parçasıydı ve yürüttükleri mücadele de aslında sistemin içerisinde bir yarıştı. Mir Hüseyin Musevi, 1981 yılından itibaren önce dışişleri bakanı ve ardından da 1989 yılına kadar başbakanlık yapmıştır. Savaş yıllarının tüm imkansızlığında başarılı bir başbakanlık dönemi geçirmiş, sisteme bağlı bir isimdir. Mehdi Kerrubi iki dönem İran Meclis Başkanı olarak görev yapmış reformist bir din adamıdır. Muhsin Rızai ise 1981-1997 yılları arasında Devrim Muhafızlarına komutanlık etmiştir. Sistemin içinden gelmeyen ama sisteme çabuk adapte olarak kendi sistemini yaratma mücadelesine girişen mevcut Cumhurbaşkanı Mahmut Ahmedinejad bir dönem Devrim Muhafızlarına katılmış, ardından önce Tahran Belediye başkanlığı yapmış ve sonrasında ise cumhurbaşkanı seçilmiştir. Ahmedinejad Velayet-i Fakıh’a bağlı bir isim olarak gözükse de aslında dini liderin mutlak hakimiyetinden rahatsız olan ve güvenlik birimlerini arkasına alarak kendi sistemini yaratmak isteyen halk adamı hüviyetini ön plana çıkaran bir liderdir. Ahmedinejad sistem dışından gelmiş olmasına rağmen sistemle entegre olan din adamı kimliği bulunmayan ve sistemi Rusya benzeri (Siloviki) bir yapıda güvenlik güçlerinin etkinliği altına sokmaya çalışan bir lider portresi çizmektedir.

Onaylanmış dört adayın seçim mücadelesi mevcut Cumhurbaşkanı Mahmut Ahmedinejad’ın devlet imkanlarını kullanmasına rağmen genel olarak demokratik bir mücadeleye sahne olmuştu. Ancak seçim sonuçlarının açıklanmasıyla beraber seçimleri kazandığı ilan edilen Ahmedinejad’ın aldığı oy oranı karşısında rakipleri Mir Huseyin Musevi, Mehdi Kerrubi ve Muhsin Rızayi seçimlere hile karıştırıldığını öne sürerek itirazlara başladılar. İtirazların İran geneline yayılması ve halkın çeşitli tabakalarına inmesi İran’da sistem içi çatışmayı sistemle çatışma haline dönüştürmeye başlamıştır.

İran’da başlayan itiraz dalgasının yer yer çatışmaya dönüşmesi üzerine Velayeti Fakıh Ayetullah Ali Hamaney’in Cuma hutbesi merakla beklenmiştir. Hamaney Cuma hutbesinde seçimleri Ahmedinejad’ın kazandığı ve göstericilerin artık evlerine dönmesi gerektiğini açıklamıştır. Oldukça sert sayılabilecek bu açıklamada Hamaney tarafını net bir şekilde ortaya koymuştur. Hamaney’in Cuma hutbesinden sonra gösterilerin zayıflaması bekleniyordu. Ancak öyle olmadı. Gösteriler azalmadığı gibi Mir Hüseyin Musevi de aynı sertlikte dini lidere cevap verdi. 1989 yılından beri ilk defa dini lider bu kadar açık ve sert biçimde eleştirildi.

Mir Hüseyin Musevi İnternet’te yayınlanan açıklamasında, İranlıların ‘yalanları ve hileleri’ protesto etme hakkına sahip olduğunu bildirdi. Bununla birlikte Musevi, destekçilerinden şiddetten kaçınmaları ve itidalli davranmalarını istedi. Musevi isim vermemekle beraber Hamaney’i ''İslam cumhuriyetinin cumhuriyetçi özelliğini tehdit etmek ve yeni siyasal bir sistem dayatmayı amaçlamakla'' suçladı.

İran’da seçimlerle başlayan olayların giderek sistem çatışmasına dönüşmeye başlandığı da açıkça görülmektedir. Zira en başından beri kendisini “reformcu” veya “muhafazakar” tanımlamaları içine hapsetmeyen, sisteme karşı çıkmayan ve İslam’ı daha iyi yaşama çağrıları yapan Mir Hüseyin Musevi, artık sisteme yönelik eleştiriler yapmaya ve bu manada dini lideri eleştirmeye başlamıştır. 12 Haziran’da yapılan cumhurbaşkanlığı seçimleri ve sormasına yaşanan gelişmeler bize şunu göstermektedir ki, bu kriz nasıl sonuçlanırsa sonuçlansın İran’da Velayet-i Fakıh makamı ilk kez tartışılır hale gelmiştir.

Cuma hutbesiyle açıkça taraf olan Hamaney’in ve Anayasayı Koruyucular Konseyi’nin bundan sonra nasıl bir tutum takınacağı önemlidir. İra’daki durum artık seçim itirazlarından öte sisteme yönelik itirazlar halini almış, göstericilerin tutumu da Ahmedineja’a karşı gelmenin ötesinde karakollara ve devlet binalarına yönelmiştir. Açıkçası İran’da itirazlar sadece Ahmedinejad’a değil, aynı zamanda devlete ve dini lidere de yönelmiştir.

Anayasayı Korucular Konseyi yaklaşık 50 kentte seçim usulsüzlüğü olduğu ancak bunun seçimleri etkileyecek boyutta olmadığı gerekçesiyle seçimlerin iptaline gerek görmemiştir. Şimdi göstericilerin sokaklardan çekilmesi için rejimin önünde iki yol vardır ve her ikisi de rejim için tam bir çıkmaz olacaktır. Bunlardan ilki seçimlerin iptali ve yenilenmesidir. Bu durumda gösteriler sona erebilir ama burada da iki ciddi sorun vardır. Birincisi yenilenecek seçimleri Musevi’nin kazanması ihtimali yüksektir. İkincisi de dini liderin açık ve net bir şekilde seçimlerde usulsüzlük yoktur açıklamasından sonra seçimlerin yenilenmesi ülkede dini liderin otoritesini yerle bir eder ki, bu da sistemin çatırdaması anlamına gelir. Bu sebeple seçimlerin yenilenmesi çok olası gözükmemektedir. Diğer bir ihtimal ise rejimin giderek sertleşmesidir. Zaten Devrim Muhafızlarının yaptığı açıklama da bu yöndedir. Ancak gelinen noktada rejimin sertleşmesi de bu saatten sonra fayda vermeyecek ve hatta ters bile tepebilecektir. Ve hatta gösterilerim sert şekilde bastırılması kısa vadede bir sonuç veriyor gibi gözükse de orta vadede bunun daha kötü sonuçları ortaya çıkabilecektir. Şunu da belirtmek gerekir ki, hem dini lider ve hem de Ahmedinejad İran halkını çok iyi tanıyamamış ve son yıllarda büyük değişim geçiren İran halkının neler yapabileceğini iyi hesaplayamadıkları anlaşılmaktadır.

Burada bir önemli husus daha vardır. Bu da siteme ve seçimlere karşı yapılan itirazlara İran’ın ikinci büyük etnik unsur olan yaklaşık 35 milyon civarındaki Türk nüfusun şimdilik dahil olmamasıdır. Zaten Güney Azerbaycan’ın başkenti Tebriz’e baktığımızda bu bölgede cidi bir gösteri yapılmadığı görülmektedir. İran Türkleri İran’da yaşananları sistem içi mücadele olarak görmekte ve şimdi bunun dışında kalmayı tercih etmektedirler. Zira bu seçimde ve sonrasında yaşanan olaylarda İran Türkleri için herhangi bir yeni durum görmemektedirler. Hatta İran Türkleri daha önce kendi mücadelelerine bu kesimlerin hiçbir destek vermediğini de ileri sürmektedirler. Burada Mir Hüseyin Musevi’nin Türk olmasına rağmen şimdilik sessiz kalan İran Türklerinin bundan sonra nasıl bir tavır takınacağı hususu İran olaylarının bundan sonra hangi seyiri izleyeceği hakkında da ipuçları verecektir. Unutmamak gerekir ki, 1979 yılında yapılan devrimde İran Türkleri ciddi katkılarda bulunsa da Humeyni iktidara geldikten sonra İran Türklerine hiçbir açılım getirmediği gibi var olan birçok haklarının da ellerinden alındığını ve hatta devrim önce kendi çocuklarını yer prensibinin burada devreye girdiğini ileri sürmektedirler.

İran’da gösteriler arttıkça İran’ın batıya yönelik eleştirilerinin dozu da artacaktır. İran gösterileri elbette bir Turuncu Devrim olarak gözükmemektedir ve daha çok iç dinamikler ile hayata geçirilen itirazlar olarak ortaya çıkmaktadır. Ancak batının da sütten çıkan ak kaşık olmadığını, İran’daki olayları yönlendirme gücüne sahip olmasa da yaşanan olayları memnuniyetle izledikleri söylenebilir. Bundan sonra rejim muhtemeldir ki bu hareketleri bir Turuncu Devrim olarak algılamakta ve “kökünü” dışarıda aramaktadır. Bu çerçevede İran’ın bir başka suçlaması da olaylara karışanların çeşitli terör örgütü üyelerinin olduğu iddiasıdır. Bu çerçevede rejime muhalif Halkın Mücahitleri Örgütü’nün önümüzdeki günlerde daha fazla gündeme gelebileceğini öngörebiliriz.

Halkın Mücahitleri Örgütü’nün olaylara karışması ve/veya rejim tarafından böyle bir suçlamanın ortaya çıkması İran ile Türkiye arasında bazı sorunların çıkmasına da sebep olabilir. Zira Türkiye’de İran’dan gelerek yaşayan bazı kesimlerin İran tarafından Halkın Mücahitleri Örgütü üyesi olma suçlamasıyla karşı karşıya kalınabileceğini de unutmamak gerekir.

İran her durumda kolayca durulacak gibi gözükmemektedir. Ahmedinejad’ın yönetimde kalması durumunda İran’da önümüzdeki dönemde uzun süredir kış uykusunda olan terör örgütlerinin ve ayrılıkçı örgütlerin yeniden faalleşmesi mümkündür. Ancak İran’da bugün yaşananları anlamak için Dini Lider Ali Hamaney’in oğlu olan ve aynı şekilde din adamı olmasına rağmen daha çok Besiç Paramiliter güçlere komutanlık eden ve irandaki ticareti yönlendirmeye çalışan, aynı zamanda da Dini Liderin yerine hazırlandığı iddia edilen Müçteba hamaney’in dikkatli bir şekilde izlenmesi gerekmektedir.

Yeri gelmişken bir hususa da değinmek gerekir. Dış politikada ülkeleri yakından takip etmek ve nüanslar vakıf olmak uzun vadede sizin hata yapma riskinizi önemli ölçüde azaltır. Tersine üstünkörü bilgiler ile yapılan değerlendirmeler ise kısa vadede başarı olarak görülse bile orta ve uzun vadede sizi hataya sevkeder. Bunun en iyi örneğini komşu ülkelerde yapılan seçimlerde Türkiye’nin tutunduğu tavırda gördük. Türkiye daha önce seçim sonuçlarının netleşmesini beklemeden Türkiye ile uzlaşmadan yana Levon Ter Petrosyan’a karşı alelacele Serj Sarkisyan’ı tebrik ederek ciddi bir hata yapmıştı. Şimdi benzer bir hata İran seçimlerinde de yapılmıştır. Zira İran’da bütün seçimler ancak Anayasayı Korucular Konseyi’nin onaylamasından sonra geçerli sayılmaktadır. Oysa Türkiye Anayasayı Korucular Konseyi’nin onaylamasını beklemeden Mahmut Ahmedinejad’ı seçimi kazanması sebebiyle tebrik etmiştir. Ancak Ahmedinejad’ın İran’da seçimleri kazandığı açıklansa da bu daha resmen ilan edilmemiştir. Ve hatta artık resmen ilan edilse bile koltuğunda çok rahat oturacak gibi gözükmemektedir. Ancak bir önemli uyarıda da bulunmak gerekir. İran toplumu her zaman dış tehdide karşı birleşebilen bir toplumdur. Bu sebeple İran rejimi içeride yaşanan huzursuzluğu sona erdirmek ve dikkatleri başka yöne çekebilmek için bölgede bir maceraya girişebilir.
http://www.turksam.org/tr/a1702.html

Arif Keskin, Ahmedinejad Neden Seçimlerin Galibi İlan Edildi?

12 Hazirandaki seçimin sonuçları, İran’da rejim içi ayrışma ve güçler dengesi açısından bir kırılma noktası olmuştur. Rejim kaygan bir zemin üzerinde, birtakım güç kümelerinin birleşimi ile kurulmuş ve yürümekteydi. Bu güç kümelerinin arasında bir dengenin sağlanması ise hem rejimin kurucusu Humeyni hem de halefi Hamaney için önemli olmuştur. Bu nedenle, İran’daki seçimlerin en önemli işlevi sistem içi güç dengelerinin yeniden sağlanması ve ihtilafın törpülenmesi olarak görülmüştür. 12 Haziran seçimlerinde ise, bu dengenin ortadan kalktığını görüyoruz. Seçim, rejimin gerçek iktidarının, sistem içindeki bazı grupları artık uzaklaştırmak istediğine, onlara iktidardan pay vermemek istediğine işaret ediyor.

Aslında 12 Haziran’da gözler önüne serilen bu kırılma, Ahmedinejad’ın Cumhurbaşkanı olmasıyla başlamıştı. Ahmedinejad, 1979 İslam Devrimiyle yeni rejimi kuran dini, ekonomik, bürokratik ve siyasi eliti tasfiye etmek isteyen genç muhafazakâr kuşağın temsilcisidir. Bu kuşak, devrimin bazı din adamları ve politikacılar tarafından saptırıldığını düşünmekte. Buna göre, İran’ın ekonomik kaynakları belli ayrıcalıklı gruplar tarafından sömürülmektedir. Nitekim Ahmedinejad 2005’e kadar İran’da iktidarda olan hükümetleri yolsuzluk ve fesatla suçlamaktadır. Bu nedenle, Ahmedinejad ve arkadaşları, devrimin ilk nesil liderlerinin kenara çekilmesini ve 1979’dan sonra oluşan statükonun değişmesini istiyor.

Ahmedinejad’ın bu arayışı rejim içi çatışmayı reformcu-muhafazakâr ayrımının ötesine götürerek Muhafazakârların da parçalanmasına neden olmuştur. Muhafazakârlar zaten, Ticari burjuvaziyi temsil eden molla ve çarşı/Bazaar ittifakı olan gelenekçiler; sanayi burjuvazisini destekleyen ve Rafsancani ile özdeşleşen ılımlı muhafazakâr ve genç muhafazakâr kuşağın temsil ettiği Usulgera (ilkeciler) ile üç ana akıma bölünmüşlerdi. Ahmedinejad ise bu üç ana eğilimi param parça etmiştir. Ahmedinejad’ın statükoyu değiştirme arzusu, kendisini, İran’daki dini, ekonomik ve siyasi elitin büyük bölümünü oluşturan ılımlı ve geleneksel muhafazakârların ve mollaların istenmeyen adam listesine sokmuştur.

Ahmedinejad’ın bu kadar geniş bir cephede savaşması aslında hayli anlamlı. İran siyasi hayatında düşük profilli bir figür sayılan Rafsancani’nin valisi Ahmedinejad şimdilerde onun tahtını sallayacak kadar güçlenmiş gözüküyor. Ahmedinejad’ın bu gücü ise dini lider Hamaney, ordu (Devrim Muhafızları) ve radikal din adamlarının desteğinden kaynaklanıyor. Bu desteğin nedenlerine bakarsak, Hamaney’in kendi liderliğini sağlama almak için “böl yönet” politikasını izlemekle birlikte, bir taraftan da, bu grupların kendisini engellediğini, hatta rejimi törpüleme niyetinde olduklarını düşündüğü söylenebilir. Kendisini rejimin koruyucusu olarak gören Devrim Muhafızları ise, 1979’dan beri o kadar güçlenmişlerdir ki, mollalara itaat etmek istemiyor. Dahası, diğerlerinin yozlaştığına ve devrimci özelliklerini kaybettiklerine inanıyorlar. Bu nedenle, Hamaney ve askerler Ahmedinejad üzerinden diğer grupları zayıflatmak istemekteler.

12 Haziran aslında bu çatışmanın bir ürünü. Tam da bu nedenle, İran’daki Cumhurbaşkanlığı seçimlerini reformcu-muhafazakâr ikilemi içinde değerlendirmek mümkün değildir. Bu seçim aslında, muhafazakârların kendi iç çatışmasının bir sonucudur. Nitekim bu seçimde muhafazakârların geleneksel–ılımlı kanadından bir bölümü reformcularla ittifak yapmıştı. Bu durum 1980’den sonra İran devlet sistemi içinde gelenekselleşmiş sağ-sol veya reformcu-muhafazakâr saflaşma/ayrışma modelini kırmıştır.

Bu seçimlerin diğer bir özelliği ise, tarafların toplumsal tabanlarını seferber ederek, iktidar savaşını toplumsal alana da taşımalarıdır. Bu amaçla, devlet aygıtında statükoyu değiştirmek istese de ise toplumsal değişimin karşısında duran Ahmedinejad, her toplumsal özgürlüğü dinsizlik olarak yorumlayarak bastırma kavgasında arkasına dini hassasiyeti yüksek, yoksul ve kırsal kesimi almıştı.

Mir Hüseyın Musavi, ise Ahmedinejad’ın karşısında yalnızca reformcuları değil, Hamaney ve askerlerden hoşnut olmayan muhafazakâr mollaların da desteğini almıştı. Bu düşünceyle kentli, eğitimli ve orta sınıf üstü toplumsal tabanını seferber etmekte başarılı oldu.

Mir Hüseyin Musevi aday olduğunda, Hamaney ve çevresi onun Ahmedinejad karşısında ezileceğinden kuşku duymuyorlardı. Zira, Hatemi liderliğindeki reformcuların 1997-2005 dönemindeki başarısızlıkları halkın nezdindeki inandırıcılıklarına önemli oranda zarara vermiş ve seferberlik potansiyelini düşürmüştü. Ancak, etnik, dinsel-mezhepsel ve kadın hakları konusunda hareketlilikler analiz dışı kalmıştı.

Bu beklentiye karşılık, sistem içi çatışmanın ağırlığı ve tarafların toplumsal tabanlarını hareket geçirmesi seçimin tansiyonunu yükseltti. Bu ortam ise seçimi Ahmedinejad’ın ve dolayısıyla Hamaney ve rejiminin sorgulandığı bir referandumuna çevirdi. Bu durumda, Ahmedinejad’ın yenilgisi Hamaney ve rejimin meşruiyetine büyük gölge düşürecekti. ‘İran halkı din devletini istemiyor’ denebilirdi. Dahası, böyle bir seferberliği arkasına alan Mir Hüseyin Musevi, büyük din adamlarının desteğiyle özellikle Hameney ve askerleri sınırlandırmak yönünde ciddi değişimler getirebilirdi. Bu nedenle, Ahmedinejad’ın seçimin galibi olarak gösterilmesi aslında İran’da rejimin kendini koruma güdüsünün ne denli yüksek ve ciddi olduğunun bir göstergesi olarak yorumlanmalıdır.

Görüldüğü gibi, İran rejiminin iç dengeleri değişiyor. Humeyni’nin gözdesi, İran-Irak savaş döneminin Başbakanı Mir Hüseyin Musevi ve arkadaşlarına iktidarda yer tanınmıyor. Rafsancani’nin artık evinde oturtulması isteniyor. Muhafazakârlar ve büyük din adamlarının gücünün sarsıldığı ortaya çıkıyor. İlk defa İran’ın gerçek iktidarı olan Hamaney, radikal mollalar ve ordu bu denli açık şekilde kendini gösteriyor. İran ile sorunlarını çözmek isteyen Batının muhatap alacağı tarafları ise işte onlardır.

http://www.turksam.org/tr/a1698.html

Güney Azərbaycan İstiqlal Partiyasının Güney Azərbaycan milli təşkilatlarına müraciəti!

Dəyərli vətəndaşlar!
Bildiyiniz kimi, iran adlanan ölkədə faşist fars molla hakimiyyəti özünün gerçək üzünü 10-cu prezident seçkiləri adı altında nümayiş etdirdiyi açıq saxtakarlıqla orada yaşayan millətlərə və bütün dünyaya bir daha göstərdi. Bu prosesin pərdəarxası gedişlərinə baxdıqda bir məsələ aydınlaşır ki, rejim daxilində baş verən nüfuz savaşı keçirilmiş saxta seçkilər və ona qarşı edilən etrazlarla məhdudlaşmayacaq. Belə ki, öz iqtidarını saxlamağa, eyni zamanda möhkəmləndirməyə çalışan dini rəhbərlik strukturu və bu sistemə qarşı əks mövqedə duran qüvvələr yeni gedişlərə cəhd göstərəcəklər.
Hadisələrin getdikcə daha kəskin xarakter alması onu göstərir ki, nüfuz savaşında iştirak edən və atdıqları addımlardan geri çəkilməyən hər iki qüvvənin hələ oynayacağı yeni kartlar vardır . Bu proseslərdə hər hansı tərəfin üstünlük əldə etməsi vəziyyəti daha da mürəkkəbləşdirəcək və əgər bu dönəmdə orada yaşayan qeyri-fars millətlər öz milli maraqlarından irəli gələn mövqeyi ortaya qoya bilməzlərsə, onların acınacaqlı durumu davam edəcək. Tehranda başladılmış son qanlı olaylardan öz maraqları üçün faydalanmağa cəhd edən bir sıra irançı təşkilatlar bəyanatlarında və çıxışlarında Azərbaycan türklərini də bu aksiyalara dəstək verməyə çağırırlar.
Çox təəssüf ki, bu məsələdə irançılıq mövqeyindən çıxış edən bəzi azərbaycanlılar da onların diktəsi ilə hərəkət edirlər. Lakin, belə bir dönəmdə iran adlanan ölkədəki bütün proseslərdə əsas güc faktoru olan 35 milyondan çox Azərbaycan türkünün özünün müstəqil milli-siyasi mövqeyini geniş müstəvidə ortaya qoyması olduqca önəmlidir. Bu həssas şəraiti nəzərə alaraq, Güney Azərbaycan İstiqlal partiyası (GAİP) bütün Güney Azərbaycan milli təşkilatlarina müraciət edərək , Güney Azərbaycan milli azadlıq hərəkatının əsas hədəflərə dogru düzgün irəliləməsi, milli mübarizəmizin genişləndirilməsi və iranç ı quvvələrin milli hərəkat adından sui-istifadə etmələrinin qarşısını almaq məqsədilə Azərbaycan Milli Cəbhəsinin yaradılmasını təklif edir və milli qüvvələri birgə fəaliyyətə çağırır.
İnanırıq ki, millətimizin qurtuluşunu və milli mənafeyini hər şeydən üstün tutan hər bir milli Azərbaycan təşkilatı bu çağırışa qoşularaq milli cəbhənin yaradılmasında yaxından iştirak edəcək. Əgər Güney Azərbaycanın milli qüvvələri bu prosesdə gec addım atmıış olarlarsa, heç şübhəsiz ki, irançı quvvələr milli hərəkatımızdan sui-istifadə etmək üçün bir çox saxta oyunlara baş vuracaqlar.
Belə bir tarixi şəraitdə Vətənimiz Azərbaycanın övladları olaraq biz üzərimizə düşən vəzifəni yerinə yetirməli və millətimizin iradəsinə söykənərək milli qurtuluş savaşımızı gücləndirməliyik. Öncədən bu milli cağırışa qoşulan hər bir azərbaycan təşkilatını alqışlayırıq, onlara sevgi və sayğımızı bildiririk. Əminik ki, Azərbaycanımızın parlaq gələcəyi üçün güc birliyimizi uğurla səfərbər edəcəyik.
Güney Azərbaycan İstiqlal Partiyası 23.06.09

22 Haziran 2009 Pazartesi

Ərsan Ərel , İNANMA, ALDANMA, UTANMA, GÜVƏNMƏ

İranda cumhurbaşqanlığı seçimlərindən sonra, son iki həftədə ayaqlanmalar başlandı. Bu ayaqllanmanın nədən qaynaqlanması isə , hər kəsə bəllidir. Burada məni düşündürən isə, Güney Azərbaycanda olan ulusal hərəkətin təməl ilkələrinin əsnəkliyə götüürlməsidir. İki həftəlik bir tarixi olan anı ayaqlanmanı , 20 ildən çox əməyi eləcə də dərin ilkələri olan hərəkətin önünə geçirmək çabaları vardır. Nə yazxıq dənəyimi olmayan Azərbaycanın ulusal güclərinin öndə gələnlərində də, bu yönlü bir çəvşəklik sezilməkdədir. Bu işdən ən çox yarrlanmaq isəyən isə vars şovenistləridir. Onlar bütün olanqlarıyla bu anı hərəkəti Güney Azərbaycanda olan ulusal hərəkətin önünüə geçirmək istirlər. Güney Azərbaycanda ulusal hərəkətin dayaqları çox da dərin siyasal bağlara bağlanmadığından, bunu yolundan çıxartmaqda o qədər çətinlik çəkməzlər. Ancaq bu gün ulusal hərəkətin içində nostalji siyastləri izləyən biriləri, bu yolda fars şovenistlərinə istəmədən yardımcı ola bilərlər. Gənəldə əski quşaqlarda (sağlı sollu) bir İrançılqı, farsçılıq nostalji siyasal anlayışı vardır. Bu kəsim insanların siysal bilikləri o yönə yönləndiyindən, anında gəvşəyib, o axıma qatılırlar. Bu gün biriləri “ Gəlin birlikdə hərəkət edərək, bu molla rejimin yaxaq, sonra..” sonra nə? Bunu yanıtlaya bilərlərmi? Kəsinliklə yox. Güney Azərbaycan Türkü son 100 ildə bu sonralrı bəlli olmayan siyasətə qurban getmişdir. Sonra nə!? Bu sonra dediyin qaranlıq yolda məşrutədəmi bizi süründürüb “ Eşşək” demədiniz? Yoxsa bu mollaların devrimindəmi eynisin etmədiniz? Yenəmi “ Sonra”!? Artıq Güney Azərbaycan Türkü bu sonralara son qoymalıdır. Nə yazıq, bu gün xarıcdə güney Azərbaycan Türkünün sözcülüyünü edən insanların bir çoxunun, siyasal yazınında ulsal yazının sözcükləri belə yoxdur. Bunun üçün bunlar güney azərbaycanın sorunlarını gənəl iran sorunlarıyla çözməyə çalışırlar. Bu gün iran deyilən o basqıcı devlətin, istər hakimiyətində, istər muxalifətində istrsə də, aydın kəsimində Azərbaycan Türkünün doğal olan ulusal haqlarını tanıyacaq azacıq bir potansiyeül yoxdur. Vardısa iş birlikçilər buyursunlar sunsunlar. Farsın ən öncül demokrat aydını ,aşılanmış tarıxsəl özəzər(mazoxismin) irançılıq , farsçılq dustağında yaşmaqdadır. Buna yox deyənlər, kəsinliklə fars şovonist yazınından bilgisizdilər. Önlarla bir yerdə hərəkət etmək üçün, öncə onları sağaldıb, sonra insanlığın çağdaş ilkələri kurslarına yolmaqdan sonra olsıdır. Bu qoşullar altında biz yuz ildir sınavda uduzmuşuq. Daha uduzmağa haqımızla olanağımız yoxdur. Kimilər dədələrinin qalma borclarına vermək istirsə o onun insanlıq insafına bağlıdır. Son 20 ildə İranda siyasal hərəkətinin qaynaq bölgəsiylə aximi Azərbaycanla Türkçülükdür. Bu 20 ildə onlarla Azərbaycan Türkü dustaqlarda işgəncələr altında ölfürülmüşdür. Haçan bu Fars siyasal qurumlarıyla insan haqları dünya kamuoyuna(Əfkarıumumuyə) çıxmalrına yardım etmişlərdir? Bacardıqlarıca orada öldürülən Azərbaycan Türklərinin səslərini susdurmuşdular.Güney Azərbaycan Türkünün doğal insanlıq haqqının taptalanması üçün islam desbot devlətiylə belə iş birliyndə olnları da vardır. Azərbaycan ulusal hərəkətini gənəl iran hərəkətinə bağlamaq, bir başa tarixsəl dönüklükdür. Ancaq bu seçimlərdən sonra başlanan hərəkətı Azərbaycan Hərəkətinin bir parçası görmək məntiqsəldir. Bildiyimiz kimi səçimlər dönəmində Dr. Ələmi özünü bir Azərbaycanlı kimi aday vermək istədi. Bu adaylıq Azərbaycanda ulusal hərkəninə yeni dalğa gətirdi. Bu adaylıq dönəmində azərbaycan Türkü ulusal təpkilərini yuksək səslə dilə gətirməyə başladı. Ələminin adaylığı onaylanmıyandan sonra, Azərbaycana gələn bütün Cumhurbaşqanlığı adaylarına çeşitli yerlərdə ağır dillə on minlərin təpkisi oldu. Bir çox yerlərdə bu təpkilərə qarşı devlət fiziksəl güc işlətdi. Bir çox insanı yaxalayıb dustaqladılar. Bu olaylardan bilgisiz az insan vardır. Son 20 ild bu molla rejimi dönəmində ən böyük ayaqlanmalrı çoxlu qurbanlarla Azərbaycanlılar verdilər. Bunları bilməyənmi var? Ancaq haçan bu Fars muxalifləri bu səsləri duyub dunyaya duyulmasında Azərbaycan Türkünə yardım etdilər. Tərsinə bu səslərin boğulmasında mollalarla iş birliyində belə oldular. İndi hansı məntiqlə bu 20 illik mübarzəni iki həftəli bir ayaqlnmaya qurban vermək olar? Öncə yazdığım kimi bu ayaqlanmanın qaynağı Azərbaycanın milli hərəkətidir. Bu ayaqlnma ordan cəsarət almışdır. İndi ana yolu cığıramı, cığırımı ana yolla bağlamq gərəkir. Bu hərəkətin anha yolu Azərbaycanın ulusal savaşıdır. “ İNANMA” bu al verçilərin ilkin ilkəsidir. Alveri edəceksən, tedbiri aldən verib, satıcının sözlərinə inanmiyacaqsan. Güney Azərbaycan Türkü son 100 ildə bütünüylə satıcıların siyasal, toplumsal,ülküsəl mallarına inanmış, bu yolda özünü ayaqlara düşürərək, “Namərdlərə möhtac olmuşdular.”(Mərdkən namərdə rəhm eyləmişik, indi namərdlərə möhtac olmuşuq - B,Q, Səhənd) Bunun ən böyük nədəni isə, bizim siyasal alverçilərimizin ölçü birimlərinin də (Siyasal yazınlarıyla dünya görüçləri) yabncılardan qaynaqlanmsıdır. Nə yazıq Güney Azərbaycanın ulusal hərəkəti bu gün də, bu qorxuyla qarşı qarşıyadır. Çün bu alverçilərin bir çoxu artıq siysal əxlaqdan uzaq olaraq, quruplar içində gerçək dışı nostaljiləri yaşamq istirlər. Bu nədənlə bunlara inanmaq yalnışdır. “ ALDANMA” ,insan yaşmnda hər böyük işi bir kəz dənəməkdə aldanış da bir ilkədir. Ancaq ikinci kəz aldanış isə axmaqlığın ürünüdür. Güney Azərbaycanlı özünün ulusal ilkələrindən uzaq salınandan sonra, bir kimlik boşluğuyal baş- başa qaldı. Bu boşluğu doldurmaq üçün, əl çatmaz xəyalları belə özünə ilkə edindi. Bütün oxuduğu bitiklərdə, Donkişota meydən belə oxudu. Bu nədənlə özünün kimlik boşluğunu, özgələrin xəyallar güzgüsündə gördü. Özünü görməyən bir varlıq kimi “ Adsız”casına (S. Behrənginin hikayəsi) yersiz yerlərdə danışaraq başına olmazın oyunlar gətirdi. Başına gələn bu oyunlardan sonra , yoldan yetənənə inandı. Bu inanışı yolunda yalnız özünü deyil, bütün qohumlarıyla yaxınlarını da qurban verdi. “ Mən kiməm” sorusunun yanıtlarını öz “Anamın kitabında” oxumadığından özgələrin yazdıqlarında oxudu. Güney Azərbaycanın köklü insanlıq aybı olan ağrılarını duymazkən, Latın Amerikasında çiriklərlə səs daşlıq etdi. Güney Azərbaycanda olan bu insanlıq aybını anlamadığından, sömürücü güclərlə birgə ona qarşı qoydu. Bu günün dünyasında belə, “ Hər millət imzasını ovraqi həyate” qoymuşsa, onlar bu millətin imzasının qoyulmasına qırmcasına (düşməncəsinə) qarşıdılar. Siyasal eədəbiyatlarının yazarları olan, Stalının, Hitlərin, Rızaşahın sözcüklərində bir Türk qaşınması oladuğu kimi, onlarda da bu qaşınma görünməkdədir. Hər yerdə bir Türk adı geçən kimi, onlar kölə olduqları siyası ədəbiyatın damğasın vururlar. Bunların siyasal yazınlarında Farsçılq, Rusçuluq, Ariyaçılıq, Erməniçilik, Kürtçülük, Yunançılık, İngilizçilik,... doğal mənimsəndiyi üçün o yolda savaşmaq da bir mübarzə yoludur. Bu nədənlə bizim gənəldə siyasal insanlarımız Fars şovenist yazınını doğal qarşılırlar. Ona qarşı savaşı deyil, onla iş birliyini bir siyasal savaş olaraq görürlər. Ancaq Türk sözünü eşitən kimi bütün canlarını çiban basır. Bunlar aldanmışlarsa , bu gün güney Azərbaycanın ulusal siyasla hərəkəti aldanmamalıdır. “ UTANMA” , Alverçilərin üçüncü ilkələridir. Alver edirsənsə açıq olacaqsan , sonuna kimi bazarlığını alarkən edəceksən. Utnadınsa ziyan çəkməli olacaqsan. Bu gün Güney Azərbaycanın yaşlı siyasal quşaqları utancaqdılar. Güney Azərbaycanın siyasal yaşlı quşaqları İrançılq, farsçılıq siyasal yazının süfrəsindən yetim kimi yararlandığı üçün özünü ona boşlu görür.

Bu nədənlə Güney Azərbaycanın çağdaş ulusal çalışanları kimi(aktivistləri) açıq sözlü utancaq deyillər. Onlar özlərini borclu deyil, oğrularla qarşı qarşıya görürlər. Illər boyu Güney azərbaycan Türkünün dilini , Əkinini(kültürünü), ekonomisini oğurlayıb Fars yerlərinə daşıyan oğrularla məhkəmədə qarşı qarşıya durarcasına talanmış haqlarını istirlər. Bu nədənlə əski siyasətçilər kimi utancaq öksüz(yetim), dilənçi deyil , malı oğurlanmış, yurdu talanmış bir uca səsli haqlıdır. İndi bu utancaq öksüzlərlə güney Azərbaycanın siysal haqlarını hansı masada eşit haqlarla savunmaq olar. Bu geçmiş borclu quşağın ən böyük kəşifləri “ fedralizmdir.” Bu fedralızm 100 il bundan öncə Məşrytə zamanında “ Əncuməne iyalətilərin” istəkləri deyildimi?” Sovet devrini “ Şuraları” deyildimi? Amerkada, Kanadada olan bu İyaləti anlayış Avropada olduğu kim də 100 il bundan öncənin Siyasal yazının ürünüdür. Bu yazının yenilənməsi üçün, biz güney Azərbaycana çağdaş dünyanın yazınıyla baxmalıyıq. Buna görədə özlərini borclu görən insanların sehirli dəyənəkləri bu ulusun başına deyil, tozlanmış olan öz başlarına dəyməlidir. Bölgədə gedən oyunları bilən, Güney Azərbaycanın tarixsəl gerçəklərini eləcə də Fars şovonist siyasətindən bigili olan biriləri, bu gün Fedrlizm dəyənəyini bu ulusun başına endirməz. Yaxşı olar gənclikdə olan siyasal əxlaqlarını bir kəz də öz uluslarının yolunda dənəsinlər. İranla Farsçılıq nostaljilərini, nokər siyasal yazınını güney Azərbaycanın ulusal hərəkətinin gerçəkləri olaraq göstərməsinlər. Onlar saiyasal sufrede artıq yeməyə öyrəniblərsə, Güney Azərbaycanın ulusal gəncı öyrənəməmişdir. Bunun üçün onlar dilənçiliklərindən dolayı utanırlarsa sussunlar, haqları talana utanmıyanların bağırtılarını dinləsinlər. Heç olmasa dünyada haqsızlığa qarşı bir solqanlar verdikləri dönəmlər olmuşdur.

Öncə dediyim kimi bu yarana iki həftəlik olaylar, güney Azərbaycan hərəkətindən qaynaqlanmadır. Bunun üçün bu hərəkətə, Güney azərbaycanın ulusal hərəkətini yan qol kimi bağlamq bir tarixi xəyanətdir. Bu hərəkətin qaynağı Güney azərbaycanın ulusal hərəkəti olduğu üçün, güney Azerbaycalılar burda da aktiv olmalıdılar. Ancaq bu çalışqanlıq yalnız Güney azərbaycanın ulusal çıxarları üçün olmalıdır. Güney Azərbaycanin ulusal hərəkəti SSSR de olduğu kimi, öz taleini bu hərəkətdən həll etməlidir. Güney azərbaycanlı üçün ən böyük demokrasıya onun ulusal haqlarının verilməsidir. Öncə deyindiyim kimi bu gün İranda heç bir fars kəsimi bu haqqı vermək deyil tanımaq belə istəmir. Bu nədənlə Güney Azərbaycanlı bu hərəkətdə özünün doğal insanlıq haqlarını istəməlidir. Bu nədənlə:

Güney Azərbaycanın siyasal, toplumsal, əkinsəl, qurumları zaman itirmədən “ Başqanlıq Qurumu” altında birləşməlidir. Bu birləşim olmazsa tarixsəl fürsət əldən gedecəkdir. Onsuz da bölgədə çox gərgin dəyişimlər gözlənilir. Bu “ Başqanlıq Qurumunda” bütün qurumların üyələri çalışmalıdır. Burda klasik dedi qodulara son verilməldir. Bu gün Güney Azərbaycanın bütün qurumlarının bir birinə münasibətlərin bildiyimə görə bu “ Başqanlıq Qurumunu” uyğun bilirəm. Bu başqanlıq qurumu zaman itirmədən dünyanın teknoloji olanaqlarıyla, anında olasıdı. Yalniz çiyinləri başlarını parantezə almış insanlar , başaları gün görmək istirsə bu yaranar. Yoxsa tarixi xəyanət, dedi qodularla baş verəcəkdir. Güney azərbaycanın ulusal hərəkətinin yönünü, İrançılığa çevrilmədən burada bir güc mikanizması yaranmalıdır.Güney Azərbaycanda ulusal savaşın tarixi uzun olsa da , düşüncəsinin yazınının dayaqları kövrəkdir. Onları güclü bir axınla sarsıda bilərlər. Bu gün duyarlılıq ulsal bir görəvimizdir. Bu son həftələrdə pasiv siyasal qurumların sözə yiyələnmələri, bizi duyarlı olmağa çağırır. Artıq iranın muxalif güclərilə bizi iş birliyinə çağıranlar qapıdadır. Sonra da yenə irançılıq, “ Sonra baxarıq.”

Gəlin alverçilərin iklələri olan “ İnama”,”Aldanma”, “Utanma” ilkələrinə bir də “ Güvınmə” ilkəsini ulusal siyasətimizə ilkə edərək, “ Namərdlərə möhtac olmayaq.”

Ərsan Ərel