Böyük Qırğız yazıçısı Çingiz Aytmatov "Əsrə bərabər gün" romanında qədim bir əfsanədən söhbət açır. Bu əfsanənin əsasında insanların necə manqurtlaşmasın izah edir. O, hətta manqurtlaşmış oğlanın öz anasını öldürmək qəsdi ilə ona ox atmasını göstərir. Təbiidir, bu romanı oxuyandan sonra bizdə belə bir sual yaranır: manqurt ancaq bir əfsanədir və ya bu məsələni bir elmi fakt kimi izah etmək olar?
Psixologiya elmində "manqurt" kəlməsi yerinə, "beyni yuma" ifadəsindən istifadə olunur. Amerika ilə Şimalı Koreya müharibəsindən sonra beyin yuma termini psixologiya elminə daxil olmuşdu. Adı çəkilən müharibədə bəzi Amerikalı əsgərlər əsir düşmüşdürlər. Onlar əsarətdə olan zaman Şimalı Koreyalılar çalışmışdırlar onların zehnin yenidən proqramlaşdıralar. Yəni, nizamlı formada onlara müəyyən məlumat verib və bu inamı yaratmışdırlar ki, onların düşməni Şimalı Koreyalılar deyil, Amerikada olan siyasi hakim sistem və Amerikanın hökumətidir. Bəzi Amerikalı əsgərlər bu təbliğatın təsir altına düşüb hətta Amerikaya, öz vətənlərinə qayıtmaqdan imtina etmişdirlər və Şimalı Koreyadan sığıncaq almışdırlar.
Şimalı və Cənubi Azərbaycanda da milli qüvvələr manqurt kəlməsin işlədəndə, onların əsas məqsədi, o, Azərbaycanlılardır ki, düşmənin zəhərli təbliğatının nəticəsində milli mənfətlərinə biganə olub, hətta onun aradan getməsində birbaşa iştirak edirlər.
Manqurt, yəni beyni yuyulmuş fərdi yaxşı düşünmək üçün lazımdır ki, beynin informasiya ilə rabitəsin araşdıraq.
Şüur altında məlumat necə formalaşır?
İnsan anadan doğulandan sonra hər gün böyüdükcə yeni informasiyanı yaşadığı ailədən və toplumdan alıb, sonra onu şüur altında yığıb saxlayır. Hər bir insan, xüsusən, həddi - buluğa çatandan sonra bu informasiyanın əsasında yanlış, doğru, yaxşı və pis mənasından müəyyən düşüncəsi olur. O, istər və ya istəməz onun zehnində qırmızı xətlər yaranır və onun şüur altında olan qırmızı xətləri aşmağa zehni icazə vermir.
Şüur altında formalaşan məlumatı dəyişmək mümkündür?
Şüur altında formalaşan məlumatı həm mənfi, həm də müsbət mənada dəyişmək mümkündür. Şüur altında olan məlumatı mənfi mənada dəyişmək beyin yuma adlanır. Bəzi insanların bəzi din və ya sektalar vasitəsi ilə beyinləri yuyulub, baxışları həyata, cəmiyyətə dəyişib, hətta bəzi vaxt öz inandıqları yolda dəhşətli cinayətə də əl atırlar. Və ya onlar icma formasında intihar edirlər. Misal üçün, bir müddət bundan öncə Şimalı Azərbaycanda İranın yaratdığı bir terror qrupu ifşa olunmuşdur. Bu qrupun üzvləri bir neçə gənc azərbaycanlılardırlar. Onlar müəyyən zaman İranda yaşayıb və İran ETTELAAT - ı din vasitəsi ilə onların beynin yumağa müvəffəq olmuşdurlar. Onlarda belə bir fikir yaradılmışıdır ki, onlar İmami Zamanın əsgərləridirlər və İmami Zamana xidmət üçün gərək ki, Şimalı Azərbaycanda hərbi təxribatla məşğul olalar. Amma müsbət mənada şüur altında olan informasiyanı yeniləşdirmə zehni yenidən proqramlaşdırma adlanır və bu termindən psixologiya elmində istifadə edirlər. Misal üçün, o adamların ki, dini və siyasi sektalar vasitəsi ilə beyinləri yuyulub, onlar cinayət qurbanları sayılırlar və toplumun vəzifəsidir onlara yardım etsin. Elə bu səbəbə görə, psixologiya alimləri elmi metodlardan faydalanıb çalışırlar onların zehinlərin yeni informasiya ilə yenidən proqramlaşdıralar.
Hansı amillər şüur altında məlumatın formalaşmasına səbəb olur?
Ailə və toplum iki əsas amildirlər ki, şüur altında məlumatın formalaşmasında çox əhəmiyyətli rol oynayırlar. Hər bir insan uşaq olan zaman ilk dəfə pis, yaxşı, yanlış və ya doğrunun mənasın ana və atasından öyrənir. Əgər onun bir bağlı toplumda valideyinləri kimi yaşayış tərzi olarsa, onun pis və yaxşıdan düşüncəsində ana və atası ilə çox ciddi fərqi olmayacaq. Misal üçün, Afrikanın çox yerlərində toplum ənənə əsasında idarə olunur və toplumun xariclə, yəni digər toplumlarla sıx əlaqəsi yoxdur. Bu növ toplumda yaşayan nəsil keçmiş nəsillə fərqlənmir. Çünki yeni nəsil də keçmiş nəsil kimi ailədən və toplumdan eyni məlumatı alır. Amma Qərb ölkələrində toplum ənənə yerinə, elm və bilgi əsasında idarə olunur. Bildiyiniz kimi, ənənə sabit üsuldur. Amma elmə bir təkamül prosesi hakimdir. Elə bu səbəbə görə, Qərbdə yaşayan yeni nəsil toplumdan yeni, kamil və fərqli məlumat alır və bu baxımdan keçmiş nəsildən fərqlənir.
İranda Azərbaycanlıların beynin yuma necə həyata keçirilir?
83 il bundan öncə, yəni 1926 - cı ilin aprel ayında Rza Pəhləvi özünü İranın yeni şahı elan etmişdir. Bu vasitə ilə milliyyəti türk olan Əhməd şahın yerin irqçi fars rejiminin nümayəndəsi almışdı. Rza şah və onun irqçi fikirdaşları nizamlı formada Azərbaycanlılara qarşı asimliasiya işini, yəni Azərbaycanlıları farsların içində əritmə siyasətini həyata keçirmişdirlər. Azərbaycanlılara qarşı farslaşdırma siyasəti bu günə kimi, yəni 83 ildən artıqdır davam edir. Bu siyasətin nəticəsində beyni yuyulan Azərbaycanlıların hətta ziyalılar təbəqəsi arasında da sayları az deyil. Hal - hazırda milli hərəkatımızda manqurt Azərbaycanlılar əsas problemlərdən sayılırlar. Pəhləvi və islam hakimiyyəti dövründə Azərbaycanlıların beyin yuma siyasətinin əsas xüsusiyyəti bunlardan ibarət olmuşdu.
İnformasiyanın nəzarəti
Azərbaycanlılar tarixindən, ədəbiyyatından və milli kimliyindən düzgün məlumatları olmasın və onun yerinə irqçi farsların yazdığı məlumat əsasında onların şüuru formalaşsın. Nəhayət ki, Azərbaycan türkləri fars mərkəzli düşüncə əsasında danışıb, əməl etsinlər. Çox təəssüflə, uzun zaman, yəni Azərbaycanlıların iki nəslinin üstündə bu siyasətin aparılması öz acı nəticələrin əməldə göstərmişdi. Bu gün biz bəzi sosialist və ya liberalist təfəkkürə malik olan Azərbaycanlıları görürük ki, dildə əgər türkcə danışsalar da, lakin fikir baxımından fars mərkəzli düşüncə əsasında hər şeyə əməl edirlər. Və Azərbaycanlıları bir millət kimi görməyə qadir deyillər və onların milli mənfətlərini müdafiə etməyə biganədirlər.
Toplumu qapalı saxlamaq
Pəhləvi dövründə kütləvi formada xaricə səfər və ya mühacirət edilmirdi. Məhdud formada xarici ölkələrə təhsil almağa, ticarət etməyə və ya turist kimi səfərə gedirdilər. Onların harada olduqları və vaxtlarını necə keçirmələri İranın gizli polisi tərəfindən nəzarət altında saxlanılırdı. Demək olar ki, İranda toplum bir bağlı toplum idi və pəhləvi rejiminin toplumda yayılan informasiyaya hər tərəfli nəzarəti vardı. Bu vəziyyət də öz yerində Azərbaycanlıların beynin yumasın asanlaşdırırdı.
Farslara bağlılıq və gizli qorxu yaratma
Keçən 83 ilin ərzində İranın irqçi fars rejimi çalışıb Azərbaycanlılar öz qüdrətlərinə bir millət kimi inanmayalar və onun yerin farslara bağlılıq və gizli qorxu hissiyyatı ala. İranda axırıncı prezident seçkisindən sonra baş verən hadisələr aydıncasına nişan verdi hətta bəzi milli fəallar Azərbaycanlıların qüdrətinə bir millət kimi inanmırlar və onların üçüncü qüvvə kimi meydana çıxmasın mümkün hesab etmirlər. Onların içində hələ də farslara bağlılıq və gizli qorxu yaşayır. Ona görə də Azərbaycanlılardan dəvət edirdilər ki, qeyri şərtsiz Mirhüseyn Musəvini müdafiə edələr. Çünki M.Musəvi farsların tərəfindən müdafiə olunurdu. Ancaq bir hərəkat ki, farslar onun başında olalar, yalnız o qurtuluşa nail ola bilər və onu sual altına aparmaq olmaz. Bu davranış 83 ildən artıq İranda aparılan farslaşdırma siyasətindən bəhrələnir.
Zorakılıq
83 ildən artıqdı irqçi fars rejimi Azərbaycanlı milli fəalları həbsə, işgəncəyə, edama və sürgünə məruz qoyub və hər vasitə ilə onların fikirlərinin yayılmasının qabağın alıb. Bu metod da Azərbaycanlıları farslaşdırmada çox əhəmiyyətli rol oynayıb.
1979 - cu ildə, yəni İranda islam hakimiyyəti bərpa olandan sonra İranın molla rejimi də pəhləvi rejimi kimi Azərbaycanlıların beynin yuma siyasətini davam etdirmişdi. Amma son 20 ildə bəzi amillər Güney Azərbaycanlılarda oyanış hərəkatın gücləndirib və milli kimliyə təmayülü artırmışdı. İrandan neçə milyon insan kütləvi formada dünyanın inkişaf tapmış ölkələrinə mühacirət etmişdirlər. Orada oturum alıb, əməldə və sözdə demokratik siyasi sistemlərlə tanış olmuşdurlar. Onların çoxu bu gün İrana gəl - ged edirlər və toplumun üstündə müəyyən qədər müsbət təsirləri olmuşdur.
Əlaqə texnikasının inkişafı səbəb olmuşdu ki, İran rejiminin toplumda yayılan informasiyaya dəqiq nəzarəti olmaya. Hal - hazırda İranda yaşayan millətlər internet, peyk və qısa dalğalarda yayılan radio vasitələri ilə geniş formada fərqli informasiyalar alırlar. Bunlardan da əlavə, Şimalı Azərbaycan müstəqil olandan sonra İran rejiminin ermənilərlə əməkdaşlığı Güney Azərbaycanlılara İranın irqçi rejiminin iç - üzünü nümayiş etdirmişdi. Eyni halda Şimalı Azərbaycanın müstəqil olması milli kimlik, millət və dil məfkurəsinə təmayülü Güney Azərbaycanlılarda artırmışdı.
Nə üçün manqurtlar milli hərəkatımızın ən dəhşətli düşmənləri sayılırlar?
Bir beyni yuyulmuş Azərbaycanlı manqurtun şüurunda iki təzadlı hal bir yerdə yaşayır. O, bir tərəfdən fars mərkəzli düşüncə ilə bir fars kimi meydana çıxır, amma eyni halda özünü Azərbaycanlı sayır. Elə bu səbəbə görə, Azərbaycan mərkəzli düşüncə onun Azərbaycanlı olduğunu sual altına aparır. Çünki ,o, özün fasr bilmir, bu məfkurədən çıxış edərək özünü müstəqil varlıq təsəvvür edə bilmir. Əgər Azərbaycan mərkəzli düşüncə irqçi farsların mənfətini kölgə altına alsa, Azərbaycanlı manqurtun varlığın hədələyərlər. Elə bu səbəbə görə, bəzi manqurt Azərbaycanlılarda fars mərkəzli düşüncə fanatizmə çevrilib və milli hərəkatımıza qarşı nifrətlə nəticələnir. Bu halda olan manqurtlar əgər lazım olsa, milli fəallara qarşı xəyanətə, cinayətə, cəsusluğa və hətta adam satmaq qədər qeyri - insani əməllər etməkdən çəkinməzlər.
Azərbaycanlı manqurtlar öz zehinlərin yenidən necə proqramlaşdıra bilərlər?
Azərbaycanlı manqurtları iki dəstəyə bölmək olar:
Birinci dəstədə yerləşən Azərbaycanlı manqurtlar uzun zaman fars mərkəzli informasiyanı müqəddəs həqiqət kimi şüur altına yığıb, onların öz fars mərkəzli düşüncələrinə çox güclü imanları var və iman olan yerdə də şübhəyə yol vermək günah sayılır. Elə bu səbəbə görə, onların üstündə milli hərəkat naminə təsir qoyma şansı çox azdı. Əlbəttə, bu növ manqurtların sayı da çox deyil və onların üzərinə çox vaxt qoymağa da dəyməz. İstər - istəməz onlar irqçi farsların müttəfiqi sayılırlar. Amma ikinci dəstədə yerləşən manqurt Azərbaycanlılar say baxımından çoxluğu təşkil edirlər. Onlar irqçi rejimin təbliğatı nəticəsində fars mərkəzli informasiyanı qaneedici görüb və onu qəbul ediblər. Bir yerdə ki, bir fərd bəzi üsulları qaneedici görüb və onları qəbul edir, bu o mənadadır ki, eyni zamanda bu şans da var ki, qaneedici izahatlarla onun zehnində qəbul etdiyi üsullarla bağlı şübhə yarana. Və nəhayət, yeni informasiya ilə onun zehni yenidən proqramlaşa. Əlbəttə, bu mövzu ilə bağlı milli hərəkatımıza aid olan informasiya vasitələri Azərbaycanlı manqurtların fikir quruluşunda şübhə yaradıb və yenidən proqramlaşmasında çox əhəmiyyətli rol oynayırlar. Elə bu səbəbə görə, informasiya vasitələrimizi gücləndirmə bizim milli vəzifəmiz sayılır.
Hiç yorum yok:
Yorum Gönder