12 Temmuz 2009 Pazar

Ersan Erel, Güney Azərbaycanın ulusal hərəkətinin sorunları(Öndərlik)

GÜNEY AZƏRBAYCANIN ULUSAL HƏRƏKƏTİNİN SORUNLARI (ÖNDƏRLİK- Dündən bü günə güney Azərbaycan)
Güney Azərbaycanın ulusal hərkətində öndərlik konusunu bir böyük sorun olaraq görənlər vardır. Güney Azərbaycanda bu sorunun çözülməsi üçün, çox ilginc önərilər belə ortaya atılır. Bütün geçmişlik boyu toplumsal, siyasal hərəkətlərdə bir öndərin olması gərksim olaraq görülmüşdür. Ancaq bu öndərlərın görəvləri toplumların toplumsal yapılarına görə, eləcə də çağına görə dəyişik olmuşdur. Örnək üçün Azərbaycan Türk toplumunun dərəbəylik dönəmində görmək istədiyi öndər korğlu söyləvində yansımışdır. O dönəm bir xanın, eləcə də bir bəyin takımerki(oliqarşı) düzəninə qarış, özdəş bir kimlik ona qarşı qoymalıydı. Biz Koroğlu kimliyində bunu görə bilirik. O dönəmin qarşı qoyacaq öndərinin fiziksəl gücü, yönətim bacarığı, danışıq bacarığı,toplumun ağrısını, sevincini paylaşacağı sənətsəl yönü olmalıydı. Bir sözlə xanın bütün güc düzəninə qarış güc olmalıydı. Dərəbəyilik dönəmində bir öndərin kimlik yapısına bu bəlirtilərin olması yetərli görünmüşdür. Bu bəlirtilər xanın eləcə də bəyin takımına qarşı qoyacaq yetərli güc ögələriydi. O dönəmin öndərində bir dış siysət bacarısının olub olmması önəm daşımırmış. Dərəbəylik dönəminin bu tipik öndərinin kimlik bəlirtilərində, çağımızın öndərinin heç bir yönünü görmək olmaz. Buna görə öndərlər çağlarının siyasal, toplumsal,gərəksimlərini qarşılaıyacaq kimliklərdilər. Bu gün koroğlu licimində bir öndər “ Sehirli xalat” çizgi filmində bir xan görnümündədir. Gənəldə baxdığıməızda bizim anlayışımız da bunun göstərgəsidir. Koroğlu haray çəkərdi, bunlarda insanlarla ünləmlə (nidyla), buyuruqla danışarlar.
Güney Azərbaycanın ulusal hərəkətinə öndərlik gərəksimi duyanların, düşüncələrinin iki nədəni vardır. Birincisi zaman aşımına uğramış fəlsəfi, toplumsal düşüncələr.İkincisi isə dinerki(teokrasi)dusuncələr. İnsan bilikləndikcə önündə olan çətinləri aşa bilir. Bilim artdıqca insan beynini uğraşdıran miflər də yox olmuşdur. Bilgisizlik insanın qoruxu qaynaqlarının başında durur. Bilimlə insan totemçilikdən gerçəklikçiliyə varmışdır.Bilimin gənəl toplumda yayqın olmadığı dönəmlərdə insanların başqa canlılarla ayrıcalıqları da çox bəlirgin olmamışdır. Bu nədənlə 20.ci yüzilə kimi, toplumbilimcilərlə filosoflar toplumu çox çeşitli canlılar kim sürü biçimində görmüşlərdir. Bunun üçün onların topluma ön gördükləri öndərlər də, bu düşüncənin özümləyiciləriydilər(Fixtenin ,Niçenin öndər anlaşyışları kimi). Ancaq toplumlarda savdalnma gənəlləşdikdən sonra , bu anlayış aradan qalxmışdır. Çün o klasik öndərlik anlayışında, toplumun bireyləri bilgisizlikdən dolayı özlərini yönətməkdə çətinlik çəkir, iradələrini canlılar kimi özgələrinə verirdilər. Toplumda gənəl bilgilənmə artıqca , öndərlik anlayışı da dəyşməkdədir. Bu dəyişim sonucu 20. ci yüzilin öndərlərilik anlıyışı, əski yüz illərlə çox ayrıdır. Bu anlayışın yayqınlaşmasına öncüllük edənlər böyük yazıçılarla qoşuqçular olmuşdur. 19. Cu yüzilin ikinci yarısının flosoflarıyla toplumbilimciləri klasik öndərlik düşncəsini yorumlarkən, yazıçılarla qoşuqçular bu aşamanı çoxdan aşmışdılar. Doğacılıq(natüralizm) axımı çağdaş öndərlik anlayışını bütn topluma yayqınlaşdırmaqdaydı. Bu yazınsal axımdan sonra gələn bütün axımlarda, bu aşama aşılmış görünür. Toplumun bireyləri çeşitli alanlarda yazıçılarla, qoşuqçuların yapıtlarının öndərləridilər. Artıq yazınsal yapıtlarda seçginlik önəmsənmir. Toplumun düşüncəsiylə duğusuna yön verən yazın,” Birylərin her biri bir öndərdir” anlayışını toplumda biçimləndirmiş, onların iradələri yaşamlarına yansımışdır. Bundan sonra bireylər səs haqqı əldə edib, öz yaşamlarının yönünü bəlirtmişlərdir. 2.ci acun savaşından sonra batı avropa klasık öndərlik anlayışına son qoydu. Ancaq bu analayışa yazın illər öncədən son qoymuşdur. B. Rosel batı Avropada Frankonun, Mosilininin, Hitlerin ölümündən sonra klasik öndərliyə son qoyulduğunu deyər. Ancaq Marksizmin 19.cu yüzildə işçi sinifi, hakim bütün sinifləri aradan aparmalıdır düçüncəsi, yenə bu saiyasal axım üçün bir klasik öndərlik tipi doğdurdu. Lenin 1903 yazdığı “ Ne etməli” kiçik yapıtında “Demokratik mərkəziyət torisində” bu öndərin doğuşunu onaylayır. O, “Partiyanı poreltariyanın yerinə,sonra mərkəzi komitəni partiyanın yerinə, ən sonunda da partiyanın gənəl yazmanını(katibini) partiyanın yerinə” geçəcəyini tasarlıyır. Bu anlayışa o dönəm Tortski qarşı qomuş, bu düzənin bir diktatorluğa varacağını demişdi. Bilindiyi kimi ilkin illərindən bşlıyaraq öndərlik adınaTarixin adlı sanlı dikataorlarindan biri (stalin) bu düşüncədən doğur. Günümüzdə də bu klasik öndərləri, bu tip ölkələrlə, dinerki ölkələrində görürük. Toplumbilimcilər çağdaş öndərliyi “V” biçimində uçan qazların düzəninə bənzədirlər. Bildiyimiz kimi qazlaral durnalar(gənəldə bir çox quş çeşitləri bu düzəndən yararlanırlar( bu biçimdə uçaraq uzun bir yol gedə bilirlər. Qurupun başında duran öndərdir. O havanı yarır, arxada gələnlər rahatca uçurlar. Öndər yorulan kimi dalı oturur, onun arxasında olan onun yerine öndərlik konumuna geçir, bununla da qurupda hər bir birey öndər konumundadır. Bunun üçün də çox uzun bir yolları dincəlmədən uça bilirlər. Çağdaş gəlişmiş toplumlarda da bilimin yayqınlaşmasından dolayı bu anlayış vardır. Çağdaş toplumlarda bilimlərin çeşitli qolları olduğu kimi öndərliklərində çeşitləri vardır. Idaman öndəri, Kültür öndəri, ekonomi öndəri...Bu nədənlə kimsə toplumun bilgisi dışında, toplum yerinə iradə ortaya qoyamaz. İnsanların gənəl bilgilənməsi dönəmindən sonra , insan iradəsinin sömürülməsinə son qoyulmuşdur. Çağdaş toplumda, toplumsal ədalətlə sosyal güvəncə insanlara özgüvən aşılamışdır. Bununla da insanlar sinifsal ayrımcılığı duymadan istənclərini(iradələrini) istədikləri kimi ortaya qoyurlar. Bir sübürgəci , işçi,... çəkinmədən kamutaydan tut, parti başqanlığına kimi adaylığını qoyur. Toplumun istəklərini yansıdan yasalar da, nəsə qısıtlamadan bütün olanaqları eşit biçimdə bütün qatılımcılara sunur. Bununla toplumda öndərlik anlayışı bir ayrıcalıq deyil, başqa alanlarda olduğu kimi, bir yarışmadır. Bünün üçün kimsə özünü başqasından üstün görmür. Gənəldə bu öndərlik anlayışını quruplar biçimində yarışmalarını görürük. Daha Marksin dediyi sinifasl savaş deyil, toplumsal bir yarışmadır. Bununla Toplumsal türə(ictimai ədalət) öz yerini gəlişmiş toplumlarda tapmışdır. Bunun üçün gəlişmiş toplumlarda kalsik anlayış, “ Sehirli xalatın” xanı kimi, gülünc durumunda bir oyuncaqdır. Gəlişmiş toplumlarda bu günün öndəri , yarinın siradan bir vaətəndaşıdır. Çağdaş toplumların öndəri Ancaq bizim yazınsal , sənətsal, toplumsal, fəlsəfi anlayışımız gəçmişdən qalma takımerkı, sıraqul(hiyerarşı)bir anlayış olduğu üçün, bunu bir qurtarış olaraq görürük. Bu bir qurtuluş deyil, öndərlik anlayışının çağsız, yersiz qavrayışıdır. Klasik öndər birylərin bütünün əli yetmzə bir mifidir. Bu miflərin yalnız elçiləri deyil, onların bir bəlirtiləri də varlıqlarının gəstərgəsidir.(Xanın təsebehi) Ancaq çağdaş öndər isə tolumun içində yaşayan bireydir. Bunun üçün çağımızda bilginin gənəlləşməsindən dolayı, bireylər insanlar arasında ayrıcalıqarın varlığını mənimsəmir. Bünün üçün bəlləyimizdə olan klasik öndərlik anlayışına uyğun kimsələr axtarırıq. Ancaq çağın gərəyi öndərlər toplumun içində yaşıyan bir bireylərdir. Beynimizdə karızmalı klasik öndərlərin tasarımını pozmadığımza görə, elə birilərini axtarib, axtardırıq. Çağımızda hər dönəmin , hər alanın bir öndəri vardır. Bu dönəmləri nəzərə almadan öndərlik axatararsaq, quzeydə yaşanmışı güneydə də yaşıya bilərik. Gördüyümüz kimi quzeydə devrim dönəminin öndərləri, yapılanma dönəminin öndərləri deyildilər. Toplumu mifik anlayışına dayalı kəsimin də çabaları bu öndərləri qoruya bilməz. Çün bu anlayış toplumda gənəl bir anlayış olma özəlliyini daşımır. Güney Azərbacanda bu öndərlik özlmi də, gəçmişdən qalma yazının, əkinin, siysal, toplumsal dşüncələrin ürünüdür. Bu nədənlə hansısa bir oyunlar gərəyi klasik öndərlər bəzəyib meydana çıxaranlar, yarın onları endirənlər olacqlardır. Bu gün güney Azərbaycanın ulusal hərəkətinidə aşılmaz bir sorun olaraq görünən bu konu, hərəkətin gərəksim duymadığı bir konudur. Babəklərin, koroğluların, səttarxanların,... nisgiliylə bəslənən düşüncələr, oymaqçı anlayışlarla bunu sorun olaraq görürlərdir. Güney Azərbaycanın ulusal hərəkətində bu çox gerici anlayışın qaynağı isə, takimerki düşüncə düzəninin, “İlişgilərin,İlkələrə” (rabitələrin, zabitələrə)üstün tutulmasından qaynaqlanır. Geçmişdə sosyal paylaşımdan yana olan düşüncə iyələrinin,( ulusal hərkətə qatılan solçular) bu düzənə qulluq etmələri isə şaşırdıcıdır. Bu insanlar dünənə kimi toplumda sınıf ayrıcalıqlarının qaxmasından yanaydılar. Ancaq bu gün bunlar yaranmış Azerbaycan qurumlarında seçginliyə can atan kimsələr konumundadılar. Bunalrın olduqları qurumlarda da “ çırkin başqa”düzəni sürdürülməkdədir. Əski çağların insanlar arasında ilkəl ilkələr olan “ işlədib, işləmək” ilkələri bunların sürdürdükləri siyasətin təməlindədir. Çağın uyğar insanının çağdaş insana baxışaçısı isə , “Əməkdaşlıq” ilkələridir.Bir sözlə, kimsəni işlədib, kimsəyə işləmək deyil, bütün insanlarla iş birliyində olmaqdır. Nə ayzıq ,bizim musiqimizin, yazınımızın, gələnəklərimizin, törələrimizin , siyasal, inanc baxışaçmızın içində bu ayrıcalıq vardır. Bu nədənlə bizim danışqlarımızda(diyaloqlarımızda) ünləm vurğusu çox ağır biçimdə işlənməkdədir. Bu gün çağımızın böyük aybı olan yaltaqlıq yazını da bu ğndərlik anlayışımızdan qaynaqlanlr. Biz bu anlayışlardan qurtarmadığımız sürəcə, içimizdə olan çelişgilər bizi bir birimizə düşürəcəkdir. Bu nədənlə çağdaş ölkələrdə olan toplumsal yazını dərindən toplumumuza axtarmalıyıq. Bunu incəliklə axtarmasaq, yaşadığımız dönəmin çelişgiləri baş qırımımız olacaqdır. Bizim öndərlik anlayışımızda etgili olan ikinci etgən isə,dinerki(teokrası) düşüncəsindən qaynaqlanır. Bildiyimiz kimi bu anlayışda bireylərin özəl istəncləri(iradələri) sıraqulluq bir düşüncə düzənənə bağlanmışdır. Bu Sıraqul düzənin başında kimliyi bilinməz bir güc uydurulmuş. Ondan sonra bir kəsim insanlar bu düzənin aşağı qatlarında onu sırayla özümsəyirlər.Syadamlıq(şəfaflıq) anlayışından uzaq olan bu düzəni istədikləri kimi yönədirlər. Buna görə çağdışı bu insan istəncini sömürən bu anlayış, artıq gəlişmiş toplumalrda öz mağaralarına sürülmüşlərdır. Güney azərbaycanda bu sıraqul inancın olduğundan dolayı, orada bu klasik öndərlik anlayışı gündəmdədir. Güney Azərbaycan bu gün ulusal oyanış aşamasındadır. Bu aşamanın öndərləri onun, düşünürləri, qoşuqçuları,, yazıçıları,siyasətçiləri, ekonomistləri,...dirlər. Güney Azərbaycanın ulusal hərəkətində sorun olan bu qonu, yalnız dünyaya baxışaçımızı yenilyərək, çağdaşlaşmaqla olasıdır. Bu sorunu yaradanlar,oymaq düşüncəsi, çərçi alverini önəmsəyənlərdən qaynaqlanır. Kürəsəlləşmə dönəmin çağdaş öndərliyini qurplar etməkdədir. Bu siyasal quruplar bütün iç, dış izləncələrini topluma saydamlıqla sunandan sonra, toplumun incələməsi sonucu onayıyla seçilir. Bu öndərliyin yaşı isə, sunulan izləncələrin etgin güncəlliyilə bilinər. Çağdaş öndər buyuruq ağası yox, toplumun qulluq işçisidir. Bu işçilik sürəsini də toplum bəlirtər.

Hiç yorum yok:

Yorum Gönder