Toplumlar fərdlərdən təşkil tapır, əgər bir toplumu təşkil edən fərdlərdə "yox" demə qabiliyyəti olsa, o zaman o toplum da başqa toplumlarla əlaqədə öz mənfəətlərin tanıyıb, yox demə gücünə malik olcaq.
Fərdiyyətçilik və eqoizm azadlığın əsası sayılır Totalitar hökumətlər, misal üçün faşizm, kommunizm və dinçi fundamentalist ideoloqlar həmişə kollektivizmi və alturizmi təbliq edirlər. Kollektivçilikdən məqsəd icmanı əsas saymadı. Kommunistlər işçilər və əkinçilər sinfin, faşistlər milləti və dinçilər islam ümmətinin mənfəətlərin əsas sayırlar.
Alturizmdən məqsəd ondan ibarətdir ki, fərd icmanın mənfəətin öz mənfəətindən üstün tutur.
Bu növ hökumətlərdə icma müqəddəs sayılır və fərdi icmaya qurban etmək olar. Misal üçün, İranın dini hökumətində əgər dini rəhbər fitva versə, vacibdir ki, hər bir fərd o əmri həyata keçirmək üçün malından və canından keçə. Onların düşüncəsinə görə, bu iş islam ümmətinin nəfinədir.
Kommunistlər icmanın yeganə təmsilçisi kommunist partiyasın və faşistlər faşist partiyasın bilirlər. Elə bu səbəbə görə, fərdin kommunist və ya faşist partiyasında canından və ya malından keçməsi icmaya görə həyata keçir. Bu növ toplumlarda icmanın mənfəətin qoruyub saxlama hökumətlərin əlinə bəhanə verir öz müxaliflərin və fərdi azadlıqları aradan aparalar. Amma demokratik hökumətlərdə individualizm və eqoizm əsas sayılır.....
Yazının devamı: http://www.azadtribun.net/x19792.htm
Hiç yorum yok:
Yorum Gönder