Dünya Azərbaycanlıları Konqresi (DAK) 7 iyul 2009-cu il tarixində Azərbaycanın güneyi ilə sərhəddində yerləşən Yardımlı rayonunun, “Topxana” yüksəkliyində Güney Azərbaycan türklərinin milli mübarizəsinə dəstək aksiyası keçirib. Zirvənin özəlliyi böyük bir milləti ayıran tikanlı məftillərin digər tərəfində qalmış Güney Azərbaycanı görməkdir. Zirvədə Güneyə doğru Azərbaycan Respublikasının dövlət himni aksiya iştirakçıları tərəfindən səsləndirilmişdir.
Aksiyaya yüzlərlə DAK üzvü, güneyli soydaşlarımız, habelə rayon sakinləri qatılmışlar. Azərbaycanın dövlət bayraqlarının çoxluğu ilə fərqlənən aksiya sərhədə yaxın yerdə keçrildiyi üçün Azərbaycanın güneyindəki sərhəd məntəqələrinin əhalisi aksiyanı əyani olaraq izləyə bilmişlər. “Güney Azərbaycan türkləri milli haqlar uğrunda mübarizə formulu kimi “Bəzz qalası”na yürüşdən istifadə edir və bizim aksiyamız onlara dəstək məqsədi daşıyır. Biz Dünya Azərbaycanlılar Konqresini, media nümayəndələrini, gəncləri və cavanları buraya ona görə çağırıb topladıq ki, onlar öz tarixlərini əyani surətdə görsünlər. Çünki bu hiss ürəkdə doğulandan sonra onun qarşısını heç cür almaq mümkün deyil. Burada biz DAK olmaqla, hər zaman keçirdiyimiz rəmzi yürüş ənənəsi kimi , bu gün yeni bir ənənənin təməlini qoyuruq ki, hər il elə burada - “Topxana” zirvəsində Babək qalasına dəstək toplantısı keçirək”; - deyə DAK həmsədri Sabir Rüstəmxanlı keçrilən aksiyanın mahiyyətinə toxunub. DAK həmsədri S. Rüstəmxanlı aksiyaya qatılan jurnalistlərə açıqlama verərək mövcud İran adlanan yerdəki rejimini insan haqlarının amansız qənimi adlandıraraq, beynəlxalq ictimayyəti Güney Azərbaycan türklərinin durumunu diqqətdə saxlamağa çağırıb. Yüzlərlə insanın qatıldığı aksiyada iştirakçı olan güneylilər İran adlanan yerdə mövcud rejimi bölgədəki milli azlıqların haqlarını kobud şəkildə tapdamaqda ittiham ediblər. “Bu aksiya sözün tam mənasında Güney Azərbaycan türklərinə dayaqdır və hazırda bizimlə paralel Güney Azərbaycanın bütün iri şəhərlərində analoji aksiyalar keçrilir. Çox təəssüf ki, bu günlər radio və televiziyalardan gələn Çində Uyğur Türklərinə qarşı törədilən vəhşiliklər haqda xəbərləri eşidirik və bu bizi çox sarsıdır. Orada çinlilər Uyğur Türklərini qanlarına qəltan edirlər. DAK olaraq yaxın vaxtda bu məsələyə də öz reaksiyamızı bildirəcəyik. Biz bu gün sizinlə tarixin bir addımlığında dayanmışıq. Bu gün Azərbaycanın güneyi qaynayır. Tehran rejimi parçalanmır, o, partlayır, partlayacaq da. Və oradan ən böyük və ən başı uca çıxan Azərbaycan Türk milləti olacaq. Deyirlər ki, Tehran, Qəzvin, Şiraz qarışıb bəs nə üçün Təbriz ayağa qalxmır. Bunu da bilməlisiniz ki, Təbriz qaynayır. O öz istəyi ilə ayağa qalxacaq. Təbriz bu gün Kərrubi demir, Mirhüseyn demir. Təbriz “Haray, Haray mən Türkəm” deyir. Təbriz fars dövlətini çökdürməyə, türk dövlətini qaldırmağa çalışır. Təbriz Bakıyla, Ankarayla, İstanbulla, Orta Asiya ilə , Uyğurla birgə hərəkət edir. Onların öz şüarları, öz yolları, öz istəyi vardır ”, - deyə DAK Daimi Şurasının sədri Əjdər Tağızadə güneydəki son durum barədə açıqlama verib. Aksiyada “İran adlanan yerdə milli zülmə son qoyulsun”, “Güney Azərbaycan türklərinin milli, insani haqları tanınsın” kimi şüarlarla yanaşı, “Azərbaycan bir olsun, paytaxtı Təbriz olsun” da şüarları səslənib. Dəstək aksiyası başa çatdıqdan sonra tədbir bədii hissə ilə davam edib.
Hiç yorum yok:
Yorum Gönder